Latin

Sevgili Peyğəmbərim - 06

Total number of words is 3803
Total number of unique words is 1730
27.8 of words are in the 2000 most common words
39.4 of words are in the 5000 most common words
44.8 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
də’vət etməkdən, çatdırmaqdan əlimi çəkmərəm. Ya, Allah Təala bu dini bütün cahana
yayar, vəzifəm bitər; vəya bu yolda canımı fəda edərəm” buyurdu və ayağa qalxdı.
Mübarək gözləri yaşla dolmuşdu.
Rəsulullahın üzüldüyünü görən Əbu Talib, dediklərinə peşman oldu və Onun
boynunu qucaqlayaraq; “Ey qardaşımın oğlu! Yoluna davam et, istədiyini edə bilərsən.
Mən sağ olduqca səni himayə edib, qoruyacağam” dedi.^^

Təbəri, Tarix, II. 322; Yaqubi, Tarix, II, 19-20.
ibn ishaq, əs-Sirə, s, 135; Təbəri, Tarix, II. 326-327.

71


Müşriklərin başda gələnlərindən on nəfər, Əbu Talibin, Həzrəti Məhamrnədi
himayə etdiyini başa düşüncə, Umarə ibn Vəlidi də özləriylə götürərək Əbu Talibin
yanına getdilər. Ona; “Ey Əbu Talib! Bilirsən ki, bu Umarə, Məkkə gənclərinin ən
yaraşıqlısı, ən güclüsü, ən əxlaqlısıdır. Ayrıca şairdir. Onu sənə verək, öz işlərini ona
gördür. Umarənin əvəzində bizə Məhəmmədi ver, öldürək. Budur sənə adam əvəzində
adam! Daha nə istəyirsən ki?!” deyərək, qəbulu mümkün olmayan bir təklif etdilər. Əbu
Talib, bu sözə həddən çox əsəbiləşdi və; “Siz, əvvəlcə mənə öz oğullarınızı verin.
Onları mən öldürüm. Ondan sonra qardaşımın oğlunu verim” deyincə, müşriklər işin nə
qədər qorxunc həddə çatdığını başa düşüb; “Bizim uşaqlarımız. Onun etdiyi kimi
hərəkət etmirlər ki” dedilər. Əbu Talib; “And içirəm ki, mənim qardaşımın oğlu sizin
uşaqlarınızın hamısından daha xeyirlidir. Demək, siz oğlunuzu mənə verib böyüdəcək,
mənim də əzizimi götürüb öldürəcəksiniz hə! Dişi dəvə belə balasından başqasını
istəməz. Bu iş ağıl və məntiqdan çox uzaqdır. Artıq məsələ böyümüşdür. Kim əzizim
Məhəmmədin (əleyhissalam) düşməni isə, mən də onun düşməniyəm. Bunu beləcə bilin
və əlinizdən nə gəlirsə edin!” dedi.^^
Müşriklər, mə’yus olub yerlərindən qalxıb gitdilər. Obu Talib, dərhal Haşım
oğullarını və Obdülmüttəlib oğullarını başına yığdı. Onlara vəziyyəti başa salıb, sevgili
Peyğəmbərimizə (səlləllahu əleyhi və səlləm) yardım etməyə razı etdi. Rəsulullahı
öldürməyə taəşəbbüs edən qollar qırılacaqdı. Bu cəhətdən müşriklərə qarşı birləşdilər.
Təkcə Obu Ləhəb qatılmadı. Obu Talib onlara; “Ey igidlər! Sabah hər biriniz
qılınclarınızı belinizə taxın və mənim arxamca gəlin” dedi. Ertəsi günü Obu Talib,
Cənabi Peyğəmbərimizin evinə getdi. Birlikdə Hərəmi şərifə tərəf yeridilər. Haşım
oğullarının igidləri də onları tə’qib edirdilər. Kə’bəyə çatıb müşriklərin qarşısına
keçdilər. Obu Talib, müşriklərə; “Ey Qüreyş camaatı! Qardaşımın oğlunu öldürməyə
qərar verdiyinizi eşitdim. Bu arxamdakı gənclərin, əlləri qılınclarında, səbirsizliklə bir
işarəmi gözlədiklərini bilirsiniz? And içirəm ki. Məhəmmədi öldürsəniz, heç birinizi sağ
qoymaram!” dedikdən sonra, sevgili Peyğəmbərimizi tərifləyən şe’rlər deməyə başladı.
Başda Obu Cəhil olmaqla, orda olan müşriklər dağılışdılar.

ibn Sə’d, ət-Təbəqat, I, 134-135; Təbəri, Tarix, II. 326-377.

72


Əziyyət, işgəncə və zülm

Qüreyşin başda gələn müşrikləri, artıq, Cənabi Peyğəmbərimizi tənha gördükləri zaman, ona hüeum edir, həqarət etməyə, hatta döyməyə eür’t edirdilər. Əshabına
da işgəneə etməkdən geri qalmazdılar. Bir gün Qüreyşin başda gələn müşrikləri,
Kə’bəyi şərifin yanında oturmuşdular. Cənabi Peyğəmbərimizdən bəhs etməyə
başladılar və; “Onun hərəkətlərinə səbr etdiyimiz kimi heç bir şeyə səbr etmədik. Bizə
səfehsiniz deyir, tanrılarımızı təhqir edib pisləyir, dinimizdə qüsur axtarır, eamaatımızı
bir birindən ayırır, yenə də səbr edib bir şey demirik” şəklində danışırdılar. O əsnada
Həbibi əkrəm, Kə’bəyi ziyarət etmək üçün gəldi. Həeəri əsvədi öpüb təvafa başladı.
Onların yanından keçərkən, müşriklər, Cənabi Peyğəmbərimizə həqarət dolu sözlər
söyləməyə başladılar. Rəsulullah buna çox üzüldü, aneaq bir şey deməyib təvafa davam
etdi. Üçüneü dəfə yanlarından keçərkən dayanıb; “Ey Qüreyş! Məni dinləyin! Nəfsim
yədi qüdrətində olan Allah Təalaya and içirəm ki, mənə, sizin yerlə-yeksan olaeağınız
xəbər verildi” buyurunea, oradaki müşriklər nə edəeəklərini bilməyərək donub qaldılar.
Heç bir söz deyə bilmədilər. Тәкеә Əbu Cəhil, Rəsulullahin yanma gəlib; “Ey ƏbülQasım! Sən başqası deyilsən. Bizim kobud harəkətimizə fikir vermə, ibadətinə davam
et. Bizə baş qoşaeaq qədər eahil deyilsən” deyərək yalvarmağa başladı. Bundan sonra
Məhəmməd əleyhissalam oradan uzaqlaşdı.
Ertəsi gün müşriklər, eyni yerdə toplanmışdılar. Cənabi Peyğəmbərimizin
əleyhində söhbət etməyə başladılar. O əsnada Rəsulullah oraya təşrif etdi. Müşriklər,
dərhal Allah Təalanın Həbibinin üstünə hüeum etdilər. Aralarında ən bədbəxt
olanlardan Ukbə ibn Əbi Muayt, sevgili Peyğəmbərimizin Mübarək yaxasından tutdu.
Mübarək boynunu nəfəs ala bilməyəeək qədər sıxdı. O anda oraya gələn Həzrəti Əbu
Bəkir; “Bəyəm Rəbbim Allahdır deyən bir adamı öldürəeəksiniz? Sizə
Rəbbulaləmindən ayə gətirdi” deyə qışqıraraq, Rəsulullahı qorumaq üçün aralarına
girdi. Müşriklər, Həbibullahdan əl çəkib, Əbu Bəkir Siddiqə girişdilər. Mübarək başına
yumruq və təpüdə vururdular. Utbə ibn Rəbiə deyilən bədbəxt. Həzrəti Əbu Bəkirin
mübarək üzünə ayaqqabılarıyla vurdu və onu qana boyadı. Tanmmayaeaq hala qoydu.
Teym oğulları çatıb araya girməsəydilər, öldürüneəyə qədər döyəeəkdilər. Qəbiləsindən
olanlar, yorğun və darmadağın bir hala gələn Həzrəti Əbu Bəkiri, bir parçanın içinə
uzadaraq evinə apardılar. Dərhal dala qayıdıb Kə’bəyə gəldilər; “Əgər Əbu Bəkir

73

ölərsə, and olsun ki, biz də Utbəni gəbərdəcəyik!” dedilər, sonra Həzrəti Əbu Bəkirin
yanına getdilər.
Həzrəti Əbu Bəkir, uzun müddət özünə gələ bilmədi. Atası və Bəni Teymlilər,
özünə gəlməsi üçün çox əlləşdilər. Aneaq akşama yaxın öznə gələ bildi. Gözlərini açan
kimi zəif bir səslə; “Rəsulullah nə edir? O, nə vəziyyətdədir? Onun da üstünə gəlmiş,
həqarət etmişdilər” deyə bildi. Anası Ümmül Xeiyrə; “Soruş görək, bir şey yeyib içir?”
dedi. Əbu Bəkiri Siddiqin heç taqəti qalmamışdı. Bir şey yemək və içmək də istəmirdi.
Gələnlər gedib, ev səssizləşineə, anası; “Nə yemək və içmək istəyirsən?” deyə
soruşunea, gözlərini açdı və; “Rəsulullah nə vəziyyətdədir, nə edir?” dedi. Anası;
“Vallahi dostun haqqında heç bir xəbərim yoxdur!” deyə cavab verdi. Həzrəti Əbu
Bəkir də; “Xəttabın qızı Ümmü Cəmilin yanına get, Rəsulullahı ondan soruş!” dedi.
Ümmü Cəmil Həzrəti Ömərin bacısı olub, müsəlman olmuşdu. Anası ÜmmülXeyir, durub, Ümmü Cəmilin yanına getdi və; “Oğlum Əbu Bəkir səndən Məhəmməd
əleyhissalamı xəbər alır. Görəsən nə haldadır?” dedi. Ümmü Cəmil də; “Mənim nə
Məhəmməd əleyhissalam nə də Əbu Bəkir haqqında heç bir xəbərim yoxdur! İstəyirsən
səninlə birlikdə gedək?” dedi. Ümmül-Xeyir; “Gedək” deyincə, durdular. Həzrəti Əbu
Bəkirin yanına gəldilər. Ümmü Cəmil, Əbu Bəkiri Siddiqi belə pərişan bir vəziyyətdə,
yara içində görüncə, özünü saxlaya bilməyib ahu fəğan etdi və; “Sənə bunu edən bir
qövm, şübhəsiz ki, qudurğan və həddi aşandır. Allah Təaladan diləyim, onları
cəzalandırmasıdır” dedi. Həzrəti Əbu Bəkir, Ümmü Cəmilə; “Rəsulullah nə
vəziyyətdədir, nə edir?” deyə soruşdu. Ümmü Cəmil, ona; “Burada anan var,
söylədiyimi eşidər” deyincə. Həzrəti Əbu Bəkir; “Ondan sənə bir zərər gəlməz, sirrini
açmaz” buyurdu. Ümmü Cəmil; “Sağdır, vəziyyəti yaxşıdır” dedi. Təkrar; “İndi O
hardadır?” deyə soruşdu. Ümmü Cəmil, “Ərqamın evindədir” deyə cavab verdi. Həzrəti
Əbu Bəkir; “Vallahi, Rəsulullahı gedib görməsəm, nə yemək yeyər, nə də bir şey
içərəm!” dedi. Anası; “Sən, indi bir az gözlə, hamı yatıb yuxuya getsin!” dedi. Hamı
yatıb, ətraf səssizləşineə. Həzrəti Əbu Bəkir, anasının və Ümmü Cəmilin köməyi ilə,
yavaş-yavaş Rəsulullahın yanına gəldi. Qucaqlayıb öpdü. Müsəlman qardaşlarıyla da
qucaqlaşdı. Həzrəti Əbu Bəkirin bu halı, Cənabi Peyğəmbərimizi çox üzdü. Həzrəti Əbu
Bəkir; “Ya Rəsulallah! Atam-anam sənə fəda olsun! O qudurmuş adamın, üzümü
Təbəri, Tarix, II. 332-333.

74


gözümü yerə sürtüb, məni tanınmaz hala qoymasından başqa bir üzüntüm yoxdur! Bu
yanımdakı də, məni dünyaya gətirən anam Səlmadır. Ona dua etməyinizi xahiş edirəm.
Bəlkə də, Allah Təala, sənin hörmətinə onu Cəhənnəm atəşindən qoruyar” dedi. Bundan
sonra sevgili Peyğəmbərimiz, Səlmanın müsəlman olması üçün Allah Təalaya yalvardı.
Rəsulullahin duası qəbul olmuşdu. Beləcə Ümmül-Xeyr də hidayət gəlib müsəlman
oldu və ilk müsəlmanların arasında olmaq şərəfinə nail oldu.
Cənabi Peyğəmbərimizin evi, Əbu Ləhəb ilə Ukbə ibn Əbi Muayt deyilən İki
qəddar müşrikin evləri arasında idi. Bunlar hər fiirsətdə sevgili Peyğəmbərimizə əziyyət
verməyə çalışırdılar. Hətta, gecələri heyvan içalatlarını Rəsulullahın qapısının önünə
atardılar. Əmisi Əbu Ləhəb, bununla kifayətlənməz, qonşusu Ədiyin evindən. Ona daş
ataraq əziyyət verərdi. Yoldaşı Ümmü Cəmil ondan geri qalmaz, yığdığı tikanlı ağac
budaqlarını Rəsulullahın Mübarək ayaqlarına batması üçün keçəcəyi yollara tökərdi.
Əbu Ləhəb bir gün, gətirdiyi nəcisi, Cənabi Peyğəmbərimizin qapısının önünə tökərkən.
Həzrəti Həmzə gördü. Dərhal qaçıb qardaşi Əbu Ləhəbi tutdu və gətirdiyi nəcisi başına
tökdü.
Əbu Ləhəb və yoldaşının bu əziyyətlərindən sonra, onlar haqqında; “Əbu
Ləhəb in əlləri qurusun, onsuz da qurudu... “ deyə başlayan Təbbət surəsi nazil oldu.
Əbu Ləhəbin yoldaşı Ümmü Cəmil, özləri haqqında surə endiyini eşidincə, Cənabi
Peyğəmbərimizi axtarmağa başladı. Kə’bədə olduğunu xəbər alınca, əlinə yekə bir daş
götürüb oraya getdi. Həzrəti Əbu Bəkir, o əsnada Peyğəmbərimizin söhbətiylə
şərəflənirdi. Ümmü Cəmilin əlində daş tutduğunu görüncə; “Ya Rəsulallah! Ümmü
Cəmil gəlir. Çox şərh bir qadındır, sizə zərər verməyindən qorxuram. Bir küncə tərəf
durun ki, SİZƏ bır əziyyət verməsin” dedi. Rəsulullah; ‘“O məni görə bilməz” buyurdu.
Ümmü Cəmil, Həzrəti Əbu Bəkirin başının üstündi durub; “Ey Əbu Bəkir! Tez ol
dostunun harada olduğunu de! Məni və ərimi həcv edib, pisləmişdir. O şairdirsə mən də,
ərim də şairik. Budur mən də Onu həcv edirəm. Biz Ona üsyan edir, peyğəmbərliyini
qəbul etmir və dinindən də xoşlanmırıq. And içirəm ki, əgər Onu görsəydim; bu daşı
başına vuracaqdım” deyərək alçaqca sözlər söylədi. Həzrəti Əbu Bəkir; “Mənim
sahibim şair deyildir və səni həcv etməmişdir” buyurunca, Ümmü Cəmil çıxıb getdi.
Həzrəti Əbu Bəkir, Cənabi Peyğəmbərimizə üzünü tutaraq; “Ya Rəsulallah! O, sizi

75


görmədi?” deyə sual verincə; “Məni görmədi. Allah Təala, onun gözünü elə etdi ki,
məni görə bilmədi” buyurdu.
Cənabi Peyğəmbərimizin, mübarək qızlarından Həzrəti Ümmü Gülsüm, Əbu
Ləhəbin oğlu Uteybə ilə; Həzrəti Ruqiyyə də o birisi oğlu Utbə ilə nişanlı idilər. Onlar
hələ evlənməmişdilər. Təbbət surəsi nazil olunca, cəhənnəmlik Əbu Ləhəb, yoldaşı və
Qüreyşin başda gələnləri, Utbə və Uteybəyə; “Onun qızlarını alıb, yükünü azaltdınız.
Qızlarını boşayın ki, çətinliyə düşsün. Sizə Qüreyşdən istədiyiniz qızı alarıq” deyə təklif
etdilər. Onlar da; “O halda boşadıq” dedilər. Uteybə deyilən alçaq, daha da həddini aşıb.
Peyğəmbərimizin (səllallahu Təala əleyhi və səlləm) hüzuru şərifinə gəlib; “Ey
Məhəmməd! Mən, səni və dinini tanımıram. Qızını da boşadım. Artıq nə sən məni sev,
nə də mən səni! Nə sən mənim yanıma gəl, nə də mən sənin yanına gələrəm!” deyə
həqarət etdi. Sonra, sevgili Peyğəmbərimizin üstünə cumub, mübarək yaxasından tutdu.
Köynəyini yırtdı və təhqir etdi. Bundan sonra sevgili Peyğəmbərimiz; “Ya Rəbbi! Buna
yırtıcılarından bbini göndər” deyə bəddua etdi. Uteybə bədbəxt, atasının yanına gedib
baş verənləri danışınca, Əbu Ləhəb; “Məhəmmədin, oğlum haqqındakı duasından
qorxuram” dedi.
Bb neçə gün sonra Əbu Ləhəb, oğlu Uteybəni Şama ticarət üçün göndərdi.
Karvan Zərqa deyilən yerdə düşərgə salmışdı. Bb aslan ətrafda dolaşmağa başladı.
Uteybə bu halı görən kimi; “Heyhat! And içirəm ki. Məhəmmədin (əleyhissalam)
bədduası qəbul oldu. Bu aslan məni yeyəcəkdb! Özü Məkkədə olsa da mənim
qatilimdb” dedi. Aslan bb az sonra yoxa çıxdı. Uteybəni hündür bir yerdə yatırtdılar.
Gecə, aslan yenə gəldi. Karvandakıları bb-bb iyləyərək Uteybənin yanına çatdı. Üstünə
atılıb qarnını yşrtdı, başını tutdu və faciəvi bir şəkildə parçalayıb işini bitirdi. Uteybə
can verərkən; “Mən sizə. Məhəmməd, insanların ən doğru sözlüsüdür, deməmişdim?”
deyərək fəryad edə-edə can verdi. Bir aslan tərəfindən oğlunun parçalandığını eşidən
Əbu Ləhəb; “Mən sizə. Məhəmmədin, oğlum haqqındakı duasından qorxuram
deməmişdim?” deyə ağladı.^'
Sevgili Peyğəmbərimiz (səlləllahu əleyhi və səlləm) insanları əbədi səadətə
çağırır, Allah Təalanın varlığına, bbliyinə də’vət edərək. Cəhənnəmdə yanmamaqları

“ Beyhəqi, Dəlailun-Nübüvvə, II, 71; Əbu Ya’Ia, əl-Müsnəd, I, 26, 50; V, 413; İbn Əsakir, Tarixu
Dəməşq, LXVII, 173; Heysəmi, Məcməuz-Zəvaid, VII, 53.
ibn Əsakir, Tarixu Dəməşq, XXXVIII, 301.

76



üçün cəhd edirdi. Müşriklər isə; “Atalarımızın dini budur” deyərək bütpərəstliyə davam
edbdilər. Cənabi Peyğəmbərimiz, onları insanea yaşamağa, heysiyyətb və şərəfli
olmağa, dəyərsiz olmaqdan xilas olub, yüksək ülvi məqamlara çıxartmağa də’vət edbdi.
Onlar isə inadkarlıq edərək israr edbdilər. Əbu Ləhəb, həqarət və əziyyət edənlərin
başında gəlbdi. Rəsulullahı dayanmadan tə’qib edir, insanları. Ona qulaq asmamağa və
zehniərində şübhə yaratmağa çalışırdı. Toplantı yerlərində, bazarlarda, Rəsulullah; “Ey
insanlar! La ilahə illəllah, deyin ki xilas olasınız” buyurduqea, o dərhal özünü çatdmb;
“Ey insanlar! Bu danışan mənim qardaşımın oğludur. Nə badə Onun sözünə inanasınız.
Ondan uzaq durun!” deybdi.
Məhəmməd əleyhissalam bb gün Kə’bəyi şərifdə namaz qılırdı. Qüreyşin
başda gələnlərindən aralarında Əbu Cəhil, Şeybə ibn Rəbiə, Eitbə ibn Rəbiə, Eikbə ibn
Əbi Muaytın da olduğu yeddi nəfərlik bb müşrik qrupu, gəlib Rəsulullaha yaxın bir
yerdə oturdular. Orada bb gün əvvəl kəsilmiş bir dəvənin içalatı vardı. Alçaq Əbu
Cəhil, yanındakılara tərəf üzünü çevirərək; “Aranızdan kim, bu dəvə içalatını götürüb.
Məhəmməd səedə edərkən çiyninin ortasına qoyar” deyə, iyrəne bb təklif verdi.
Ordakıların ən zalımı, ən qəddarı, ən mərhəmətsizi, ən bədbəxti olan Ukbə ibn Əbi
Muayt; “Mən edərəm” deyərək dərhal yerindən qalxdı. İçalatı içindəkilərlə bblİkdə,
səedədə İkən Peyğəmbərimizin mübarək çiyninə qoydu. Bunu seyr edən müşriklər,
qəhqəhə ilə gülməyə başladılar. Cənabi Peyğəmbərimiz, səedəsini uzadır, mübarək
başını qaldırmırdı. O əsnada Əshabi kbamdan Abdullah ibn Məs’ud vəziyyəti gördü. O,
bu hadisəni belə nəql etmişdir; “Rəsulullahı o halda görüncə qan beynimə vurdu.
Ancaq, məni müşriklərin əlindən qoruyan bir qövmüm, qəbiləm yox idi. Kimsəsiz idim,
zəifdim. O anda danışmağa belə güeüm çatmırdı. Ayaqda gözləyib, Rəsulullahı böyük
bir üzüntü ilə seyr edirdim. Nə olaydı, o zaman özümü müşriklərdən qoruya biləcək bb
gücüm veya qoruyucum olsaydı, Rəsulullah əleyhissalamın mübarək çiyninə
qoyduqlarını götürüb atsaydım. Mən belə gözlərkən, Rəsulullahın qızı Həzrəti Eatiməyə
xəbər verdilər. O zaman Eatimə balaea idi. Qoçaraq gəldi, atasının üstündəkiləri götürüb
atdı. Bunu edənlərə bəddua etdi, ağır sözlər söylədi. Rəsulullah, heç bb şey olmamış
kimi namazını qurtardıqdan sonra üç dəfə; “Allahım! Qüreyşdən bu eamaatı sənə
tapşırıram! Allahım! Əbu Cəhil Əmr ibn Hişamı sənə tapşırıram! Allahım! Ukbə ibn
Rəbiəni sənə tapşırıram! Allahım! Şeybə ibn Rəbiəni sənə tapşırıram! Allahım! Ukbə
ibn Əbi Muaytı sənə tapşırıram! Allahım! Ümeyyə ibn Xələfi sənə tapşırıram! Allahım!

77



Vəlid ibn Utbəni sənə tapşırıram! Allahım! Umarə ibn Vəlidi sənə tapşırıram!”
buyurdu. Bu bədduanı eşidən müşriklər, gülməyi kəsdilər. Qorxmağa başladılar. Çünkü
Beytullahda edilən duanın qəbul olunacağına inanırdılar. Rəsulullah, Əbu Cəhilə;
“Vallahi sən, ya bundan əl çəkərsən vəya Allah Təala başına bir fəlakət gətirəcəkdir”
buyurdu. Allah Təalaya and içirəm ki, Rəsulullahın adlarını sadaladığı bu adamların hər
birinin, Bədr müharəbəsində öldürülüb yerə sərildiklərini, istidən iylənmiş bir leş
halında Bədr quyusuna doldurulduqlarını gördüm.
Bir dəfə Əbu Cəhil, Beytullahda, Qureyşli müşriklərə; “Ey Qüreyş camaatı!
Görürük ki. Məhəmməd, dinimizi pisləmək, bütlərimizə və ona sitayiş edən atalarımızın
arxasınca danışaraq bizə ağılsız gözüylə baxmağa davam edir. Önünüzdə and içərək
deyirəm ki, sabah çox ağır bir daşı, buraya gəlib namaz qılarkən səcdəyə getdiyində,
başına vuracağam. O zaman siz məni, Əbdülmüttəlib oğullarına qarşı istər qoruyun,
istər qorumayın. Mən Onu öldürdükdən sonra, qohumları mənə edirlərsə etsinlər...”
dedi. Orada olan müşriklər; “And içirik ki, biz səni həm qoruyarıq, həm də heç kimə
təslim etmərik. Təki, sən Onu öldür!” deyə təhrik etdilər.
Sabah tezdən Əbu Cəhil, əlində yekə bir daş olduğu halda Kə’bəyə gəldi.
Müşriklərin yanında oturub gözləməyə başladı. Sevgili Peyğəmbərimiz (səlləllahu
əleyhi və səlləm) hər zamankı kimi Beytullaha gəlib namaz qılmağa başladı. Əbu Cəhil,
yerindən durub əlindəki yekə daşı vurmaq üçün Rəsulullaha tərəf gəldi. Bütün müşriklər
hadisəni həyəcanla seyr edirdilər. Əbu Cəhil, Rəsulullahın yanına yaxınlaşınca, birdən
titrəməyə başladı. Yekə daş əlindən yerə düşdü, qorxaraq geri çəkildi. Müşriklər
heyrətlə Əbu Cəhilin yanına gəlib; “Ey Əmr ibn Hişam! De görək, nə oldu?” deyə
soruşdular. Əbu Cəhil də; “Tam Onu öldürmək üçün daşı qaldırdığımda, qabağıma
qızmış bir dəvə çıxdı. And içirəm ki, ömrümdə; elə hündür ayaqlı, iti dişli, heybətli bir
dəvə nə gördüm nə də eşitdim. Əgər bir az daha yaxınlaşsaydım, şübhəsiz məni
öldürərdi” dedi.
Yenə bir dəfə Əbu Cəhil, müşrikləri başına yığıb; “Abdullahın yetimi, burada
namaz qılır və üzünü torpağa sürtür?” deyə soruşdu. Onlar da; “Bəh” dedilər. Onsuz da
bu cavabı gözləyən Əbu Cəhil; “Əgər Onu elə görərsəm, başını ayağımla əzəcəm” dedi.
Bir gün peyğəmbərlərin Peyğəmbəri, Kə’bədə namaz üçün durmuşdu. Əbu Cəhil də
dostları ilə oturmuşdu. Yerindən qalxaraq, Rəsulullaha (səlləllahu əleyhi və səlləm)
tərəf cumdu. Əməlli başlı yaxınlaşdı. Ancaq birdən birə əliylə üzünü silərək qaçmağa

78



başladı. Müşriklər yanına gedib; “Nə oldu, nədir bu halın?” soruşdular. Əbu Cəhil;
“Aramızda bir alov çuxuru meydana gəldi. Bəzi adamların üstümə hüeum etdiyini
görüncə, geri qayıtdım” deyə cavab verdi.
Vəlid ibn Muğirə, Əbu Cəhil (Əmr ibn Hişam), Əsvəd ibn Müttəlib, Ümeyyə
ibn Xələf, Əsvəd ibn Əbdiyağvəs, As ibn Vail, Haris ibn Qeys kimi müşriklərin başda
gələnləri, Rəsulullahı gördükcə; “Bu da peyğəmbər olduğunu və yanına Cəbrayılın
gəldiyini zənn edir” deyərək istehza edərdilər. Bundan sonra Həbibi əkrəmin çox
üzüldüyü bir gün. Cəbrayıl əleyhissalam gəldi və bəzi ayələr gətirdi. Məalən; “And
olsun ki (ey Rəsulum) səndən əvvəl göndərilən peyğəmbərlərlə də istehza edildi.
İstehzalarının əvəzində bəla və əzab onlarin başlarına çökdü”.
“Şübhəsiz ki biz, səninlə istehza edənlərə qarşı yetərliyik. Onlar, o şəxslərdir
ki, Allah Təala ilə birlikdə başqa bir ilah tanıyırlar. Onlar, yaxında (başlarına gələcək
aqibəti) biləcəklər. Həqiqətən bilirik ki, onların sözlərinə, (şirk qoşmaqalarına, Qur’anı
Kərimə böhtan atmaqlarına və sənə istehza edərək söz söyləmələrinə) qanın çox qaralır”
buyruldu.^^
Kainatın hökmdarı, bir dəfə Kə’bəyi müəzzəməni təvaf edərkən. Cəbrayıl
əleyhissəlam gəldi və; “Mən onların (istehza edənlərin) öhdəsindən gəlmək üçün əmr
aldım” dedi. Bir az sonra Vəlid ibn Muğirə qabaqlarından keçdi. Cəbrayıl əleyhissalam;
“Bu keçən necə bir adamdır?” deyə soruşdu. Cənabi Peyğəmbərimiz də; “O, Allah
Təalanın ən pis qullarından biridir” buyurdu. Cəbrayıl əleyhissalam, Vəlidin ayağını
göstərdi və; “Öhdəsindən gəldim” dedi. Bir az sonra As ibn Vail keçirdi. Onu da
soruşub eyni cavabı alınca, qamma işarə etdi və; “Ona da həddini bildirdim” dedi.
Əsvəd ibn Müttəlib keçincə, gözünə; Əbdiyağvəsi görüncə, başına işarə etdi. Haris ibn
Qeys keçərkən də qarnını göstərdi və; “Ya Məhəmməd! Allah Təala bunların şərrindən
səni qurtardı. Çox keçmədən bunların hər biri bir bəlaya düçar olar” dedi.
Bunlardan As ibn Vailin ayağına tİkan batdı. Nə qədər müalicə etdilərsə də
dərdinə çarə tapa bilmədilər. Axırda ayağı dəvə boynu kimi şişib; “Məhəmmədin Allahı
məni öldürdü” deyə fəryad edərək can verdi. Əsvəd ibn Müttəlibin gözləri kor oldu.
Cəbrayıl əleyhissalam, başını ağaca vuraraq həlak etdi. Əsvəd ibn Əbdiyağvəs, Badi
səmum deyilən yerdə İkən, üzü və bədəni qapqara oldu. Evinə gəlincə tanımadılar və
əl-Ən’am 6/10.
“ əl-Hicr 15/95-97.

79

qapıdan qovdular. Qəhrindən başını evinin qapısına vura-vura öldü. Haris İbn Qeys də
duzlu balıq yemişdi. Hərarəti o ki var qalxdı. Nə qədər su içdisə doymadı. Axırda
çatladı. Vəlid ibn Muğirənin də baldırına dəmir parçası batdı. Yarası sağalmadı, çox qan
itirdi və; “Məhəmmədin Allahı məni öldürdü” deyə fəryad edərək ean verdi. Beləeə hər
biri etdiklərinin eəzasını çəkmiş oldu. Ayrıea müşriklərin, əbədi olaraq Cəhənnəmdə
qalaeaqları, ayələrlə bildirildi.
Sevgili Peyğəmbərimiz (səlləllahu əleyhi və səlləm), bir gün Əbül-Asa rast
gəldi. Ondan ayrıldıqdan sonra Hakim, Rəsulullahın dalınea istehza edərək; ağzını,
üzünü və bədənəni oynatdı. Rəsuli əkrəm (səlləllahu əleyhi və səlləm). Hakimin
etdiklərim nübüvvət nuru ilə gördü və elə qalması üçün dua buyurunea, bədənini əsmə
tutdu, ömrünün sonuna qədər elə qaldı.
Əshabi Kirama edilən işgəncələr
Müşriklər təkeə Cənabi Peyğəmbərimizə əziyyət etmirdu. Onun şanlı Əshabına
da işgəneə edirdilər. Ələlxüsus kasıb, kimsəsiz olanları seçir, əllərindən gələn, ağla
gəlməyən təzyiq və zülmü heç çəkinmədən edirdilər. Bunlardan biri də Bilali Həbəşi
idi. Ümeyyə ibn Xələf adında bir müşrikin köləsi olan Həzrəti Bilal, Əbu Bəkri
Siddiqin vasitəsi ilə müsəlman olmuşdu. Ümeyyə, on üd köləsindən ən çox Bilalı
sevdiyi üçün, bütxanaya gözətçi qoymuşdu. Həzrəti Bilal, müsəlman olunea,
bütxanadakı bütün bütləri səedə vəziyyətinə saldı. Bu xəbər Ümeyyəyə çatınea, dəhşətə
düşdü. Çağırdıb; “Sən müsəlman olmusanmış və Məhəmmədin Rəbbinə səedə
edirsənmiş, bu düzdür?” deyə soruşdu. Həzrəti Bilal da; “Bəli. Böyük və üea olan Allah
Təalaya səedə edirəm” dedi. Ümeyyə, xoşlanmadığı bu eavabı alınea, dərhal əziyyət və
işgəneələrinə başladı. Günorta vaxtı günəş tam ortaya gəldiyində, onu soyundurar,
istidən qızarmış daşları, çılpaq bədəninin üstünə qoyaraq dağlayardı. Od kimi yanan
daşların bir hissəsini arxasına, bəzisini də qarnı üstünə yığdıqdan sonra; “İslam dinindən
dön! Lat və Uzza bütlərinə iman et” deyər. Həzrəti Bilal isə; “Allah Təala birdir! Allah
Təala birdir!” deyərək imanını təsdiq edərdi.
Ümeyyə ibn Xələf, onun bu səbrini gördükeə dəliyə dönər, tikanlar üstündə
sürüyərək bədənini yaralayar və işgəneə edərdi. Həzrəti Bilal, bədənindən su kimi axan

80


qanı vecinə almadan; “Allahım! Səndən gələnə razıyam. Allahım! Səndən gələnə
razıyam” deyər və imanındakı düzümlülüyünü göstərirdi.
Həzrəti Bilal, bu halını belə nəql etmişdir; “O xəbis Ümeyyə, məni, günün
istisində bağlayıb, gecə də işgəncə edərdi. İsti bir gün idi. Hər zamankı kimi yenə
işgəncəyə başladı. İslamdan döndərmək üçün; “Bütlərimizə stayiş et! Məhammədin
Allahını inkar et!” dedikcə; “Allah birdir! Allah birdb!” deyərdim. Acığını çıxmaq
üçün, 0 gün çok böyük bir qaya parçasını sinəmin üstünə qoydu. O anda huşumu
itirmişəm. Özümə gəldiyimdə, üstümdəki qaya parçasının götürülmüş və günəşin
qabağını bulutlarin tutduğunu gördüm. Allah Təalaya şükr etdim və öz özümə; “Ey
Bilal! Cənabi Haqdan gələn hər şey gözəldir, xoşdur” dedim”.
Ümeyyə ibn Xələf, yenə bir gün Bilali Həbəşiyə işgəncə etmək üçün onu çölə
çıxartmışdı. Əynindəkilər! soyundurub təkcə alt paltarı ilə, yandırıcı istidə qızmar quma
uzadıb, üstünə daşları yığmışdı. Müşriklər toplanıb ağır işgəncələr edir; “Dinindən
dönməzsən səni öldürəcəyik” deyirdilər. Bilali Həbəşi, bu dözülməz işgəncələr altında;
“Allah birdir! Allah bbdir!” deyirdi. Bu əsnada sevgili Peyğəmbərimiz (səlləllahu
əleyhi və səlləm) oradan keçirdi. Həzrəti Bilali Həbəşinin bu halını görüncə çox üzüldü;
“Allah Təalanın adını söyləmək səni xilas edər” buyurdu.
Evinə çatdıqdan bir az sonra, yanına Həzrəti Əbu Bəkir gəldi. Bilali Həbəşinin
çəkdiyi işgəncəni, Əbu Bəkbi Siddiqə deyib; “Çox üzüldüm” buyurdu. Həzrəti Əbu
Bəkb, dərhal oraya getdi. Müşriklərə; “Bilala belə etməklə əlinizə nə gəlir? Bunu mənə
satın” dedi. “Dünya dolusu qızıl versən satmarıq. Ancaq, sənin kölən Amir ilə
dəyişərik” dedilər. Həzrəti Əbu Bəkrin köləsi Amir, onun ticarət işlərini görər və çox
pul qazanardı. Yanında şəxsi malından başqa, on min qızılı vardı. Həzrəti Əbu Bəkrin
yardımçısı olub, hər işini görərdü. Ancaq kafir idi və kafirliyində israr edərdi. Həzrəti
Əbu Bəkir; “Amiri bütün malı-dövləti ilə. Bilalın əvəzinə sizə verdim” buyurdu.
Ümeyyə ibn Xələf və digər müşriklər çox sevinib; “Əbu Bəkri aldatdıq” dedilər.
Həzrəti Əbu Bəkr, dərhal Bilali Həbəşinin üstündəki ağır daşları götürüb
ayağa qaldırdı. Bilali Həbəşiyə, ağır işgəncələr verilməsi səbəbiylə çox taqətdən
düşmüşdü. Əlindən tutub, birbaşa sevgili Peyğəmbərimizin hüzuruna gətirdi. “Ya
Rəsulallah! Bilalı, bu gün Allah rizası üçün azad etdim” dedi. Rəsulullah, çox sevindi.

Bəlazuri, Ənsab, I, 185.

81



Həzrəti Əbu Bəkirə çox dua etdi. O əsnada Cəbrayd əleyhissalam; Əbu Bəkirin
Cəhənnəmdən uzaq olduğunu müjdə verən, Leyl surəsinin 17 və 18-ei ayələrini gətirdi.
Ayələrdə məalən; “(Həzrəti Əbu Bəkir kimi) çox təqva sahibi olub, (şirk və günahdan
çəkinib) malını, Allah Təalanın nəzdində pak olmaq (və və’di ilahiyə qovuşmaq) üçün
xeyir yolunda xərcləyən şəxs, ondan (Cəhənnəmdən) uzaqlaşdır İmişdir” buyuruldu.
Həbbab ibn Ərət Həzrətləri də dinindən döndərilmək üçün zülm edilənlər
arasındaydı. Həzrəti Həbbabın da heç kimi yoxdu və Ümmü Ənmar adlı müşrik bir
qadının köləsi idi. Onu qoruyacaq bir qohumu olmadığı üçün, müşriklər toplanır.
Mübarək bədənini soyundurub, tikanla çırpardılar. Bəzən da çılpaq bədəninə dəmir
paltar geyindirib, günəş altında saxlayardılar. Günəşdə veya odda isitdikləri daşları
çılpaq bədəninə sıxardılar; “Dinindən dön! Lat və Uzzaya sitayiş et” deyərdilər. Həbbab
da imanında israr edər; “La ilahə illallah, Məhəmmədən rəsulullah” deyərək onlara qarşı
gələrdi.
Müşriklər, günlərin bir günü yığılıb bir meydanda od qaladılar. Həzrəti
Həbbabı bağlayıb, gətirdilər. Soyunduraraq, odun üstünə uzandırdılar. Ya dinindən
döndərəcəklər, vəya odda yandıracaqdılar. Ocağın ortasına beh üstünə uzadılan Həzrəti
Həbbab; “Allahım! Halımı görürsən, vəziyyətimi bilirsən. Qəlbimdəki imanı
möhkəmləndir, böyük bir səbr ehsan eylə” deyə dua edirdu. Müşriklərdən biri ayağıyla
Həzrəti Həbbabın sinəsini tapdadı. Ancaq onlar, Allah Təalanın inananları qoruduğunu
bilmirdilər.
Aradan illər keçdi. Bu hadisəni Həbbaba soruşduqlarında, belini açıb yanıq
izlərini göstərərək; “Mənim üçün bir ocaq qaladılar, sonra sürüyərək üstünə atdılar. O
ocağı təkcə mənim ətim söndürmüşdü” dedi.^^
Həzrəti Həbbaba çöldə belə işgəncə edilərkən, ağası Ümmü Onmar da,
dinindən döndərmək üçün odda dəmiri isidərək və başına basaraq damğa vurardı. O,
dini üçün bütün bu əziyyətlərə dözür, təklif etdiklərini yerinə yetirməz və imanından
dönməzdi.
Bir dəfə Həzrəti Həbbab, sevgili Peyğəmbərimizin hüzuruna çıxdı və; “Ya
Rəsulallah! Müşriklər çöldə məni gördükləri yerdə odda yandırırlar. Evdə, sahibim
Ümmü Onmar da qızdırılmış dəmirlə başıma dağ basır. Duanızı istirham edirəm!” dedi.

“ Bəlazuri, Ənsab, I, 178.

82

Sonra belindəki və başındaki yanıqları göstərdi. Peyğəmbərimiz onun bu halına çox
yandı, Dinindən dönməmək üçün çəkdiyi əziyyətə, edilən zülmə dözə bilmədi və; “Ya
Rəbbi! Həbbaba yardım et” deyərək dua etdi. Cənabi Haqq, Rəsulunun duasını o anda
qəbul etdi və Ümmü Ənmarın başında şiddətli bir ağrı üzə çıxdı. Ümmü Ənmar, başının
ağrısından sabaha qədər inləyərdi. Çarə olarak odda qızdırılmış bir dəmirlə başına dağ
basılmasını söylədilər. Axırda Həbbabı çağıraraq, dəmir çubuğu odda qızdırmasını və
başına dağ basmasını əmr etdi... Həzrəti Həbbab da dəmirlə onun başına dağ basdı...
İslamın ilk günlərində, müşriklər, Həbbab ibn Ərətin vəziyyətinə o qədər də
əhəmiyyət vermirdilər. Ancaq hər keçən gün iman edənlərin sayı artırdı. Axırda, istər
You have read 1 text from Azerbaijani literature.
Next - Sevgili Peyğəmbərim - 07
  • Parts
  • Sevgili Peyğəmbərim - 01
    Total number of words is 3696
    Total number of unique words is 1715
    29.3 of words are in the 2000 most common words
    41.0 of words are in the 5000 most common words
    46.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 02
    Total number of words is 3747
    Total number of unique words is 1963
    26.1 of words are in the 2000 most common words
    36.8 of words are in the 5000 most common words
    42.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 03
    Total number of words is 3807
    Total number of unique words is 1845
    26.5 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    44.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 04
    Total number of words is 3754
    Total number of unique words is 1921
    27.6 of words are in the 2000 most common words
    39.0 of words are in the 5000 most common words
    45.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 05
    Total number of words is 3777
    Total number of unique words is 1712
    29.1 of words are in the 2000 most common words
    41.1 of words are in the 5000 most common words
    46.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 06
    Total number of words is 3803
    Total number of unique words is 1730
    27.8 of words are in the 2000 most common words
    39.4 of words are in the 5000 most common words
    44.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 07
    Total number of words is 3807
    Total number of unique words is 1803
    30.1 of words are in the 2000 most common words
    41.8 of words are in the 5000 most common words
    47.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 08
    Total number of words is 3753
    Total number of unique words is 1808
    29.2 of words are in the 2000 most common words
    39.8 of words are in the 5000 most common words
    45.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 09
    Total number of words is 3766
    Total number of unique words is 1830
    27.6 of words are in the 2000 most common words
    38.8 of words are in the 5000 most common words
    46.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 10
    Total number of words is 3692
    Total number of unique words is 1838
    29.4 of words are in the 2000 most common words
    41.3 of words are in the 5000 most common words
    46.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 11
    Total number of words is 3755
    Total number of unique words is 1824
    29.7 of words are in the 2000 most common words
    40.6 of words are in the 5000 most common words
    47.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 12
    Total number of words is 3817
    Total number of unique words is 1788
    27.9 of words are in the 2000 most common words
    39.6 of words are in the 5000 most common words
    45.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 13
    Total number of words is 3744
    Total number of unique words is 1729
    31.2 of words are in the 2000 most common words
    42.1 of words are in the 5000 most common words
    47.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 14
    Total number of words is 3672
    Total number of unique words is 1868
    27.9 of words are in the 2000 most common words
    40.3 of words are in the 5000 most common words
    46.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 15
    Total number of words is 3754
    Total number of unique words is 1843
    29.4 of words are in the 2000 most common words
    39.9 of words are in the 5000 most common words
    45.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 16
    Total number of words is 3682
    Total number of unique words is 1768
    31.2 of words are in the 2000 most common words
    42.3 of words are in the 5000 most common words
    48.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 17
    Total number of words is 3690
    Total number of unique words is 1805
    29.1 of words are in the 2000 most common words
    41.0 of words are in the 5000 most common words
    46.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 18
    Total number of words is 3704
    Total number of unique words is 1749
    28.4 of words are in the 2000 most common words
    39.0 of words are in the 5000 most common words
    45.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 19
    Total number of words is 3884
    Total number of unique words is 1811
    28.8 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    46.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 20
    Total number of words is 3577
    Total number of unique words is 1774
    29.3 of words are in the 2000 most common words
    40.9 of words are in the 5000 most common words
    45.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 21
    Total number of words is 3707
    Total number of unique words is 1649
    28.3 of words are in the 2000 most common words
    39.4 of words are in the 5000 most common words
    45.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 22
    Total number of words is 3668
    Total number of unique words is 1807
    27.8 of words are in the 2000 most common words
    39.4 of words are in the 5000 most common words
    44.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 23
    Total number of words is 3647
    Total number of unique words is 1846
    29.7 of words are in the 2000 most common words
    40.1 of words are in the 5000 most common words
    46.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 24
    Total number of words is 3702
    Total number of unique words is 1769
    28.8 of words are in the 2000 most common words
    40.5 of words are in the 5000 most common words
    46.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 25
    Total number of words is 3651
    Total number of unique words is 1758
    28.2 of words are in the 2000 most common words
    40.1 of words are in the 5000 most common words
    46.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 26
    Total number of words is 3582
    Total number of unique words is 1687
    29.2 of words are in the 2000 most common words
    39.8 of words are in the 5000 most common words
    46.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 27
    Total number of words is 3704
    Total number of unique words is 1672
    29.6 of words are in the 2000 most common words
    39.0 of words are in the 5000 most common words
    44.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 28
    Total number of words is 3576
    Total number of unique words is 1925
    26.8 of words are in the 2000 most common words
    36.5 of words are in the 5000 most common words
    42.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 29
    Total number of words is 3581
    Total number of unique words is 1830
    28.6 of words are in the 2000 most common words
    40.4 of words are in the 5000 most common words
    46.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 30
    Total number of words is 3582
    Total number of unique words is 1754
    30.0 of words are in the 2000 most common words
    41.6 of words are in the 5000 most common words
    46.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 31
    Total number of words is 3535
    Total number of unique words is 1725
    28.5 of words are in the 2000 most common words
    39.9 of words are in the 5000 most common words
    45.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 32
    Total number of words is 3568
    Total number of unique words is 1749
    29.3 of words are in the 2000 most common words
    41.4 of words are in the 5000 most common words
    47.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 33
    Total number of words is 3659
    Total number of unique words is 1734
    29.1 of words are in the 2000 most common words
    39.1 of words are in the 5000 most common words
    44.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 34
    Total number of words is 3610
    Total number of unique words is 1714
    31.4 of words are in the 2000 most common words
    43.0 of words are in the 5000 most common words
    49.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 35
    Total number of words is 3607
    Total number of unique words is 1735
    28.4 of words are in the 2000 most common words
    37.9 of words are in the 5000 most common words
    42.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 36
    Total number of words is 3689
    Total number of unique words is 1801
    28.7 of words are in the 2000 most common words
    39.5 of words are in the 5000 most common words
    45.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 37
    Total number of words is 3611
    Total number of unique words is 1887
    25.0 of words are in the 2000 most common words
    34.6 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 38
    Total number of words is 3696
    Total number of unique words is 1853
    27.5 of words are in the 2000 most common words
    37.1 of words are in the 5000 most common words
    42.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 39
    Total number of words is 3644
    Total number of unique words is 1710
    29.8 of words are in the 2000 most common words
    40.5 of words are in the 5000 most common words
    47.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 40
    Total number of words is 3699
    Total number of unique words is 1736
    29.5 of words are in the 2000 most common words
    40.6 of words are in the 5000 most common words
    46.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 41
    Total number of words is 3677
    Total number of unique words is 1669
    30.1 of words are in the 2000 most common words
    39.9 of words are in the 5000 most common words
    44.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 42
    Total number of words is 3584
    Total number of unique words is 1542
    25.7 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 43
    Total number of words is 3560
    Total number of unique words is 1717
    22.7 of words are in the 2000 most common words
    31.9 of words are in the 5000 most common words
    36.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 44
    Total number of words is 3493
    Total number of unique words is 1548
    24.2 of words are in the 2000 most common words
    32.5 of words are in the 5000 most common words
    37.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 45
    Total number of words is 3535
    Total number of unique words is 1826
    25.1 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    39.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 46
    Total number of words is 3672
    Total number of unique words is 1874
    26.5 of words are in the 2000 most common words
    36.9 of words are in the 5000 most common words
    43.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Sevgili Peyğəmbərim - 47
    Total number of words is 712
    Total number of unique words is 499
    28.6 of words are in the 2000 most common words
    38.5 of words are in the 5000 most common words
    44.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.