Latin

İslam Qəhrəmanları - 08

Total number of words is 3522
Total number of unique words is 1971
22.5 of words are in the 2000 most common words
32.3 of words are in the 5000 most common words
37.9 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
hər il kasıblara və alimlərə 300 min dinar verir. Əgər bu pul orduya sərf edilsə, hətta İstanbulu fəth etmək olar.”-deyir. Bu məsələni Nizamul-Mülkə xatırladan Sultana verdiyi cavab onun haqqında fikir sahibi olmağımıza kifayət edir:

142

“Ey Sultanı aləm! Allah-Təala sənə və mənə heç kimə nəsib
olmayan lütf və ehsanlar etmişdir. Bunun qarşılığında, sən Allahın dinini ucaltmağa çalışan və Onun əziz kitabını daşıyan insanlara ildə 300 min dinar xərcləməyin çoxdurmu?
Sən hər il orduya bunun iki mislini xərcləyirsən. Halbuki onlardan ən güclüsünün və hədəfi dəqiq vuranın atdığı ox bir mildən
uzağa gedə bilməz. Əllərindəki qılınclarla yalnız yaxınlıqlarındakı
insanları öldürə bilirlər. Mən isə xərclədiyim pullarla elə bir ordu
əldə edirəm ki, onların duaları ta Ərşə qədər yüksələr və Allaha
çatmasına heç bir şey mane ola bilməz.”
Vəzir Nizamul-Mülkün alim olduğunu qeyd etmişdik. Bu alimin də ən böyük düşməni şübhəsiz Həsən Səbbah adlı bir azğın
idi. Belə ki, nadan Həsən Səbbah, böyük vəzir Nizamul-Mülkü
həmişə düşmənlərinin başı saymışdır.
Hicri 485-ci ilin Ramazan ayında (1092 oktyabr) Məlikşah,
Vəzir Nizamul-Mülk, Tacul-Mülk və Tərkən Xatun bir yerdə Bağdada gedərkən Nəhavənd yaxınlığında qonaqlamışlar. Həsən
Səbbahın adamlarından “Əbu Tahir” adında bir cani, müsəlman
qiyafəsi geyinərək əlindəki məktubu iftar vaxtı otağına gedən
Nizamul-Mülkə vermək adı ilə ona yaxınlaşmış. Nizamul-Mülk
məktubu alıb oxuyarkən, cani gözlənilmədən xəncərini Vəzirin
ürəyinə sancmışdır. “Böyük Səlcuqlu Vəziri”, dua ordularının
başçısı və Məlikşahın ata deyə xitab etdiyi Nizamul-Mülkün yarası çox ağır idi. Sui-qəsddən az sonra Nizamu-I-Mülk, “göz bəbəyi” kimi qəbul etdiyi Həzrət Ömər, Həzrət Osman və müsəlmanların böyük seyyidi Həzrət Hüseyn və daha neçə-neçə islam
şəhidləri kimi, həmçinin vəzirliyini etdiyi böyük Səlcuqlu Sultanı
kimi şəhadət şərbətini içdi. 15 oktyabr 1092.

'SD

143


« İslam Qəhrəmanları

Çaka Bəy
İzmirin fatehi və Anadolu Səlcuqlu Dövlətinin müstəqil Bəyi,
böyük təşkilatçı və uzaqgörən siyasətçi kimi üstün məziyyətləri
özündə cəmləşdirən bir komandan.
Alparslanın Malazgirtzəfərindən sonraAnadolunu Bizansdan
təmizləmək üçün ordu komandanları, Bizans üzərinə dəfələrlə
hücum etdilər. Bu səfərlərdə iştirak edən gənc türk komandan
Çaka bəy, Bizans komandanlarından Kabalika Aleksandır ilə
qarşılaşır. Çaka bəy müharibədə həm məharətlə döyüşür, həm
də ordunu nizamlı şəkildə idarə edirdi. “Allah, Allah” nidaları,
Bizans ordusunu vəlvələyə saldı və Çaka bəyin məharəti düşməni
çaşdırdı. Bizansın komandanı nə edəcəyini bilməyərək sağasola qaçırdı. Bir müddətdən sonra tərəflər arasında yaranan
qeyri-bərabərlik türklərin göstərdiyi şücaətə baxmayaraq mü-haribənin onların əleyhinə dönməsinə səbəb oldu. Düşmənlər kiçik
türk birliyini mühasirəyə aldılar və mühasirə getdikcə daraldı.
Gənc komandan məğlubiyyətin yaxınlaşdığını hiss edirdi.
Həmin anda Bizans komandanını gördü və ona tərəf irəliləməyə
başladı. Aleksandr Çaka bəyin onun üzərinə tək qılıncla gəldiyini
görüncə şəxsi mühafizəçilərinə onu tutmalarını əmretdi. Əlli nəfər
Çaka bəyi mühasirəyə aldılar. Çaka bəy nərə çəkir və durmadan
qılınc çalırdı. Onlarla insanı yerə sərdi. Çox yorulmasına və zirehinin parça-parça olmasına baxmayaraq aslanlar kimi vuruşurdu. Döyüş vaxtı qılıncı da sındı. Dərhal atının tərkindəki
topuzu götürdü və yorulmasına baxmayaraq ağır dəmir topuzu
sanki ağac toxmaq kimi fırladırdı. Ona yaxınlaşan Bizans əsgərləri yerə sərilirdi. Onun döyüşü Bizans komandanını heyrətə
salmışdı. Gözlənilmədən bir bizanslı onu kürəyindən oxla vurdu.

144


Taqətini itirənə qədər vuruşan Çaka bəy nəhayət yerə yıxıldı. Aleksandr onun yaşadığını gördükdə müalicə etdirib imperatoruna təqdim etmək üçün İstanbula apardı.
Çaka bəy, İmperator Nikeporas Bolanelatesin sarayında böyük ehtiramla qarşılandı. Orada bir çox şeyi yaxından öyrəndi və
Bizans dəniz qüvvətlərini araşdırmaq fürsəti əldə etdi. 1081-ci
ildə hürriyətinə qovuşdu.
Çaka bəy birdonanma hazırlayaraq Midilli adlanan yerə getdi.
Gəmilər müharibə vəziyyətinə gətirildilər. Validən Adanın təslim
olmasını istədilər və vali bu tələbi rədd edincə, mancanaqlar
quruldu və bir anda şəhərə göydən güllələr yağmağa başladı.
Adanın türklərin əlinə keçəcəyini anlayan vali şəhəri gizli şəkildə
tərk edərək quruya çəkildi və sağ qalan Bizans əsgərləri qalaya
sığındılar. Axşam düşəndə türk əsgərlərindən biri sürətlə qalanın
bürcünə dırmaşaraq üzünü qibləyə çevirdi və Allahu Əkbər deyərək əzan oxudu. Müharibəyə başlayan Bizans gəmilərinin hamısı Egeyin qaranlıq sularına gömüldü. 1089-cu ildə əldə edilən
bu zəfər, Qoyun Adaları dəniz zəfəri olaraq tarixin şərəf səhifələrinə yazıldı.
Çaka bəy 1090-cı ildə yenə dənizə girərək Sisam və Rodos
adalarını ələ keçirdi. Bizans imperatoru yeni bir donanma hazırlatdı. Göndərilən donanma Çaka bəylə qarşılaşmağa cəsarət etməyərək Saqqız adasına sığındı. Çaka bəy adanı mühasirəyə
aldı. Bizans imperatoru 1092-ci ilin fevral ayında təkrar güclü bir
donanma göndərdi. Türk dəniz qüvvətləri, özündən iki dəfə güclü
Bizans ordusu ilə qarşılaşacaq gücdə deyildi. Bizans donanmasına hücum etmək istədi. Gecənin qaranlığında üzməyi yaxşı
bacaran yüz gənci seçib Bizans gəmilərini deşməyə göndərdi.
Onlar bir göz qırpımında verilən vəzifəni yerinə yetirdilər. Gəmilər yavaş-yavaş batmağa başlayınca düşmən ordusunda çaxnaşma düşdü. Məşəllər yanınca Çaka bəy düşmən ordusuna
hücum etmək əmrini verdi. Bizans ordusu məğlub olub sürətlə
müharibə meydanından uzaqlaşdılar. Beləliklə Bizansa qarşı
ikinci müharibədə də zəfər əldə etdi.

145


« İslam Qəhrəmanları *
1095-ci ildə Çaka bəy Çanaqqala və Trakyanın zəbt edilməsi,
sonra da İstanbulu fəth etmək məqsədilə donanmasının başında
hücuma keçdi. Ərdəmit daxil, yol üzərindəki Bizans mərkəzlərini
ələ keçirərək Çanaqqalanın sərhədlərinə yaxınlaşdı. Burada
kürəkəni birinci Qılınc Arslanla qarşılaşdı. Boğazın ən çətin
qalası olan ABİDOS-u birlikdə mühasirəyə aldılar və qala
asanlıqla ələ keçirildi. Ancaq Çaka bəy aldığı yaralardan həyata
gözlərini yumdu.

146

Sultan Birinci Qılmcarslan

Qılıncarslan çox cəsur, alim və dövlət işlərində mahir və təcrübəli, böyük bir hökmdar idi.
Məziyyətlərini düşmənlərinə də qəbul etdirmişdi. Onun qarşılaşdığı böhranla tarixdə çox az lider qarşı qarşıya-gəlmişdir.
İslam ordusunun beş-on misli olan xaç orduları qarşısında bir an
belə ümidini və əzmini itirməmiş, ən çətin anlarda belə müvəffəqiyyətlər əldə etmişdir.
İnsan gücünün fövqündə çalışan gənc müsəlman hökmdarı,
ən ağır şərtlər altında belə özünü itirməmişdir. Əskişəhərdə yarım
milyon xaç ordusunu görərkən dəhşətə gələn komandanlarına
belə demişdir:
“Gördüyünüz kimi göz gördüyü qədər dağlar, dərələr, ovalar
və vadilər düşmən sürüləri ilə doludur. Lakin ordumuzu bu düşmənlərin əlindən qurtaracağıq.”
Bu sözlər müdhiş bir iradə gücünün ifadəsidir. Yalnız Amasiya
yaxınlığında Sultan Qılıncarslanın üç yüz min xaç ordusunu tamamilə məhv etməsi, islam tarixinin ən böyük zəfərlərindən biri
sayılır.

147



« İslam Qəhrəmanları

İkinci Qılıncarslan
Anadan olduğu il: 1112
Vəfatı: 1192
Taxt-taca çıxması: 1156
Səltənət müddəti: 36 il
Səlcuqi dövlətinin beşinci sultanı, Birinci Qılıncarslanın nəvəsi və Birinci Məsudun oğludur.
İkinci Qılıncarslanın atasının sağlığında 1144-cü ildə Ərəbistanın Məliki oldu. İkinci xaç yürüşlərindən sonrakı savaşlarda iştirak etdi. Maraş, Göysun və Antəpi özünə tabe etdi.
1156-cı ildə atası Sultan Məsudun vəfatından sonra Türk
Səlcuqlu Dövlətinin Sultanı oldu. Onun dövründə də bir çox səfərlər edildi və hamısında qalib gəldilər. Sonuncu dəfə Bizans
imperatoru, Frank, Macar və Peçeneklerdən ibarət yüz min nəfərlik ordu ilə nəyin bahasına olursa olsun Səlcuqlu dövlətini
aradan qaldırmaq üçün hücuma keçdi. Bizanslıları daim yaxından izləyən və ordunu həmişə müharibəyə hazır saxlayan Qılıncarslan, buna hazır idi. İki ordu Göllər bölgəsində qarşılaşdı.
Qılıncarslan, az saydakı gücləri ilə süni gərginlik yaratmaq taktikasını seçdi. Və Miriokefalon vadisində Bizans ordusunu türk
əsgərləri məğlub etdilər.
1176-cı ilin sentyabr ayında baş verən bu müharibədə Bizans
ordusu məğlub edilərək beş min araba dolusu silah, sursat, ərzaq və ləlcəvahirat qənimət olaraq ələ keçirildi. Bu müharibə nəticəsində türklərin Anadoludan çıxarıla bilməyəcəyini tam mənası ilə Bizanslılara dərk etdirib, türk torpaqlarını mühafizə etdilər.
Daha sonra Uluborlu, Kütahya, Əskişəhər və onun ətrafındakı
ərazilər ələ keçirildi.

148

1124-cü ildə Dənizli daxil olmaqla erməni hakimiyyətini aradan qaldırıb Silifikeni fəth etdilər. Anadolu Səlcuqlu dövlətinin
ən böyük hökmdarlarından olan İkinci Qılıncarslan Anadoludakı
milli birliyi qurmağa çalışdı. Miriokefalon meydan müharibəsində
qələbə çalaraq Türkiyənin türk yurdu kimi qalmasında mühüm
rol oynadı. Apardığı siyasət nəticəsində türkmənlərin məskunlaşmalarını təmin etdi.

'OD

149

« İslam Qəhrəmanları

Sultan Əlaəddin Keyqubad
Səlcuqlu dövlətinin tərrəqqi dövrünün ən böyük sultanlarından idi. Dövrünün ən böyük hökmdarı olmasına görə SultanulAləm, Sultanul-Əzəm adı verilmişdir. Onun hökmdarlığı dövründə
böyük fəthlər edilmiş və bunun sayəsində Səlcuqi dövlətinin ərazisi xeyli genişlənmişdir.
Onun yaxşı şəkildə tərbiyə edilib böyüdülməsinə çox diqqət
yetirildi. Bu məsələ ilə əlaqədar Əmir Seyfəddin Ay-əba və Əmir
Bədrəddin Gövhərtaş vəzifləndirildi. Əqli və nəqli elmlərlə yanaşı
kitabət və ədəbiyyat elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirildi. Ana dili olan Türk dili ilə yanaşı fars, rum və ərəb dillərini
də öyrəndi.
Əlaəddin Keyqubad dövlət işlərini üzərinə götürüb Sultan
adını aldıqdan sonra, türklərin ən böyük hökmdarlarından oldu.
Böyük zəfərlər əldə etdi.
Osmanlıların Qanunisi, dövrünün ən güclü hökmdarı möhtəşəm Süleymanı olduğu kimi o da dövrünün ən tanınmış sultanlarından olub hökmü hər yerdə keçərli idi. Dünyaya, islamiyyətin əmr etdiyi nizamı gətirmək və ileyi-kəlimətullah uğrunda
mübarizə apardı. Anadolu Səlcuqlu dövlətinin qüdrət və şərəfini
ucaltdı. Təcavüzkarlara qarşı şiddətli, lakin ədalətli davrandı.
Bizanslılar, xaçlılar, monqollar, rumlarvə ermənilərlə din, millət
və vətən uğrunda mübarizə apardı. Əyyubiləri, Xarəzmşahları və
onun hakimiyyətinə qarşı çıxan türkləri cəzalandırdı. Ölkənin sərhədlərini genişlətdi. Bir çox hökmdar və komandan onun əmrlərinə baş əydi. Əlaəddin Keyqubadın zəfərlərini eşidib hökmdarlığından xəbər tutan papa və Alman imperatoru dost olaraq yola
getməyin çarəsini axtardılar.

150


Dövlətlər, elçilərini göndərərək dostluqlar qurdular. Bu səbəbdən ona dünyanın sultanı mənasında Sultanul-Aləm deyildi.
Cihad və müharibələrdəki uğurlarından sonra Abbasi xəlifəsi də
onun böyüklüyünü təsdiq edərək ətrafa yazıb göndərdiyi məktublarda, ən böyük sultan mənasında Sultanul-Əzəm adı ilə xitab etdi.

"ÖD

151


« İslam Qəhrəmanları

Əlaəddin Keyqubad Haqqında
Monqol Adıgey Kaanın elçisi Tacir Əmir Şəmsəddin Ömər
onun haqqında belə deyir:
“O, dünyada bəyənilmiş və islamda misli bərabəri olmayan
bir padşahdır. Dini və dünyagörüşü sağlam, ədaləti geniş, əqli
kamil, məmləkəti məmur, sərvəti çox, əhalisi məmnundur. Onun
ölkəsində zalımlar və yol kəsənlər, apardığı siyasət nəticəsində
rast gəlinməz. Ədalət və təvazökarlığında güclü və zəif arasında
fərq qoymaz, ölkəsini idarə etməkdə dirayətli və düşməni boğmaqda amansızdır.
Yenə onun haqqında Nəcməddin Kübra həzrətlərinin tələbələrindən olub Çingiz Xanın istilası ilə Anadoluya gələn Nəcməddin-Razi belə deyir:
“Müsəlmanlar əminamanlığı, asyişi və xoşbəxtliyi Səlcuqlu
xanədanlığının mübarək bayrağının kölgəsində tapdılar. Bu
dindar padşahların zamanında inşa edilən mədrəsələr, xanəgahlar, karvansaraylar, xəstəxanalar, körpülər və başqa xeyriyyə
müəssisələri heç vaxt bu qədər inşa edilməmiş, alimlərə, zahidlərə və əhaliyə göstərilən himayə və şəfqət, qazanılan zəfərlər
kimisi heç vaxt əldə edilməmişdir. Bu xüsus o qədər məşhurdur
ki, təfsilatına lüzum yoxdur. Çünki Türküstan, Fərqanə, Mavəraunnəhr, Xarəzm, Xorasan, Gür, Sistan, İran, İraq, Diyarbəkr,
Suriya və Anadolu ölkələri onların və nəsillərinin əsərləri ilə doludur.
Müsəlmanlar bu mübarək xanədanda dua və səna ilə məşğul
olurdu.
Sultan Əlaəddin Keyqubad, səmimi bir müsəlman olub, əhlisünnə etiqadında və hənəfi məzhəbində idi. İbadətlərini davamlı
və nöqsansız edirdi.

152


Daşdəri Cəlaləddin Qaratay da belə deyir:
“On səkkiz il sultanın xidmətində oldum, gecənin üçdə birindən artığını yuxuda keçirdiyini xatırlamıram. Onu gecələr daim
Qurani-Kərim oxumaqla, namaz qılmaqla, dua etməklə və çalışmaqla məşğul olduğunu gördüm.
Hökmdarlıqla yanaşı iqtisadi və ticari həyata çox əhəmiyyət
verirdi. Əhalisinin rifah səviyyəsini yüksəltmək üçün iqtisadi və
ticari sahəni daim sərbəst buraxdı, ticarət və mədəniyyət münasibətlərinin baş amili olan quru və dəniz yollarına xüsusi əhəmiyyət verdi. İnşa etdiyi karvansaray və xanəgahlar və sahil
şəhərlərində qurduğu limanlar bunun aşkar dəlilidir, (islam Tarixi
Ensiklopediyası, C.2)

'SD

153

« İslam Qəhrəmanları

Osman Qazi Dövrü
Dördyüz çadırla Anadolu Səlcuqları, Bizans sərhəddinə yerləşdirilən Kayı tayfası, 1299-cu ildə Osman Qazinin adı ilə Osmanlı xanədanı və dövlətini qurdu.
Osman Qazi, islam dininin əsaslarını, türk ənənəsini, təşkilat
və müəssisələrini qurdu. Bunları mərhələ mərhələ həyata keçirib
mükəmməlləşdirdi. Təşkilat və müəssisələrini qurarkən islam dininin tərzlərindən “Cihad” əmrini yerinə yetirirdilər.
Osmanlı güclərinin sərhəddəki düşmənlərlə yola getməyəcəyini başa düşən Bizans Qeysəri İkinci Andrinikos Paleoloqos,
güvəndiyi komandanlardan Musalonu Osman Qazinin üzərinə
səfərə göndərdi. Bizans ordusunun sayı iki min nəfərdən ibarət
idi. Osman Qazi, Bizans qoşunları ilə 1301-ci ildə İznikin CənubŞərqindəki Qoyunhisar qalası yaxınlığında qarşılaşdılar. 27 iyul
1301-ci ildə baş verən Qoyunhisar müharibəsində Osman Qazi
qalib gəldi. 1302-ciildə Körpühisar qalası fəth edildi. 1303-cüildə
Yenişəhərin Cənub-Qərbindəki Marmaracıq qalası fəth edildi. İznik şəhərinin Şimalındakı Qatırlı dağının ətəyində qala inşa edildi. Qalaya Taz Əlinin komandanlığında yüz əsgər qoyularaq İznik mühasirəyə alındı. 1306-cı ildə Bursadakı müttəfiq Bizans
ordusuna qarşı səfər edildi. Osmanlı Sultanı, Osman Qazi müttəfiq Bizans ordusunu Dinbozda məğlub etdi. Kəstel, Tələ və
Ulubad qalaları ələ keçirildi. 1306-cı ildə ilk dəfə Osmanlılar,
Ulubad yadelliləri ilə hərbi saziş imzaladılar.
Osman Qazinin, Osmanlı torpaqlarını davamlı olaraq genişlətməsi, Bizanslıları təlaşa salmışdı. Bizanslılar Elxanilərlə qohumluq əlaqəsi quraraq, Osmanlıların hücumlarından qurtulmaq
istədilər.

154

Bizans Qeysəri qızı Mariyanı Elxanilərin hökmdarı Qazan
Xana nişanladı. Bizans qalalarını, Osman Qazinin işğalından qurtarıb Osmanlının hakimiyyəti altındakı ərazilərin geri alınacağını
ümid edirdi. Bunun üçün hər cür hiylələrə əl atırdı.
Osman Qazi hücumlarını davam etdirdi və 1307-ci ildə İzniki
mühasirəyə alıb Yalovaya hücum etdi. Beləliklə Osmanlılar dənizə çıxış əldə etdilər. İmralı adası və Koçhisarfəth edildi.
Osmanlıların Bizans sərhədində təsis etdiyi ədalətli idarəçilik,
yadellilərin zülmündən, vergilərin ağırlığından bezən xristian
əhalidə və komandanlar arasında təqdir yaratmışdı. Bu sevgi və
məhəbbət, xristianların Osmanlıları üstün tutmaları üçün kifayət
səbəb idi.
Rumlar Osman Qazinin hakimiyyətinə sığınmağa başladılar.
1313-cü ildə düşmən Harmanhisar ordusunun başçısı Mihal de
Osman Qazinin tabeliyinə girib müsəlman oldu.
Kösə Mihal Qazi adını alaraq bir çox savaşlarda iştirak etdi.
Osmanlı dövlətinə çox böyük xidmətələr göstərdi. Mərmərə sahilindən Qaradəniz istiqamətində savaşan Osmanlılar 1313-cü
ildə Ağhisar, Geyvə, Lüblücə. Lefke, Hisarcıq, Təkfurpınarı, Yeni Qala, Qaragöz və Yanıqhisar qalalarını fəth etdilər. 1317-ci
ildə Orxan Qazi və komandanlarından Qonuralp, Sakarya və
Qaradəniz istiqamətindəki Qaratəkin, Əbu Suyu, Qaracabəy,
Duzbazarı, Qapıçıq və Keresteci qalalarını fəth edib bu əraziləri
Osmanlı hakimiyyətinin tabeliyinə aldılar.

Osman Qazinin Son Günləri
Osman Qazinin gəncliyindən bəri Rum və düşmən təcavüzlərinə qarşı hərbi hazırlığı və mübarizəsi, dövlət qurarkən idarəçilik və siyasi fəaliyyəti, onu altmış yaşından sonra ciddi şəkildə yormağa başladı. Qazinin komandanlığında böyüyüb igidliyi,
cəsarəti, qəhrəmanlığı, bilgisi və islam dininə sədaqəti ilə düşmənlərin qorxusunu, müsəlmanların təqdirini qazanan oğlu Orxan Qazinin idarəçilik qabiliyyətini sağlığında görə bilmək üçün,
son illərindəki fəthlərdə Orxan Qazini vəzifələndirdi.

155

* İslam Qəhrəmanları *
Oğluna vəsiyyətinin mahiyyəti bu şəkildədir:
“Allah-Təalanın əmrlərinə zidd bir iş görmə! Bilmədiyini islam
üləmasından soruşub öyrən! Sənə itaət edənlərin könlünü şad
et. Əsgərlərinə inamın və ehsanın əskik olmasın! Belə ki, insan,
ehsanın köləsidir. Zalım olma! Aləmi ədalətlə idarə et. Allah rizası
üçün cihadı tərk etməyərək könlümü şad et! Üləmaya riayət et
ki, din işləri nizamlı olsun. Harada bir elm əhli haqqında eşitsən,
ona rəğbət və helm göstər!
Əsgərlərinlə və var dövlətinlə lovğalanıb islam alimlərindən
uzaqlaşma!
Bizim qayəmiz Allah yoludur, məqsədimiz Allahın dinini yaymaqdır. Yoxsa boş və mənasız bir savaş deyildir. Sənə də bunlar
yaraşır. Daima hamıya yaxşılıq et! Dövlət işlərini nöqsansız şəkildə yerinə yetir! Hamınızı Allah-Təalaya əmanət edirəm.”

156

Bir Başa Bir Göz

Osmalı hakimiyyətində tayfadan dövlətə addımların atıldığı
ilk illərdə izmitin fəthinə girişdiyi vaxt Hərəkə Qalası, Osman Qazinin əmri ilə mühasirəyə alınmışdı. Bizanslılar qalanı müdafiə
edir və qazilər isə komandanları Qara Əlinin arxasında bayrağı
bir an öncə qala bürcünə sancmaq üçün vuruşurdular. Qaladan
ox yağmuru yağırdı. Bizanslılar, “Urra.... Urra...” deyə nərə çəkərkən qazilərin “Allah... Allah...” nidaları ilə təkbirlər onların bayquş səsini batırırdı.
Döyüşün qızğın vaxtında qaladan atılan oxlardan biri, Qara
Əli Bəyin sağ gözünə saplandı. Sanki ox onun gözünə girməmişdi. Əsgərinə əmrlər verir, göstərişlərini edirdi.
Allah rizasına!... Din üçün...
Dövlət üçün vurun şahbazlarım!... İrəliyə aslanlarım!...
Həmin vaxt mücahidlərdən biri:
-Bəy, gözünə ox girdi, -dedi.
O bir yandan oxu çəkib çıxararkən, bir yandan da:
-Narahat olma, niyə təlaşlanırsan aslanım?
Birbaşa bir göz kifayətdir. İki gözü olub arxaya baxmaqdansa,
bir gözlü irəli atılmaq daha yaxşıdır... Bundan dörd saat sonra
türk bayrağı, Hərəkə qalasında dalğalanmağa başladı.

'SD

157


« İslam Qəhrəmanları

Samsa Çavuş
Bədr savaşında iman qınından sıyrılıb itilənən və ucunda
əbədi şəfanı daşıyan islam qılıncı heç vaxt paslanmadı. Yəməndən tutmuş ta Bizansa, Hindistandan İspaniyaya qədər üç
Qitəni şahdamarları ilə bir-birinə tikən islam qı İnci, ilk dəfə Bədr
savaşında atəşə düşdü. Orada itiləndi (odda döyüldü) və əbədi
hərəkat suyunu orada içərək almazlaşdı. Və əsrlər, dövrlər boyunca küfrü kökündən yox etməyə çalışdı.
Osman oğullarının əlində Qitədən Qitəyə keçdi. Türklər “
Cənnətin qılıncların kölgəsi altında” olduğunu idrak etdiklərinə
görə bu məfkurə ilə yola çıxdılar. Osmanlı dövləti yeni cücərirdi.
Osman Qazinin ətrafında könülləri iman şövqü ilə yanan cəngavərlər yığışmışdı. Gözlərdən səadət işığı saçırdı. Bu cəngavərlər arasında bir Samsa Çavuş var idi... Həmin günlərdə Osman Qazi xəstələndi və savaş meydanını komandanlarına buraxdı.
Samsa Çavuşa da Geyvə üzərinə hücum etmək əmrini verdi. Samsa Çavuş atlarının başını Geyvə istiqamətinə çevirib bir
anda gözdən itdi.
Yaz gəlib keçdi və payız fəsli gəldi. Göydən leysan yağışlar
yağmağa başladı. Çavuşun üzüntüdən gözünə yuxu getmirdi. Yağış damcıları sanki onun beynini dəlirdi. Osman Qazinin yanına
nə üzlə qayıdacaqdı. Yağmur yağdı və qala yolları su ilə doldu.
Yollar keçilməz hala gəldi. Çaylar körpüləri yıxdı. Ancaq Samsa
Çavuşun vəzifəsi hələ bitməmişdi. Təkfurpınarı, Yeni Hisar və
Yanıqca hisarının fəth edilməsi, özü də qısa bir zamanda fəth
edilməsi lazım idi.
O indi nə etməli idi?

158

Samsa Çavuş işa namazından sonra otağına çəkildi və bir
kənarda əyləşib rəhləsini qarşısına qoydu. Dayanmadan Quran
oxumağa başladı.
Quran oxuduqca ruhu coşdu və qəlbi nurlandı. Gözləri nur
saçdı. Sonra əllərini Allahın dərgahına açdı və qəlbinin dərinliklərindən gələn dərin bir istəklə yalvarmağa başladı:
-Ey Əziz və Cəlil olan Allahım! Ey mənin millətimi və bütün
məxluqatı yaradan Allahım! Bu aciz bəndənə yardım et! Mustafanın hörmətinə, nurun şərəfinə məni məyus etmə... Yağmurun
vaxtıdır, ancaq üç hisar qaldı. Onları islama qazandıracağam.
Onları fəth etmədən rəhmətini sinəmə axıtma...
Ey hər şeyə qadir olan Allah! Canımı alacaqsansa buna görə
al, amma mənim üzümü Osman Qazinin yanında qara etmə!
Samsa Çavuş bu şəkildə dua edərək və yalvararaq sabaha
çıxdı. Sübh tezdən namazını qıldı və açılan üfüqlərin narıncı
rəngləri, yeni bir günün müjdəsini verirdi. Komandan Turquta
səsləndi:
-Turqut, Turqut! İslam fəth istəyir... Allah bizimlə bərabərdir.
Buna inamım böyükdür. Hücum etmək vaxtıdır. Təkfurpınara hücum!
Bir anda at kişnəmələri, gürz səsləri və qılınc şaqqıltıları
hər yeri bürüdü. Türk cəngavərlər hücuma keçdilər. Allah, Allah
nidaları ilə yer-göy silkələnirdi. Ağır döyüş başladı və Samsa
Çavuşun cəngavərləri bu üç qalanı beş gün ərzində ələ keçirdilər.
Qalanın bürclərində islam bayrağı dalğalanmağa başladı.
Bu beş gün ərzində Təkfurpınar, Yenihisar və Yanıqcahisar
qızmar Günəşdən yanıb qovruldu. Digər yerlərdə yağışlar, sellər
və fırtınalar baş verirdi. Rəhmət elə bir şəkildə yağırdı ki, Sakaryaya Sakaryanın görmədiyi leysanlar yağdı.
Şanı uca olan Allah, Çəngavər Çavuşun duasını qəbul etdi.

159

« İslam Qəhrəmanları

Süleyman Paşa
Osmanlı dövlətinin quruluşunda igidliyi, comərdliyi və savaşda göstərdiyi uğurlarla ad qazanmış Rumeli fatehi, mücahid
Osmanlı şahzadəsi 1316-cı ildə Bursada dünyaya gəldi. Orxan
Qazinin böyük oğludur. Anası isə Yarhisar hökmdarının qızı Nilufər Xatun idi.
Süleyman Paşa yüksək təhsil və tərbiyə gördü. İznik və İzmirin fəthlərində iştirak edərək hərbi təcrübələrini artırdı. Kamillik
yaşına gəldiyində igidliyini təqdir edən atası Orxan Qazi, onu
Kocaelinə vali təyin etdi. Bütün ömrü boyunca böyük xidmətlər
göstərərək təmiz bir həyat yaşadı.
Süleyman Paşa həyatının ən fəal dövründə Bolayır ilə Seydi
qəsəbəsi arasında ov edərkən atının sürüşməsi nəticəsində yıxılaraq vəfat etdi. Vəfat edərkən 43 yaşında olan şahzadənin
cənazəsi Bolayıra gətirilib özü inşa etdirdiyi imarətin bağçasına
dəfn edildi.
Ağıllı İnsanlar Öyünməyi Ar Hesab Edirlər.
Süleyman Paşanın Rumelidəki fəthləri düşmən tərəfində görülməmiş izlər buraxdı. Macar, Bolqar, Eflak və Serb kralları bu
cəngavərin meydana çıxması ilə qorxuya düşərək yeni ordular
yığmağa başlamışdılar. Onlar bizan imperatoruna göndərdikləri
xəbərdə:
“İndiyə qədər Rum diyarı, düşmənin hücumlarından qorunduğu halda, İslam ordularının hücumu getdikcə artır və qalalar
onların əlinə keçir. Kilsələri, bütləri yıxmağa davam edirlər. Gücümüz tükənir və onların dövləti günbəgün güclənir.

160

Hələ burada tam möhkəmlənmədən və atalarımızdan qalan
dövlətlərin bayraqlarını, qılıncları parçalamadan onların ayaqlarını ölkəmizdən kəsmək üçün səy göstərmək başlıca məsələmizdir”-deyirlər.
Böyük şahzadə düşmənin hücum xəbərlərini eşidincə əmrindəki din yolunda savaşanlara və din qardaşlarına bu ibrətli
nəsihəti etdi.
“Bu gördüyümüz fövqəladə işlər və apardığımız ağılasığmaz
mübarizələr nəticəsində indiyə qədər zəfərlər qazanan ordumuz
yeni torpaqlara sahib olmuşdur. Bu fəthlər əslində Allah-Təalanın
yardımı və Həzrət Peyğəmbərin möcüzələrindən başqa bir şey
deyildir. Yoxsa bu qısa zamanda bu qədər az bir ordu ilə belə bir
dəstək və yardım olmadan, bu qədər çox iş görmək asan məsələ
deyildir. Baş verən savaşlar, ileyi-kəlimətullah üçün olmuşdur.
Sağlam inanca sahib insanlar cihad edib canlarından keçmək
məcburiyyətindədirlər. Hələ indi ən pis olanı düşmənin müttəfiq
halda hücum etməsi və ordu yığması bunu tələb edir.
Müsəlmanlara layiq olan budur ki:
“Az bir toplum, Allahın köməyi ilə çox qələbəlik bir ordunu
məğlubiyyətə uğratmışdır.”-əmrinə inanaraq din yolunda savaşarkən, bəndələrin Rəbbi olan Allahın köməyinə arxalanaraq
düşmənlərlə vuruşmalıdır. Azğın və inadkar düşmən üzərinə hücuma keçmək lazımdır. Həyat hamının əyninə geyindirilən əmanət bir libasdır. Bununla ağıllı insanlar öyünməyə ar edərlər.
Bizim üzərimizə düşən gözəl xatirələr qoyub getməkdir. Hər
kəsin nəfəsləri sayılı, aqibəti də məlumdur. Yaşamaqdan sonra
ölüm gerçək olduğu halda, dünyanı yaradan da “Həyat və ölümü
yaratdı”-buyuraraq buna işarə edir.
Beləliklə hamının, ölümün hər an hazırvə ruhları alan mələyin
də başının üzərində gözlədiyini bilməsi lazımdır. Əgər vəd edilən
ölüm günüm gəlib çatarsa və həyata əlvida deyərəmsə, qətiyyən
din düşmənlərindən üz çevirməyin. Kafirlərin qarşısından qaçmayın!..

161

* İslam Qəhrəmanları *
İslamın bayrağı, din yolunda vuruşanların səyi ilə dalğalanarkən və müsəlman ölkələri müəyyən bir nizama girərkən Allahın dəstəyindən ümid kəsmək, çox böyük ağılsızlıqdır. Başbuğunuzun yoxluğu məğlubiyyətinizə səbəb ola bilməz. Əsl
komandanımız (sərdarımız) yaxşıların yaxşısı, xeyirə tələsənlərin başbuğu olan həzrətdir. Kərəmli padşahların olmasının səbəbi və Allah-Təalanın salatı və salamı üzərinə olsun Həzrət Məhəmmədin dinini gücləndirən odur.
İndi mənim vəsiyyətim və sizə verəcəyim son tövsiyəm budur
ki, aqibəti pis olan bu müttəfiq ordu ilə vuruşun. Bunun Allahın
əmri olduğuna tam şəkildə əmin olun. Döyüş meydanından
qaçmağın ən böyük günahlardan və utanclardan olduğunu unutmayın. Düşmən ordusunu əzmkarlıqla və mətanətlə məğlub
edin. Azğınlarla vuruşarkən qorxaqlıq etmək ən böyük vəbal və
qəbahətdir.
Müsəlman olan şəxs Allahın köməyinə arxalanaraq qılınc
qaldırmalıdır. Rəbbimizin köməyi olduqdan sonra, qarşımıza çıxan düşmənin aqibəti fəlakət olacaq.
Orduya nəzarət etmək və qarşımıza çıxan bəlalara sinə gərmək mənim mövcudluğuma bağlı deyildir.
Allah-Təalanın yardımına sığınaraq Rəsuli-Əkrəmin (s.ə.s)
ruhaniyyətinə yönələrək düşmənlərimizə qarşı mübarizədə səbirli və əzmkar olun.”
İyirmi üç il kafirlərə qarşı cihad edən və Rumelini türklərə
ikinci vətən edənşanlı şahzadə Süleyman Paşa, hər döyüşdən
əvvəl belə gözəl sözlərlə yanındakı mücahidlərin könlünü alır və
onlara şücaət verirdi.

'SD

162

Murad Xudavəndigarın Duası...
Müəzzəm Sultan Murad Xan 8 avqust 1389-cu ildə Bəraət
gecəsində Kosovanın Səraxs səmtində düşmənlə qarşılaşarkən,
ordu yorğun olduğundan həmin gün istirahət vermişdi. Lakin o
sakit yay gecəsində axşam düşüb alaqaranlıq vaxtı olanda elə
bir fırtına qopdu ki, tozu dumana çevirdi. Göz-gözü görməz oldu.
Hava şəraitinin belə davam etməsi sayca üstün olan düşmən
ordusunun xeyirinə idi. Belə bir vəziyyətdə dua etməkdən başqa
bir çarə yox idi.Sultan Murad bu mübarək bəraət gecəsində dəstəmaz alıb iki rükət namaz qıldı və sonra əllərini açıb Allah-Təalaya göz yaşları içində belə yalvardı:
“Ey İlahi! Bu qədər duamı qəbul etdin. Məni məhrum etmədin.
Yenə mənim duamı qəbul et! Bir yağış yağdırıb bu zülməti və
tufanı dəf edərək aləmi nurlandır ki, düşmənləri rahat görüb üzüzə vuruşa bilək! Ya ilahi! Mülk və qul sənindir. Sən kimə istəsən
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 09
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.