Latin

İslam Qəhrəmanları - 04

Total number of words is 3727
Total number of unique words is 1812
26.8 of words are in the 2000 most common words
37.4 of words are in the 5000 most common words
43.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
-Bəli, ya Rəsulallah. Anam atam sənə fəda olsun!., cavabını
verdi.
Allah Rəsulu da buyurdu ki:
-Cəddinə (babana) səadət!...
Bu məqamda şavaş başladı. Sad bütün gücü ilə durmadan
qılınc sallayır, nizə vururdu. Belə ki, onun hər bir zərbəsində bir
düşmən əsgəri yerə yıxılırdı. Birdən Sad yıxıldı, -deyə bir səs

57

* İslam Qəhrəmanları *
eşidildi. Bu səsi eşidən Allahın Rəuslu cəld ona tərəf qaçdı. Doğurdan da Sad vurulmuş və yerə yıxılmışdı. Rəsuli Əkrəm (s.ə.s)
cəld onu qucaqladı. Özü şəxsən onun üzündəki toz-torpağı sildi
və belə buyurdu:
-Nə gözəl ətrin var, Allaha və Rəsuluna olan sevgin nə qədər
ucadır ey Sad!...
Allahın Rəsulu bu məqamda ağlayırdı. Bir müddət ağlamağa
davam etdi və daha sonra üzündə bir gülüş sezildi. Bundan sonra yanındakılara dönərək dedi ki:
-Kəbənin Rəbbinə and içirəm ki, Sad Hovuza getdi. Oradakı
mücahidlərdən Əbu Lübabə soruşdu:
-Anam, atam sənə fəda olsun ya Rəsulallah, Hovuz nədir?
Rəsuli Əkrəm (s.ə.s) belə buyurdu:
-Hovuz, Rəbbimin mənə ehsan etdiyi bir şeydir. Genişliyi Səna
ilə Bəsrə arası qədərdir. Ətrafı inci və yaqutlarla bəzədilmişdir.
Suyu süddən daha ağ, baldan daha şirindir. Ondan bir dəfə içən
əbədi olaraq susamaz.
Allah Rəsulunun sözü qurtardıqdan sonra Əbu Lübabə bu
dəfə də dedi ki:
-Ya Rəsulallah, bir az əvvəl biz, sənin əvvəlcə ağladığını,
sonra da gülümsədiyini və sonra da üzünü çevirdiyini gördük.
Bunun hikməti nədir?
Rəsuli Əkrəm (s.ə.s), Əbu Lübabənin bu sualına cavab olaraq buyurdu ki:
-Sad Sələməni sevdiyim üçün ağladım, onun Allah nəzdindəki dərəcəsini və uca məqamını düşünərək sevindim və gülümsədim. Daha sonra üzümü başqa tərəfə çevirməyimə gəlincə, bunun səbəbi də, onun hurilərdən ibarət zövcələrini həmin
anda orada gördüyümə görədir. O huri zövcələr həmin anda ora
gəlmişdilər. Bədənlərinin bəzi hissələri və zinət əşyaları görünürdü. Həyadan üzümü o biri tərəfə çevirmək məcburiyyətində
qaldım.
Bunları deyən Allahın Rəsulu, daha sonra ətrafındakı mücahidlərə əmr etdi ki:

58

-Sad Əsləminin silahlarını və ona aid digər əşyalarını götürün və birbaşa aparıb xanımının evinə verin. Qayın atasına da
deyin ki:
-Allah Sad Əsləmini sizin qızınızdan daha xeyirli birisi ilə nikahladı.
(Qəflətdən qurtuluş -Tənbihu-I-Qafilin səh. 937, 941)

'&D

59

« İslam Qəhrəmanları

Həzrət Xalid bin Vəlidin (r.a) Şücaəti
Ənəs bin Malikdən edilən rəvayətə görə Mutə savaşı haqqında şəhadət xəbəri gəlmədən əvvəl, Rəsulullah (s.ə.s) minbərində əyləşmiş və Allah-Təala, Həbibinə Mutə savaşının fəthini
gözü qarşısındakı kimi göstərirdi. Buyurdu ki:
-Budur bayrağı Zeyd aldı və şəhid oldu. Şəhadət gətirib salat və salamdan sonra, siz də Zeyd üçün tövbə (dua) edin. Zeyd
cənnətə girdi. Orada məsuddur.
İndi bayrağı Cəfər bin Əbi Talib aldı və o da şəhid oldu. Ona
da şəhadət və salavat gətirərək dua edin. Artıq Cəfər cənnətə
girdi və istədiyi tərəfə iki qanadı ilə uçur. Bu dəfə də bayrağı Abdullah bin Rəvaha aldı. O da şəhid oldu, ona da şəhadət və salavatdan sonra dua edin. O da cənnətə daxil olmuşdur. Bu xəbəri
verərkən mübarək iki gözündən yaşlar axırdı. Ən sonda bayrağı Allahın qılınclarından bir qılınc aldı və nəhayət “Allah” mücahidlərə fəth müyəssər etdi.
Bu ilahi qılıncdan məqsəd Xalid bin Vəlid idi.
Bundan sonra Həzrət Xalid (r.a) “Seyfullah” deyə zikr edilmişdir. Həqiqətən də o əhli-islamın əlində Allahın kəskin bir qılıncı idi. Ondan sonra Həzrət Xalid bin Vəlid sayəsində Allahın izni
ilə Allah-Təala çox böyük zəfərlər nəsib etdi.
Həzrət Xalid (r.a) buyurmuşdur ki:
“Mutə günü əlimdə doqquz qılınc parçalandı və yalnız ağızı
enli yəmani bir qılınc var idi ki, yalnız o dözdü.”
Məzarımı bir qılıncla qazın!

60

Həzrət Xalid bin Vəlid miladi 642/hicri 21-ci ildə Xumusda
xəstələndi. Yanında silahdaşları var idi. Vəfat edəcəyi anda qılıncını istədi və qulpundan tutaraq şəfqətlə oxşadı. Sonra:
“Neçə-neçə qılınclar əlimdə parçalandı və bu ölümümü görəcək son qılıncımdır. Məni ən çox üzən, həyatı həmişə savaş
meydanlarında keçib yataq üzü görməyən bu Xalidin yataqda
ölməsidir. Rəsulullahın heç bir əshabı rahat yatağında ölmədi.
Ya savaş meydanlarında, ya da uzaq diyarlarda islam dinini yayarkən qərib olaraq şəhid oldu.
Ah Xalid! Şəhid olmayan Xalid! Savaş mənim ətimi yeyə bilmədi. Şəhidlik mərtəbəsi xaric əldə etmədiyim məqam qalmadı.
Bədənimdə bir qarış yer yoxdur ki, ya qılınc yarası, ya da bir
nizə yarası olmasın. Ömrü boyunca islam dinini yaymaq üçün
savaşlarda at çapan insanın sonu beləmi olacaq? Savaş meydanlarında at üzərində düşmənə qarşı Allah rizası üçün qılınc
çəkərkən şəhid olaraq ölmək istərdim, dedi. Sonar Yermuk savaşını xatırlayaraq, “Ax, Yermuk günü. İnsan qanlarının vadidə
sel kimi axdığı Yermuk! Şiddətli bir çiskinin olduğu gecə, göydən tökülən yağmurda qalxanımın altında gecələdiyim yadından
çıxmır. Həmin gecə mühacirlərdən ibarət birliyimə hücum etmək
üçün çətinliklə səhərə çıxmışdıq. Ax... Yermuk savaşı... Üç min
igidlə yüz min kafirə qarşı zəfər qazandığımız Mutəni belə unutdurdun!...”
Ey yaxınlarım! Cihada çıxın. Bu torpaqlar yalnız cihad etməklə qoruna bilər. Yermuk Rumlarla vuruşduğumuz iki böyük
müharibədir. Bundan sonra daha neçə müharibələr olacaqdır.
Qətiyyən qafil olmayın! İndi özümü at kişnəmələri arasında
“Allah Allah” nidaları ilə insanlara çətin gələn Yermuk vadisində
hiss edirəm. Allaha and olsun ki, Rəbbimdən məni hər savaşda
diriltməsini və həmin savaşın haqqını vermək istəyirəm.” buyurdu.
Sonra “vəsiyyətimi bildirirəm: Məni ayağa qaldırın deyincə,
ayağa qaldırdılar. “Məni buraxın, indiyə qədər həmişə daşıdığım
qılıncım, artıq məni daşısın” -deyərək qılıncına söykəndi.
“Ölümü savaşda imişəm kimi ayaq üstə qarşılayacağam, öldüyüm zaman atımı, müharibələrdə təhlükələrə göz qırpmayan

61

* İslam Qəhrəmanları

bir igidə verin. Atım və qılıncımdan başqa bir şeyə sahib olmadan
öləcəyəm. Məzarımı bu qılıncımla qazın. Qəhrəmanlar qılınc
şaqqıltısından zövq alır” buyurdu.
Sonra yatağına yıxılıb kəlimeyi-şəhadət gətitrərək ruhunu
təslim etdi.

62

Abdullah İbn Məsudun (r.a) Qəhrəmanlığı
Bir gün əshabi-kiram (r.anhum) yığışıb: “Qüreyşlilər Quranın
yüksək səslə oxunduğunu heç eşitmədilər. Quranı onlara yüksək
səslə oxuyub eşitdirəcək kim var?”-dedilər.
Abdullah ibn Məsud (r.a):
-Mən varaml-buyurdu. Silahdaşları:
-Biz sənin barəndə qüreyşlilərdən qorxuruq. Biz elə bir adam
istəyirik onun qövm və qəbiləsi olsun ki, qüreyşlilər bir şey etmək
istədikləri zaman, onu qorusunlar, -dedilər.
Həzrət Abdullah (r.a);
“Siz məni buraxın gedim, uca Allah məni qoruyar:”-dedi.
Ertəsi günü quşluq vaxtı Kəbənin yanına qədər getdi və qüreyşlilərin toplantı yerlərində olduqları vaxt ayaq üstə yüksək
səslə Bismillah deyərək “ər-Rəhman” surəsini oxumağa başladı.
Qüreyş müşrikləri dərhal ayağa durub onun üstünə getdilər və
onun üz-gözünə vurmağa başladılar. Abdullah ibn Məsud isə
oxumağa davam etdi. Lakin döyülmüş bir vəziyyətdə yoldaşlarının yanına qayıtdı. Yoldaşları:
-Onsuz da biz, sənin aqibətinin belə olacağından qorxmuşduq, dedilər. Həzrət Abdullah (r.a):
-Mənim nəzərimdə, indi onlardan daha zəif Allah düşməni
yoxdur. İstəyirsinizsə mən, sabah da gedər və onlara bir o qədər
Quran yenə oxuya bilərəm, buyurdu.

63

« İslam Qəhrəmanları

Muaz Bin Amr Cəmuh İlə
Muaz Bin Afranın İgidliyi
Abdurrəhman bin Avf (r.a) rəvayət edir:
Bədr müharibəsində səflər arasında dayanarkən sağıma və
soluma baxdım. Bir də gördüm ki, Ənsardan iki gəncin arasındayam. Həmişə belə güclü iki insanın arasında olmağı istəmişdim. Gənclərdən biri mənə gözü ilə işarə edərək:
-Əmican, Əbu Cəhli tanıyırsanmı? -deyə soruşdu.
-Bəli, nə edəcəksən? -dedim.
-Rəsulullaha söydüyünü eşitdim. Qüdrət və iradəsi ilə yaşadığım Allaha and olsun ki, onu görən kimi üstünə hücum edəcəm
və bu uğurda öləcəyəm, dedi.
Heyrətlər içində qaldım. Digər gənc də gözü ilə işarə edərək
eyni sözləri dedi. Çox keçmədən Əbu Cəhlin müşriklərin arasında
gəzdiyini gördüm və gənclərə:
-Baxın, o sizin soruşduğunuz adamdır, dedim.
Qılınclarını çəkib hücum edərək onun işini bitirdilər. Sonra
qayıdıb hadisəni Rəsulullaha xəbər verdilər.
Rəsulullah (s.ə.s):
-Hansınız öldürdünüz, deyə soruşdu. Gənclərin hər ikisi:
-Mən, deyə cavab verdi. Bundan sonra Rəsulullah:
-Qılınclarınızı sildinizmi? buyurdu.
-Xeyr, dedilər.
Rəsulullah (s.ə.s) qılınclara baxınca:
-İkiniz bərabər öldürmüsünüz, buyurdu və Əbu Cəhlin mülkünü, Muaz bin Amr ilə Muaz bin Atra arasında paylaşdırdı.

64


İbn Abbas və Abdullah bin Əbu Bəkr belə rəvayət edir:
Bəni Sələmədən Muaz bin Amr bin Cəmuhdan bunları eşitdik:
-Xalqdan Əbu Cəhlin çox güclü olduğunu eşitdim. Heç kim
Əbu Cəhlə bir şey edə bilməz, deyirdilər. Bunu eşidən kimi
hərəkətə keçib onu axtarmağa başladım və tapdım. İlk fürsətdə bir qılınc zərbəsi ilə bir qıçını iki yerə böldüm. Kəsilən ayaq,
daşın üzərinə düşən xurma dənəsinə bənzəyirdi. Bu vaxt Əbu
Cəhlin oğlu İkrimə də mənim kürəyimə bir qılınc zərbəsi endirdi.
Bir qolum yalnız dəridən asılmış vəziyyətdə çiynimdən sallanmışdı. Buna baxmayaraq bütün gün savaşdım. Qolum dözülməz
halda əziyyət verincə əyilərək ayağımı sallanan qolumun üstünə
basaraq çəkib qopardım. (M. Yusuf Qandəhləvi, Hədislərlə Həzrət Peyğəmbər və Əshabının Yaşadığı Müsəlmanlıq, C.2)

'OD

65

« İslam Qəhrəmanları

Həzrət Nəsibə (Nüseybə) (r.anhə)
Uhud hərbindəki vəziyyəti belə rəvayət edir:
Uhud hərbində əlimdəki qab ilə müsəlman mücahidlərə su
verirdim. Lakin, bir müddətdən sonra müharibədə vəziyyət dəyişdi. Düşmən əsgərləri, müsəlmanların arasına girmişdi. Həmin
anda su paylamaq işini buraxdım və əlimə bir qılınc götürərək
düşmənlərlə vuruşmağa başladım. Elə dəhşətli bir savaş oldu
ki, tam on üç yerimdən yaralandım. Aldığım bu yaralardan birinin
müalicəsi düz bir il çəkdi.
Nəsibə Xatun Məkkəyə gedib, Rəsulullaha (s.ə.s) beyət
edənlərdəndir. Uhud hərbində əri və iki oğlu ilə birgə iştirak edib
igidliyini hər kəsə göstərdi və neçə-neçə igidi utandırdı. Hətta
Rəsulullahın (s.ə.s) üzərinə hücum edən fədailərdən bir süvarinin ayağını qılınc ilə iki yerə ayırdı və atından yerə sərərək qətl
etdi. Özü də bir neçə yerindən yaralanıb al-qan içində ərini və
oğullarını vuruşmağa təşviq edirdi.
Düşmən hansı tərəfdən Rəsulullahın (s.ə.s) üstünə hücum
etsə, dərhal əri və oğulları ilə yetişib müdafiə edirdi. Bu fədakar
xidmətinə görə Rəsulullah (s.ə.s):
“Ya Rəbb! Bunları cənnətdə mənə yoldaş et' -deyə dua etdi. Bu vaxt o məlun (lənətlənmiş) ibn Qamiə “Mənə göstərin! Ya
o, ya mən”-deyərək Rəsulullahın (s.ə.s) üzərinə hücum etdikdə Nəsibə Xatun (r.a) onun qarşısına çıxdı və üç dəfə İbn Qamiəyə qılınc endirdi. Lakin üst-üstə iki zireh geyindiyindən onu
yaralaya bilmədi. İbn Qamiə isə qılıncı ilə Nəsibə Xatunu belindən yaraladı. Rəsulullahın bayraqdan olan Musab bin Umeyr
(r.a) zirehini geyindikdə Rəsuli Əkrəmə bənzədiyindən, İbn Qamiə onu Rəsulullah (s.ə.s) zənn edərək şəhid etdi.

66

Nəsibə Xatun (r.a), Uhud savaşından başqa Yəmamə və
Müseyləmətul-Kəzzabın öldürüldüyü savaşda da iştirak etmiş və
əlini bu döyüşdə itirmişdir. (Uhud savaşı, M. Sami Ramazanoğlu).

'SD

67

« İslam Qəhrəmanları

İslam Üçün Fədakarlıq Necə Olur.
Möhtərəm Ustad həzrətlərinin nə vaxt ziyarətinə getsəm,
ən kədərli anlarımda belə böyük fərəh hissi içində ayrılırdım. O
qəlblərə fərəhlik verən oilahi nəzərlərinin və nəsihətlərinin təsirini
tərif etməkdə acizəm. Yenə bir gün hüzurunda idim. Bir təqvim
səhifəsini əlimə verib oxutdurdu və “səndə qalsın!” -buyurdu.
Təqvim səhifəsində belə bir yazı var idi: (14 05 1976 Sönməz)

İslam Üçün Fədakarlıq Necə Olur?
Amr bin Harisin qızı məşhur şairə Xansa çox gözəl qəhrəmanlıq şeirləri söylədi. Lakin islamiyəti qəbul etmədiyindən bir
mübarizə uğrunda başına gələn bəlaya təhəmmül edə bilməzdi.
Bu səbəbdən öldürülən qardaşları üçün yazdığı şeirlərində belə
deyirdi.
“-Əgər ətrafında mənim kimi yaxınlarının ölümünə görə ağlayanlar olmasaydı, bu iztiraba daha dözməyərək intihar edəcəkdim.”
Daha sonra müsəlman olduğunda dörd oğlunu birdən Qadisiyə müharibəsinə göndərərkən belə deyirdi:
“Ya islamın zəfər bayrağını Qadisiyədə dalğalandıracaqsınız,
yaxud da din uğrunda cihad edərkən şəhid olduğunuzu eşidəcəyəm.”
Belə də oldu. Yatağında xəstə yatarkən dörd oğlunun şəhidlik xəbəri gətirilərkən:

68

“-Yəni mən şəhid atası oldum?-deyə soruşur və bəli deyirlər.
Dörd şəhid anası təkrar soruşur:
“-Zəfəri kim qazandı?”
-Zəfər müsəlmanlarda, indi Qadisiyədə islamın bayrağı dalğalanır.
-İslamın bir zəfəri üçün dörd oğlum fəda olsun deyən Hansa
Xatun əllərini açaraq belə yalvarır:
“-Ya Rəbb! Mənə əmanət etdiyin dörd qəhrəmanı yenə sənin
dinin uğrunda fəda edirəm. Artıq məni şəhid anaları dəftərinə
qeyd et. Mənim üçün şəhid anası olmaq böyük bir nemətdir. Bunu məndən əsirgəmə!”
Nə zaman Hansa Xatundan söz edilsə Rəsulullah (s.ə.s)
onun haqqında:
-Nümunəvi islam qadını, buyurardı.
Hansa Xatun, islamiyyətdən əvvəl çox sıxıntılı halı var idi.
Qardaşının ölümünə dözməyib intihar etməyi belə düşünür.
Halbuki islamiyət ilə şərəfləndikdən sonra, qəlb gözü açılır və
bütün sevgisi, bütün varlıqların yeganə sahibinə keçir və köksü
mənəvi cəhətdən genişlədiyi üçün aram tapır, dörd oğlunun
şəhid olduğuna səbir edir və şəhidliyin nəticəsinin şərəfli bir iş
olduğunu bildiyi üçün kədərlənməkdə ifrata varmır. Allah-Təaladan onu da şəhid analığına qəbul etməsini arzu edirəm.

69


« İslam Qəhrəmanları

Əbu Dücanə (r.a)
Peyğəmbər əlindən ölümsüzlük şərbəti içənlərdən biri də
Əbu Dücanə həzrətləridir. Böyük şücaət sahibidir. Bütün savaşlarda Rəsulullah (s.ə.s) ilə bərabər iştirak etdi. Öz cismini sipər
edərək Allahın Rəsulunu düşmən oxlarından qorudu... və neçə
neçə kafirin ciyərini çıxartdı.
İslam ordusu ilə küfr ordusu, Uhud dağının ətəklərində
böyük bir döyüşə girişmişdi. Allahın Rəsulu (s.ə.s), dörd hissəyə
böldüyü orduların hər birinə bir bayraq verdi və Nur mənbəyi
olan Mədinədən yollarına rəvan oldular.
İslam ordusu min nəfər... Yüzü zirehli...
Küfr ordusunda üç min nəfər... Yeddi yüzü zirehli və iki yüzü
atlı. Küfr ordusu, Uhud dağının yanında mövqe tutaraq Mədinə
istiqamətində yerlərini gücləndirdilər.
Peyğəmbər ordusu, küfr ordusu qarşısında eyni şəkildə
Uhud dağının ətəyində mövqe tutduqdan sonra qoşunun başına
keçdi. Hazırlıqlar bitdikdən sonra Allahın Rəsulu (s.ə.s), əlinə bir
qılınc götürdü və buyurdu ki:
-Bu qılıncı haqqı ilə mənim əlimdən kim almaq istəyər?
Səhabələrdən istəyənlər oldu. Ancaq vermədi. Əbu Dücanə
həzrətləri irəli çıxdı və dedi:
-Bu qılıncın haqqı nədir ey Allahın Rəsulu?
-Bu qılıncın haqqı, parça-parça olana qədər kafirlərlə vuruşmaqdır.
- Ver ey Allahın Rəsulu, o şərtlə alıram!.. Allahın Rəsulu qılıncı
ona verdi. Əbu Dücanə (r.a) qılıncı aldıqdan sonra təkəbbürlə
yeriməyə başladı. Həzrət Rəsulullah onun bu hərəkətini görüb
buyurdu ki?

70

-Allah-Təala belə yeriməyi sevməz, Amma belə yerdə müstəsna.
Əbu Dücanə (r.a), mübarək qılıncı aldı və başına qırmızı
bir sarıq bağlayaraq üz-üzə gələn düşmən ordusunun qarşısına
çıxdı. Qarşısına çıxan düşmənləri bir-bir yerə sərməyə başladı.
Əbu Dücanə həzrətlərinin qılıncı, ildırımdan bir güllə kimi kafirləri yıxıb kül edirdi. Kafirlər geri çəkilməyə başladı və arxadakı
qadınlar fəryad qoparmağa başladılar. Düşmən ordusu arasında
böyük bir panika yayılmışdı.
Elə bu vaxt hər şey alt-üst oldu. Peyğəmbərin (s.ə.s) arxa
tərəfdə yerləşdirdiyi oxçular öz yerlərini tərk etdilər və verilən
əmri unutdular. Fürsət güdən kafir ordusunun süvari komandanı
oxçuların tərk etdiyi mövqeyə yerləşib müsəlman ordusuna arxadan zərbə endirdi.
Peyğəmbərlər peyğəmbəri (s.ə.s) düşmənlərin atdığı oxlara
hədəf oldu. Səhabələr varlıq nurunun ətrafına ətdən və sümükdən hasar çəkdilər.
Əbu Dücanə (r.a), Allah Rəsulunu qorumaq üçün ona canlı
sipər oldu. Bədəninə dəyən oxlar onun hər tərəfini qana boyamışdı. Ona dəyən oxların ağrısından yalnız başını qaldırır və
heç yerə tərpənə bilmirdi.
Həzrət Peyğəmbərin (s.ə.s) qatı düşmənlərindən biri də
Abullah bin Humeyd adlı kafir idi. Allahın Rəsulunu görüncə atını
mahmızladı və ona hücum etdi. 0 başdan ayağa zireh içində idi.
Və var gücü ilə bağırırdı:
-Mən Züheyr oğluyam! Məhəmmədi mənə göstərin ya onu
öldürəcəm, ya da onun yanında öləcəm.
Əbu Dücanə yerindən aslan kimi sıçradı və Humeydin qarşısına keçdi.
-Gəl mənim cavabımı ver. Allah Rəsulunu, mənim meyidim
üzərindən keçib görə bilərsən. Əvvəlcə kafirin atının ayaqlarını
vurdu və at kişnəyərək yerə sərildi. Sonra düşmənin üzərinə atıldı və:

71

* İslam Qəhrəmanları *
-Al, bu da sənə Harisənin oğlundan deyərək güclü bir zərbə
ilə onu yerə sərdi və onun sinəsinin üzərində oturub qılıncı boğazına dayadı. Sonra isə onun başını bədənindən ayırdı.
Rəsulullah (s.ə.s) bu döyüşü seyr edir və belə dua edirdi:
-Allahım Harisənin oğlundan mən necə razıyamsa, sən də
razı ol!
Əbu Dücanə həzrətləri üçün bundan böyük xoşbəxtlik ola
bilməzdi. O böyük bir qəhrəman idi və bütün ömrü boyunca qılıncını Peyğəmbərimizin (s.ə.s) əmrində qaldırdı. Həzrət Dücanə
bu döyüşdə qəhrəmancasına şəhid oldu.
Qəlbi həqiqət inciləri ilə bəzənmiş böyük səhabə təqva cəhətdən ən yüksək fəzilətə sahib idi. Bütün namazlarını Əziz Peyğəmbərimizin (s.ə.s) arxasında qılırdı. Dünya günlərini səadət
cənnətlərinə çevirən Nur əsri bütün ehtişamı ilə davam edirdi.
Böyük qəhrəman həzrət Əbu Dücanə, səhər gələn kimi evdən
çıxaraq Peyğəmbər məscidinə yollanır və sübh namazlarını davamlı olaraq Kainatın fəxri (s.ə.s) ilə bir yerdə qılırdı. Lakin namazı qılan kimi dua və təsbehləri gözləmədən durub gedirdi. Bu
xüsus Rəsulullahın (s.ə.s) diqqətini cəlb etdi və bir gün ondan
soruşdu:
“-Ey Əbu Dücanə! Nə üçün tələsik çıxıb gedirsən?
Əbu Dücanənin, qəlb dodaqları dilə gəldi və:
-Ey Allahın Rəsulu, canım sənə fəda olsun... getməyimin
səbəbi, Qonşumun bağındakı xurma ağacının budaqları, bizim
evin qapısına qədər sallanır və əgər geciksəm bizim uşaqlar
oyanacaq və küləyin təsiri ilə həyətimizə tökülən yetişmiş xurmaları bilməyərək yeyəcəklər. Mədələrinə haram tikə girmiş
olacaq. Buna imkan verməmək üçün tökülən xurmaları yığır və
qonşunun evinin qabağına qoyuram.
Rəsulullah (s.ə.s), göyləri aydınlacaq şəkildə təbəssüm etdi
və məmnunluğunu bildirdi.
Məhz onlar belə idi, biz isə beləyik...

72


Amr ibn Madi Kərib (r.a)

Yenə savaşların birində iman ordusu qırx min cəngavər, küfr
ordusu isə 120 000 əsgər idi... İpək libaslar içində, bellərində
qızıl kəmər, qollarında parıltılı bilərziklər var idi. İrəli çıxıb islam
ordusuna qarşı qışqırmağa başladılar:
Aranızda bizimlə vuruşmaq istəyən varmı?
Müsəlmanlardan bir nəfər dərhal irəli çıxdı və mən varam!
Bütün gözlər, təəccüblə bir yerə zillənmişdi. Çünki döyüş
meydanına çıxan bu cəngavər yüz yaşını keçmiş olan Amr ibn
Madi Kərib idi.
Qanının hər zərrəsində,vulkanlar püskürən bu səhabə ilə
vuruşan iranlı ox atmaqda çox məşhur idi.
Amr “Ya Allah” deyib irəli çıxdı. İranlının oxundan yayınaraq
qartal kimi iranlının üstünə şığıdı. Belindən yapışıb yerə sərdi və
qılıncını onun başına endirdi. İranlı cəngavərin başını bədənindən ayırdı və üzünü iman ordusuna çevirib qışqırdı.
-Ey şanlı qazilər bax belə vuruşun!..
Müharibə bütün şiddəti ilə başladı və iman ordusunun zəfəri
ilə sona çatdı. Qırx min iman ordusu 120 min kafiri qılıncdan keçirdi...
Müsəlmanlara bu gücü verən imanları idi... Bunun bənzərinə
nə tarix şahid olmuş, nə də insan xəyalı bunu təsəvvür edə bilərdi. Nur əsri məhz belə qəhrəmanlıqlarla dolu idi. (Tarixə Şan
verənlər, M. Nəcati Bursalı)

73


« İslam Qəhrəmanları

Bədrin Aslanları
Bədr, qızmar qumluq düzəngahdan ibarət bir səhra... Peyğəmbərin (s.ə.s) ordusu bu qızmar səhrada mövqe tutdu. Qarşılarında daha öncə gəlib yerləşən düşmən ordusu... Su, düşmən
ordusunun mühasirəsində...
İslam ordusunun ayaq basdığı yer isə insanın və heyvanatın
bağrını yandıran quraqlıq bir ərazi...
İnsan, at, dəvə və bütün canlılar dizlərinə qədər qum içində...
Göydə yandırıb kül edən Günəş, Yerdə sivri qayaların əqrəb
dişləri...
Səhabələr arasındakı iztirab və qızmar hava...
Birdən ilahi imdad...
Göylərdən büllur kimi süzülən yağmurlar...
Qum, insan və bütün canlılar sudan doydu., və savaş başladı.
Düşmən ordusundan üç nəfər meydana çıxıb nərə çəkdi...
-Bizimlə vuruşacaq igid istəyirik!
Onların qarşısına mədinəli səhabələrdən Avf, Muaz və Abdullah ibn Rəvaha çıxdılar.
Düşmənlər qəzəblə bağırdılar:
-Siz kimsiniz? Özünüzü nə hesab edirsiniz ki, bizim qarşımıza çıxırsınız? İslam mücahidləri ad və şöhrətlərini bir-bir sayıb
əlavə etdilər:
-Bizənsardanıq!Allah Rəsulunun mədinəli köməkçilərindən...
Azğın düşmənlər təkrar bağırdılar:

74


-Bizim sizinlə işimiz yoxdur! Siz bizim tayımız deyilsiniz. Dedilər və qaralmış üzlərini peyğəmbər otağına tərəf çevirib nərə
çəkdilər:
-Bizə içimizdən, qanımızdan və soyumuzdan tay olanları çıxart!..
Həzrət Rəsulullah (s.ə.s) müqəddəs barmaqlarım tərpətdi:
-Qalx ya Əbu Ubeydə! Qalx ya Həmzə! Qalx ya Əli!
Üç cəngavər kafirlərin qarşısına çıxdı.
Kafirlər yenə adətlərinə uyğun olaraq yeni gələnlərdən şan
və şöhrətlərini soruşdular:
-Siz kimsiniz?
Üç böyük islam qəhrəmanı bir-bir mübarək adlarını dedilər.
Küfr əhlindən cavab gəldi:
-Məhz sizi istəyirdik, siz tam bizə uyğunsunuz.
Qarşı-qaşıya gəldilər, qılınclar göydə qığılcım saçdı.
Müsəlman cəngavərlərin ən yaşlısı Əbu Ubeydə həzrətləri...
Düşmənlərin ən gənci Vəlid ilə qarşılaşdı. Bahadırlar bahadırı
Həzrət Həmzəyə Utbə düşdü... Allahın Aslanı Həzrət Əliyə də
Şeybə...
Həzrət Əlinin (r.a) şanlı qılıncı düşməninin silahını mum kimi
əyən bir ildırım kimi çaxdı və düşmənin fəryadı göylərə yüksəldi.
Sonra isə ikiyə bölünən odun kimi yerə sərildi.
İslam ordusunda təkbir səsləri yüksəldi... Kafirlər isə ah-vay
qopardılar. Həzrət Həmzədə (r.a) Utbə adlı kafirlə qarşı-qarşıya
gəldi. Kafir hələ qılıncını qaldırmamış Həzrət Həmzə qılıncını elə
bir zərbə ilə endirdi ki, düşmən çürük bir ağac kimi yerə sərildi.
Lakin yaşca xeyli yaşlı olan Əbu Ubeydə (r.a) həzrətləri gənc
düşməni qarşısında eyni uğuru göstərə bilməmişdi. Savaş vaxtı
düşməni qədər özü də yaralanmışdı. Üstünlük artıq gənc kafirə
keçən məqamda Həzrət Əli və Həzrət Həmzə yetişdilər və bir
zərbə ilə düşməni yerə sərdilər.
Üç azğın düşmən qanlar içində yerə sərilib qaldı. Həzrət Rəsulullah (s.ə.s) ağac budaqlarından bir kölgəlik düzəltdirmiş və

75

* İslam Qəhrəmanları *
altında əyləşmişdi. İlk böyük islam savaşının peyğəmbər qərargahı bura oldu.
Rəsulullah (s.ə.s) qərargahından çıxıb səhabələrə belə buyurdu:
-Qalxın! Müttəqilər üçün hazırlanmış olan göylər və yer genişliyindəki cənnətə girin.
Ənsardan Umeyr(r.a) yerindən qalxdı və:
-Ey Allahın Rəsulu, Cənnətin genişliyi göylərlə yerin genişliyi
qədərdirmi?
-Bəli buyurdu.
-Bəh bəh nə gözəl, nə gözəl.
-Sən nə məqsədlə belə dedin?
-Ey Allahın Rəsulu mən Allaha and olsun ki, ora girənlərdən
olmağı arzu etdiyimdən belə dedim.
-Sən mütləq oraya girənlərdən olacaqsan!
Umeyrin əlində xurmalar var idi... Həmin anda əlindəkiləri
yerə atıb və qılıncını çəkib savaş meydanına atıldı.
-Demək ki, mənimlə cənnətə girməyim arasında bunların
məni öldürməsindən başqa bir şeyə ehtiyac yoxmuş! Allaha
maddi azuqələrlə deyil, yalnız Allah qorxusu ilə, axirət əməli ilə
və Allah yolunda səbir, səbat göstərməklə gedilir.
Deyərək düşmən səflərinə hücum etdi və qarşısına keçəni
yerə sərərək irəlilədi. Nəhayət ən böyük arzusuna qovuşdu. Könül dodaqları ilə şəhadət şərbətini içdi. Umeyrin möhtəşəm ruhu
cənnətlərə uçdu. (Tarixdə iz qoyanlar, M. Necati Bursalı).

Bədr Şəhidləri
Harisə bin Suraqa əl-Həzrəci
Zü-ş-Şimaleyn İbn Abd Amr əl-Həzrəci
Rafi İbnu-I-Mual əl-Həzrəci
Sad İbn Heysəmə əl-Evsi
Safvan İbn Vəhb əl-Mühaciri

76

Aqil ibnu-l-Bukeyr əl-Mühaciri
Ubeydə bin Haris əl-Mühaciri
Umeyr İbnu-I-Humam əl-Həzrəci
Umeyr İbn Əbi Vaqqas əl-Mühaciri
Avf İbnu-I-Haris əl-Həzrəci
Malik Mübəşşir bin Abdi-I-Münzir əl-Evsi
Muavviz ibn Haris əl-Həzrəci
Mihca İbnu-s-Salih Mövla Ömər İbn Xəttab əl-Mhaciri
Yezid İbnu-I-Haris əl-Həzrəci
(r.anhum)-əcməin.


77

« İslam Qəhrəmanları

Sabit bin Qeys (r.a)
Ənəs bin Malikdən (r.a) oğlu Musa vasitəsilə rəvayət etdiyinə
görə:
Yəmamə hadisəsi günü Ənəs (r.a) “ənsarın xətibi və həzrəclilərin ələmdarı olan” Sabit bin Qeysin yanına getmiş və döyüş
səflərində dağılmanın (məğlubiyyətin) başladığını demək istəyir.
Halbuki Sabit həmin anda qollarını açaraq hanut deyilən qoxu
ilə (bu qoxu ölüyə sürtülən ətrin adıdır) ətirlənir və beləcə şəhid
olmağa hazırlanırdı.
Ənəs:
“-Ey əmi! Sən niyə dayanmısan, niyə döyüş meydanına getmirsən? -deyə səsləndi. O da:
-Ey qardaşımın oğlu indi gəlirəm, dedi. Bir yandan da üstünə
ətir vurdu.
Ətir vurduqdan sonra Sabit ikiqat paltar geyinərək kəfənləndi.
Sonra döyüş meydanına daxil oldu. Ənəs hədisin bu qismində
əsgərlərin bir hissəsinin məğlubiyyətini rəvayət etmişdir. Sabit
də:
-Döyüşə başlamazdan əvvəl ətrafa yayılan düşməni görüm
və sonra vuruşum” -dedi. Və davam edərək:
-Biz Rəsulullah (s.ə.s) ilə bir yerdə döyüşərkən o şəkildə dağınıq savaşmazdıq. Döyüşçülər mövqeyini tərk etməzdi. Başçınız sizə pis adət öyrətmişdir deyərək təfriqə salanları böldü.
Sabitin (r.a) şücaət və qəhrəmanlığı ilə kəfənə bürünərək
şəhidliyə necə hazırlaşdığı və hədisi-şərifdə yazıldığı kimi şəhid
olduqdan sonra da ülvi və ruhani dastanını Təbəri rəvayət edir.
(Əshabi Kiramın Dastanları, Mahmud Sami Ramazanoğlu).

78

Hübeyb (r.a)

Udal qəbiləsinin başçıları, Rəsulullaha (s.ə.s) müraciət edərək müsəlman olmaq istədiklərini, lakin qəbilələrində islamiyyəti
öyrədəcək bir adam olmadığından qəbilə əhlinin bütlərə sitayiş
etməyə davam etdiyini ifadə edərək onlara bir vaiz göndərilməsini
istədilər.
Rəsulullahda (s.ə.s) bu müraciəti qəbul edərək Udal qəbiləsinə, əshabın ən məşhurlarından ibarət mücahid dəstəsini
göndərdi. Onların vəzifəsi, yalnız Quran oxuyub islamiyyəti izah
etməkdən ibarət olduğuna görə yanlarına qılınc, qalxan kimi döyüş silahları götürməmişdilər.
Lakin Məkkə kafirləri o günə qədər müharibə şərtlərinə uyğun baş verən savaşlarda xeyli yoldaşlarını itirdiklərinə görə bu
məsələdə hiyləyə əl atdılar. Onlara Quran öyrətmək üçün gələn
bu məsum insanları, bir-bir qılıncdan keçirdilər.
Məhz bu mücahid dəstəsinin arasında Hübeyb ilə Zeyd bin
Dəsinə də var idi. Müşriklər onlara toxunmadılar; çünki islamın
bu iki qılıncı, daha əvvəlki savaşlarda müşriklərin bir çoxunu savaş meydanına çağıraraq onlara layiq olduğu dərsi vermiş və
onları cəhənnəmə yuvarlamışdı. Ona görə bu iki mücahidi həbs
etmək qərarına gəldilər. Belə ki, onlar bütün müşriklərin gözü
qarşısında bu iki mücahidi işgəncə verərək öldürməyə qərar verdilər.
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 05
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.