Latin

İslam Qəhrəmanları - 10

Total number of words is 3601
Total number of unique words is 1925
22.2 of words are in the 2000 most common words
33.8 of words are in the 5000 most common words
40.2 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Bununla yanaşı Həsən yerində dayana bilmir və özü döyüşə
başlamadan fəthin bitəcəyindən qorxurdu. Vaxtilə atasının şəhid
olduğu İkinci Kosova müharibəsində o da iştirak etmişdi. Bu gün
də bütün qəlbi şəhid olmaq arzusu ilə dolu idi.
İlk cərgədə vuruşanlar, şəhid olmuş və artıq növbə ikinci sırada vuruşanlara çatmışdı. Ulubatlı Həsənin artıq səbri tükənmişdi.
-Vəzirlər daha nə gözləyirlər, bizə niyə icazə vermirlər?-deyə yoldaşlarından soruşurdu. Nəhayət gözlənən əmr gəlmişdi.
Həsən və silahdaşları fəth surəsindən ayələr oxuyaraq qala divarlarına tərəf yalın qılıncla qaçmağa başladılar. Qala divarlarının üstündən daş və oxlar atılaraq qala divarlarına çıxmağa imkan verilmirdi. Xəndəklər şəhidlərlə dolmuşdu. Ulubatlı və silahdaşları düşmən atəşinə sinə gərərək qala divarlarına çıxmağa
çalışırdılar. Bu məqamda qala divarlarında əks-səda verən bir
səs eşidildi:
-Nə durmusunuz? Şahbazlarım, irəli aslanlarım!
Bu tarixə hökm edən həzrət Fatehin səsi idi. Həsən özündə
deyildi. Yoldaşlarını ruhlandırır və nərə çəkirdi.
-Vurun qardaşlarım, Allah rizası üçün vurun!

181


« İslam Qəhrəmanları *
Artıq Fatehin bayraqdan atəş xəttinə qədər irəliləmişdi. Onların kölgəsində döyüşməkdən, şəhidlik mərtəbəsinə ucalmaqdan
böyük mərtəbə nə ola bilərdi. Həsən muradına çatdı. Şahinlər
kimi dırmaşaraq qala divarlarından içəri daxil oldu. 32 silahdaşı
da onunla bərabər idi. Ox yağmuru altında bayrağı sancdı və
ona hücum edənlərlə sağ əlindəki qılıncla vuruşurdu. Sol əlində
isə bayrağı saxlamışdı. Bədəni deşik deşik olmuşdu. Artıq ona
bu qədər meydanlarda zəfərlər bəxş etmiş ata yadigarı qılıncı
qaldıra bilmir, lakin ikiəlli bayrağa sarılaraq onu buraxmırdı. Artıq
həmin ərazidəki mücahidlər hücuma keçmişdi.
“-Allah!... Allah!...” sədaları ilə hücuma keçir, əzan oxuyaraq
irəli atılırdılar. Bayrağı endirməmək, bir az sonra Ulubatlı Həsənin boş qalan yerini doldurmaq lazım idi. Həsən bayrağı öpmək
istəyirmiş kimi son taqətini toplayaraq özünü doğrultdu və birdən
qala divarlarının üzərinə yıxıldı.
Artıq Ulubatlı Həsən son arzusuna nail olmuş və şəhidlər
karvanına qoşulmuşdu.
Müsəlmanların imanlı övladı fədakar Ulubatlı! Səni, tarixin
şərəf lövhələrində həmişə məhəbbətlə yad edəcək, ülvi məfkurəni qiyamətə qədər davam etdirəcəyik.

'SD

182


Qaraca Paşa və Həsən Ağanın Şəhadəti.
(Belqrad Qalasının Ələ Keçirilməsi)
Fateh Sultan Məhməd, Avropanın qapısı olan Belqradı fəth
etmək üçün 13 iyun 1456-cı ildə Tuna və Sava çaylarının birləşdiyi yerdə yerləşərək çox yaxşı mövqe tutmuşdu.
Xristianlar Orta Avropanın qapısı və kilid nöqtəsi olan Belqradın müdafiəsi üçün böyük hazırlıqlar görmüşdülər. Mühasirə
yalnız quru tərəfindən başlamışdı və bu kifayət etmirdi. Çünki
qalanın çay vasitəsilə əlaqəsi davam edirdi. Macarların milli qəhrəman kimi baxdıqları Hunyad gəlmədən əvvəl qalaya girmək lazım idi. Görüləcək iş Macarıstan tərəfindən keçilərək Hunyadın
yolunun kəsilməsi idi. Lakin bəzi vəzirlər və bəylər, Belqradın
uzun müddət dayana biləcəyinə inanmadıqları üçün bu hərəkətə
lüzum görmürdülər. Hərb üsullarından xəbərdar olan və bir çox
təcrübəsi olan Rumeli Bəylərbəyi Qaraca Paşa, eyni fikirdə deyildi. Mühasirənin üçüncü günündə toplaşan divanda fikirlərini
söylədi. Bir bölüklə Macarıstan tərəfinə keçərək qalaya köməyə
gələcək Hunyadın qarşısını almağı təklif edərək:
-Padşahım, mən qulunuza icazə verin, Tunanın o biri tərəfinə
keçim. Qalanın qarşısında dayanaraq gələn küfr ordusunun qarşısına çıxım, dedi.
Rumeli mücahidləri və sancaq bəyləri bu fikri qəbul etmədilər.
Qaraca Paşa hər nə qədər:
“-Paşalar, Bəylər belə etməyin ən əlverişli yolu budur” -desə
də onun sözünü eşitmədilər. Mühasirənin davam etməsinə qərar
verərək divan məclisindən çıxarkən Qaraca Paşa sanki ağlamaq
istəyirdi. Yanındakı yeniçəri Həsən Ağaya:

183


* İslam Qəhrəmanları *
-Ağa adam dostunu beləmi dəstəkləyər, deyə ona şikayətləndi. Həsən Ağa da dərdli idi. Divanda ona söz verilməmişdi.
Digər yandan sancaq bəylərinin:
“Qaraca savaşdan uzaq qalmaq üçün belə deyir, dediklərini
eşitmişdi. Məsələdən ona bildirərkən Qaraca Paşa qıpqırmızı oldu və:
“Padşahımız bilir ki, biz Bizansın qalaları qarşısında vuruşarkən bu bəylər harada idi. Qaraca ölümdən qorxmaz. Bu canı
dövlətim və padşahım üçün fəda etməyə hazıram” -deyərək
hayqırdı.
Həsən Ağa onu təsəlli edərək:
“Hiddətlənmə əziz qardaşım! Mən sizi yaxşı tanıyıram. Get
padşahımıza məsələni təkrar ərz eylə”-deyincə, Qaraca Paşa:
“Yox Ağa yox, olan oldu.”-dedi. Mühasirə bütün şiddəti ilə
davam edirdi. Vidində yığışan Osmanlı donanması Segedindən
gələcək yardıma mane olmaq üçün Belqradın qarşısına gəlsə
də, Hunyadın donanmasına məğlub oldu. Şiddətli bir hücuma
keçiləcəyi vaxt, Hunyad qalaya yardıma gəldi. Bu hadisə müharibənin şiddətini bir qat da artırmışdı. Padşah o zaman Qaraca
Paşanın haqlı olduğunu gördü.
13 iyuldan 20 iyula qədər davam edən müharibə çox qanlı
bir müharibə oldu. Hunyadın komandanlığı ilə cəsarətlənən
düşmən ordusu, inadkarlıqla bütün hücumların qarşısını alırdı.
Sultan 20 iyulda Qaraca Paşanı hüzuruna çağıraraq, ertəsi günü
üçün bir müşavirə keçirəcəyini və özünün də ordunun başında
olacağını dedikdən sonra:
“Qaraca səndən həmişəkindən daha çox şey gözləyirəm.
Təklifin nəzərə alınmadı deyə niyə qəm çəkirsən?”-deyə soruşdu. Qaraca Paşa gözləri dolaraq:
“Padşahım! Sən dərhal əmr et. Allaha and olsun ki, Onun yolunda şəhid olmaqdan başqa bir fikrim yoxdur. Canın nə qiyməti
vardır dövlətim yolunda”-cavabını verdi.
Ertəsi günü səhərin erkən saatlarında mehtər cəng havası
çalarkən, ümumi hücum başladı. Qaraca Paşa ən öndə idi və
Həsən Ağa da onun yanındaydı.

184


“Hey qazilər irəli!”
Nərələri ilə irəli atıldılar. Müharibə bütün şiddəti ilə davam
edirdi. Zəfərin türklərin qələbəsi ilə nəticələnəcəyi məqamda
öncə Qaraca, ardından da Həsən Ağa şəhid edildi. Osmanlı ordusudan beş min nəfər qalaya daxil oldu.
Başlarında Qaraca Paşa və Həsən Ağanın olmadığını görən
Hunyad təkrar hücuma keçdi. Şəhərə girənləri çıxardıqdan sonra, bütün gücü ilə ordugaha hücum etdi. Ordugaha hücum edən
düşmən ordusunu sultanın qoşunu qarşıladı və:
“İgidlərim niyə dayanmısınız?”-deyərək nərə çəkib irəli atıldı. Bu vəziyyəti görən yeniçəri, yenidən alovlanmış bir od oldu.
Axşam vaxtı düşmən on mindən artıq ölü verərək Belqrada geri
çəkildi.
Fateh Qaraca Paşa və Həsən Ağanın niyə hüzuruna gəlmədiyini soruşduqda, paşalardan biri; hər ikisinin qalaya girərkən
ard-arda şəhid olduqlarını xəbər verdi. Qaraca Paşa son nəfəsini
verərkən:
“Padşahıma deyin Allah-Təalanın əmrinə tabe olaraq bu canı, dövlətim və onun yolunda verirəm”-dedi.
Fateh Sultan Məhməd Xan heç bir çətinlik qarşısında əyilməyən başını əllərinin arasına alaraq:
“Ah Qaraca Paşam! Ah Həsənim”-deyə göz yaşlarını axıtdı.
(Osmanlı Tarixi Ensiklopediyası, C. 2, səh. 44-45)


185

« İslam Qəhrəmanları

Qanuni Sultan Süleyman
Osmanlı sultanlarının onuncusu və İslam xəlifələrinin yetmiş
beşincisidir. Yavuz Sultan Səlim Xanın oğludur. 27 aprel 1495-ci
ildə Trabzonda Aişə Hafsa Sultandan dünyaya gəldi. Qanuni Sultan Süleyman doğulduğu zaman Süleyman adı, Qurani-Kərim
açılaraq verildi. Nəmi surəsinin otuzuncu ayəsində keçən həzrət
Süleymanın adından götürüldü. Qanuni ləqəbi ilə məşhur oldu.
Avropalılar, ona böyük Türk və Möhtəşəm Süleyman ləqəbini
verdilər.
Səltənəti dövründə başda vəzirlər və əsgərlər olmaqla vəzifə sahiblərinin qapıları xalqa açıq oldu. Beş vaxt namaz, bu saraylarda xalqdan qoşulmaq istəyənlərin iştirakı ilə qılınır və ehtiyac sahibləri sarayın mətbəxində yemək yeyərdilər. Bu vəsilə
ilə xalq, böyük dövlət xadimlərinin iç üzünə daha yaxından bələd
olurdu. Xalqın xoşuna getməyən və xalqa sahib çıxmayan böyük
dövlət xadiminin aqibəti isə heç də yaxşı olmurdu. Qanuninin
vəziri və kürəkəni məşhur tarixçi Damad Lütfi Paşa Asəf məktubunda belə yazır:
“Vəziri-Əzəm və digər vüzəraların hamısı beş vaxt namazı
camaatla sarayda qılıb, qapısı açıq olmalıdır ki, xalq ilə görüşməsi
asan olsun.
Cahan padşahı Qanuni Sultan Süleymana türk xalqının “Qanuni” deməsi, bunu etdiyinə görə deyil, hakim etməsinə görədir.
Ona görə də türklər, bu hökmdara avropalıların verdiyi Möhtəşəm və böyük ləqəblərinə iltifat etməmişdirlər. Bu məqama diqqət yetirilmədən dünya türk imperatorluğunun on altıncı əsrdəki
sirlərinə bələd olmaq qeyri-mümkündür.

186


Roma üçün birinci, İngiltərə üçün on doqquzuncu və Amerika
üçün iyirminci əsr nə mənaya gəlirsə, Türkiyə üçün də on altıncı
əsr eyni mənanı kəsb edirdi.
Qanuni, Hənəfi hüququ ilə türk adət-ənənəsinə aid taxt-tac
hüququnu başda Əbussuud Əfəndi olmaqla tanınmış hüquqçuların köməyi ilə uzlaşdıraraq qanun toplusu halına gətirmişdir.
Bu şəkildə babasının atası Fatehdən sonra Türkiyənin hüquq tarixində ikinci böyük çevrilişi etmişdir. Qanuni əsasən yaradılış etibarilə atası Yavuzdan çox Fatehə bənzəyirdi. Dövlət
xadimi seçmək və adam tanımaq xüsusundakı fitri istedadı nəticəsində yetişdirib iqtidara gətirdiyi dövlət xadimləri, on altıncı
əsrin sonlarına qədər Türkiyədə iqtidarda qalaraq Qanunidən
sonrakı dövrün saflığında da ən başlıca amil olmuşdurlar.”
Qanuni Sultan Süleyman atasından aldığı 6.557.000 km 2 lik Osmanlı imperiyasının ərazisini etdiyi fəthlərlələ 14.893.000
km”-ə çatdırdı. Belə ki, Osmanlı imperiyasının əraziləri Qərbdə
Almaniyaya, Şərqdə Xəzər dənizinə çatdırıldı. Türkiyə ilə Orta
Asiyanın birləşdirilməsi siyasəti ilə yanaşı bütün Ərəbistan və
Orta Şərq daxil olmaqla Hind okeanına, Amman dənizinə, Bəsrə
körfəzinə, Qırmızı dənizə və Şimali Afrikadan Atlantik okeanına
çatdırıldı. Türk əsri deyilən on altıncı əsrdə Osmanlı dövlətinin
sultanı Süleyman Xanın dünyanın bütün kralları və şahları arasında böyük nüfuzu var idi.
Roma imperatorluğu, Portuqaliya, İspaniya, Fransa, Milano,
Napoli, Papalıq, Ceneviz, Venedik, Macarıstan, Avstriya, Lehistan, Rus knyazları, Səfəvi Gürganiyə, Özbək və digər hökmdarlarla münasibətlər quruldu. Dünyanın hər yerindəki müsəlmanlarla əlaqə yaradılıb dərdlərinə dərman oldular. İspaniyadakı Əndəlus müsəlmanları xristianların zülmündən qurtarılıb
Şimali Afrikaya və Osmanlı torpaqlarına köçürüldü.

187


« İslam Qəhrəmanları

Xalqın Rahat və Firavan Həyatı
Xalqı hər baxımdan rahat və firavan həyata çatdırmaq istəyən Qanuni Sultan Süleyman vergi və maliyyə məsələlərini də
yenidən tənzimlədi. Vergiləri təyin edərkən xalqa zülm edilməməsinə diqqət edərdi. Hətta bir dəfə Xadim Süleyman Paşanın
yerinə Misir Bəylərbəyliyinə təyin edilən Xosrov Paşa, Misirdən
xəzinəyə dörd yüz min qızılı artıq göndərmişdi. Padşah, xalqa
zülm edib haqsızlıqla əldə etmiş olar düşüncəsi ilə təftiş heyəti
göndərərək vəziyyəti yerində araşdırdı. Pulun, yeni istehsal sahələrinin artmasından əldə edilən gəlirlərdən olduğu müəyyən
edildi.
Amma Qanuni yenə də tam əmin olmadığına görə Xosrov
Paşanı vəzifəsindən azad edərək Xadim Süleyman Paşanı yenidən Misirə göndərdi və artıq yığılan dörd yüz min qızılla yeni su
kəmərləri çəkdirib xalqın istifadəsinə verdi. Bu qədər işlər görən
dahi padşah, böyük Cahangir, və icraatçı bir şəxs kimi hər kəsə
nümunə idi.

Gözəl Bir Komandan və Təşkilatçı
Bir dövlət Xadimi idi.
Səfər vaxtı vəfat edən Qanuni Sultan Süleyman xan, güclü
bir komandan, təşkilatçı bir dövlət xadimi olub, alim və ədib idi.
Vüqarlı, əzmkar və iradə sahibi bir insan idi. Adam seçib yetişdirməyi yaxşı bildiyindən dövlət işlərində dəyərli şəxsləri
vəzifələndirdi. Səmimi insan olmasına baxmayaraq, din və dövlət əleyhinə olan hərəkətləri heç vaxt əfv etmədi. Uzaqgörən və
güclü iradə sahibi idi.

188

Xalqın və ordunun əhvalını yaxşı bildiyindən çox sevilirdi.
Həyatı səfərlərdə və müharibə meydanlarında keçən Qanuni
Sultan Süleyman dövründə Osmanlı dövləti çox zənginləşdi.
Qırx altı il davam edən səltənəti dövründə islamiyyəti yaymaqdan
başqa bir şey düşünmədi.
Səltənəti dövründə Osmanlı dövlətinin quru və dəniz qoşunları dünyada birinci yerdə idi. Ordunun inkişafı və dünyanın yeganə güclü halına gəlməsi üçün əlindən gələni etdi.
Əsgərləri tərəfindən çox sevilirdi. Onun dövründə sənətkarlıq
və ticarət inkişaf etmiş, kənd təsərrüfatı, çini, oyma, nəqqaşlıq
və toxuculuq sənəti çox inkişaf etdi.

Alimlərə və Allah Dollarına
Çox Hörmət Edərdi.
Qanuni Sultan Süleyman, alimlərə və Allah dostlarına çox
hörmət edər, hər birinə hallarına görə izzət və ikram göstərərdi.
Sünbül Əfəndi və tələbəsi Mərkəz Əfəndiyə Ubeydullah Əhrar
həzrətlərinin xəlifələrindən Baba Heydərə və İstanbuldakı digər
övliyaullaha çox hörmət göstərirdi. Ömrünün sonuna doğru Nurəddinzadə, Müslihəddin Əfəndini yanından heç ayırmazdı. Alimlərlə
məsləhətləşmədən heç bir iş görməz, alimlər üçün mədrəsələr,
övliyalar üçün təkkələr tikdirir və fəth etdiyi yerlərə məscid inşa
etdirirdi. Onun dövründə sənətkarlıq və mədəniyyət ən yüksək səviyyəyə çatmışdı.
Elm, mədəniyyət və sənətkarlıq sahələrində Qanuninin himayəsində qiymətli şəxsiyyətlər yetişib çox gözəl əsərlər yaratdılar.
Qanuni şair idi və olduqca həssas bir insan idi. Muhibbi təxəllüsü ilə çox gözəl qəzəllər yazdı. Ömrünü döyüş meydanlarında
keçirməsinə baxmayaraq dövrünün şairlərindən daha çox şeir
yazdı. Xəstəliyində dediyi, bu məşhur beyti dillərdən düşmür:
Xalq arasında mötəbər bir nəsnə yox dövlət kimi
Olmaya dövlət cahanda bir nəfəs səhhət kimi

189

« İslam Qəhrəmanları *
Çox böyük xeyriyyə işləri görən Qanuni Sultan Süleyman Xan
çox böyük binalar inşa etdirdi. Türk memarlığının ölməz əsərləri
olan məscidlər və mədrəslər inşa etdirdi. Süleymaniyə, Yavuz
Səlim, Şahzadə, Cahangir, Üsgüdarvə Ədirnəqapıdakı Mihrimah
Sultan məscidləri və daha neçə-neçə xeyriyyə əsərlərinin inşa
edilməsinə vəsilə oldu.
Ömrünün son illərində belə, yaşlı olmasına baxmayaraq ondakı din eşqi və vətən eşqi müharibələrə getməsinə mane ola
bilmədi.
Bir səfərində Zigetvar adlanan yerdə bütün ömrünü qəhrəmanlıq, istiqamət və Allah yolunda fəda etdikdən sonra mübarək
ruhunu Rəbbinə təslim etdi.
(Osmanlı Tarixi Ensiklopediyası, Böyük Türkiyə Tarixi, Y. Öztuna)

'OD

190

Oruc Rəisin Şəhadəti 10 oktyabr 1518

Midilli qalası fəth edildikdən sonra oradakı mühafizəçilər Yaqub Ağanın dörd oğlu oldu. Bu qardaşlar sırası ilə İshaq, Oruc,
Xızır və İlyas idi. İshaq xaric digər üç qardaş, dənizçiliyə maraqlı
idilər və ticarətlə məşğul olurdular.
Oruc Rəis, Şam və Tripoliyə səfər edərkən Rodos ordusuna
əsir düşür. Çox ağır macəralı əsrilik həyatından sonra qurtulur
və qardaşı Xızır Rəislə (Barbaros Xeyrəddin) Allah yolunda kafirlərlə cihada qərar verirlər.
Şahzadə Sultan Qorqud ona, gəmi, ordu və pul baxımından
böyük yardım etdi. Şimali Afrikada Tunis və Əlcəzair səfərlərində
birgə savaşlar edərək bütün Ağ dənizdə yeganə söz sahibi oldular. Bu savaşlardan birində Oruc Rəisin qolundan yaralandı və
sonra kəsildi. Bundan sonra Oruc Rəis ürəyində niyyət edərək
artıq səfər etməməyi və vətənində qalaraq evlənməyi düşünmüş
və bu düşüncədə ikən bir gecə yuxusunda gördüyü nurani bir
qoca:
Ey Oruc! Ürəyindən keçirdiyin fikri burax. Hələ çox savaşlarda
iştirak edəcəksən. Sənə tənbeh olsun ki, mücahidlərin rəisi, kafir
və müşriklərin qatili olan qardaşların Xızır Rəisin rəy və tədbirinə
qarşı çıxma. Sən ondan böyük olsan da yerində qərar vermək və
nüsrət ona verilmişdir.

191

« İslam Qəhrəmanları

Donanma Səfərə Çıxarkən
Andrea Dorianın qırxa qədər gəmi ilə Misirdən hind mallarını
gətirən Saleh Rəisi ələ keçirmək üçün Girid sularında gözlədiyi
şaiəsi yayıldı. Dəniz komandanı Barbaros Xeyrəddin Paşa, Saleh Rəisin Dorianın tələsinə düşməsinə razı olmayacağı şübhəsiz idi.
Belə ki, ertəsi günü eyni xəbəri göyərtədə eşidən Barbaros
Xeyrəddin Paşa, vəziri-əzəmin yanına gəlib xəbərin doğru olub
olmadığını soruşdu. Digər vəzirlər də orada idi. Ayas Paşa olduqca mütəəssir bir halda:
“Doğrudur qardaş, ürəyimiz qan ağlayır”-dedi.
Digər vəzirlər də eyni tərzdə danışdılar. Bundan sonra Barbaros Xeyrəddin Paşa, onlardan bir təminat istədi:
-Saleh Rəis mənim qədər yoldaşımdır. Onu göz görə-görə
kafirlərin əlində buraxa bilmərəm. Onlara fəda edə bilmərəm.
Ağdənizdə yelkən sallamaq artıq zərurət halına gəldi. Paşalar
siz də bir az səy göstərin”-dedi.
Başda vəziri-əzəm olmaqla hamısı birdən:
“-Arxayın ol qardaş, gözün arxada qalmasın! Bir aya qədər
digər gəmilər də bitiriləcək.”-deyə cavab verdilər. Ancaq bir ay
gözləyə bilməyən Xeyrəddin Paşa, vəziri-əzəmin sarayından
sonra, Padşahın sarayına gedərək onun hüzuruna çıxdı və vəziyyəti ərz edərək dənizə çıxmasına icazə verməsini istədi.
Qanuni Sultan Süleyman, kapitanın bu fədakarlığına bir daha
heyran oldu. Ancaq onu kor-koranə atəşə atmaqdan çəkinirdi.
-Birdən Doria daha çox gəmi ilə çıxarsa?
-Narahat olmayın Sultanım, duanızın bərəkəti ilə Padşah
donamasının adını batırmaram.

192

-Allah səni müzəffər etsin! İki dünyada əziz ol!
Barbarosun bu xeyir-duadan sonra gözləri dolmuşdu. Padşahın əllərinə sarılaraq:
-Bizi unutma padşahım, Allaha layiq bir bəndə olduğumu isbat etmək üçün lazım gələrsə, vətənim uğrunda canımı fəda edəcəyəm, -dedi.
Sonra düşmənə xitab edirmiş kimi üzünü dənizə baxan pəncərəyə çevirdi və yumruqlarını sıxdı.
“-Kafirlər görsün cahan padşahını, Sultan Səlim Xan oğlu
Sultan Süleyman Xanın əsgərləri qarşısında məğlubiyyətə hazır
olsun Doria.”
Sultan Süleyman həyəcan içində idi. Barbarosa yaxınlaşdı:
“-Sənə inanıram, Xeyrəddin.”-dedi.
Padşahın hüzurundan çıxandan sonra göyərtədə özünə gələn Barbaros Xeyrəddin Paşa, dəniz savaşlarında suda və od
içində bişmiş təcrübəli kapitanları toplayıb zəruri əmrlərini verdi.
Əsgərlərin dərhal gəmilərə mindirilməsini əmr etdi.
1538-ci ilin iyun ayının yeddinci günü padşah ordusu Xaliçdən
çıxdı. Bütün gəmilər, bayraqlarla bəzədilmişdi. Xeyrəddin səhərin ilk saatlarında saraya getdi. Vəzirlər də digər dövlət məmurları ilə qapıda kapitanı gözləyirdilər. Kapitanların belində qiymətli
daşlarla bəzədilmiş kəmərlər, qınları zinət əşyaları ilə bəzədilmiş
qılınclar var idi. Bu mərasimdə əsgərlər də iştirak edirdilər. Adəti
üzrə kapitana bir bayraq, təbil və qaval verildi. Sultan Süleyman
qələbə çalmağı arzu etdi. Vəzirlər və digər dövlət məmurları, kapitanı göyərtəyə qədər yola saldılar. Barbaros Admiral gəmisinə
çıxdıqdan sonra gəmilər yelkənlərini qaldırdılar və əmr işarəsi ilə
hərəkətə başladırlar. Toplar atıldı, tüfənglərdən aləş açıldı.
Qanuni Sultan Süleyman, Topqapı sarayının eyvanında dayanıb sarayın qarşısından keçərək Mərmərə dənizinə daxil olan
donanmasını vüqarla seyr edirdi. Gəmilər gözdən itənə qədər
eyvanda dayanmış, sonra da;
-Ya Rəbb! Sən bizə zəfər nəsib et, üzümüzü ağ et. Düşmənlərə məğlub etdirmə”-deyə dua edərək içəri girmişdi.

193

* İslam Qəhrəmanları *
Padşahın duasını alan Barbaros Xeyrəddin Paşa yeni qurulan gəmilərin də iştirakı ilə donanmasını gücləndirdi. 27 sentiyabr 1538-ci ildə Preveze yaxınlğında Andrea Dorianın komandanlığındakı çox güclü xaç donanmasını məğlub etdi. Ağ dəniz
qırx il Osmanlıların mütləq hakimiyyəti ilə şənləndi.
(Osmanlı tarixi ensiklopediyası, c. 4. Səh. 98-99)

'SD

194

Şanlı Tariximiz

9 sentyabr 1570-ci il şənbə günü, Əgər Allah yazdısa, al
bayrağı Lefkoşa qalasına zamanı gəlmişdir. Hər şey bu gün bitməli idi.
Uzun gecə, bir toy gecəsindən fərqlənmədi. Səngərlərdə səhərə qədər könüllərdə dastan olan cəng (savaş) hekayələri rəvayət etmişdirlər. Bütün hamı hazır idi. Şəhidlik yolunda “Cənnəti-Əlaya” nəsib olmağı istəyən qoç igidlər, qul haqqını çoxdan
halal etmişdilər. Bəli artıq vaxt gəlib çatmışdı.
Mehtərlərin cəngi sədaları ilə meydan sarsıldı. Əvvəlcə səngərlərdən toz-duman qopdu və ardınca qılınc səsləri, atlılar və
cəngavərlər qalaya hücum etdilər.
Əsgərlər, Lefkoşa qalasına dalğa-dalğa hücum edir, “Allah!
Allah!” nidaları nəhəng qala divarlarında əks-səda verirdi. Elə
bu məqamda komandan Dərviş Paşa, bayraqdan Qul Əhmədin
Kostarza qapısına atıldığını gördü. Al bayrağın ağac bağlanan
hissəsini bir külüngə bağlamışdı. Atəş altında Dərviş yerindən
sıçradı. Əlində qılınc o da irəli atıldı. Lakin Qul Əhmədə çatmaq
qeyri-mümkün idi.
-Səbr et Əhmədim, özünü qoru gəlirik.
Həmin məqamda qapının üzərinə çevrilən qara qazanı dəhşətlə seyr etdilər.
-Dayn Əhmədim!.. Eyvah!..
Qızmar yağ, su dolu xəndəyin üzərində buxarlanmağa başladı.
“-Getdi”-deyirdi Dərviş Paşa.
-Getdi Əhmədim eyvah!

195


* İslam Qəhrəmanları *
Halbuki çox çəkmədən Qul Əhmədin yıxıldığı yerdən dağ
kimi qalxdığını gördü:
-Ya Allah! -deyə bir anda özünü xəndəyin o biri tərəfinə tulladı.
Bu inanılmaz bir şey idi. Ancaq Qul Əhməd bunu bacarmışdı.
Taxta qapını saxlayan qalın iplərin üzərində al bayrağın ağır-ağır
ucaldığını görən əsgərlər hamı bir nəfər kimi Kostarzaya hücum
edirdi. Düşmənlər tamamilə özlərini itirmişdi və Qul Əhməd xəncərini yağlı iplərə endirərkən sevincindən ağlayırdı.
Nəhayət nəhəng taxta qapı sarsıldı və dəmir cəftlərdən qopub gurultu ilə xədəyin üstünə yıxılaraq körpü oldu. Gəlib çatan
mücahidlər ordusu sel kimi qalaya daxil oldular.
Həmin gün Lefkoşa artıq bizim əlmizdə idi. Quşluq vaxtında
Nikola Dondalanın sarayında başqa bayraq dalğalandığı halda,
savaş meydanında zəfər marşları çalınırdı. Qazilər hamısı bir
yerə toplaşdılar və bu qədər şəhid arasında ancaq Qul Əhmədi
axtardılar.
Belə ki, sonra qoynundakı Müshəfin gümüş qabından tanıdılar... Başı yox idi.

196


Olsək Şəhid, Qalsaq Qazi.

Padşah ordusunun Ərdəl səfərini fürsət bilən Aşiduk Matyas,
Budini mühasirə etmişdi. Elə bu vaxt orduda ərzaq sıxıntısı başladı. Hətta Budin qalasından bir qədər ərzaq göndərmək məcburiyyətində qalmışdılar. Bundan sonra Sərdari-Əkrəm Həsən
Paşa, daha böyük fəlakətin qarşısını almaq və qışlamaq üçün
geriyə Belqrada çəkilərkən Rumeli Bəylərbəyi Lala Məhməd Paşanı bir bölük əsgərlə Budinə yardıma göndərdi. Lala Məhməd
sərhədlərdə ad çıxarmış, əsgərlərin çox sevdiyi, ehtiram göstərdiyi qəhrəman vəzir idi.
Lala Məhməd Paşanın Budinə gələrək rəhbərliyi əlinə alması, əsgərlərin mənəviyyatını çox yüksəltdi. Arşiduk Matyasın
etdiyi hücumların hamısının qarşısı alındı. Lakin ərzaq və silahsursat bitdiyindən bu vəziyyət çox uzun davam edə bilməzdi.
Matyas bütün qışı mühasirəni davam etdirsə, tab gətirmək
çox çətin və imkansız idi. Bu səbəbdən sentiyabr ayının sonlarında toplaşan divanda yeni tədbirlər almaq barədə qərar qəbul
edildikdən sonra Budin Bəylərbəyi:
-Məhməd Paşanın təcrübəsi bizdən çoxdur, bizə vəziyyətdən
çıxış yolunu inşallah o göstərəcəkdir, dedi.
Bəzi ağaların vəziyyətinin yaxşı olmamasından gileylənməsinə görə qazi Habil əfəndi çıxış edərək ümidsizliyə düşməyin
doğru olmadığını, Allah-Təalayə güvənərək axıra qədər imanla,
əzmkarlıqla və şərəflə mübarizə aparmağın zəruriliyini ifadər etdi.
Məclisdə son sözü alan Lala Məhməd Paşa:
-Könlünüzü fərəh tutun yoldaşlar! Təlaşlanmağın bir mənası
yoxdur. Yalnız bir sualım var, getdiyim yerə gedərsinizmi? -deyə
soruşdu.

197


* İslam Qəhrəmanları *
Orada iştirak edənlər hamı bir nəfər kimi “Vallah gedərik” cavabını verdilər. Məhməd Paşa səsini bir az da qaldıraraq:
“-Mənimlə bərabər şəhidlik məqamına çatmaq istəyirsinizmi?
Yəni dinimiz və vətənimiz üçün ölməyə hazırsınızmı? Üzündən
nur yağan qazı Habil Əfəndi gözləri dolaraq yerindən sıçradı və:
“Səni bizə Allah-Təala göndərdi. Vətənimiz üçün ölməyə hazırıq, Paşa qardaşımız. Allaha and olsun ki, şəhadət şərbətini
nuş edərək içərik”-dedi. Məclisdə iştirak edənlər qazının sözlərini
eyni həyəcanla təsdiq edərək:
-Şəhid olmaq bizə şərəfdir, -dedilər.
Lala Məhməd Paşa ayağa qalxıb:
“Əzminiz qarşısında kafirlər məğlub olaraq pərişan bir vəziyyətdə dəf olub gedəcəklər, dedi.”
Bu sözlərdən sonra məclis sona çatdı və Məhməd Paşa dərhal hazırlıqlara başladı. Qalada top mərmisi olduqca az idi. Bunun yerinə başqa bir silah lazım idi. Qaladakı bütün çəlləkləri
toplayıb içinə barıt və dəmir parçaları doldurdu, sonra isə fitillər
qoydu. Bu silaha çəllək qumbarası deyilirdi. Cümə günü sübh
namazından əvvəl əli silah tutan bütün hər kəsi meydana toplaşmağa çağırdı.
Sübh namazı bir yerdə qılınacaq, sonra rütbə və vəzifə fərqi
olmadan qaladan çıxıb düşmənin üzərinə hücuma keçəcəkdilər.
Sübh namazı qılınıb dua edildikdən sonra hamı qala qapısına tərəf irəlilədi. Ən qabaqda Lala Məhməd Paşa gedirdi.
Qapıya yaxınlaşarkən hamını gözlərini yaşardan bir hadisə baş
verdi. Budin Qazisi yaşlı Xəlil əfəndi əynində bəyaz libaslarla
səfləri yararaq Məhməd Paşanın yanına gəldi. Əlində böyük bir
qılınc var idi. Məhməd Paşa:
-Əfəndi niyə gəldiniz? Siz arxada qalıb bizə dua edin! Biz
savaşa gedərik, deyincə qazi əfəndi bu təklifi rədd edərək:
-Biz vətənimiz uğrunda şəhid olmağı arzu edirik, dedi.
Məhməd Paşa bir qədər dayandı. Gözləri yaşla dolmuşdu.
Qala qapıları açıldı, içi barıt və dəmirlə dolu çəlləklər yandırılaraq
düşmən ordusuna tərəf yuvarlandı. Bir azdan dəhşətli bir gurultu
qopdu.

198

Sükunət təkrar olununca Lala Məhməd Paşa qılıncını çəkərək irəli atıldı. Qazi Xəlil əfəndi və əsgərlər də onun arxasınca hücuma keçdi. Allah, Allah nidaları Macar ovasına yayıldı. Minlərlə
islam mücahidi hüum edirdi.
Məhməd Paşa və qazi Xəlil əfəndi, əsgərlərə böyük ruh verirdi. Günortaya qədər davam edən müharibə nəticəsində məğlub olan Arşiduk Matyas qaçıb canını qurtardı. Beləliklə AllahTəala bir ovuc əsgərə zəfər qazanmağı nəsib etdi.
(O. Tarixi Ensiklopediyası, C, 2, Səh. 82-83)

'SD

199

« İslam Qəhrəmanları

Tiryaki Həsən Paşa
Kanije müdafiəsi ilə məşhurlaşmış mücahid Osmanlı komandanı Əndərunda yetişdi. Sultan Üçüncü Muradın şahzadəliyi dövründə Manisaya göndərildi və onun baş mühasibliyini etdi. Sultan Üçüncü Murad Xan Osmanlı taxt-tacına keçdiyində rikabdar-ı
şəhriyarı oldu. Bu vəzifədə ikən İzvarnikə rəhbər təyin edildi.
Saraydan çıxdıqdan sonra Bergenceni mühasirəyə alan Həsən
Paşa daha sonra Mekomorya, Kamar və Mençed qalalarını fəth
etdi. Bəylərbəyi vəzifəsinə qədər yüksələn Həsən Paşa ilk işi Ərdəl üsyanını yatırdı. Tameşvara təyin edildikdən sonra Filnak və
Lippa qalalarını qurtardı. 1594-cü ildə Bosniya bəylərbəyi oldu.
1595-ci ilin oktyabr ayında baş verən Vaç səfərində iştirak etdi.
Bu dinin mühasirəsində yaralandı.
Tiryaki Həsən Paşa 1600-cü ildə vəzir İbrahim Paşa tərəfindən fəth edilən və bəylərbəylik edilən məşhur Kanije qalası onun
rəhbərliyinə verildi. Əmrinə iyirmi bölük atlı və üç min nəfərlik ordu, silah-sursat verildi. Halbuki onun qarşısında əlli min nəfərlik
böyük xaç ordusu var idi.
Kanijenin Osmanlıların əlinə keçməsini heç cür həzm edə
bilməyən avstriyalılar və müttəfiqləri, 1611-ci ildə qalanı geri almaq üçün bəhs etdiyimiz əlli min nəfərlik ordu ilə mühasirəyə
aldılar.
Tiryaki Həsən Paşa 85 gün ərzində böyük sıxıntılara sinə
gərərək, tarixdə tayı-bərabəri olmayan bir qəhrəmanlıq göstərdi.
Düşmənin hücumlarını dəf edib onları məhv etdi. Axırda xaç ordusunu məğlubiyyətə uğratdı.

200

Zəfərdən sonra göz yaşları içində qıldığı iki rükət namazın
axırında əsgərlərinə, qələbənin, səbir, səbat, təsanüd və başdakı
komandana itaət kimi dörd əsas prinsipə əsaslandığını bildirdi.
Sultan Üçüncü Məhməd Xan (1596-1603) Avstriya və müttəfiqlərinin (İtaliya, İspaniya, Vatikan, Fransa, Macarıstan) məğlubiyyəti ilə nəticələnən bu zəfər xəbərinə çox sevindi.
İstanbulda şənliklərin edilməsini əmr etdi. Həsən Paşaya
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 11
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.