Latin

İslam Qəhrəmanları - 03

Total number of words is 3712
Total number of unique words is 1825
28.6 of words are in the 2000 most common words
38.3 of words are in the 5000 most common words
44.4 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
müstərihdirlər. Allaha asi olanlar isə hər şeydən qorxar və etdiklərinə görə də peşman olarlar. Allahdan hər xüsusda aşkar
bəyan və sağlıq istəyin. Qəlblərinizdə olanların ən xeyirlisi həqiqi
iman və əməllərinizdə də əzmkarlıq etməkdir.
Əməllərin sonradan uydurulanları ən zərərliləridir. Çünki,
sonrada uydurdulan hər şey bidətdir. Hər yeni şey uyduran bidətçidir. Bidət uyduran zərərdədir. Hər bidət mütləq bir sünnəni
tərk edər. Həqiqi mənada aldanmaq, bir adamın dinində aldanmasıdır. Aldanan özünə zərər vermişdir. Riya, Allaha bir baxımdan şirk qoşmaqdır. Səmimiyyət, əməlin qəbuluna dəlil və imanın
tələbidir. Əyləncə məclislərinə getmək, Quranın əmrlərini unutdurar. Həmin yerlərə şeytan gələr və insanı hər cür azğınlığa
sövq edər. Qadınlarla oturub durmaq, qəlbi qaraldar. Gözlərinizi
şeytanın tələsi olan qadınlara baxmaqdan qoruyun! Allaha verdiyiniz södə səbat edin. Çünki Allah, verdiyi sözdə duranlarla bərabərdir. Yalandan uzaq durun. Çünki yalanla iman bir yerdə ola
bilməz. Doğruluq qurtuluş və şərəf vəsiləsidir. Yalan isə insanı
təhlükələrə atar. Haqqı deyin ki, onunla tanınasınız. Doğru şəkildə əməl edin ki, doğru danışanlar zümrəsindən olasınız!

40


Əmanətləri əmin olduğunuz insanlara verin. Sizləri unudan
dostları ziyarət edin. Verdiyiniz sözə sadiq olun. Qərar vermək
səlahiyyətiniz olduqda ədalətli olun. Atalarınızla öyünməyin. Birbirinizə ləqəb qoymayın. Bir-birinizlə lağ-lağı etməyin! Bir-birinizə
kin bəsləməyin! Zəiflərə, zülmə məruz qalanlara, kimsəsizlərə,
Allah yolunda olanlara, yolçulara və kölələrə yardım edin! Dul və
yetimlərin halına acıyın! Bir-birinizə salam verin! Verilən salama
ya eyni şəkildə, yaxud daha gözəl şəkildə qarşılıq verin. AllahTəala belə buyurur:
“Yaxşılıq və təqvada yardımlaşın. Günahda və düşmənlikdə yardımlaşmayın! Allahın əmrlərinə müxalif olmaqdan
qorxun. Çünki Onun əzabı şiddətlidir.” (Maidə surəsi)
Əsl fəqih kimdir?
Həzrət Əlidən (r.a) rəvayətlə:
Rəsuli Əkrəm (s.ə.s) belə buyurmuşdur:
-Sizə əsl fəqihin kim olduğunu xəbər verimmi? Xalqı Allahın
rəhmətindən ümid kəsəcək qədər dini çətinləşdirməyən, Allahın
əzabına düçar ola biləcəklərinə inandıra bilən, başqa şeylərə
rəğbət göstərərək Quranı tərk etməyən insandır. Dini bilgisi olmayan insanın ibadətində, anlayışı olmayanın dini bilgisində və
düşünmənin Quran oxumaqda xeyir yoxdur, (ibn Dariş, Xilyə, ibn
Əsakir, Həyatu-s-Səhabə)
Cəfər bin Məhəmməd atasından, o da babasından rəvayət
edir:
Əli (r.a) bir cənazə namazında iştirak etdi. Ölü qəbirə qoyularkən ailə üzvləri fəryad qopararaq ağlamağa başladılar. Bunu
görən Həzrət Əli (r.a):
-Niyə ağlayırsan? Allaha and olsun ki, əgər ölülərin gördüklərini, görsəydiniz, onları unudardınız. Əzrail ən son insan qalana qədər gedib gələcək, dedi. Sonra ayağa qalxaraq belə xitab
etdi:
-Ey Allahın bəndələri! Sizə gözəl misallar verən, əcəlinizi təyin edən Allaha qarşı çıxmaqdan çəkinməyinizi tövsiyə edirəm.
Allah sizlərə istədiyinizi eşidə bilən qulaqlar, görən gözlər və gələcək olan müxtəlif fəlakətləri sezən qəlblər vermişdir. Allah sizi

41

* İslam Qəhrəmanları *
boş yerə yaratmadı və sizi başıboş buraxmayacaq. O sizə gözəl
nemətlər ikram etdi və bol-bol yardım etdi. Sizin hər etdiyinizi
qeyd edir və sizə yaxşı-yaman günlərinizdə yardım edir.
Ey Allahın bəndələri! Allaha qarşı çıxmaqdan uzaq durun!
Edəcəyiniz işlərdə əzmkar olun! Ehtiyac və istəklərin sona çatacağı ölümə xeyirxah əməllər edərək hazırlaşın. Çünki dünya
nemətləri müvəqqətidir. Onun bəlalarından əmin olmaq olmaz,
aldadıcıdır. Zəif bir kölgə kimi yıxılmağa meyilli bir dayaqdır. Nemətləri, yenilərini istəyərək uzanıb gedər. Arzu və əməlləri yoraraq həlak edər.
Ey Allahın bəndələri! İbrət alınması zəruri olanlardan ibrət
alın. Hər şeydən ibrət alın. Qorxunc xəbərlərdən dərs alın.
Öyüdlərdən istifadə edin. Ölümün pəncəsinə düşmək üzrəsiniz.
Torpağın sizi bağrına almasına az qalıb. Surun üfürülməsi ilə
qorxunc təhlükələr meydana gələcək. Qəbirdəkilər çıxarılacaq
və məhşər yerinə yığılacaqlar.
Cabbar olan Allahın nəzarəti altında hesaba çəkiləcəksiniz.
Məhşər yerinə gedərkən, hər kəsin yanında onu oraya aparan
bir nəfər və etdiklərinə şahidlik edəcək bir şahid də olacaq. Həmin gün Allahın nuru ilə yer yarılar. Əməl dəftərləri ortaya çıxar.
Peyğəmbərlər və şahidlər hüzura gətiriləcəklər. Heç kimə zülm
edilmədən aralarında ədalətlə hökm edilər.
O gün ölkələr sarsılar, o gün qovuşmaq günüdür. Gizli olan
hər şey aşkara çıxar, günəş tutular. İnsanlar və onlarda haqları
olan heyvanlar eyni yerdə toplaşacaqlar. Sirlər aşkara çıxacaq
və pislər həlak olacaq, qəlblər ürpənəcək. Cəhənnəmlik olanlara, Allah tərəfindən həlak edici bir zərbə və fəryad verən bir əzab
gələcək. Cəhənnəm qorxunc səslərlə və şiddətli əzablarla qarşılarına çıxacaq. Yanan alovlar, qaynar sular və istiliyi insanın iliyini
əridəcək əzablar.Əbədi cəhənnəmlik olanlar heç çıxa bilməyəcəklər. Onların peşmanlıqlarının sonu yoxdur. Qırılmaz boyunduruq ilə onlara cəhənnəmlik olduqlarını və atəşin yaxınlaşdığını
xəbər verən mələklər olacaq. Cəhənnəmlik olanlar Camalullahı
görməzlər. Allahın dostlarından ayrılaraq cəhənnəmə gedərlər.
Ey Allahın bəndələri! Təvazökar və Allah qorxusundan dünyadan köçən insanlar kimi, siz də Allaha müxalif olmaqdan uzaq

42


durun. Onlar uzaq durduqları üçün qorxurlar. Yaxşılığı etməkdə
tələsərlər Təhlükələrdən uzaq duraraq qurtuluşa çatarlar. Onlar
axirət üçün gözəl əməllər edərlər. Yaxşılıqların mükafatı cənnət,
pisliklərin qarşılığı da cənnətdir. Şikayətçi və dəlil olaraq əməl
dəftəri kifayət edər. Özüm üçün də, sizlər üçün də Allahdan bağışlanma diləyirəm. (Xiiyə, ı, 77)
Ziyad bin Ərəbidən: Möminlərin Əmiri Əli bin Əbu Talib (r.a)
Nəhrəvanda xaricilərin üsyanını yatırdıqdan sonra Kufəyə gələrək minbərə çıxdı və bir nitq söylədi. Allaha həmdü-sənadan
sonra gözləri doldu və danışa bilmədi. Göz yaşlarından saqqalı
islanana qədər ağladı. Sonra saqqalını sığallayaraq göz yaşlarını sildi. Göz yaşları yaxınlıqdakı insanların üzərinə düşdü. Həmin vaxt biz, onun göz yaşları kimin üzərinə düşdüsə, Allah onlara cəhənnəmi haram edəcək, dedik. Həzrət Əli (r.a) ağlayıb
rahatladıqdan sonra sözünə belə davam etdi:
-Ey insanlar! Əməl etmədən cənnəti umanlardan olmayın.
İşlərin çoxluğu ucbatından günahlarına tövbə etməyi gecikdirənlərdən olmayın. Zahidlər kimi danışan, lakin heç ölməyəcəkmiş kimi dünyaya bağlananlardan olmayın. Dünya malı üçün
çalışanlara nə qədər verilsə də doymazlar. Verilmədiyi zaman
da qənaətkar olmazlar. Əlində olanlara şükr etmədikləri halda
yenə də istəyərlər. Başqalarına əmr edər, lakin özləri etməzlər.
Başqalarına qadağan etdikləri şeyləri özləri edərlər. Saleh insanları sevərlər, lakin onların etdiklərini etməzlər. Zalımlara kin
bəsləyərlər, lakin özləri də onlardandır. Var-dövlətli olduqlarında
nəfslərinə aldanarlar. Xəstələndiklərində kədərlənirlər, kasıbladıqları zaman ümidlərini kəsərlər. Sağlam olduqları zaman şükr
etməzlər. Başlarına bir bəla gəldiyi zaman səbir etməzlər. Sanki
başqalarına ölümlə xəbərdarlıq edilir.
Ey ölümlərə hədəf olanlar! Ey ölümün əlindən qurtulmayanlar!
Ey təhlükələrə məruz qalanlar! Ey günlərin gətirdiklərinə hədəf
olanlar! Ey zamanın qənimətləri! Ey ölüm məhkumları! Ey afətlər
içində qalan çiçək! Ey hesaba çəkildiyində dili tutulanlar! Ey ətrafı
fitnələrlə dolu olanlar! Ey ibrət alınacaq hadisələrlə arasına pərdə
çəkilənlər! Həqiqəti deyirəm. Yalnız nəfsini tanıyanlar qurtuluşa

43

* İslam Qəhrəmanları *
çatacaqdır. Həlak olanlar; yalnız əlində olanlar ucbatından məhv
olmuşdurlar. Allah-Təala bu xüsusda belə buyurmuşdur:
“-Ey iman edənlər! Yandıracağı insanlarla daşlar olan
cəhənnəmdən özünüzü və ailənizi qoruyun.” (ət-Təhrim, 6)
Əli bin Hüseyndən:
Həzrət Əli (r.a) Sıffın savaşından qayıtdıqdan sonra, Həşimoğullarından bir gənc ona:
-Ey möminlərin əmiri! Sən cümələrdə, Allahım! Xüləfayi-Raşidini doğru yola yönəltdiyin kimi, bizi də doğru yola yönəlt, deyə
dua edirsən. Xüləfayi-Raşidin kimlərdir? -dedi.
Bu sözlərdən sonra Həzrət Əlinin (r.a) gözləri yaşlarla doldu
və belə buyurdu:
-Əbu Bəkr və Ömərdir. O ikisi hidayət öndəri, islamın məşhurları və Rəsulullahdan (s.ə.s) sonra, onlar vasitəsilə doğru yola girilir. O ikisinə tabe olanlar, doğru yoldadırlar. Kim onların etdiklərinə sarılarsa, o Allahın tərəfdarlarındandır. Allahın tərəfdarı
isə həqiqi qurtuluşa çatanlardır.


44


Həzrət Xalid bin Zeyd Əbu Əyub əl-Ənsari (r.a)
Həzrət Xalid ibn Zeyd Əbu Əyyub əl-Ənsarinin (r.a) soyu,
atası tərəfindən onuncu babasında və əmisi vasitəsilə səkkizinci
babasında Rəsulullah (s.ə.s) ilə birləşir.
Buxari və Müslimin rəvayətlərinə görə:
“Xalid ibn Zeyd, Nəccar oğullarından “Əbu Əyyub” ləqəbi ilə
tanınan məşhur bir səhabədir. Aqabə beyətində iştirak etdi. Bədr,
Uhud, Xəndək savaşlarında iştirak etdi. Beyətu-Rizvan və bir çox
mühüm hadisələrdə iştirak etdi. O çox şücaətli, cəsur, səbirli və
təqva sahibi bir insan idi. Cihadlarda iştirak etməyi çox sevərdi.
Əməvilər dövrünə qədər yaşadı. Mədinədə yaşadığı halda sonradan Şama köçdü. Müaviyənin xilafəti dövründə oğlu Yezidin
“Konstantinopol səfərində” mücahid kimi iştirak etdi. Düşmənlə
savaşların bir çoxunda iştirak etdi. Nəhayət xəstəliyi nəticəsində
vəfat edərkən Konstantinopol qalasının dibində dəfn edidi.

Həzrət Rəsulullahın Mədineyi-Münəvvərəyə
Təşrifi
Rəsuli Əkrəm (s.ə.s) Cümə namazını qıldıqdan sonra yenə
dəvəsinə mindi və Mədineyi-Münəvvərəyə tərəf getməyə başladı. Lakin Peyğəmbərin (s.ə.s) Mədinədə kimin evində müsafir
olacağını heç kim bilmirdi.
Ənsarın əvvəlcə bütün mühacirlərə göstərdiyi qonaqpərvərlikdən sonra da şəxsən Rəsulullah (s.ə.s) təşrif edərkən Mədinə
bayrama büründü. Uşaqlar küçələrdə sevinclərindən “Allahu
Əkbər, Məhəmməd Mustafa gəldi. Allahu Əkbər, Rəsulullah gəldi...” deyərək qışqırırdılar. Yolların iki tərəfində insanlar sıraya
düzülmüşdülər. Qəbilələr:

45

* İslam Qəhrəmanları *
-Үа Rəsulallah! Bu bizim evimiz, var-dövlətimiz, canımız və
hər şeyimizlə əmrinizdəyik. Ya Rəsulallah bizə buyurun! Sizə
doğma olan, ehtiram göstərən, düşmənlərinizin burnunu ovmağa
gücü çatan ailəmizdə müsafir olun... "deyirdilər.
Peyğəmbərimizdə (s.ə.s) onlara minnətdarlıq edərək yoluna
davam edirdi. Şəhərin girişinə gəlib çatdığı zaman böyük bir qələbəlik onu hətta evlərin damından salamlayırdı.
Rəsulullah (s.ə.s) “Qasvə” adındakı dəvəsi ilə Mədinənin küçələri ilə gedərkən hər kəs onu evinə dəvət edirdi. Kimin evinin
qarşısından keçsə:
“-Buyurun Ya Rəsulallah! -deyə evinə dəvət edir, dəvənin Cilovundan tutub döndərməyə çalışırdılar. Xalq bu şəkildə dəvəyə
sarıldıqca, Həzrət Peyğəmbər:
-Ona toxunmayın, o əmr sahibidir. Allah tərəfindən əmr olunduğu yerə gedir. Gözləyin görək hara gedəcək? -buyurdu.
“Dəvənin cilovunu buraxın’’-deyə buyurmasında bir hikmət
var idi. Çünki hər kəs Həzrət Rəsulullahı qonaq etmək istədiyindən heç kimin xətrinə dəyməməsi üçün bir möcüzə olaraq
Allanın izni ilə işi dəvəyə həvalə etmişdi.
Dəvə əvvəlcə gedib Malik bin Nəccarın evinin qarşısındakı
bir yerə çökdü, belə ki həmin yerin Mübarək Qəbirin olduğu yerdir.
Lakin orada dayanmayıb qalxdı və sürətlə irəliləməyə başladı.
İbn Əziz bin Mansur və Cəfər bin Məhəmməd Əli bin Həsən bin
Zeydin evlərinin arasında olan və bəni Nəccardan Xalid bin Əbu
Əyyub əl-Ənsarinin (r.a) nurlu evinin qapısı qarşısına gəldi və
Allahın izni ilə oraya çökdü. Məhz bu şəkildə qonaq yerini dəvə
təyin etdikdən sonra heç kim başqa bir söz demədi.

Rəsuli-Əkrəmin (s.ə.s) Xalid bin Zeydə (r.a)
Duaları
Xeybər qalası Mədineyi-Münəvvərəyə 200 mil məsafədə
bir yerin adıdır. Bura istər Mədinədə, istərsə də onun ətrafında
yaşayan yəhudilərin mərkəzi idi. İslamiyyətə və Allah Rəsuluna
edilən sui-qəsdlərin əksəriyyəti buradan gəlirdi. Artıq bu fitnə və

46

fəsad yuvasını aradan qaldırmağın zamanı gəlmişdi. Peyğəmbərimiz (s.ə.s) 1600 nəfərlik bir ordu ilə yəhudilərin güclü qalası
Xeybəri mühasirəyə aldı.
Xeybər fatehi adını alan Əli (r.a) bu savaşda çox böyük bir
şücaət və qəhrəmanlıq göstərdi. Qala təslim oldu və çox böyük qənimət ələ keçirildi, bir çox əsərlər götrüldü. Yəhudilər bu
savaşda da sui-qəsdlərindən əl çəkmədilər. Belə ki, onlar bu
müharibədə Həzrət Peyğəmbəri (s.ə.s) zəhərlədilər. Həzrət Peyğəmbər vəfat edərkən:
“Xeybərdə yediyim zəhərli ətin təsiri üzərimdən getməyib.
Çünki bu səbəbdən mövlam şəhadət mərtəbəsi ehsan edəcək.
Uhud müharibəsində qazilik mərtəbəsinə yüksəltdiyi kimi” -buyurmuşdur.
Bu savaşda Peyğəmbərə (s.ə.s) digər sui-qəsdlər edilməsi
ehtimalı olduğundan, böyük mücahid Əbu Əyyub əl-Ənsari (r.a),
gecələr səhərə qədər Rəsuli-Əkrəmin çadırının ətrafında silahlı
halda gözətçilik etmişdir.
Səhərlərin birində Rəsulullah (s.ə.s) çadırından çıxdığı zaman Əbu Əyyubun keşik çəkdiyini görüncə:
-Allahım! Səhərə qədər yuxusuz qalıb keşik çəkməklə məni
qorumağa çalışan Əbu Əyyubu Sən də dünya və axirətdə mühafizə et” deyə dua etmişdir. Bir rəvayətdə:
“-Allah-Təala sənə rəhm etsin, Allah-Təala sənə rəhm ets/'n.”-deyə dönə-dönə dua etmişdir. Bir rəvayətdə də:
Ya Əba Əyyub, sənə indidən sonra heç bir pislik rast gəlməz,
buyuraraq Rəsulullahın əziz duasına nail olmuşdur.

Əbu Əyyub əl-Ənsarinin Savaş Məqsədilə
Manbula Təşrifi
Həzrət Xalid (r.a) komandanlığında bütün savaşlarda iştirak
etmiş, hətta ömrünün son illərində yetmiş, səksən yaşlarında olmasına baxmayaraq, Rəsulullahın (s.ə.s) yuxarıdakı hədisi-şəriflərindən sonra iki dəfə, hicrətin 43-48 və 49-51-ci illərində Süfyan

47

* İslam Qəhrəmanları *
bin Avfın komandanlığında böyük bir ordu ilə İstanbula hücum
etmiş, müharibənin dənizdən və qurudan şiddətlə davam etdiyi
vaxt həm Süyan bin Avf, həm də Əbu Əyyub əl-Ənsari (r.a) ikisi
də burada şəhid olmuşdurlar.
İstanbulun fəthində Xalid ibn Zeydin (r.a) mübarək qəbirinin
yeri Akşəmsədin qüddisə siruh tərəfindən kəşf edilmiş və Fateh
Sultan Məhməd tərəfindən də türbə inşa edilmişdir.
Əbu Əyyub əl-Ənsari kimi böyük bir mücahidin Türkiyədə,
İstanbulda dəfn edilməsi, millətimiz üçün qürur mənbəyidir.
Allaha dua edən bir çox insanlar, onun mənəvi hüzurunda
dua edirlər. Rəsulullahın (s.ə.s) mehmandarı olan bu səhabə,
Allah-Təalanın sevilən bəndələrindən olduğuna görə onun üzü
suyu hörmətinə əksər dualar qəbul edilir.
Rəsulullahın (s.ə.s) hədisi-şəriflərində:
-Bir tərəfi torpaq, digər tərəfi dənizə baxan bir ölkə vardır.
Onun haqqında eşitdinizmi? -buyurduqda əshabi-kiram:
-Bəli o Konstantinopol, yəni İstanbuldur, demişdir.
Rəsulullah (s.ə.s):
-Bəni İshaqdan 70000 əsgər təkbirlərlə vuruşub o şəhəri
fəth etmədikcə qiyamət qopmaz.
-Konstantinopol əlbəttə fəth olunacaqdır. Onun komandanı
nə gözəl komandan və ordusu nə gözəl ordudur.
-Mənim ümmətimdən savaş üçün ilk dənizə çıxan əsgər,
elə bir əsgərdir ki, həmin əməllərinə görə onlara cənnət vacib
olmuşdur, yəni şübhəsiz cənnət və məğfirət qazandılar. Mənim
ümmətimdən savaş üçün hazırlaşıb qeysəri-Rumun vətəni olan
Konstantinopola cihada gedən əsgər əfv və məğfirətə nail olmuşdur. (Əshabi-Kiram, Mahmud Sami).

48

Qatadə bin-Numanın İgidliyi

Qatadə bin Numan (r.a) buyurur:
Rəsulullaha bir yay hədiyyə edildi. O da Uhud müharibəsində
bu yayı mənə verdi. Bu müharibədə, Rəsulullahın qarşısında
yay istifadəsiz hala gələnə qədər ox atdım.
Bir tərəfdən ox atarkən, digər tərəfdən Rəsulullahın üzünə
tuş gələcək oxlara sinəmi verərək onu qoruyurdum. Başqa istiqamətlərdən gələn oxların da, Rəsulullaha dəyməməsi üçün
üzümü o yan bu yana çevirirdim.
Son ox gözümə dəyərək, gözümün giləsini ovcumun içinə saldı. Belə bir vəziyyətdə Rəsulullaha tərəf qaçdım. Allahın Rəsulu
göz bəbəyimi ovcumda görərkən gözləri yaşardı və:
-Allahım! Qatadə üzü (sinəsi) ilə peyğəmbərini qorudu. Ona
daha gözəl və daha iti bir göz ehsan et. ” -deyə dua etdi. AllahTəala, Rəsulunun duasını qəbul etdi. Qatadəyə (r.a) daha gözəl
və daha kəskin bir göz ehsan etdi. (Tabərani)
Yenə Həzrət Qatadədən rəvayət edilən hədisdə bu əlavə
vardır:
-Mən Uhud savaşında, Rəsulullahın qarşısında, onun üzünə dəyə biləcək oxlara sinəmi sipər edərək qoruyurdum. Əbu
Dücanə də Rəsulullahın kürəyini öz kürəyinə sipər edərək qoruyurdu. Əbu Dücanənin kürəyi oxlarla dolu hala gəlmişdi. (Təbərani).

43D

49

« İslam Qəhrəmanları

Məhəmməd bin Məsləmənin Qəhrəmanlığı
Yəhudi Kəb bin Əşrəfin Öldürülməsi
Cabir bin Abdullah (r.a) belə rəvayət edir:
Rəsulullah (s.ə.s):
“-Kim Kəb bin Əşrəfi öldürəcək? O Allaha və Rəsuluna əziyyət vermişdir” -buyurdu.
Bunu eşidən Məhəmməd bin Məsləmə ayağa qalxaraq:
“Ya Rəsulallah! Mən öldürə bilərəmmi?" -dedi.
“Bəli”-buyurdu.
-Hiylə işlətməyimə icazə verin, deyə rüsxət istədi. O da:
-Əlbəttə edə bilərsən, buyurdu.
Məhəmməd bin Məsləmə Kəbin yanma gələrək:
“Bu adam bizdən yenə sədəqə istəyir. Bizi sıxıntıya salır.
Səndən borc istəməyə gəldim. ” O isə:
“Daha nə istəyirsiniz? And olsun ki, siz onu bezdirirsiniz”-deyə qarşılıq verdi.
Məhəmməd bin Məsləmə:
-Bir dəfə ona tabe olmuşduq və ondan ayrılmayacaqdıq. Baxaq görək bu məsələnin axırı necə olacaq. Sənin bizə bir və ya iki
vesk (1 vesk, 200 kq-a bərabərdir) xurma verməyini istəyirik, dedi.
Kəb bin Əşrəf:
-Olar, verərəm. Lakin mənə girov verəcəksiniz.”
Məhəmməd bin Məsləmə:
-Girrov olaraq nə istəyirsən? Kəb:
-Arvadını, dedi.

50

-Sən ərəblərin ən yaraşıqlısısan. Arvadım sənə girov olmağa
layiq deyil.
-Onda oğullarını ver.
-Oğullarımı verə bilmərəm. Bu, sabah onların alnında qara
ləkə kimi qalacaq.
-Bir və ya iki vesk qiymətində başqa bir şey ver.
-Bu da bizim üçün ardır. Lakin silahımı girov olaraq qoya
bilərəm, dedi və gecə silahı ona gətirməyə söz verdi.
Gecə vaxtı süd qardaşı Əbu Nailə ilə bərabər, onun yanına
gəldilər. Qaladakı Kəb ailəsinə səsləndilər. Kəb aşağı enmək istəyərkən, xanımı:
-Gecənin bu vaxtında hara gedirsən? -dedikdə, Kəb:
-Gələn Məhəmməd bin Məsləmə ilə, qardaşım Əbu Nailədir,
dedi. Xanımı:
-Sanki damarlarında axan qanın fışıltısını eşidən kimi oldum,
dedi. Kəb:
-Gələn qardaşım Məhəmməd bin Məsləmə ilə süd qardaşım
Əbu Nailədir. Şərəfli bir insandır. Gecə vaxtı ölümə belə dəvət
etsələr gedərəm”-dedi.
Məhəmməd bin Məsləmə, yanındakı iki nəfərlə bərabər içəri
girdi. Yanındakıların, ƏbuAbd bin Cəbr, Haris bin Evs vəAbbad
bin Bişr olduğu rəvayət edilir.
Məhəmməd bin Məsləmə yoldaşlarına:
-Kəb gələrkən mən onun saçından söz açacağam və saçını
qoxlayacam. Saçlarından bərk-bərk tutduğumu gördüyünüz zaman, vaxt itirmədən onun boynunu vurun!” -dedi.
Elə bu vaxt Kəb işləməli dəri arxalığı ilə aşağıya endi. Onun
gəlişi ilə hər yana gözəl ətir qoxusu yayıldı.
Məhəmməd bin Məsləmə (r.a):
“-Həyatımda bu günkü qədər gözəl qoxu görmədim, "-dedi.
Kəb isə:
-Məndə ərəb qadınlarının və yaraşıqlı ərəblərin ən gözəl ətiri olur”-deyə cavab verdi.

51

« İslam Qəhrəmanları

Məhəmməd bin Məsləmə (г.а):
Saçlarım qoxulaya bilərəmmi? -buyurduqda Kəb:
“Olar buyub’ -dedi və qoxuladı. Yoldaşlarına da qoxulatdı.
İkinci dəfə təkrar:
“-Bir daha qoxulaya bilərəmmi?” -dedikdə yenə:
“-Əlbəttə”-dedi. Bu dəfə saçlarını bərk-bərk yapışdı və yoldaşlarına:
“-Vurun!”-əmrini verdi. Beləliklə Kəbin işini bitirdilər və məsələdən Rəsulullahı (s.ə.s) xəbərdar etdilər. Bunu eşidən Allahın
Rəsulu, Allaha həmd etdi.
Qayıdarkən Qarqad deyilən ağaclıq yerə gəldiklərində təkbir
gətirdilər. Həmin vaxt Rəsulullah (s.ə.s) gecə namazını qılmağa
qalxmışdı. Təkbir səslərini eşidincə özü də təkbir gətirdi. Kəbin
qətl edildiyinə əmin oldu. Rəsulullahın hüzuruna gəldilər.
Rəsulullah (s.ə.s) onlara:
“Gözünüz aydın” -buyurdu. Onlar da:
“Sizin də gözünüz aydın”-dedilər və Kəbin başını Həzrət Rəsulullahın qarşısına atdılar. Həzrət Rəsulullah Allaha həmd etdi.
Bu hadisədən sonra yəhudilər qorxmuş və Həzrət Peyğəmbərin
yanına gəlib:
“Rəhbərimiz hiylə ilə öldürüldü, dedilər.
Rəsulullah (s.ə.s) onlara, Kəbin etdiklərini, müsəlmanlara
verdiyi əziyyətləri və ölümünə səbəb olan hadisələri danışdı.
Gələnlər heyrət etdilər və dilləri tutuldu.
Başqa bir rəvayətdə eyni hadisə belə rəvayət edilir. Rəsulullah
(s.ə.s):
“-Kəbi kim öldürəcək’-buyurduqda
Məhəmməd bin Məsləmə:
“-Mən ya Rəsulallah, onu yalnız mən öldürə bilərəm, dedi.
Rəsulullah da:
“Gücün çatırsa heç dayanma’-buyurdu.
Bundan sonra Məhəmməd bin Məsləmə üç gün yeyib-içmədən üç gün onu gözlədi. Bütün bunlara səbəb zehnini məşğul

52


edən bu məsələ idi. Bu məsələ Rəsulullaha (s.ə.s) xəbər verildikdə, onu çağırtdırdı və:
Nə üçün yeyib içmirsən? -deyə soruşdu.
-Ya Rəs u lalla h! Sənə söz verdim. Görəsən bu sözümü yerinə yetirə biləcəyəmmi?-deyə düşünürəm”-cavabını verdi.
Rəsulullah (s.ə.s), onları Qarqad deyilən yerə qədər ötürdü
və:
“-Allahın adı ilə gedin. Allahım bunlara yardım et!’’-deyə dua
etdi.

"SD

53

« İslam Qəhrəmanları

Sad bin Əsləm (r.a)
Ənəs bin Malik (r.a) belə rəvayət edir:
Bir dəfə Rəsulullahın (s.ə.s) hüzuruna bir adam gəldi və belə dedi:
-Ya Rəsulallah! Dərimin qara, üzümün çirkin olması mənim
cənnətə girməyimə manedirmi?
Rəsuli-Əkrəmin (s.ə.s) bu sözlərindən sonra adam dərhal
sözünə başladı və bunları dedi:
-Xeyr, dərinin qara, üzünün də çirkin olması, cənnətə girməyinə mane deyildir. Lakin, canımı qüdrəti əlində tutan Allaha and
içirəm ki, sən həm Allaha, həm də onun Rəsuluna inanmısan.
Rəsulullahın (s.ə.s) bu sözlərindən sonra adam dərhal sözünə başladı və bunları dedi:
-Səni peyğəmbərliklə şərəfləndirən varlığa and içirəm ki,
bundan səkkiz ay əvvəl mən, Allahdan başqa ilah olmadığına
və Məhəmmədin (s.ə.s) də Onun qulu və Rəsulu olduğuna şəhadət etdim. Mənim bu şəhadəti gətirdiyim məclisdə siz də orada iştirak edən və etməyən insanlara xitab etmişdiniz. Lakin insanlar, sırf dərimin qara olması və üzümün çirkin olmasına görə
məni aralarından uzaqlaşdırmışdılar. Halbuki mən, Səlimoğlu
qəbiləsinin məşhur soylularından idim. Nə edim ki, dayı tərəfinə
çəkmişəm və bu səbəbdən dərim qaradır.
Onun bu sözlərindən sonra Rəsulullah (s.ə.s) ətrafına boylandı və kimisə axtardığı hiss olundu. Axtardığını görmədikdə,
ətrafındakılardan soruşdu:
-Vəhəb oğluAmr buradadırmı?
Allah Rəsulunun soruşduğu bu insan, Saqif oğullarından bir
nəfər idi və müsəlmanlığı qısa bir zaman əvvəl qəbul etmişdi.

54

Həmin vaxt orada olmadığına görə Rəsulullaha (s.ə.s) belə cavab verilmişdi.
-Xeyr burada yoxdur...
Bundan sonra Rəsulullah (s.ə.s), həmin qaradərili səhabəyə
dönərək:
Onun evini tanıyırsanmı? Adam dedi:
-Bəli tanıyıram.
Rəsulullah (s.ə.s) belə buyurdu:
-İndi onun evinə get, qapısını astadan döy və salam verib
içəri girincə belə de:
-Rəsulullah qızınızı zövcə olaraq mənə verdi.
Adı keçən şəxsin sevimli, iffətli, gözəl və ağıllı bir qızı var idi.
Qaradərili adam, Allah Rəsulunun bu tapşırığı ilə dərhal deyilən
yerə getdi. Əvvəlcə astadan qapını döydü və salam verdi. İçəridəkilər ərəbcə danışıldığını eşitdikdə sevindilər və qapını açdılar.
Ancaq adamın qaradərili və zahirən çirkin olduğunu gördükdə
nəşələri pozuldu və sıxılmağa başladılar. Bu məqamda adam
sözünə başladı və dedi ki:
-Rəsulullah (s.ə.s), qızınızı zövcə olaraq mənə verdi.
Qaradərili adamın bu sözləri, ev sahiblərini çox əsəbləşdirdi
və bu əsəbiliklə onu qapıdan qovdular. Hətta ona qarşı bəzi nalayiq hərəkətlər də etdilər. Adam oradan çıxıb birbaşa Rəsulullahın yanına getdi və hadisəni olduğu kimi danışdı. Lakin o qovulduqdan sonra ev sahibinin qızı atasına dedi ki:
-Atacan! Vəhy səni rüsvay etmədən bir qurtuluş yolu axtar.
Əgər Rəsulullah (s.ə.s), doğurdan da məni ona zövcə olaraq
vermişsə, Allahın və Rəsulunun münasib gördüyünə razıyam...
Qızının bu sözlərindən sonra özünə gələn ata, dərhal yerindən qalxdı və birbaşa Allah Rəsulunun yanına gəlib ona yaxın
bir yerdə əyləşdi. Rəsuli Əkrəm (s.ə.s) onu görüncə ona xitabən
buyurdu ki:
-Rəsulullahın qərarını rədd edən sənsənmi?
Adam dedi ki:

55

* İslam Qəhrəmanları *
-Bəli уа Rəsulallah! Bunu mən etdim. Ancaq indi Allahdan
məni bağışlamasını istəyirəm. Onu rədd etməyimin səbəbi,
onun yalan danışdığını zənn etməyim idi. Madam ki, siz bizim
qızımızı ona zövcə olaraq verirsiniz, onda biz də qəbul edir və
qızımızı ona veririk. Allahı və Rəsulunu incitməkdən yenə Allaha
sığınırıq.
Qızın atasının bu sözlərindən sonra dörd yüz dirhəm mehr
ilə nikah kəsildi. Nikahdan sonra Allahın Rəsulu bəyə, yəni Sad
Sələmiyə buyurdu ki:
-Dərhal get zövcənin mehrini ver.
Bəy Allah Rəsuluna cava bən:
-Ya Rəsulallah, səni haqq peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, mənim dünya malı heç nəyim yoxdur. Gedib
qardaşlarımdan istəməliyəm.
Rəsuli-Əkrəm (s.ə.s) belə buyurdu:
-Elə isə zövcənin mehrini, möminlərdən üç nəfərdən təmin
edək.
-İndi sən əvvəlcə Affan oğlu Osmanın yanına get. Mənim
salamımı ona çatdır və ondan iki yüz dirhəm pul al. Oradan Avf
oğlu Abdurrəhmanın yanına get və iki yüz dirhəm də ondan al.
Daha sonra Əlinin yanına get və mənim salamımı söylə və iki
yüz dirhəm də ondan al...
Allah Rəsulunun bu təlimatından sonra Sad Sələmi birbaşa
Affan oğlu Osmanın evinə getdi və məsələni ona danışdı. Affan
oğlu Osman, ona tələb edilən məbləğdən daha çoxunu verdi.
Onu alan Sad Sələmi, oradan Avf oğlu Abdurrəhmanın yanına
getdi. Məsələni ona da danışdı. Eyni şəkildə o da istənilən məbləğdən artığını verdi. Daha sonra Əlinin (r.a) yanına getdi və Allah Rəsulunun tələbini ona ərz etdi. O da eyni şəkildə tələb edilən artıq pul verdi. Bunları alan Sad Sələmi, dərhal bazara getdi
və xanımına bazarlıq etdi. Onun gözlərindən sevinc və nəşə
yağırdı. Bu sevinclə evə qayıtmaq istəyərkən qulağına bir səs
gəldi.
-Ey Allahın süvariləri, minin savaş var.

56

Sən demə düşmən ordusu hücuma hazırlaşırmış. Bundan
sonra Allah Rəsulunun carçısı da islam əsgərlərinə hadisəni xəbər vermək üçün bu şəkildə qışqırmağa başladı.
Rəsulullahın carçısının nidasını eşidən Sad Sələminin içinə
bu dəfə başqa bir nəşə doldu. Həmin anda başını göyə qaldırıb
belə dedi:
-Ey Allahım! Ey göylərin və yerlərin tanrısı! Ey Məhəmmədin
tanrısı! Bu gün bu pulları Allahın Rəsulunun və möminlərin yolunda xərcləyəcəyəm dedi və bir at, bir qılınc, bir nizə və bir dənə də qalxan aldı. Sonra belinə qurşaq bağladı və başına bir
tülbənd bağladı. Belə ki, başını tamamilə bağlamışdı, yalnız
gözləri görünürdü. Daha sonra atına minərək birbaşa əsgərlərin
toplaşdığı yerə getdi. Cihada gedən mühacirlərin səfinə qoşuldu
və gözləməyə başladı. Bu vəziyyətdə onu görən mücahidlər öz
aralarında belə danışmağa başladılar:
-Tanımadığımız bu atlı kimdir görəsən?
Onların öz aralarındakı bu söhbəti eşidən Həzrət Əli, onlara
xitabən belə dedi:
-Buraxın onu, kim bilir bəlkə də dinimizi öyrənmək üçün
Bəhreyn, yaxud Suriya tərəflərindən gəlmişdir. Bu gün isə öz arzusu ilə sizə kömək etmək istəyir. Ümid edirəm ki, sizə faydası
toxunacaqdır.
Elə bu məqamda Sad Sələmi də savaş təlimləri keçir, qılınc
oynadır və nizə batırırdı. Bir müddət məşq edib yorulduqdan
sonra atından endi. Qollarını rahatlatmaq üçün hərəkət etdirdi.
Daha sonra qollarını çirmələdi. Həmin anda Allah Rəsulu da ordunun başında idi. Onun qaradərili qollarını görüncə:
“-Sən Sad deyilsənmi?” -deyə soruşdu. O da:
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 04
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.