Latin

İslam Qəhrəmanları - 11

Total number of words is 3622
Total number of unique words is 1986
23.4 of words are in the 2000 most common words
34.7 of words are in the 5000 most common words
40.0 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
vəzir rütbəsi (marşal) verib, haslar, murassa qılınc, möhtəşəm
şəkildə bəzədilmiş üç rəngli bayraq və bir də padşahın naməsini
göndərdi.
Bu namədə Həsən Paşaya:
Bərxudar (xoşbəxt) olasan! Sənə vəzirlik rütbəsi verdim! Və
sənin ətrafındakı əsgərlərim hansı ki, onlar mənəvi övladlarımdır,
üzləri ağ olsun. Hamısını Allaha əmanət etdim, -deyə dua etdi.
Göz yaşları içində padşahın fərmanını oxuyan Tiryaki Həsən
Paşa “Kanijenin müdafiəsi kimi kiçik xidmətlərə də vəzirlik verilməməli, -deyə padşaha məktub yazmağa başladı. Bizim gəncliyimizdə belə kiçik xidmətlərə vəzirlik verilməz, padşaha məktub
yazılmazdı. Biz nə idik, nə günə qaldıq deyə ağlayırarrT-deyirdi.
Tiryaki Həsən Paşa ağıllı, dürüst və yerində qərar verən bir
insan idi. Vəzifəsinə olan məsuliyyəti və hərbi təcrübəsi ilə məşhur oldu. İşlərinə olan həssaslığı və bacarığına görə Tiryaki ləqəbi verilmişdir. Elmə böyük dəyər verib, alimləri sevir və himayə
edərdi.
(Osmanlı Tarixi Ensiklopediyası, c.6; səh.159)

T3D

201

« İslam Qəhrəmanları

Çolaq Həsən
Çolaq Həsən, gənc əsgər olmaq istəyirdi. Əcəmilər ocağına
müraciət etdi. Lakin ağa, ocağa qəbul etmədi. Həsənin boynu
büküldü və sonra çolaq əlini gizlətmək üçün əlini yanına yaxınlaşdırdı. Sonra öz-özünə:
“-Artıq heç vaxt savaşda iştirak edə bilməyəcəyəm, əsgər
ola bilməyəcəyəm”-dedi. Oradan çıxıb evinə getdi. Şikəst əlinə
baxa-baxa ağlamağa başladı. Dövrünün böyük alimlərindən Xoca Nəsrəddin Əfəndi, sarayın bağçasında gəzintiyə çıxmışdı.
Həsənin ağladığını eşitdi və səs gələn tərəfə getdi. Həsənə niyə
ağladığını soruşdu. Həsən şikəst əlini arxasında gizlədərək ağladığını bildirməməyə çalışırdı. Xoca Sadəddin Əfəndi ona:
“-Dərdini mənə denən, bir çarə tapaq”-dedi.
Həsən:
“Çarəsini tapa bilməzsiniz” -deyincə, Xoca:
“Sən yenə də söylə”-dedi.
Həsən yaşlı gözlərini silərək: Sadəddin Əfəndinin gözlərinin
içinə baxaraq:
“Padşahımız düşmən üzərinə səfər təşkil etmişdir. Lakin
mən gedə bilməyəcəyəm və həyatım boyunca əsgər ola bilməyəcəyəm. Bir az əvvəl məni əcəmilər ocağına götürmədilər. Əgər
onda götürsəydilər, bəlkə indi mən də sultanımızın ordusunda
iştirak edərdim və savaşa gedərdim, -dedi.”
Sadəddin Əfəndi bir müddət düşündükdən sonra:
“Səni müharibəyə aparacağam”-dedi. Həsən bir anlıq təəccüb etdi. Xoca Əfəndi onun təəccübləndiyini görüncə: “Orduda
yalnız savaş edənlər iştirak etmir.

202

Bir çox insan orduda xidmət edir, ancaq savaşda ən mühüm
olanı hər cür xidməti etməkdir. Xidmətin böyüyü kiçiyi olmaz.
Hər kəs əlindən gələni edər. Sən də mətbəxdə xidmət edəcəksən.”-dedi. Bu sözlərdən sonra Həsən, Sadəddin Əfəndinin
yanından ayrılmadı. 1596-cı ilin iyin ayında Sultan Üçüncü Məlr
məd ordusu ilə səfərə çıxdı. Çolaq Həsənə də bu ordunun mətbəx
işləri tapşırıldı. Əvvəlcə Budinin yanındakı Əyri qalası fəth edildi.
Osmanlı ordusu, xaç ordusu ilə Xaçovada qarşılaşdı. Padşahın
çadırı bataqlığı görə bilən bir təpəciyin üzərində quruldu. İlk gün
döyüşlərdən bir nəticə əldə hasil olmadıqdan sonra, ertəsi günü
savaş yenidən şiddətləndi. Sultan, yanındakı bəylər və paşalarla
savaşı izləyirdi. Günortadan sonra bataqlığı keçmək istəyərkən
əvvəlcə birliyin Kirim atlıları məğlubiyyətə uğrayıb geri çəkilməyə
başladılar. Ön cəbhədəki bu pərakəndəlik, arxa hissədəki birliklərə də öz təsirini göstərdi. Fürsətdən istifadə edən düşmənlər,
padşahın çadırına hücum etdilər. Padşahın çadırı dağıdıldığı zaman Türk ordusu dağılacaq və qəti şəkildə məğlub olacaqdı.
Bu zaman ordunun arxa cəbhədəki işlərini görməklə vəzifələndirilənlər yeməkxana çadırının qarşısında toplaşdılar. Həsən isə, həmişə etdiyi kimi yenə yeməkxanadan ayrılmış və
müharibə gedən yerin yaxınlığında döyüşənləri seyr edirdi. Ordunun pərən-pərən düşdüyünü görərkən cəld yeməkxananın
yanına qaçaraq orada yığışan insanların qarşısında tənginəfəs
halda:
“-Niyə durmusunuz? Kafirlər sultanımızın çadırına hücum
edir. Nəsə etməsək Padşahın çadırı düşmən çəkmələri ilə kirlədiləcək. Əllərimiz bağlı gözləyə bilmərik. Biz müsəlman türkü deyilikmi? Bu orduya mənsub deyilikmi? Anamız bizi hansı günlər
üçün doğdu.”-deyə qışqırdıqdan sonra yeməkxana çadırına gedərək dirəkdən asılmış baltanı götürdü və baltanı əlində qəzəblə
yellədərək:
“Mən gedirəm, istəyən gəlsin”-dedi.
Bu hərəkət oradakı inasanları coşdurdu. Kimin əlinə nə keçdisə götürüb Həsənin dalına düşdülər. Kiminim əlində bıçaq, kiminin əlində dəmir, kiminin əlində qazan var idi. Hətta bəziləri
ocaqdan götürdükləri ucu yanmış odunlarla hücuma keçmişdilər.

203



* İslam Qəhrəmanları *
Həsən, Sultanın çadırının iki metryaxınlığına qədər irəliləmiş
düşmənə baltanı elə endirdi ki, düşmənin zirehi köksündən yarıldı. Bir anda düşmən ordusu nə baş verdiyini başa düşmədi.
Başlarına enən zərbələrdən panikaya düşən düşmənlər özərini
itirdilər.
Allah Allah sədaları hər tərəfə yayılmışdı. Təpənin üstündə
hadisəni seyr edən Xoca Sadəddin Əfəndi, yanındakı Cağaloğlu
Sinan Paşaya:
“Düşmənin bu təlaşından istifadə edə bilərik. Niyə dayanmısan?”-deyə qışqırdı. Müharibə bir anda tərsinə dönmüş, düşmən əsgərləri dağılmış və qaçmağa başlamışdı. Bir az əvvəl zəfər nərələri çəkən düşmən əsgərləri, qaçmağa başlamışdı. Lakin
bu qələbənin qazanılmasında böyük rol oynayan Çolaq Həsən
ağır yaralandı.
Həsən Sultanın çadırına gətirildi və bir müddətdən sonra
gözlərini açdı. Çadır qapısından düşmənin girdiyini görüncə:
“Çox şükür, çox şükür padşah otağına kafir girə bilmədi”-deyərək son nəfəsini verdi. Çadırda dualar, şəhidlərin acısı, zəfər
sevinci və göz yaşları bir-birinə qarışmışdı.
(Osmanlı Sultanları Ensiklopediyası, C, 3; səh.136)

204

Bağdad Fatehi Dördüncü Sultan Murad Xan
Dördüncü Murad Xan, anası Kösəm Mahpeykər Validə Sultanın himayəsində 10 sentyabr 1623-cü ildə əmisi Birinci Mustafanın yerinə atalarının taxtına əyləşdi.
Səltənəti çox çətin bir dövrə təsadüf etmiş, daxili münaqişələrin, anarxiyanın qarşısını çox böyük cəsarət və müvəffəqiyyətlə
almağı bacarmışdır. Dövlətin təhlükəsizliyi üçün yeri gəldikdə səbir etmiş, yeri gəldikdə isə böyük hünərlə üsyan edən vəzirlərin
və paşaların cəzasını tərəddüd etmədən verən qəhrəman bir
türk xaqanıdır. Müharibələrdə iştirak etmiş və Bağdadın fatehi
adını almışdır. Xarici dövlətlərlə diplomatik münasibətləri çox
ağıllı şəkildə qurmuş və ölkəsinin etibarını artırmışdır.
Qanunidən sonra heç bir Osmanoğlu, ordu tərəfindən Dördüncü Murad qədər sevilməmiş və ehtiram göstərilməmişdir. Böyük cəsarəti, qəhrəmanlığı, hər cür əzab-əziyyətə dözümü, iti
zəkası və hərbi dühası ilə təqdir edilirdi.
Atıcılıqda, süvarilikdə, silah istifadə etməkdə və imperatorluqda tayı-bərabəri yox idi. Onun bu istedadını hamı qəbul edirdi. Ən azğın bir atın belindən yerə enmədən digərinin belinə atıla
bilirdi. Rəvan səfərində Araz çayını keçərkən suya düşüb boğulan zirehli bir əsgəri, bir əli ilə yaxasından tutub kənara qədər
çəkib qurtarmış və ona kisə qızıl vermişdir. Ən kiçik nizamsızlığı
qəbul etməz və ən kiçik günahları edamla cəzalandırdığı halda,
savaş meydanlarında əsgərlərinə qarşı çox şəfqətli idi. Hər gün
səyyar ordu xəstəxanalarını gəzir, yaralı çadırlarını ziyarət edir
və qazilərin dərdlərinə çarə tapmağa çalışırdı.
Yayını çəkdiyi bir ox, bir tüfəng mərmisindən daha uzağa gedərdi. Atdığı nizənin deşməyəcəyi maddə yox idi.

205

* İslam Qəhrəmanları *
Böyük qardaşı II Osman kimi, bütün idman növlərində ən
üstün bir insan idi. Silahdan vəzir Musa Paşa kimi çox iri cüssəli bir adamı, tək əli ilə kəmərindən tutub göyə qaldırmış və bu
şəkildə bir neçə dəfə otağı gəzdirmiş və heç bir yorğunluq əlaməti hiss etdirmədən yerə qoymuşdur. Bu hadisəni Musa Paşa,
Dördüncü Muradın ölümündən sonra Katib Çələbiyə danışmış, o
da tarix səhifələrinə qeyd etmişdir.
Osmanlı tarixçiləri Dördüncü Muradın “(hicri təqvimlə) min
tarixindən sonra gələn padşahların ən böyüyü olduğunu qeyd etmişlər. Qanuni ilə İkinci Mahmud arasında 1566-cı ildən 1808-ci
ilə qədərki 242 il ərzində gəlib keçən padşahların ən böyüyüdür.
Hammerə görə dövlətin həyatını və böyüklüyünü yarım əsr
uzatmışdır. Əgər Dördüncü Murad olmasaydı, Osmanlının tənəzzülü 1683-cü ildə deyil yarım əsr əvvəl başlayacaqdı. Bütün
qədim və yeni tarixçilər bu məsələdə həmfikirdirlər.
İ.H.Uzunçarşılı IV Murad on yeddinci əsrdə gəlmiş Osmanlı
padşahlarının ən dəyərlisidir, -deməkdir.
Fəratın böyük qollarından olan Murad suyu onun adını daşıyır. Çünki Cənubi Anadoluda yollar salmış, böyük körpülər, karvansaraylar inşa etdirmiş və yaxud təmir etdirmişdir. O, taxt-taca
keçdiyi zaman tam kasıb olan xəzinə, vəfat etdiyində ağzına qədər dolu idi.
Avropada heç bir mühüm savaşı olmadığı halda böyük təsiri
olmuşdur.
Rasinenin Bajazet tragediyası və Massingerin IV Muradın
həyatında 1630-cu ildə yazdığı pyesi (Berna Moran, 154/5) Qərb
ədəbiyyatındakı əkslərini göstərməyə kifayətdir.
Vəfatında daxildə hüzur və asayiş, xaricdə sözün həqiqi mənasında əzəmətli bir Türkiyə qoymaqla kifayətlənməmiş, dünyanın ən böyük güc qüvvəsi olan türk ordusunu möhtəşəm savaş
mexanizmi halına gətirmiş, maliyyə sahəsində islahatlar apararaq
dövləti Qanuni dövründəki səviyyəsinə çatdırmışdır.
Onun hakimiyyəti dövründə imperatorluq mühüm heç bir torpaq itkisinə məruz qalmamış, əksinə orta və Cənubi İraqı İrandan geri almışdır.

206



Avropa hökmdarlarının ən böyük qorxusu, IV Murad kimi
cəngavərin, yəni hələ otuz yaşına çatmamış bir hökmdarın üzünü Qərbə çevirməsi idi.
IV Murad çox gənc yaşda ikən şan, şöhrət, zəfər və təntənə
içində ölümü, bütün imperatorluğu çox mütəəssir etdi. Xüsusilə
İstanbulda və dövlət xadimləri arasında böyük mütəəssirlik yaratdı.
Savaşlarda mindiyi üç köhlən atının üzəngiləri tərsinə asılmış
şəkildə Türk ənənəsinə görə tabutunun qarşısında yürüdülməsi,
yüz minlərlə İstanbullunu ağlatmışdır. Bu böyük hökmdar, atası
I Əhməd xanın Sultan Əhməd məscidinin həyətindəki türbəsinə
dəfn edilmişdir.

207

« İslam Qəhrəmanları

Hafiz Əhməd Paşa
Osmanlı vəzirlərindən olub, 1564 (Hicri 972)-ci ildə dünyaya
gəldi və 1632-ci ildə (h. 1042) şəhid edildi. Hafiz Əhməd Paşa,
1613-cü ildə Xosrov Paşanın böyük vəzirlikdən çıxarılmasından
sonra, böyük vəziri oldu. Lakin böyük vəzir olmağa ümid edən
Topal Rəcəb Paşa, bu vəzifənin ona verilməsindən sonra, Hafiz Əhməd Paşanın əleyhinə hərəkata başladı. Həmin vaxt Bağdaddan qayıdan qapıqulu ocağı əsgərlərini əl altından üsyan
qaldırmağa sövq etdi. Sultan Dördüncü Murad Xana bir ayaq
divanı qurdurdu və buradakı üsyankarlar, Hafiz Əhməd Paşa ilə
birlikdə on yeddi nəfərin onlara təslim edilməsini tələb etdilər.
Sultan Dördüncü Murad Xan üsyankar qoçulardan bəzilərinə hər
nə qədər nəsihət vermək istəsə də onu eşitmədilər. “Tələb edilən şəxsləri verməsələr biz bilirik nə edəcəyik” -deyə sultanı taxttacdan yıxmağa qədər hədələr etdilər.

Osmanlı Şilləsi
Vəzir Hafiz Əhməd Paşa, Bağdad səfərindən qayıdarkən,
İstanbulda üsyankarlar və qoçular hədlərini aşaraq padşahdan
onun başını istədilər. Vəzir Bayram Paşa, ona bir məktubla hadisələrdən bəhs edərək İstanbula gəlməməsini tövsiyə etdi. Hafiz
Əhməd Paşa, yolda ikən Bayram Paşanın göndərdiyi adamla
qarşılaşdı və vəziyyəti başa düşdü. Lakin o gülərək “get bizdən
paşa həzrətlərinə salam denən. Baş verəcək bu hadisəni yuxumda gördüm, lakin ölümdən çəkinmirəm”-deyərək Bayram
Paşanın qasidini geri qaytardı. Özü də sürətlə İstanbula hərəkət
etdi. Həmin vaxt Hafiz Paşanın düşməni olan Topal Rəcəb Paşanın təhrikləri ilə fitnə getdikcə böyüyürdü.

208


Padşah Dördüncü Murad Xan üsyanın qarşısını almaq üçün
Babussəadə qarşısında taxtını qurduraraq əyləşdi və üsyankarların başçılarından dörd nəfəri hüzuruna çağırdı. Sultan, onlara uzun uzadı bu hərəkətlərinin din və dövlətə münasib olmadığını dedi. Ancaq bu qoçular:
“Bütün əsgərlərin cavabı; padşahım, dövlətinə pislik edənləri
əlbəttə verməyiniz lazımdır; əks halda biz nə edəcəyimizi bilirik”
deyərək ədəbsiz sözlərlə danışdılar. Bu məqamda dəstəmaz
alıb Babussəadənin qarşısına gələn Hafiz Əhməd Paşa onların
padşahın sözünü eşitmədiklərini görüncə:
“Padşahım! Həzar (bin) Hafiz kimi qulun yolunda fədadır.
Ancaq sizdən xahişim budur ki, məni sən qətl etmə. Ver bu zalımlar haqsız yerə qanımı töküb məni şəhid etsinlər və lütf edib
cəsədimi Üsküdarda dəfn etdir.”-deyərək yeri öpdükdən sonra
bismillah deyib “Lə havlə və lə quvvatə illə billahi-l-aliyyi-l-azim,
innə lilləhi və innə ileyhi raciun”-deyərək üsyankarların arasına
girdi.
Hafiz Paşa meydana girərkən qoçular ona hücum etdilər.
Öndəki qoçunun ağzına bir Osmanlı silləsini elə vurdu ki, yerə
sərildi və onun başındakı papağı yerə düşdü. Həmin anda hamı
xəncərlərini birdən Hafiz Əhmədin cisminə sapladı. Onun bütün
cismi qan içində qaldı. O böyük vəziri padşahın gözü qarşısında
al-qana boyayıb şəhid etdilər.
Hafiz Paşanın soyuqqanlı hərəkətini və üsyankarların arasına atıldığını görən Sultan Murad, dəsmalını üzünə tutaraq ağladı. Bu faciəvi mənzərə qarşısında artıq dayana bilməyən padşah:
“Allahdan qorxmaz, peyğəmbərdən utanmaz, şəriətə və
padşaha etməzlər! Allah-Təala güc verərsə sizdən intiqam necə
almaq olur görərsiniz”-deyərək içəri getdi. Hafiz Əhməd Paşanı
vəsiyyət etdiyi kimi Üsküdarda Qaraca Əhməd qəbiristanlığında
dəfn etdilər.
Vaxtı gəlincə Sultan Dördüncü Murad Xan, Topal Rəcəb,
Xosrov paşa və digər yoldaşlarını xainliklərinə görə bir-bir təmizlədi, ölkəyə qismən də olsa firavanlıq gətirdi.
(Osmanlı Tarixi Ensiklopediyası, c. 3)

209


« İslam Qəhrəmanları

Aləmgir Şah
Hindistandakı Gürganiyə dövlətinin ən böyük hökmdarı.
Şahzadəliyində Evrəngzib hökmdarlığında isə Aləmgir deyə
məşhurlaşdı. İslamiyyəti içindən yıxmaq istəyən hürufiliyi və qurucusu Fəzlullah Təbrizini aradan qaldırdı.
Teymur Xanın nəslindən olub, atası Baburun dördüncü göbəkdən nəvəsi Şahi cahandır.
Mücəddidi əlfi-səni İmam Rəbbani Əhməd Faruqi Sərhəndi
həzrətlərinin oğlu və xəlifəsi Muhəmməd Məsumi Faruqi həzrətləri, Aləmgir Şahın təhsil və tərbiyəsini öz üzərinə götürdü.
Beləliklə zamanın ən böyük alim və övliyasının tərbiyəsində
əqli və nəqli elmləri öyrənən Erəngzib, ata minmək, ox atmaq və
tüfəng istifadə etmək kimi hərb sahəsində də yetişdirlərək məharət qazandı.
1658 (hicri 1068)-ci ildə hökmdar oldu. Əlli illik hökmdarlığı
dövründə xalq arasında və haqqın tərəfində oldu. Gözəl idarəsi
sayəsində bir çox qeyri-müsəlman, müsəlman oldu.

'SD

210

Evrengzibin Gəncliyindəki Cəsarəti.
Gənc şahzadə, on dörd-on beş yaşlarında idi. Atası Şah Cahanın taxt-tacda əyləşməsinin beşinci ili qeyd edilirdi. Bir çox
əyləncələr arasında fil döyüşləri var idi. Şahzadə Evrengzib, iki
böyük qardaşı ilə bir yerdə bunları seyr edirdi.
Çox qızışan fil döyüşü, hər kəs tərəfindən diqqət və həyəcanla
seyr edilirdi. Birdən fillərdən biri rəqibini buraxıb şahzadəyə tərəf hücum etdi. Oradakılar heyrətlə filə baxırdılar. Erengzib heç
qaçmadı. Atının geri qayıtmasına da imkan vermədi. Filin hücumunun qarşısını alıb nizəsi ilə yaraladı. Aldığı yaradan canı
yanan fil, getdikcə azğınlaşdı. Xortumu ilə atını yerə sərdi. Filə
atəş açılmasına baxmayaraq yerə yıxılan Evrengzibə hücum
edirdi. O da qılıncını çəkərək özünü müdafiə edərək fili bir neçə
yerindən yaraladı. Həmin anda digər fil gəlib rəqibinə hücum
edərək şahzadəni qurtardı.
Evrengzibin bu hərəkəti Hindistan xalqı arasında çox təqdir
edildi və insanların qəlbində yer tutdu. Xalq tərəfindən böyük
rəğbət bəslənsə də səltənətdə heç gözü yox idi.
Aləmgir Şah, tax-taca keçdikdən qısa bir müddət sonra ölkədə sülh və əmin-amanlığı bərqərar etdi. Müsəlman və qeyrimüsəlman hamının əmin-amanlıq içində yaşamasını təmin etdi.
Zülm və bidətlərə, azğınlıqlara son verdi. Ayaq altına düşmək ehtimalı olduğuna görə pulların üzərindəki şəhadət yazılarını ləğv
etdi. Ölkədəki bütün məscid və dərgahları təmir etdirib imamlar
və müəzzinlər təyin etdi.
Allah-Təalanın əmr və qadağalarını tətbiq etmək xüsusunda
ölkənin hər yerinə getmək üçün Molla Əvəz adlı alimi vəzifələndirib,
əmrinə müfəttişlər verdi.

211


* İslam Qəhrəmanları *
İslamiyyətin əmr etdiyi səksən cür vergini xalqdan yığmağı
ləğv etdi. Belə bir vəziyyətdə xəzinənin zəifləməsi əvəzinə daha
da zənginləşdi.
Ölkənin məşhur üləmasından ibarət böyük bir heyətə imkan
yaratdı ki, nəhəng kitabxana qursunlar. Burada Fətavayi-Aləmgiriyyə və Fətavayi-Hindiyyə adları verilən qanun kitabını və dövlətin konstitusiyasını hənəfi məzhəbinin fiqh hökmlərinə görə hazırlatdırdı.
Bu hökmlər, ədalətli hakimlər tərəfinən ölkənin hər yerində
tətbiq edildi. Daha sonra eyni şeylər Məcəllə ilə Osmanlı dövlətində yer aldı.
Daxildə hüzur və sükunət təmin edildikdən sonra Allah-Təalanın dinini yaymaq və dindən xəbərsiz olanlara Haqqın dinini
təbliğ etmək üçün uzunluğu altı, genişliyi iki aylıq yol olan Tibet
üzərinə səfər etdi. Tibet kralına elçi göndərib, ya müsəlmanlığı
qəbul edib qardaşımız, ya cizyə verib vətəndaşımız ol və ya müharibəyə hazır ol deyə xəbər göndərdi. Kral da cizyə verərək
Aləmgir Şahın vətəndaşı olmağı qəbul etdi.
Dövlət xəzinələrini qızıllarla dolduran Aləmgir Şah, öz dolanışığını yazdığı kitabları sataraq təmin edərdi. Onsuz da
günlərinin bir çoxunu oruclu keçirirdi. Arpa çörəyi yeyər, Rəsulullahın (s.ə.s) sünnəsini olduğu kimi yaşamağa çalışırdı. Namazlarını mütəmadi camaatla qılar, həmişə dəstəmazlı gəzərdi. Gecələrini ibadətlə keçirər, elmlə məşğul olardı.
Tarix kitablarında Aləmgir Şahın konkret xüsusiyyətlərinin,
nöqsansız bir cəsarət və qayəyə bağlı olduğu yazılmışdır.
Hərbi hərəkatları, cəsarətinin səviyyəsini kifayət qədər ortaya
qoyur. Düşmənlərini uzaqlaşdırmaq və ya özünə tabe etməkdə
göstərdiyi məharət, onun diplomatik və dövlət xadimliyindəki bacarığını göstərir. Çox gözəl bir hafizəyə sahib olan Aləmgir, yorulmaz lider idi. Sadə həyatı da tarixçilərin diqqətini cəlb edir. Geyimi, yeməsi, içməsi və digər fəaliyyətləri sadə idi. Çox nizamlı
bir həyatı var idi. Doxsan yaşında vəfat etdiyində eşitmək xaric
bütün fiziki fəaliyyətlərində heç bir nöqsan yox idi.

212

Təsəvvüfdə Muhəmməd Məsumi Faruqi qüdisə sirruh kimi
bir şəxsə tələbə və xəlifə olmaqla şərəflənən bu böyük hökmdar,
İslam hüququna böyük xidmət göstərmiş və hədis elminə də aid
çox əsərlər qələmə almışdır.
Aləmgir Şah haqqında “Müntəxabu-I-Lübab” adlı əsərin sahibi Xafi Xan belə deyir:
Teymur oğulları arasında, hətta Dehlinin gəlib keçmiş padşahları arasında Aləmgir Şah kimi; ibadət, riyazət və ədalət baxımından üstün bir padşah yoxdur. Şücaətdə, yəni qəhrəmanlıqda, sıxıntılara dözməkdə, səbir etməkdə və qərar verməkdə
tayı-bərabəri yox idi.
Hər müsəlman kimi vəfatından əvvəl vəsiyyətnamə hazırlayan Aləmgir Şah, cənazəsinin Rəsulullahın (s.ə.s) sünnəsinə
uyğun şəkildə dəfn edilməsini və cənazəsində xüsusilə mərsiyə
deyənlərin olmamasını vəsiyyət etmişdir.
Aləmgir Şah necə xoşbəxt insandır ki, Allah-Təala ona Məhəmməd Masum əl-Faruqi qüddisə-sirruh kimi böyük bir vəlinin
tərbiyəsində yetişməyi nəsib etmişdir.
Məhəmməd Masum əl-Faruqi qüddisə-sirruh necə xoşbəxt
insandır ki, Rəbbimiz Allah-Təala ona aləmgir Şah kimi saf, təmiz, cəsur və ixlaslı bir sultan vasitəsilə islamiyyətə böyük xidmətlər etmək fürsətini vermişdir.


213

« İslam Qəhrəmanları

Aləmgir Şaha Yazılan Bir Məktub
Muhəmməd Məsum Faruqi qüddisəsirruh həzrətlərinin böyük
oğullarından və zamanın övliyasının böyüklərindən Muhəmməd
Faruqi qüddisə sirruhun Aləmgir Şaha yazdığı məktublarından
birində onun zəfər və xidmətlərini belə dilə gətirir:
“Bu fəqir uca zəfərinizi təbrik edir, mənən böyük dərəcələrə çatmağınız üçün dua edirəm. Rana mihracəsi, Hind yarımadasında müsəlmanların ən böyük düşmənidir. Bu kafirə qazandığımız zəfər, bu duaçınızı və bütün müsəlmanları böyük
bir sevincə qərq etmişdir. Bu sevinci anlatmaq kitablara sığmaz.
Şübhəsiz Rana mihracəsinin tam məğlubiyyəti və vergiyə tabe
edilməsi Hindistanda islamiyyətin tam hakimiyyəti deməkdir. İslamın zühurundan bu günə qədər Rana əyaləti küfrün mərkəzi
olmuşdur. Bu günə qədər heç bir islam padşahı bu şəkildə qəti
bir nəticə əldə edərək Hind yarımadasında hökmran olmamışdır.
İndiyə qədər Rananın vergiyə tabe edilməsi bir yana, heç bir
Hind əyalətində müntəzəm vergi alınmamışdır. Bütün islam dünyasına aid bu nemətə şükr etməkdə acizdir. Bəqərə surəsinin iki
yüz əlli birinci ayəsində:
“Əgər Allah müsəlman ordularla kafirləri məğlub etməsəydi,
möminlər şəhid edilər, ölkələri xarabalığa çevrilərdi. Lakin Allah
ehsan sahibidir və salehlərə görə günahkarların pisliklərini və
zülmlərini dəf edər”-buyurulur.
Hələ də islamiyyəti gücləndirmək üçün Dəkkən bölgəsinə
yeni bir səfərə çıxmaq istədiyiniz öyrənilmişdir. Bu təşəbbüsünüz
böyük cihaddır. İslam ölkələrini asilərin pisliklərindən və şərrindən
təmizləmək, bu səfərin mühüm nəticələrindən olacaqdır. Hicaz
yolunun açılması da bu səfəri zəruri edir.

214


Allah-Təala sonsuz ehsanı ilə bu səfərinizi də zəfərlə bitirməyi nəsib etsin! Nə böyük xoşbəxtlikdir ki, belə böyük bir səfərə
əzm edirsiniz. Bu tarixi səfər xoş bir niyyətlə edilərsə çox xeyirxah və bərəkətli meyvələr verəcəkdir.
Əbədi səadətyolunda uca mənəvi dərəcələrə qovuşmağınıza
vəsilə olacaqdır.”

215

« İslam Qəhrəmanları

Alay Bəyi Qazi Zeynal Bəy
Yaşının yetmişi keçməsinə və oxuma-yazmasına bilməməsinə baxmayaraq Dördüncü Sultan Məhməd zamanından vəzirlik vəzifəsinə təyin edilərək, Osmanlı Dövlətini anarxiyaya sürükləyənləri bir-bir təmizləyən Körpülü Məhməd Paşanın oğlu Fazil
Əhməd vəzir olarkən hələ iyirmi altı iyirmi yeddi yaşlarında bir
gənc idi. Bu gün onun yaşındakıların çoxu universitetdə kursdan
kursa kemək istəyərkən o, Osmanlı ordusunu arxasınca aparıb
Avstriyaya yürüş etmiş və düşmən qarşısında əsgərləri ilə çiyinçiyinə vuruşaraq Uyvar qalasını fəth etmişdir. O savaşda türk
əsgərlərinin göstərdiyi qəhrəmanlıq macarlarla avstriyalı lari o
qədər heyran etmişdir ki, ondan sonra müharibələrdə böyük cəsarət göstərənləri Avropada uzun-uzadı “Uyvar önündə bir türk
kimi” deyərək öymüşdürlər.
Fazil Əhməd Paşa daha bir çox uğurlu qələbələr əldə etdikdən sonra vətəninə qayıtdı. Daxili məsələləri qaydasına saldıqdan sonra, iyirmi üç ildən bəri dövlətin hədəfi olan və bir çox
türk əsgərinin həyatına bədəl olan Girit fəthini bitirmək üçün Girit
adasına getdi. İki il yarım mübarizə apardıqdan sonra Qəndiyə qalasını zəbt edərək Girit adasına tamamilə hakim oldu. Bu
savaşda yüz min əsgər itirdiyimiz nəzərə alınarsa Girit səfərinin
millətimizə hansı fədakarlıqlarla başa gəldiyi özlüyündə meydana çıxar.
Məhz Qazi Zeynal bəy bu savaşda baş komandan vəzifəsində olan Vəzir Fazil Əhməd Paşanın yanında vuruşmuş alay
komandirlərindən biri idi. Qazi Zeynal bəy cəbhədəki qazilər arasında yetişmiş, əcdadına ehtiram,dininə bağlılıq və padşaha itaət hissləri ilə dolu və tam mənasıyla dini bütün mərd bir insan idi.

216


Ona görə həyatda bütün uğurlar və müharibələrdəki bütün
zəfərlər din gücü ilə əldə edilə bilər. Eyni hisslərlə bir-birinə bağlı
olan ərənlər, könüllərindəki iman gücü ilə əməllərinə çatırlar. Zeynal bəyin hafizəsi əcdadın qəhrəmanlıq salnamələri ilə dolu idi.
Yuxudan çox vaxt qılınc şaqqıltıları və təkbir səsləri ilə oyanırdı.
Tarixçi Əhməd Rəfiq Altınayın Rəşid tarixindən rəvayət etdiyinə
görə Zeynal Bəyin bu anlayışı dini bir tərbiyə ilə böyüməsi sayəsində inkişaf etmişdir.
İbadət onun nəzərində hərbi zəfərə aparan ən güclü və ən
sağlam vəsflərdən biridir. Savaşda şəhid olmağı isə qazilik həyatının ülvi nəticəsi sayırdı. Bu nəticəyə çatmaq üçün hər qazinin səmimi qəlbdən istəyəcəyi əməllərdən biri olmalıdır. Bu səbəbdəndir ki, Zeynal Bəy düşmənin topundan, tüfəngindən qorxmaz və ən təhlükəli anlarda belə düşmənin səflərinə atılmaqdan
çəkinməzdi. Bir səhər Qandiyə qalası top atəşləri ilə sarsılarkən
Zeynal Bəy də erkəndən qalxmışdı. Həmin səhər düşmənə qarşı
hücuma keçiləcəkdi. Öz birliyinin edəcəyi hücumu diqqətlə nizamladı. Top səsləri dayanmış, ortalığa fırtına qopmazdan əvvəlkinə bənzər sükunət çökmüşdü.
Zeynal Bəyin içində bir sevinc var idi. Bu hücuma öz alayı
ilə qoşulacağı üçün sevinirdi. Fazil Əhməd Paşaya heyranlıqla
bağlı idi. Bir uğuru əldə edərsə onun təqdirini qazanacağı anı
düşünür və hücum vaxtını səbirsizliklə gözləyirdi. O əlverişli bir
təpədə dayanmışdı. Hücum başlamır, namaz vaxtı da keçirdi.
Zeynal müharibənin ən dəhşətli anlarında belə namazını tərk etməzdi. Bu dəfə də belə etdi. Tam sükunət içində namaza durdu. Bir dəqiqə sonra Qandiyənin qala divarlarında dəhşətli atəş
tufanı başladı. Düşmən, türklərin hücuma keçəcəklərini sezmiş, daha əvvəl top atəşinə başlamışdı. Tarixçi Əhməd Rəfiq
Bəy səhnəni belə dilə gətirir: “Atəşlər doğurdan da dəhşətli idi.
Osmanlı səngərlərinə yağış kimi güllə yağırdı. Qazilər hücuma
hazırlaşdıqlarını düşmənə bildirməmək üçün heç qarşılıq vermirdilər. Zenal Bəy qulaq batıran gurultulara fikir vermədən tam
sükunət içində namazını qılmağa davam etdi. Elə bu məqamda
onun yaxınlığında qorxunc bir gurultu qopdu. İri bir mərmi yerə
dəydikdən sonra parçalanaraq ətrafa yayılır. Yuvarlaq bir mərmi
Zeynal Bəyin namaz qıldığı səccadənin qarşısına düşdü.

217


* İslam Qəhrəmanları *
Zeynal Bəy tam birxüşu içində dularını oxuyub Allahu Əkbər
deyərək səcdəyə getdi və həmin anda qumbara partladı. Hər yan
toz duman içində qaldı. Zeynal Bəyə heç nə olmamışdı. Çünki
qumbara partlayarkən alnı yerdə səcdədə idi. Mərmi parçaları
yuxarı doğru dağılmış və ona dəyməmişdi. Ancaq qurtulduğuna
sevinmirdi. Zeynal Bəyin tam tərsinə üzüntülü bir halı var idi.
Həmin anda onun zehnində başqa bir şey var idi. Görəsən namazı pozulmuşdurmu? Səcdəyə gedərkən mərmi səccadənin
qarşısına düşmüşdü və Zeynal Bəy mərmi partlayana qədər başını səcdədən qaldırmamışdı. Görəsən bu gözləmə namazının
pozulmasına səbəb ola bilərdimi? ”
Zeynal Bəy birbaşa Fazil Əhməd Paşanın yanına getdi və
başına gələni danışdı:
-Mərmi partlamadıqca başımı səcdədən qaldırmadım. Bir
qədər çox qaldım, görəsən namazım batil oldumu?
Fazil Əhməd Paşa, zərrə qədər qorxmayan, Allah qorxusunu
hər cür təlaşdan üstün tutan bu qazinin saf düşüncəsinə heyran
oldu. Ona namazının batil olmadığını dedi və bir kisə içində yüz
qızıl verdi. Sevincdən qazi Zeynal Bəyin gözləri yaşardı. Lakin onu sevindirən aldığı yüz qızıl deyil, namazlarının batil olmamasını öyrənməsi və komandirin onu təqdir etməsi idi. Müsəlman türkmü dediniz? Müsəlman türk məhz belə bir insan idi.

'SD

218

Sən Qandiyə Fatehi Olaraq
İstanbula Qayıdacaqsan
Egeydə böyük bir ada və iki ildən bəri sahilə vuran dalğalar,
Osmanlıların səbir, cəsarət və əzəmətini tərənnüm etdirirdi. Əsən
küləklər sanki paytaxta zəfər müjdəsini çatdırmağa tələsirdi.
Başda Qandiyə qalası və bütün Girit, Osmanlı bayrağına qucaq
açmış və bürclərdə dalğalanacağı vaxtı gözləyirdi.
Ordunun başında ciyərlərindən narahat Fazil Əhməd Paşa
var idi. Təcrübəsiz, ancaq bezmək bilməyən əzmkar bir insan...
Qandiyə qalasını, iki il üç ay iyirmi gün yay-qış demədən mühasirəyə aldı. Qışda səhərdən axşama kimi dizinə qədər palçıq içində əsgərlər arasında gəzərək onları ruhlandırır və mənəviyyatlarını yüksəldirdi. Axşam olunca yorğun-arğın çadırına
qayıtdıqda bütün yorğunluğunu aparan qoca bir adamla qarşılaşdı. O, ciyərparasının narahatlığını hiss edən ana ürəyinin
verdiyi mərhəmətlə yaralarına məlhəm olmaq üçün gələn yaşlı
anası idi. Gün görmüş, qəhr çəkmiş, saçları ağarmış Salehə Xanım, həmişə oğlunun yanında idi. Fazil Əhməd Paşa anasının
dizlərinə qapanıb ağlayır; “Ah, anacan! Bu gün də qala təslim
olmadı” -deyərdi.
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 12
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.