Latin

İslam Qəhrəmanları - 02

Total number of words is 3692
Total number of unique words is 1928
25.4 of words are in the 2000 most common words
36.6 of words are in the 5000 most common words
42.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Günahkarlarla oturub durma, sonra etdiklərini sənə aşılarlar. Sir
23


« İslam Qəhrəmanları

rini də onlara açma. İşlərini Allah-Təaladan qorxanlarla məsləhətləş. (Xilyə, 1/55).
Səid bin Müseyyəb (r.a) rəvayət edir:
Həzrət Ömər (r.a) hamısı hikmətlə dolu on səkkiz tövsiyə
etdi:
İnsanların üsyanına səbəb olub, cəzalandırmaqdansa, üsyana səbəb olan şeyləri aradan qaldırıb, itaəti bərqərar etmək
daha xeyirlidir.
Həqiqət üzə çıxana qədər müsəlman qardaşının etdiklərini xeyirə yoz.
Müsəlmanın ağzından çıxan bir sözü dərhal pis sayma, onda xeyirə yozula biləcək tərəflər də tapa bilərsən.
Özünə töhmət etməyə rəvac verən şəxs haqqında sui-zənnlə hökm verənləri qınama.
Sirrini gizləyən şəxs, istədiyi kimi davranar və onun əsiri olmaz.
Aralarında yaşaya biləcəyin səmimi dostlar tap. Çünki onlar
yaxşı günlərdə sevincinə, pis günlərində də dərdinə şərik olarlar.
Ölüm bahasına da olsa doğruluqdan ayrılma.
Səni maraqlandırmayan işlərlə məşğul olma.
Olmayacaq şeylərə dair sual vermə, çünki o sənin üçün yoxdan bir məşğuliyyətdir.
Bir məsələdə irəli getməyini istəməyənə, həmin məsələdə
bir şey həvalə etmə.
Yalan yerə and içməyi adi bir şey sanma, yoxsa Allah səni həlak edər.
Pis yolları öyrənməməyin üçün günahkarlarla söhbət etmə.
Düşmənlərdən uzaq dur. Etibar etmədiklərinə güvənmə.
Etibar edilən yoldaş yalnız Allahdan qorxandır.
Oəbiristanlıqda xüşu içində olun!
İbadət anında özünü say.
Günahlardan özünü qoru.

24


İşlərini Allahdan qorxanlarla məsləhətləş! Çünki Allah-Təaladan yalnız alim bəndələri qorxar buyurur. (Fatir, 28) (Xətib ibn
Əsakir, ibn Nəccar)

Həzrət Ömərin (r.a) Qiymətli Kəlamları
Başqasını islah etməzdən əvvəl, özünü islah et.
Borcunu azaldarsansa azad yaşayarsan, günahlarını azaldarsansa rahat ölərsən.
Sirrini saxlayan özünə hakim olar.
Bu günün işini sabaha saxlama.
İş bir dəfə geri qalarsa, heç vaxt irəliləməz.
Hər şeyin bir şərəfi vardır. Yaxşılığın da şərəfi cəld edilməsindədir.
Həyası gedənin, qəlbi ölər.
Sükut insanın ən gözəl libasıdır.
Çalışmaq ən xeyirli maldır.
Şərri bilməyən onun tələsinə düşər.
Sual soruşan adamın sualından ağlının səviyyəsini başa düşərəm.
Mənə xətalarımı göstərən adamdan Allah razı olsun.
Dünyaya az meyil et, azad yaşayarsan.
İnsanların ən ağıllısı, insanların düşünclərini ən ən gözəl şəkildə təqdir edəndir.
Halalın onda doqquzunu, harama düşmək qorxusu ilə tərk
edərdik.
İnsanların ən nadanı, axirətini başqasının dünyası üçün satandır.
Məsciddə oturan şəxs Allahın hüzurunda durur deməkdir.
Yaxşılıq asan bir şeydir, gülərüz və mülayim söz, bunu təmin
edər.
Tövbə edənlərlə oturun. Çünki onların qəlbləri yumşaq olur.

25


« İslam Qəhrəmanları

İnsanın libasını təmiz saxlaması, şərəfindən irəli gəlir.
Pisliklərin meyvəsi peşmanlıqdır.
İçki içmək, var-dövləti dağıtmaqdır.
Başqasında görüb xoşlanmadığın eyibi, özündə olduğunu
görməməkdən çox eyib olmaz.
Çox gülənin heybəti azalar. Çox danışan çox xəta edər və
belə edən insanın həyası azalar.
Gündüz tutulan oruca, gecə qılınan namaza və çətin zamanda verilən sədəqəyə Allah-Təala qat-qat savab verər.
Zarafat və lağ-lağa etməkdən uzaq durun. Çünki insanın şərəfini alçaldar və vüqarını azaldar.
Axmaq insanla yoldaşlıqdan uzaq durun. Şübhəsiz o bəzən
faydalı olmaq istəyərkən, zərər verə bilər.
Tövbədən məqsəd günah bilib etməməkdir. Əməli saleh olmaqdan məqsəd, özünü bəyənməməkdir. Şükürdən məqsəd yerini etiraf edib, bəndə olduğunu bilməkdir.
Allahım mənə sənin yolunda şəhid olmağı nəsib et və peyğəmbərin şəhərində ölməyi qismət et.
Həzrət Əbu Ubeydə (r.a), Yermuka hərəkət edərkən, Həzrət
Ömərdə (r.a) islam ordusuna bu əmri göndərdi:
-Ömər sizə salam edər və deyər ki:
Ey islamın rüknü olan igidlər! Düşmənlərinizi imanla qarşılayın! Üzərlərinə aslanlar kimi hücum edin. Onlara zərrə qədər
əhəmiyyət verməyin! Sizin qalib gələcəyinizi bilirik!
Bu məktubdan sonra müsəlmanların mənəviyyatı qat-qat
artdı.
Bizanslıların ordusu 200 000 nəfərdən ibarət idi. Onların
arasından bir patrik mübarizəyə çıxıdı. Həzrət Xalid ona qarşı
Geys bin Hübeyri (r.a) çıxardı. Geys (r.a) bu şeiri oxudu:
“Ərlərini, övladlarını öldürərək dul qoyduğum haclenişin qadınlarından soruş! Savaş günü bir qəhrəman deyildimmi?”
Patrik hələ silahını qaldırmadan,Geys (r.a), qılıncı ilə patrikin
başını bədənindən ayırdı.

26


Bütün müsəlmanlar “Allahu əkbər” sədaları ilə hücuma keçmişdirlər. Hər tərəfdə düşmənləri geri çəkilməyə məcbur etmişdilər. Yermuk savaşının ilk günü belə keçmişdi.
Həzrət Ömərin (r.a) on illik xəlifəliyi dövründə Misir, Əlcəzair,
İraq, İran və Bəlucistan fəth edilmişdi.
Həzrət Ömərin (r.a) fəthi dövründə ədalət və insaf hüdudu,
heç vaxt təcavüz zülmünə keçməmişdir. Bir insanın həyatına suiqəsd etmək bir yana, bir ağac belə kəsilməmişdir. Komandanlara
bu əmri vermişdir:
“Düşmənlə savaşdığınız zaman həddi aşmayın. Heç kimin
əzalarını kəsməyin. Uşaqlara toxunmayın.”

27

« İslam Qəhrəmanları

Həzrət Əliyyul-Mürtəzamn (r.a) Şücaətlərindən
Amr bin Abdudu Qətl Etməsi
Xəndək (əhzab) savaşından bir səhnə:
Müharibə vaxtı Mədineyi-Münəvvərənin ətrafında xəndək
qazıldığından, iki ordu bir-biri ilə vuruşmayaraq ox atırdılar.
Lakin Amr bin Abdud, İkrimə bin Əbu Cəhl, Hubeyrə bin Əbi
Vəhb, Nofəl bin Abdullah, İbn Muğirə, Həzrət Ömərin qardaşı
Dırar ibn Xəttab və Mirdas bin Muharib atlarını zor gücünə xəndəyin dar bir yerindən o biri tərəfinə keçirdilər və Mədinəyə daxil
oldular.
Onlardan Amr bin Abdud yoldaşlarından ayrılıb irəli çıxdı və
onun qarşısına çıxacaq igid istədi. Amr çox müharibələr görmüş,
təkbaşına neçə-neçə ordular dağıtmış, böyük bir cəngavər idi.
Əshab qəbilələri Amrı bir bölüyə bərabər sayırdı. Onunla döyüşmək, aslan ilə pəncələşmək kimi olduğundan, ona qarşı heç kim
cəsarət edib çıxmaq istəmədi.
Rəsulullahın (s.ə.s) aslanı Həzrət Əli:
-Ona qarşı mən çıxaram ya Rəsulallah, dediyində:
Rəsuli Əkrəm (s.ə.s):
-Sən dayan ya Əli, gələn Amrdır, buyurdu.
Amr təkrar əhli islama meydan oxudu.
-Aranızda döyüşəcək bir igid yoxdurmu? Bəs sizin ölünüzə
təyin etdiyiniz Cənnət harada qaldı? -dedi.
Əli (r.a) təkrar çıxmaq istədi. Rəsuli Əkrəm (s.ə.s) yenə icazə vermədi.
Amr isə əməlli-başlı həddini aşmışdı:

28

-Ər meydanına çıxacaq birinsən yoxdurmu?-deyə bağırdı.
Onun bu sözündən sonra Həzrət Əli:
“-Amr da olsa çıxacam Ya Rəsulallahl-deyərək yerindən
qalxdı. Rəsuli Əkrəm (s.ə.s) öz zirehini ona geyindirdi və zülfüqar adındakı qılıncını onun belinə bağladı. Sonra isə:
-Ya Rəbb! Əmim Ubeydə Bədrdə və əmim Həmzə Uhudda
şəhid oldular. Yanımda bir Əli qaldı, Sən onu mühafizə et və məni yalnız buraxma!’’ -deyə dua etdi.
Əli (r.a) piyada meydana çıxıb Amra tərəf yürüdü. İki ordu
durub onlara tamaşa edirdi. Əli (r.a) əvvəlcə Amrı islam dininə
dəvət etdi. Amr qəhqəhə ilə gülərək:
“-Belə bir danışıqla qarşıma kimin çıxacağını ağlıma belə
gətirməzdim. Sən kimsən hələ bir de görək?” -deyə soruşdu. O
da:
“Əli bin Əbu Talibəm”-deyə cavab verdi.
“-Sənin əmilərin arasında meydana çıxacaq, yaşlı-başlı birisi yoxdurmu? Qardaşım sənin ağzından hələ süd qoxusu gəlir.
Mən sənin atanla çox vaxt qarındaş kimi görüşmüşdüm, indi sənin qanını tökmək mənim ağırıma gedir. ”-dedi.
Həzrət Əli (r.a):
“-Bəli, amma mən sənin qanını tökməkdən həzz alacam. Lakin sən də atından enib mənim kimi piyada olmalısan"-buyurdu.
Bu söz Amra bərk toxundu və möhkəm qəzəbləndi. Dərhal
atından endi və qartal kimi həzrət Əlinin üstünə şığıdı. O da qalxanı ilə özünü müdafiə etdi. Amr elə bir hiddət və şiddətlə qılıncını endirdi ki, Əlinin qalxanı iki yerə parçalandı və onun başı
yaralandı. Növbə həzrət Əliyə gəlincə, Zülfüqarla bir vuruşda
Amrı yerə sərdi. Abdudun mübarizə meydanında sərilib qalması,
möminləri olduqca sevindirdi. Müşriklər isə ağır bir hüznə qərq
oldular.
Əbu Süfyan:
“Bu gün bizim üçün xeyirli bir iş yoxdur”-deyərək xəndəyin
yanından çəkilib ordugahına getdi.

29


* İslam Qəhrəmanları *
Bundan sonra, müsəlmanlara qarşı birləşən dəstələr arasında qorxu və təfriqə yarandı və bu vaxt meydana çıxan şiddətli bir
fırtına, düşmənlərin çadırlarını göyə sovurub onları darmadağın
etdi. (Həyatu-s-Səhabə, 2/546, Hədislərlə Müsəlmanlıq)

Həzrət Əlinin Yəhudi Mərhabı Qətl Etməsi
Səhl ibn Sad (r.a), Nəbi (s.ə.s) Xeybər günü, Xeybər fəthi
uzanınca belə buyurduğunu, eşitdiyini rəvayət etmişdir:
“Müsəlmanların bayrağını elə bir insana verəcəyəm ki, Allah
fəth və zəfərini, onun iki əlləri ilə müyəssər edəcəkdir. O, Allahı
və Peyğəmbərini sevir, Allah və Peyğəmbəri də onu sevir."
Bundan sonra səhabələr bayrağın kimə veriləcəyini gözləməyə başladılar. Onların hamısı, bayrağın özünə veriləcəyini
umaraq səhərə çıxdılar.
Lakin ertəsi günü Rəsulullah (s.ə.s):
“-Əli haradadır?”-deyə sual verdi. Əshabi-Kiram:
-Gözləri ağrıyır, dedilər və Rəsulullahın əmri ilə Əli (r.a) onun
hüzuruna çağırıldı.
Rəsulullah (s.ə.s), Əlinin gözlərinə mübarək tüpürcəyini
çəkdi. Elə oradaca həzrət Əlinin gözləri sağaldı. Bundan sonra
Əli (r.a):
-Ya Rəsulallah! Xeybər yəhudiləri də bizim kimi müsəlman
olana qədər onlarla vuruşacağıq, dedi.
Rəsulullah (s.ə.s):
“-Ya Əli, yavaşca və sükunətlə Xeybərlilərin ərazisində uyğun bir yerə yerləş və ordugahını qur; sonra, onları islama dəvət
et və onlara vacib olan islam əsaslarını çatdır. Ya Əli! Tək bir
nəfərin sənin irşadın ilə müsəlman olması; yaxşı bil ki, sənə qızıl
yüklü dəvələrin bəxş edilməsindən (bağışlanmasından) daha
xeyirlidir” buyurdu.
Həzrət Əli (r.a), Rəsulullahın (s.ə.s) bu təlimatı ilə hərəkət
etdi. Və yəhudilərə islamın prinsiplərini çatdırdı. Lakin yəhudilər
müsəlman olmağı qəbul etmədilər. İlk öncə meydana yəhudi

30

cəngavər Mərhab çıxdı və onunla vuruşacaq bir igid istədi. Ona
qarşı Həzrət Əli şəxsən özü çıxdı və onu yerə sərdi. Yəhudilərin
bu azğın cəngavəri yerə sərilməklə, yəhudilər başsız qalaraq
təslim oldular və Rəsuli Əkrəmin fəthin Əli bin Əbu Talibin şərəfli
iki əli ilə müyəssər olacağı haqqındakı işarəsi baş vermiş oldu.
(Təcridi-Sarih tər; Mahmud Sami Ramazanoğiu, Həzrət Əli)
Əbu Abdurrəhman əs-Süləmi (r.a) rəvayət edir:
Həzrət Əli ilə bir yerdə Sıffin savaşında iştirak etdim. Ona bir
şey olmaması üçün yanına iki nəfər vermişdik. Fürsət tapan kimi
qarşı tərəfin üstünə hücum etdiyi zaman, qılıncı al qana boyanana qədər savaşıb, sonra qayıdaraq:
-Məni üzrlü sayın, qılıncımın ağzı korşalana qədər qayıtmamağa and içmişdim, dedi.
Rəsuli Əkrəm (s.ə.s) belə buyurdu:
-Ey Əli! Sən mənə Harunun Musaya olan məqamındasan.
Bir fərq var ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcək.
(Əsama r.a.)
-Qardaşlarımın ən xeyirlisi Əlidir. Əmilərimin də ən xeyirlisi
Həmzədir. (Abbas bin Rəbiə)
-Allah-Təala, həzrət İbrahimi dost etdiyi kimi məni də dost
etdi. Cənnətdə mənim sarayımla İbrahimin sarayı qarşı-qarşıyadır. Əbu Talibin oğlu Əlinin sarayı isə, İbrahimin sarayı ilə mənim sarayımın arasındadır. Ey iki dost arasında dayanan əziz
insan. (Hüzeyfə r.a)
“-Əli elmin qapısıdır və məndən sonra, Allahdan gətirdiyimi
ümmətimə bəyan edəndir. Onu sevmək imandır, amma qəzəblənmək nifaqdır. Ona baxmaq şəfqətdir. (Əbu Zər r.a.)"
“-Ey Əli! Cənazəmi sən yuyacaqsan, borcumu ödəyəcəksən,
məzarıma qoyub üstümü sən örtəcəksən. Zimmətimi sən yerinə
yetirəcəksən və sən dünya ilə axirətdə bayrağımın sahibisən.”
(Əbu Səid -r.a.).
Həqiqətən o mənə ilk iman edəndir və o qiyamət günündə
birinci mənimlə salamlaşandır. O Siddiq-i-əkbərdir. Bu da ümmətin Faruqudur. Haqq ilə batilin arasını ayırır. Bu isə Həzrət Əli
möminlərin başçısıdır. (Salman r.a-dan)

31

* İslam Qəhrəmanları *
-Canım qüdrət əlində olan Allaha and içirəm ki, mən Quranın
nazil edilməsindən sonra müşriklərlə savaşdığım kimi aranızda
bir adam da məndən sonra Quranın təvili məsələsində insanlarla
vuruşacaqdır.
İnsanlar: Allahdan başqa bir ilah olmadığına şəhadət edəcəklər və onları öldürmək insanlara böyük bir hadisə olacaqdır.
Hətta Allah-Təalanın vəlisini (Həzrət Əlini) süngüləyəcəklər və
Musa gəminin (Xızır ə.s tərəfindən) deşilməsinə, uşağın öldürülməsinə və divarın düzəldilməsinə qəzəbləndiyi kimi, onun etdiyi
işə qəzəblənəcəklər. Bunların hamısı Allah-Təalanın rizasıdır.
(Əbu Zər r.a-dan).

Həzrət Əli (r.a) Həzrət Həsənə
Belə Vəsiyyət Etmişdir
“Ey oğul, hər şeydən əvvəl Allahdan haqqı ilə qorx. Bütün
əmrlərini yerinə yetir. Onu xatırlamaqla qəlbini yaşat. İpinə bərkbərk yapış. Əgər Onun ipindən yapışsan Rəbbinizlə aranızdakı
əlaqədən daha güclü hansı əlaqə ola bilər? Qəlbini meviza ilə
yaşat. Zahidliklə dünya malını və ona olan eşqini tərk etməklə
onu öldür. O haqq ilə qüvvətli, hikmət ilə; ədalətli, elmli, helmli,
hikmətli və nurlu olsun.
Ciddi şəkildə ölümü xatırla və ölümü xatırlamaqla qəlbini
yaşat. Hər şeyin yox olacağını bil və qəlbinin də yoxluqda qərar
tutacağını ona bildir. Ona dünya faciələrini və müsibətlərini birbir göstər. Zamanın şiddətini və kükrəyişini, gecə və gündüzlərin
əleyhinə çevrildiyini düşün, xatırla və xatırlat.
Öz nəfsinə, daha əvvəl yaşamış insanların qissələrini və hekayələrini söylə. Keçmişdə insanların başına gələn fəlakət və
müsibətləri düşün. Eyni şeyin təkrar edilməməsinə diqqət et.
Atalarının torpaqlarında və yaşadıqları yerlərdə yaşa və onların
əsərlərini diqqətlə tədqiq et. Onlar nələr etmişlər, haradan haraya
köç etmişlər? Bunları tədqiq etdiyin zaman onların çox yaxın
yoldaşlarından və əzizlərindən ayrılıb qürbət ellərə getdiklərini
görəcəksən və eynilə onlar kimi sən də çox yaxın zamanda bilmədiyin, görmədiyin yerlərə köç edib gedəcəksən. Belə olan

32

halda gələcəkdəki yerini indidən hazırla. Axirətini dünyaya
satma.
Bilmədiyin şey haqqında danışma, vəzifən olmayan şeyə
qarışma. Hər hansı bir işi öz əhlinə ver. Sonunda bir fəlakət gəlməsindən qorxduğun yolu tərk et. Çünki bir işdə fəlakət sezildiyində onu tərk etmək, qorxu ilə irəliləməkdən xeyirlidir.
Allah yolunda haqqı ilə çalış. Onun uğrunda mücahidə və
mücadilə etməkdən çəkinmə. Hər hansı bir insanın ağır sözləri
səni mübarizəndən çəkindirməsin. Harada olursan ol, Haqqa
çatmaq üçün bütün çətinlikləri keçməyə çalış.
İslamiyətdə nə varsa hamısını anla və öyrən. Özünü çətinliklər qarşısında səbir etməyə alışdır. Bütün işlərdə Allaha sığın,
çünki O ən gözəl qoruyucudur, ən gözəl sığınacaq və ən gözəl
qurtarıcıdır. Hər işində Allaha təslim ol. Çünki insana hər şeyi
bəxş edən də Odur, məhrum edən də Odur.
Bir işi etmədən əvvəl onun üzərində yaxşı-yaxşı düşün. Ən
doğru şəkildə qərar verə bilmək üçün etibar edilən insanlarla
məsləhətləş. Bu tövsiyəmi başa düşməyə çalış və bundan ayrılmamağa diqqət et. Bunu da bil ki, ən xeyirli söz faydalı olanıdır.
Fayda verməyən elmdə xeyir yoxdur. Öyrənilməsində lüzum olmayan elmdən də bir fayda gəlməz.
Ey oğul!
Həyatımın son günlərini yaşadığımı və getdikcə zəiflədiyimi
görüncə bir tövsiyəmi sənə vaxtından əvvəl bildirmək istərdim.
Çünki düşündüyüm bütün şeyləri sənə deməyə vaxt tapa bilmədim. Əcəlimin gəlib çatdığı, bədənimin zəiflədiyi və hafizəmin korlandığı bir vaxtda arzu və istəklərinin və yaxud dünya fitnələrinin
mənim nəsihətimdən öncə qəlbinə hakim olmasından və bunun
nəticəsində də təlim görməmiş bir at kimi olmağından əndişə
edərək nəsihətimin bir qismini sənə yazıram.
Ey oğul!
Mənim vəsiyyətimdən əldə edəcəyin şeylərin ən xeyirlisi Allahdan qorxub Ona sığınmaq, Onun sənə fərz buyurduqlarını yerinə yetirməyin, Atalarının və keçmiş insanların etdiklərinə baxıb
ibrət almağındır. İndi sən özünə necə güvənirsənsə, səndən əv
33

* İslam Qəhrəmanları *
vəl yaşayan ataların da eyni şəkildə özlərinə güvənirdilər. İndi
sən necə düşünürsənsə, onlar da eyni şəkildə düşünürdülər. Lakin nəticədə yaxşı və doğru hesab etdikləri şeyləri edərək vəzifələrini nöqsansız etməyə çalışırdılar. Məhz onların nəticədə əldə etdikləri və tətbiq etdikləri şeyləri və getdikləri yolu davam
etdirmək istəmirsənsə, onların başlanğıcda getdikləri yola eyni
ilə davam et. Lakin bu, şübhələrini çoxaltmaq və düşmənliklərini
artırmaq üçün deyil, doğrunu və həqiqəti başa düşüb öyrənmək
üçün olsun.
Bir məsələni araşdırarkən əvvəl Allaha sığın və Ondan müvəffəqiyyət istə. Səni şübhəyə salacaq və ya pisliyə aparacaq hər
şeyi tərk et. Qəlbinin hər cür pislikdən durulduğunu, fikirlərinin
cəmləşdiyini və tək arzunun həqiqəti tapmaq olduğunu görüncə
sənə dediyim xüsusları düşünməyə başla. Əgər bunlara sahib
olduğuna əmin deyilsənsə qarışıq məsələlərə girişmə. Çünki
qarşısını görməyən bir insan kim olursa olsun, hər an içindən
qurtulması çox çətin olan çuxurlara və uçurumlara yıxılar. Beləcə
qaranlıqlar içində boğulub məhv olmağa məhkum olarsan. Qarşısını görmədən yerimək və hər an uçurumlara yuvarlanmaq
təhlükəsi ilə qarşı-qarşıya qalmaq isə islamiyəti öyrənmək istəyənlərə yaraşmaz.
Ey oğul!
Bu tövsiyələrimi eşit və başa düş. Yadında saxla ki, hər canlının ölümünü əlində tutan, yaşamasını da əlində tutmuşdur. Varlıqlara can verib yaşadan, nəticədə onları öldürəndir. İmkanlıları
kasıb, kasıbları imkanlı edən Odur. Hər cür bəlanı və xəstəliyi
verən Odur. Hər bəlaya dəva verən də Odur. Dünya daşı ilə, torpağı ilə, rəngi ilə, ağacları və meyvələri ilə Onundur. Onun istəyi
və arzusuna görə hərəkət edir. Axirət də hesabı ilə, cəzası ilə,
cənnəti ilə, cəhənnəmi ilə və bizim bilmədiyimiz bir çox şeyləri
ilə Ona məxsusdur.
Bu xüsuslardan birini bilmədiyini görücə onu cəhalətində gör.
Çünki sən cahil yaradılıb sonra öyrədilən ilk məxluqsan. Elmdə
hər nə qədər bilikli olsan da, bir çox şeydə şübhəsiz bilmədiyin
də olacaqdır. Çünki düşünmənin meydana gəlməsində görmək
qüdrətinin irəlisində olan bir çox şey vardır. Əgər bunlardan bi
34


rinə nail olsan və Allah sənə bəzi şeyləri öyrədərsə onu öz qüdrətinlə meydana gətirib qazandığını zənn etmə. Əksinə buna
görə səni yaradan, ruzi verən və səni gözəl varlıq şəklində meydana gətirən ulu varlığa sığın. İbadətin Onun üçün olsun. Eşqin
Ona olsun, qorxun yalanı ondan olsun!..”
Ey oğul, bil ki:
Peyğəmbərin (s.ə.s) Allah haqqında bildirdiyi kimi, heç kim
haqqında bildirmədi və bildirməz. Onu bir öndər və qurtuluş ordusunun komandanı kimi qəbul et.
Ey oğul!
Səni yaradan Rəbbinin bir şəriki olsaydı, sənin yanına peyğəmbərləri gələrdi. Beləliklə onun sifətlərini və işini öyrənərdin.
Lakin O özünün dediyi kimi tək bir ilahdır. Öz mülkündə heç kim
ona düşmənlik hissi bəsləyə bilməz. O doğmamışdır, doğulmamışdır və ölməyəcəkdir. Əbədidir və hər şeydən əvvəl vardır.
Lakin varlığının başlanğıcı yoxdur. Hər şeydən sonra qalacaqdır.
Lakin qalmasının da sonu yoxdur.
Qüdrəti və böyüklüyü, qəlb ilə gözün əhatə dairəsi xaricindədir. Əgər bunları bilir və inanırsansa, zəifliyini düşünərək sənə
yaraşan şəkildə hərəkət et. Onun qarşısında gücsüzlüyünü düşün! Hər xüsusda Ona ehtiyacın vardır. Ona yönəl və rizasını
istə. Cəzasından qorx, əmrlərini yerinə yetirməyə çalış. Çünki o
yaxşılıqdan başa bir şey əmr etməz. Qadağan etdiklərindən uzaq
dur çünki O, pislikdən başqa heç nəyi qadağan etməz.
Ey oğul!
Dünyanı və onun hallarını, içində olan bütün şeylərin başqa
bir yerə köç edəcəyini, axirəti və axirət əhli üçün orada ediləcək şeyləri və aqibətlərini bildirdim. Bunlar haqqında sənin ibrət
almağın üçün bəzi misallar verdim. Bu misallarla sənin qurtuluşuna ümid edirəm.”
Rəsulullah (s.ə.s) Həzrət Əliyə xitabən:
“- Ya Əli, altı yüz min qoyun istəyirsən, yoxsa altı yüz min qızıl, yoxsa altı yüz min nəsihət ?”
Həzrət Əli kərraməllahu vachəhu dedi ki:
“-Altı yüz min nəsihət istəyirəm.”

35



* İslam Qəhrəmanları *
Rəsulullah (s.ə.s) buyurdu ki:
“-Bu altı nəsihətə əməl etsən, altı yüz min nəsihətə əməl etmiş olarsan:
1. Hər kəs nafilələrlə məşğul olarkən, sən fərzləri yerinə yetir.
Yəni fərzlərdəki rüknləri, vacibləri, sünnələri və müstəhəbləri yerinə yetir.
2. Hər kəs dünya ilə məşğul olarkən, sən Allah-Təalanı xatırla. Yəni din ilə məşğul ol. Dinə uyğun yaşa, dinə uyğun qazan
və dinə uyğun xərclə.’’
3. Hər kəs bir-birinin eyibini (nöqsanını) araşdırarkən, sən
öz eyiblərini araşdırmaqla məşğul ol.
4. Hər kəs dünyanı işa edərkən, sən dinini zinətləndir.
5. Hər kəs xalqa yaxınlaşmaq üçün vasitə axtararır. Xalqın
rizasını qazanmağa çalışır. Sən Haqqın rizasını qazanmağa çalış. Allah-Təalaya yaxınlaşdıran səbəb və vasitələr axtar.
6. Hər kəs çox əməl etdiyi halda, sən əməlinin çox olmasına
deyil, ixlaslı olmasına diqqət et"
Həzrət Əlinin (r.a) qiymətli sözləri.
İnsan dilinin altında gizlənmişdir, danışdırdığınız zaman nə
qədər dəyərini itirdiyini anlayarsınız.
Dünya bir leşdir. Ondan bir şey istəyən köpəklərlə savaşmağa
dözümlü olsun.
Bəndə ümidini yalnız Allaha bağlamalı və yalnız günahları
onu qorxutmalıdır.
İnsanlar arasında Allahı ən yaxşı tanıyan, Onu çox sevən və
tam təzim edəndir.
Elmsiz edilən ibadətdə, mənası olmayan elmdə və təfəkkürə
daldırmayan Qurani-Kərim oxumaqda xeyir yoxdur.
Yaxşılıq bilməyən birisi də olsa, sən yaxşılıq et! Çünki etdiyin
yaxşılıq, təşəkkür edənə edilən yaxşılıqdan tərəzidə daha ağır
gələr.
Ədəb əqlin surətidir.
Alim ölsə də yaşayar, cahil yaşayarkən ölüdür.

36

Mənə bir hərf öyrədənin köləsi olaram.
İnsanın qiyməti, etdiyi yaxşılıqlarla ölçülür.
Qəlbin şəfası Qurani-Kərim oxumaqdır.
İnsanlara əvvəlcə haqqı öyrədin. Onu öyrənən batili tanıyar.
İnsanı layiq olmadığı yerə qoymaq zülmdür.
Haqqı tanıyan Haqq əhlini də asanlıqla anlayar. Öncə batili
öyrənən Haqqı çətin tanıyar.
Sən atanın haqqına riayət etsən, oğlun da sənin haqqına
riayət edər.
Xəsis insan dünyada kasıblar kimi yaşayar, axirətdə də zənginlər kimi hesaba çəkilər.
Dostlarının qəlbini qırmaqla, düşmənlərinin arzularını yerinə
yetirmiş olarsan.
Himayəndə olan insanlara yaxşılıq etmək istəyirsənsə, onlara tərbiyə və ədəb öyrət.
İki şey əqli və tədbiri pozar. Biri tələskənlik, digəri də olmayacaq şeyi istəmək.
Qadının gözəl şəkildə ərinə xidmət etməsi, Allah yolunda cihad etməsi kimidir.
Qənaət edən əziz, acgözlük edən zəlil olar.
Nəsihəti rədd edən, rəzalətə düçar olar.
İnsanın verənə təşəkkür etməsi, nemətinin artmasına səbəb
olar.
Ölümü unutmaq, qəlbin paslanmasından irəli gəlir.
Məsud insan başqasından ibrət alandır.
İnsanın özünü bəyənməsi, əqlinin zəif olduğuna dəlalət edir.
Həqiqi dost, sıxıntılı zamanlarda imdada yetişəndir.
Lüzumsuz şeylərin dalına düşən, lüzumlu şeyləri qaçırar.
İnsanın namaz xüsusunda tənbəllik göstərməsi, iman zəifliyindən irəli gəlir.
Səbir kədərlərə pərdə, təhlükələrə qarşı yardımçıdır.

37


« İslam Qəhrəmanları *
Öldükdən sonra yaşamaq istəyirsinizsə, ölməz bir əsər buraxın.
Hər pislikdən uzaq qalmağın yolu, dili tutmaqdır.
Qənaət az şeyi çoxaldar, israf çox şeyi azaldar.
Əql kimi dövlət, gözəl xasiyyət kimi dost, ədəb kimi miras,
elm kimi şərəf olmaz.
Əshabi-Kiram (r.anhum), bilmədikləri məsələləri Həzrət
Əlidən (r.a) öyrənirdilər.
İbn Ömər (r.a) belə rəvayət edir:
Həzrət Ömər, Həzrət Əlidən soruşur:
-Ya Əli! Çox vaxt Rəsulullahın yanında oldun, biz olmadıq.
Bəzən də biz olduq, sən olmadın. Səndən üç şey haqqında soruşacağam, bəlkə bilərsən. Həzrət Ömər:
-Bir insandan yaxşılıq görmədiyi halda onu sevən, bir insandan da pislik görmədiyi halda ona kin bəsləyən insan haqqında
nə deyirsən? Həzrət Əli:
-Bəli, Rəsulullah (s.ə.s) bu xüsusda belə buyurduğunu eşitdim: Ruhlar fəzada qruplara bölünmüş bölüklər halındadır. Orada tanış olanlar dünyada qarşılaşırlar və dost olurlar. Orada birbirlərindən xoşlanmayanlar, düyada bir-birlərindən uzaq dururlar, buyurdu.
Həzrət Ömər:
-Bu birincisi, ikincisi unutduğu bir hədisi xatırladığı zaman
deyən insan haqqında Rəsulullah nə buyurmuşdur?
Həzrət Əli (r.a):
Rəsulullahin (s.ə.s) bu barədə belə dediyini eşitdim:
"-Hər qəlbin üzərində, аут üzərindəki bulud kimi bir bulud
vardır. Necə ki, bulud ayın üzərindən çəkilincə ay işıq verir və
üzərini tutduğu zaman da qaralırsa, insanın üzərindəki (qəlbindəki) bulud çəkildiyi zaman, insan xatırlayar və qəlbinin üstünü
örtdüyü zaman da unudar.
Həzrət Ömər (r.a):

38


-Bu ikinci, üçüncüsü isə yuxu görən insanların bəzilərinin
yuxusu həqiqət olar, bəzilərininki isə yalan. Rəsulullah (s.ə.s),
bu barədə nə buyurmuşdur? -deyə soruşdu.
Həzrət Əli (r.a):
Rəsulullahin (s.ə.s) belə buyurduğunu eşitdim.
Bir kişi və ya qadın uzanıb dərin yuxuya daldığı vaxt ruhu ərşə yüksəldilər. Ərşin yanında yuxu görənin yuxusu, doğru çıxar.
Hələ ərşə çatmadan oyanan insanın yuxusu isə yalandır.
Həzrət Ömər:
-Xeyli vaxtdır bu üç məsələni öyrənmək istəyirdim. Ölmədən
əvvəl doğrusunu öyrəndiyim üçün, Allaha həmd olsun!” -buyurdu.

Həzrət Əlinin (r.a) Hikmətli Nəsihətlərindən
-Həmd, varlıqları yoxdan varedən, gecənin içindən gündüzləri
çıxaran, ölüləri məzarlarından dirildən Allaha məxsusdur.
Mən şəhadət edirəm ki, Allahdan başqa Tanrı yoxdur. Yenə
mən şəhadət edirəm ki, Məhəmməd Allahın qulu və Rəsuludur.
Allaha müxalif olmaqdan uzaq durun. Bəndəni qurtaracaq
olan ən üstün vəsilələr; iman, Allah yolunda cihad, insanın təbiətində mövcud olan səmimiyyət, dinin dirəyi olan namazı qılmaq,
Allahın fərz buyurduğu zəkatı vermək, Allahın əzabına qalxan
olan Ramazan orucunu tutmaq, kasıblığı aparan və günahları
yuyan həcci yerinə yetirmək, sərvəti bol çoxaldan, ömrü uzadan
və dostların sevgisini qazandıran qohumu ziyarət, xətaları yuyan
və Allahın qəzəbinə mane olan, gizli verilən sədəqə və pis bir
şəkildə zühur edəcək ölümə mane olan və qorxudan qoruyan
yaxşılıqdır.
Allahı davamlı olaraq zikr edin. Çünki zikrlərin ən gözəli Allahı, zikr etməkdir. Müttəqilərə vəd edilənləri istəyin. Çünki Allahın vədi, vədlərin ən doğrusudur. Peyğəmbərimizin yolu ilə gedin. Çünki o, yolların ən əfzəlidir. Onun sünnələrinə tabe olun!
Çünki Onun sünnələri yolların ən şərəflisidir. Allahın kitabını öyrənin! Çünki Allahın kitabı sözlərin ən dəyərlisidir. Dini gözəl şəkildə qavrayın! Çünki dini gözəl şəkildə qavramaq, qəlbləri nur
39

* İslam Qəhrəmanları *
landırır. Quranın nurundan şəfa istəyin. Çünki o, qəlblərdəki xəstəliklərə şəfadır. Quran oxunduğu zaman eşidin! Danışmayın!
Umulur ki, Allah sizə mərhəmət edər. Quran vasitəsilə doğru yolu tapdığınızda öyrəndiklərinizlə hidayətə çatacaqsınız. Elmi ilə
əməl etməyən alim, elmsizliyinə görə doğru yolu tapa bilməyən
günahkar cahil kimidir. Mənə görə cəhalət içində çabalayan cahil
ilə müqayisədə, elmi ilə əməl etməyən alimin vəbalı daha böyük
və daha pərişandır. Hər ikisi də məhv olmuş nadanlardır.
Vəhmə qapılmayın! Şübhəyə düşərsiniz! Şübhəyə düşməyin, sonra küfrə düşərsiniz. İşin asanına qaçmayın! Sonra qəflətə düşərsiniz. Haqqdan qafil olmayın! Sonra zərərli çıxarsınız.
Ehtiyatlı davransanız, özünüzə güvəniniz artar. Özünüzə güvənsəniz, təkəbbürlənməzsiniz. Özünə qarşı səmimi olanlarınız,
Rəbblərinə qarşı ən itaətkar olanlardır. Özləri özlərini ən çox aldadanlar isə Rəbblərinə qarşı ən çox asi olanlardır.
Allaha itaət edənlər bəlalardan amanda və etdiklərindən
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 03
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.