Latin

İslam Qəhrəmanları - 05

Total number of words is 3684
Total number of unique words is 1920
27.2 of words are in the 2000 most common words
37.7 of words are in the 5000 most common words
43.5 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Hüceyrin evinə həbs edilərək ölüm gününü gözləyən Hübeybdə heç bir qorxu və təlaşın olmaması, müşriklərin diqqətindən yayınmırdı. Davamlı namaz qılan Hübeybdən bu qədər
səbat göstərməsinin səbəbini soruşdular, o belə cavab verdi:
“-Bu iman savaşı qədər əzəmətli bir mübarizə yer üzünə bir
daha gəlməyəcək və bu mübarizə uğrunda ölənlərin şərəfinə

79

* İslam Qəhrəmanları *
bərabər bir şərəf dünyada olmayacaqdır. Buna görə təlaşlanmağa səbəb yoxdur.”
Yoldaşı Zeydə Hübeybin nəsihəti bundan ibarət idi:
“-Qətiyyən kədərlənmə, əgər müşriklər bizi öldürsələr bu Allahın rizasına və bütün möminlərin duasına nail olacağımıza işarədir. Çünki bundan sonra gələcək islam mücahidləri bizi nümunə götürəcəklər və vaxtı gəlincə islama xidmət yolunda canını
belə fəda etməyin zəruriliyini onlar da idrak edəcəklər.”
Nəhayət gözlənilən gün gəlib çatdı. Hübeybi görmək üçün
yığışan müşriklər, ona peyğəmbəri inkar edərsə qurtulacağını
deyirlər. Hübeyb müşriklərə istehza ilə baxır və:
-Ölümlərin ən pisini təklif edirsiniz? Mən iman etdim; iman
nədir bilirsinizmi?-deyir.
İllərdir küfr və zəlalət bataqlığı içində yuvarlanan belə inadkar
kafirlər, imanın nə demək olduğunu haradan bilə bilərdilər? Onu
Tənim deyilən qumsal bir səhraya apardılar və asacaqları ağacın
yanında son arzusu olaraq iki rükət namaz qılmasına icazə verdilər. Sonradan edam məhkumlarının qılmağı adət halına gətirdikləri bu namazı bitirdikdən sonra, Hübeyb (r.a) müşriklərə
bunları dedi:
-Əgər ölümdən qorxduğuna görə namazı uzatdı, deməsəydiniz bu namazı daha uzun qılmağı arzu edərdim; lakin iman
edənin nəzərində ölümün qorxulacaq bir şey olmadığını göstərmək üçün qısa kəsmək məcburiyyətində qaldım.”
Dar ağacına çıxdığı zaman, intiqam, intiqam!., deyə qışqıraraq əllərində dəyənək tutan və gözlərini qan tutmuş müşriklərə
qarşı:
-Bu qətlim iman və islam savaşı üçün deyilmi? O halda əsla
mütəəssir deyiləm. İslama bir deyil, min Hübeyb fəda olsun” və
sonra əlavə etdi:
“Ya Rəbb! Mərdliklə qarşımıza çıxmadan bizi arxamızdan
vuran bu əlləri baltalı, gözləri qanlı nadanları nankorluqlarına
görə qəhr et!...”

80

Bu məqamda kin və qəzəbləri son həddə çatan müşriklər,
əllərindəki qarğı və dəyənəklərlə Hübeybin üstünə getdilər. Ona
dəyən hər zərbəyə qarşı:
-İlahi! Görürsən ki, canımı fəda edirəm. Amma imanımı əsla! Rəsuluna salamımı təbliğ et və Ona qarşı olan məhəbbət və
imanımın əsla sarsılmadığından Onu xəbərdar et! -deyə dua etdi.
Həmin anda məscidində olan Rəsulullah (s.ə.s):
-Və aleykumus salam ya Hübeyb” -buyururdu.
Əshabi-Kiram:
-Nə oldu? -deyə soruşduqlarında:
-Müşriklər onu şəhid etdilər. Lakin həqiqətdə o qazandı, buyuraraq hadisəni olduğu kimi əshabına danışdı, (r.anhum) əcməin.

'SD

81

« İslam Qəhrəmanları

Abdullah Bin Atiq (r.a)
Münafiq Əbu Rafinin Qətli
İslamın ilk yayıldığı günlərdə düşmənliklərini aşkar şəkildə
nümayiş etdirən müşriklər, hicrətin üçüncü ilindən etibarən fəaliyyətlərini gizli şəkildə həyata keçirən müsəlmanları məhv etmək
planlarını pərdə arxasından etməyə başladılar. İslama düşmən
təşkilat qurub hiyləgər fəaliyyətlərini idarə edənlərin başında
Xeybər yaxınlığındakı bir qalada yaşayan Əbu Rafi gəlirdi.
Yaşadığı məkanın ən zəngini kimi tanınan Əbu Rafi, ətrafdakı
müşriklərin silah və ərzaq ehtiyaclarını qarşılayır, əl altından azğın islam düşmənlərinə verdiyi pullarla din düşmənlərini qızışdırırdı.
Əbu Rafinin işi bununla da bitmirdi. Bazarda yaxşı çıxış
edən natiqləri, yığıncaqlarda təsirli şeir söyləyərək eşidənləri aldatmağı bacaranları və xalqın arasına sızaraq cəsusluq etməklə
məşhur olanları həmişə axtarıb tapır və onlarla dostluq edirdi.
Hətta onlara istədikləri qədər pul verir, Rəsulullahın (s.ə.s) əleyhinə şeirlər söylədib bazarlarda İslamı pisləyən çıxışlar etdirir və
müsəlmanların daxilində baş verənləri öyrənmək üçün cəsuslar
göndərirdi.
Bütün bunları böyük bir gizliliklə edən Əbu Rafi, bu uğurda
xərclədiyi pullara üzülmək əvəzinə böyük sevinc hissi duyurdu.
“Hələ filankəslərin başını bədənindən ayırtdıracam” deyərək
tanınmış islam mücahidlərini də öldürəcəyini lovğalanaraq deyirdi. Müsəlmanlar bu münafiq Əbu Rafidən xeyli ziyan çəkmişdilər. Nəhayət əshabi-kiramdan Abdullah bin Atiq, Abdullah bin
Utbə, Abdullah bin Enis və Əbu Qatadə bu mnafiqin zülmündən
qurtulmaq və gizli fəaliyyətlərinə son vermək üçün aralarında

82

məşvərət edərək beş nəfərlik fədai dəstəsi halında yola çıxdılar.
Qərarları qəti idi.
Qərarları qəti idi. Canlarını fəda edəcəklər, lakin bu azğın
islam düşmənindən intiqamlarını alacaqdılar. Günəş batarkən
Əbu Rafinin yaşadığı qalanın yaxınlığına gəlib çatan fədailər,
gizləndikləri yerdən içəri girməyin çarəsini axtarmağa başladılar.
Həmin anda tarlada işləməkdən qayıdan yəhudilər qaladan içəri
girirdilər.
Abdullah bin Atiq, xurma ağacının dibindəki çalada gizlənən
yoldaşlarına:
-Siz burada gözləyin, mən yolunu tapıb içəri girəcəyəm deyərək qalanın qapısına tərəf getdi; yaxınlaşdıqda nəsə bir iş görürmüş kimi ətəklərini yığıb yerə əyildi.
Hər kəs içəri girmiş, qapıçı da gözləməkdən bezmişdi.
-Ey Allahın bəndəsi girirsən gir, yoxsa bayırda qalarsan; mən
qapıları bağlayacağam deyə qışqıraraq qala qapısının arxasına
keçib qapını itələməyə başladı.
Abdullah bin Atiq bundan sonrasını belə rəvayət edir:
-Dərhal əyildiyim yerdən qalxaraq cəld içəri keçib kənar bir
yerdə gizləndim. Bayırda heç kimin qalmadığına əmin olan qapıçı, qapıları bağlayıb qapının açarını arxasındakı bir mismara
asaraq öz yerinə getdi. Hamı yuxuya gedənə qədər gözlədim.
Sonra durub qapının kilidini açdım və yavaş-yavaş qalanın içində gəzərək tərif edildiyi şəkildə Əbu Rafinin evini tapdım. Yavaşyavaş pilləkənlərlə qalxıb içəri girdim. Hər kəs yatmışdı. Lakin
qaranlıqda harada yatdığını bilmədiyim üçün:
“Əbu Rafi”-deyə səsləndim.
“Kimsən?”-deyə cavab verdi.
Səsin gəldiyi tərəfə var gücümlə qılıncımı endirdim və səsimin tonunu dəyişdirərək:
-Əbu Rafi kiminlə danışırsan?-dedim.
O da cavabında:
-Evdə yad bir adam var. Məni qılıncla vurdu, dedi.

83

* İslam Qəhrəmanları *
Bu dəfə qılıncın hədəfinə çatdığını bildikdən sonra dərhal
daş pilləkənlərlə aşağı enməyə başladım.Qaranlıqda hara vurdumsa, ayağımın yaralandığını gördüm. Aşağıda köynəyimi cırıb yaranı sarıdıqdan sonra ay işığında bayıra çıxdım.
Yoldaşlarım həyəcanla məni gözləyirdilər. Vəziyyəti onlara
xəbər verdim, ancaq onlar inanmadılar.
“-Bəlkə ölməmişdir, səhərə qədər gözləməliyik. Ya o bizi öldürcək, ya da biz onu."-deyərək ağacın dibindəki çalada Əbu
Rafinin ölüm xəbərini gözləməyə başladıq.
Səhər Günəş qala divarlarının üzərindən şüalarını saçarkən
qapılar açıldı. İşçilər bağ-bostana getmək üçün ətrafa yayıldılar.
Qonşularına qulaq verdik belə deyirdilər:
-Bu gecə islam fədailəri, başçımız Əbu Rafinin evinə basqın
edərək onu öldürdükdən sonra qaçıb getmişlər. (Tarixin şərəf
səhnələri)

84

Dırar bin Əzvər (r.a)

Çox cəsur və məşhur komandanlardan Dırar bin Əzvər (r.a)
Şam ətrafında davam edən müharibələr zamanı yüz min nəfərlik
düşmən ordusunun vəziyyətini öyrənmək üçün tabeliyindəki yüz
nəfərlik kəşfiyyatçı ilə kəşfiyyatda düşmənlər tərəfindən əsir
götürülsə də əks hücum nəticəsində Dırar əsirlikdən qurtulmuşdur.
İkinci dəfə təkrar əsir götürülmüş və çox əzablı bir həyat keçirdikdən sonra Allah-Təalanın köməyi ilə qurtulmuşdur. Belə ki:
Antakyadakı imperator Herakl davam edən çox acı məğlubiyyətlərin kədəri içində idi. Həmin anda bir nəfər əlində bir məktub gətirib Herakla verdi. Cəbələ bin Eyhəmdən gələn məktubda
bunlar yazılmışdı:
“Bir qoşun ilə Yermuk tərəfindən Antakyaya gəlirdik, yolda
müsəlmanların ən cəsur komandanlarından Dırar bin Əzvərlə
qarşılaşdıq. Onun tabeliyində iki yüzə qədər adam var idi. Aramızda baş verən döyüşdə onların yüzünü qətl etdik və yüzü də
Dırar ilə bir yerdə əsir götürülərək hüzurunuza göndərilmişdir.
Onların hökmü sizə aiddir.”
Herakl bu məktubu aldıqdan sonra gözlərinə sevinc gəldi.
“Bax indi bir az təsəlli tapdım. Bu qədər acıların intiqamını alacağam. Bunları qətl edib cəsədlərini hər kəsin gözü qarşısında
asacağam ki, hər kəs baxıb ibrət alsın. Vardanı və Batrosu öldürən Dırar tutuldu artıq! Axx intiqam! İntiqam deyə hayqırdı.”
Yanındakılara müraciət edərək: “Dərhal onu bura gətiirn!”dedi. Heraklın əmri ilə Dırarı və yoldaşlarını onun qarşısına gətirdilər. Herakl Dırara:
-Ərəblərin məşhur komandanı Dırar sənsənmi? Dırar:

85



* İslam Qəhrəmanları *
-Bəli peyğəmbər yolunda sizinlə savaşan Dırar mənəm.
Herakl:
-İndi o cür sərt sözlərini burax! Özünü əsgərlərinin yanındamı
zənn edirsən?
Dırar:
-Harada oluramsa olum, din düşmənlərinə qarşı başımı dik
tutaraq cavab verməkdən çəkinmirəm. Siz məni qorxaq zənn
edirsiniz?
Herakl:
-De görüm kimə arxalanırsan? Bura əsgərlərimin qərargahı
olduğunu unutdunmu?
Dırar:
-İslam şəriəti və Həzrət Məhəmmədin nuru cəhalət zülmü ilə
zülmətgaha çevrilmiş dağlara, səhralara və şəhərlərə öz nurunu
yaymış və ədalət Günəşi hər tərəfi işıqlandırmağa başlamışdır.
Hələ də sən özünə təsəlli vermək istəyirsən!
Herakl:
-Bunu bil ki, bu məqamda bədəninin hər üzvünü qoparmağın
mənim üçün bir udum su qədər əhəmiyyəti olmaz!
Dırar:
-Həzrət Məhəmmədin hüzurunda olan bir müsəlman, yetmiş
Herakl olsa belə, onun hədələrinə heç bir əhəmiyyət verməz.
Sənin verdiyin son cəza öldürmək deyilmi? Gedəcəyim yer Rəsulullahın hüzurudur, Allah-Təalanın dini uğrunda ölmək bizə hər
şeydən əzizdir.
Herakl:
-Siz bir dəstə ac, biçarə ərəblərin dəbdəbəli malikanələrdə
yaşamaq və güc-qüvvət sahibi olmağınız haranıza yaraşır.
Dırar:
Səhv düşünərək ac zənn etdiyin ərəblər bu gün uca din və
şanı uca peyğəmbər sayəsində hər cür nemətə sahib oldular.
Gücləri islamdır. Mücahidlərin nərəsi dağları lərzəyə gətirər,
yeri-göyü titrədər və qəhrəmanlıqları düşməni qorxuya salar.

86

Mərdlikləri səni tir-tir titrəməyə sövq edər. Bax, gördüyünüz kimi
qarşınızda heç nədən qorxmuram. Heç qorxduğumu gördünüzmü? Herakl:
-Bizə qalib gələcəyinizə niyə bu qədər əminsiniz? Allah bəyəm bizi sizə təslim etdi?
Dırar:
-Sənin pis xasiyyətlərinlə həqiqəti tərk edib dünyanın bərbəzəyinə meyl etməyin bizi cəsarətləndirdi.
Dırar (r.a) həzrətlərinin verdiyi cavablardan Heraklın əsgərləri
qəzəblənərək hamı əlini qılıncına atdı və bir ağızdan Herakla:
-Bu ərəbi niyə danışdırırsan? Yaşamağının nə lüzumu var?Herakl:
-Onun məsələsini həll edərik!
İmperatorun verdiyi əmrlə hamı qılıncını çəkərək Dırar (r.a)
vurmağa başladılar. Otuz, qırx qılıncın birdən enməsi ilə ağır şəkildə yaralanan Dırar alqanına boyandı və hər tərəf qan içində
qaldı. Həzrət Dırar yerə yıxıldı. Herakl:
-Sağ qoymayın! -deyirdi. Bu dəhşətli hadisəni görən general
Mika (müsəlman olmuşdu, lakin gizləyirdi). Dırar həzrətlərinin
yaralandığını görərkən onun ürəyi yandı. Din qardaşının, xüsusilə də belə qeyrətli və cəsur qəhrəman bir komandanın həlak
olmasına razı ola bilmirdi. Nə yazıq ki, onu müdafiə etsə, özünü
təhlükəyə atacaq və heç bir şey əldə edə bilməyəcəkdi. Son çarə olaraq ümidsiz halda Herakla dedi ki:
-Ey Hökmdar, bunu burada öldürməyin nə faydası olacaq?
Herakl:
-Nə edim? Mika:
-Verin müalicə edim, yaxşılaşdıqdan sonra hamıya ibrət olsun deyə insanların gördüyü bir yerdə və onların gözü qarşısında
asarıq. Herakl:
-Elə isə buradan götür və evinə apar. Müalicə edildikdən sonra asarıq. General Mika; bu icazədən sonra çox sevincli bir halda Dırarı belinə alaraq evinə apardı. Həzrət Dırar qılıncların zər
87


* İslam Qəhrəmanları *
bəsindən taqətsiz hala gəlmişdi. Bir anlıq gözünü açıb general
Mikanı qarşısında görüncə həzin bir səslə dedi ki:
-Əgər sən müsəlmansansa mənə lazım olan yardımı əsirgəmə. Xristiansansa insanlıq xatirinə əlindən gələni et.
General Mika böyük bir səmimiyyətlə:
-Qarşındakı, islam dinini qəbul edən,general Mikadır. Sənin
həyatını qorumaq üçün əlimdən gələni edəcəm. Qorxma ya Dırar! Məhəmmədin (s.ə.s) nübüvvət nuru xatirinə hər cür yardım
edəcəm. Sonra əsgərinlə bir yerdə qaçarıq.
Həzrət Dırar, Mikanın bu həyat verici sözlərinə çox sevinir.
Bir neçə gün müalicə olunduqdan sonra yemək yeməyə başladı
və bir gün Mikaya dedi ki: “-Yadıma bacım düşür. Bir məktub
yazsam ona göndərərsənmi?”
General Mika:
-O mənim vəzifəmdir, sən yaz göndərim. Həzrət Dırar gözlərindən yaşlar axıdaraq bu həzin məktubu yazdı:
-Canımdan əziz bacım,
Qəlbimi qanlara boğan ahların təsiri qılınc yaralarını unutdurdu. İslam Günəşinin nuru qəlbimin hər tərəfinə yayıldıqca həmişə Didari-Rəsulullahı (Həzrət Rəsulullahın Nurlu üzünü) seyr
edirəm və gözlərimi yumuram. Gözümün önünə bəyaz kəfənlərə
bürünmüş şəhidlərin müqəddəs ruhları gəlir. Gizli mənəvi bir səda mənə xitab edərək:
Qorxma ya Dırar! Allah yolunda yaralandın, bütün şəhidlər,
mücahidlər və məxluqat səni təbrik edir. Səni xatırlayıb ağladım.
Sən də mənim göz yaşlarımı xatırla.”
General Mika bu məktubu bir nəfərlə Əbu Ubeydə həzrətlərinə göndərdi. Əbu Ubeydə (r.a), Dırarın bacısı Handə xatunu çağıraraq bütün islam mücahidlərinin gözü qarşısında adı çəkilən
məktubu oxuduqda hamısı hönkür-hönkür ağlamağa başladı.
Dırar həzrətləri iyirmi gündən sonra sağaldı və Herakl Mikanı
çağırıb:
-Haydı Dırarla digər əsirləri kilsəyə apar, bəlkə ayinlərimizi
görüb dinlərini tərk edərlər, dedi.

88


Heraklın əmri ilə Dırarı və digər əsirləri, kilsəyə apardılar.
Kilsədə Rumlar xaçlara sitayiş etdikcə Dırar silahdaşları ilə bir
yerdə təkbir və təhlil gətirirdilər. Herakl bu hadisəyə qəzəblənib
yanındakılara xitabla: Bunları kilsədən çıxardıqdan sonra Məsih
yolunda qurban edəcəksiniz.
Mika:
-İmperatorun əmrini yerinə yetirməkdə nöqsan göstərmərəm.
Lakin bu məsələdə tələsmək olmaz. Çünki ərəblər qələbə çalaraq Antakyanı işğal etsələr, bizim hamımızı qətl edərlər.
Herakl:
-Onda hələlik dayandırın!
Həmin gün Əbu Ubeydə həzrətlərinin ordusu ilə həzrət Xalidin qoşunu Antakya yaxınlığındakı dəmir körpünün ətrafına
yığışdılar. Körpüdəki rumlar qorxularından savaşmadan müsəlmanlara təslim oldular və beləliklə Antakya mühasirəyə alındı.
Heraklın bu məqamda başı qarışıq olduğuna görə general Mika,
Dırar bin Əzvəri və silahdaşlarını müsəlmanlar tərəfə keçirdi.
Mikanın müsəlmanlara göstərdiyi köməkdən görən Filintanos, Mikaya dedi ki:
-Sən əhli islama çox kömək edirsən. Dırarı da qaçırtdın, bunun səbəbi nədir? Mika:
-Haqq din olan islamı qəbul etdim. Səndən nə gizlədim
Filintanos;
-İslam dini haqqında mənə məlumat verərsənmi? Mika;
-Bəli, verə bilərəm. Ədalət, insaniyət və mərhəmət kimi gözəl xüsusiyyətləri yalnız islamiyyətdə görə bilərsən. İslam dinində hüquq baxımından böyük kiçik, varlı və kasıb hamı eyni
səviyyədədir, yəni hamı eyni haqlara sahibdir. İslamiyətdə heç
kimin sözü Qurani-Kərimə müxalif ola bilməz. (Əshabi-Kiramın
məşhurları, M.Sami Ramazanoğlu)

89

« İslam Qəhrəmanları

Zeyd bin Harisə, Abdullah bin Rəvaha, Cəfər bin
ƏbuTalib(r.anhum)HəzəratınmQəhrəmanlıqları.
Hicrətin səkkizinci ilində on min nəfərlik müsəlman ordusu
(bir çox rəvayətlərə görə üç min) ilə yüz min nəfərlik xaç ordusu
Şam yaxınlığındakı Mutə deyilən yerdə qarşılaşdılar.
İki tərəf arasında istər say, istərsə silah və təchizat baxımından heç müqayisə edilməyəcək qədər böyük fərq var idi. İslam
mücahidlərinin çoxunda, yorulduqda minə biləcəyi bir dəvə, düşmənə qarşı müqavimət göstərəcəyi bir qılıncı belə yox idi. Bunun
müqabilində Herakl və Rum qeysərinin ordusu, göm-göy zirehlə
silahlanmışdılar. Hamısı da atlı və ya insanın çatması imkansız
olan hündür dəvələrin belində idilər.
İlk baxışda islam ordusunun əzilib məhv olması bir an məsələsi idi. Əshabdan bəziləri təxmin etdiklərindən çox silah və canlı
qüvvənin olduğu bu yüz min nəfərlik silahlı ordu ilə qarşılaşmağın
yaxşı nəticə verməyəcəyi qənaətində idilər. Bu məqamda bəzi
yerlərdən ard-arda:
-Ya Rəbb! Mənə şəhidlik şərəfini ehsan et, məqamların ən
ucası olan iman yolunda ölmək nemətindən məni məhrum etmə!
-deyə yalvaran Abdullah bin Rəvahanın gur səsi eşidildi:
“-Ey müsəlmanlar! Siz evinizdən çıxarkən islan dini uğrunda
şəhid olmaq niyyəti ilə çıxmadınızmı? Allaha and içirəm ki, biz
müsəlmanlar indiyə qədər savaşdığımız müharibələrin heç birində, silahlarımızın mükəmməlliyi və miniklərimizin çoxluğu
ilə qələbə əldə etmədik. Bizə, azlığımıza, maddi zəifliyimizə və
acizliyimizə baxmayaraq zəfərlər qazandıran güc, yalnız din gücüdür. Ölsək şəhid olacaq və bizdən əvvəlki qardaşlarımıza qo
90

vuşacağıq. Sağ qalsaq zəfəri qazanacağıq və islam bayrağını
Mutəyə sancacağıq.”
Bu sözlər, onsuz da islami həssaslığı kamillik zirvəsinə çatan
mücahidlərin cuşa gəlməsinə kifayət etdi. Səhrada qəhrəmanlıq
göstərən islam ordusu, yüz minlik silahlı Rum ordusuna qarşı
çıxmaq cəsarətini özlərində tapdılar.
Beləliklə Mutə qəsəbəsinin yaxınlığında bir ovuc deyilə biləcək qədər az olan müsəlmanlar, nəhəng xaç ordusuna meydan oxudu. Ordu komandanı Zeyd bin Harisəin (r.a) əlində Rəsulullahın (s.ə.s) təslim etdiyi ağ bayraq olduğu halda, ilk döyüşdə şəhid olmasından sonra, islam bayrağını Cəfər bin Əbu Talib
alaraq atını düşmən səflərinin üzərinə mahmızladı.
Onun hücum etdiyi hissədə səflər iki yerə bölünərək sağa-sola qaçıb canlarını qurtarırdılar. Həmin anda onun qabağından qaçan düşmən əsgərləri arxadan yaxınlaşıb onu vurmaq istəyirdilər.
Düşmən o qədər çox idi ki, hər müsəlmana bir bölükdən artıq
tam təchiz olunmuş düşmən düşürdü. Bir-birinə yardımdan daha çox hər bir müsəlman hədəfinə çatmağa çalışırdı. Nəhayət
arxadan enən bir qılınc zərbəsi ilə komandan Cəfərin sağ qolu
kəsildi. Ordunun bayrağını yerə salmamaq istəyən komandan,
islam bayrağını sol əlinə aldı və bu vəziyyətdə ətrafnı mühasirə
edənlərlə vuruşmağa davam etdi. Arxadan təkrar düşmən qılıncı
endi və Cəfər (r.a) digər qolunu itirdi. Buna baxmayaraq ordu
komandanı Cəfər, bayrağı yerə buraxmaq istəmir və bu dəfə də
qolutuğunun altında saxlayaraq mühafizə etməyə çalışdı. Lakin
düşmən ordusunun sayı olduqca çox idi. Həzrət Cəfərin vuruşa
biləcək gücü qalmadı. Qılınc və nizə zərbələri ilə yıxılaraq şəhid
olan mübarək səhabənin bədənində şoradan doxsandan artıq
ox və nizə yarası saydılar.
Həmin anda Cəfərin (r.a) şəhadət xəbərini eşidən Abdullah
bin Rəvaha taqəti olsun deyə əlində ət parçası yeyirdi.
“-Cəfərin getdiyi dünyada mənim nə işim var?” deyərək əti
kənara atdı və atının belinə sıçrayıb düşmənin üzərinə hücuma
keçdi. Döyüş vaxtı qırılan barmağı sallanır və ona mane olurdu.
Fürsət tapıb atından endi və hərəkətinə mane olan barmağının
üstünə basıb onu qopardı.

91

* İslam Qəhrəmanları *
Abdullah (r.a) şəhid olmaqda israrlı idi. Belə ki, onun Mədinədə ailəsi, kölələri, xurma bağları və bir çox sərvəti var idi və
şeytan bunları Abdullaha xatırladaraq:
“-ƏI çək, bəyəm dünyanı sən islah edəcəksən? Get Mədinədəki xurma bağlarında pulunu qazan və yaşamağına bax!” -deyirdi.
Şeytanın bu vəsvəsəsini susdurmaq üçün bir ayağı atının
üzəngisində, biri də qumların üzərində olan Abdullah bin Rəvahanın öz-özünə belə danışdığı eşidildi:
-Ey nəfs! Zövcəni düşünərək özünü müdafiə edirsənsə,
mən onu boşadım. Sahib olduğun kölələri xatırlayaraq geri çəkilmək istəyirsənsə, mən onların hamısını azad etdim. Əgər Mədinədəki bağ və xurmalıqlarını düşünürsənsə, bunu bil ki, bu
andan etibarən mən onları Rəsuli-Əkrəmə hədiyyə etdim. İndi
deyəcəyin bir vəsvəsən qaldımı?
Bunları dedikdən sonra əlinə aldığı bayraq ilə bir yerdə
düşmən səflərinə tərəf hücuma keçən Abdullah (r.a), sayı
bilinməyəcək qədər düşmən ordusunu yerə sərdi. Heç boşuna
çıxmayan qılıncı ilə hər vuruşda bəzən iki, bəzən də üç düşməni
birdən yerə sərirdi. Nəhayət o da digərləri kimi şəhadət şərbətini
içdi. Həmin gecə Xalid bin Vəlid, islam ordusunun sağ cinahını
sola, sol cinahını da sağ tərəfə keçirdiyi üçün ertəsi günü Rum
ordusu, qarşılarında yeni müsəlman mücahidləri görüncə, müsəlmanlara əlavə güc gəldiyini zənn edərək təşvişvə düşdülər.
Axırda yüz min nəfərlik bir ordu, bir ovuc müsəlmanın qarşısında
məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldılar.
Say baxımından kiçik bir kütlənin nəhəng bir orduya qalib gəlməsinin hikmətini düşünərkən Abdullah bin Rəvaha həzrətlərinin
bu sözlərini xatırlayacağıq:
-Ey müsəlmanlar! İndiyə qədər qələbə çaldığımız müharibələri sayımızın çoxluğu ilə, qoşunumuzun üstünlüyü ilə əldə etmədik. Bizə zəfəri bəxş edən iman gücüdür. Ölsək şəhid, qalsaq
qazi olacağıq."-inancıdır.
Ənəs bin Malik (r.a) rəvayət edir ki, Mutə hərbi haqqında
şəhadət xəbəri gəlmədən əvvəl, Rəsuii-Əkrəm (s.ə.s) mübarək

92



minbərində əyləşmiş və Allah-Təala Həbibinə Mutə savaşının
bütün səhnələrini gözü önündəki kimi göstərirdi. Buyurdu ki:
“Budur bayrağı Zeyd götürdü və şəhid oldu. Şəhadət gətirib
salat və salamdan sonra siz də Zeyd üçün tövbə edin. Zeyd cənnətə girdi və orada məsuddur.
İndi bayrağı Cəfər bin Əbu Talib aldı və o da şəhid oldu. Ona
şəhadət və salavat gətirib siz də tövbə edin. Cəfər də cənnətə
girdi. İstədiyi tərəfə iki qanadı ilə uçur.
Bu dəfə bayrağı Abdullah bin Rəvaha aldı və o da şəhid oldu.
Ona da şəhadət və salavat gətirib tövbə edin. O da cənnətə daxil
olmuşdur.”- buyurdu. Bu xəbəri verərkən mübarək iki gözündən
yaşlar axırdı. Ən axırda bayrağı Allahın qılınclarından biri götürdü
və nəhayət “Allah” mücahidlərə zəfər nəsib etdi.


93

« İslam Qəhrəmanları

Amr bin Uqayş (r.a)
Amr bin Uqayşı qövmü və qəbiləsi islama dəvət və təşviq
edirlər. O da:
-Əgər dediklərinizin doğru olduğunu bilsəm, ondan uzaq
durmaram və müsəlman olaram, deyirdi.
Amr sələmçilik edirdi. Faiz aldığı müddət ərzində müsəlman
olmaq istəmədi və müsəlmanlıqdan uzaq qaldı.
Uhud döyüşündə zirehini geyinib atına minərək Uhudda müsəlmanların yanına getdi.
-Ey Amr! Sən bizdən nə eşitdin ki, yanımıza gəldin?-dedilər.
Amr:
-İman etdim müsəlman oldum, dedi.
Əshabdan Bəraın (r.a) rəvayətinə görə Amr zirehli köynək
geyinmiş, üzünü də örtmüş halda Rəsuli Əkrəmin (s.ə.s) yanına
gəldi:
-Үа Rəsulallah! Əvvəlcə savaşım, yoxsa müsəlman olum?
-deyə soruşdu.
Rəsuli Əkrəm (s.ə.s):
-Əvvəlcə müsəlman ol, sonra döyüşə get, buyurdu.
Amr müsəlman oldu və sonra da döyüşüb şəhid oldu. Bunu
görən Rəsuli Əkrəm (s.ə.s):
-Az etdi, çox qazandı və mükafatlandırıldı, buyurdu.

94



Həzrət Ənəs bin Nadr (r.a)

Ənəs bin Malik (r.a), buyurmuşdur ki:
-Əmim Ənəs bin Nadr (r.a), uzaqda olduğuna görə Bədr savaşında iştirak edə bilməmişdi. Ona görə də:
-Ya Rəsulallah! Müşriklərlə müharibə etdiyin ilk savaşda iştirak edə bilmədim. Əgər mənə müşriklərlə döyüş meydanında
iştirak etməyi nəsib edərsə, göstərəcəyim qəhrəmanlıqlardan
Allah mütləq hər kəsi xəbərdar edəcəkdir, deyir.
Uhud döyüşündə müsəlmanlar məğlub olarkən İbn Nadr:
-Ya Rəbb! Bunların, yəni müsəlmanların etdiyi günaha görə
Səndən üzr istəyirəm. Bunların (yəni müşriklərin də) Rəsulullaha
qarşı etdikləri cinayətə görə Sənə yalvarıram, dedi. Sonra müşriklərə tərəf irəlilədi. Həmin anda İbn Nadrla Sad ibn Muaz (r.a)
rastlaşdı. Sada dedi ki:
-Ey Sad ibn Muaz! Cənnət istəyirəm və Allaha and olsun ki,
mən cənnətin qoxusunu Uhudda hiss edirrəm.”
Sad ibn Muaz (r.a), ibn Nadrın qəhrəmanlıqlarını xülasə
edərək, Rəsuli Əkrəmkə (s.ə.s):
- Ya Rəsulallah! İbn Nadr düşmənlərinə qarşı elə elə cihad
etdi ki, mən onun göstərdiyi şücaəti təsvir emək iqtidarında deyiləm.
Ənəs bin Malik (r.a), Sad ibn Muazın sözlərini təsdiq edərək
deyir ki:
-Biz İbn Nadrı şəhid kimi tapdığımızda, onun bədənində qılınc zərbəsi, nizə yarası və ox yaralarından ibarət səksəndən
artıq yara var idi. Müşriklər bu mücahidin (muslə yəni) burnunu,
qulaqlarını və sair digər orqanlarını bir-bir kəsməklə o qədər iş
95


* İslam Qəhrəmanları *
gəncə vermişdilər ki, bu əziz şəhidi heç kim tanıya bilmədi. Yalnız
bacısı olan bibim barmaqlarının ucundan tanıya bildi, (r.anhum)
Ənəs bin Malik (r.a) demişdir ki, mənim zənnimcə bu ayeyikərimə Ənəs bin Nadr ilə bənzərləri haqqında nazil olmuşdur:
“Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri
əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş,
kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla
dəyişməzlər.”
Yenə Ənəs bin Malik (r.a) demişdir ki, İbn Nadrın bacısı
“Rubeyyi” adı ilə yad edilir. Bir dəfə bir qadının qabaq dişlərini
qırmış, o da diyetini istəmişdi. İbn Nadr da onu bağışlamasını
istəmişdi. Rəsulullah (s.ə.s)qisas alınmasını əmr edir. Bundan
sonra Ənəs bin Nadr (r.a) dedi ki:
-Ya Rəs u lalla h! Səni haqq bir peyğəmbər olaraq göndərən
Allaha and olsun ki, Allahın yardımını umaraq deyirəm ki, Rübeyyənin dişi qırılmaz.”
Həqiqətən şikayətçilər ən axırda diyetə razı olub qisasdan
əl çəkdilər.
Bundan sonra Rəsulullah (s.ə.s);
“-Allahın bəndələrindən elə bir insan vardır ki, o Allaha and
içsə mütləq Allah onun andını yerinə yetirər J ’ -buyurdu. (TəcridiSarih tərc. 8/279).
Ənəs bin Nadr əl-Həzrəci əl-Ənsari (r.a), Ənəs bin Malikin
(r.a) əmiləridir. Rəvayət edilir ki, Ənəs bin Nadr Bədrdə iştirak
etmədi, ancaq Uhudda iştirak etdi. İblis “Məhəmməd öldü” deyə
qışqırdıqda Ənəs bin Nadr yanındakı bir neçə nəfərlə Ömərin
(r.a) yanına gedib dedi ki:
-Burada niyə donub qalmısınız?
Onlar dedilər ki:
-Rəsulullah öldürülmüşdür.
Ənəs bin Nadr:
-Bəs Rəsulullah öldükdən sonra yaşamağın nə mənası var?
Qalxın Rəsulullah nə üçün öldüsə, siz də həmin yolda ölün, dedi

96

və nərə çəkib döyüşə girişdi. Şəhid olaraq tapıldığında, bədənində səksəndən artıq yara var idi. (r.a). (Ruhu-i-Bəyan, 1 / 104 ).


97

« İslam Qəhrəmanları

Zübeyr İbnul-Avvam (r.a)
Zübeyr İbnu-I-Avvam (r.a), aşəreyi-mübəşşərədən (cənnətlə
müjdələnən on nəfər) “Həvariyyun Nəbi” adı ilə tanınan həzrət
Zübeyr.
Əbu Bəkr Siddiqqin (r.a) müsəlman olmasından bir müddət
sonra on beş yaşında müsəlman olmuşdur.
Əvvəlcə Həbəşistana, sonra Mədineyi-Münəvvərəyə hicrət
etmişdir. Sələmə bin Səlamə ilə akt-ı muahat-ı Nəbəvi olmuşdur.
İslamda ilk qılınc çəkən Zübeyrdir (r.a). Bədr savaşında düşmənə ilk qılıncı o çəkmişdir. Qılınc vurmaqda çox məharətli bir
mücahid idi.
Xəndək müharibəsində mübarizə üçün qarşısına çıxan
Nofəli-Məhzumiyə endirdiyi qılıncla onu iki yerə ayırıb hətta yəhəri belə kəsməsindən sonra:
“Sənin qılıncın kimi qılınc görmədik” deyənlərə “Onu edən
qılınc deyil biləkdir.” -demişdir.
Bütün savaşlarda, Yermuk səfərində və Misirin fəthində iştirak etmişdir.
Həzrət Ömər (r.a) ona:
-Misirə vali gedərsənmi? -deyə sual vermiş:
Zübeyr (r.a):
-Xeyr valilik istəmirəm. Allah yolunda cihada davam etmək
istəyirəm. Misirə gedəcəm, əgər Amr İbnul-As qələbə çalmışsa,
sərhəddə keşikçi olacam. Əgər qələbə qazanmamışsa ona kömək edəcəm” demiş və bundan sonra Misirin üzərinə silahlı ordunun başında hücuma keçmiş və Amr ibn Asa çox böyük köməklik göstərmişdir.

98

Qala divarlarına nərdivan qurmaqla və təkbir gətirib qılınc
endirməklə düşmənə çox böyük zərbələr endirdi.
Rəsulullah (s.ə.s) onun haqqında:
“-Hər peyğəmbərin həvarisi, yəni səmimi dostu vardır. Mənim
həvarim də Zübeyrdir.”-buyurmuşdur. Zübeyrin (r.a) qatili “İbn
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 06
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.