Latin

İslam Qəhrəmanları - 06

Total number of words is 3885
Total number of unique words is 1738
28.9 of words are in the 2000 most common words
40.2 of words are in the 5000 most common words
45.7 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Hürmüz” adında bir xaindir. Həzrət Zübeyri yatağında yatarkən
öldürmüşdür. Onun haqqında:
“Zübeyrin qatilini Cəhənnəm ilə müjdələyin” hədisi-şərifi ilə
xəbərdar etmişdir.

'SD

99

« İslam Qəhrəmanları

Sad İbn Muaz (r.a)
Sad ibn Muaz (r.a) evslilərin başçısı, əhli Bədrdən ənsarın
yaxınlarından olub, mühacirlər arasında Əbu Bəkr Siddiq hansı
məqama sahib idisə, Sad İbn Muazda (r.a) Ənsar arasında eyni
məqama sahib idi.
Sad İbn Muaz (r.a), müsəlman olduqdan sonra dərhal gedib
qövmü olan bəni Abdu-Əşhəl tayfasının yanına getdi və onlara:
-Ey camaat, məni necə tanıyırsınız? -deyə soruşdu.
Onlar da:
-Sən bizim ulumuz və ən fəzilətlimizsən, dedilər.
Sad İbn Muazda (r.a):
-Elə isə siz də Allaha və Rəsuluna iman etməlisiniz! Əgər
iman etməsəniz bundan belə heç birinizlə görüşməyəcəm, dedi.
Bəni Abdul-əşhəl tayfası arasında həmin gün müsəlman olmayan bir adam qalmadı. Kişi-qadın hamısı müsəlman oldu.
Yalnız onların arasında Asram deyilən Amr ibn Sabit müsəlman olmadı. O da Uhud günü müsəlman olmuş, savaşa getmiş
və şəhid olmuşdur.
Bəni Abdul-Əşhəl qövmü elə mübarək bir qövmdür ki, aralarında əsla münafiq olmamışdır. Hamısı çox ixaslı müsəlman
idilər.
Bundan sonra Həzrəc qəbiləsi ilə Evs qəbiləsinin birləşməsi
nəticəsində islamiyyət güc-qüvvət tapıb çoxaldığından, əvvəlki
aralarındakı ədavət (düşmənlik) aradan qalxdı və islami birlik
qüvvət tapdı.

100

Həzrət Sad (r.a), Bədr və Uhud müharibələrində iştirak etmiş
bir bahadur idi. Cəsur, cəngavər və xitabətində Həzrət Ömərə
(r.a) bənzəyirdi.
Bədr savaşında Sadın (r.a) müharibəyə təşviq məqsədilə
söylədiyi xütbəsindən Rəsuli Əkrəm (s.ə.s) çox məmnun olmuşdur.
Həzrət Sad (r.a) xitabətində:
-Ya Rəsulallah! Biz sənə inandıq, Allahdan bizə gətirdiyin
Quranın haqq olduğuna etiqad və iman etdik. Və sənə tabe olmağa söz verdik, (əhdü-peyman bağladıq). Necə istəyirsənsə o
şəkildə də hərəkət et. Bizə əmr et, çünki biz sənin əmrindəyik.
Səni göndərən Aliaha and olsun ki, əgər dənizə girsən, biz də
səninlə girərik. Heç birimiz bundan çəkinmərik. Biz düşmənin
üzərinə getməkdən qorxmuruq. Müharibə vaxtı geri çəkilmərik.
Ya Rəsulallah biz müharibədə səbat göstərməyi və sədaqətli olmağı çox yaxşı bilirik. Düşmənlə qarşılaşdığımızda, Allahdan istəyərik ki, ənsar camaatının əlindən, səni mənun edəcək və sevindirəcək qəhrəmanlıqlar göstəriləcəkdir. Dərhal bizə əmr edin
düşmənin üzərinə hücuma keçək, Allahın bərəkəti bizimlədir,
-dediyində, Rəsuli Əkrəmdə (s.ə.s):
-Onda Allah-Təalanın bərəkəti və səadətinə tərəf gedin. Allah-Təala bizə bu iki tayfanın qeyri-müəyyən birini qəti şəkildə
vəd etdiyini sizə müjdələmək istəyirəm. Belə ki, mütləq qələbə
çalacağıq. Allaha and olsun ki, sanki o qüreyş qövmünün döyüş
meydanında həlak olacaqları yerləri görürəm.” -buyurmuşdur.
Əhzab, yəni Xəndək savaşında, qüreyş kafirlərindən Hibban
bin Ariqanın atdığı bir oxla Şiryanı azudəsindən yaralandı.
İbn Ariqa oxu atarkən, ərəb adəti ilə:
-Al sənə, mənim də ibn Ariqa olduğumu bil!-deyir. Həzrət
Sad da və ya bir rəvayətdə, Rəsuli Əkrəm (s.ə.s) də:
-Allah üzünü cəhənnəmdə tərlətsin!- buyurmuşdur.
Rəvayətə görə Həzrət Sadın qolundakı ox yarası sağalmağa
başlasa da, Bəni Qureyza haqqında hakimliyi qəbul etdiyi gündən əvvəlki gecə Allah-Təalaya belə dua etmişdir:

101

* İslam Qəhrəmanları *
-İlahi Sən bilirsən ki, Rəsulunu təkzib edən və həbibini vətənindən qovan qövmə qarşı cihad etmək istədiyimi mənim qədər
başqa heç kim istəyə bilməz. Əgər qüreyş ilə başqa bir müharibəmiz də qaldısa, Sənin yolunda cihad etmək üçün mənə ömür
ver. Əgər aramızda müharibə olmayacaqsa bu yaramı dərinləşdir
və bunun nəticəsində şəhadət nəsib et. Bir də ki, İlahi, Bəni Qureyzadan intiqam almadıqca ruhumu canımdan alma!”
Duası Allah dərgahında qəbul edilmişdir.
Sad ibn Muaz (r.a), xəstə yatarkən bir keçi yanından keçir və
dırnağı ilə onun yarasına toxunur. Həzrət Sadın yarası qanayır
və qanı bir daha kəsmək mümkün olmur və həmin yerde şəhid
olur.
Anasının həzrət Sadın şəhadətində mərsiyə dediyini görən
Rəsulullah (s.ə.s):
“Meyyid haqqında baş-gözünü yolan hər qadın, məziyyətləri
yalandan sayar. Sad ibn Muazı mədh edən qadın müstəsnadır.
Belə ki, o nə qədər mədh edərsə etsin, yalan danışmış ol maz.”buyurmuşdur.
Güneydə Sad İbn Muaz (r.a):
-Namazı bitirənə qədər dünya işlərini yadıma salaraq namaz
qılmaq heç vaxt mənim həyatımda olmamışdır, dediyi qeyd edilir.
Həzrət Sad İbn Əbi Vaqqas (r.a)
Sad İbn Əbi Vaqqas (r.a) cənnətlə müjdələnən on səhabədən
biridir. İslamı qəbul edənlərin yeddincisidir. İslamda Allah yolunda
ilk ox atan həzrət Saddır. Farisul-islam adı ilə məşhurdur.
İraq və İranın üzərinə hücum edən möhtəşəm ordunun baş
komandanı kimi çox böyük fəthlərə nail olmuşdur. Sad İbn Əbi
Vaqqas (r.a)-dan edilən rəvayət görə: “Peyğəmbər (s.ə.s), Uhud
müharibəsi günü onu təltif etmək və mükafatlandırmaq üçün atası və anası ilə birlikdə yad edərək, atam-anam sənə fəda olsun
buyurdu" demişdir.
Buxari, Sad İbn Əbi Vaqqasdan:
-”Mən Allah yolunda ox atmış ərəb mücahidlərinin birincisiyəm"- dediyini rəvayət etmişdir ki, bu Sad İbn Əbi Vaqqas üçün

102


mühüm xüsusiyyətdir. Bütün savaşlarda ilk döyüşçü adının tarixə düşməsi böyük bir şərəfdir.
Sad ibn Müseyyəb (r.a), “Rəsulullahin (s.ə.s), savaş meydanında:
-At ya Sad! Atam anam sənə fəda olsun!”- deyərək ard-arda
ox verdiyini Sadın ağzından eşitdim”-demişdir. Bütün savaşlarda
iştirak etmişdir.
Sad İraqa əmir təyin edildiyində bir sıra qəbilələrin irtidat
(dindən çıxdığını) etdiyini görür və onları tövbə edib islam dininə
qayıtmalarını nəsihət edir. Onların bir qismi tövbə edib islama
qayıtmış və bir qismi də israr edib zərərə uğradılar.
İraqın fəthinin birinci əsgəri şübhəsiz həzrət Saddır. Kufə şəhərini quran, İraq sərhəddindən iranlıları uzaqlaşdıran, Mədayin
və Fars torpaqlarını da islam dövlətinə birləşdirən bu böyük komandandır.
Sad İbn Əbi Vaqqas (r.a) həzrət Əbu Bəkr (r.a)-ın vasitəsilə
müsəlman olanlardandır.
Sad İbn Əbi Vaqqasın igidlikləri həzrət Aişə tərəfindən rəvayət edilmişdir. Belə ki:
-Atamdan eşitdim, deyirdi ki: “Müsəlman olmadan əvvəl yuxuda gördüm ki, qaranlıq bir yerdəyəm və heç nə görə bilmirəm.
Birdən Ay göründü və üzərimə işıq saçdı. Sonra da bu Ayın
yaxınlığından məni keçənləri, yəni Zeyd bin Harisi, Əli bin Əbu
Talibi və Əbu Bəkr Siddiqi gördüm.”
Rəsulullahın (s. ə. s) gizli şəkildə islama dəvət etdiyini eşitdim.
Peyğəmbərə (s.ə.s) Şibi-əcyad deyilən yerdə rast gəldim. O ikindi namazını qıldıqdan sonra ona dedim ki:
-Kimə dua edirsən?
-Allahdan başqa ilah olmadığını, mənim də Rəsulullah olduğumu sən də bilirsən. (Şəhadət gətirərsən).
Mən də dərhal:
Əşhədu ən lə ilahə illəllah və ənnəkə Rəsulullah, dedim.
Sad (r.a) vəfat edənə qədər Rəsulullahdan (s.ə.s) ayrılmadı.

103

* İslam Qəhrəmanları *
Rəsulullah Saddan razı olaraq vəfat etdi. Sadın (r.a)birçox
gözəl xüsusiyyətləri vardır. Abdullah ibn Ömər belə rəvayət edir:
Biz Peyğəmbərin (s.ə.s) yanında əyləşmişdik. Rəsulullah
(s.ə.s):
“-İndi sizin yanınıza cənnət əhlindən bir nəfər gələcək, "-deyir
və həmin anda Sad bin Əbi Vaqqas çıxıb gəlir.
Ertəsi günü Peyğəmbər (s.ə.s) yenə belə buyurdu və yenə
Sad gəldi. Sad bin Əbi Vaqqas (r.a), səksən yaşını keçmiş olduğu
halda hicrətin 55-ci ilində Mədineyi-Münəvvərə yaxınlığında (Əqyiq) səmtində evində vəfat edib, Mədineyi-Münəvvərədəki Cənnətul-Baqi qəbristanlığında dəfn edilmişdir. Vəfatından əvvəl
nimdaş bir əbası var imiş. Onu gətirtdirib:
Məni bununla kəfənləyin. Çünki, Bədr savaşında mən müşriklərlə qarşılaşıb savaşarkən əynimdə bu əba var idi.-deyir, (r.a).

104

Əsma Binti Əbi Bəkrin (r.anhə)
Güclü İmanı və Oğlu
Abdullah ibn Zübeyrin (r.a) Şəhadəti.
Həzrət Zübeyrin oğlu Abdullah (r.a), gecələri namazla, gündüzləri orucla keçirən zahid, adil və çox nadir şəxslərdən olub
anası Əsma binti Əbi Bəkrdir (r.anhə)
Əmirliyinin müddəti doqquz ildir. Yetmiş üç yaşında ikən zalım Haccacın əsgəri tərəfindən şəhid edilmişdir, (r.a).
Belə ki: Zalım Haccac qırx min nəfərlik ordu ilə Məkkəni mühasirəyə almışdı. Abdullah bin Zübeyrin yanında yalnız on min
nəfərdən ibarət qoşun var idi və onlar aclıqdan tab gətirə bilməyərək Haccacdan aman istəyərək təslim olub bayıra çıxdılar.
Abdullah bin Zübeyr (r.a) anası Əsmanın yanına getdi.
-Ana camaat məni tərk etdi. Yanımda çox az adam qaldı.
Onlar da çox az dözə bildilər. Düşmən isə mənə istədiyim qədər
dünya malı verir. Sənin fikrin nədir?
-Dediyində, anası Əsmada (r.anhə):
-Sən özün daha doğrusunu bilirsən. Əgər haqlısansa və insanları Haqqa dəvət edirsənsə bunu icra et. Belə ki, bu yolda
xeyli səhabə qətl edildi. Ümeyyə oğullarını özünə güldürtmə və
əgər məqsədin dünya malıdırsa, sən nə pis bir insansan ki, həm
özünü, həm də tabelyindəkiləri həlak etmiş olacaqsan! Əgər
“Mən haqlı idim, ancaq əshabım zəiflik göstərdiyinə görə mən
də zəif (aciz) qaldım”-deyirsənsə, bu da azad insanların və din
əhlinin işi deyildir. Dünyada bundan sonra daha nə qədər yaşayacaqsan? Ölüm daha yaxşıdır, dedi.
Abdullah bin Zübeyrdə (r.a):

105


* İslam Qəhrəmanları *
-Mənim də rəyim budur. Dünyaya əsla etibar etmirəm və etmədim. Sən mənim bəsirətimi (gözümü) açdın. Bu gün qətl edilsəm çox kədərlənmə. Oğlun pis bir əməli yerinə yetirmədi və
nalayiq bir əməl etmədi. Şan şöhrət dalınca qaçmadı. Mənə görə Rəbbimin rizasından daha şərəfli bir şey ola bilməz. Ya Rəbb!
Bunu özümü təmizə çıxarmaq üçün demirəm. Yalnız anama təsəlli olsun deyə söyləyirəm, -dedi.
Bundan sonra Əsma (r.anhə)-də:
-Ümid edirəm ki, gözəl şəkildə səbir edərəm, dedi və oğluna
dua edərək:
-Ya Rəbb! Onu sənin əmrinə təslim etdim və hökmünə razı
oldum.”-dedi. Oğlunu qucaqlayıb öpərkən əli onun zirehinə toxundu:
-Aaa.Bu nədir? Bu elə fədailik yolunu tutanların yolu de
yildir. Qollarını çirmələ və mərdanə hərəkət et!” -deyincə, Abdullah (r.a) zirehini çıxardı və Haccacın qoşunundan ibr dəstəni
kəsib doğradı. Lakin düşmənlə müqayisədə onların sayı az olduğundan geri çəkildilər.
Abdullah bin Zübeyr isə, aslan kimi gah sağa, gah sola hücum edir və heç kim ona yaxınlaşa bilmirdi.
Zalım Haccac, bu hadisədən qəzəblənərək atından endi və
əsgərlərini Abdullah bin Zübeyrin baraqdarının üzərinə hücum
etdirdi. İbn Zübeyr isə bayraqdarın önünə keçərək aslan kimi
onların üstünə şığıdı və onar da geri çəkildilər. Sonra Abdullah
ibn Zübeyr, Məqami-İbrahimə gəlib iki rükət namaz qılarkən düşmən təkrar hücum edərək bayraqdan şəhid etdilər və bayrağı
ələ keçirtdilər.
Abdullah ibn Zübeyr də namazdan sonra irəliləyib düşmənlərin üzərinə hücuma keçdi. Həmin vaxt üzünə bir daş dəydi və
üzündən qan axmağa başladı. Təkrar şiddətlə döyüşdü və düşmən hər tərəfdən əhatə edərək şəhid etdilər (r.a). Haccac və
Tariq onun yanında gəlib dayandılar və Tariq:
-Analar bundan mərd oğul doğmamışdır.”-dedikdə, Haccac:
-Sən möminlərin əmirinin müxalifini mədh edirsən?
-dedikdə, Tariq də:

106


-Bəli, elə olmasaydı biz aciz qalmazdıq. Çünki yeddi aydan
bəri biz onu mühasirəyə aldıq və qoşunu, qalası və silahı olmadığı halda, bizimlə vuruşdu və hətta bizdən üstün oldu.-deyə
cavab verdi.
Tariq ilə Haccacın bu söhbəti Abdul-Məlikə çatdırıldıqda, insaflı davranıb Tariqi əfv etdiyi rəvayət edilir.

"SD

107

« İslam Qəhrəmanları

Həzrət Əbu Ubeydə bin Cərrah (r.a)
Ümmətin Əmini və Cənnətlə müjdələnən on səhabədən biri
olan Əbu Ubeydə bin Cərrah (r.a) qüreyşdən və Bəni Fihr qəbiləsindəndir. Adı Amr bin Abdullah bin Cərrahdır. Anası Ümmü
Ğanəm Ümeyyə binti Cabirdir.
Bədrdə və Rəsulullahın (s.ə.s) iştirak etdiyi bütün savaşlarda
iştirak etmişdir. Bədr savaşı günü atası Abdullah abdu-s-sənəm
və Allahın düşməni olduğundan, Həzrət Ubeydəni öldürmək üçün hücum etmiş, o da onu qətl etməyə məcbur olmuşdur.
Allah-Təala belə buyurur:
“(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir
tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla-öz
ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belədostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah
onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh
(güc) vermişdir (iman, hidayət nuru əta etmişdir).” (Mücadilə, 22)
Uhud müharibəsində Rəsulullah (s.ə.s) həzrətləri ilə bərabər
sabitqədəm olub Rəsulullahın (s.ə.s) mübarək üzünə batmış zireh halqalarını Əbu Ubeydə (r.a) dişləri ilə çıxarmışdır və çıxararkən iki ön dişini də itirmişdir.
Rəsulullah (s.ə.s) onun haqqında:
-Hər peyğəmbərin və yaxud hər ümmətin əmin olduğu birinsan vardır. Bu ümmətin əmini də Əbu Ubeydədir, buyurmuşdur.
Bundan başqa onun mübarək təxəllüsü “Əminul-Ümmə” olmuşdur. Əmanət həzrət Əbu Ubeydə ilə digər əshabi-kiram arasında müştərəkdir. Belə ki, Həzrət Peyğəmbər (s.ə.s) Həzrət
Əbu Ubeydəni ümmətə göstərərək:
-Sizin üçün bu iki adamdan birinə mən razıyam , buyurmuşdur.

108

Əbu Ubeydə (r.a), hicri 18-ci ildə 59 yaşında Amvas deyilən
yerdə taun xəstəliyindən vəfat etmişdir.
Namazını Muaz bin Cəbəl (r.a) qıldırmışdır. Vəfat etdiyində,
evində yalnız qılıncı, bir qoyun dərisi və bir su səhəngi qalmışdır.
Həyatda ikən halından xəbərdar olub:
“Kaş evində bəzi əşyaların olsaydı”-deyənlərə:
-Bizi rahatlığa qovuşduran bunlardır, deyə cavab verərmiş
və nəffəana bi şəfaatihi. (Allah ondan razı olsun və bizi onun şəfaətinə nail etsin).
Ömər ibn Xəttab (r.a) bir evdə oturarkən yoldaşlarına:
-Bir şey istəyin, təmənni edin, buyurdu. Aralarından bir nəfər:
-Allah yolunda infaq etmək üçün bu ev dolusu qızılım olsun,
dedi.
Həzrət Ömər (r.a):
-Daha çox istəyin, buyurdu. Başqa birisi:
-Bu ev dolusu ləl-cəvahirim və yaqutum olsun Allah yolunda
infaq edim, -dedi.
Ömər (r.a):
-Bundan da çox istəyin, buyurduqda:
-Bu sözləri ilə möminlərin əmirinin nə demək istədiyini başa
düşmürük, dedilər. Həzrət Ömər (r.a):
-Mən istəyirəm ki, bu ev Əbu Ubeydə bin Cərrah kimi insanlarla dolu olsun!”-buyurdu.
Əbu Ubeydə həzrətləri bizanslılara qarşı edilən müharibələrdə ordu komandanlığı vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmiş və islam ordusuna belə xitab etmişdir:
-Müsəlmanlar arasıda bu gün səbat edən, dünyanın hər nemətinə nail olacaqdır. Əgər aranızda şəhid olan olarsa, sizə zəmanət verirəm ki, şəxsən Rəsulullahın (s.ə.s) bu sözlərini eşitdim:
“-Bir insan müşrik olmadığı halda müharibədə ölərsə cənnətə girər."

109

« İslam Qəhrəmanları

Muhayriq (r.a)
Mədinədə Muhayriq adında həm elm və fəzilət əhli, həm də
olduqca zəngin bir yəhudi var idi.
Rəsuli-Əkrəmin (s.ə.s) səmavi kitablarda zikr edilən son Peyğəmbər olduğuna inanmışdı. Lakin birdən birə öz dindaşlarından
ayrılıb müsəlman olduğunu elan edə bilmirdi.
Uhud müharibəsi günü yəhudilərin başda gələnlərinin yanına gedib “İlahi Kitablara görə bu gün Uhudda cihad edən
mübarək şəxsin son Peyğəmbər olduğuna şübhə yoxdur.Ona
yardım etmək bizim üzərimizə fərzdir desə də, yəhudilər “bu gün
şənbə günüdür bu məsələdə bir şey edə bilmərik. Müharibəyə
necə gedək?”-deyirlər. Muhayriq də “onun şəriəti, şənbə gününü
qadağan etdi. Qalxın gedək.” O böyük Peyğəmbərə yardım
edək.”-desə də onu eşitmədilər. Muhayriq də özünü saxlaya bilməyib müsəlman olduğunu elan edərək Rəsulullahın (s.ə.s) yanına gələrək:
“Ya Rəsulallah! Əgər mən şəhid olaramsa, var-dövlətimin
hamısını cihad yolunda xərclə”-deyə vəsiyyət etdi. Sonra özü
müşriklərlə savaşmaq üçün savaş meydanına çıxdı. Muhayriq
savaşda qəhrəmancasına vuruşaraq şəhid oldu və cənnətə qovuşdu. Məhz onun haqqında Rəsulullah (s.ə.s):
“-Muhayriq yəhudi millətinin xeyirlisidir 1 ’-buyurdu (r.a).

'SD

110



Vəhb ibn Kabus əl-Müzəni (r.a)
Vəhb ibn Kabus əl-Müzəni (r.a) ilə qardaşı Haris ibn Aqd
(r.a), Uhud savaşından xəbərləri olmadığı halda, sırf Rəsulullahı
(s.ə.s) ziyarət etmək üçün Cəbəli-Müzeynədən durub Mədinəyə
gələrkən Rəsulullahın (s.ə.s) Uhud müharibəsinə təşrif etdiyindən
xəbər tutub dərhal Mədinədən çıxıb Humayun ordusuna gəldilər.
Həmin anda islam ordusu yeni məğlub olduğundan, dərhal
savaş meydanına girib cəngavər kimi döyüşməyə başladılar.
Vəhbin (r.a)göstərdiyi şücaət hər iki tərəfi heyrətə salır. Hətta
hər iki dəfə Rəsulullahın (s.ə.s) üzərinə hücum edən dəstələrə
qarşı vuruşub onları geri çəkilməyə məcbur etdi. Sonra üçüncü
dəstənin hücumunu görən Rəsulullah (s.ə.s):
“-Səs bunlara kim qarşı çıxacaq?’’-deyə soruşdu.
Vəhb ibn Kabus (r.a):
-Yenə mən, ya Rəsul allah! -deyə cavab verdi.
Rəsulullah (s.ə.s) Vəhbin bu sözündən razı halda:
“-Ya Vəhb! Qalx və cənnətlə şərəflən\”-deö\.
Vəhb qısa əməli ilə Peyğəmbər hüzurunda şəhadət mərtəbəsinə nail olmaq istəyirdi və buna görə həmin dəstənin də qarşısına çıxdı. Üçüncü dəstəni də geri çevirə bildi. Lakin özü də
şəhid olaraq arzusuna çatdı, (r.a).
Sonra, Rəsulullah (s.ə.s) Vəhbin cənazəsinin yanına gedib
salam verdi. Ruhuna salam və dua etdikdən sonra :
-Mən səndən razıyam, buyurdu.
Ona görə ÖmərFaruq (r.a):
“-Kabus oğlu kimi ölməyi arzu edərdim”- deyərdi.

111

« İslam Qəhrəmanları

Səmurə bin Cündəb (r.a)
Uhudda sayları üç mini keçən kafir ordusuna qarşı vuruşmaq
məqsədilə yola çıxmış doqquz yüz müsəlman arasında Səmurə
bin Cündəb də var idi. Yaşı kiçik idi amma onun da əzmi və imanı böyük idi. Nə olursa olsun din düşmənləri ilə vuruşmaq, Rəsuli-Əkrəmə (s.ə.s) vaxtilə müxtəlif əziyyətlər vermiş islam düşmənlərinə qarşı ən azından kiçik əlləri ilə bir neçə ox atmaq istəyirdi. Bu qərarı o qədər qəti idi ki, necə ox atacağını, bir kafirlə
qarşılaşarsa onu necə yerə sərəcəyini düşünmüş və yoldaşları
ilə tez-tez güləşərək özünü bu işə hazırlamışdı.
Nə yazıq ki, boyu qısa və cüssə etibarilə də kiçik idi. RəsuliƏkrəm (s.ə.s) uşaqları geri qaytararkən ona da Mədinəyə qayıtmasını istəmişdi. Səmurə bundan çox təsirləndi. Rəsuli-Əkrəmdən (s.ə.s) başqa adam onu geri qaytarsaydı, asanlıqla qəbul
etməzdi. Amma Allahın Rəsulu ona:
-Mədinəyə qayıt, sən çox balacasan”- demiş. Buna qarşı çıxmaq da olmazdı.
Həmin anda Səmurə belə bir təklif irəli sürdü:
-Ya Rəsulallah! Siz Rafini geri qaytarmayıb orduda saxladınız. Halbuki mən ondan daha güclüyəm. İcazə verin bu isti qumların üzərində onunla güləşim, əgər onu yıxa bilməsəm məni geri qaytarın.
Təklif qəbul edildi.
İndi Uhud ordusu, Mədinənin kənarındakı düzəngahda qum
üzərində halqa şəklində dayanıb güləşi seyr edirdi. Doğurdan da
Rafi ilə Güləşən Səmurə, qısa bir müddətdən sonra Rafini yerə
yıxdı. Qıvrım saçlarından aşağı süzülən tərlərini silmədən Rəsuli-Əkrəmin (s.ə.s)qarşısına keçən Səmurə, əllərini yanına sal
112


layıb səssiz dayanmağa başladı. Bu gözləməyin məqsədi aydın
idi. Bundan sonra Rəsuli-Əkrəm (s.ə.s):
-Yaxşı, ya Səmurə, sənin islam düşmənləri ilə vuruşacaq
qədər güclü olduğuna inandım, sən də Rafi kimi orduda qat’- buyurdu.
Səmurənin sevincinin həddi-hüdudu yox idi. Qaçaraq Rəfinin yanına gedərək onunla qucaqlaşıb qol-qola getdilər. ƏshabiKiram da bu kiçiklərdəki iman gücündən, cihad eşqindən danışaraq Uhuda tərəf yollarına davam etdilər.

113

« İslam Qəhrəmanları

Abdullah bin Cübeyr və Yoldaşlarının
Şəhadəti (r.anhum)
Uhud müharibəsində savaş çox şiddətli oldu. Qüreyş ordusu
da sarsıldı. Hətta geridə müşrikləri savaşa təşviq etmək üçün dəf
çalan Hind ilə digər qadınlar, qalxıb vay bizim halımıza deyərək
dağa tərəf qaçmağa başladılar.
İslam ordusu isə qənimət toplamağa başladı. Abdullah bin
Cübeyrin (r.a) komandanlığındakı oxçular bu hadisəni görüncə
“yoldaşlarımız qalib gəldi. Düşmən tamamilə məğlubiyyətə düçar
oldu. Niyə dayanmısınız? Haydı qənimət yığmağa”-dedilər.
Abdullah bin Cübeyr (r.a) da “Siz Rəsulullahın əmrini unutdunuzmu?” -deyərək yağma toplamağı qadağan etdisə də oxçular
eşitməyib “Biz də qənimət toplamaq istəyirik."-dey\b mövqelərini
tərk etdilər.
Abdullah bin Cübeyr (r.a) da yeddi-səkkiz sadiq dostları ilə
Rəsulullahın əmrini yerinə yetirib əmr olunduqları yerdə dayandılar.
Qüreyş ordusunun sağ qol komandanı olan Xalid bin Vəlid
(həmin vaxt hələ müsəlman olmamışdı) isə süvari qoşunu ilə
oxçuların yerləşdiyi mövqeyə bir neçə dəfə hücum etmək istəsə
də buna müvəffəq ola bilməmişdi. Bu dəfə oxçuların dağıldığını
görüb onların üzərinə hücuma keçdi. Onları qılıncdan keçirərək
Abdullah bin Cübeyr (r.a) və onunla öz mövqelərini Rəsulullahın
əmri ilə tərk etməyən səhabələrə yaxınlaşıb onların hamısını şəhid etdi (r.anhum)-əcməin.
Halbuki Rəsuli-Əkrəm (s.ə.s) Abdullah ibn Cübeyr (r.a) əlli
nəfərlik oxçu ilə islam ordusunun sol tərəfindəki Ayneyn deyilən
dağdan düşmən süvarisinin ehtimal edilən hücumunun qarşısını
almaq üçün vadinin ağzına yerləşdirdi və buyurdu ki:

114

-Düşmən, istər qalib gəlsin, istərsə də məğlub olsun məndən
xəbər gəlmədikcə buranı tərk etməyin!- deyə qəti şəkildə əmr
verdi.
Bəra bin Azib (r.a) deyir ki:
“Rəsuli-Əkrəm (s.ə.s) Uhud döyüşündə piyadaların üzərinə
Abdullah ibn Cübeyri komandan təyin etmişdi. Əlli nəfərdən ibarət alaya xitab edərək:
Qəti şəkildə buranı tərk etməyin. Hətta bizim hamımızın qətl edildiyimizi gözlərinizlə görmüş olsanız belə, sizə xəbər göndərənə qədər qətiyyən mövqeyinizi tərk etməyin və yaxud düşmən ordusunu məğlub edərək hamısını qətl etdiyimizi görsəniz
belə mən xəbər göndərənə qədər bu yeri tərk etməyin, -deyə
onları xəbərdar etmişdi.”
Rəsuli-Əkrəmin (s.ə.s) tapşırığına qulaq asmamaq çox acı
aqibətlə nəticələndi. İslam ordusu qələbə çalmağa yaxın olduğu
halda Abdullah ibn Cübeyrin tabeliyindəki oxçuların mövqelərini
tərk etməsindən istifadə edən Xalid bin Vəlid qoşunu ilə hücuma
keçdi və müsəlman ordusu qələbə çalmağa yaxın olduğu halda
məğlubiyyətə uğradı.


115


« İslam Qəhrəmanları

Əbu Cabir, Amr bin Cəmuh və
Hanzala (r.anhum)
Uhud müharibəsində ilk şəhid olan Əbu Cabir, İbn Ömər və
İbn Hiram (r.a) həzrətləridir. Sonra bacısının əri Amr ibn Cəmuh
(r.a) hansı ki, müharibəyə gələrkən:
-Ya Rəbb! Məni geri qaytarma”-deyərək Allah-Təaladan
şəhid olmağı istəmişdi. Duası qəbul olunaraq oğlu Hallad ibn
Amr ilə şəhidlər zümrəsinə daxil olmuşdurlar, (r.anhumə)
Hanzala (r.a) da Əbu Amrın oğlu olub münafiqlərin başçısı
Abdullah ibn Ubeyy ibn Səlulun həmşirəsi Cəmilə ilə hələ bir
gün idi ki, yeni evlənmişdi. Atası mürtəd və qayınatası da münafiqlərin başçısı olduğu halda canını din uğrunda fəda edən
igidlərdəndir. Belə ki, o düşmənlərin üzərinə hücuma keçib düşmən ordusunun baş komandanı Əbu Süfyanın yanına qədər irəlilədi. Lakin Şəddad ibn Evs adındakı müşrik özünü çatdırıb onu
şəhid etdi (r.a).

"SD

116

Həzrət Həmzə (r.a)

Seyyidu-ş-Şühəda (şəhidlərin başçısı) Həmzə (r.a) RəsuliƏkrəmin (s.ə.s) əmisidir. Ləqəbi “Əbu Umarə, Əbu Yala”dır. Anası
isə Halə binti Vüheyb bin Abdi Manatdır.
Həmzə (r.a), Qüreyş arasında cəngavərliyi və şücaəti ilə məşhur idi. Onun müsəlman olması şübhəsiz ki, islamiyyət üçün böyük bir güc və dayaq idi.
Həmzə (r.a) Mədinəyə hicrət etmiş, Bədr savaşında böyük
qəhrəmanlıqlar göstərmişdir. Qüreyşin başçılarından Tuaymə bin
Adiyy, Həmzə (r.a) tərəfindən öldürülmüşdür.
Uhud döyüşündə göstərdiyi igidliklə qüreyşin ən məşhur
cəngavərlərindən otuza qədərini qətl etmiş və özü də iyirmidən
çox yara almışdır. Nəhayət Cübeyr bin Mütimin köləsi Vəhşi tərəfindən atılan nizə ilə şəhid edilmişdir.
Müsəlman Olmadan Əvvəl Həzrət Həmzə
Peyğəmbərlərin sonuncusu Rəsuli-Əkrəm (s.ə.s) bir gün Səfada oturarkən Əbu Cəhl oradan keçərkən Rəsuli-Əkrəmə (s.ə.s)
küfr etdi. Həzrət Peyğəmbər (s.ə.s) heç nə deməyib sükut etmək
istəsə də, Abdullah bin Cudanın cariyəsi Əbu Cəhlin dediklərini
eşitmişdi. Rəsulullah (s.ə.s) əmisi Həmzə həmin gün ovdan evinə qayıdarkən adəti üzrə təvaf üçün silahı belində Kəbəyə getdi.
Həmin vaxt Abdullahın cariyəsi, Əbu Cəhlin Rəsulullaha küfr etdiyini Həzrət Həmzəyə xəbər verdi. Həzrət Həmzə hələ iman
gətirməsə də qardaşının oğluna nalayiq söz deyildiyini eşitdikdə
qohumluq hissinə toxundu və qüreyşin bir yerə toplaşdığı camaatın yanına gəlib: “Mənim qardaşımın oğluna küfr edib xətrinə dəyən sənsən?”-deyərək boynundakı ox yayı ilə Əbu Cəhlin

117


* İslam Qəhrəmanları *
başını yardı. Oradakı insanlar Həzrət Həmzəyə hücum etmək
istədilər. Lakin Əbu Cəhl:
-Toxunmayın Həmzəyə o haqlıdır. Çünki mən onun qardaşı
oğluna doğurdan da nalayiq sözlər dedim, deyə mane oldu. Belə
etməklə Həmzənin könlünü alıb başından etmək idi. Sonra:
-Ona qətiyyən toxunmayın, hirslənib müsəlmanlığı qəbul
edər və Məhəmmədin tərəfdarları onun sayəsində güclənər, deyə nəsihət verdi.


118

Şəhid Olmaq Arzusu

Əbu Hazm, Səhl (r.a) belə rəvayət edir:
Səhl (r.a), qövmü arasında əyləşmiş və onlara Rəsulullah
(s.ə.s) bəhs edirdi. Ancaq o danışarkən məclisdəkilərin bir qisminin bir-biri ilə danışdığını görərkən qəzəblənib:
-Bunlara bax! Halbuki mən gözlərimlə gördüyüm və qulaqlarımla eşitdiyim şeylərdən, yəni Rəsulullahdan bəhs edirəm. Bir
daha yanınıza gəlməyəcəm, -dedi.
-Hara gedəcəksən? ...deyə soruşdum.
-Gedib Allah yolunda vuruşacağam, -deyə cavab verdi.
-Sən döyüşə bilməzsən, çünki atın belində dayana bilməyəcək, qılınc oynada bilməyəcək və ox ata bilməyəcək qədər
yaşlısan.” -dedim. Mənə:
-Əbu Hazm! Heç olmasa orduya qoşularam. Beləliklə hər
hansı bir oxa və ya daşa tuş gəlib şəhidlik mərtəbəsinə çataram”
-deyə cavab verdi.

/ &D

119

« İslam Qəhrəmanları

Ata-Oğul ikisinin də Uhud ordusunda
İştirak Etmək Arzusu.
Cabir (r.a) ilə atası Abdullah (r.a) hər ikisi də Uhud döyüşündə
iştirak etmək istədilər. Cabir (r.a)-ın yeddi bacısı var idi. Onları
yalnız qoyub ata-oğul hər ikisinin də getmələri doğru deyildi.
Lakin uşaqlara baxmaq üçün kim qalmalı idi. Cabirə görə
atası çox yaşlı və zəif idi. Cihada getmək ona fərz deyildi. Uşaqlara baxmaq üçün o Mədinəyə qayıtmalı idi.
Atasına görə, oğlu hələ çox kiçik idi. O hələ cihad edəcək
yaşa gəlməmiş və onun Mədinəyə qayıtması lazım idi.
Məsələ Rəsuli-Əkrəmə (s.ə.s) gedib çatdı. Cabirin atası Uhud döyüşündə qaldı. Onsuz da o: Ya Rəbb, son günlərimdə mənə din yolunda şəhid olmaq şərəfini nəsib et...” -deyə həmişə
dua edərdi. Abdullahın bu duası qəbul olundu və o Uhudda şəhid oldu.
Onun şəhadəti haqqında Rəsuli-Əkrəm (s.ə.s):
Cənazəsi qaldırılana qədər mələklər onun al qan içindəki
mübarək cəsədini qanadları ilə kölgələndirəcəkləC-buyurdu.


120


Həzrət Musab bin Umeyr (r.a)
Rəsulullah (s.ə.s) hicrətdən əvvəl bu insanı birinci Aqabə
beyətində beyət edən on iki nəfərlə dini öyrətmək və Quran
oxutmaq üçün Mədineyi-Münəvvərəyə göndərmişdi. Əsəd bin
Zürarə həzrətlərinin evində qonaq idi. Üseyid bin Xudayr və Sad
ibn Muaz (r.anhum) onun dəvəti ilə müsəlman olmuşdular.
Həzrət Musab Uhudda iyirmi yerindən yaralanmışdır. İbn
Qamətul-Leysi tərəfindən şəhid edilmişdir. Yaşı qırxı keçmişdi.
Onun haqqında:
“Minəl-mumininə ricəlun sadəqu mə ahədullahə əleyhi”
ayəsində şükredən şəxslərdəndir. O şəhid olunca bayrağı həzrət
Əli (r.a) götürmüşdür.
Rəvayət edilir ki, Musab (r.a) şəhid olarkən bayrağı mələklərdən biri Musabın surətinə girərək götürmüş və Həzrət Rəsulullah (s.ə.s)onun şəhadətindən hələ xəbəri olmadığına görə
bayraqdara xitabən:
“Təqaddəm ya Musab” -yəni “irəli get ya Musab” -buyurunca
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 07
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.