Latin

İslam Qəhrəmanları - 14

Total number of words is 3647
Total number of unique words is 1935
24.5 of words are in the 2000 most common words
35.1 of words are in the 5000 most common words
41.5 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Cənubunda gəmilərdən quruya çıxdılar. Tariq bin Ziyad bütün
gəmiləri yandırtdı, sonra da əsgərlərinə belə xitab etdi:
Ey mücahid qardaşlarım! Görürsünüz arxamızda dəniz, qarşımızda düşmən var. Artıq geriyə dönüş yolumuz yoxdur. Düşmənə hücum etməkdən başqa çarəmiz yoxdur.
Ey əsgərlərim! Bizə yalnız doğruluq və səbir yaraşır. Qısa
bir zamanda düşmənə hücum edib hədəfimizə çatmasaq, özümüzü həlak etmiş və qarşı tərəfi cəsarətləndirmiş olarıq. Ona
görə mütləq düşməni məğlub etməliyik. Bilirəm ki, ölümdən
qorxmursunuz! Lakin ölmək çarə deyildir. Hədəfimiz ölmək deyil,
islamı yaymaqdır.

261

* İslam Qəhrəmanları *
Ey Əsgərlərim! Mənim də vəziyyətim sizinkindən fərqlənmir.
Dediyim mənim təhlükələr eynilə mənə də aiddir.
Özümü təhlükədən qurtarıb sizi ölümlə üzbəüz qoymuram.
Sıxıntılara və təhlükələrə qatlanmadan rahatlığa çatmaq olmaz.
Çətinliklərə dözün ki, axırda şirin meyvələrin bəhrəsini görək.
Xəlifəmiz sizin igidliyinizi və qəhrəmanlığınızı bildiyi üçün sizə
bu vəzifəni verdi.
Göstərəcəyiniz qəhrəmanlıq əsrlərlə yad ediləcək və bütün
müsəlmanların xeyir-duasını alacaqsınız. Savaşda sizin önünüzdə gedəcəyəm və var gücümlə düşmənə hücum edəcəyəm.
Düşmənlərin başçısını şəxsən öz əllərimlə öldürəcəyəm. Əgər
hədəfə çatmadan şəhid olsam, dərhal mənim yerimə aranızdan
bir nəfəri komandan təyin edin və qəti şəkildə müharibədən geri
çəkilməyin.
Tariq bin Ziyadın bu atəşli sözləri, müsəlman əsgərləri həyəcanlandırdı. Hər şeyi unudub bir an əvvəl düşmənə hücum etməyi düşünməyə başladılar. Nəhayət iki ordu üz-üzə gəldi. Düşmən əsgərlərinin sayı yüz minə çatırdı. Tariq bin Ziyad elçilər
göndərərək belə bir təklif irəli sürdü:
-Səni və sənin xalqını islama dəvət edirik. Müsəlmanlığı qəbul etsəniz qardaşımız olarsınız və sizi bağrımıza basarıq. Qəbul etməsəniz, cizyə və xərac verərək canınızı qurtararsınız. Bunu da rədd etsəniz, aramızı qılınc düzəldəcəkdir.
Kral əsgərlərinin çoxluğuna arxalanaraq bu təklifi qəbul etmədi. Dəhşətli bir müharibə başladı və Tariq bin Ziyad təsəvvür
edilməyəcək şəkildə savaşırdı. Döyüşə-döyüşə kral Roderixə
çatdı və iti bir qılınc zərbəsi ilə onu yerə sərdi.
Krallarının öldüyünü görən düşmən əsgərləri özlərini itirərək
sağa-sola qaçmağa başladılar. Mücahidlər qısa bir zamanda
düşmən əsgərlərinin çoxunu qılıncdan keçirdilər və bir qismini də
əsir götürdülər. Müsəlmanlar beləliklə 275 il hökmranlıq etdikləri
İspaniyaya (Əndəlusa) girmiş oldular. Burada avropalılara insanlığı və mədəniyyəti öyrətdilər.

262


Omər bin Əbdüləziz
(Zəhərlədilərək şəhid edildi)
Əməvi xəlifələrinin səkkizincisi, Mərvanın nəvəsidir. Müaviyə
vəfat edən ili Mədinədə dünyaya gəldi. (Hicri 60, Miladi 679-cu
ildə) atası Misir valisi təyin edildikdən sonra Misirə getdilər. Oğlunu Mədinəyə təhsil almağa göndərdi. Ənəs bin Malik, Abdullah
bin Cəfər, Sad bin Müseyyəb və başqa alimlərdən dərs aldı. Atası
vəfat etdikdən sonra əmisi xəlifə Əbdülməlik onu Şama gətirdi.
Qızı Fatiməni onunla evləndirdi və H. 99 M. 717-ci ildə əmisi
oğlu Süleyman vəfat etdikdən sonra xəlifə oldu. Çox ədalətli olduğuna görə İkinci Ömər deyilməyə layiq idi. Müaviyənin vəfatından sonra xütbələrdə Əhli-Beytə lənət oxumaq adət halına
gəlmişdi. Xəlifə olduqdan sonra ilk olaraq bu nalayiq adəti aradan qaldırdı. Əhli-Beytə çox böyük ehtiram bəsləyirdi və onlara
həmişə yardım edirdi. Qırx bir yaşında ikən köləsi tərəfindən zəhərlədilərək şəhid edildi. Cismani olaraq ağ və incə üzlü, zəif,
gözəl saqqallı və şirindilli idi.
Həzrət Ömərin (r.a) oğlunun nəvəsidir. Həzrət Ömərin (r.a)
Ümmü Asimin anasını oğlu Asimana alması bu şəkildə olmuşdur.
Həzrət Ömər (r.a) xəlifəliyi dövründə bir gecə Mədinədə gəzərkən
səhərə yaxın bir evdən qadının qızına “Südə su qat” -dediyini
eşitdi. Qızın da: “Möminlərin Əmiri Həzrət Ömər südə su qatmağı
qadağan etdi” cavabını verdiyini və anasının: Möminlərin Əmiri
haradan biləcək?”-deməsindən sonra “O görməsə də Allah-Təala da görür”-dediyini eşitdi.
Həzrət Ömər (r.a) bu hadisədən sonra həmin qızı araşdırıb
oğlu Asimlə evləndirdi. Asimin ondan bir oğlu oldu və ondan da
Ömər bin Əbdüləziz dünyaya gəldi.

263

* İslam Qəhrəmanları *
Ömər bin Əbdüləziz, xilafəti dövründə dinə əlavə edilən bidətləri aradan qaldırdı. Unudulmuş sünnələri yenidən tətbiq etməyə başladı. Müsəlman, qeyri-müsəlman bütün insanlara qarşı
çox ədalətli davrandı.
Onun xəlifəliyi dövründə islam ordusu Qərbdə Preneləri ələ
keçirib Fransaya girdi. Sonra Narbonneni də ələ keçirdi. Burada
köklü dəyişikliklər edildi və Bərbərlərin hamısı müsəlman oldu.
Bundan başqa qeyri-müsəlmanlara, musəvilərə, xristianlara və
atəşpərəstlərə qarşı apardığı siyasət nəticəsində islamiyyət onlar arasında geniş şəkildə yayıldı.
Müsəlman və qeyri-müsəlman bütün hər kəs tərəfindən böyük rəğbət qazandı. Haqq və ədalətin yayılmasında, zülmün aradan qalxmasında çox böyük xidmətlər göstərdi.
Ömər bin Əbdüləziz xəlifə olduqdan sonra xilafət sarayına
aparılmaq üçün alay atları gətirildi.
-Bunlar nədir? -deyincə:
Xilafətə məxsus miniklərdir, cavabını aldı. O belə cavab verdi:
-Öz atım, mənə daha əlverişlidir, dedi.
Səltənətin miniklərini geri qaytarıb öz heyvanına mindi. Xilafət otağına getmədi. “-Xilafət sarayında Süleymanın ailəsi yaşayır. Mən onların narahat olmasına razı ola bilmərəm. Onlar
başqa bir yerə yerləşənə kimi tükdən çadırım mənə kifayət
edər”-buyurdu. Bu sözləri onun insani və əxlaqi böyüklüyünü ən
gözəl şəkildə ifadə edir. Evinə daxil olduğu zaman köləsi onu
çox kədərli və fikirli gördü.
-Bu nə haldır?-deyə soruşdu. O da cavabında buyurdu ki:
-Şərqdən Qərbə qədər olan Muhamməd ümmətinin hüququnu yerinə yetirmək vəzifəsi mənə verildi. Bundan daha böyük
əndişə ola bilərmi?
Daha sonra xanımı və əmisi qızı Fatimə binti Əbdülməliki
yanına çağırdı və buyurdu ki:
-Əgər mənimlə bir yerdə yaşamaq istəyirsənsə zinət əşyalarını Beytul-Mala ver. Çünki onlar sənin yanında olduca səninlə
bir yerdə yaşaya bilmərəm.

264


Fatimə bütün zinət əşyalarını Beytul-Mala verdi. Yəni dövlətə hədiyyə etdi. Ömər bin Əbdüləziz əlli min qızılın hamısını payladı. Bir dəst paltarı qaldı. Cariyələrinə də:
-Sərbəstsiniz, istəyəniniz varsa azad edirəm. Məndən bir
tələb etməmək şərtilə qalmaq istəyən varsa, qala bilər. Çünki
üzərimə yüklənən ağır vəzifə, məni sizinlə məşğul olmaqdan uzaq qoyar” -buyurdu. Hamısı ağladı və üzüldü. Hətta xanımı Fatiməni də sərbəst buraxdı. O da həyəcanlanaraq ağladı və ərindən ayrılmadı. Ömər bin Əbdüləziz həzrətləri xəlifə vəzifəsinə
keçdiyi zaman tanınmış fəqihlərdən Səlim bin Abdullah Rəca bin
Kəb Kureyzi dəvət edib:
“Xalq hər nə qədər nemət kimi qəbul etsə də, mən bu xəlifəlik
vəzifəsini daşıya bilməyəcəyim bir yük və çox ağır bir məsuliyyət
kimi görürəm. Mən bu yükün altına girdim və mənim üçün çarə
və tədbir olaraq nəsihətiniz nədir? -deyə soruşdu.”
Onlardan biri dedi ki:
“Sabah, qiyamət günündə qurtulmaq istəyirsənsə, müsəlmanların yaşlılarını ata, gənclərini qardaş və kiçiklərini də övladın
bil. O zaman bütün müsəlmanlara, öz evindəki valideynin, qardaşın və övladın kimi davranmış olarsan...”
Ömər bin Əbdüləziz həzrətləri xəlifə olduqdan sonra üzərinə
düşən məsuliyyətin ağırlığına görə iki aya üzüntü və kədər içində yaşadı. Millətin və ölkənin işlərini ədalətlə idarə etdi və haqq
sahiblərinin haqqını ödəməkdə çox həssas davrandı.

Ömər bin Əbdüləzizin son cümə xütbəsi belə olmuşdur:
Ey möhtərəm müsəlmanlar!
Bunu yaxşı bilin ki, lüzumsuz yerə yaradılmadığımız kimi,
etdiyimiz əməllərə görə də məsuliyyətdən uzaq qalmayacağıq.
Keçmiş və gələcək insanların toplanacağı məşhər günündə ədalət tərəzilərinin qurulacağı bir məhkəmə vardır ki, onun tək hakimi
əzəmət və ədalət sahibi uca Allahdır. Axirət qorxunc bir gündür.
Ürəkləri parçalayan və uşaqları qocaldan, insanı övlad, qardaş
və ailəsindən qaçmağa sövq edən, peyğəmbəri və mələkləri titrədən bir gündür. Allah-Təalanın Cəlal və əzəməti ilə təcəlli edəcə
265

* İslam Qəhrəmanları *
yi o gündə, kimdə güc və taqət qala bilər? Bununla yanaşı Allahın
rəhmətindən də ümid kəsərək peşman olmayın.
Şübhəsiz bilin ki, məşhər günündə amanda olmaq, indidən
həmin günü düşünüb Allahdan qorxaraq, küfr və günahlardan
uzaq durmağa və bu fani aləmi deyil, əbədi axirət aləmini üstün
tutub şəhvani hisslərinin əsiri olmamağa bağlıdır. Bunun əksini
edənlər şübhəsiz ki, özlərini aldadırlar. Bu gün siz, sizdən əvvəlki nəsilləri əvəz edirsiniz. Şübhəsiz sizi də əvəz edəcəklər. Görürsünüz ki, gələnlər qalmır, gedənlər geri gəlmir. Gedəcəyimiz
bu yer Allah-Təalanın hüzurudur.

266

Seyyid Battal Qazi

Ömrünü Bizans orduları ilə savaşmaqla keçirən bu islam
qəhrəmanı, qazilərin öndəri olmaqla yanaşı, dininə də çox bağlı
bir insan idi.
Battal Qazi, bunlarla yanaşı məğlube dilməzliyi, comərdliyi və
yardımsevərliyinə görə, nəsildən nəsilə adı dillərdə əzbər olmuş,
atı və qılıncı ilə də yaddaşlara həkk olunmuş bir qəhrəmandır.
Türk-İslam tarixində cihad ruhunu yaşadan bir qəhrəman halına
gəlmiş üstün məziyyətləri olan şəxsiyyətdir. Ona görə həyatı
dastan halına gəlmişdir.
Müxtəlif mənbələrə görə Miladi 742-743-cü illərdə şəhid olmuşdur. Qəbiri Əskişəhərin Seyyid Qazi qəzasındadır. Məsləmə
həzrətlərinin komandanlığındakı ordu ilə 715-ci ildə İstanbula
gəldi. Seyyid Battal yaşlı olmasına baxmayaraq Anadoluda islamiyyət uğrunda bütün gücü ilə vuruşması, islam ruhuna bürünərək onunla formalaşması, həyatının dastanlaşmasına səbəb
olmuşdur. Belə ki, Anadolu türklüyü ilə yanaşı bütün islam dünyasına Seyyid Qazi dastanını qazandırmış, beləliklə Türk-İslam
tarixində əvəzsiz yer tutmuşdur. Şəxs olaraq dastanla yanaşı
Türk xalq şeirində də geniş şəkildə yayılmışdır. Hacı Bayram
Vəli həzrətlərinin də onun qəbirini ziyarət etdiyi qeyd edilir.
(Rəhbər Ensiklopediyası, c.2; səh.279)


267

« İslam Qəhrəmanları

Sultan Baybars
Məmlukların dördüncü sultanı olmuşdur. Əsl adı Seyfəddin
olub, 1223-cü ildə Qıpçaq ölkəsində dünyaya gəldi. Məmlukların
Qıpçaq ölkəsinə axınları zamanı əsir düşdü. Əsirlikdən azad
edildikdən sonra Qahirəyə gəldi və burada hökmdarın Bəhri adı
verilən xidmətçilər arasında vəzifəyə başladı.
Qüvvətli bir gənc olan Baybars zəka və qabiliyyəti ilə qısa
bir zamanda Dimyadı zəbt edərək Mansura qədər irəliləyən və
Misiri istila etmək istəyən fransız kralı Luisi Mənsurda ağır məğlubiyyətə uğradaraq ordusu ilə bir yerdə Məmluklara əsir etdi.
Baybarsın bu savaşın qazanılmasında böyük rolu oldu. Sultan Kutuz dövründə monqollar Suriyanı işğal etmişdirlər. Kutuz
güclü bir ordu hazırladı.
Ayn-Calut müharibəsində (1260) monqollar qanlı bir məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur oldular. Bu məqamda
Sultan Kutuzun dövlət idarəsində sərt və şiddətli bir yol tutması
düşmənlərinin çoxalmasına səbəb oldu. Nəticədə Sultan Kutuz
1260-cı ilin sonunda sui-qəsd edilərək öldürüldükdən sonra
Məmluk qəbilə başçıları Baybarsı Sultan olaraq qəbul etdilər.
Hökmdar olduğu zaman etdiyi ilk iş Kutuzun xalqdan yığdığı
ağır vergiləri qaldırmaq oldu. Bu hadisədən sonra Qahirə xalqı
Baybarsı böyük bir sevinclə qarşıladı. Özünü Məliku-I-Mücahid
adı ilə sultan elan etməyə çalışan Sancarı 1216-cı ildə etdiyi savaşda asanlıqla məğlub və əsir edərək Qahirə zindanına atdırdı.
Həmin vaxt Məmluklar üçün başda monqollar olmaqla Şimalda
ermənilər, Kipr krallığı, Cənubda Nubyalılar və Qərbdə bərbərlər
həmişə böyük bir təhlükə idi.

268

1265 və 1266-cı illərdə Suriyaya iki səfər təşkil edərək Kayseriyə, Arsuf və Sis şəhərlərini ələ keçirdi.
1270-ci ildə İsmaililər üzərinə yürüş edərək onları Misir
dövlətinə vergi verməyə məcbur etdi. Monqollara qarşı bir çox
zəfərlər əldə edən Sultan Baybars 1277-ci ildə Əlbistan yaxınlığındakı Monqol güclərini məğlubiyyətə uğratsa da, bunlar monqolların yalnız bir neçə qoşunu idi. Monqollar ölkələrindən xeyli
uzaqda olan Baybarsdan intiqam almaq üçün müdafiəsiz Türk
xalqından minlərlə insanı qətl etdilər. Anadoluda türklərə etdikləri
zülm və hücumu artırdılar. Həmin vaxt Antakya yolu ilə Şama
qayıdan Baybars orada qəfildən qəstələnərək 1277-ci ildə 14
gün davam edən dizinteriya xəstəliyinə tutularaq vəfat etdi.
Həyatının ən məhsuldar dövründə və səltənətinin ən qüdrətli və parlaq dövründə vəfat edən Baybars orta əsrlər islamtürk tarixinin ən böyük simalarından idi. Maddi və mənəvi bir
çox xüsusiyyətlərə sahib müstəsna insan idi. Olduqca güclü bir
bədənə, sağlam iradəyə, bənzəri görülməyən cəsarətə və parlaq bir zəkaya sahib idi. Ən mühüm və cəsur hərəkətlərini belə
həmişə ehtiyatla edər, ən kiçik bir tədbiri görməkdə belə səhlənkar davranmazdı. Müharibənin ən təhlükəli anlarında hamıdan öndə vuruşur və ən böyük təhlükələrdən çəkinməzdi. Dininə
çox bağlı bir müsəlman idi. İstər bir şəxsiyyət kimi, istərsə də bir
hökmdar kimi dinin əmrlərinə əməl etməyə çox diqqət göstərirdi.
Mədrəsə, imarət və xəstəxana kimi xeyriyyə ocaqları qurdu
və islam böyüklərinin və keçmiş mücahid qəhrəmanların türbələrini təmir etdirdi. Başqa dövlətlərin rəhbərləri ilə apardığı siyasət nəticəsində müsəlman tacirlərin sərbəst ticarət etmələrini
təmin etmişdi. Mükəmməl bir poçt təşkilatı quraraq, ölkəsindəki
xəbərləşməni ən gözəl şəkildə təmin etmişdir.
(Rəhbər ensiklopediyası, c.2; səh.280)


269

« İslam Qəhrəmanları

Orxan Qazi
Osmanlı padşahlarının ikincisidir. Sultan Osman Qazinin
oğludur. 1281-ci ildə Söyüddə dünyaya gəldi. Orxan Qazi kiçik
yaşdan etibarən bir nizam və intizamla gələcəyin şahzadəsi olaraq böyüdülməsinə diqqət edildi. Babası Şeyx Ədəbalı və Dursun Faqih kimi alimlərdən elm öyrənib feyz aldı. Atasının silahdaşları arasında silahdan istifadə etməyi öyrəndi. Qazilərin savaşları, məşhur islam mücahidləri, övliya və alimlər haqqında
rəvayətlər eşitdi. Dövrünün silahlarını məharətlə istifadə etməyi
öyrəndi. Kiçik yaşdan etibarən dövlətin qurulmasında zəruri olan
təcrübələrə sahib oldu.
Gəncliyindən etibarən Bizans orduları ilə baş verən müharibələrdə iştirak etdi. Göstərdiyi müvəffəqiyyətlərlə atasının və
qazilərin təqdirini qazandı.
Orxan Qazi həyatı boyuncazəfərdənzəfərəuğurqazanmışdır.
Pelekanon zəfərini qazandıqdan sonra, digər fəthlər də ard-arda
gəlmiş və iznik qalasının komandanı, Pelekanon müharibəsinin
nəticəsini öyrəndikdən sonra o da çıxılmaz vəziyyətdə qalıb Osmanlıların ədalətinə sığınaraq təslim oldu. Qalanı ələ keçirən Orxan Qazi, əhalidən arzu edənlərin əşyalarını götürüb qalanı tərk
etmələrinə icazə verdi. İstəyənlərin cizyə vermək şərtilə adət və
ənənələrini qoruya biləcəklərini elan etdi. Savaşda ərləri ölən
qadınların böyük əksəriyyəti, islamı qəbul edərək Osmanlılarla
evləndilər.
İznik fəth edildikdən sonra, quruculuq işləri aparılaraq dövlətin müvəqqəti paytaxtı oldu. Şəhər islama aid sənət əsərləriylə
bəzədildi. İznikin ən böyük kilsəsini məscid halına gətirib cümə
namazını qıldı. İznikin fəthindən sonra İzmitin mühasirəsini güc
270


ləndirdi. Fəthlərə davam edən Orxan Qazi 1331-ci ildə Daraqlı,
Mudurnu və Göynük qəsəbələrini Osmanlı ərazisinə qatdı. 1333-cü ildə Gəmlik, 1336-cı ildə Kirmastı, Mixaliç və Ulubat qəsəbələri fəth edildi. 1337-ci ildə İzmit təslim oldu. İzmitin fəthi ilə
Kocaeli yarımadasının hamısı Osmanlıların əlinə keçdi. Daha
sonra Hərəkə, Yalova və Armudlunun da fəth edilməsi ilə dövlətin sərhəddi boğaz sahilinə dayandı. Bizansın Osmanlıya qarşı
hücumlarının müqabilində, Orxan Qazi də fəth hərəkatını artırdı.
Süleyman Paşa 1357-ci ildə Biqada topladığı ordunu Cənubi
Mərmərə sahilindəki Kəmər limanından gəmilərlə qarşı tərəfə
keçirərək Bolayırı ələ kçirdi. Trakyada bu son fəthlərə qardaşı
Murad Bəylə bərabər davam edən Süleyman Paşa, 1359-cu ildə
bir ov vaxtı yıxılaraq qırx üç yaşında vəfat etməsindən sonra
Rumeli fəthinə qazi Murad Bəy təyin edildi. Oğlunun vəfatına
çox üzülən Orxan Qazi xəstələnərək vəfat etdi. Vəsiyyəti ilə gümüş kümbəzə dəfn edildi.
Şəxsiyyəti yeni nəsillərə örnək olan Orxan Qazi, mülayim
bir insan olub son dərəcə mərhəmətli idi. Əsgərlərini və tabeliyindəkiləri özündən çox qoruyurdu. Müharibələrdə zəif yerlərə
diqqət edərdi. Çox ədalətli idi və dininə bağlı bir müsəlman olub
ölkədə islam hüququnu tərəddüdsüz bir şəkildə tətbiq edərdi.
Orxan Qazinin islam əxlaqına heyran olub qibtə edən xristianlar,
öz tayfalarındakı və dinlərindəki hökmlərinin yerinə Osmanlı idarəçiliyini tətbiq edirdilər. Elmə, alimlərə və könül sultanı mənəvi
şəxsiyyətlərə ehtiram göstərirdi. Alimlərin məclislərində iştirak
edib hər məsələni onlarla məsləhətləşirdi.
Osman Qazi atası Ərtoğrul Qazidən qalan 4800 km 2 -lik dövləti, 1600 km 2 -ə, yəni 3-3,5 mislinə çatdırmış və buna görə 43 il
mübarizə aparmışdır.
Orxan Qazi isə 38 il ərzində (1324-1362) dövlətin ərazisini
95000 km 2 -ə, yəni atasının qoyub getdiyinin 6 mislinə çatdırmışdır.

271

« İslam Qəhrəmanları

Orxan Qazinin Vəsiyyəti
“Oğul səltənətinlə qürurlanma. Unutma ki, dünya Həzrət Süleymana qalmamışdır. Bunu da unutma ki, dünya səltənəti müvəqqətidir. Lakin böyük fürsətdir. Allah yolunda xidmət və Peyğəmbərimizin (s.ə.s) şəfaətinə nail olmaq üçün bu fürsəti yaxşı
dəyərləndir! Dünyanı axirətlə müqayisə etsən, əbədi səadəti fəda etməyə dəymədiyini görərsən!
Oğul! Rumelinin fəthini başa çatdır! Konstantinopolu (İstanbulu) ya fəth et, ya da fəth edilməyə hazırla! Ətrafındakı türk
xanlıqları ilə xoş münasibət qurmağa çalış. Xalq bizi nə qədər
istəsə də, başlarında dayanan ağalar, ağalığını əldən vermək istəməzlər. Bir müddət idarə edəcəklər və sonunda istər-istəməz
təslim olacaqlar.
Anadoluda üsyan baş verməzsə, Rumelini rahat şəkildə fəth
edərsən. Ona görə Anadoluda sükunəti qorumağa çalış. Rəhmətlik
atam Osman Qazi, Söyüd və Domaniçdən ibarət bir ovuc torpağı
xanlıq etdi. Biz Allahın köməyi ilə kiçik xanlığı sultanlığa çevirdik.
Sən daha böyüyünü edəcəksən! Osmanlıya iki Qitə üzərində
hökmranlıq etmək kifayət etməz. Çünki ileyi-kəlimətullah əzmi,
iki Qitəyə sığmayacaq qədər böyük bir əzmkarlıqdır. Səlcuqilərin
varisi biz olduğumuz kimi, Romanın da varisi biz olacağıq!”
Oğul! Qurani-Kərimin hökmündən ayrılma! Ədalətlə hökm et
və qazilərə diqqət et! Dinə xidmət edənlərə xidmət etməyi özünə
şərəf bil! Kasıblara əl tut və zalımları cəzalandırmaqda tərəddüd
etmə! Ədalətin ən pisi sonradan (gec) öz yerini tutandır. Axırda
hökm ədalətli olsa belə gecikən ədalət zülmdür.
Oğul! Biz yolun sonuna gəldik. Sən hələ bu yolun başlanğıcındasan. Allah-Təala səltənətini mübarək etsin.”

272


Abdurrahman Qazi

Osmanlı dövlətinin quruluşunda böyük xidmətləri olan mücahid komandan, Ərtoğrul Qazinin silahdaşı vəAydos qalasının
fatehi. 1329 (H. 730)-cu ildə vəfat etdi. Mübarəl qəbirinin Əskişəhər yaxınlığında öz adı ilə yad edilən qəsəbədə olduğu rəvayət edilir.
Abdurrahman Qazi cihad xidmətini, yəni Allah-Təalanın dininin yayılması və onun bəndələrinə çatdırılması vəzifəsini, Osman Qazi və Orxan Qazi dövrlərində də davam etdirdi. Tarixə
qızıl hərflərlə yazılan bir çox qalaların fəth edilməsində və müharibələrdə iştirak etdi.
Osman və oğlu Orxan Qazilərin, gözü komandanlarında və
silahdaşlarında idi. Osman Qazi vəfatından əvvəl Abdurrahman
Qazi və digər mücahid silahdaşlarını oğlu Orxan Qazinin xidmətinə verdi. Çavdar Tatarının Qaracahisar bazarına hücum etməsindən sonra Lefkeyə (Osmaneli) etdiyi yürüşdən qayıdan Osman Qazi oğlu Orxana “Oğul!” Hər nə qədər bu tərəfləri and içdirib
göndərdiksə bunlar söz eşitməz bir toplumdur. Bu dəfə sən get
savaş. Allah-Təalanın zəfər nəsib etməsi ümid olunur, deyərək
onu cihada göndərdi. Yanındakı mücahid komandanlardan Akca
Koca, Qonuralp, Abdurrahman Qazi və Kösə Mihala xitabən:
Qazilər və silahdaşlarım! Görəcəm sizi din yolunda necə vuruşacaqsınız.
Abdurrahman Qazi də ona göstərilən İstanbul tərəfindəki qalalara hücum edərək Bizanslıları çaşdırdı. Bizansın mücahidlərə
hücumlarının qarşısını aldı. Belə ki, Bizans ordusunun seçmə
əsgərləri qazilərə hücum edirdilər. Abdurrahman Qazi bu seçmə
düşmən ordusunu hücum edərək məğlub etdi və onları geri çə
273

* İslam Qəhrəmanları *
kilməyə məcbur etdi. Qazilər gecə yuxu yatmaz və gündüzlər at
belindən yerə enməzdilər.
Abdurrəhman Qazi Bursa fəth edilənə qədər, Bizans sərhədində başçı kimi xidmət etdi və Axçakoca ilə məsləhətləşərək
savaş və fəthlərini davam etdirdi.
Orxan Qazinin silahdaşları Şimalda Qara dəniz, Cənubda
İzmit körfəzi və Qərbdə İstanbul boğazı ilə sərhədlərini yarımada
halına gətirdilər. Axçakoca, Qonuralp və Abdurrəhman Qazinin
fəthləri durmadan davam etdi. Nəhayət boğaziçi sahillərinə qədər irəlilədilər.
Aydos qalası, Aydos dağının Şərq tərəfində inşa edilmiş
bir qala olub, Qonuralp və Abdurrəhman Qazi tərəfindən fəth
edilmişdir. Abdurrəhman Qazinin adı çəkildikdə insanın ağlına
Aydos qalası, Aydos qalası deyildikdə isə Abdurrəhman Qazi
gəlir. Qaladakı düşmən komandanının gözəl bir qızı var idi. Bir
gecə yuxusunda özünün bir bir quyuya yıxıldığını görür. Özünü
qurtarmaq üçün bir çarə tapa bilmədi və axırda qorxunc quyunun
ölümünə səbəb olacağı qorxusu ilə ümidini kəsdi. Elə bu məqamda nur kimi parıldayan bir gənc, qaranlıq quyunun kənarına
gəlib onu bu təhlükəli yerdən çıxardı və ipəkdən paltarlar verdi.
Yuxuda görmüş olduğu bu igidin xəyalı gözünün önündən getmirdi. Qala mühasirə edilmişdi və kralın qızı marağını bir anlıq
dağıtmaq üçün qala bürclərində döyüşməyə çıxdı. Bir də gördü
ki, aşağıdakı türk əsgərlərinin önündə Abdurrəhman Qazi dimdik
dayanıb. Yuxusunda gördüyü insan o idi. Gördüyü yuxunun yozumunu edərək müsəlmanlar arasında olmağın lüzumunu başa
düşdü. Otağına girib rum dilində bir məktub yazdı. Belə ki, qalanın fəth edilməsinin sirləri yazılmış məktubla Aydos qalası asanlıqla fəth edildi.
Qalanın fəthindən sonra Abdurrəhman Qazi kralın qızını və
bir çox qəniməti, Yenişəhərdə olan Orxan Qaziyə təslim etdi.
Ədalətli Padşah Orxan Qazi, aləmin tək sahibi Uca Allaha şükrlər
etdikdən sonra kralın qızını Abdurrəhman Qazi ilə nikahladı və
böyük mükafatlarla təltif etdi. Onların evliliyindən Qaraca Abdurrəhman adı ilə məşhur olan bir oğul övladları dünyaya gəldi.
Bu gənc elə bir mücahid oldu ki, İsatanbulda yaşayan Bizanslılar

274


rahatlığını itirdi. Bizans qadınları uşaqlarını “Qaraca Abdurrəhman gəlir, ağlama” deyə qorxudurdular.
Abdurrəhman Qazinin İzmitin fəthində də böyük xidmətləri
oldu. Samandra kralının fidyəsi bəhanəsi ilə İzmitə getdi və qalanı hərtərəfli gözdən keçirdikdən sonra İzmitin necə alına biləcəyini Orxan Qaziyə bildirdi. Padşah onu orduya rəhbər təyin
etdi.
Mücahidlərin tədbiri və imanları nəticəsində küfrün ən böyük
qalalarından İzmit də fəth edilmiş və kilsə zınqırovu yerinə qala
bürclərində Azan səsi ucalmağa başladı. Ömrü savaş meydanlarında İslamiyyətə xidmət etməklə keçən Abdurrəhman Qazi
1329-cu ildə vəfat etdi.

'OD

275

« İslam Qəhrəmanları

Şah Mirzə
İslam mücahidi, Kəşmir sultanlığının qurucusu olub ehtimal
olunur ki, Pathan əsillidir. Doğum yeri və ailəsi haqqında kifayət
qədər məlumat yoxdur. Kəmir dağlarının meydana gətirdiyi maneələrə görə Şimali Hindistan ovalarından ayrıldığına görə bölgəyə müsəlmanlar gec daxil ola bildi.
Şah Mirzə 1315-ci ildə cihad üçün bu bölgəyə gəldi və Kəşmirdə məskunlaşdı. Örnək əxlaqı ilə ətrafındakı insanların rəğbətini qazandı. Hindu Raca Sinha Dəvanın da etimadını qazanıb
vəziri oldu. Hindulara vəzir olmasına baxmayaraq siyasəti daxilində cihadı və yaxşılğı əmr edib pislikdən çəkindirməyi tərk
etmədi. Allah-Təalanın əmr və qadağalarını təbliğ etdi. Rincanın
etimadını qazanıb onun müsəlman olmasına vəsilə oldu. Rincananın vəfatında xələfi Adni Dəvanın da yanında vəzifəsini davam
etdirdi. Adni Dəvanın ölümündən sonra xanımı Kota Kəşmirə
hakim olduqdan sonra 1346-cı ildə onunla evləndi və beləliklə
Kəşmir taxt-tacını ələ keçirdi. Kəşmir xalqını islam dinini qəbul
etməyə dəvət etdi.
Şah Mirzənin 1315-ci ildən bəri örnək əxlaqı ilə hamının təqdirini qazandığına görə dəvəti çox təsirli oldu. Kəşmirlilər islamiyyəti qəbul etdi və bölgədə islam dövləti quruldu. İslamiyyətə
və Kəşmirə çox böyük xidmətlər etdi. 1349-cu ildə vəfat etdikdən
sonra oğlu Cəmşid (1349-1350) Kəşmir sultanı oldu. Şəmsəddin
Şah Mirzənin qurduğu Kəşmir sultanlığı, 1589-cu ildə Baburlular
adlanan İslam dövlətinin tərkibinə girənə qədər bölgədə hökmranlığını davam etdirdi.
(Rəhbər Ensiklopediyası, c. 16; səh. 36)

276

Piri Rəis (Böyük Türk Dənizçisi)
1475-ci ildə Gəliboluda dünyaya gəldi. Məşhur dənizçi Kamal Rəis onun əmisi idi. Piri Rəis, Qaramanlı Hacı Əli Məhməd
əfəndinin oğlu olub Kamal Rəis onu yetişdirməyi tamamilə üzərinə götürmüşdü.
1501-ci ildə Navarini venediklilərdən aldıqdan sonra müjdəni
xəbər vermək üçün qardaşı oğlunu İstanbula göndərdi və ikinci
Bəyazid tərəfindən mükafatlandırıldı. 16 yanvar 1511-ci ildə Kamal Rəisin gəmisi Gəlibolu sahillərində batıb boğulduqdan sonra, Piri Rəis dənizdən uzaq qaldığı bir neçə il ərzində kitab oxumaqla və xəritələrlə məşğul oldu. Osmanlı admirallarından olan
Muhyiddin Piri Rəis eyni zamanda dünyanın ən məşhur kartoqraf
və coğrafiyaçılarından idi.
Müharibəyə alışmış Piri Rəis, dənizdən uzaq qalmağa dözməyərək Oruc Rəisin əmrinə girdi.
1516-cı ildə İstanbula göndərildi və Yavuz Sultan Səlimin
hüzuruna qəbul edildi. Həmin il Misirin fəthinə çıxan Osmanlı
donanmasında Admiral təyin edildi.
1548-ci ildə portuqaliyalılardan Ədəni geri aldı. Əmman yaxınlğında portuqaliyalıların ələ keçirdikləri ərazilərin hamısını
geri alaraq onları Əmman dənizindən uzaqlaşdırdı.
Daha sonra Musqatdakı Portuqaliya qarnizoununu ələ keçirdi. Bəsrə körfəzindəki bəzi əraziləri fəth etdikdən sonra Qətər yarımadasını, Bəhreyn adalarını, Laksa sahillərini türk hakimiyyətinə tabe etdi. Yaşlanmasına baxmayaraq mübarizəsini
davam etdirdi.

277

* İslam Qəhrəmanları *
1555-ci ildə vəfat edərkən qoyub getdiyi o günə qədər bilinməyən dəniz bilikləri ilə dolu cildlərlə əsərlər, bu gün də heyranlıqla seyr edilən xatirələrdən sayılır. Piri Rəisin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr edilmişdir. Onun şöhrəti xüsusilə iyirminci əsrdə bütün dünyaya yayılmışdır.
Türk dənizçiləri arasında bacarıqlı bir dəniz komandanı olan
Piri Rəis eyni zamanda bir elm xadimi kimi qoyub getdiyi əsərlərlə tarixin səhifələrində unudulmaz izlər qoyub getmişdir.
Ağ dəniz sahillərini və adalarını bütün təfərrüatı ilə göstərən
“Kitabi-Bəhriyyə” ən mühüh əsəridir. Bir çox dəniz xəritəsindən
meydana gələn geniş həcmli əsərdə diqqət cəlb edən izahatlar
verilmişdir. Piri Rəisin 1521-ci ildə bitirdiyi bu əsərində Amerika
Qitəsinin kəşfi və dünyanın yuvarlaq olduğu qəti şəkildə qeyd
edilmişdir.
O günün texnologiyası və məlumatları ilə təsəvvür edilməyəcək qədər doğru olan dəri üzərinə çəkdiyi xəritələr şah əsərlər
sayılır. 1513-cü ildə çəkdiyi xəritədə Atlantik Okeanı və yeni kəşf
edilən Amerika göstərilmişdir. (Rəhbər Ensiklopediyası, c.14; səh. 170).

'&D

278

Bir Əsgərin Anasına Son Məktubu
Əziz ana!
Əbədi olaraq qeyb olmuş bir övlad kimi könüllü olaraq ikinci
dəfə cəbhəyə gəldim. Lakin hələlik sağ və salamatam. Müharibədə şəhid olan silahdaşlarımı düşündükcə çox kədərlənirəm.
Savaşa gedərkən bizim alayda iki yüzdən artıq əsgər var idi. Lakin savaşdan sonra yalnız iyirmi nəfər qaldıq. Səadətim və bədbəxtliyim, bu bir ovuc əsgərə bağlıdır. Niyə üzülməliyəm ki. insan
ancaq əlli altmış il yaşıya bilir. Bu qədər qısa bir ömrü indi fəda
etməsəm bəlkə sir daha bu gözəl fürsət əlimə düşməz.
Madam ki, hamımız öləcəyik; bir az tez və ya gec ölməkdən
nə çıxar? Sağlam bir daş kimi hərəkətsiz qalmaqdansa, sevinc
içində parçalanaraq şəhid olmağı üstün tuturam. İstər mərmi qəlpəsi, istərsə də güllə yarası ilə olsun yalnız bir dəfə öləcəyəm.
Sağ tərəfimdəki yoldaşım şəhid oldu, sol tərəfimdəki zabitin
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 15
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.