Latin

İslam Qəhrəmanları - 01

Total number of words is 3690
Total number of unique words is 1837
26.4 of words are in the 2000 most common words
37.5 of words are in the 5000 most common words
42.9 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.

İSLAM

QƏHRƏMANLARI

On Söz

Möhtərəm oxucu!
Musa Topbaş Əfəndinin müəllifi olduğu bu kitabda islam dininin yaşanması üçün çox böyük fədakarlıqlar göstərən müsəlman şəxsiyyətlərin həyatlarından və göstərdikləri şücaətlərdən
bəhs edilir. İslam dini məhz belə öndər şəxsiyyətlərin həyatlarını
bu yolda fəda etmələri nəticəsində günümüzə qədər gəlib çıxmışdır. Müəllif əsəri qələmə alarkən islamın ilk illərində canlarını
və var-dövlətlərini Allah yolunda sərf edən səhabələrin həyatlarını çox həssaslıqla dilə gətirmişdir.
Bu mübarək insanların həyatlarını oxuyarkən bir anlıq da olsa, onlarla həmhal olmaq insanın daxili aləmini nurlandırır. Kitabda həmçinin böyük İslam sərkərdələri və Allah dostlarının həyatlarından da geniş şəkildə bəhs edilir.
Musa Topbaş bəyin qələmə aldığı əsərlər arasında “İslam
qəhrəmanları” geniş oxucu kütləsinin böyük rəğbətini qazanmış
və bu əsər dəflərlə təkrar çap edilmişdir. Şanı uca Rəbbimizdən
Musa Topbaş Əfəndiyə rəhmət diləyir və onun qələmə aldığı bütün əsərlərinin sədəqeyi-cariyə olmasını arzu edirik. Belə bir hikmətli söz vardır:
“-Kitablar gələcəyə yazılmış məktublardır.” Ümidvarıq ki,
bu kitabın Azərbaycan dilində tərcüməsi də geniş oxucu kütləsi
qazanacaq və böyük rəğbətlə oxucular tərəfindən mütaliə ediləcəkdir.

Mütərcim Eldəniz Sadayoğlu
Bakı 1 iyul 2011-ci il

5

« İslam Qəhrəmanları

Rəsuli-Əkrəm (s.ə.s) buyurmuşdur ki:
Şəhiddə yeddi xislət və fəzilət vardır:
1. İlk qanı axdığında (günahları) bağışlanar.
2. Cənnətdə məqamını görər.
3. Cənnətdə hurilərdən yetmiş nəfər ilə nikahlanar.
4. Qəbir əzabından qurtular.
5. Qorxunc hesab günündən amanda olar.
6. Başına yaqutdan vüqar tacı qoyular.
7. Əhli-beytindən (yaxınlarından) yetmiş nəfərə şəfaət edər.
(Uhud savaşı, səh. 52)
Rəsuli-Əkrəm (s.ə.s) belə buyurmuşdur:
“-Hər kim sidq (və ixlas ilə sağlam və təmiz bir niyyət) ilə
Allahdan şəhidlik (mərtəbəsini) istəyərsə, Allah onu yatağında ölmüş olsa belə şahidliyin yüksək mərtəbəsinə çatdırar.” (Müslim).

'Qd

6

Allah-Təala belə buyurmuşdur:
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə
və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!” (Tövbə, 111)
“(Ey möminlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada,
güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və
canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə
qədər xeyirlidir!” (Tövbə, 41)
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü
zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu
olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə
şadlıq edirlər.” (Ali-imran, 169-170).

'QD

7

« İslam Qəhrəmanları

Həzrət Rəsulullahın (s.ə.s)
Şücaət və Qəhrəmanlığı
Rəsulullah (s.ə.s) uca şəxsiyyətinə yaraşan bir şücaət və
qəhrəmanlıq timsalı idi. Hələ uşaq ikən “Lat və Uzza haqqı üçün”
deyərək ondan bir şey istənildikdə belə cavab vermişdir:
- Onların adına məndən bir şey istəməyin. Allaha and olsun
ki, onları sevmədiyim qədər heç bir şeyi sevmirəm.
On yeddi yaşında əmisi ilə birlikdə Yəmənə səfərə çıxmışdılar. Bir vadidə azıb qaçmış və vəhşiləşmiş bir dəvə gördülər.
Gənc Məhəmməd (s.ə.s) dərhal qarşısına keçib onu yüyənindən
tutmuşdur.
Həzrət Əli (r.a) belə rəvayət edir:
-Bədrdə savaş bütün şiddəti ilə davam edərkən bəzən biz
Peyğəmbərin (s.ə.s) arxasına sığınırdıq. Hamımızın ən cəsuru
O idi. Düşmən səflərinə ən yaxın yerdə O dayanırdı.” (Müsnəd,
Əhməd bin Hənbəl).
Huneyn savaşında düşmənlərin təzyiqi nəticəsində, islam
ordusu geri çəkilmək məcburiyyətində qalmışdı. Lakin Allahın
Rəuslu yerində dayanmaqdan əlavə, miniyini mütəmadi olaraq
irəli sürmüş, düşmən hər tərəfdən onu hədəfə almışdı. Savaşda
iştirak edən Bəradan (r.a) soruşulduqa:
- Sən də o gün geri çəkilənlər arasında idin?
O da:
-Bəli, mən də geri çəkilənlər arasında idim. Lakin şəhadət
edirəm ki, Həzrət Rəsulullah (s.ə.s) yerindən bir addım geri çəkilmədi. Savaş, getdikcə şiddətlənən zaman hamımız Rəsulullahın (s.ə.s) ətrafına sığındıq. Onun yanında dayanmaq ən böyük cəsarətimiz idi, buyurmuşdur. (Müslim)

8

Ənəs bin Sabit (r.a) belə rəvayət edir:
-Bizim hamımızın ən cəsuru həzrət Peyğəmbər (s.ə.s) idi. Bir
gün Mədinədə düşmənin şəhərə hücumu xəbəri yayıldı. Hər kəs
müdafiəyə hazırlaşdı. Lakin Rəsulullah (s.ə.s), dərhal hərəkət edərək miniyinin yəhərlənməsini belə gözləmədən atın belinə atıldı və
şəhərin hücuma məruz qaldığı deyilən səmtə getdi. Allahın Rəsulu hər tərəfə baxdıqdan sonra geri qayıdaraq hər kəsə təsəlli
verərək təlaşlanan insanları sakitləşdirdi. (Buxari, ibn Hənbəl).
Qüreyşin Rəsulullahın özünə və Onu himayə edən əmilərinə
qarşı acınacaqlı şəkildə boykot elan etməsi, evində namazına
və aşkar şəkildə Kitabullahı oxumağa davam edərək əməli şəkildə onlara cavab verməsi, silahdaşlarını işgəncə və ölüm qorxusundan Həbəşistana göndərib Məkkədə onlara təkbaşına səbr
etməsi, özlərini Rəsulullaha kömək etməyə həsr etmiş əmisi
Əbu Talibi və xanımı həzrət Xədicəni (r.anhə) ard-arda vaxtsız itirib bütün yaxınlarının da Yəsribə (Mədinəyə) köç etdiyi və
Məkkədə yalnız qaldığı halda, hər gün Kəbəyə gedib ibadət və
qiraətini davam etdirməsi də Onun şücaət və qəhrəmanlıqda tayı-bərabəri olmadığını göstərən vəsflərdəndir.
Peyğəmbəimizin (s.ə.s) şücaəti ilə yanaşı, “Nəcdət” sifəti vardır. Nəcdət; qorxu və dəhşət yerlərində, qeyri-adi hallar
qarşısında səbir və səbat göstərmək, qorxuya düşüb bəyənilməyən iş görməməkdir.
Məkkədə Qüreyş mürikləri Onun evini mühasirə etmiş və
içəridən çıxan kimi onu qətlə yetirmək üçün qılınclarını sıyırmışdılar. O heç bir qorxuya düşmədən qapısını açmış, müşriklərin başına torpaq səpmiş və Yasin surəsinin ilk ayələrini oxuyaraq aralarından keçib getmişdir. (M. Zəkai Konpara tarixi)
Əbu Hüreyrə (r.a) belə rəvayət edir:
Rəsuli Əkrəmin (s.ə.s) belə buyurduğunu eşitdim:
“-Canım, qüdrət əlində olan Allaha and olsun ki, bütün möminlərin, mənim iştirak etdiyim hər savaşda iştirak etmək arzuları
olmasa və ordunu təchiz etmək qayğısı olmasaydı, istisnasız bütün savaşlada iştirak edərdim.

9

* İslam Qəhrəmanları *
Qüdrət və iradəsi ilə yaşadığım Allaha and olsun ki, Allah
yolunda şəhid olub dirilmək, təkrar-təkrar şəhid olub dirilmək və
axırda yenə şəhid olmaq istərdim.” (Buxari)

'OD

10

Həzrət Əbu Bəkrin Qəhrəmanlığı
Həzrət Əli -kərrəməllahu vachəhu:
“-Ey İnsanlar, mənə insanların ən igidinin kim olduğunu deyə
bilərsinizmi?-deyə soruşdu:
-Sənsən, ey Xəlifə”-dedilər.
“-Mən yalnız təkbətək savaşdığım insanları məğlub edərdim.
Siz mənə insanların ən qəhrəmanını deyin, görürsünüz ki, mən
deyiləm”-buyurdu.
-Bilmirik, kimdir?-deyə soruşdular.
-Əbu Bəkrdir, Bədr savaşında Allahın Rəsuluna bir kölgəlik
düzəltmişdik. Müşriklərin ona bir təhlükə yaratmaması üçün, kim
Allahın Rəsulunu qoruyacaq? dediyimizdə, and olsun ki, Əbu
Bəkrdən başqası bu məsuliyyəti üzərinə götürmədi.
Qılıncını çəkib, Rəsulullahın başında dayanaraq növbə tutdu. Heç kim ona hücum etməməklə yanaşı, hücum edənin də
Əbu Bəkr qarşısını alırdı.
Məhz o, insanların ən qəhrəmanıdır”-buyurdu. (Bəzzar н. Əlidən, Məcməu-z-Zəvaid, 9/46)
*

Rəsulullah (s.ə.s) belə buyurmuşdur:
-Əgər mən bir dost tutmaq istəsəydim Əbu Bəkri dost tutardım. Lakin o mənim qardaşım və silahdaşımdır. (Bu) dostunuzu
Allah özünə dost etmişdir. (Müslim, c. 7,108)
-Heç kim mənim yanımda əliaçıqlıq baxımından Əbu Bəkrdən daha böyük deyildir. O məni canı və var-dövləti ilə himayə
etmiş, qızını mənə nikahlamışdır. (Feyzü-i-Qadir, c.5, 411)

11

* İslam Qəhrəmanları *
-Bir peyğəmbər müstəsna olmaqla Əbu Bəkr bütün insanların
ən xeyirlisidir. (Feyzu-l-qadirc. 4, 90)
Əbu Bəkr səhabəmdir və mağara yoldaşımdır. Bunu bilin
əgər mən dost tutmaq istəsəydim Əbu Bəkri dost tutardım. Bu
məsciddəki bütün qapıları bağlayın; Əbu Bəkrin qapısı açıq qalsın. (ibn Abbas)
-Ey Əbu Bəkr! Allah-Təala sənə ən böyük rizvanı vermişdir.
-Ən böyük rizvan nədir?
Rəsuli Əkrəm (s.ə.s) belə buyurdu:
-Allah-Təala məxluqat üçün ümumi şəkildə təcəlli edər. Halbuki sənin üçün xüsusi olaraq təcəlli edər. (Ənəs bin Malik)
Bir adamı, Rəbbi Allah-Təala, dünyada istədiyi kimi yaşamaq
və orada istədiyi kimi yeyib içməklə Rəbbinə qovuşmaq arasında
sərbəst buraxdı, (bu ikisindən istədiyini seçmək haqqını ona verdi.) Həmin adam da Allaha qovuşmağı seçdi (bunu eşidən) Əbu
Bəkr ağladı. Bundan sonra Rəsulullah (s.ə.s) belə buyurdu:
-Əlindəki malında və sözündə, Əbu Kuhafənin oğlu Əbu
Bəkrdən daha çox bizə ehsan edən bir kimsə, insanlar arasında
yoxdur. Əgər mən bir dost tutmaq istəsəydim, Əbu Kuhafənin
oğlunu dost tutardım. Lakin (bizim aramızda) sevgi və iman qardaşlığı vardır. Sizin dostunuz (mən) Allah-Təalanın dostudur.
(Əbu Mualla rəvayət etmişdir).
-Bizdə heç kimin etdiyi yardım qarşılıqsız qalmamış, onu mükafatlandırmışıq. Əbu Bəkr müstəsna. Çünki onun bizə bir yaxşılığı vardır ki, qiyamət günü o yaxşılığın qarşılığını Allah-Təala
verəcəkdir. Əbu Bəkrin var-dövlətinin mənə verdiyi faydanı, əsla
heç kimin var-dövləti verməmişdir. Əgər bir dost tutsaydım, Əbu
Bəkri dost tutardım. Diqqət edin, dostunuz Allahın dostudur. (Əbu
Hüreyrə)
*
Rəsulullah (s.ə.s) belə buyurmuşdur:
-Əbu Bəkr sizi, qıldığı namaz və tutduğu oruc ilə keçə bilmədi. Onun qəlbinə bu yerləşmişdir. Allah azı az olduğu üçün rədd

12

etməz, çoxu da çox olduğu üçün qəbul etməz. O ancaq ittiqa
sahiblərinin etdiyini qəbul edər.
Yenə buyurdu ki:
-Bu gün qapılar bağlansın, yalnız Əbu Bəkrin qapısı qalsın.
Übeydullah Əhrar qüddisə sirruh belə təfsir etmişdir:
-Peyğəmbər məscidinin bir çox qapısı var idi. Allahın Rəsulu
son vaxtlarındakı xəstəliklərində, bütün qapıların bağladılıb Həzrət Əbu Bəkrə aid qapının açıq saxlanılmasını əmr etmişdir.
Təhqiq əhli bu xüsusa bir çox söz demişdirlər. Hökm nisbəti,
hər nisbətdən üstündür və belə bir gündə bütün nisbətlərin qapıları bağlanır, məhəbbət əlaqəsinin qapısı açıq qalar. Allaha aparan və məqsədə çatdıran nisbətdə eşq və məhəbbətdən başqası
deyildir.
“Rəşahat” əsərinin sahibi buyurur ki:
-“Hacəgan”yolunun çıxış nöqtəsi həzrət Əbu Bəkr olduğuna
görə onların da nisbətlərindəki başlıca fərq və şüar eşq və məhəbbətdir. Xoca Ubeydullah Daşkəndi həzrətləri bu nöqtəni müəyyən etdikdən sonra, “bütün dava bu nisbəti itirməməkdir”-buyurmuşdur.

Həzrət Əbu Bəkr Siddiqin
Qiymətli Kəlamları
• Təbəssüm amanda olmağın açarıdır, ehsanın lampasıdır.
• İnsanın kəlamı, əqlinin bəyanı, fəzilətinin tərcümanıdır.
• İnsanın doğruluğu, fəzilətinin ən aşkar dəlilidir.
• Məsləhətləşmədə doğru danış ki, rəy doğru olsun.
• Dostuna dost ol və bütün əshabını hüquqda bərabər tut.
• Xalqa yaxşılıq etmək, afətlərdən və bəlalardan qorunmaq
• Mal xəsislərdə, silah qorxaqlarda, rəy zəiflərdə olarsa işlər
pozular.
• Nə deyəcəyinə və nə zaman deyəcəyinə diqqət et.
• Pis qonşu sirləri yayar, gizlilik pərdəsini yırtar.

13

« İslam Qəhrəmanları

• Məzlumun bədduasından qorxun.
• Sidq əmanət, yalan xəyanətdir.
• Heç bir bəla yoxdur ki, ondan daha ağırı olmasın...
• Haqqı tanıyanların köləsi ol.
• Zülm, əhdini pozmaq, hiylə kimdə olarsa olsun zərərləri
yenə özünə toxunar.
• Verilən əmanəti yerinə yetirmək, ən üstün doğruluqdur.
Xəyanət olaraq da ən başda yalan gəlir.
• Üç şey vardır ki, kimdə olarsa əleyhinə çevrilər: Zülm, əhdi
pozmaq, yalan.
• O biri dünyaya köçmədən əvvəl, özünüzə bir şey hazırlayın
ki, oraya getdiyinizdə qarşınıza çıxsın.
• Ömrünü faydasız boş şeylərlə keçirən, tarlaya toxum əkmə vaxtını keçirər və biçin vaxtı peşman olar.
• Haramı tərk etmək, halalı istəməkdən xeyirlidir.
• Allahdan əfv və bağışlanmaq istəyin. Çünki möminə,
imandan sonra əfv və bağışlanmadan daha xeyirli bir şey verilməmişdir.

Həzrət Əbu Bəkrdə (r.a) Peyğəmbər Sevgisi,
Təzyiqlərə və Əziyyətlərə Dözümü
Həzrət Aişə (r.a) belə rəvayət edir:
-Peyğəmbərin (s.ə.s) əshabı bir yerə toplaşdıqlarında otuz
səkkiz nəfər idilər. Əbu Bəkr dinlərini aşkar şəkildə yaymaq xüsusunda Rəsulullaha israr etdi. Rəsulullah:
“Əbu Bəkr! Hələ çox əz/z.”-buyurdu.
Lakin Əbu Bəkr israrında davam etdi. Nəhayət Rəsulullah,
islamiyyəti aşkar şəkildə yaymağa qərar verdi. Hər kəs öz qövmünə islamiyyəti başa salmaq üçün müsəlmanlar Kəbənin ətrafına yayıldılar. Əbu Bəkr ayağa qalxaraq oradakılara bir nitq
söylədi. Həmin vaxt Rəulullah (s.ə.s) əyləşmişdi. Beləliklə Əbu
Bəkr, Allaha və Rəsulullaha dəvət edən ilk xətib olmuşdur.

14


Müşriklər Əbu Bəkrin və digər müsəlmanların üstünə getdilər.
Müsəlmanları Kəbənin ətrafında çox pis döydülər. Əbu Bəkr
ayaqlar altında əzildi və çox pis döyüldü. Lakin Utbə bin Rəbiə
yaxınlaşaraq altına sərt şeylər vurulmuş çarıqları ilə onu vurmağa və üzünə sürtməyə başladı. Sonra isə qarnının üstünə çıxdı.
O qədər döydü ki, Əbu Bəkr tanınmaz hala gəldi. Teym oğulları
qaçaraq gəldilər və müşriklər Əbu Bəkrdən uzaqlaşdılar. Onlar
Əbu Bəkri bir kilimin üstünə qoyub evinə apardılar. Onun öldüyünü zənn etmişdilər. Əbu Bəkri evə qoyduqdan sonra Teym
oğulları qayıdaraq Kəbəyə daxil oldular və:
-Allaha and olsun ki, Əgər Əbu Bəkr ölərsə Utbə bin Rəbiəni
də mütləq öldürəcəyik, dedilər.
Sonra təkrar Əbu Bəkrin yanma qayıtdılar. Əbu Bəkr ayılana
qədər başının üstündə dayanıb gözlədilər. Əbu Bəkr yalnız axşam üstü danışmağa başladı. İlk sözü:
“-Rəsulullah necə?”-oldu. Bu sözdən sonra teym oğulları
onu danladıqdan və qınadıqdan sonra, qalxaraq anasına:
“-Ona bir şey yedirib içirtməyə çalış, "-dedilər.
Anası onunla təkbaşına qalarkən bir şey yedirməyə məcbur
etdi. Lakin o:
-Rəsullullah necədir? -deyə soruşurdu. Anası;
“-Allaha and içirəm ki, dostun haqqında heç bir məlumatım
yoxdur”-deyə cavab verdikdə Əbu Bəkr:
-Ümmü Cəmilin yanına get, Rəsulullah haqqında məlumat
gətir, dedi. Bu sözdən sonra anası Ümmü Cəmilin yanına gələrək:
-Əbu Bəkr səndən Məhəmməd bin Abdullah haqqında məlumat istəyir, dedi.
Ümmü Cəmil:
-Mən nə Əbu Bəkri, nə də Məhəmməd bin Abdullahı tanıyıram. İstəyirsənsə səninlə bir yerdə oğlunun yanına gedərəm,
deyincə Ümmül-Xeyr:
-Yaxşı, dedi və bir yerdə Əbu Bəkrin yanına gəldilər. Əbu
Bəkr bayılmış halda və vəziyyəti ağır idi. Ümmü Cəmil Əbu Bəkrin yanına yaxınlaşaraq yüksək səslə:

15

* İslam Qəhrəmanları *
“-АПаһа and içirəm ki, sənə bu pislikləri edən bu qövm fasiq
və kafirdir. Arzu edirəm Allah da sənin intiqamını onlardan alsın”dedi.
Əbu Bəkr:
“Rəsulullah necədir”-deyə soruşdu.
Ümmü Cəmil:
“-Burada anan var, necə deyim, dedi.
Ondan sənə heç bir pislik gəlməz, dedikdə Ümmü Cəmil:
-Həzrət Peyğəmbər sağ-salamatdır, dedi. ’’
Əbu Bəkr:
“-İndi haradadır?”-deyə soruşdu. Ümmü Cəmil:
‘İbn Ərkamın evindədir”-dedi. Əbu Bəkr:
“And içirəm ki, Rəsulullahın yanına getmədikcə heç bir şey
yeyib içməyəcəyəm” -dedi.
Bir müddətdən sonra özünə gəldi və camaat dağıldıqdan
sonra Əbu Bəkri evdən çıxardılar. Gedərkən onlara söykənirdi.
Onu beləliklə Rəsulullahın yanma gətirdilər. Əbu Bəkri görüncə
Rəsulullah (s.ə.s), ona tərəf qaçdı və qucaqlayıb öpdü. Digər
müsəlmanlar da ona sarıldılar. Rəsulullah onun halına son dərəcə acıdı. Əbu Bəkr:
“-Atam anam sənə fəda olsun, ey Allahın Rəsulu. Mənə heç
bir şey olmadı. Yalnız bir fasiq üzümə vurdu, o qədər. Bu qadın
övladına qarşı son dərəcə şəfqətli olan anamdır. Sən çox xeyirxah və mübarək bir insansan. Onu Allaha dəvət et və onun üçün
Allaha dua et. ”
Əbu Bəkrin (r.a) bu sözlərindən Rəsulullah, onun anası üçün
dua etdi və onu Allahın dininə dəvət etdi. O da islamı qəbul etdi.
Rəsulullah ilə bir yerdə həmin evdə bir ay qaldılar. Otuz doqquz
nəfər idilər. Həmzə bin Əbdülmüttəlib (r.a), həzrət Əbu Bəkrin
döyüldüyü gün müsəlman olmuşdu, (əi-isabə, 4/447)
Musa bin Uqbə (r.a) belə rəvayət edir:
Əbu Bəkr (r.a) bir xütbəsində: -Həmd aləmlərin Rəbbinə
məxsusdur. Ona həmd edər, Ondan yardım istəyərik. Öldükdən

16

sonra, Ondan şərəf istəyərik. Çünki mənim də, sizin də əcəliniz
yaxınlaşdı. Mən şəhadət edirəm ki, tək olan və ortağı olmayan
Allahdan başqa Tanrı yoxdur. Məhəmməd də onun qulu və Rəsuludur. Allah onu, yaşayanları xəbərdar etmək, sözünün (vədinin) də kafirlər əleyhinə gerçəkləşməsi üçün həqiqi müjdələyici,
qorxuducu və parlaq bir qəndil olaraq göndərdi.
Allaha və Rəsuluna itaət edən doğru yolu tapmış olar. Sizə
Allahdan qorxmağınızı və Allah-Təalanın sizin üçün endirib, sizə
doğru yolu göstərmək üçün göndərdiyi, kitabına sarılmağınızı
tövsiyə edirəm. İslamda ixlasdan sonra ən mühüm şey, rəhbərlərimizi eşitmək və onlara itaət etməkdir.
Hər kim yaxşılığı əmr edib, pisliyə mane olan Rəhbərə itaət
edərsə, o fəlaha çatmış və üzərinə düşəni yerinə yetirmiş olar.
Nəfsinizə aldanmaqdan uzaq durun. Arzu, tamah və qəzəbini
boğan şəxs fəlaha çatmışdır. Qəti şəkildə lovğalanmayın! Torpaqdan yaradılıb təkrar torpağa qayıdacaq məxluqların təkəbbürlənməsi doğru deyildir. Sonra cəsədlərini qurd-quş yeyər. Bu
gün sağ olan sabah ölü deyildirmi? Ona görə ibadətlərinizi, günündə və saatında yerinə yetirin. Məzlumun ahından uzaq durun!
Təkəbbürlənərək dünya malına aldanmayın. Səbirli olun. Çünki
hər şey səbirlə əldə edilir... Gözünüz açıq olsun! Çünki gözüaçıqlıq faydalıdır. Əməl edin! Əməllər qəbul olunur. Allahın, edildiyində cəza verəcəyini bildirdiyi şeylərdən uzaq durun! Allahın
vəd etdiyi rəhmətinə qovuşmağa səy göstərin! Başa düşün ki,
sizi başa düşsünlər. Qorunmağa çalışın ki, qorunasınız.
Allah-Təala sizə, sizdən əvvəlkilərin həlak səbəblərini və
qurtuluş yollarını açıqlamışdır. Kitabında halalı, haramı, sevdiyi
və sevmədiyi əməlləri açıqlamışdır. Mən sizə və özümə biganə
qalmayacağam. Allah özündən yardım istəniləndir. Xətadan
uzaqlaşmaq və itaətə yönəlmək, yalnız Allahın yardımı ilə olur.
Bilin ki, əməllərimizdə səmimi olduğunuz müddət ərzində,
Rəbbinizə itaət etmiş, nəsibinizi almış və rifaha qovuşmuş olarsan. Nafilə ibadətləri, göstərişə qaçmadan yerinə yetirin. Sələfinizə də sadiq qalın. Axirətdə Allahın lütfünə möhtac olduğunuz
zaman mükafatınız verilər.

17


* İslam Qəhrəmanları *
Ey Allahın bəndələri! Ölüb yox olan qardaşlarınızı düşünün.
Onlar etdikləri əməlləriylə həşr olundular. Öldükdən sonra bədbəxt və ya məsud oldular. Allahın heç bir ortağı yoxdur. İtaət etmək
və əmrlərinə tabe olmaqdan başqa, Allahın heç bir bəndəyə yaxınlığı yoxdur ki, ona xeyir versin və ya onu cəzalandırmasın.
Cəhənnəmə aparan xeyir, xeyir deyildir. Cənnətə aparan şər də
şər deyildir.
Dediklərim bu qədər. Özüm və sizin üçün Allahdan bağışlanmaq istəyirəm. Peyğəmbərimizə salat və salam gətirin. Allah ona
da rəhmət etsin və salamatlıq versin. Allahın salamı, rəhməti və
bərəkəti onun üzərinə olsun, (ibn Əbi-d-Dünya, Kitabu-I-Xeyr, ibn Əsakir, Kənzu-I-Ummal)

Asim bin Adiydan (r.a):
Həzrət Əbu Bəkr bir dəfə ayağa qalxaraq, Allaha həmd və
şükrdən sonra buyurdu ki:
-Allah-Təala yalnız onun rizası üçün edilən əməlləri qəbul
edər. Ona görə siz də əməllərinizdə Allah rizasını istəyin. Bilin
ki, əməllərinizdə səmimi olsanız, Allaha itaət etmiş, xətadan qurtulmuş, vəzifələrinizi etmiş olarsınız. Ey Allaın bəndələri ölənlərinizdən ibrət alın. Sizdən əvvəlkilərin halını düşünün, dünən
harada idilər, bu gün harada? Bəs o zalımlar haradadır? Döyüş
meydanlarında zəfər və döyüşlərlə ad çıxaranlar haradadırlar?
Zaman, onların da öhdəsindən gəldi. Torpaq olub getdilər.
Əleyhlərində də çox şeylər danışıldı. Pis qadınlar, pis kişilərə,
pis kişilər də pis qadınlara yaraşır.
Bəs ölkələr idarə edən və quran hökmdarlar haradadırlar?
Köçüb getdilər və adları unuduldu. Heç nə oldular. Allah onların
yerinə başqa nəsillər gətirdi. Onların bütün arzu və istəklərinə
son verdi. Əməlləri özlərinin, dünya isə başqalarının dünyasıdır.
Onların yerlərinə biz qaldıq. Əgər onlardan ibrət alsaq, qurtulanlardan olarıq. Təkəbbürlənib özümüzü aldatsaq, biz də onlar
kimi olarıq.
Harda qaldı o gözəl üzlü insanlar, gəncliyi ilə təkəbbürlənənlər? Torpaq oldular, etdiklərinə peşman oldular. Harda qaldı

18


şəhərlər quran, ətrafını sularla əhatə edib heyrət verən əsərlər
quranlar? Onlar da etdiklərini özlərindən sonra gələnlərə qoyb
getdilər. Məkanları bom-boş, özləri isə qaranlıq qəbirlərdə.
Onların hər hansı birində bir mövcudluq və ya bir səs eşidirsinizmi? Oğullarınızdan və qövmlərinizdən tanıdıqlarınız haradadırlar? Əcəlləri gəldi və ölümlərindən sonra bədbəxt və ya
məsud oldular. Bilin ki, siz möhtac bəndələrsiniz. Allah nəzdində
olanlara yalnız Ona itaət edərək çatmaq olur. (Təbərani, Tarix, 2/460)

Əbu Bəkr Siddiqin (r.a) Minacatı
Ya ilahi; azuqəsi az olan bizlərə lütfünü bol ver.
Ya Cəlil olan Allah! Sidq ilə qapına gələn bir müflisdir.
Onun günahı çox böyük günahdır, o böyük günahı bağışla.
O həqiqətən qərib bir şəxsdir, günahkardır, zəlil bir quldur.
Ondan üsyan, nisyan, səhv, sonra yenə səhv vardır,
Səndə ehsan, fəzl, sonra artıqlaması ilə vermək vardır.
O dedi ki: Ya Rəbb; günahlarım qumlar kimi sayılmaz.
Bütün günahlardan məni qurtar, günahlarımdan gözəl
şəkildə keç.
Ya ilahi: mənim halım necə olacaq? Xeyirli bir işim yoxdur.
Pis işlərim çox, itaət azuqəm azdır.
Bütün dərdlərimə dəva ver və ehtiyaclarımı da ver
Mənim qəlbim xəstədir, xəstəyə şəfa verən sənsən.
Ya Rəbb, Onun kimi, məni də atəşinə belə yandırtma
Həzrət Xəlil İbrahim haqqında (Ey atəş yandırma)
dediyin kimi.

Şafi sənsən, kafi sənsən, bütün mühüm işlərdə
Rəbbim sənsən, mənə kifayət edən sənsən, ən gözəl
vəkil sənsən.

19

« İslam Qəhrəmanları *
Үа Rəbb! Mənə fəzli xəzinəndən bağışla. Sən bağışlayan
və çox
İkram edənsən. İçindən istəyimi ver, mənə xeyirli dəlil ol...
Bizlərə böyük mülk də bağışla, qorxduğumuzdan qurtar
Ey Rəbbimiz! Sən qazi və Cəbrail münadi olduğu gündə,
Harda Musa, harda İsa, harda Yəhya, harda Nuh?
Ey asi Siddiq sən Cəlil olan Mövlana tövbə et.

Həzrət Ömərin (r.a) Qəhrəmanlığı
Həzrət Əli (r.a) belə rəvayət edir:
Mədinəyə hicrət edənlər arasında, Ömərdən başqasının
əlini qolunu sallayaraq Məkkəni tərk etdiyini görmədim. Hicrət
etməyə niyyət etdiyi zaman qılıncını qurşandı və yayını belinə
taxdı. Əlində də oxları var idi. Kəbəyə gəldi. Qüreyşin tanınmışları, Kəbənin ətrafında idi. Kəbəni yeddi dəfə təvaf etdi. Məqami-İbrahimdə iki rükət namaz qıldı. Sonra ağır addımlarla onların yanına yaxınlaşdı və:
-Qəhr olmuşlar! Kim anasını hüznlü, uşağını yetim, xanımını
dul qoymaq istəyirsə bu vadidə mənim arxamca gəlsin!..” -deyə
meydan oxudu. Heç kim onun arxasınca getmədi, (ibn Əsakir,
Həyatu-s-Səhabə)
Buxarinin rəvayət etdiyi bir hədisi-şərifdə Əsləm belə rəvayət
edir:
Həzrət Ömər (r.a) belə dua edirdi:
-Allahım, sənin yolunda ölüm, Nəbinin məkanında ruhumu
təslim edim. Mən:
-Bu necə ola bilər?-dediyimdə.
-Allah istəyərsə edər.”-deyə cavab verdi. (Buxari, Fəthu-i-Bari)
İbn Məsud (r.a) belə rəvayət edir:
-Allah Həzrət Ömərə, şəhadət şərbətini xalqın ən pisi; Muğirənin köləsi (Əbu Lülüənin) əlindən içirdi.
Rəsuli Əkrəm (s.ə.s) belə buyurmuşdur:
-Ömər (İbn Xəttab) müsəlman olduğunda Cəbrail (ə.s) mənim yanıma gəldi və belə dedi: Ömərin islamı (qəbul etməsindən)
səma əhli sevindi. (Feyzul-Qadir, 5, 229)

21

* İslam Qəhrəmanları *
-Günəş Ömərdən xeyirli bir insanın üzərinə doğmamışdır.
(Feyzul-Qadir, 5, 454)
-Mən sizə peyğəmbər gödərilməsəydim, Ömər göndərilərdi.
Allah iki mələklə Öməri təyin edərək onu, müvəffəq edərlər və
doğruldurlar. Xəta etdikdə, ondan onu çevirirlər ta ki, doğrunu
tapar. (Əbu Hüreyrə r. a).
-Allahın rizası Ömərin rizasıdır; və Ömərin rizası da Allahın
rizasıdır. (Yəni Allah rizasına zidd niyyəti yoxdur), (ibn ömər r.a)
-Ey Ömər ağlama! Ya Ömər əgər dağların qızıl olmasını istəsəydim, onlar qızıl olardı; və əgər Allah nəzdində dünya bir
milçək qanadına bərabər olsaydı şübhəsiz ki, kafirə bir şey verməzdi. (ibn Saddan)
-Ya Ömər! Sən güclü bir insansan. Təvaf edərkən həcəri-əsvədə yaxınlaşmaq üçün sıxlıq yaratma ki, zəif insanlara əziyyət
verməyəsən, imkanın olsa ona toxun (əlini sürt və ya öp) əks
halda ona tərəf “Lə ilahə illəllah” və “Allahu əkbər” denən.
-O qəhrəman bir mömindir, comərddir, müttəqidir, dinin mühafizəkarıdır. İslamın sahibidir. Hidayət nurudur və təqva nişanəsidir.
Sənə tabe olanlara müjdələr olsun
Sənə xor baxanlara yazıqlar olsun. (Salman r.a).
-Allah-Təala ərəfə günündə mələklərə qarşı, bütün insanlarla
öyündü. Ömər bin Xəttab ilə xüsusi olaraq öyündü. Göydə olan
hər mələk, Ömərə ehtiram göstərər və yer üzündə olan şeytan
isə Ömərdən qaçar, (ibn Cövzidən).

Sözləri
Əməllərin əfzəli, fərzləri yerinə yetirib haramladan uzaq durmaq və Allah nəzdində sadiq niyyətdir.
İmam Malik həzrətlərindən:
Ömər-radiyallhu anh- belə buyurmuşdur:
-İnsanların ən fəzilətlisi, müttəqi olanlardır. İnsanın əsaləti,
dinidir. Yaxşılığı əxlaqi keyfiyyətidir. Cəsarət və qorxaqlıq, insan
22

larda yaradılışdan mövcuddur. Cəsarətli insanlar, tanıdığı və tanımadığı hər kəsi müdafiə edərlər. Qorxaqlar isə valideynlərini
belə müdafiə etməkdən imtina edərlər. Sərvət dünyada yalnız
insanlara dəyər qazandırır. Fəzilət isə təqva ilədir. Sən nə iranlı,
nə turanlı, nə də başqa millətdən üstün deyilsən. Üstünlük yalnız
təqva ilədir, (ibn Əbi Şeybə-Əsgəri).
Həzrət Ömər (r.a), oğlu Abdullaha belə yazmışdır:
-Sənə Allaha müxalif olmaqdan uzaq durmağı tövsiyə edirəm. Çünki Allaha müxalif olmaqdan uzaq duranları Allah qoruyur.
Kim Allaha arxalanarsa, O ona kifayətdir. Kim darda qalana borc
verərsə, Allah həmin şəxsin mükafatını verər. Verilən nemətlərə
şükr edənin Allah ruzisini artırar. Niyyəti olmayanın əməli də
məqbul deyildir. Allahın rizasını gözləməyən insana mükafat yoxdur. Şəfqəti olmayanın malı olmaz. Keçmişi olmayanın, gələcəyi
də olmaz, (ibn Əbi-d-Dünya, ibn Əsakir)
Cəfər bin Zabergan belə rəvayət edir:
Ömər bin Xəttab (r.a) bəzi valilərə belə yazmışdır:
-Çətin hesab günü gəlmədən əvvəl, dünyada özünüzü hesaba çəkin. Çətin hesabdan əvvəl bolluqda (dünyada) özünü hesaba çəkənlərin aqibəti, qibtə edici olur. Kim dünya malına aldanar
və günahları onun başını qatarsa, onun aqibəti peşmanlıq və pərişanlıq olar. Verilən öyüdləri unutmayın ki, qadağan edilən şeyləri etməyəsiniz. (Beyhəqi, ibn Əsakir).
Ahnəf bin Qeys belə rəvayət edir:
Ömər (r.a), belə buyurmuşdur:
-Ahnəf! Çox gülənin heybəti azalar. Lağ-lağa edənləri ona
görə ciddi qəbul etməzlər. Çox danışan, çox xəta edər və çox
xəta edənin həyası azalar. Həyası azalanın isə təqvası azalar.
Təqvası azalanın da qəlbi ölər. (Tabərani, Əvsat)
Məhəmməd bin Şihabdan (r.a):
Həzrət Ömər (r.a) belə buyurur:
-Səni maraqlandırmayan boş şeylərlə məşğul olma. Düşmənindən uzaq dur. Yalnız etibar etdiyin dostlarına arxalan. Çünki,
cəmiyyətdə etibarlı yoldaşın yerini, heç bir şey əvəz edə bilməz.
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 02
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.