Latin

İslam Qəhrəmanları - 13

Total number of words is 3733
Total number of unique words is 1901
26.6 of words are in the 2000 most common words
37.8 of words are in the 5000 most common words
43.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
olub getməsinə üzülürəm. Deyək buranı göyə sovurdum. Sonra
nə edəcəyəm? Düşmənə əsir düşəcəyəm? Ən nəhayət yalnız
bir əsgərdir deyə düşmənin məni öldürməyəcəyini fərz edək. Fəqət acı əsarət həyatına necə dözəcəyəm?
Biz buraya əsir düşməyəmi gəldik? Millətin sirrini, dövlətin
namusunu əsarətlə ödəmək üçünmü əsgər olduq? Xeyr, əsla
mən bu zilləti qəbul edə bilmərəm. Dünən bizim idarəmiz altında
rahat yaşayan bu vəhşi çobanların əlinə əsir düşmək! Aman ya
Rəbb! Bu nə dəhşətli zillət!
Bu vəhşi insanların həqarətləri və süngüləri altında əsir yaşamaq olarmı?
Bu müsəlman Türk üçün nə böyük fəlakətdir.
Mən bu əsirlik zillətinə düşməkdənsə min dəfə ölməyi üstün
tuturam. O halda nə etməliyəm? Düşmənə heç bir zərər vermədən silah anbarını güllə-baran edimmi?

239


* İslam Qəhrəmanları *
Xeyr, mən bu silah anbarının içində gizlənəcəyəm. Buranı
ələ keçirməyə gələn bolqarlar, tam bir yerə yığışana qədər gizlənəcəyəm.
Mən də içində daxil olmaqla silah anbarını göyə uçuracağam.
Zabit bəy: Bu cürətimi üzrlü sayın. Bir əsgər ya əsgərlik vəzifəsini yerinə yetirməli, ya da qəhr olmalıdır.
Mən əcdadımın qanını daşıyıram, heç bir türk əsgəri savaşda
bir düşməni öldürmədən öz canını fəda edə bilməz.
Ana vətənimdəki anama, atama, xanımıma və uşaqlarıma
salamımı yazın. Onlar səfərbərlik edildiyi zaman bulaq başında,
dəyirmanın yanından məni yola salmışdılar və mənə:
“Ya qazi ol, ya da şəhid!..."-demişdirlər. Allah-Təala mənə
şəhid olmağı nəsib edir. Artıq şəhid olduğumu bildirin və yazacağınız məktubda: Yay mövsümündə altında əyləşib dincəldiyim
ağacın gövdəsində şəhid olduğum tarixin yazılmasını və böyüyəcək övladlarımın xain düşməndən qisas almasını vəsiyyət etdiyimi də deyin. İllər sonrası müzəffər ordularımız Gümülcinə
Ovalarına ayaq basarsa, mənim ruhum da bu zəfər sevinclərinə
qarışacaqdır.
Piyada dördündüncü bölüyündən Əli Çavuş.
(Məktub 1913-cü ildə yazılmışdır.)

T5D

240

Padşah Da Sıravi Bir Əsgərdir
Alatini köşkünün mühafizə rəisi Qolağası Rasim Cəlaləddin
bəy, Sultan Əbdülhəmid Xanla danışmaq üçün icazə istəyərək
hüzuruna gəlib;
-Zati Alinizi narahat etdim, məni üzrlü sayın. Dörd dövlətlə
müharibə vəziyyətində olduğumuzu deməliyəm!..-deyərkən Sultan təəccüblə:
-Dörd dövlətləmi? Hansılardır bunlar Rasim Bəy? Dərhal Allah müsəlman ordusuna güc və qüvvət versin! İnşallah zəfər bizimdir?-deyə soruşdu.
-Yunanıstan, Bolqarıstan, Qaradağ və Serbiya ilə xaqanım.
Və təəssüf ki, məğlub olmağımıza az qalıb. Sultan:
-Dörd dövlət birləşərsə xəbərimiz olmazmı Rasim Bəy? Bu
necə bir qafillikdir. Bu dövlətlər birləşə bilməzlər ki... Aralarında
kilsə münaqişəsi vardır. İllərlə sürən Makedoniya münaqişəsini
xatırlamırsınızmı? -deyə soruşdu. Rasim Bəy:
-Kilsələr qanunu çıxararaq “məclisi-məbusan və ayan” bu ixtilafı həll etdi. Başımıza bu işlərin gələcəyini kim bilə bilərdi ki?
Selanik bu gün sabah məğlub olmaq üzrədir. Sizi İstanbula
aparacaqlar. Bunu dərhal sizə xəbər vermək üçün əmir aldım, dedi.
Buna çox üzülən Sultan Əbdülhəmid Xan, böyük bir qəzəblə:
“-Rasim Bəy! Rasim Bəy! Selanik demək, istanbulun açarı
deməkdir. Ordumuz haradadır? Əsgərlərimiz hanı? Buranı necə
tərk etmək olar? Qoyub qaçsaq tarix və əcdadımız bizi lənətləməzmi? Qardaşım buranı tərk etməyə razı oldumu? Xeyr mən
razı olmayacağam! Yetmiş yaşımda olmağıma baxmayın...

241

« İslam Qəhrəmanları *
Mənə bir tüfəng verin. Əsgərlərim və övladlarımla bir yerdə
Selaniki mən son nəfəsimə qədər müdafiə edəcəyəm.”-dedi.
Lakin Sultan Rəşadın salamı və xahişi çatdırılandan sonra, bir
Osmanlı xanədanına mənsub olaraq padşahın əmrinə tabe olmaq
məcburiyyətində qalan Sultan Əbdülhəmid Xan, İstanbula aparılmağı qəbul etdi.
(Osmanlı Tarixi Ensiklopediyası, c.1; s.45)

242

Qolumu Kəs Komandan

Çanaqqala savaşlarında komandanlıq etmiş və yaralanmış
təqaüddə olan bir zabit belə rəvayət edir:
“Çanaqqala müharibəsinin davam etdiyi günlərdən birində
idik. Həmin gün axşama qədər davam edən müharibə, qeyri-bərabər üstünlükdə keçməsinə baxmayaraq yenə bizim qələbəmizlə
nəticələnmək üzrə idi. Müdafiə yerində müharibənin son anlarını
həyəcan içində seyr edirdim.
Məhmədciklərin Allah, Allah nidaları üfüqü titrədir və qorxunc bir mədəniyyətin bütün heybətini təmsil edən top səslərini belə müdhiş hayqırışlar batırırdı.
Bir anlıq yanımda ayaq səsləri eşitdim. Geriyə dönüb baxdıqda Əli Çavuş ilə qarşılaşdım. Bənizi sapsarı olmuş, üzündən dəhşətli iztirab yağırdı. Daha nəyin var demədən, o hər şeyi anlatmağa
kifayət edəcək qolunu mənə göstərdi. Dəhşətdən ətim ürpəşdi. Sol
qolu biləyindən dörd barmaq yuxarı aldığı yara ilə tamamilə üzüləcək hala gəlmiş və qolu yalnız bir dəridən sallanmışdı. Əli Çavuş
dişlərini sıxaraq iztirabını gizləməyə çalışırdı. Sağ əlindəki bıçağı
mənə uzadıb “Bunu tez kəs komandanım”-dedi. Bu üç kəlməlik
cümlə elə müdhiş bir istək, elə bir məcburiyyət ifadə edirdi ki, qeyriixtiyari bıçağı aldım və dəridən sallanan əli qoldan ayırdım.
Bu tük ürpədici vəzifəni yerinə yetirərkən, bir şey söyləmək
üçün “Üzülmə Əli Çavuş, Allah canına sağlıq versin.”-deyə mızıldadım.
Həmin yerə yıxılan əlinə, əlsiz qalan qoluna və bir boşalır kimi axan qana qiymət verə bilmirdi. Gözlərini duman və atəş içindəki vətənin üfüqlərinə tərəf çevirərək “Fəda olsun, təki Vətən
sağ olsun”-dedi.

243

« İslam Qəhrəmanları *
Əli Çavuş yalnız əlini deyil, çox keçmədən həyatını da bu
ölkə uğrunda, bu müqəddəs ölkəni qorumaq yolunda fəda etdi.
Gözlərini həyata yumarkən də eyni kəlmələri təkrarlayaraq:
“Allah imandan ayırmasın! Canım vətənə fəda olsun”-demişdi.
(Osmanlı Tarix Ensiklopediyası, c.2; sh. 153 )

T3D

244

Süveyş Hərəkatı

1915-ci ilin fevral ayında ingilislərin Misiri işğal etməsindən
sonra, Osmanlı ordusu Süveyş kanalını keçməyə təşəbbüs göstərdi.
Hər nəyin bahasına olursa olsun Kanalı keçmək məcburiyyətində idik. Kanal sədlərini aşmaq üçün bir əsgər davamlı suyun
altında qalır, digər əsgərlər onun çiyinlərinə basaraq sədlərə dırmaşırdı. Bu bizə çox baha başa gəldi. Suyun altında qalan əsgərlər bir daha suyun üzünə çıxa bilmir, səsini çıxarmadan yoldaşlarının keçməsi üçün ölənə qədər suyun altında gözləyirdi.
Bu şəkildə xeyli əsgər şəhid oldu. Bunun qarşısını almaq üçün
əsgərlər arasından bir neçə fədai istədim. Həmin vaxt əsgərlər
mənə bu cavabı verdilər:
Komandanım biz hamımız fədaiyik. Bizi püşk ataraq seçməyin. Sıraya düzün və tək bir əsgər qalana döyüşüb din və millət
uğrunda canımızı sevə-sevə fəda edib şəhid olmaq istəyirik. Təki Vətən sağ olsun!
Məhz belə itkilər verərək Kanalı keçməyə çalışarkən, birdən
ingilislərin keşikdəki itləri hürməyə başladı. Bundan sonra sanki
bir qiyamət qopdu. Düşmən həyəcan siqnalından sonra ingilis
mövqelərindən üzərimizə güllə yağdırmağa başladı.Düşmənin
amansız atəşi, püskürən vulkana bənzəyirdi. Bu şiddətli atəş
altında parçalanan qollar, ayaqlar və başlar havaya fırıldayırdı.
Süveyş kanalının suları, tökülən əsgər qanları ilə qırmızıya boyandı.
Buna baxmayaraq əsgərlər yenə də cəsarət və şücaətlərini
itirmədilər.
“Allah, Allah” nidaları ilə sipərlərə hücum edir, maneələri aşır
və partlayan bombalar qarşısında aslanlar kimi vuruşurdular.
(Rəvayət edən: Teymən əhməd Rasim Atasevən)

245


« İslam Qəhrəmanları

Allah Yolunu Açıq Etsin
1915-ci il payızın sərin və yağışlı günlərindən biri idi. Birinci
Dünya Müharibəsi bütün cəbhələrdə davam edirdi. Vətənin hər
tərəfindən barıt və qan qoxusu gəlirdi. İgidlərin biri ölür o birisi
gəlirdi. Qocadan cavana hər kəs vuruşurdu və yurdumuza düşmən ayağı dəyməsin deyə əl açıb Allaha dua edirdi. Cəbhəyə
durmadan əlavə güclər gedirdi. Əsgərləri aparan qatar Biləcik
stansiyasında gözləyirdi. Əsgərlərin hamısı səssiz dayanmışdı.
Bəlkə bir daha geri qayıtmayacaqlar, ancaq şəhid olmaq inancı
könüllərinə fərəh hissi verirdi.
Əsgərləri aparan zabitlərdən biri, vaqonların arasında səssiz
və hərəkətsiz bir kölgə görür və təəccüblə kölgəyə tərəf yaxınlaşır. Həmin anda şimşək çaxır və şimşəyin aydınlığında bunlara
şahid olur.
Ağ saçlı, beli bükülmüş, bənizi solmuş və başı çalmalı bir
türk anası donub yerində qalmışdı. Yağış təpədən dırnağa qədər
islatmasına baxmayaraq xüşu içində gözləyirdi. Cəfakeş ana ilə
zabit arasında belə bir dialoq baş verir:
-Anacan! Yağışın altında niyə dayanmısan?
-Qatarda oğlum var, onu yola salmağa gəldim.
-Oğlun kimdir, haralıdır?
-Söyüdün Ağgünlü kəndindən Məhməd oğlu Hüseyin.
-Onu görmək istəyirsənmi, çağırım?
-Sənə duaçı olaram, ona deyəcək tək bir sözüm var.
Hüseyin qısa bir zamanda tapılır və əlini öpən oğlunu bağrına basan ana, son olaraq:

246

-Hüseynim, igid oğlum mənim! Dayın Şipkalda, atan Dömekde, qardaşların Çanaqqalada şəhid oldu. Bax son ümidim sənsən. Əgər minarədən Əzan səsləri kəsiləcəksə, məscidin şamları
sönəcəksə südüm sənə haram olsun. Öl, ancaq kəndə qayıtma.
Əgər yolun Şipkala düşərsə, dayının ruhuna bir fatihə oxumağı unutma. Haydı oğul! Allah yolunu açıq etsinl-demişdir.
Hüseyin son dəfə anasının əlini öpmüş və yaşlı gözlərlə oğluna baxan türk anası, son övladını da dualarla bu şəkildə cəbhəyə yola salmışdır.

'ÖD

247

« İslam Qəhrəmanları

İman Qalası Maşidə Xatun
Fironun sarayında Maşidə xatun adında bir qadın var idi. Bu
zavallı qadın Allahın birliyinə iman etdiyinə görə daima “ Allah
birdir” zikrini təkrar edərdi. Bir gün Fironun qızı bunu eşidir və
məsələni atasına xəbər verir.
Bu xəbəri eşidən Firon qəzəblənir (çünki o tək ilah olaraq
özünü qəbul etdirirdi) və Maşidə xatunu çağıraraq bu fikrindən
daşınmasına xeyli çalışır. Ona təsir edə bilməyincə bu dəfə də
qadına işgəncələr verməyə başlayır. Qadın dini uğrunda bütün
əzab-əziyyətə qatlanır və “Allah birdir” sözünü durmadan təkrar
edir.
Zalım Fironun kini və qəzəbi getdikcə artır, Maşidə xatun isə
imanında səbat edərək:
“-Mənim ilahım təkdir, o da Allah-Təaladır, ondan başqa ilah
onsuz da yoxdur”-deyirdi.
Qadının üç-beş yaşlarında bir qızı, bir oğlu və üç aylıq məsum bir körpəsi var idi. Fironun qəzəbini söndürmək üçün ondan
intiqam almaq istəyir. Əvvəlcə qızını anasının yanına gətirib:
-Ey Maşidə! Mənə, sən tanrısan denən, yoxsa bu qızın qanlar içində öləcəkdir, -deyə bağırdı.
Maşidə Fironun mərhəmətsiz bir zalım olduğunu bilirdi. Belə ki, zalım Firon bıçağı məsum körpənin boğazına dayadı və
hirslə körpənin boğazını kəsdi. Bu dəhşətli mənzərəni seyr edən
ana, vüqarla Rəbbinə təslim olmuş və imanına zərrə qədər xələl
gəlməmişdi. Yalnız “Allah birdir” sözünü təkrar edirdi. Fironun
qəzəbi artmış və nə edəcəyini bilmirdi. Bu dəfə xidmətçilərinə
əmr etdi ki:
-O üç aylıq uşağı yanıma gətirin!

248



Böyük bir tonqal yandırılmasını əmr etdi və Maşidə xatuna
belə bağırdı:
-Bu dəfə də mənim tanrı olduğumu təsdiq etməsən, bu körpəni tonqalın içinə atacağam. Qızının aqibətinin necə olacağını
bilirsən. Gəl inad etmə, məni eşit."
Bu qəddar insan, körpəni yandırmaqda qərarlı idi. Uşağı əlinə götürdü və tonqalın üzərindəki qaynar su dolu mis qazana
yaxınlaşdı. Bu məqamda Maşidə xatun:
-Qəlbimdə ona inanmadığım halda, dildə onun dediyinə bəli
deməkdə iman baxımından bir nöqsan yoxdur deyə düşündü.
Lakin buna da könlü razı deyildi. O belə kədər içində ikən zalım
Firon körpəni qazana atıb onun da bu şəkildə ölümünə səbəb
oldu.
Ananın kədəri dözülməz həddə çatdıqda körpə dilə gələrək
Allah-Təalanın köməyi ilə anasına belə dedi:
-Anacan! Qəlbindən keçəni qəti şəkildə demə! Bir az səbir
etsən, fəlaha çatacaqsan. Cənnətə girməyimizə çox az bir zaman qaldı. Fironun tələb etdiyini qətiyyən demə. Bacımla mən
hal-hazırda cənnətdəyik. Sənin də cənnətə girməyini həsrətlə
gözləyirik.
Körpəsinin bu sözləri Maşidənin qəlbini rahatlatdı. Kədəri və
üzüntüsü sevincə döndü. Eyni zamanda ona cənnətdəki məqamı
göstərildi. O da bir an öncə yerinə çatmaq istəyirdi. Onsuz da
min bir həqarət və iztirablara qarşı cismani olaraq zəifləyib əldən
düşmüşdü. Axırda o da körpələri kimi şəhid olaraq axirətə köçdü
və Allah-Təalanın rizasına nail olaraq həm cənnətə, həm də körpələrinə qovuşdu.


249

« İslam Qəhrəmanları

Ziyad İbnu-s-Səkən (r.a)
İslamiyyətin yayılmasından bu günə qədər 14 əsrlik uzun bir
zaman ərzində həmişə qəhrəmanlar yetişmiş və adları tarixin qızıl səhifələrinə yazılmışdır. Şübhəsiz ki, kamil bir mömin qorxaq
ola bilməz. Sözün əsl mənasında cəsurdur, qəhrəmandır. Buna
baxmayaraq bəzilərinə Allah yolunda savaşa gedib düşmənə
qarşı savaşmaq nəsib olmamışdır. İnsan xoş niyyətlə yatağında
belə ruhunu təslim etsə Allah-Təala ona şəhidlərə verdiyi məqamı verər.
Uhud savaşında Kuzman adında bir nəfər də qadınlardan
utandığına görə savaşa getmiş və hamıdan öncə düşmənə ox
ataraq böyük bir şiddətlə savaşa başlamışdır.
Onun özünü bu cür göstərməsinə baxmayaraq Rəsuli-Əkrəm (s.ə.s):
“-Kuzman cəhənnəmlikdir”-buyurdu.
Axırda Kuzman yaralandı və ölüm məqamı gəlib çatdı. Bunu
görən səhabə qaçaraq onun yanına getdi və:
-Şəhadətin mübarək olsun!- dedikdə:
Buna hirslənən Kuzman, xeyr mən şəhid olmaq üçün vuruşmadım, məqsədim Mədinənin xurmalıqlarını mühafizə etmək idi
deyərək əlindəki xəncərini qarnına soxaraq cəhənnəmlik oldu.
Buradan aydın olur ki, xoş bir niyyətlə edilən az bir əməl Allahın rizası üçün edilməyən çox əməldən əfzəldir.
Uhud müharibəsində Rəsulullah (s.ə.s), Abdullah ibn Cübeyrin (r.a) əmrinə yetmiş oxçu vermiş və buyurmuşdu ki:
-Biz müharibədə məğlub olsaq da, düşmənləri məğlub etsək
də qətiyyən buradan ayrılmayın, əmrini verməsinə baxmayaraq

250


“Biz də bir az qənimət toplayaq”-deyərək mövqelərini tərk etdilər.
Abdullah bin Cübeyr (r.a):
-Siz Rəsulullahın əmrini unutdunuzmu? deyərək onları qənimət toplamaqdan çəkindirməyə çalışsa da oxçular onu eşitmədilər.
Abdullah bin Cübeyr və yerdə qalan yeddi, səkkiz sadiq yoldaşı Rəsulullahın (s.ə.s) əmrini yerinə yetirərək öz mövqelərini
tərk etmədilər. Belə bir fürsəti əldən verməyən Xalid bin Vəlid,
hücuma keçərək Abdullah bin Cübeyri və mövqelərini tərk etməyən səhabələri şəhid etdi.
Xalid bin Vəlid həmin mövqeni ələ keçirdikdən sonra
müsəlman ordusunun sol cinahına arxa tərəfdən hücum edib
onları çaşdırdı və müsəlman ordusunu pərən-pərən saldı.
Qələbə müsəlmanların tərəfində olduğu halda, Peyğəmbərin
əmrinə itaət etmədiklərinə görə müharibədə qələbə müşriklərin
tərəfinə keçdi. Böyük bir fırtınada yelkənsiz gəmi kimi qalan səhabələrdən Kəb İbn Malik Həzrəci (r.a), müşriklərin şəhid edildiyini iddia etdikləri Rəsuli-Əkrəmi (s.ə.s) gördü və ətrafındakı
səhabələrə xəbər verdi. Dərhal bir-bir, iki-iki səhabələr RəsuliƏkrəmin (s.ə.s) ətrafına yığışdılar. Onların sayı otuz nəfərə çatırdı. Daha sonra digər müsəlman mücahidlər də gəldilər.
Həmin anda müşriklər ordusu Həzrət Peyğəmbərə ox və daş
ataraq onun üstünə hücum edirdilər. Ziyad ibnu-s-Səkən (r.a) da
ənsardan on dörd nəfər fədai ilə Həzrət Peyğəmbəri müdafiə
edirdi. Sad İbn Əbi Vaqqas (r.a) da Həzrət Peyğəmbəri müdafiə
edərək ox atırdı. Rəsuli-Əkrəm (s.ə.s) dua edərk oxu ona verir,
o da atırdı. Əbi Vaqqas (r.a)-ın həmin gün min ox atdığı rəvayət
edilmişdir.
Bu məqamda müşriklərdən bir dəstə yenə şiddətli bir hücum
edərkən Rəsuli-Əkrəm (s.ə.s):
-Bunların qarşısına kim çıxacaq?-buyurdu.
Ziyad İbnu-s-Səkən (r.a):
-Mən çıxaram ya Rəsulallahl-deyə cavab verdi və öz fədai
yoldaşları ilə bir yerdə şəhid olana qədər döyüşdülər, (r.anhum)

251

* İslam Qəhrəmanları *
Ziyad İbnu-s-Səkən qılınc ilə yaralanıb yerə yıxılarkən Rəsuli-Əkrəmin (s.ə.s) əmri ilə səhabədən bir neçə nəfər yetişib onu
ayağa qaldırdılar. Peyğəmbər (s.ə.s) onu qucağına aldı və son
nəfəsdə Rəsuli-Əkrəmin (s.ə.s) mübarək üzünə baxaraq can verib ruhunu təslim etdi və cənnətə rəvan oldu. Allah ondan razı
olsun. Peyğəmbərlik zirvəsindən sonra şəhidlik mərtəbəsindən
üstün bir mərtəbə yoxdur. Rəsuli-Əkrəmin (s.ə.s) qucağında can
vermək isə ən böyük bir şərəfdir.
(M. Sami Ramazanoğlu, Uhud müharibəsi)

"SD

252

Numan İbn Kavkil (r.a)

Numan ibn Kavkil (r.a), Bədr müharibəsində iştirak etmiş və
Uhudda şəhid olmuşdur.
Bəqavinin rəvayətinə görə:
-Ya Rəbb! Sənin müqəddəs adına and içirəm ki, bu gün
mən cənnətdəki uca məqamıma ayaq basmadıqca Günəş batmayacaqdır, demiş və həqiqətən həmin gün şəhidlik zirvəsinə
ucalmışdır.
İbn Kavkilin şəhadətindən sonra Rəsuli-Əkrəm (s.ə.s):
-İbn Kavkili mən cənnətdə gördüm, buyurmuş və əziz şəhidin
andının eynilə həyata keçdiyini bildirmişdir.
Kavkili (r.a) İban ibn Sad adında bir nəfər şəhid etmişdi. İban
ibn Sad ibn As, qardaşı Xalid ibn Amr, müsəlman olduğu halda,
o islamı qəbul etməmişdi. Hüdeybiyə və Xeybər savaşları arasında müsəlman olmuşdur.
İban ilə qardaşı Amrın şəhadəti hicrətin on beşinci ili bazar
ertəsi günü baş vermişdir.
Xeybərin fəthindən sonra Əbu Hüreyrə (r.a):
-Ya Rəsulallah! Mənə də bir pay ayır, dedi.
İban da:
-Ona vermə ya Rəsulallah! -dedi.
Bundan sonra Əbu Hüreyrə (r.a):
-Bəs bu kimdir? İbn Kavkilin qatili, deyincə İban da:
-Doğurdan da bu insana təəccüb edilir. O Yəməndən bizim
yanımıza gəldi. Müsəlman bir adamın qatilini mənim üstümə
ataraq məni ləkələmək istədi. Lakin Allah Numan ibn Kavkilə

253

« İslam Qəhrəmanları *
mənim qollarımda şəhid olmasını nəsib etdi və məni, onun iki
qolu arasında kafir olaraq öldürüb rəzil etmədi, -dedi.
İban, onun qatilliklə ittiham edildiyinin doğru olmadığını və
islamı qəbul edərək tövbə etməklə keçmişdəki günahlarının bağışlanacağını və şəhidin cənnətə girəcəyini ən gözəl bir üslub
ilə bəyan edir. Onun bu sözünün qarşılığında Rəsuli-Əkrəmin
(s.ə.s) də sükut etməsi, bu hökmü təqdir etdiyini göstərir.
(Uhud müharibəsi, Təcridi Sarih, tərc. 8/224)


254


Ummi Həram (r.anhə)
Bir hədisi-şərifdə buyurulmuşdur ki:
Cənnətə gedənlərdən elə bir insan yoxdur ki, onun üçün yer
üzündə heç bir şey ən kiçik bir səadət ümidi belə yox ikən (təkrar) dünyaya qayıtmağı arzu etsin. Lakin şəhid belə deyildir. O
“axirətdə şəhidlik sayəsində” neçə-neçə kəramətlər və nemətlər görəcəyi üçün (təkrar) dünyaya qayıdıb on dəfə ölməyi arzu
edər. (Buxari)
Ənəs bin Malik (r.a) deyir ki:
Peyğəmbər (s.ə.s) arada bir Mihan qızı Ümmü Həramın
evinə gedər, o da Allah Rəsuluna yemək ikram edərdi. (Ümmü
Həram (r.anhə) Peyğəmbərin (s.ə.s) süd xalası olduğuna görə
naməhrəm deyildi.)
Ümmü Həram, Übadə ibn Samitin (r.a) xanımı idi. Yenə bir
gün Peyğəmbərə (s.ə.s) yemək verdi və mübarək başını daradı.
Peyğəmbər (s.ə.s) bir müddətdən sonra gülərək oyandı.
Ümmü Həram deyir ki, mən soruşdum:
-Ya Rəsulallah niyə güldünüz?
Mənə buyurdu ki:
-Mənə ümmətimdən elə insanlargöstərildi ki, onlarsarayların
üst mərtəbəsindəki padşahlar kimi idilər, yaxud (sarayların üst
mərtəbəsindəki padşahlar kimi) bu dənizin üzərində gəzəcəklər.
Bundan sonra belə dedim:
-Ya Rəsulallah! Məni onlardan etməsi üçün Allaha dua et.
Peyğəmbər (s.ə.s) həmin anda dua etdi. Sonra yenə başını
qoyub mürgülədi və bir müddətdən sonra yenə gülümsəyərək
oyandı. Mən təkrar soruşdum:

255

* İslam Qəhrəmanları *
-Ya Rəsulallah! Niyə gülürsünüz?
Əvvəlki kimi mənə:
“-Ümmətimdən elə insanlar göstərildi ki..." buyurdu.
Dedim ki:
-Ya Rəsulallah! Dua et, Allah məni də həmin zümrədən etsin.
O, belə buyurdu:
Sən də (o dənizin üzərində gəzəcəksən) ilk dəstədən olacaqsan.
Bu yürüş müsəlmanların Ağ dəniz müharibələrinin ilkidir.
Ümmü Həramdan başqa gəmidə mübarək xanımları Übadə bin
Samit, Əbu Zər, Şəddad bin Evs, Əbu-d-Dərda (r.anhum) kimi
səhabələr də var idi.
Həzrət Osmanın (r.a) dövründə Kipr yaxınlığında Rum donanması ilə şiddətli bir müharibə baş vermiş və düşmən donanması məğlub edilərək Kipr hicrətin 18-ci ilində fəth edilmişdir.
Ümmü Həram (r.anhə) belə şanlı bir dəniz savaşında iştirak etmişdir. Lakin müharibənin sonunda adaya ayaq basdığı
zaman ona təqdim edilən bir qatırdan yıxılaraq şəhid olmuş və
Kiprdə dəfn edilərək onun adıdna bir türbə inşa edilmişdir.
(Təbuk səfəri, cihada təşviq edən bəzi ayə və hədislər, Mahmud Sami
Ramazanoğlu).


256

Muğirə bin Şubə (r.a)
Əshabi-Kiramın məşhurlarından olan Muğirə bin Şubə (r.a),
miladi 600-cü ildə dünyaya gəlmiş və 670-ci ildə də (hicri 50) Kufədə taun xəstəliyindən vəfat etmişdir. Taifdə dünyaya gəlmişdir.
Öz dövründə ərəbistan yarımadasındakı dörd dahidən biridir.
Uzun boylu, heybətli və böyük məsələləri həll etməkdə olduqca
məharətli idi. Hicrətin beşinci ilində Xəndək müharibəsi vaxtı
Taifdən Mədinəyə gələrək müsəlman oldu. Peyğəmbərimizlə
(s.ə.s) birlikdə bir çox savaşlarda iştirak etdi.
Hüdeybiyə sazişi imzalanarkən Rəsuli-Əkrəmin (s.ə.s) xidmətində idi. Qüreyşlilərlə imzalanan Hüdeybiyə sazişində məkkəli müşriklər, Bəni Saqif qəbiləsinin rəisi Urvə bin Məsudu elçi
olaraq göndərmişdilər. Bu şəxs Muğirə bin Şubənin əmisi idi. Bu
elçi Peyğəmbərimiz (s.ə.s) ilə danışarkən cahiliyyə adətində olduğu kimi danışarkən Rəsuli-Əkrəmin (s.ə.s) saqqalından tutub
oxşamaq istədi. Qardaşı oğlu Muğirə bin Şubə dərhal müdaxilə
edib qılıncın ucunu əlinə dayayaraq (çək əlini) dedi və onu RəsuliƏkrəmin (s.ə.s) mübarək saqqalına toxunmasını qadağan etdi.
Əmisi onun Rəsuli-Əkrəmə (s.ə.s) olan sevgisi, məhəbbəti və
bağlılığı qarşısında heyrətləndi.
Hüdeybiyə sazişindən sonra baş verən müharibələrdə də iştirak edən Muğirə bin Şubə (r.a) 630 (hicri 9)-cu ildə Taifdəki Bəni
Saqif qəbiləsinin müsəlman olmasından sonra Rəsuli-Əkrəm
(s.ə.s) onu, bütləri yıxmaq üçün bir dəstə əsgərlə Taifə göndərdi.
Taifə gedib bütün bütləri qırdıqdan sonra geri qayıtdılar. Məkkənin
fəthində, Huneyn savaşında və Təbuk səfərində iştirak etdi. Vida
həccində də iştirak edən Muğirə bin Şubə (r.a), Rəsuli-Əkrəm
(s.ə.s) vəfat etdikdən sonra mübarək cənazənin yuyulması və

257

« İslam Qəhrəmanları *
kəfənlənməsi işlərində xidmət edənlərdəndir. Rəsuli-Əkrəm
(s.ə.s) qəbirə endirildikdən sonra üzəri bağlanarkən Muğirə bin
Şubə (r.a) üzüyünü qəbirə atdı və Həzrət Əlidən onu götürməyə
icazə istədi və icazə alıb qəbirə endi. Üzüyünü götürərkən Rəsuli-Əkrəmin (s.ə.s) mübarək ayaqlarını əliylə sığalladı.
Beləliklə Rəsuli-Əkrəmin (s.ə.s) mübarək cisminə son dəfə
əlini vuran şəxs oldu. Ona görə:
“Rəsulullahdan (s.ə.s) son ayrılan insan mənəm”-deyərdi.

Həzrət Əbu Bəkrin (r.a) xəlifəliyi dövründə yalançı peyğəmbərlik
iddiasında olan Müseyləmətu-I-Kəzzab və dindən çıxan mürtədlərin
üzərinə göndərilən orduda iştirak edən Muğirə bin Şubə (r.a), Həzrət
Ömərin (r.a)xəlifəliyi dövründə İraqda baş verən fəthlərdə də iştirak
etdi.
696 (hicri 15)-cı ildə iranlılarla baş verən Qadisiyə müharibəsindən əvvəl İrana elçi kimi göndərilənlər arasında Muğirə bin
Şubə (r.a) da iştirak etmişdi.
İran komandanları özlərini alicənab göstərmək üçün ipəkdən
bəzəkli paltarlar geyinmişdilər. Halbuki müsəlman elçilərin geyimi olduqca sadə idi.
Müsəlman elçiləri çadıra girincə vüqarla addımlayıb başına
qızıl işləməli tac geyinmiş İran şahı (baş komandanı) Rüstəmin
yanında əyləşdilər.
Muğirə bin Şubə (r.a) böyük bir cəsarətlə danışmağa başladı. Əvvəlcə islamın əsaslarını deyib islamiyyət haqqında geniş
məlumat verdikdən sonra sözünə belə davam etdi:
“İslamiyyətin əsaslarına görə, hamı Allah-Təalanın nəzdində
bəndə olaraq eynidir. Heç kimin başqasından bu xüsusda üstün
imtiyazı yoxdur. Bundan başqa səltənət deyilən bir məfhum da
yoxdur. (...Yəni dövlət başçısı millətin xidmətçisidir)”
Muğirə bin Şubənin (r.a) bu sözlərini eşidən iran heyəti birbirlərinə təəccüblə baxaraq nə edəcəklərini və deyəcəklərini bilmədilər. Təlaşı və təəccübü daha da artan İran şahı Rüstəm,

258


yaqut və almazlarla bəzədilmiş qılıncını Muğirə bin Şubə (r.a)
göstərərək:
-Hörmətli elçi, bu qılınc bir çox insan tərəfindən öpülmüşdür,
-dedi.
Bu söz qarşısında böyük dahi Muğirə bin Şubə (r.a) belə
cavab verdi:
-Sənin qılıncını öpənlər (yaltaqlıq edərək) onun qınını öpmüşlər, qılıncı deyil. Sonra öz qılıncını göstərərək:
-Bu qılınc ondan daha kəskin və daha çox bülövlənmişdir,
buyurdu.
Bu görüşlərdən sonra bir nəticə əldə edilmir və onlar arasında
müharibə baş verir. Müsəlmanların qalib gəldiyi Qadisiyə müharibəsində Muğirə bin Şubə (r.a) böyük qəhrəmanlıq göstərmişdir.

642 (hicri 21)-ci ildə İran ordusu ilə Nəhavənddə baş verən
savaşa Həzrət Ömər (r.a) tərəfindən göndərilən əlavə güclərin
komandanlığı Muğirə bin Şubə (r.a) həvalə edildi. Hər zaman
olduğu kimi Muğirə bin Şubə (r.a) islam ordusunun zəfəri ilə nəticələnən bu döyüşdə də böyük qəhrəmanlıqlar göstərdi.
Nəhavənd müharibəsindən sonra Həzrət Ömər, Muğirə bin
Şubəni Bəsrə bölgəsinə vali təyin etdi. Valilik etdiyi bu bölgəni
çox mükəmməl şəkildə idarə edib hər şeyi nizamladı. Mədaxil və
məxariclərin hesabını tutdu və hər şeyi yazılı şəkildə qeyd etdi.
Onun bu xidməti Həzrət Ömər tərəfindən bəyənildi və vəzifəsinə
davam etdi. Daha sonra da Kufəyə vali təyin edildi.
Həzrət Ömər şəhid edildikdən sonra Muğirə bin Şubə, Həzrət Osman (r.a) tərəfindən Mədinəyə çağırılaraq ona müxtəlif vəzifələr verildi. Bir çox vəzifələrdə xidmət etdikdən sonra, Kufədə
baş verən xaricilərin təhlükəsini də yatırdı.
Hərb sahəsində böyük bir qəhrəman olan Muğirə bin Şubə
(r.a), dini elmlərdən də xəbərdar olub bir çox tələbə yetişdirmiş
və onlara dini elmləri öyrətmişdir. Bu böyük insan Rəəsuli-Əkrəmdən (s.ə.s) 133 hədis rəvayət etdiyi müəyyən edilmişdir. Rəvayət etdiyi hədisi-şəriflərdən bəziləri bunlardır:

259

« İslam Qəhrəmanları *
“-Mənim ağzımdan yalan danışmaq, başqa bir adamı dedi
deyə yalan demək kimi deyildir. Kim bilə-bilə mənim adımdan
(ağzımdan) yalan uydurarsa, cəhənnəmdəki yerinə hazırlaşsın.”
“-Arxasınca baş-gözünü yolaraq ağlanılan və fəryad edilən
ölü, bu fəryada görə əzab görər.”
“-Allah sizə analara üsyan etməyi, qız uşaqlarını diri-diri torpağa basdırmağı, veriləcək borcun verilməməsini (borcu inkar
etməyi), verilməyən bir şeyin alınmasını haram etdi. Yenə Allah
sizə dedi-qodu etməyi, çox sual verməyi və israf etməyi məkruh
(haram) buyurdu.”
“-Ölülərə pis deməyin. Çünki buna görə həyatdakı yaxınlarını
incitmiş olarsınız”
(Rəhbər Ensiklopediyası, C. 12; səh. 221, 222)

■13D

260


Tariq bin Ziyad
Gəmiləri Yandıran Əndəlus Fatehi
Tariq bin Ziyad, Əməvilər dövründə Afrikanın fəthi üçün vəzifələndirilmiş Musa bin Nusayrın azad etdiyi kölədir.
Musa bin Nusayr, onda sağlam bir xarakter, qəhrəmanlıq,
əzmkarlıq, iradə, qərar qəbul etmək, bəlağətli danışmaq və eşidənlərdə dərin təsir yaradacaq bir xitabət görüncə onu Əndəlusu
(İspaniyanı) fəth etməyə göndərdi.
Tariq bin Ziyad, tabeliyindəki dörd gəmi və yeddi min əsgərlə
711 (hicri 92)-ci ildə Əndəlusa hərəkət etdi.
Səfər vaxtı gəminin göyərtəsində mürgülədi və yuxuda Peyğəmbəri (s.ə.s) qarşısında gördü. Rəsulullah və Əshabi-Kiram
qılınclarını qurşanmış, yaylarını gərmiş və düşmənə hücum etməyə hazırlaşırdılar. Rəsuli-Əkrəm (s.ə.s):
‘‘-Ey Tariq yoluna davam et!” -buyurdu.
Sonra öndə Tariq bin Ziyad olmaqla Əndəlusa daxil oldular.
Tariq bin Ziyad yuxudan oyandığında sevincindən yerə-göyə sığmırdı. Əndəlusu fəth edəcəyinə əmin idi. Əsgərlər İspaniyanın
You have read 1 text from Azerbaijani literature.
Next - İslam Qəhrəmanları - 14
  • Parts
  • İslam Qəhrəmanları - 01
    Total number of words is 3690
    Total number of unique words is 1837
    26.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 02
    Total number of words is 3692
    Total number of unique words is 1928
    25.4 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 03
    Total number of words is 3712
    Total number of unique words is 1825
    28.6 of words are in the 2000 most common words
    38.3 of words are in the 5000 most common words
    44.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 04
    Total number of words is 3727
    Total number of unique words is 1812
    26.8 of words are in the 2000 most common words
    37.4 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 05
    Total number of words is 3684
    Total number of unique words is 1920
    27.2 of words are in the 2000 most common words
    37.7 of words are in the 5000 most common words
    43.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 06
    Total number of words is 3885
    Total number of unique words is 1738
    28.9 of words are in the 2000 most common words
    40.2 of words are in the 5000 most common words
    45.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 07
    Total number of words is 3618
    Total number of unique words is 1822
    26.7 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 08
    Total number of words is 3522
    Total number of unique words is 1971
    22.5 of words are in the 2000 most common words
    32.3 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 09
    Total number of words is 3588
    Total number of unique words is 1974
    23.3 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    39.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 10
    Total number of words is 3601
    Total number of unique words is 1925
    22.2 of words are in the 2000 most common words
    33.8 of words are in the 5000 most common words
    40.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 11
    Total number of words is 3622
    Total number of unique words is 1986
    23.4 of words are in the 2000 most common words
    34.7 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 12
    Total number of words is 3544
    Total number of unique words is 2010
    23.9 of words are in the 2000 most common words
    33.0 of words are in the 5000 most common words
    38.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 13
    Total number of words is 3733
    Total number of unique words is 1901
    26.6 of words are in the 2000 most common words
    37.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 14
    Total number of words is 3647
    Total number of unique words is 1935
    24.5 of words are in the 2000 most common words
    35.1 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • İslam Qəhrəmanları - 15
    Total number of words is 492
    Total number of unique words is 292
    33.5 of words are in the 2000 most common words
    47.1 of words are in the 5000 most common words
    57.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.