Latin

Medeniyyetden Dile Achilan Qapi - 9

Total number of words is 3477
Total number of unique words is 1672
25.1 of words are in the 2000 most common words
35.6 of words are in the 5000 most common words
41.5 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
döyüşlərdə ciddi bir problemlə rastlaşdığı deyilə bilməz. 1801-ci ildə baş
vermiş olan Kopenhagen döyüşündə isə hətta korluğunun ona vermiş olduğu
üstünlükdən də lazımınca istifadə etmişdir. Yuxarıda qeyd olunan hadisə də
bu döyüşdə baş yaşanmışdır. Əldə olan məlumatlara görə döyüş əsnasında o,
teleskopu kor gözünə qaldırmış və bunun nəticəsində də ondan daha çox
səlahiyyətli olan şəxsin hərəkəti dayandırmaq haqqında verdiyi siqnalı
görməmişdir. Buradaca onu qeyd edək ki, deyilənə görə, Nelson bunu döyüşü davam etdirmək üçün məqsədli şəkildə edib. İndi haqqında danışacağımiz idiom da bu deyiləni təsdiqləyəcəkdir. Belə ki, bu hadisədən sonra
ingilis dilinə aşağıdakı idiom daxil olmuşdur:
Turn a blind eye (kor gözlə bax) və ya turn a Nelson eye (Nelsonun
gözü ilə bax). Bu idiomların ifadə etdiyi mənaya gəldikdə isə, bir şəxsin
mənafeyinə uyğun olmayan şeyləri qəsdən görməzdən gəlməsi nəzərdə
tutulur. Məsələn, aşağıdakı misalda olduğu kimi:
“Tand Fuad arguüed at school and so director called us. Then he asked
that vvhat is a problem? 1 told everything to him and it vvas obvious that Tam
right,but he turned a blind eye and said I am vvrong. Because Fuad vvas his
nephevv — Fuad və mən məktəbdə mübahisə etdiyimiz üçün drektor bizi
yanına çağırdı. Sonra isə bizdən problemin nə olduğunu soruşdu. Mən ona
hər şeyi danışdım və mənim haqlı olduğum göz qabağında idi, amma o bunu
görməzdən gəldi və dedi ki, mən haqsızam. Çünki Fuad onun qardaşı oğlu
idi.”
Misaldan da göründüyü kimi, bu idiomdakı korluq qəsdən, bilərək və
istəyərək olan korluqdur.
Son olaraq haqqında danışacağımız idiom “blood, svveat, and tears —
qan, tər və göz yaşları”dır. Həddindən artıq dərəcədə çətin olan və durmadan
üzərində çalışılmalı olan işi təsvir edərkən istifadə olunur. Bu sözləri
VVinston Churehill 1940-cı ildə Nümayəndələr Palatasında etdiyi çıxışda
işlətmiş və bundan sonra həmin sözlər idiom halını alaraq dildə öz yerini
möhkəmlətmişdir. Belə ki, Churchill 1940-cı il 10 may tarixində Baş Nazir
seçilir və 13 mayda etdiyi çıxışda aşağıdakı sözləri deyir:
100

“TI have nothing to offer but blood, toil, tears and svveat — Mən sizə
qan, zəhmət, göz yaşları və tərdən başqa heç nə vəd edə bilmərəm.”
Churehill bu çıxışı edərkən ikinci dünya müharibəsi də öz miqyasını
genişləndirməkdə idi. Odur ki faşist Almaniyasının qəti əleyhdarı olan
Churchill də bu çıxışında faşistlərə qarşı mübarizə aparmalı olduqlarını və
bu müddət ərzində onları qan, zəhmət, göz yaşları, tərdən başqa heç nə ilə
qarşılaşmayacaqlarını bildirmək üçün yuxarıda qeyd olunan sözləri deyir.
Bunun ardınca isə tək məqsədlərinin qələbə olduğunu da vurğulayır. Nəhayət, danışığının əvvəllərində ona laqeyd yanaşanlar belə bu alovlu çıxışdan
sonra onun sözlərinə 1nanırlar. Churchill-in tərafdarı olmayan siyasətçilərə
belə təsir edə bilən bu çıxış xalqa təsir etməyə bilməzdi. Odur ki xalqın
düşüncələri bu dəfə də dilində əksini tapdı və nəticədə yuxarıdakı idiom dilə
daxil oldu.

101

İNCİL VƏ İNGİLİS DİLİ


“Honour thy father and thy mother: and, Thou shalt love thy
neighbor as thyself (Matthevv)”.
“Ata və ananı şərəfləndir: və Sən qonşunu özünü sevdiyin kimi sevməlisən.”
Xalqın mənəvi mədəniyyətinin bir parçası olan din onun həyatında çox
mühüm yerə sahibdir. Əsrlər keçsə də, texnologiya inkişaf etsə də, insanlar
aya, kosmosa çıxsa da yenə də dinə inanan, haqlı olaraq bu dünyanın çirkindən qurtulmağa çalışan və bunun yolunu Allaha sığınmaqda görən kifayət
qədər insan vardır. Elə buna görə də din öz mövqeyini bu günə qədər qoruya
bilmişdir. Müasir dövrdə isə müxtəlif xalqlar fərqi dinlərə sitayiş etsə də, bu
sitayişin səbəb və məqsədləri və ən önəmlisi bu sitayiş zamanı üz tutulan
Allah birdir. Nəzərə alsaq ki, ardıcıl olaraq bir-birini izləyən peyğənbərlər də
bir-birini danmamış, özündən əvvəlki peyğəmbərin gətirmiş olduğu dinə
hörmət etməklə bəzi dəyişikliklər həyata keçirmişdir, o zaman bu dinlərin
bizə göstərmiş olduğu Allahın birliyinə, demək olar ki, şübhə qalmaz. Lakin
bütün bunlara baxmayaraq bu dinlərinin hər birinin də özünəməxsus cəhətləri vardır. Məsələn, /esus (İsa) Peyğəmbər Allahın oğlu olduğunu və yer
üzündə onun əmrlərini yerinə yetirdiyini qeyd etməklə bərabər zaman-zaman
sufizmdə yer alan ənəlhəq fikrini söyləməkdən çəkinmir. Onun çıxışlarında
mən Allahla qovuşmuşam deməsi əvvəllər xoş qarşılanmasa da, görünür,
sonralar xalq arasında onun nəinki, Allahın oğlu, elə Allahın özü olması
ideasını formalaşdırmışdır. Lakin Quranda qeyd olunur ki, bu Vesus peyğəmbərin günahı deyildir. Belə ki, o Allah olduğunu iddia etmədiyi üçün bütün
bu düşüncə yalnız xalqa məxsusdur. Buradan belə bəlli olur ki, islam xristianlığı təkzib etmir, lakin digər tərəfdən isə islam Allah doğmaz və doğulmazdır deyir. Yəni Allah Vesusun atası ola bilməz. Bu lesus peyğəmbərin
Musa peyğəmbəri müdafiə etməsinin yanısıra dediyi, bəli Musa sünnəti
lazım bilmişdir, lakin mən isə insan oğlunun bədəninin bütövlüyünü lazım
bilərək bu qanunu yığışdırıram deməsinə bənzəyir.
Dinin qanunları isə müxtəlif kitablarda toplanır. Şübhəsiz, bu qanunlar
da o kitaba bu və ya digər bir dildə yazılır. Yəni dinin dil ilə əlaqəsi hələ
burdan başlayır. Lakin bir din konkret xalqın nümayəndələri arasında yayılmağa başladıqda isə bu təsir daha böyük bir miqyas alır. Biz bura da Xristianlığın ingilis dilinə qeyd olunan ikinci aspektdən təsirindən danışacağıq.
Bunun üçün əvvəlcə Xristianlığın İngiltərə tarixinə gəldiyi zaman haqqında
danışmağı lazm bilirik.

102

İngiltərədə xristianlığın tarixi bizim eranın 2-ci əsrin sonlarından
başlayır. Böyük bir ehtimalla bundan öncə də İngiltərədə yaşayıb xristian
olan insanlar olmuşdur, lakin konkret faktlara əsasən bunu demək mümkün
deyildir. İlk olaraq İngiltərəni bu dinlə tanış edənlər haqqında da dəqiq bir
məlumat yoxdur. Bu din yayıldığı zaman İngiltərənin yerli əhalisi olan
Keltlər bir çox allaha sitayiş edirdilər. Bu dövrdə orada hakim olanlar isə
latınlar idi və onlar xristianlığa tolerant münasibət bəsləmirdilər. Odur ki
eramızın 304-cü ilində onlar ilk britaniyalı xristian olan St Alban-ı edam
etmişdilər. Lakin 313-cü ildə imperator Constantine xristianlığa sitayiş
edənlərə azadlıq verdikdən sonra xristianların sayı İngiltərədə də artmağa
başladı. Sonralar 5,6-cı əsərlərdə İngiltərənin Angle, Saxon və /Vute-lar
tərəfindən işğalı dinə də öz mənfi təsirini göstərdi.Artıq bu vaxt xristianlıq
ətraf ərazilər olan VVales, İreland və Scotland-a yayılmaqda davam ediirdi.
627-ci ildə isə şimali İngiltərənin kralı Edvvin yenidən xristianlığın çiçəklənməsi yolunda addımlar atdı. Ehtimala görə, onu bu addımları atmağa gətirib
çıxaran səbəb xristian olan arvadı Ethelburga olmuşdur. Kralın ölümündən
sonra bu dinin İngiltərədəki inkişafı istiqamətində bəzi enişlər olsa da, 7-ci
əsrin sonlarında İngiltərə demək olar ki, tamami ilə xristian olaraq tanınırdı.
Bundan sonrakı əsrlərdə də başqa xalqların İngiltərəni işğalı nəticəsində bu
dinin inkişafında müyyən fərqli cəhətlər özünü göstərsə də, ümumən xristianlıq öz yerini möhkəmlətmək istiqamətində irəliləmişdir.
Xalqın əksəriyyətinin sitayiş etdiyi bu din onun dilinə də təsir göstərmişdir. Məlumdur ki, İncil müxtəlif kitabların toplusudur. Və bu kitablarda
Tesus peyğəmbərdən öncəki peyğəmbərlər haqqında məlumat verilməsinə
baxmayaraq əsas yeri /esus ğeyğəmbərin danışıqları və onun haqqında deyilmiş olan fikirlər tutur. İngilis dilinə də məhz bu hissə daha çox təsirini göstərsə də digərlərinin təsirindən də danışmaq mümkündür. Biz burada mənşəyi İncil olan aşağıdakı idiomlara nəzər salacağıq:
Dust and ashes: fire and brimstoneş land of Nod: good Samaratian,
prodigal son, to serve tvvo master: a doubting Thomas, a golden calf,
vvormvvood and galiş a fly in the oinment.
Dust and ashes (toz və kül) idiomu həddindən artıq dərəcədə narazılıq
hissini və nəyinsə xəyal qırıqlığı, boş şey olduğunu ifadə etmək üçün istifadə
olunur. Məsələn, aşağıdakı misalda olduğu kimi:
“Before I have been to this city, 1 thought that this city looks like heaven,
but vvhen I savv it I realised that it is dust and ashes.”
“Mən bu şəhərdə olmamışdan qabaq fikirləşirdim ki, ora cənnət kimi
bir yerdir, amma oranı görəndə başa düşdüm ki, bu şəhər haqqında səhv
fikirdə olmuşam,halbuki onu gözümdə bu qədər böyütməyə dəyməzmiş.”

103

Bu idioma İncilin “Genesis” və “/ob” adlı kitablarının müxtəlif
qisimlərində rast gəlinir. Bunlardan biri isə Sodom alması və yaxud da ölü
dəniz meyvəsi haqqında olan əfsanə ilə əlaqədar olan epizoddur. Bu meyvənin xarici görünüşü haqqında danışılarkın onun çox gözəl və cəlbedici
olduğu vurğulanır. Lakin yeyildikdə verdiyi dad isə dust and ashes olaraq
izah olunur. Yəni onun düşünüldüyünün əksinə bir xəyalqırıqlığı olaraq heç
də xoş bir dada sahib olmadığı göstərilmiş olur.
Fire and brimstone (od və kükürd) idiomu bu gün cəhənnəmdə olan
əzabları ifadə etmək üçün işlədilir. Bu idioma da “Genesis”də rast gəlmək
olar. Burada qeyd olunur ki, gecə Sodom ərazisinə mələklər enir və onları
görən Lot evinə dəvət edir. Lakin mələklərlə yolda gedərkən doğru yoldan
azmış bir qrup insanla qarşılaşdıqda Lot mələklərin istəyi əsasında onları
mələklərin yanına gətirməyə yollanır. Onlar isə Lot-u təhqir edərək gəlməyəcəklərini bildirirlər. Belə olduqda mələklər bu şəhəri dağıdacaqlarını deyir
və əgər ailəsi varsa onrları da alıb getməyi Lot-a məsləhət bilirlər. Lot evə
gələrək iki qızını və arvadını götürüb gedir. Lakin onlara Allah tərəfindən
gedərkən dönüb geriyə baxmayın əmrinə uymayan arvadı fəlakətdən xilas
ola bilmir. Ona görə də yalnız Lot və qızları qurtulur ki, sonradan bu qızlar
insan nəslinin məhv olduğunu düşünərək atalarına şərab içirib onun xəbəri
olmadan onunla yaxınlıq edir və atalarından olan övladlar dünyaya gətirirlər.
Bu sırada Allahın Sodom və Gomorrhan-ı məhv etməsi isə aşağıdakı kimi
təsvir olunur:
“And Lord rained upon Sodom and Gomorrha brimstone and fire from
the lord out of heaven”.
“Allah cənnətdən Sodom və Gomorrha üzərinə yağış kimi kükürd və
alov yağdırırdı.”
Yuxarıdakı misaldan da aydın olur ki, bu atəş və kükürd insanlara etdikləri pis əməllərin qarşılığında cəhənnəmdə vəd olunan əzablardır.
Land of the Nod (yuxu diyarı) idiomu yuxu diyarı və ya insanın yatdığı
an kimi mənalar ifadə edir. Ümumən ingilis dilində “to nod” başın Azərbaycan mədəniyyətində razılıq əlaməti olan yuxarıdan aşağıya doğru hərəkəti, mürgüləmək, isim olaraq isə mürgü, yuxu mənalarına gəlir. Bu isə
insanın yatanda və ya sadəcə mürgüləyəndə başının aşağı-yuxarı enibqalxması ilə əlaqələndirilir. İdiom öz mənşəyini “Genesis” adlanan kitabda
Qabil və Habil haqqındakı əhvalatdan götürmüşdür. Belə ki, Adəmin oğlanları olan Qabil maldar və Habil isə çoban idi. Bir gün onlar Allaha öz
töhfələrini gətirirlər. Qabil meyvə, Habil isə heyvanları içərisindən ən
yaxşəsını, yağlısını gətirir.Və Allah Habilin gətirdiyini yüksək qiymətləndirərək ona hörmət göstərir, lakin Qabiliə isə yox. Bundan xəbərdar olan

104

Qabil Allaha qarşı qəzəblənir və qardaşı Habili öldürür. Vəziyyəti belə
gördükdə Allah ondan qardaşına nə etdiyini soruşur. Qabil günahını da etiraf
etmək istəmir. Belə olduqda Allah onu Eden-in şərq tərəfinə sürgün edir.
Qabilin sürgün edildiyi bu yer isə Land of Nod deyə adlandırılmışdı:
“Cain vvent out from the presence of the LORD, in and dvvelt in the land
of Nod, on the east of Eden”.
“Qabil Allahın hüzurunda çıxdı və Eden-in şərqində yuxu diyarında
yaşamağa başladı.”
Qeyd olunan epizoddan da məlum olur ki, idiomun ifadə etdiyi yuxu aləmi,
əsasən, müsbət şəkildə istifadə olunsa da (insanın yatarkən bütün dünyadan
ayrılaraq heç kimin onu xəyallarından ayıra bilməyəcəyi bir diyara getməsi
nəzərə alındıqda bu idiomun müsbət mənada istifadəsi qəribə səslənmir)
mənfi istifadəyə də açıqdır. Belə ki, bu elə bir diyardır ki, burada olanlarla
heç kim maraqlanmaz. Onlar kimsəsiz biri olaraq bura atılmış və bu yer
xaricində olan heç bir şeydən də xəbardar deyildirlər. İdiomun daha yumoristik istifadəsi isə 18-ci əsrdən etibarən başlayır ki, bu da, xüsusilə, Vonathan
Svvift-in “Polite Conversation” (Nəzakətli Söhbət) adlı əsəri ilə bağlıdır.
Birinə Good Samaratian (yaxşı Samarialı) deyə müraciət etdikdə onun xeyirxah, başqalarına kömək etməyi sevən biri olduğunu bildirmək məqsədi
güdülür. İdiom İncilin “Luke” adlı kitabında /esus tərəfindən deyilən bir
məsələ istinadən dilə daxil olmuşdur. Belə ki, Samarialılar İsraildə xüsusi bir
dinə sahib toplum hesab olunur. İncildə qeyd olunan məsələ gəldikdə isə bir
gün bir hüquqşünas /esus-dan soruşur ki, əbədi həyata qovuşmaq üçün nə
etməliyik? /esus isə deyir ki, bu haqda qanunda yazılmış olanları bilir, yoxsa
yox. Onda hüquqşünas qanuna görə əbədi həyata qovuşmaq istəyən şəxsin
Allahı bütün qəlbi, bütün ruhu, gücü, düşüncəsi ilə və qonşusunu isə özünü
sevdiyi kimi sevməli olduğunu bildirir. Yesus ona əgər bunları bilirsənsə get
və mənə indi dediklərini icra et deyə müraciət edir və qeyd edir ki, o zaman
əbədi həyata da qovuşacaqsan. Lakin hüquqşünas bu dəfə də qonşu deyiləndə
kimin nəzərdə tutulduğunu soruşur. O zaman /esus aşağıdakı hekayəni danışır:
“and Vesus ansvvering said, A certain (man) vvent dovvn from /erusalem to
Tericho, and fell among thieves, vvhich stripped him of his raiment, and
vvounded (him) and departed, leaving (him) half dead.
And by chance there came dovvn a certain prtest that vvay: and vvhen he savv
him, he passed by on the other side.
And likevvise a Levite, vvhen he vvas at the place, came and looked (on him),
and passed by on the other side.

105

But a certain Samaratian, as he fourneyed, came vvhere he vvas: and vyhen
he savv him, he had compassion (on him),
And vvent to (him), and bound up his vvounds, pouring in oil and vvine, and
set him on his ovvn beast, and brought him to an inn, and took care of him.
And on the morrovv vyhen he departed, he took out tvvo pence, and gave
(them) to the host, and said unto him, take care of him, and vvhatsoever thou
spendest more, vvhen 1 come again,l vvill repay thee (səh. 2571-Vames).”
“Və Yesus ona cavab verərək dedi, müəyyən bir adam Yerusəlimdən /erichoya gəldi və burada oğrular arasına düşdü ki, bu oğrular onun paltarlarını
soyundurub yaraladıqdan sonra orada yarımcan halda qoyub getdilər.
Və təsadüfən müəyyən bir din adamının da yolu bu səmtdən düşdü:O bu
şəxsi gördükdə başqa tərəfdən keçərək getdi.
Və eynilə Levite də bu yerə gələndə yaxınlaşdı, o adama baxdı və digər
tərəfdən keçib getdi.
Amma müəyyən bir Samaratialı səyahət edərkən o adamın olduğu yerə gəldi:
və onu gördükdə ona qarşı ürəyində mərhəmət oyandı.
Və ona yaxınlaşdı və yağ və şərab tökərək yaralarını bağladı və onu öz
qucağına alaraq mehmanxanaya gətirdi və ona qayğı göstərdi.
Və sabah o (samaratialı-müəllif) oradan ayrılarkən 2 pens götürdü və onları
mehmanxana sahibinə verdi və ona dedi ki, bu adama qayğı göstərsin, və o
bunun xaricində də nə xərcləsə, mən növbəti gəlişimdə onu da əlavə olaraq
ödəyəcəm.”
Bu məsəldən sonra /esus əbədi həyata qovuşmaq üçün buradakı samaratialı
kimi olmağı məsləhət bilir. Onun izahından belə məlum olur ki, qonşu
deyiləndə heç də yaxın yerlərdə yaşayan şəxslər deyil, bir-birinə kömək edən
hamı nəzərdə tutulur. Odur ki, əbədi həyat üçün qonşunu özünü sevdiyin
qədər sevməlisən dedikdə də bütün insanları özümüz qədər sevmək və köməyə ehtiyacları olduğu təqdirdə isə özümüzə qarşı necə davranarıqsa o şəkildə davranmalıyıq.
Bugünkü “good Samaratian” idiomunda adı keçən şəxs yuxarıdakı hekayədə
oğruların soyduğu və yaraladığı şəxsə yardım edən həmin adamdır.Və artıq
bu hekayədən sonra xeyirxah bir adamı good Samaratian deyə adlandırmağın
nə qədər təbil olduğunu görürük.
Nəzər salacağımız növbəti idiom isə prodigal son (israfçı oğul)-dır. Bu
idiom kimin haqqında deyilirsə, onun rahat və israfçı şəkildə, istədiyi kimi
bir həyat yaşamaq üçün evi tərk etdiyini,lakin sonda peşman olaraq evə döndüyünü başa düşməliyik. Bu idiom da “Luke” kitabında /esus tərəfindən
danışılan bir məsəllə əlaqədardır. Biz bu məsəlin sadəcə qısa məzmunu haqqında danışmağı kifayət hesab edirik.Bu məsəldə bir kişinin daha gənc olan

106

oğlu atasından ona qalan var-dövləti götürərək evi tərk etmək və istədiyi
həyatı yaşamaq istəyir. Nəhayət, atası da oğlunun fikrindən dönmədiyini görüb ona getmək üçün icazə verir. Oğlu isə çox uzun sayılmayacaq bir müddət
ərzində bütün pulu xərcləyir, lakin axırda çarəsiz qalıb tövbə edərək atasının
yanına qayıdır. Artıq mirasdan öz payını aldığından isə sadəcə bir xidmətçi
kimi belə burada qala biləcəyini deyir. Buna baxmayaraq, atası Lev Tolstoyun hər şeyə rəğmən sevgi prinsipini əsas alaraq oğlunu sevinclə qarşılayır
və hətta onun üçün kök bir dana da kəsir.
Odur ki, bu məsələ istinadən yaran yuxarıdakı idiomda yer oğul hər nə qədər
mənfi xarakterik cəhətlərə sahib olsa da, yenə də haqqında danışılan şəxs
haqqında həddindən artıq dərəcə də negativ fikir formalaşdırmır.
Serve tvvo masters (iki ağaya xidmət etmək) idiomu eyni anda bir-birinə
zidd olan iki fikri,siyasi görüşü müdafiə etmək, iki fərqli istəyə sahib şəxsdən
əmr alıb yerinə yetirmək mənalarını ifadə edir. İdiomun mənşəyi isə
“Matthevv” kitabıdır. Belə ki, burada insanın Tanrı tərəfindən sevilməsi üçün
müxtəlif məsləhətlər verilir.Və sonrasında isə bir şəxsin həm Allaha, həm də
pula, var-dövlətə eyni anda xidmət edə bilməyəcəyi aşağıdakı şəkildə qeyd
olunmuşdur:
“No man can serve tvvo masters: for either he
vvill hate the one, and İove the other, or else he
vvill hold to the one, and despise the other. Ye
cannot serve God and mammon.”
“Heç kim iki ağaya qulluq edə bilməz: belə
olduqda o birinə nifrət edəcək və digərini isə
sevəcək. Və yaxud birinin tərəfini saxlayıb,
digərinə də həqarət edəcək. Sən eyni anda həm
Allaha, həm də Pula xidmət edə bilməzsən.”
Burada qeyd olunan mammon pul və ya vardövlət mənalarını ifadə edir.Belə ki, qədim ibrani dilində bu söz pul, müasir
ibrani dilində isə var-dövlət anlamına gəlir. Odur ki qeyd olunan idiom həm
yaxşı biri olduğunu iddia edən (yəni özünü “mələk” kimi bir insan sayan),
həm də pul üçün lazım olan istənilən alçaq səviyyəyə düşməyə qadir olan
insanlara aiddir. Lakin buradan o nəticəyə gəlmək olmaz ki, belə insanların
doğru olanı seçmək potensialı yoxdur. Nəticə də əgər bir insan real mənindən
razı olmadığı üçün özünü “mələk” kimi göstərməyə çalışırsa, bu onun ideal
mənidir və birgün bu idealın reallaşacağına isə ümid hər zaman vardır. Elə
bu cəhət də nəzərə alınaraq İncildə də insanlara doğru yol göstərməyə
çalışılmışdır. Axı düz yola gələcəyinə kiçicik ümidimizin belə olmadığı


107

şəxslərə yol göstərməyə də ehtiyac yoxdur. Demək ki, İncilin də insanda real
mənlə bərabər mövcud olan ideal mənə ümidi olmuşdur.
Konkret, danılmaz dəlil olmadan heç nəyə inanmayan, şübhələnən insanı
əvvəlki bölmələrin birində Dutchman (holland) adlandırmışdıq. Burada isə
a doubting Thomas adlandıracağıq. Thomas “/ohn” kitabında /Tesus-un
şagirdlərindən biridir. Kitabın sonlarına doğru /esus-un ölüb yenidən dirilməsi təsvir olunur. Dirildikdən sonra isə /esus şagirdlərinin yanına gəlir.
Lakin o gəldikdə şagirdləri içərisində olmayan Thomas digərlərinin /Vesus-u
gördüklərini söyləməklərinə rəğmən bunu özü görməzsə inanan bilməyəcəyini deyir:
“the other disciples therefore said unto him, VVe have seen the Lord. But he
said unto them, Expect 1 shall see in his hands the print of the nails, and put
my finger into the print of the nails, and thrust my hand into his side, 1 vvill
not belteve”.
“Odur ki digər şagirdlər ona dedilər ki, biz /esus-u görmüşük. Amma o,
onlara dedi ki, mən onun əllərində dırnaqların izini görüb ona öz barmaqlarımla toxunmayınca və əlim ona dəyməyincə buna inanan deyiləm.”
Doğurdan da, Thomas ancaq özü /esus-u, yəni şübhəyə yer qoymayan dəlili
gördükdə deyilənlərə inanır. Lakin /esus bu hərəkətinin qarşılığında ona
deyir ki, sən məni gördüyün üçün inandın, mübarək o şəxslərdir ki, məni
görmədən 1nanırlar. Yesus-un dediyi sözlərdən də aydın olur ki, qeyd olunan
idiomla təsvir etdiyimiz şəxsin şübhəcilliyi həddindən artıq çox və yalnız
dəlillərlə yaşamağı isə rahatsızlıq verici dərəcədədir.
Mənasız, dəyərsiz bir ibadət obyekti kimi qəbul edilən nəyəsə (xüsusilə
maddi dəyərə sahib) golden calf (qızıl buzov) deyilir. Bu idiom “Exodus”
kitabında verilən bir epizodla əlaqədar olaraq ortaya çıxmışdır. Kitabda qeyd
edilir ki, Musa peyğəmbər Sinai dağında Allahla danışarkən qövmü düz
yoldan çıxaraq yenə də əvvəki adətinə qayıdır. Belə ki, yenə də əvvəllər
mövcud olan bütlərdən istəyirlər. Aaron oların istəklərini yerinə yetirməli
olduğunu görərək qızılı əridib bir büt hazırlayır (qızıl buzov). Gəlib bunu
görən Musa çox qəzəblənir və:
“And he took calf vvhich they had made, and burnt(it) in the fire, and ground
it to povvder, and strovved (it) upon the vvater, and made the children of Israel
drink (of it)”.
“Və o onların düzəltmiş olduğu buzovu götürdü və onu alovda yandırdı və
əzib toza çevirdi və onu suyun üstünə səpdi və israilli uşaqlarına onu içirtdi.”
Bu buzova sitayiş isə böyük günah olduğundan cəzası da böyük oldu.

108

VVormvvood and gall (yovşan və öd) idiomu acı və — 5. —”
mənasına gəlir. Bu idiomun İncildə işlənmə 7 2 :
yerinə nəzər salmazdan əvvəl idiomda qeyd
olunan bitki və orqan haqqında qısaca danışmaq lazımdır. Yovşanın hissələri və yağı dərman olaraq istifadə olunur. O, xüsusilə həzmetmə prosesində yaranan iştahsızlıq, mədə
küskünlüyü kimi xəstəliklərin aradan qaldırılmasında faydalıdır. Həmçinin bu bitkidən bəzi
spirtli içkilərin hazırlanmasında da istifadə
olunur. Qeyd olunan xususiyyətləri ilə yanaşı onun digər bir xususiyyəti də
acı dada malik olmasıdır ki, biz də burada onun bu xususiyyətinə əsasən qeyd
olunan idiomu izah etməyə çalışacağıq. Öd də öz növbəsində bu idiomun
daxilində məhz acılığı əsas alınaraq işlənmişdir. “Lamentation (Mərsiyə)”
kitabında Tanrının İsrail xalqını etmiş olduğu günaha görə cəzalandırmasından bəhs olunarkən müxtəlif yerlərdə vvormvvood və gall haqqında danışılır.
Bu danışıqların birində Allahın israil xalqını etmiş olduğu günaha görə
yovşanla bəsləmək və içmək üçün su olaraq da öd vermək haqqında qərara
gəldiyi bildirilir:
“Tvvill feed them, (even) this people, vvith vvormvvood, and give them vvater
of gall to drink”.
“Mən bu xalqı (hətta) yovşanla bəsləyəcəm və onlara içmək üçün öd suyu
verəcəm.”
Göründüyü kimi, burada (o cümlədən, kitabın burada qeyd etmədiyimiz
digər hissələrində də) yovşanın heç bir xeyirli cəhətinə işarə edilmir. Nəticədə Allah cəza kimi insanların xoşuna gedəcək bir şey göndərə bilməzdi.
Yuxarıda qeyd olunan idiomlar böyük bir qrup içərisindən seçilmişdir.Odur
ki burada haqqında danışmadığımız, amma mənşəyi İncil olan idiomlardan
bəzilərini də qeyd edirik:
Out of closet, in Abraham”s bosom: the mammon of unrighteousness,
gnash your teeth, milk and honey: fly in the oinment: full of years, credit
vyhere credit is due, the povvers that beş of good cheerss, make bricks
vvithout stravv, man cannot live by bread alone, built on sandş an eye for
an eye and a tooth for a tooth, incline your earş put (yaxud set) your
hand to the ploughş a vvolf in sheep”s clothing və s.


VVormvvood Plants

109

SON SÖZ YERİNƏ...


“Mədəniyyətdən dilə açılan qapı” kitabında toxunulmuş məsələlərdən ortaya
çıxan nəticə budur ki, xalqın mədəniyyəti və dili bir-biri ilə qırılmaz tellərlə
bağlıdır. Və onların qarşılıqlı əlaqəsində isə birinin digəri üzərində dominantlıq təşkil etməsi haqqında danışmaq yersizdir. Bir halda ki, onlar özləri
belə bir dominantlıqdan “danışmayaraq” bir-birinin daha da inkişaf etməsinə
şərait yaradır, onda bizim gərəksiz mübahisələrə səbəb olacaq fikirlərimizə
də ehtiyac qalmır.
You have read 1 text from Azerbaijani literature.
  • Parts
  • Medeniyyetden Dile Achilan Qapi - 1
    Total number of words is 3825
    Total number of unique words is 1687
    23.2 of words are in the 2000 most common words
    32.6 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 2
    Total number of words is 4058
    Total number of unique words is 1715
    24.5 of words are in the 2000 most common words
    35.0 of words are in the 5000 most common words
    40.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 3
    Total number of words is 3853
    Total number of unique words is 1749
    22.5 of words are in the 2000 most common words
    31.9 of words are in the 5000 most common words
    37.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 4
    Total number of words is 3952
    Total number of unique words is 1755
    22.0 of words are in the 2000 most common words
    32.8 of words are in the 5000 most common words
    38.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 5
    Total number of words is 4027
    Total number of unique words is 1783
    23.2 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 6
    Total number of words is 3976
    Total number of unique words is 1889
    23.2 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 7
    Total number of words is 3918
    Total number of unique words is 1733
    23.6 of words are in the 2000 most common words
    32.7 of words are in the 5000 most common words
    38.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 8
    Total number of words is 3883
    Total number of unique words is 1797
    24.7 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 9
    Total number of words is 3477
    Total number of unique words is 1672
    25.1 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.