Latin

Medeniyyetden Dile Achilan Qapi - 7

Total number of words is 3918
Total number of unique words is 1733
23.6 of words are in the 2000 most common words
32.7 of words are in the 5000 most common words
38.3 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
çınqıl toplamasın. O isə ehtiyat üçün çınqıl yerinə anlalarının onlara verdiyi
quru çörəyi ovub getdikləri yola səpir. Və valideyinləri onları yenə meşədə
azdırdıqda yola baxır və tökdüyü çörək qırıntılarının quşlar tərəfindən
yeyildiyini görür. Nəhayət, meşədə dolaşıb bir divin evinə gəlib çıxırlar.
Xidmətçi onları gizlətsə də, div tapır. Amma xidmətçinin məsləhəti ilə
kökəldikdən sonra onları yeməyi qərara alır. Hop o” my Thumb plan quraraq
qardaşları ilə oradan qaçır. Bundan xəbər tutan div seven-league boots
adlanan çəkmələrini geyinir. Bu çəkmələr bir addımda yeddi liqalıq bir
məsafəni gedə bilirdi. Odur ki div uşaqlara rahatlıqla çatır, amma onları görə
bilmir. Hop o” my Thumb onu və ayağındakı çəkmələrini görüb qardaşlarına
evə doğru getmələrini tapşırır. Özü isə xidmətçidən haqqında məlumat aldığı
bu çəkmələri divdən oğurlamağı qərara alır. Nəhayət, div yatılı ikən onları
çıxarır və bu əsnada ayılan div çəkmələri olandakı sürətinin varlığına
inanaraq onu qovarkən bir uçurumdan yuvarlanıb ölür. Hop o” my Thumb
isə bu çəkmələrlə tez bir şəkildə divin qəsrinə gəlib onun xəzisəsindən gücü
çatdığı qədər götürür və yenə həmin sürətlə evlərinə qayıdır. Təbii olaraq bu
xəzinəni görəndə ailəsi onun geri qayıtdığına da sevinir.
Yuxarıdakı idiomda adı çəkilən çəkmələr qeyd etdiyimiz nağılda div və
Hop o” my Thumb-ın sürətlə istədiklər yerə getməyinə yardım edən həmin
çəkmələrdir.

76

MUSİQİ MƏDƏNİYYƏTİ VƏ İNGİLİS DİLİ


Dilə ədəbiyyatın daha çox təsir göstərməsindən danışarkən qeyd etmişdik ki, bunun bir səbəbi də bədii əsərlərə istinadən çəkilən filmlərdir. Yəni
əsərin ekrana gətirilməsi xalqın daha çox diqqətini cəlb edir və odur ki, film
vasitəsilə bu əsər daha geniş kütləyə çatmış olur. Şübhəsiz ki, bu siyahıya
musiqilər də daxildir. Musiqinin auditoriyaya çatma poresesi səs və müasir
dövrdə səslə yanaşı kliplərlə də həyata keçirilir. Və üstəlik musiqiyə qulaq
asmaq bir iş, vəzifə olmadığından, insanın rahatlamasına xidmət etdiyindən
ən çox üz tutulan şeylərdən biridir. Odur ki mədəniyyətin bu qədər diqqət
mərkəzində olan hissəsi çox rahatlıqla dilə də göstərə bilir. İngilis dilinə
müxtəlif, xüsusilə amerikan musiqilərinin təsir göstərməsinə baxmayaraq biz
burada dilə təsir göstərmiş ingilis musiqilərdən bir neçəsi haqqıda danışacağıq.
Haqqında danışacağımız ilk idiom poor little rich girl (or boy) — yazıq
balaca varlı qız (və yaxud oğlan) idiomudur. Bu idiom maddi cəhətdən varlı
olmasına baxmayaraq məmnun və xoşbaxt ola bilməyən gənc insanlar haqqında danışarkən istifadə
olunur. Lakin biz belə insanlar haqqında danışarkən nə üçün məhz belə deyirik onu müəyyənləşdirmək lazımdır. Bu idiom ingilis aktyor, bəstə


kar, musiqiçisi Noel Covvard-ın “Poor Little Rich ğ İ I v i
Girl” adlı mahnısından dilə daxil olmuşdur. Yuxa- Bal m.
rıdakı izahdan idiomun ümumən nə məna ifadə N.Covvard

etdiyi məlum olsa da tam dəqiqlik naminə N Covvard-ın qeyd olunan musiqisinin idiomun tam dərki üçün kifayət edəcək qisminə nəzər salaq:

Poor little rich girl, you”re bevvitched girl
Better take care
Laughing at danger, virtue a stranger
Better bevvare
The life you lead sets all your nerves a — yangle
You İove affairs are in a hopeless tangle
Though you”re a child, dear
Your life”s a vvild typhoon
İn lives of leisure, the craze for pleasure
Steadly grovvs
Cocktails and laughter, but vvhat comes after?

77

Nobody knovvs
... You are only a baby
You”re lonely, and maybe
Someday soon you”l1l knovv
The tears you are tasting
Are years you are vvasting
Life”s bitter foe ...

Yazıq, balaca, zəngin qız, sən sehirlisən,
Özünə daha yaxşı bax
Təhlükədə gülüş, tanımadığın birində fəzilət
Daha ayıq-sayıq ol.
Yaşamış olduğun həyat bütün əsəblərini təlatümə gətirir.
Sən ümidsiz dolaşıqlıq içində olan işləri sevirsən.
Hərçənd sən hələ uşaqsan, əzizim,
Sənin həyatın vəhşi tayfun kimidir.
Boş zamanların canlı təsiri anında həzzə düşkünlük
Sürətlə böyüyür.
Kokteyllər və gülüş, bəs yaxşı sonra nə gəlir?
Heç kim bilmir.
Sən sadəcə körpəsən,
Sən tənhasan və bəlkə
Tezliklə birgün başa düşəcəksən ki,
Daddığın göz yaşları
Boş yerə keçirdiyin illərindir,
Həyat çox daha pis düşməndir.

Musiqidən də məlum olur ki, poor little rieh girl gənc olduğu üçün
həyatı yetərincə başa düşmür. Çünki o hələ həyatın pis üzünü görməmişdir.
Odur ki onun üçün hər şey şənliklər, içki, könül oyunlarıdır. Belə biri isə
düşünmədən özünü hər hansı bir həzz üçün təhlükəyə ata bilər. Həyatın
qayğıları ilə tək qalmamış olan valideynlərinin böyütmə tərzi ilə istədiyi şeyi
hər zaman çətinlik çəkmədən əldə edən biri üçün bu bir o qədər də çətin
deyildir. Lakin musiqiçi bu qızı günahlandırmır və etdiklərini isə uşaqlığı ilə
əlaqələndirir. Və ona ömrünün şən çağlarını boş yerə keçirməməsini də
məsləhət görür. Odur ki qeyd olunan idiomla kiməsə müraciət olunduğu
zaman burada kinayə yox, haqqında danışılan şəxsə qarşı qayğı nəzərdə

tutulur.

78

Noel Covvard hazırda geniş toxunmayacağımız digər bir idiomun da dilə
daxil olmasında mühüm rol oynamışdır. Bu mad dogs and Englishmen Dəli itlər və ingilislər idiomudur. Bu idiomun Noel Covvard-dan öncə də
varlığı məlumdur. Lakin N.Covvard-ın eyniadlı musiqisinin ardından o,
ingilislərin həyatında daha vacib yer tutmağa başlamış və bu günə qədər də
öz varlığını qoruyub saxlaya bilmişdir. Bu idiomun işlənmə situasiyasına
gəldikdə isə, təxminən, aşağıdakı kimidir: İki ingilisin dəhşətli dərəcədə isti
bir gündə yolda qarşılaşdığını təsəvvür edin. Bu zaman onlarda biri mad dog
and Englishmen deyə digərinə müraciət edə bilər. Bu isə qeyd olunan
situasiyadan da məlum olduğu kimi o deməkdir ki, belə bir istidə bir dəli
itlər, bir də ingilis olan hər hansı bir şəxs çölə çıxmaq kimi bir ağılsızlıq edə
bilər. Lakin buradan heç də o nəticəyə gəlinməsin ki, ingilislər öz xalqını
ağılsız hesab etdiyi üçün bu idiomu yaratmış və Noel Covvard da bu fikri
dəstəklədiyi üçün eyniadlı bir musiqi yazmışdır. Nəticədə onu nəzərə almaİıyıq ki, ingilis dilində bir də T”m Englishman ifadəsi də vardır ki, bu
ifadənin işlənmə situasiyası ingilislərin bir xalq olaraq özlərini kifayət qədər
yüksəkdə gördüklərini sübut edir.
Musiqi mədəniyyətinin təsiri ilə dilə daxil olan növbəti idiom isə
improve the shining hour (parlaq saatları artır)-dur. İşlənmə situasiyasında
ifadə etdiyi mənaya gəldikdə isə, vaxtını boş
yerə itirmə, zamanın qədrini bil deməkdir. Bu
idiom ingiltərəli məntiqçi, teoloq, kilsə himnləri yazıçısı İsaac VVatts-ın 1715-ci ildə yazmış
olduğu “Divine songs for Children” (uşaqlar
üçün ilahi nəğmələr) musiqi toplusu içərisində
olan “Hovv doth the little busy bee” adlı mahnısından gəlir. İdiomun tam olaraq nə mənada
işləndiyini isə musiqiyə nəzər saldıqdan sonra görəcəyik. Musiqi, təxminən,
aşağıdakı kimidir:


İsaac VVatts

Hovv doth the little busy bee
İmprove each shining hour,
And gather honey all the day
From every opening flovverl

Hovv skillfully she builds her celll
Hovv neat she spreads the vvaxl
And labours hard to store it vvell
VVith the svveet food she makes.

79

İn vvorks of labour or of skill
İ vvould be busy too:
For Satan finds some mischief still
For idle hands to do.

İn books, or vvork, or healthful play
Let my first years be past,
That 1 may give for every day
Some good account at least.

Balaca çalışqan arı hər parlaq saatı
Necə də səmərəli dəyərləndirir,
Və hər açıq çiçəkdən
Hər gün bal toplayır.

O öz evini necə də bacarıqla tikirl
O öz şanını necə də səliqəli şəkildə yayırl
Və onun hazırladığı şirin yemək
Bu böyük zəhmət hesabına ehtiyat olaraq saxlanır.

Zəhmət və bacarıq tələb edən işlərlə
Mən də həmçinin məşğul ola bilərəm:
Hələ də bəzi axmaq əllərin etməsi üçün
Fitnə-fəsad tapan Şeytandan qaçınmaq üçün.

İzin ver ilk illərim kitablarda,
Yaxud iş və ya gümrahlıq verən oyunlarla keçsin ki,
Mən də hər gün ən azından
Bəzi yaxşı nəticələr göstərə bilim.

Göründüyü kimi, İ.VVatts burada arıların çəkdiyi əməyi təsvir edir və bu
əməyə öz vurğunluğunu ifadə edir. Arıların necə çalışqanlıqla və səbirlə şan
hazırlamasına diqqət çəkərkən bununla insanların da səbirlə və ciddi şəkildə
çalışmalı olduğunu da göstərmiş olur. Nəzərə alsaq ki, bu musiqilər uşaqlar
üçün yazılmışdır, o zaman müəllifin məqsədi tamamilə aydın olar. Belə ki,
insanların əməyə, çalışqanlığa ta kiçik yaşlarından alışdırılması, demək olar
ki, onların qayğısını çəkən hər kəsin işidir. Lakin bu da bir həqiqətdir ki,
qeyd olunan musiqi nəinki uşaqlar, hətta böyüklər üçün də tərbiyəvi əhəmiyyətə malik olmaqla xalqın həyatında önəmli yerə sahibdir. Odur ki bu

80

musiqini sevən ingilis xalqı haqqında danışdığımız idiomu məhz bu musiqini
əsas alaraq dilə daxil etmişdir.
İngilis dilində hər şey yaxşıdır, öz qaydasındadır deməyin kifayət qədər
çox yolu var. Bunlardan bəziləri aşağıdakılardır:
AlI is vvell, Everything is fine, Everything is ok, All is fantastic, AlI is
fascinating və s.
Yuxarıdakı versiyaların yanı sıra hər şeyin çox yaxşı olduğunu bildirmək üçün aşağıdakı idiomdan da istifadə edilir: everything in the garden
is lovely (or rosy) — bağdakı hər şey füsünkardır (və ya çəhrayıdır). Artıq
məlumdur ki, bu idiom hər şeyin yaxşı olduğunu bildirmək üçün istifadə
olunur. Lakin buradakı fərq odur ki, qeyd olunan idiom hər şeyə, müəyyən
çətinliklərə rəğmən həyat yenə də yaxşıdır və işlər
öz qaydasındadır mənasına gəlir. İndi isə bu
idiomun hardan gəldiyinə baxaq. Bu idiom ingilis
musiqiçisi Marie Lloyd tərəfindən səsləndirilən
eyniadlı musiqiyə istinadən yaranmışdır. Söz yazarı Lloyd olmasa da, bu musiqini ingilislər arasında məhşurlaşdıran və nəticədə də qeyd olunan
idiomun yaranmasına səbəb olan şəxs odur. Musiqidən müəyyən parçalar aşağıdakı şəkildədir:
... and everything in the garden”s lovely
But suddenly, vvhile passing by a house that”s in
repair,
A painter shouts, “Take carel Look out you chap dovvn there”.
... Everything in the garden is great, you”1l understand
She says “VVhy this laughter Sam?”
He says,” Couldn”t help it, Ma”am”
Everything in the garden”s lovely.
... dapan said,”China looks vvell on a fapanesey tray”
... They vvant sixteen million cash
Else the China goes to smash
And everything in the garden”s lovely.


Marie Lloyd

... Və bağda hər şey füsünkardır
Amma qəfildən təmir edilən evin önündən keçərkən,
Rəngsaz qışqırdı: “Özündən muğayət oll Aşağıya bax, baba
... Bağda hər şey əladır, sən özün də başa düşəcəksən
O deyir “Bu gülüş nə üçündür, Sam?”
O deyir “Özümdən aslı olmayaraq, oldu xanım”
81

5

Bağda hərşey füsünkardır.
... Yaponiya dedi “Çin yapon padnosunda əla görünür”
... Onlar on altı milyon nağd istəyirlər
Çin daha əzilməyə doğru gedir
Və bağda hər şey füsünkardır.

Musiqidən də belə məlum olur ki, yaşadığımız bu dünyada heç də hər
şey yolunda deyil, amma buna rəğmən biz işlərin yolunda getdiyini deyə
bilərik, Çünki bu həyatdır və belə çətinliklərin də olması təbiidir. Amma bu
da bir həqiqətdir ki, burada dövlətlərarası münasibətlərə baxış da yox
deyidir. Hər halda, ingilis xalqı bu musiqini sevmiş və bunun nəticəsində də
qeyd olunan idiomu dilə daxil etmişdir.
Son olaraq onu qeyd edək ki, İngilis dilində musiqi mədəniyyəti ilə
əlaqəli olaraq yaranmış idiomların sayı yuxarıdakılarla məhdudlaşmır. Biz
burada daha populyar olanları arasından bəzilərini qeyd etdik. Bununla
yanaşı İngilis dilində başqa xalqların (xüsusi ilə amerikanlar olmaqla) musiqi
mədəniyyətinin təsiri ilə də yaranmış idiomlar kifayət qədər olsa da, bu
idiomların mənşəyi ingilis mədəniyyətindən kənarda olduğundan burada
onlar haqqında danışılmamışdır.

82

İNGİLİSLƏRİN BAŞQA XALQLAR HAQQINDA
DÜŞÜNCƏLƏRI VƏ İNGİLİS DİLİ


Tarixə nəzər salsaq, görərik ki, bu və ya digər şəkildə olsa da, xalqlar
arasında daim müəyyən bir səbəblə əlaqəli münaqişələr yaşanmışdır. Bu
səbəblərdən ən önəmlisi isə bir xalqın digər xalqın torpaqlarını işğal etmək
istəyi olmuşdur. Bu gün bizim işğalçılıq adlandırdığımız bu şey tarixdə
igidlik, fəth olaraq bilinmişdir. Biz insan qanı axıdıldığı üçün bunu qəhrəmanlıq adlandırmaq istəməyə bilərik,amma tarixi həqiqətlərdən qaçmağın da
heç bir anlamı yoxdur. Belə ki, başqasının torpaqlarını işğal etmək istəməyən
xalq-larında başına nə gəldiyini çox yaxşı bilirik. Bir zamanlar ingilislər
“sakit oturanda” romalılar, yunanlar, normandlar və başqaları buna imkan
vermədilər və İngiltərəni işğal etdilər. Bunun üzərinə hindlilər “sakit
oturanda” ingilislər onları işğal etdilər. Bu siyahını kifayət qədər genişləndirmək olar. Amma elə buradan da o nəticəyə gələ bilər ki, “əzməsən
əziləcəksən” reallıq ikən başqa bir şey də gözlənə bilməzdi. Təbii ki, bu
prosesin gedişatında işğal olunan yerləri talan edib qənimət ələ keçirmək
istəyi də yetərincə normal səslənir. Bu şəraitdə isə bir xalqda başqa xalqa
qarşı çox asanlıqla antipatiya yarana bilər. Bunun səbəbi bəzən onun işğalçılığı, bəzən talançılığı, bəzən isə sadəcə olaraq iqtisadi, siyasi cəhətdən
üstünlüyü də ola bilər. Tarix bu gün bir xalqın düşüncəsində başqa xalqa
qarşı müxtəlifyönlü izlər buraxmışdır. Şübhəsiz, ingilislərin də başqa xalqlar
haqqında müsbət və ya mənfi olmaqla müəyyən düşüncələri vardır. Və göz
qəlbin aynası olduğu kimi, dil də xalqın aynası olduğundan xalqın
düçüncələri də onun dilində öz əksini tapır. Biz burada 1ngilislərin başqa
xalqlar haqqındakı düşüncələrini ortaya çıxara biləcəyimiz bəzi idiomlara
nəzər salacağıq. Əvvəcədən qeyd edək ki, nəzər salacağımız idiomlar
hollandlar, çinlilər, türklər və fransızlar haqqında olacaqdır.
17-ci əsrdə ingilislərin əsas rəqiblərindən biri hollandlar olmuşdur.
Onlar Avropada öz ticarətlərini genişləndirdiyi üçün mngilis iqdisadiyyatı
zərər çəkirdi. Belə bir şəraitdə ingilislərin hollandları sevməsi təbii olaraq
təsəvvür olunmazdır. Odur ki belə bir zamanda mngilis xalqının hollandlar
haqqında müəyyən mənfi düşüncələri formalaşırdı. Reallıqda ingilislərə görə
mənfi olan bu xüsusiyyətlər bir o qədər də pis xüsusiyyətlər deyildi. Lakin
ingilislər iqtisadiyyatlarının inkişafı önününə böyük bir daş qoyan hollandlar
haqqında bir o qədər də yaxşı fikirdə ola bilməzdilər. Hər şeyə rəğmən
ingilislərin hollandlar haqqında müsbət düşüncələri də olmuşdur. Hollandlar
haqqındakı həm müsbət, həm də mənfi olan bu düşüncələr isə ingilis dilində

83

öz izini buraxmadan keçməmiş və indi haqqında danışacağımız aşağıdakı
idiomlar yaranmışdır:
Dutch courage, Go Dutch, Dutch uncle, I am a Dutchman.
İngilislər uzun bir zaman hollandların içki düşkünü olduqlarını düşünmüşlər və həddindən artıq dərəcədə çox içdikləri qənaətində olmuşlar. Odur
ki ingilis dilinə belə bir idiom daxil olmuşdur: Dutch courage (holland
cəsarəti). Burada bu idiomun işlənmə situasiyasına nəzər sadıqdan sonra
idiomun mənası tam aydın olacaqdır. Dost olan iki ingilis təsəvvür edin.
Onlardan biri içmiş olduğundan heç nə haqqında narahatlığı yoxdur. Digəri
isə dostundan fərqli olaraq hər şeyin fərqindədir. Bu iki dost isə hər hansı bir
şirkətdə işçidirlər. Lakin bu dostlar aldıqları maaşdan qətiyyən razı deyildirlər. Elə bu an şirkətin sahibi içkili olan dosta zəng edir. Əlbəttə, içkili olan
bu dost normalda heç vaxt cəsarət edib deyə bilməyəcəyi sözləri deməyə
başlayır. Bu sözlər arasında maaşın azlığı, şirkət sahibinin qəddarlığı və
bunun üzərinə isə təbil olaraq bir neçə söyüş xüsusi yer tutur. Telefonu
söndürdükdən sonra ayıq dostu gülərək səninki əsil holland cəsərətidir deyir.
Yəni içkinin vermiş olduğu cəsarət ilə bütün bunları dediyini bildirir. Buradan da məlum olur ki, ingilislər hollandların cəsarətinin də səbəbini onların
özündən kənarda axtarmışdırlar.
Nəzər salacağımız digər idiom go Dutch (holland kimi et)-dır. Bu
idiomdan belə məlum olur ki, ingilislər görə hollandlar ciddi və ədalətli
davranan bir xalqdır. İdiomların sözbəsöz tərcüməsindən qeyd olunan
idiomun konkret hansı mənanı ifadə etdiyinin məlum olmadığı artıq bura
qədər gördüyümüz bütün idiomlardan aydındır. Odur ki, go Dutch-ın nə
demək olduğunu izah etməliyik. Əgər biri iki şəxs arasında bölünən tortun
ədalətli bölündüyünü düşünmürsə, o zaman tortu bölən şəxsə go Dutch deyə
müraciət edə bilər. Bu isə ədalətli şəkildə bölgü apar mənasına gələcək.
İdiomdan ortaya çıxan nəticə budur ki, ingilislər görə hollandlar ədalətli
bölgü aparan bir xalq olmuşdur. Bununla yanaşı, burada mənfi bir münasibətin izlərini də tapmaq olar. Belə ki, həddindən artıq ciddiyyət də hər zaman
xoş qarşılanmaya bilər. Hər nə qədər bu günkü mənasında bu o qədər sezilməsə də yarandığı zaman bu ciddiliyə qarşı bir mənfi münasibətin də mövcudluğunu düşünmək üçün yuxarıda qeyd olunan əsaslar kifayətdir.
A Dutch uncle (holland əmi) idiomunda daha çox müsbət münasibət
duyulsa da,burada da mənfi yanaşma tapmaq mümkündür. Belə ki, əgər
birinin bizə holland əmi kimi məsləhət verdiyini deyiriksə, bu o deməkdir ki,
bu insan bizə həm qayğı ilə yanaşmış, həm də kifayət qədər ciddi, idarəedici
bir tərzdə davranmışdır. Misaldan da məlum olduğu kimi, birinin qayğıkeş
davranması hər nə qədər xoş olsa da, onun bizi idarə edə biləcəyini düşün
84

məsi və əmrlərinin də bizim tərəfimizdən yerinə yetirilməsini gözləməsi
qətiyyən yaxşı bir şey deyildir.
İ”m a Dutehman (mən hollandam) ifadəsi isə ingilislərin hollandlar
haqqında olan digər bir düşüncəsinə işıq salır. Belə ki, bu idiomu istifadə
edən şəxs qarşısındakına çatdırmaq istəyir ki, sənin dediklərinə inanmıram.
Yəni necə ki bir holland hər deyilənə inanmaz, şübhəcil yanaşar, mən də o
şəkildə sənin dediyin şeylərin həqiqət olmasına şübhə ilə yanaşıram. Burdan
aydın olur ki, ingilislərə görə holllandlar hər eşitdiyinə inanmayan, şübhəcil
bir xalqdır.
İndi isə ingilislərin çinlilər haqqında olan düşüncələrinin əks olunduğu
3 idioma — Chinese VVhispers, Not Chineman”s chance, AlI lombard
Street to China orange nəzər salaq. Şübhəsiz, bizim görüşlərimizə görə
çinliləri geridə qalan, sivilizasiyadan kənar bir xalq kimi adlandırmaq
qətiyyən doğru deyidir. Nəticədə Konfutsi, Lao Tsı kimi filosofları olan bir
xalqı bu şəkildə adlandırmaq təbii ki, yanlış olardı. Amma nədənsə burada
nəzər salacağımız idiomlara görə ingilislər çinlilər haqqında bir o qədər yaxşı
düşüncəyə sahib olmamışlar. Nədənsə deyirik, çünki ingilisləri çay mədəniyyəti ilə tanış edənlər və bir çox başqa sahələrdə də qarşılıqlı ticari əlaqələrlə onlara qazanc gətirənlər də çinlilər olub. Məhz bu cəhəti nəzərə alan
şəxslər bu idiomların mənasının müsbət olduğunu düşünürlər. Lakin burada
başqa bir reallıq da vardır. İngilis yazıçısı Daniel Defo “Robinson Crusoe”
əsərində Robinson-u Çinə gətirir və burada onun dilindən çinlilər haqqında
mənfi fikirlər irəli sürür. Robinson-un fikirlərinə görə də çinliləri mədəniyyətdən kənar hesab etmək lazımdır. Bu fikirlərin əsərin qəhrəmanının adından deyilsə də, Daniel Defonun öz düşüncələri olduğu görünür. Əgər ziyalı
bir ingilis bu xalq haqqında belə düşünə bilibsə, xalqın digər nümayəndələrinin də belə qanaətdə olması qəribə səslənməməlidir. İkinci bir tərəfdən isə
ingilislər və çinlilər arasında olan tiryək müharibələri də ingilisləri çinlilər
haqqında mənfi düşüncəyə gətirib çıxara bilərdi. Hər halda çinlilərə qarşı
mənfi münasibətin əks olunduğu bu idiomlar və onların nə üçün məhz belə
bir münasibəti əks etdirməsi haqqında tam dəqiq bir məlumat vermək mümkün deyildir. Odur ki burada yalnız ehtimallardan danışmaq olar.
Chinese VVhispers-Çincə pıçıltılar dedikdə nəyin nəzərdə tutulduğuna
diqqət yetirək. Biz bu idiomu müəyyən mənada İt is all Greek to me ilə
müqayisə edə bilərik. Shakespeare və İngilis dili haqqında danışarkən bu
idiomdan geniş bəhs etdiyimiz üçün burada sadəcə olaraq onun hansı məna
ifadə etdiyini xatırlamaq yetərli olacaqdır. Məlum olduğu kimi, it is all Greek
to me deyən biri qarşısındakı şəxsi başa düşmədiyini bildirmək istəyir.
Demək olar ki, bu qayda Chinese vvhisper üçün də keçərlidir. Lakin burada

85

danışanı başa düşməmək səbəbimiz fərqlidir. Danışanın verdiyi məlumat
dildən dilə keçərək öz dəqiqliyini itirdiyi üçün çincə deyilmiş pıçıltı kimi
səslənir. Bu idioumun mənşəyi, əsasən, Chinese vvhisper adlandırılan və
uşaqlar arsında oynanılan oyun qəbul edilir. Oyun 6 və ya daha çox adam
arasında oynanılır. Burada bu 6 şəxsdən birincisi nəzərində tutduğu bir
hekayəni digərinin qulağıma pıçıldayır, və o şəxs də növbəti oyunçunun
qulağına pıçıldayır və beləliklə, ən sonuncu oyunçunun da qulağına pıçıldadıqdan sonra, həmin sona qalan oyunçudan bu hekayəni söyləməsi tələb
olunur. Hekayə qulaqdan qulağa keçərək sonuncu oyunçuya tam fərqli şəkildə deyildiyindən onun danışdıqları birincininki ilə üst-üstə düşmür. İdiomun
mənşəyinin buradan götürdüyünü demək nə qədər mümkündürsə, qeyd olunduğu kimi, bunun məhz nə üçün çincə ilə bağlandığını demək bir o qədər
çətindir. Yuxarıda bunun bir ehtimalını, yəni çin xalqına qarşı mənfi münasibətin nəticəsi olduğunu qeyd etdik. İkinci digər mümkün ehtimal isə Çin
dilinin müəyyən mənada çətin olmasıdır. Ən azından, ona görə ki, çincə
yazılmış bir qəzeti oxuya bilmək üçün minimum 2000 heroqlif bilmək
lazımdır. Sonra isə cümlə quruluşu məsələsi gəlir. Belə ki, şəkilçilər olmadan
sadəcə köklərin bir-birinə yanaşaraq cümlə yaratdığını və bir məna kəsb
etdiyini təsəvvür edin. Hər nə qədər konteksdən sözə, təxmini, bir çəkilçi
artırmaq kimi şansımız olsa da, bu hər zaman üçün keçərli olmadığından
çincə yazılmış bir mətni oxuyub düzgün başa düşmək o qədər də asan iş
deyildir. Lakin əvvəldə də deyidiyi kimi bu sadəcə bir ehtimaldır və bu
ehtimalın doğruluq payı nə qədərdirsə, əvvəldə qeyd etmiş olduğumuz
ehtimalın da doğruluq payı o qədər və bəlkə də, daha çoxdur. Daha çox
olmasını isə aşağıdakı digər iki idiomdan da görəcəyik.
İkinci idiom isə (it is) not Chineman”s chance (bir çinlinin şansı qədər
də şans yoxdur). Çox cüzi belə olsa şans olmadıqda bu idiomdan istifadə
olunur. Və idiomdan da məlum olur ki, ingilis xalqının düşüncəsinə görə
çinlilər şansa sahib bir xalq deyildir. Və
burada qeyd olunan idiomda yuxarıdakı
kimi müsbət bir ehtimal da görünmür.
Əksinə, bu idiom bizə yuxarıdakının da
eyni psixologiya ilə — Çinlilərin sivilizasiyadan kənar olması ilə bağlı olaraq
yaranmasını düşünmək üçün əsas verir.
Son olaraq haqqında danışacağımız
idiomisə all Lombard street to a China
orange (bütün Lombard küçəsi Çin portağalına əvəz)dir. Hər hansı adi bir şeyi

86


S —

Lombard street

dəyərli, möhtəşəm olanla müqayisə etdikdə bu idiomdan istifadə edilir.
Buradakı idiomda isə dəyərli olan Londonda yerləşən Lombard küçəsi (bura
Lombardy-dan olan bankirlərin əsas yaşayış yerləri olmuşdur) və dəyərsiz
olan isə çin portağalı şəklində göstərilmişdir. Bu idiomda Çin portağalına
nisbətən Lombard küçəsinin nə üçün üstün tutulduğunu başa düşmək o qədər
də çətin deyil. Çətin olan nə üçün yenə hədəf olaraq Çinin seçildiyini müəyyənləşdirməkdir. Dəqiq olan bir şey varsa, o da bu idiomun 19-cu əsrdən
etibarən işlənməsinə baxmayaraq, Çin portağalının dəyərsiz bir şey mənasında istifadəsi 19-cu əsrdən daha erkən qeydə alınmış olmasıdır. Burada da
Çinə qarşı olan mənfi münasibət göz qabağındadır. Amma bunun konkret
səbəbi isə yox. Hətta ingilislərə görə çinlilərin mədəniyyətdən kənar bir xalq
kimi qəbul olunduğunu qəbul edib bu məsələni aydınlığa qovuşdursaq da,
ingilislərin belə düşünməyinə səbəb olan şeyin nə olduğunu aydınlaşdırmaq
çətindir. Bu məsələ haqqında mülahizələrimizi davam etdirsək belə, dəqiq
bir yekuna gəlmək mümkün olmayacaq. Belə ki, hədəf olaraq çinin seçilməsinə səbəb kimi onun şərq xalqlarında biri olmasını (tarixən avropalıların
şərqliləri mədəniyyətdən kənar hesab etdiyi məlumdur) götürsək belə ortaya
yeni sual çıxarmış olacağıq: “Axı niyə başqa bir şərq xalqı, məsələn hindlilər
yox, çinlilər?” Odur ki burada sadəcə ehtimallarla kifayətlənməyi lazım
bilirik.
Türklər tarix boyu öz fəthləri ilə məşhur olmuşdurlar. Lakin özü işğalçı
tərəfdə olanda yeni bir torpaq almağı fəth hesab edənlər, bunun əksinin olduğu zamanlarda qarşı tərəfi işğalçı, tiran adlandırdığından türklər də digər
xalqların nümayəndələri tərəfindən bu şəkildə adlandırılmışdır. Şübhəsiz,
burada obyektiv yanaşmağı bacaranlar da olmuş və onlar türklərin fəth etdikləri torpaqları talan etmədiyini, burada olan əhaliyə qarşı ədalətli davrandıqlarını qeyd etmişdir. Məsələn, fransız yazıçısı Volter “Türklər, müsəlmanlar
və başqaları” adlı əsərində avropalıların özlərindən fərqli olaraq türklərin
avropaya girdiyi zaman onların dini yerlərini kirləndirmədiklərini və əhalinin dini görüşlərinə hörmət etiklərini bildirmişdir. Hər halda, belə müəlliflər
azlıq təşkil edir və türklər haqqında avropalılar arasında formalaşmış əsas
fikir onların tiran olmasıdır. Bunun nəticəsində də burada haqqında danışacağimiz iki idiom əmələ gəlmişdir — somevvhere to the right of Genghis
khan, catch a Tartar.
“Somevrhere to the right of Genghis Khan” (Çingiz xanın sağında
olmaq) idiomu həddindən artıq sağ-qanad görüşlərinə sahib olmaq mənasına
gəlir. Bu idiomda Çingiz xan tiran olaraq nəzərdə tutulduğundan,onun
sağında duranların da ondan geri qalmayacağını və vermiş olduğu əmrləri
lazımınca yerinə yetirdiklərini nəzərə alsaq, sağda duran bu şəxsləri də işğal
87

çıya bərabər tutmaq olar. Çingiz xan isə bildiyimiz kimi Monqol imperatorluğunun banisi və bir çox işğalların rəhbəridir. Bu idiomda bəzən Çingiz
xanın yerinə Qərbi Hun imperatoru Attilanın adına da rast gəlinir ki, bu da
ingilislər görə Atilla-nın da Çingiz xan kimi tiran olaraq qəbul olunması ilə
bağlıdır. Görünür, xalq sağ-qanada xidmət edən siyasətçiləri Çingiz xanın
sağında durub onun əmrlərini yerinə yetirənlərə bənzətməklə bu qəbildən
olan siyasətçilərə qarşı inamsızlığını bildirməyə çalışmışdır. Xalqın siyasətçilərə inanmaması isə yeni bir şey deyildir. Amerikan ingiliscəsindəki hökumət haqqında deyilən necessary evil (zəruri şeytan) ifadəsi isə ağacı tam
kökündən baltalamışdır.
Türklərlə bağlı olaraq yaranan ikinci idiom isə “catch Tartar”(Tatara
rast gəlmək)-dır. Bu idiom nə idarə oluna bilən, nə də əlindən qaçmaq
mümkün olmayan birinə rastladıqda onun haqqında deyilir. Buradakı Tartar
Tatar şəklində də işlənə bilər. Hər iki halda Monqollar və türklər nəzərdə
tutulur. Bu ingilislərin düşüncəsinə görə (həmçinin tarixən də real olana
istinadən) türklərlə başa çıxmağın mümkün olmadığını göstərir.
İngilislər və fransızlar tarixən dost münasibətindən daha çox düşmən
münasibətində olmuşlar. 100 illik müharibəyə imza atan bu iki xalqın dilləri
də qarşılıqlı əlaqədə olub. Belə ki, bu gün ingilis dilində çox sayda fransız
dilindən alınmış söz mövcuddur. Təbii ki, dilə daxil olduğu zaman bu sözlərin tələffüzü ilə bağlı da problemlər mövcud idi. Lakin zaman keçdikcə
həmin sözlər ingilis dilinin qanunlarına uyğunlaşaraq dildə öz yerini möhkəmləndirmişdir. Bu sözalma prosesini əsas olaraq göstərməyə tərəfdar
olanlar aşağıdakı idiomu məhz bu proseslə əlaqələndirirlər: Excuse (or
pardon) my French (fransızcama görə məni üzrlü say). Bu idiomun
işlənmə situasi-yasına gəldikdə isə, söyüş söydükdən (böyük bir ehtimalla
əsəbi də sakitləş-dikdən) sonra söyüş söyən şəxs dediklərinə görə üzr istədiyi
zaman qeyd olunan idiomdan istifadə edir. Odur ki biz bunun sözalma
prosesi ilə əlaqəli omadığı qənayətindəyik. Nəticə də nəzərə alsaq ki, 19-cu
əsrdən etibarən bir dilə “fransız dili kimidir” dedikdə bu o dilin pis bir dil
olması anlamını vermişdir, deməli, ingilislər fransız dilinə və xalqına də
yunan (it is all Greek to me), Çin (Chinese vvhisper) dilinə, dolayısı ilə də
You have read 1 text from Azerbaijani literature.
Next - Medeniyyetden Dile Achilan Qapi - 8
  • Parts
  • Medeniyyetden Dile Achilan Qapi - 1
    Total number of words is 3825
    Total number of unique words is 1687
    23.2 of words are in the 2000 most common words
    32.6 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 2
    Total number of words is 4058
    Total number of unique words is 1715
    24.5 of words are in the 2000 most common words
    35.0 of words are in the 5000 most common words
    40.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 3
    Total number of words is 3853
    Total number of unique words is 1749
    22.5 of words are in the 2000 most common words
    31.9 of words are in the 5000 most common words
    37.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 4
    Total number of words is 3952
    Total number of unique words is 1755
    22.0 of words are in the 2000 most common words
    32.8 of words are in the 5000 most common words
    38.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 5
    Total number of words is 4027
    Total number of unique words is 1783
    23.2 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 6
    Total number of words is 3976
    Total number of unique words is 1889
    23.2 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 7
    Total number of words is 3918
    Total number of unique words is 1733
    23.6 of words are in the 2000 most common words
    32.7 of words are in the 5000 most common words
    38.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 8
    Total number of words is 3883
    Total number of unique words is 1797
    24.7 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 9
    Total number of words is 3477
    Total number of unique words is 1672
    25.1 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.