Latin

Medeniyyetden Dile Achilan Qapi - 3

Total number of words is 3853
Total number of unique words is 1749
22.5 of words are in the 2000 most common words
31.9 of words are in the 5000 most common words
37.2 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
çatmasına kim qarant verə bilərdi. Bu ancaq Shakespearenin əsərləri ilə
mümkün olmuşdur. Yaxud da başqa dildən istifadə edərək yaratdığı sözləri
Shakespeare yaratmamış olsaydı, həmin sözlərin bugün ingilis dilinin lüğət
tərkibinin işlək bir qismini təşkil edəcəyinin də düşünmək olmazdı. Odur ki
bu gün ingilis dilində olan, təxminən, 2000 söz və ifadənin yarandığı tarix ən
pis ssenari də belə Shakespeare ilə bağlıdır. Və biz burada onların çox az bir
qismini nəzərdən keçirəcəyik.
Shakespearenin yaratdığı bəzi isimlərə baxış:
İlk olaraq “Pedant” sözünə nəzər salaq. Məlum olduğu kimi bu gün bu
söz ingilis dilində müəllim, məktəb rəhbəri və dardüşüncəli pedoqoq mənasında işlənir. Lakin bu sözün yaranma tarixi Shakespearenin adı ilə bağlıdır.
O, bu sözü 4 dəfə “The Taming of Shrevv” və 3 dəfə də “Love”s Labor”s
Lost” əsərində işlətmişdir. Əsər üzərində konkret misallara baxmazdan öncə

29

bu sözün tarixinə qısa bir nəzər salaq. O, orta dövr fransız dilindən götürülsə
də, mənşəyi etibarı ilə italyan dilindəki “pedante” — müəllim sözündəndir.
İlk dövrlərdə neytral bir söz olaraq müəllim mənasında işlənən bu söz zaman
keçdikcə daha çox neqativ mənada istifadə olunmuşdur. Belə ki, özünü elmli
biri kimi göstərməyə çalışan insanlara pedant deyə müraciət olununmağa
başlanmış və bu Shakespeare dövründə də belə olmuşdur. Böyük əksəriyyətlə də bu insanların göstərməyə çalışdığı bilik yüksək ehtimalla həmin
insanda olmur.
Bu söz Shakespeare-nin “Taming of Shrevv” əsərində Hortensio obrazının dilindən Lucentio haqqında işlənir. Belə ki, adları qeyd olunan hər iki
obraz Baptistanın qızı olan Bianca-ya aşiqdirlər. Amma Babtista Biancanın
böyük bacısı olan Katherine-ni evləndirmədən Biancanı evləndirməyəcəyini
dediyi üçün Bianca-ya aşiq olanlar əvvəlcə kifayət qədər deyingən və acıdil
olduğu üçün heç kimin evlənmək istəmədiyi Katherine-yə ər tapmağa çalışırlar. Elə bu vaxt Baptista qızına dərs vermək üçün müəllim axtardığını
deyir. Bunu eşidən və Bianca-ya aşiq olan şəxslər özlərini başqa adla tanıdıb
Baptistanın yanına gedərək müəllim olduqlarını iddia edib qızlara dərs vermək istəyirlər. Burada qızın sevgisini qazanmaq üçün Lucentio nökəri il
yerini dəyişir. Özünü Lucentio kimi tanıdan nökər Tranio qızı özü istədiyini
qeyd edərək, əslində, həqiqi Lucentio-ya almaq üçün əlindən gələni edir. Bu
arada isə Katherine-yə musiqi dərsi verməyə gedən Hortensio qısa bir zaman
sonra çox solğun geri qayıdır və Baptista ondan katherine-dən yaxşı musiqiçi olub olmayaçağını soruşduqda Hortensio deyir:

Tthink she”ll sooner prove a soldierl
Hon may hold vvith her, but never lutes.

Mən fikirləşirəm ki, o, çox tezliklə əsgər olacaql
Dəmir ona yaraşa bilər, amma rübab heç vaxt.

Bu sözlərdən məlum olur ki, Katherine onu bir o qədər də xoş qarşılamamışdır. Elə ona görə də gəlmiş olan müəllimlər yalnız Bianca-ya dərs
deməyə başlayır. Hortensio musiqi dərsi, Lucentio isə başqa elmlərdən dərs
verməyə keçirlər.
Və nəhayət, özünü Cambio adı ilə tanıdan Lucentio Bianca ilə evlənmək
arzusuna çatmağa az qalıb qızın sevgisini qazandıqdan sonra özünü Litio adı
ilə tanıdan Hortensio Bianca ilə evlənmək ümidini itirmək üzərədir. Aralarında gərginlik yaşandığı anlardan birində isə Hortensio və Lucentio tərəfindən belə bir dialoq qurulur:

30

Lucentio (as Cambio):
Fiddler, forbear. You grovv too forvvard, sir.
Have you soon forgot the entertainment
Her sister Katherine vvelcomed you vvithal?

Hortensfo (as Litio):
But, vrangling pedant, this is
The patrones of heavenly harmony.
Then give me leave to have prerogative,
And vvhen in music vve have spent an hour,
Your lecture shall have leisure for as much (səh.54)

Lucentio (Litio olaraq):
Skripkaçı, səbirli olun. Çox irəli getdiniz, cənab.
Onun bacısı sizi qarşılayanda göstərmiş olduğu əyləncəni
Nə tez unutdunuz?

Hortensio (Litio olaraq):
Amma mübahisəyə həvəsli müəllim, bu
Cənnət kimi harmoniyanın himayədarlığıdır.
Odur ki mənə bu imtiyazdan yararlanmağa imkan ver,
Və bizim musiqi içərisində birgə olduğumuz saatda,
Sənin mühazirən mümkün qədər çox susmalıdır.

Yuxarıda əsər haqqında verilən qısa məlumatdan da məlum olduğu
kimi, burada da pedant heç də müsbət mənada işlənməmişdir. Birincisi ona
görə ki, qeyd olunan obrazlar, həqiqətən də, müəllim deyildirlər. Odur ki,
belə olan bir halda buradakı “müəllim” müraciəti heç də real deyildir. İkinci
məsələyə gəldikdə isə onu qeyd etməliyik ki, bu obrazlar əsərdə dost olaraq
göstərilsə idi, bəlkə də bu müraciəti bir zarafat kimi qəbul etmək olardı, lakin
eyni bir qızı sevən və onunla evlənməyə çalışan bu iki şəxs arasında dostluqdan ziyadə rəqabətin varlığı aşkar olduğundan, şübhəsiz, pedant deyə
müracətin altında böyük bir istehza yatır. Nəzərə alsaq ki, Lucentio bura
Bianca ilə evlənməyə gəlmədiyini desə də, sonrakı hərəkətlər Hortensio da
kifayət qədər şübhə oyatmışdı. Biz bunu əsərdə “pedant” sözünün işləndiyi

digər səhnə də də görə bilərik:

31

Hortensio:
But 1 have cause to pry into this pedant.
Methinks he looks as though he vvere in love.
Amma mənim bu müəllimi əzişdirməyə səbəbim var.
Gorünür, o aşiq olub.
Göründüyü kimi, burada da bu söz Hortensio tərəfindən və onun üçün heç
də xoş olmayan bir zamanda işlədilmişdir.Yenə əsərin başqa bir hissəsində
və yenə Hortensio tərəfindən Lucentio, haqqında Lucentio ona Bianca ilə
birgə vaxt keçirməyə imkan vermədiyi bir zaman da aşagıdakı şəkildə
işlədilir:
Hortensio (as Litio):
(aside.) Hovv fiery and forvvard our pedant is.
Hortensio (Litio olaraq):
(Öz-özünə) Bizim müəllim necə də alovlu və birbaşadır.
Bu sözün əsərdə istifadə olunduğu digər bir situasiyadan da məlum olur ki,
buradakı pedant real mənasından kənarda istifadə olumuşdur. Tranio
Lucentio kimi davranaraq, nəhayət, Bianca ilə evlənmək şansı qazananda
ortaya bir problem çıxır. Belə ki, həqiqi Lucentionun atası Vincentio orada
olmadığı üçün başqa bir şəxs tapmaq lazım olur. Elə bu zaman Luncentionun
digər nökəri Biondello yalandan onun atası rolunu oynamaq üçün bir tacir
tapdığını aşağıdakı şəkildə ifadə edir:
Biondello:
Master,a merchant, or a pedant,
I knovv not vvhat, but formal in apparel,
m gait and countenance surely like father (səh.79)
Ağa,tacir, yoxsa müəllim,
Nə olduğunu bilmirəm, amma rəsmi geyimdə,
Yerişdə və üzdə tam bir ata kimi.
Shakespearenin ingilis dilinə daxil etdiyi digər bir isim isə Xantippedir. Bu isim bu adla müraciət olunan qadının deyingən,pis xasiyyətli biri
olduğunu bildirmək üçün istifadə olunur. Və bu isimi də o, “The Taming of
the Shrevv” əsərində istifadə etmişdir. Yenə də əsərdəki misala baxmazdan
öncə bu sözün gəldiyi yerə nəzər salaq. Bu ad yunan adıdır. Lakin
Shakespeare əsərdə hər hansı bir ada deyil, Sokratın arvadı olan Xantippeyə istinad etmişdir. Shakespeare-dən sonrakı yazıçılar da onun yolunu izləyərək bu adı onun istifadə etdiyi mənada işlətmişdilər. Lakin yunanlılar
özləri də tez-tez bu ada istinad etmişlərdir. Burada nə üçün məhz Sokratın
arvadının “hədəf” seçilməsinə gəldikdə isə bu haqda çox da dəqiq bir məlumat yoxdur. Amma çox da dəqiq olmayan bir hekayə də deyilir ki, bir gün

32

Xantippe Sokrata qəzəblənib evdə olan su dolu qabı götürüb onun başından
aşağı tökmüş və Sokrat da ildırımdan sonra həmişə yağış yağır deyərək bu
hadisəyə münasibətini bildirmişdir. Görünür, bu kimi hekayələr Sokrat
zamanında da kifayət qədər olmuş və xalqın dilində dolaşmışdır ki, yunan
xalqı bunun üzərindən çox zaman keçməsinə baxmayaraq, bu hekayələri
unutmamış və həyatlarının bir parçasına çevirmişdir. Amma elə yuxarıdakı
hekayədən də məlum olur ki, Sokrat arvadına qarşı mənfi münasibət bəsləməmişdir. Axı nəticədə Xantippe onun 3 oğlunun anası idi. Ər arvad arasında yaşanan bu problemlər isə, şübhəsiz, təkcə onların ailəsində olmurdu.
Sadəcə Sokrat insanlar arasında tanındığından xalq onun ailəsində olanları
daha çox önə çəkərək bugünkü mənzərəni yaratmışdır. Shakespeare-nin bu
adı işlətdiyi yerə gəldikdə isə, yuxarıda da qeyd olunduğu kimi, Biancanın
evlənməsi üçün əvvəlcə onun deyingən bacısı Katherine-nin evlənməsi vacib
idi. Əsərdəki digər obraz olan Petruchio isə özünə varlı bir qadın axtarır ki,
onunla evlənsin və onun üçün bu qadının necə biri olmağı o qədər də önəmli
deyil. Odur ki Petruchio deyir:

Signior, Hortensio ......... if thou knovv
One rich enough to be Petruchio”s vvife
Be she as foul as Florentius” love,
As old as Sibly, and as curst and shrevvd
As Socrates” Xanthippe, or a vvorse.

Cənab, Hortensio.......Əgər sən Petruchio-nun
Arvadı ola biləcək kifayət qədər varlı birini tanıyırsansa,
Qoy o Florentius-un sevgisi kimi iyrənc,
Sibly kimi qoca və Sokratın Xanthippe-si kimi
Lənət və deyingən və yaxud ondan da betər olsun.

Göründüyü kimi, Shakespeare burada başqa bənzətmələr də aparmışdır.
Lakin xalq onun içərisindən sadəcə Sokratın arvadı ilə əlaqədar verilən bənzətməni dilə daxil etmişdir. Bəlkə də, ona görə ki, Xanthippe-yə istinad o
dövrdə yunanlar arasında geniş yayılmış və ingilislər də zaman-zaman ona
istinad etmişdir. Hər halda yenə də bunu ilk dəfə yazıya gətirən və bütün
İngiltərədə məşhurlaşdırıb 21-ci əsrə qədər qoruyub saxlayan əsas qaynaq
Shakespeare-in əsəridir.
Shakespearenin yaratdığı digər bir isim isə Marriage-Bed-dir. İsim ilk
dəfə Shakespeare-in “The Comedy of Errors” (Səhvlər Komediyası) əsərində
ortaya çıxır. Bu isim sözbəsöz tərcümədə evlilik yatağı mənasına gəlsə də,

33

əsərdə onun başqa bir mənanın ifadəsi üçün istifadə olunduğu məlum olur.
Marriage sözü fransızcada olan “marier” (evlənmək) feilindən götürülsə də,
mənşəyi latın sözü olan “maritus”(evli)la əlaqədardır. Marriage-Bed isə
evlilik qurumu və ya evlilik ittifaqı mənalarını ifadə etmişdir. Belə ki, əsərdə
Adriana bacısı Luciana-ya ərindən şikayətlənir. Əslində, bu şikayətdə, ümumən kişilərə qarşı bir şikayət ruhu var, çünki Adrina kişilərin qadınlara
nisbətən azad olmasını, qadının daim kişiyə qulluq etməsini və kişilərin bunu
lazımınca qiymətləndirməməsini qəbul edə bilmir. Və bacısı Luciana-nın
evlənmək istəməməsini isə kişiyə kölə olmaqdan qaçınmaq duyğusu ilə izah
edir. Lakin bacısı bunu qəbul etmir və aralarında aşağıdakı dialoq baş tutur:
Adriana:
This servitude makes you to keep unvved.
Luciana:
Not this, but troubles of the marriage bed.
Adriana:
Bu köləlik duyğusu sənə evlənməyə imkan vermir.
Luciana:
Buna səbəb evlilik ittifaqının əziyyətlərindən başqa bir şey deyildir.

İstər evlilik ittifaqı, istərsə də qurumu kimi tərcümə edilsin, hər iki halda
evlilikdən sonra ər və arvadın üstünə düşən vəzifələr və ya ümumən evliliyin
özü nəzərdə tutulmuşdur.
Nəzər salacağımız digər bir isim də məhz bu əsərdə yer alan fortuneteller (gələcəkdən xəbər verən adam və yaxud peyğəmbər mənalarında)-dir.
Əsərdə əkiz qardaşlar olan Ephesus-lu Antipholus və Syracuse-lu Antipholus
bir-birinə qarışdırılır. Odur ki onlar bir-birinin yerinə etmədikləri şeylərə
görə günahlandırılırlar. Sonda Ephesus-lu Antipholus-un arvadı Adriana ərinin dəli olduğunu düşünərək onu müayinə etməsi üçün həkim Pinch-i çağırır.
Həkim isə onun bədəninə şeytanın girdiyini əsas gətirərək onun qaranlıq bir
otağda saxlanmasını məsləhət görür. Odur ki sonradan onların əlindən qurtularaq qaçan Antipholus hamının önündə bu həkim haqqında belə deyir:

They brought one Pinch, a hungry, lean-faced, villain,
A mere anatomy, a mountebank,
A threadbare fuggler, and a fortune-teller...
Onlar Pinch adlı bir ac, sifətsiz, rəzili,
Sadəcə nəfəs alan varlıq, şarlatanı,
Əldən düşmüş oyunbaz və falçını gətirdilər.

34

Buradakı misaldan da məlum olur ki, fortune-teller daha çox ironiya ilə
işlədilmişdir. Yəni peyğəmbərdən daha çox gələcəyi gördüyünü iddi edən
falçılar nəzərdə tutulmuşdur.
Shakespeare-nin yaratdığı digər bir isim isə “hint”-dir. Bu gün bu isim
fürsət, imkan (şans mənasında), təklif və ya açar (açar söz, açar fikir) mənalarını ifadə edir. Bu isim ilk dəfə Shakespeare-nin “Othello” əsərində ortaya
çıxmışdır. İsim orta dövr ingilis dilində (Middle English) olan hent-dən gəlir
ki, bu da nəyisə ələ keçirmə və yaxud nəyisə tutub saxlamaq prosesi manasına gəlir. Shakespeare bu ismi təklif və imkan mənalarında istifadə etmişdir.
“Othello”-da Othello Desdemona-nın sevgisini nə cür qazandığını hersoqa
izah edərkən bu sözdən istifadə edir:
Her father loved me, oft invited me,
Still questioned me the story of my life .......
Iran it through, even from boyish days
To th” very moment that he bade me tell it.....
It vvas my hint to speak-such vvas my process......
Upon this hint 1 spake.
She loved me for the dangers 1 had passed,
And 1 loved her that she did pity them. (səh.24-25)

Onun atası məni sevirdi, tez-tez qonaq çağırırdı,
Durmadan məndən həyat hekayəm haqqında soruşurdu.....
Mən də hətta ta balaca oğlan olduğum vaxtlardan başlayaraq
Onun məndən soruşduğu hər anı danışırdım.
Bu mənim başıma gələnləri danışmağim üçün bir imkan idi......
Mənim bildirdiyim bu sözlərə görə.
O məni başımdan keçən təhlükələrə görə
Və mən də onu bu təhlükələrdən ötrü can yandırdığı üçün sevdim.

Burada birinci “hint” imkan ikinci “hint” isə təklif mənalarında istifadə
olunmuşdur.
Bu gün ingilis dilində işlək olan sözlərdən biri də bedroom (yataq otağı)
isimidir. Hər halda, ilk baxışda bunun bir yazıçı tərəfindən dilə gətirilmiş
olduğunu düşünmərik. Amma bir az dərinə və sözün yaranma tarixinə nəzər
saldıqda bu sözü də Shakespeare-nin dilə gətirdiyini görərik. Yazıçı bu ismi
“Midsummer Night”s Dream” əsərində işlətmişdir. Əsərdə bu söz içində
yataq olan bir otağı ifadə etmək üçün işlədilmişdir. Əsərdə Egeus qızı
Hermia-nı sevdiyi şəxs olan Lysander-la yox, Demetrius-la evləndirmək
istəyir. Buna görə də Hermlia və Lysander bir yerdə qaçmağa qərar verirlər.

35

Bunun üçün ilk öncə meşəyə gedib oradan da istədikləri yerə keçməyi
planlaşdırıb meşəyə üz tuturlar. Orada yorulduqları zaman uzanıb dincəlməyi qərara aldıqlarında Lysander Hermia-ya yaxın uzanmaq istəyir və
Hermia da bunu qəbul etməyərək ondan bir az kənarda uzanmasını xahiş
edir. Bu zaman Lysander deyir:

O, take the sense, svveet, of my innocencel
Love takes the meaning in love”s conferance.
I mean that my heart unto yours is knit.....
Then by your side no bed-room me deny,
For Iying so, Hermia, 1 don”t lie.

Oh, başa düş, günahsızlığım qədər şirin olanl
Sevgi sevgi toplantısında bir məna tapır.
Demək istəyirəm ki, mənim ürəyim sənin ürəyinə bağlanıb....
Belə olan halda sənin yatdığın heç bir otaq məni rədd etməz,
Uzanmağa gəldikdə isə, Hermia, mən uzanmayacam.

Əslində, əsərdən də məlum olur ki, yazıçı tərəfindən burada konkret bir
otaqdan daha çox çarpayının olduğu (yəni bu yatmaq üçün olan hər hansı bir
şey ola bilər) bir ərazi nəzərdə tutulur. Nəzərə alsaq ki, Hermia və Lysander
meşədədirlər, o zaman aydın olar ki, Lysander konkret bir otağı nəzərdə
tutmur.
Burada nəzər salacağımız başqa bir isim isə excitement (həyacan,
coşqunluq dir. İlk dəfə “Hamlet” əsərində ortaya çıxmışdır. Mənşə olaraq
excite felindən götürülən bu feil ilk dəfə 14-cü əsrdən etibarən işlənməyə
başlamış-dır. Excite feili isə öz mənşəyini latıncadakı excitare (nəyisə (əsasən, hissi) oyatmaq,doğurmaq) sözündən almışdır. Əsərdə bu söz Hamletin
dilində o, başına gələn şeylər haqqında danışarkən bu şəkildə istifadə olunur:

... Hovv stand 1, then,
That have a father killed, a mother stained,
Excitements of my reason and my blood,
And let all sleep, vvhile to my shame 1 see.

Bəs yaxşı mən necə dayanıram ki,
Ata öldürülmüş, ana isə ləkələnmişdir.
Səbəblərim və qanımın coşğunluqları,
Mən ayıblarımı görəndə siz hamınız yatın.

36

Ümumilikdə, Shakespeare bu ismi 2 dəfə (hər dəfəsində cəm formasında olmaqla) işlətmişdir. 2-ci dəfə biz onu “Troflus and Cressida” əsərində
görürük.
Son olaraq Shakespeare-nin yaratmış olduğu engagement (tərtibat, iş,
öhdəlik, əhd, və yaxud nişan) isiminə nazər salaq. Engage feili 15-ci əsrdə
orta dövr fransızcasından alınmışdır. Qeyd edək ki, bu sözün nişan mənası
Shakespeare-dən sonrakı dövrə təsadüf edir. Belə ki, bu mənaya müraciəti
biz Charles Dickens-in 1859-cu ildə yazmış olduğu bir məktubda rast gəlirik.
Shakespeare isə bu sözü daha çox iş, öhdəlik mənalarında yalnız bir dəfə
“Pulfus Caesar” əsərində işlətmişdir. Əsərdə Brutus-un düşüncələri Caesar-ı
öldürmək haqqındakı məsələlərlə məşğul ikən arvadı Portia gəlir və fikirli
olmasının səbəbini soruşur, amma Brutus əvvəlcə demək istəmir. Lakin arvadı israr edir. Və demədiyi təqdirdə özünü təhqir olunmuş sayaraq onun arvadı
yox, ancaq məşuqəsi ola biləcəyini bildirir. Sonda isə Brutus olanları deməyə
qərar verdiyi anda qapı döyülür və arvadına deyir:
O you gods,
Render me vvorthy of this noble vvifel
Hark, hark, one knocks. Portia, go in avvhile.....
AlI my engagements 1 vill construe to thee...
Ey siz, tanrılar,
Məni bu nəcib arvadın ləyaqətində yox edin,
Hark,hark, qapı döyülməsi. Portia, sən indilik get.....
Mən sənə nə öhdəliyim, işim varsa, hamısını deyəcəm.
Şübhəsiz, Shakespeare tərəfindən ingilis dilinə daxil edilən isimlər yuxarıdakılarla bitmir. O, academe (Love”s Labor Lost), alligator (Romeo and
Tuüliet), amazement (Richard 11), outbreak (Hamlet), bandit (Henry VI),
eritic (Love”Labor Lost), luggage (Henry IV), eyeball (Midsummer
Night”s Dream), farmhouse (Marry vvives of VVindisdor), manager
(Loe”s Labor Lost), savagery (King ./ohn), vvatchdog (The Tempest) və
s. ingilis dilində işlək olan çoxsaylı isimin də yaradıcısıdır.

Shakespeare-nin yaratdığı sifətlərə bir baxış:
Haqqında danışacağımız ilk sifət madcap (düşüncəsiz, axmaq )dir. Biz
bu sifətə “The Taming of Shrevv”, “Love”s Labor”s lost”, “Henry IV” (madheaded şəklində) əsərlərində rast gəlirik. Bildiyimiz kimi, mad dəli deməkdir
və “cap” isə papaq mənalarında işlənir. Sadəcə burada onu da nəzərə
almalıyıq ki, cap bəzi mürəkkəb sözlərin tərkibində baş mənasını verir.
Henry TV əsə-rində də Shakespearenin madcap yerinə ona sinonim olaraq
mad-headed sifətini işlətməsi madcap sözündəki cap-in də baş mənasını

37

verdiyini göstə-rir. Burada bu sözün “The Taming of the Shrevv” əsərində
işlənmə yerinə nəzər salacağıq. Əvvəldə də qeyd olunduğu kimi, Katherine
ilə evlənməyi yalnız Petruchio qəbul edir (əlbəttə, pul üçün). Lakin belə bir
qadınla evlən-məyin və bir ömür onun deyingənliyinə dözməyin çətinliyini
də çox yaxşı anlayan Petruchio özünü ondan da deyingən göstərməyə,
türklərin də dediyi kimi “dinsizin haqqından imansız gələr” deyimini praktik
olaraq tətbiq etmə-yə başlayır. Lakin bu proses müddətində o Katherin-ə
onun dili ilə cavab verməklə yanaşı həm də çox nəzakətli görünməyə çalışır.
Bu prosesi tam olaraq dəqiq şəkildə başa düşmək üçün onların aralarında
keçən dialoqlar-dan birinə qısa bir nəzər salaq:
Katherine:
... Remove you hence.l knevv you at the first
You are a movable.
Petruchio:
VVhy, vvhat”s a movable?
Katherine:
A 7oint stool.
Petruchio:
... Come, sot on me.
Katherine:
Asses are made to bear, are you.
Petruchio:
VVomen are made to bear, and so are you.

Katherine:
Rədd ol burdan. Elə mən əvvəldən bilirdim ki,
Sən daşına bilənsən.
Petruchio:
Niyə, daşma bilən nədir ki?
Katherine:
Şərikli stul,
Petruchio:
Onda gəl üstümdə otur.
Katherine:
Eşşəklər dözmək üçün yaradılıb, belə çıxır ki, sən də...
Petruchio:
Qadınlar da dözmək üçün yaradılıb, belə çıxır ki, sən də...

38

Belə “xoş söhbətlər”in ardından təbii olaraq özündən betər biri ilə
qarşılaşıb heyrətlənən Katherine atası fikrini soruşmağa gəldikdə Petruchio
ilə evlənməyəcəyini deyir və əsas olaraq da onun dəliliyini göstərir.
Katherine:
Call you me daughter? Novv I promise you
You have shovved a tender fatherly regard,
To vvish me vved to one half lunatic,
A madcap ruffian and a svvearing /ack ... (səh.48)

Katherine:
Sən mənə hələ də qızım deyirsən? İndi mən tamam əminliklə deyirəm ki,
Məni yarım ağıl, dəli bir zorba və söyüşcül ack ilə
Evləndirməklə sən mənə
Mehriban bir ata münasibəti göstərmisən.

Verilən misallardan məlum olur ki, madcap deye müraciət olunan
Petruchio, əslində, heç də dəli deyil. Sadəcə olaraq özündən betər biri ilə
evlənməkdən qorxan Katherine atasını onun dəli olduğuna inandırmaq üçün
belə deyir. Ümumən bu cəhətlərə baxdıqda aydınlaşır ki, Shakespeare bu
sözü əsərdə bir o qədər də həqiqətən dəli mənasında işlətməmişdir. Real
həyatda bəzən başqalarının etdiyi şeylər bizim düşüncəmizə uyğun olmadığı
zaman biz onlara, adətən belə deyirik: “Sən dəli olmusan?” Məhz
Shakespeare obrazının haqqında danışdığı dəlilik də belələrindəndir. Odur ki
müasir ingilis dilində də bu söz qeyri-adi olan, başqaları üçün çılğınlıq kimi
səslənən şeylər haqqında danışılarkən istifadə olunur. Bunu bəzi ifadə-lərin
içərisində də görə bilərik. Məsələn, “madcap comedy” (çılğın kome-diya),
“madcap herress” (çılğın varis) və s.
Shakespeare-nin dilə daxil etdiyi digər bir sifət isə traditional
(ənənəvi)dır. Bu söz tradition (ənənə) isimindən yaranmışdır. Lakin mənşə
etibarı ilə latın dilindəki trade (ötürmək, satmaq) feilindəndir. Biz bu sifətin
Shakespeare-nin “Richard IIT” əsərində görürük. Əsərdə əvvəllər üçüncü
Richard-ın yanında yer alan Buckingham kardinal gənc şahzadə ilə bağlı bəzi
fikirlərini söylədiyində ona belə deyir:
You are too senseless-obstinate, my lord,
Too ceremonious and traditional.
Siz boş yerə inadkarlıq edirsiniz, mənim lordum,
Həddindən artıq təntənəli və ənənəvi olaraq.

39

Diqqət edəcəyimiz digər bir sifət isə hush (sakit və yaxud hər hansı bir
məlumatın ortaya çıxmasının qarşısını almaq )dır. Shakespeare bu sözü sakit
mənasında “Hamlet” də işlətmişdir. Burada atasının qatilini ifşa etmək
arzusunda olan Hamlet kiçik bir tamaşa ilə həqiqəti ortaya çıxarmağa çalışır.
Aktyorlar gəldiyi zaman onlar Pyrrhus və Priam arasında keçən hadisələri
canlandırırlar. Tamaşa zamanı Pyrrhus Priamı öldürmək istədiyi yerə gəldikdə 2-ci aktyor deyir:
So as a painted tyrant Pyrrhus stood
(And,,) like a neutral to his vvill and matter,
Did nothing.
But as vve often see against some storm
A silence in the heavens the rack stand still,
The bold vvinds speechless, and the orb belovv
As hush as death....
Nəhayət, tiran Pyrrhus qana boyanmış olaraq dayandı
(Və) öz arzusuna və etdiyinə laqeyd kimi,
Heç nə etmədi.
Bizim gördüyümüz bəzi fırtınaların əksinə
Cənnətlərdəki, qəfəslərdəki kimi hələ də sakit dayanıb,
Cəsarət heç bir sözsüz külək kimi əsir və aşağıda yer kürəsi
Ölüm kimi səssiz ...
Təsvir olunan situasiyadan — Priamın qətlindən sonrakı səssizlikdən da
məlum olur ki, Shakespeare bu sözü sakit, səssiz mənalarında işlətmişdir.
İndi isə digər bir sifətə — consanguineous (eyni qandan olan, qanbir
olan mənalarında)-a nəzər salaq. Bu söz mənşə olaraq latın dilində qan
mənasına gələn sanqulus-la əlaqəlidir. Bu sözə Shakespeare-nin “Tvvelfth
Night” əsərində rast gəlinir. Əsərdə Olivia-nın qohumu Toby və onun dostu
Andrevv içki içdikləri anda Təlxək gəlir. Onlar da Təlxəyə mahnı oxutmağa
məşğul ikən Olivia-nın xidmətçisi Maria daxil olur və xanımının onları digər
xid-mətçi olan Malvolio vasitasilə çölə atacağını deyir. Bu zaman Maria-nın
sözlərinə qəzəblənən Toby ona deyir:
Am not1 consanguineous? Am 1 not of her blood? (səh.33)
Mən onunla qanbir, qohum deyiləm? Mən onun qanından deyiləm?
Göründüyü kimi, ikinci cümlə sanki birinci cümlədə Shakespeare-nin
yaratdığı yeni söz üçün definisiya səciyyəsi daşıyaraq yeni yaranan sözün
mənasını xalq üçün anlaşıqlı etmişdir.
Son olaraq münasibət bildirəcəyimiz sifət isə rival (eyni bir şeyi istəyən, bir-biri ilə rəqabətdə olan mənalarını verir)dır. Bu sözə ilk dəfə olaraq
Shakespearenin “Midsummer Night”s Dream” əsərində rast gəlinsə də, son
40

ralar bunu yazıçı “The Merchant of Venice” da da işlətmişdir. Sözün mənşəyi Latın dilindəki rivalis-dəndir. Əsərdə Lysander və Demetrlus, əslində,
Hermia-nı sevmələrinə baxmayaraq, sehrin təsiri altında Helena-ya sevgi
etrafı edirlər.Və bu zaman ikisi də Helena-nın sevgisi üçün bir-biri ilə mübahisəyə girişirlər. Hər biri Helena-nın sevgisinə daha çox özünü layiq görür.
Lakin heyrət içərisində olan və onlara edilmiş sehrdən xəbərsiz Helena isə
bu sevgi etiraflarına inanmayaraq deyir:
You both are rivals and love Hermia,
And novv both rivals to mock Helena.
Siz ikiniz də bir-biriniz ilə rəqabətdəsiniz və Hermia-nı sevirsiniz,
Və indi isə ikiniz də Helena-nı lağa qoyursunuz.
Lakin burada onu qeyd edək ki, yuxarıdakı misalda göründüyü kimi rival
isimləşmiş şəkildə işlənmişdir.
Əsərin digər bir hissəsində isə hersoq Theseus Lysander və Demetrius haqqında deyir:
I knovv you tvvo are rival enemies.
Mən bilirəm ki, siz bir-biriniz ilə rəqabət aparan düşmansınız.
Şübhəsiz, Shakespearenin İngilis dilinə daxil etdiyi sifətlər yuxarıdakılarla
məhdudlaşmır. Odur ki burada haqqında danışılmayan bəzi sifətlərin də sadəcə adını çəkməklə kifayətlənəcəyik:
Epilectic (King Lear), deafening (Henry IV), cold-blooded (King .ohn),
fashionable (Troilus and Cressida), heartburning (Love”s Labor”s Lost),
aerial (Othello), lucluster (as you like it), quarrelsome (The Taming of
the Shrevv) Laughable (The Merchant of Venice) və s.

Feillərə bir baxış:
Nəzər salacağımız ilk feil denote (müəyyənləşdirmək, göstərmək)-dir.
Bu latın dilindəki denote feiliindəndir, lakin latın dilində qeyd etmək,
işarələmək mənalarında işlənmişdir. Bu feilin müəyyənləşdirmək, göstərmək
mənalarındakı istifadə şəklinə isə Sheakespearenin “Romeo and yYuliet”
əsərində rast gəlirik. Əsərdə Tybalt-ı öldürən Romeo evə gələrək göz yaşı
axıdır. Bu göz yaşının əsas səbəbi isə yenicə /uliet ilə evlənməsidir. Və
Tybalt Tuliet-in qohumu olduğu üçün, həm də bu ölümün qarşılığında onu
Tuliet-dən ayıracaq ağır bir cəzanı gözlədiyini bildiyi üçün göz yaşı axıdır.
Elə bu anda Yülietin dayəsi gəlir və Fuliet-in də həm Romeo, həm də Tybalt
üçün ağladığını xəbər verir. Bu xəbərdən sonra Romeo daha da pis vəziyyətə
düşərək ağlamağa və özünü günahlandırmağa başlayır. Bu zaman onu bu
halda görən Friar Lavvrence Romeo-ya müraciətlə deyir:

41

Hold thy desperate handl
Art thou a man? Thy form ecries out thou art.
Thy tears are vvomanish: thy vvild acts denote
The unreasonable fury of a beast. (səh.78)
Yorğun düşmüş əlini saxlal
Sən kişisən? Sənin görkəmin deyir ki, kişisən.
Sənin gözyaşların qadın sayağıdır.Vəhşi hərəkətlərin isə
Bir divin səbəbsiz qəzəbi kimi görünür.
Əsərdən də məlum olur ki, Shakespeare bu sözü qeydə alınmaqdan ziyadə
göstərmək, müəyyən etmək mənalarında istifadə etmişdir.
Növbəti üç feil isə “Hamlet” əsərində Hamletin anası ilə danışığı
zamanı ortaya çıxan revvord və film, rant sözləridir. Revvord təkrar etmək,
bir şeyi fərqli şəkildə ifadə etmək mənalarında işlənmişdir. Shakespeare bu
sözü re prefiksi və keçmişdə danışmaq mənasını verən vvord-ü birləşdirərək
yaratmışdır. Film feilinin kökü isə Qədim İngilis dilininə dayanır. Belə ki,
feil olaraq nazik və yaxud şəffaf bir örtüklə örtünmək mənalarma gəldiyi
halda isim olaraq dəri, menbran kimi istifadə olunur ki, bu da Qədim ingilis
You have read 1 text from Azerbaijani literature.
Next - Medeniyyetden Dile Achilan Qapi - 4
  • Parts
  • Medeniyyetden Dile Achilan Qapi - 1
    Total number of words is 3825
    Total number of unique words is 1687
    23.2 of words are in the 2000 most common words
    32.6 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 2
    Total number of words is 4058
    Total number of unique words is 1715
    24.5 of words are in the 2000 most common words
    35.0 of words are in the 5000 most common words
    40.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 3
    Total number of words is 3853
    Total number of unique words is 1749
    22.5 of words are in the 2000 most common words
    31.9 of words are in the 5000 most common words
    37.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 4
    Total number of words is 3952
    Total number of unique words is 1755
    22.0 of words are in the 2000 most common words
    32.8 of words are in the 5000 most common words
    38.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 5
    Total number of words is 4027
    Total number of unique words is 1783
    23.2 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 6
    Total number of words is 3976
    Total number of unique words is 1889
    23.2 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 7
    Total number of words is 3918
    Total number of unique words is 1733
    23.6 of words are in the 2000 most common words
    32.7 of words are in the 5000 most common words
    38.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 8
    Total number of words is 3883
    Total number of unique words is 1797
    24.7 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 9
    Total number of words is 3477
    Total number of unique words is 1672
    25.1 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.