Latin

Medeniyyetden Dile Achilan Qapi - 5

Total number of words is 4027
Total number of unique words is 1783
23.2 of words are in the 2000 most common words
32.9 of words are in the 5000 most common words
38.8 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
işlətdiyi və Scrooge-un xarakteri daha da aydın olur. Serooge bu sözü
krismas bayramı haqqında işlətdiyi üçün bugün humbug yuxarıda qeyd
olunan mənaları ilə yanaşı, “Bah Humbug” şəklində deyilərkən Krismas
bayramına qarşı bir etinasızlıq da ifadə oluna bilər.
Scrooge obrazının xəsisliyi və hayata qarşı baxışı məsələsini qayıtsaq,
onu deyə bilərik ki, müəllif onun xəsisliyini bir cümlə ilə belə ifadə edir:
“Darkness is cheap, and Serooge liked it”.
“Qaranlıq ucuzdur və odur ki, Scrooge onu sevirdi.”
Lakin hadisələrin bu gedişatı zamanı ölmüş dostu Marley-in ruhu gecə
onun yanına gələrək növbəti 3 gecə də onu 3 ruhun ziyarət edəcəyini deyir

53

və gedir. Bu ruhlar keçmiş (the Ghost of Krismas Past), indiki Krismas (the
Ghost of Krismas Present) və gələcəy (the Ghost of Future)-in ruhlarıdır.
Onlardan birincisi Secrooge-u keçmişinə-uşaq və gənclik illərinə aparır. Və
ona bu illərdə necə xoşbəxt və şən biri olduğunu, birini sevdiyini, Krismasda da çox əyləndiyini göstərir. Növbəti gecə indiki zamanın ruhu gələrək hər
kəsin Krisması necə şən keçirdiyini, qardaşı oğlunun evində nahara gəlməyi
qəbul etməyib tərslik etdiyi üçün hamının onu öz aralarında məsxərəyə
qoyduğunu göstərir. Burada Serooge qardaşıoğlunun digərlərindən fərqli
olaraq əmisinin halına can yandırdığını və onu sevdiyini də görür. İndinin
ruhu bir oğlan və bir də qızı Scrooge-a göstərərək oğlanın cahillik, qızın isə
istək olduğunu bildirir və ona bu ikisi haqqında düşünməli olduğunu deyib
gedir.Nəhayət, gələcəyin ruhu gəlib ona ölümündən sonra nə olacağını göstərir. Burada Scrooge pullarının ölümündən sonra yad bir adam tərəfindən
mənimsənildiyini, qəbiristanlıqda isə özünün kimsəsiz qəbir daşını görür.
Bundan həyəcanlanan Scrooge həyəcanla ruhdan bu sonun dəyişdirilə bilibbilməyəcəyini soruşur. Cavab almayaraq qəbir daşının üzərinə yıxılır. Və
qalxdığı zaman ruhun getdiyini, özünün isə yataqda olduğunu görür. Lakin
özünün nə cür belə xəsis, pis biri ola bildiyinə inanmayaraq bundan sonra
həm keçmiş, hən indi, həm də gələcəkdə yaşayacağına söz verir. Yolda hər
kəsə xoş davranıb, xəsislik etmədiyi zaman isə təbii olaraq hər kəs heyrətlənir və onun Scrooge olmasına belə inana bilmir. Və bu şənliklərdən sonra
nəhayət qardaşıoğlunun da onu çağırdığı qonaqlığa gedir. Əmisini burada
üstəlik də belə şən bir şəkildə görən Fred gözlərinə inanmayaraq belə reaksiya verir:
“VVhy bless my soull” cried Fred, “vvho”s that?”
“Sən özün ruhumu qorul — deyə Fred qışqırdı, “bu kimdir?”
İndi tam mənası ilə aydın olur ki, ingilislər kiminsə Scrooge olduğunu dedikdə və bununla o şəxsin xəsis olduğunu bildirmək istədikdə nəyi nəzərdə
tuturlar. Amma dəqiq olan bir şey də var ki, əgər biri bu adla tanınırsa bu
onun pis biri olduğu anlamına gəlməz. Əsərə qısa baxışdan da məlum oldu
ki, Scrooge səhvini anlayır və xəsisliyi də, başqalarına pis davranma adətini
də bir kənara atır. Üstəlik gənc ikən onun belə adətləridə olmamışdır. Sadəcə
yaşlandıqdan sonra həyatın da ona göstərdiyi təsirlərlə həyatdan zövq almağı
unutmuşdur. Odur ki, birinə xəsis olduğunu bildirmək üçün Scrooge deyildiyi zaman bir o qədər də mənfi məna güdülmür (lakin bu hər halda bu həmin
insanın xəsis olduğunu bildirməyə xdmət edir).
Dickens-in ingilis dilinə daxil etdiyi digər sözlər haqqında isə burada
qısa şəkildə məlumat verməklə kifayətlənəcəyik. Bunlardan biri sassigassity
isimidir. Hiyləgərlik mənasına gələn bu sözü müəllif “A Krismas Tree”

54

əsərində istifadə etmişdir. Əsərdəki əsas obraz KTrismas ağacını və onun
ətrafında olan bəzəkləri təsvir edir. Və bu sırada orada olan itin hiyləgərliyindən bəhs edərkən isə yazır:
... (he sassigassity of that dog is indeed surprising.
Bu itin hiyləgərliyi, əslində, çox təəccüblüdür.
Digər bir isim isə a buzz (səs-küy, hərəkətlilik)-dır. Bu sözə “The tale of tvvo
Cities” əsərində rast gəlirik.
Bu söz əsərdə aşağıdakı şəkildə ifadə olunur:
“VVhen the Attorney-General ceased, a buzz arose in the court (səh.59)”
“Attorney-General dayanan kimi, məhkəmədə səs-küy qalmağa başladı.”
Bunlardan başqa Charles Dickens aşağıdakı söz və ifadələrin də yaradıcısı
hesab olunur:
Boredom (Bleak House): flummox (Pickvvick Papers): eat my hat (the
Pickvvick Papers): on the rampage (Great Expectations) və s.
İngilis dilinə daxil etdiyi yeni sözlərlə məşhur olan digər bir ingilis
yazıçısı isə qələm adı Levvis Carroll olan Charles Lutvvidge Dodgson-dur. O,
1832-1898-ci illər arasında yaşamışdır. İngiltərədə Daresbury, Cheshire-də
dünyaya gələn yazıçı Guildford, Surrey-də vəfat etmişdir. O, riyaziyyatçı
olmasına baxmayaraq, ədəbiyyata maraq göstərmiş və bir-birinin ardınca
uşaq ədəbiyyatına daxil edilən Alice haqqındakı əsərlərini yazmışdır. Fantastik üslubda yazılan və sevilən əsərləri içərisində aşağıdakılar daha populyardır:
“Alice”s Adventures in VVonderland”, “Through the Looking-Glass”,
“The Hunting of the Snark”.
Xüsusilə yuxarıdakı əsərləri ilə ingilis dilinə yeni sözlərin daxil olmasını təmin etmişdir. Biz ilk olaraq “Through the Looking-Glass” əsərinə
nəzər salacağıq. Məlum olduğu kimi İngilis dilində iki sözün birləşib yeni
bir söz yaratması nəticəsində alınan yeni sözə portmanteau deyilir.
L.Carroll bu əsəri ilə dilə həm portmanteau ter- minini gətirmiş, həm də portmanteau üsulu ilə və
bu üsuldan kənarda yaranmış bir çox sözün də
yaradıcısına çevrilmişdir. Həmin sözlər haqqında
aydın məlumata sahib olmaq üçün və portmanteau sözlər deyəndə nəyin nəzərdə tutuldu- portmanteau
ğunu tam mənasi ilə başa düşmək üçün əsərdə
verilmiş olan, Alice-ın oxuduğu aşağıdakı Vabbervvocky haqqında poemaya
nəzər salaq:


55

“ “Tvvas brillig, and the slithy toves
Did gyre and gimble in the vvabe,
AlI mimsy vvere the borogoves,
And the mome raths outgrabe.

“Bevvare the Vabbervvock, my sonl
The favvs that bite, the clavvs that catchl
Bevvare the huyub bird, and shun
The frumious Bandersnatchl

He took his vorpal svvord in hand:
Long time the manxome foe he sought—
So rested he by Tumtum tree,
And stood avvhile in thought.

And as in uffish thought he stood
The Yabbervvock, vvith eyes of flame.
Came vvhiffling through the tulgey vvood,
And burbled as it camel
One, tvvol One, tvvol And through and through
The vorpal blade vvent snicker-snackl
He left it dead, and vvith its head
He vvent galumphing back.

“And has thou slain the Tabbervvock?
Come to my arms, my beamish boyl
O frabyous dayl Callohl Callayl
He chortled in his 7oy.
“ “Tvvas brillig, and the slithy toves
Did gyre and gimble in the vvabe,
AlI mimsy vvere the borogoves,
And the mome raths outgrabe.

Yuxarıda qeyd olunan bu əsərin tərcüməsini bütövlükdə qeyd etmədən
öncə çox vacib bir məsələ haqqında danışmaq lazımdır. Hər halda ilk
baxışdan bu əsərin ingilis dilində olduğuna buradakı sözlərlə ilk dəfə qarşılaşan Alice və oxucu üçün inanmaq çətindir. Odur ki əsərin sonunda Alice

56

“It seems very pretty”... but it”s rather hard to understandil”... 1 don”t
exactly knovv vvhat they arel Hovvever, somebody killed something. that”s
clear, at any rate — “Bu çox yaxşı bir şeyə oxşayır”... amma bunu başa düşmək
olduqca çətindirl”... Mən dəqiq olaraq deyə bilmərəm ki, onlar nədirl Baxmayaraq ki, kimsə nəyisə öldürdü. Bu istənilən halda aydındır.”
Levvis Carroll dilə daxil etdiyi yeni portmanteau və digər sözlərin başa
düşülməsinin çətin olduğunu özü də çox yaxşı bilirdi. Ona görə də Alice-in
dili ilə öz fikrini burada göstərmişdir. Bununla yanaşı, müəllif buradakı yeni
anlaşılmaz sözlərin Alice-a izah edilməsi ilə oxucu üçün də izah vermişdir.
Belə ki, əsərdə Alice-in yeni sözləri başa düşmədiyini öyrənən Humpty
Dumpty bu sözləri rahatlıqla izah edə biləcəyini deyərək işə qoyulur:
“... there are plenty of hard vvords there. “brillig” means four o”clock in
the afternoon ... vvell, “slithy” means “ lithe and slimy”. ”Lithe” is same as
“active”. You see it”s like a portmanteau — there tvvo meanings packed up
into one vvord ... vvell, “toves” something like badgers — they are something

like lizards ... “to gyre” is to go round and round like a gyroscope. to
“gimble” is to make holes like a gimblet ... it is called “vvabe”, you knovv,
because it goes a long vvay before it, and long vvay behind it — ... vvell, then,

“mimsy” is “flimsy and miserable” (there”s another portmanteau for you).
And “borogove” is a thing shabby-looking bird vvith its feathers sticking out
all round — something like a live mop ... vvell, a “rath” is a sort of green pig:
but “mome” 1 am not certain about. 1 think it”s short for “from home” —
meaning that they”d lost their vvay, you knovv ... vvell, “outgribing” is
something betvveen bellovving and vvhistling, vvith a kind of sneeze in the
middle: hovvever, you”1l hear it done, maybe — dovvn in the vvood yonder —
and vvhen you ve once heard it you”ll be quite content”.
“Burda çoxlu çətin söz var. brillig — günorta saat dörd deməkdir ...
demək, sonra slithy — aktiv və selikli sözlərinin birləşməsindən yaranıb.
Burda lithe — aktiv sözü ilə eyni mənaya gəlir. Gördüyün kimi, bu portmanto
kimidir — iki məna bir sözün içərisinə yerləşdirilib ... Yaxşı,demək belə,
sonra toves-nəsə porsuq kimi bir şeydir — Onlar kərtənkələyə oxşayırlar ... to
gyre giroskop kimi durmadan dövrə vurmaq deməkdir. To gimble gimblet
kimi deşiyin düzəlməsinə deyilir ... bu da vvabe adlandırılır, bilirsən, çünki
önündə və arxasında uzun yol gedir ona görə ... Yaxşı, sonra mimsy gəlir ki,
bu da cılız və acınacaqlı sözlərinin birləşməsidir (al sənə bir portmanto
daha). Və borogove — bu ətrafa səpələnən lələkləri ilə pərişan görünümlü
bir quşdur — nəsə canlı bir yersilən kimi ... Yaxşı rath yaşıl donuzun bir
növüdür. Amma mome - bu haqda əmin deyiləm. Fikirləşirəm ki, bu evdən
sözünü deməyin qısa bir yoludur. Bilirsən də, burda “onlar yollarını ftir
57

mişdilər” mənasına gəlir... Yaxşı, outgribing — nəsə arada bir asqıraq olmaqla qışqırmaq və fit çalmağın arasında çıxan səsi bildirir. Onsuzda sən
bunu praktik olaraq eşidəcəksən — bəlkə də, meşəyə gedəndə ...
Göründüyü kimi, L.Carroll dilə yeni daxil etdiyi sözlərin çətinliyini
nəzərə alaraq Humpty Dumpty-nin dilindən həmin sözləri aydın şəkildə izah
etmişdir. Lakin biz burada bəzi məsələlər daha da aydın olsun deyə müəllifin
və Humpty Dumpty-nin də Alice soruşmadığı üçün geniş toxunmadığı
nüanslar haqqında danışmağı lazım bilirik.Əvvəlcə yazıçının dilə gətirdiyi
yeni termin portmanteau vvords-ə nəzər salaq.Yazıçı iki sözün birləşib yeni
SÖZ yaratmasını portmantoya bənzədərkən təxminən şəkil 3-ü nəzərdə
tutmuşdur. Portmantonun iki hissədən ibarət olduğuna və bağlandığı zaman
isə bütöv bir əşyanı əmələ gətirdiyinə görə müəllif iki sözün birləşməsindən
yaranan sözdə tam fərqli məna ifadə etdiyi və birləşib bütöv olanı əmələ
gətirdiyi üçün bu sözləri portmanto ilə müqayisə etmişdir. Carroll bu müqayisəni etdiyi zaman onun termin kimi dilə daxil olmasını heasblayıbmı, yoxsa yox, deyə bilmərik, amma dəqiq olan budur ki, bu gün Carroll həmin terminin yaradıcısı hesab olunur. İkinci olaraq toxunacağımız nüans isə məzmundan aydın olsa da, Humpty Dumpty tərəfin aydınlıq gətirilməyən to
chortle feilidir. İngilis dilində burada yaradılan digər sözlərə nisbətən daha
işlək olanı da elə budur (portmanteau istisna olmaqla). Bu sözün mənası
qəhqəhə çəkmək, şaqqanaq çəkərək gülmək deməkdir. Və bu söz də
portmanteau sözlər siyahısındandır. Belə ki, chortle-chuckle (gülmək, yaxud
yavaşdan gülmək) və snort (qışqırmaq, fınxırmaq) sözlərinin birləşməsindən
əmələ gəlmişdir. Yəni normal bir gülüşlə həddindən artıq ucadan olan bir
gülüşün arasında olan gülmə şəkli nəzərdə tutulmuşdur və buna görə də
bugün qəhqəhə çəkib gülmək mənasında qəbul edilir. Bundan başqa buradakı galumph da portmanteau sözdür — Gallop (sürətli şəkildə qaçmaq) və
triumph (qələbə, zəfər) sözlərinin birləşməsindən yaranmışdır. Odur ki
galumph əsərdə zəfər qazandıqdan sonra cəld geri dönmək mənasında işlədilmişdir. Əsərdə Carroll tərəfindən bir qisim sözlər də işlədilmişdir ki,
onların nə mənaya gəldiyini sadəcə əsərin məzmununa istinadən təxmin
etmək olar. Belələrinə vorpal, manxome, snicker-snack sözləri misal ola
bilər. Artıq yuxarıda Humpty Dumpty geniş izahı və bizim verdiyimiz kiçik
qeydlərdən sonra Carroll əsərdə vermiş olduğu poemanın tərcüməsi məsələsinə qayıda bilərik. Lakin burada unutmamalı olduğumuz şey isə odur ki,
deyildiyi kimi şeirdə bəzi sözlərin nə manada işləndiyi aydın deyil və bununla yanaşı məzmun etibarı ilə də real hadisələrdən bəhs etmədiyini nəzərə
alsaq burada ancaq ümumi tərcümədən söhbət gedə bilər:

58

Günorta saat dörd idi və sürüşkən, porsuğa bənzər varlıqlar
O geniş yerdə, durmadan dövrə vurur, deşik açırdılar,
Cılız və acınacaqlı olanların hamısı borogove quşları idi.
Və yaşıl donuzlar yollarını itirmiş halda qışqırışırdılar.

“Ehtiyatlı ol, oğlum, Vabbervvockl
Dişləyən çənələr, tutan pəncələrl
Özünü qoru /ufub quşu və sən
Dəhşətli qəzəbə sahib Bandersnatch qaçl”

O, qılıncını əlinə aldı:
Uzun zaman düşməni axtardı —
Nəhayət yorulub Tumtum ağacının altında dilcəldi,
Və bir müddət orada fikir içində dayandı.

Və o, əsəbi düşüncələr içərisində dayanarkən,
Alov saçan gözləri ilə Vabbervvock,
Qışqıraraq tulgey meşəsi boyunca irəlilədi
Və gəlib çatanda daha da çoşdul

Birl ikil Birlikil və içəriyə,içəriyə
Qılınc sürətlə içəriyə getdil
O, onu öldürdü və başı ilə birgə
Zəfər qazanmış olaraq geri qayıtdı.

“Nəhayət, sən onu öldürmüsən İabbervvock?
Gəl qollarıma mənim ağıllı oğluml
Oh nə qədər də sevincli bir günl Callohl Callayl
O, sevinclə şaqqanaq çəkərək güldü.”

Günorta saat dörd idi və sürüşkən, porsuğa bənzər varlıqlar
O geniş yerdə, durmadan dövrə vurur, deşik açırdılar,
Cılız və acınacaqlı olanların hamısı borogove quşları idi.
Və yaşıl donuzlar yollarını itirmiş halda qışqırışırdılar.

Levvis Carroll sadəcə bu əsərində deyil, “The Hunting of The Snark”
əsərində də bu kimi yeni sözləri yaradaraq ingilis dilinə daxil etmişdir. Lakin
onu da qeyd etməliyik ki, bu sözlərin hamısı yox, müəllif tərəfindən əsərlərində izahı verildiyi üçün tam aydın mənaya malik olanlar bu gün işlək

59

olmasına baxmayaraq, tam olaraq dəqiq mənası bilinməyən sözlərə danışıq
zamanı təsadüfi hallarda rast gəlinə bilər.
Son olaraq ingilis dilində çox populyar olan və Levvis Carroll-un
“Alice”s Adventures in VVonderland” əsərinə istinadən yaradılmış to be as
mad as Hatter (Hatter kimi dəli olmaq) və ya to be as mad as March Hare
(March Hare kimi dəli olmaq) idiomlarına nəzər salaq. Artıq biz ingilislərin
çay mədəniyyəti haqqında danışdığımız zaman Hatter və yoldaşları haqqında
qısaca məlumat vermişik. Lakin burada birini Hatter və ya March Hare kimi
dəli,yəni çılğın adlandırdıqda nəyin nəzərdə tutulduğuna daha dəqiq aydınlaşdırmaq lazımdır. Bu ikisinin və dostlarının ilk çılğınlığı, şübhəsiz, hər
daim çay süfrəsində oturmuş olmalarıdır. Bildiyimiz kimi, Alice onların
yanına gəlib çatdıqları zamanda onlar yenə çay içirdilər. Hətta çay içməyə o
qədər bağlanıblar ki, buna görə də əyləncə vaxtlarını çay süfrəsində necə
dəyərləndirməyin də yolunu tapıblar. Yəni məsələn, əylənmək istədiklərində
bir-birini çaydanın içərisinə salmaq və ağzını qapamaq onlar üçün maraqlı
bir oyundur. Alice orada olanda isə dostlar bu dəfə Dormouse-u çaydanın
içərisinə salırlar. Təsədüfü deyil ki, Carroll bu çay süfrəsində olanları nəzərə
alaraq onu A Mad Tea-Party (çılğın çay qonaqlığı) adlandırmışdır. Hatter-nin çaya olan bu dəlicəsinə sevgisini biz kral və kraliçənin yanına bir
əlində çay fincanı və bir əlində isə yağ-çörəklə
getdiyi zaman daha aydın görürük. Əsərin bu
yerində Ürəklərin kralı və kraliçasına məxsus olan
şirniyyat oğurlanmışdır. Və ona görə də bura gələn
insanlar şahidlik etmək üçün toplaşıb olacaqları
gözləyirlər. Çünki çox adi bir səbəbə görə belə
Ürəklərin Kralı və Kraliçası insanların edamına
qərar verirlər. Belə bir şəraitdə isə Hatter ilk şahid
olaraq çağırıldığında deyir (əlində çay fincanı, yağ-çörək olaraq):
“I beg your pardon, your Mafesty,” he began, “for bringing these in: but 1
hadn”t quite finished my tea vvhen 1 vvas sent for.” (səh. 167)
“Bağışlayın məni, Əlahəzrət,” deyə o sözə başladı, “bunları bura gətirdiyim
üçün: amma mənim bura gəlməli olduğum mənə deyiləndə mən hələ çayımı
tamamilə bitirməmişdim.”
Göründüyü kimi, günün hər anında Hatter çay içmək çılğınlığı az deyilmişcəsinə bir də çox rahatlıqla, səbəbsiz və demək olar ki, fikirləşmədən hər
kəsi öldürə bilən kral və kraliçanın də yanına çay və yağ-çörəklə gəlmək kimi
bir dəli cəsarəti də nümayiş etdirmişdir. Üstəlik, kral ondan papağını çıxarmasını tələb etdiyi zaman Hatter bunu etmir və səbəb olaraq da deyir ki, bu

60


papaq onun özünəməxsus olmadığına görə onu istədiyi an başından çıxarmağa da haqqı yoxdur. Bu
cavabdan əsəbiləşən kral onda deməli bu oğurluqdur deyir. Lakin Hatter bununla razılaşmayaraq
bildirir ki, bu oğurluq deyil, sadəcə olaraq onun özü
papaqçıdır və başındakı papaq da satış üçün nəzərdə
tutulub. Odur ki bu papağın sahibi onun gələcək
alıcısı hesab olunmalıdır. Hər halda bu sözləri belə
rahatlıqda və belə bir situasiyada deyə bildiyinə
görə, belə xalq Hatter ilə əlaqəli yuxarıdakı idiomu
yarada bilərdi, amma şübhəsiz idiomun yaranmasında onun və dostlarının çayla əlaqədar macəralarıda önəmli rol oynamışdır.
Bu idiomda bəzən Hatterin yerinə March Hare-in adının çəkilməsinə
gəldikdə isə onu deyə bilərik ki, burada da Hatter-nin etdiyi səviyyədə olan
çılğımlıqlar nəzərdə tutulur. Çünki March-Hare Hatter-nin dostudur, ona görə
də çay macəralarında bir yerdə çılğınlıq etdikləri kimi, kral və kraliça
qarşısındakı göstərdikləri rahatlıq etibarı ilə də oxşar xüsusiyyətlərə malikdirlər. Bununla yanaşı belə bir fikir də mövcuddur ki, March-Hare-in adı ilə
bağlı yaranan idiomda dovşanların çoxalma dövründə hoppanmaları da
nəzərə alınmışdır. Hər halda bu bir ehtimaldır və dəqiq olanı isə onun da
dostu kimi çılğın olmasıdır. Sonda məlumat üçün elə buradaca onu qeyd
edək ki, məsələnin nə yerdə olduğunu başa düşdükdən sonra bu iki dost
əvvəlki çılğınlıqlarını bir kənara qoyub aradan çıxmağın yollarını axtarmaqda da gecikmirlər və sonda əsərdə Hatter-nin fürsət tapıb hadisə yerində
qaçışı şəkildəki kimi təsvir oluna bilər.


Edvvard Lear, Thomas Grey, Geoffrey Chaucer, Vohn Maddison
Morton və ingilis dili

Bu müəlliflərin İngilis dilinə gətirmiş olduğu yeni söz və idiomlar
haqqında danışmazdan öncə onu qeyd edək ki, bu idiom və sözlər say
etibarilə bizim burada toxunacaqlarımızdan daha çoxdur, lakin biz burada
daha işlək və müəyyən mənada daha maraqlı olanları haqqında danışacağıq.
İlk olaraq Edvvard Lear-in İngilis dilinə gətirmiş olduğu yeni bir sözə
nəzər salaq. Bildiyimiz kimi, spoon qaşıq deməkdir. Lakin bu qaşığı nə üçün
istifadə etdiyimizdən asılı olaraq, ona başqa sözlər də əlavə edə bilərik.
Məsələn, bu tea spoon (çay qaşığı), coffee spoon (kofe qaşığı), soup spoon

61

(şorba içmək üçün qaşıq), dessert spoon (şirniyyat yemək üçün qaşıq), dinner
spoon (yemək qaşığı), salad spoon (salat qaşığı), ice Cream spoon (dondurma qaşığı) və s. ola bilər. Və biz bunların adlandırılmasına baxdığımız zaman
aydın olur ki, nəyə görə belə bir adlandırma aparılıb. Yəni məsələn, çay
qaşığının nə üçün çay qaşığı adlandırılması hər halda bir o qədər də qaranlıq
deyil. Bu prinsipi digərlərinə də aid etmək olar.
Lakin İngilis dilində bu siyahıya daxil olmayan və vv
runcible spoon deyə adlandırılan bir qaşıq növü də i
mövcuddur. Yəqin ki, ilk baxışda bunun nə üçün
digərlərindən fərqli bir prinsipə görə adlandırılması p
və bu prinsipin nə olması ilə bağlı suallar yarandı. zz
Bu sualın yaranmasına səbəb isə ilk baxışda bu
sözün yaranmasında xüsusi bir prinsipin görünməməsidir. Bu isə çox təbiidir. Çünki, bu sözün ya- runcible spoon
ranmasında xüsusi bir prinsip axtarmaq mənasız
dır. Və əgər bu sözü dilə gətirən Edvvard Lear xüsusi bir prinsip düşünübsə,
belə bu bü gün bizə aydın deyildir. Artıq məlum oldu ki, bu sözün yaradıcısı
E.Lear-dir. Və müəllif runcible spoon deyərkən, təxminən, şəkildəki kimi bir
qaşığı nəzərdə tutmuşdur. Ümumən bir çox əsərində bu qaşıq növündən bəhs
etsə də,bu qaşıq növünün dilə daxil olmasına əsas təsiri müəllifin “The Ovvl
and The Pussy-Cat” (Bayquş və pussy pişik) əsəri göstərmişdir. Bu kiçik
həcimli əsərdə qeyri-real görünən hadisələr baş verir. Onu da qeyd edək ki,
buradakı pussy sözünün pişiyi əzizləyərkən istifadə olunan müraciət şəkli
olduğu düşünülür. Əsərdən məlum olur ki, Bayquş və Pussy-Pişik armud
yaşılı bir qayıqda dənizdə gedirlər. Yanlarında isə bal və bir miqdar pul var.
Yolda Bayquş balaca gitarını götürüb mahnı oxumağa başlayır. Musiqisində
isə durmadan Pussy-Pişiyin gözəlliyindən və özünün ona olan sevgisində
danışır. Pussy sonda Bayquşa evlənməyi təklif edir. Bayquş bununla razılaşır, amma onlar evlənmək üçün üzükləri olmadığından bir il, bir gün üzüb
Bong adlı ağacın böyüdüyü yerə çatırlar. Və burada burnunun ucunda üzük
olan bir donuzla rastlaşırlar. Onu razı salıb üzüyü ondan aldıqdan sonra
növbəti gün evlənirlər. Bundan sonra onların bir yerdə nahar etməsi aşağıdakı kimi təsvir olunur:

They dined on mince, and slices of quince,
VVhich they ate vvith a runcible spoon:

Onlar doğranmış ət və dilimlənmiş heyva ilə nahar etdilər,
Bu şeyləri onlar runcible-ucunda yarıqlar olan qaşıq ilə yedilər.

62

Beləliklə, Bayquş və Pussy-Pişiyin evləndikdən sonra nahar zamanı
istifadə etdikləri bu qaşığın adı Edvvard Lear tərəfindən özünəməxsus şəkildə
verilmiş olur.
Haqqında danışacağımız növbəti söz isə madding-dir. Mad sözünün
dəli, bəzən çılğın mənasını ifadə etdiyi artıq məlumdur. Madding isə əsas
olaraq “dəli olmuş” deməkdir, lakin çılğın olan, dəli kimi hərəkət edən
mənalarında da başa düşülə bilər. Bu sözə ilk dəfə Thomas Grey-in əsəri olan
“Elegy VVritten in a Country Churchyard” (Kənd qəbiristanlığında yazıya
alınmış elegiya) poemasında rast gəlinir. Əsər haqqında geniş məlumat
verməsək də, burada madding sözünün tam mənasını başa düşmək üçün
əsərin mövzusuna qısa da olsa, toxunmağı lazım bilirik. Hələ əsərin
əvvəllərindən büyük bir kədər duyulur. Bayquşun səsi ilə yazıçı bu kədəri bir
az da böyüdür. Və bundan sonra müəllif birbaşa kənd qəbirstanlığına çevrilir.
Grey göstərir ki, hamı bir gün öləcək və təbii ki, ölənlə birlikdə onun bütün
həyatı boyu dəyər verdiyi sosial statusu, gözəlliyi, var-dövləti də ölümə
məhkumdur. Sonra kasıb fermerlərin qəbrinə çevrilir və özlüyündə düşünür
ki, bəlkə onlar da bir vaxtlar imperator, musiqiçi, yazar olma potensiallarına
malik olmuşdurlar. Lakin həm də fikirləşir ki, onlar varlı təbəqədən uzaq
durmaqla öz təmizlik-lərini də qoruya biliblər. Elə burada yazıçı, həmin varlı
şəxsləri, siyasətçiləri və bu qəbildən olan digərlərini və onların mühitindən
kənar olduqları üçün xoşbəxt olan kasıbları aşağıdakı kimi təsvir edir:
Far from the madding crovvd”s ignoble strife,
Their sober vvishes never learned to stray,
Dəli olmuş kütlənin alçaq fitnəsindən uzaq
Onların təmiz arzuları heç vaxt yoldan azmağın nə demək olduğunu bilmədi.
Göründüyü kimi, burada təsvir olunan dəli olmuş kütlə yuxarıda qeyd
olunan varlılar və digərləridir. Ona görə də aydın olur ki, bu söz burada heç
də müs-bət mənada işlədilməmişdir. Odur ki bu söz bu gün də istər dəli,
istərsə də çılğın şəklində istifadəsi zamanı müsbət məna ifadə etmir.
Müasir İngilis dilində bir şəxs vaxtı olmadığını, məşğul olduğunu bildir
mək istədikdə müxtəlif ifadələrdən istifadə edə bilər. Bunlara aşağıdakıları
misal göstərə bilərik:
Tam busy: P”m svvamped, 1”m snovved under, 1 don”t have any time to
breathe, 1don”t have time to think, Not a moment to spare:my diary is full:my
agenda is full, 1 have other priorities, T”m overstretched: T”ve got a İot to do,
TPmup to my ears və s.
Lakin əgər məşğulam, işim başımdan aşır yerinə daha poetik bir ifadəyə
ehtiyac varsa, o zaman belə deyilir: Pm as busy as bees (Mən arılar kimi

63

məşğulam). Yəqin ki, nə üçün məhz arı sualı ağıla gələn ilk şey olacaq.
Şübhəsiz arıların çalışqan olması hamıya məlumdur, lakin bu da var ki, axı
qarışqaların çəkdiyi zəhmətin də arılarınkından aşağı olduğunu düşünmək
olmaz. Buradakı əsas sual isə bu ifadədə nə üçün başqa bir canlının deyil
məhz arının seçilməsidir. İlk baxışdan bu sualın cavabını axtarmağa ehtiyac
yoxmuş kimi görünür. Nəticədə bir xalq məşğul olmasımı, arı ilə digər də
qarışqa və ya başqa bir canlı ilə müqayisə edə bilər. Lakin elə buradaca onu
qeyd etməliyik ki, İngilis dilinə bu ifadə təsadüfən daxil olmamışdır. Onun
yaradıcısı Geoffrey Chaucer-dir. Chaucer özünün məşhur əsəri olan
“Canterbury Tales” (Canterbury hekayələri) də bu ifadədən istifadə etmişdir.
Qeyd olunan yazıçılar arasından son olaraq Vohn Maddison Morton-ın ingilis
dilinə göstərmiş olduğu təsirdən bəhs edəcəyik. Məlumdur ki, bir-biri ilə
görüşmək istəyən, amma boş vaxtları eyni anda olmayan kifayət qədər insan
vardır. Odur ki, belə situasiyanı ifadə etmək üçün də kifayət qədər söz və
ifadənin olduğu qəribə səslənməz. Biz bu dəfə burada digər alternativlər
haqqında deyil, Mortonun yazmış olduğu əsər vasitəsilə dilə daxil olan
idiomdan danışmağı lazım bilirik. Bu idiom belədir: Box and Cox (və yaxud
to be Box and Cox)-Box və Cox kimi olmaq. İdiomdan məlum olduğu üzərə
Box və Cox şəxs adlarıdır. Lakin bu şəxslərlə bir-biri ilə görüşə bilməyən
şəxslərin nə əlaqəsi olduğunu öyrənmək üçün yazıçının eyniadlı əsərinə
nəzər salmalıyıq. Əsərdə Box və Cox-un hər ikisi xanım Bouncer-nin evində
kirayə qaldığı göstərilir. Bu obrazlar geyim tərzlərinin müxtəlifliyinə görə
bir-birindən ciddi şəkildə fərqlənirlər. Belə ki, Box-un şapqası qara, gödəkçəsi qısa olduğu halda bunun əksinə olaraq Cox-un gödəkçəsi uzun, şapqası
isə ağdır. Box nəşriyyatda işləyir və Cox isə papaqçıdır. Ev yiyəsi Box-un
gecə, Cox-un isə gündüz saatlarında işlədiyini və buna uyğun olaraq da Coxun Gecə Box-un isə gündüz evə gəldiyini nəzərə alaraq bir evi təbii ki, onların xəbəri olmadan eyni anda iki adama kirayə verir. Ona görə də hər gün
Box sabah saatlarında nəşriyyatdan evə gələrkən Cox həmin anda işə getdiyindən onlar bir-birini sadəcə kənardan görür və danışmaq şansına sahib
olmurlar. Şübhəsiz, bu halın hər gün bu şəkildə təkrarlanması üçün xanım
Bouncer də əlindən gələni gedir. Düzdür, hər iki kirayəçi tez-tez evdən getdikdən sonra nələrinsə yerinin dəyişdiyini, nəyinsə yoxa çıxdığını ev sahibinə deyir, amma Bouncer buna günahkarın pişik olduğunu deyərək, nəhayət, məsələni həll edir.Tutarlı bəhanəyə baxmayaraq bir dəfə Cox təngə
gələrək deyir ki, evdən tütün iyi gəlir və bunu pişiyin etdiyinə inanmaq
çətindir. Lakin sonda bu iki şəxs təsadüf nəticəsində eyni vaxtda evə gəlməyə
nail olurlar. Və təbii olaraq əvvəlcə hər ikisi buranın onun evi olduğunu iddia
edərək digərinin buranı tərk etməsini tələb edir. Lakin yekunda məsələnin nə

64

yerdə olduğunu başa düşür və ev sahibinə yeni otaq istədiklərini bidirirlər.
Əsərdə baş verən hadisələr bunlarla yekunlaşmasa da burada qeyd olunan
epizodlardan yuxarıdakı idiomun mənşəyi tamami ilə aydın olur. Son olaraq
onu da qeyd edək ki, hadisələrin gedişatında bu iki şəxs arasında olan münasibət yaxşılaşmağa başlayır. Yəni elə bununla əlaqədar olaraq da bu gün iki
şəxs Box və Cox-a bənzədildiyi zaman, əsəsən, onların dost münasibətində
olduğu və görüşmək istəyib görüşə bilmədiyi nəzərdə tutulur.Və görüşə
bilməməklərinin əsas səbəbi isə birinin zamanı olanda digərinin boş vaxtının
olmamasıdır. Eyni anda boş vaxtlarının olmaması əsərin əvvəllərində Box və
Cox-un bir-birlərindən xəbərsiz eyni evdə kirayəçi olduqları zamanla bağlıdırsa, bu idiomun adətən iki dost haqqında deyilməsi əsərin sonlarına doğru
You have read 1 text from Azerbaijani literature.
Next - Medeniyyetden Dile Achilan Qapi - 6
  • Parts
  • Medeniyyetden Dile Achilan Qapi - 1
    Total number of words is 3825
    Total number of unique words is 1687
    23.2 of words are in the 2000 most common words
    32.6 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 2
    Total number of words is 4058
    Total number of unique words is 1715
    24.5 of words are in the 2000 most common words
    35.0 of words are in the 5000 most common words
    40.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 3
    Total number of words is 3853
    Total number of unique words is 1749
    22.5 of words are in the 2000 most common words
    31.9 of words are in the 5000 most common words
    37.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 4
    Total number of words is 3952
    Total number of unique words is 1755
    22.0 of words are in the 2000 most common words
    32.8 of words are in the 5000 most common words
    38.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 5
    Total number of words is 4027
    Total number of unique words is 1783
    23.2 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 6
    Total number of words is 3976
    Total number of unique words is 1889
    23.2 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 7
    Total number of words is 3918
    Total number of unique words is 1733
    23.6 of words are in the 2000 most common words
    32.7 of words are in the 5000 most common words
    38.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 8
    Total number of words is 3883
    Total number of unique words is 1797
    24.7 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 9
    Total number of words is 3477
    Total number of unique words is 1672
    25.1 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.