Latin

Medeniyyetden Dile Achilan Qapi - 6

Total number of words is 3976
Total number of unique words is 1889
23.2 of words are in the 2000 most common words
34.3 of words are in the 5000 most common words
40.0 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
onların münasibətlərinin müsbətə doğru dəyişməsi ilə bağlıdır.

Adolf Huxley, George Orvvel və ingilis dili

Gəlin əvvəlcə bugün necə bir dünyada yaşadığımıza qısa bir nəzər salaq
və şərti olaraq müasir dövrü də Yeni Dünya adlandıraq. Nə görürük bu Yeni
Dünyada? İlk əvvəl yaxşı xəbərlərdən başlamaq istəsək, keçmişə nəzərən
inkişaf. İnkişafa isə öz növbəsində dünyanın istənilən yerində olan şəxslərlə
canlı bağlantı qurmaq, beləliklə, onların biliklərindən yararlanaraq öz fikirlərini bölüşmək, aya çıxmaq, ümumən, səmanı da insan gücünə tabe etməyə
çalışmaq, yeni texnologiyalar vasitəsilə bir çox suallara cavab tapmaq və bu
qəbildən olab digər şeylər. İndi isə əsas məsələyə, yəni pis xəbərlərə keçid
edək: İnsanlar rahatlıqla bir-birinə yalan deyə bilər, rahatlıqla bir-birini
öldürədə bilər, oğul anası ilə, ata qızı ilə cinsi əlaqədə olmağı arzu edə bilər,
dostun səni puldan ötrü və ya da digər bu kimi bir səbəbdən ötrü arxadan
bıçaqlaya da bilər, bu dünyanın belə olduğunu görüb məcburən içində olan
şeytanı ortaya çıxarıb onunla yaşaya da bilərsən (nəticədə Yeni Dünyanın
mələyə görə olmadığını başa düşmək o qədər də çətin deyil), lazım gəlsə,
məcbur olub şərəfini, ləyaqətini də itirə bilərsən, arxanı çevirdiyin anda ərin
və ya arvadın o anda sənə xəyanət də edə bilər, bunun üzərinə sən də ona
xəyanət edə bilərsən, əxlaqsızlığın daha da professional şəkildə həyata keçirilməsi üçün xüsusi ilə qadınlara özəl (yaxın gələcəkdə kişilər üçün də gözlənilir) əxlaqsızlıq haqqında mühazirələrin oxunduğu universitet də görə bilərsən, əxlaqsızlıq etdikdən sonra yuyunmaqla təmizə çıxdığını düşünən və ya
əxlaqsızlığın özünün təmizlik oduğunu düşünən insanlara da rast gələ bilərsən, özü-özü ilə və ya maşını ilə, qısası şəhvət anında gözünə nə xoş gəlsə

65

onun ilə evlənən insanlarlada rastlaşa bilərsən və s. Qısası ağla gələn və ağıla
gəlməyən nə olsa edə bilərsən. Amma qətiyyən narahat olmağa dəyməz, niyə
bilirsən? Çünki bu sadaladıqlarımız mədəniyyətin bir parçasıdır, yəni narahatçılığa heç bir əsas yoxdur. Məhz bu qədər azad düşüncəyə önəm verilən
bu dünyanı isə yalnız Yeni Dünya adlandırmaq qətiyyən düzgün olmaz, odur
ki, gəlin bu dünyanı Adolf Huxley-in sözləri ilə Cəsur Yeni Dünya adlandıraq. Cəsur Yeni Dünyamıza da baxış keçirdiyimizə görə artıq ingilis
dilindəki Brave Nevv VVorld (cəsur yeni dünya) ifadəsinə nəzər sala bilərik.
Əvvəlcə onu deyək ki, bu idiom iki mənada istifadə olunur. Yəni bizim
yuxarıda sadaladığımız yaxşı xəbərlərə istinadən ilkin mənada tarixin cəmiyyətdə baş verən dəyişikliklərlə bağlı yeni və inkişafda olan dövrü nəzərdə
tutulur. Bu şəkildə müsbət mənada istifadəsi isə Shakespeare-in “The
Tempest” əsərində işlənmə şəkli ilə bağlıdır. Amma biz bu idiomun müsbət
yox, mənfi mənada istifadəsinə nəzər salacağıq ki, bu da Adolf Huxley-in
1932-ci ildə yazmış olduğu “Brave Nevv VVorld” romanı ilə əlaqəli olaraq
ortaya çıxmışdır.Və mənfi mənada bu idiom bizim yuxarıda qeyd etdiyimiz
pis xəbərləri ifadə etmək üçün istifadə olunur. Müasir dövrdə də əsasən bu
məna işləkliyi ilə seçilir. Əsərdə, təxminən, bizim verdiyimiz pis xəbərlərdən
bəhs olunur. Lakin, şübhəsiz, bizim dediklərimiz 21-ci əsri, Huxley-in əsərindəki mənfi hallar isə 20-ci əsri əhatə edir. Odur ki bu gün olan mənfi
halları Huxley zamanında bir az daha fəqli şəkildə görə bilərik. Lakin biz
burada onların hamısını deyil idiomu tam mənası ilə anlamağa yetəcək
qədərini təhlil edəcək və bu əsərdə olan, hazırda işlək idiomlardan da heç
geri qalmayacaq dərəcədə populyar statlara nəzər salacağıq. Əsərdə təsvir
olunan yeni dünya Shakespeare-i oxumağı mənasız sayan, İncil və Allah
haqqında düşünməyi vaxt itkisi hesab edən, yeni nəsli kişi və qadının cinsi
əlaqəsi yekununda yox, xüsusi tibbi üsullarla əldə edən bir dünyadır. Bu
dünyanın nümayəndələri nəsə bir problemlə rastlaşan kimi soma içib özünü
manqurtlaşdırmaqdan xüsusi zövq duyur. Bu yeni dünya ilə yanaşı birdə
vəhşilərin yaşadığı yerdən bəhs olunur. Burda onu deməyi vacib bilirik ki,
əsərdəki yeni dünyanın nümayəndələri üçün vəhşi sayılan şəxslər əslində
əsil mədəniyyət sahibi olan, əxlaqlı insanlardır. Bu “vəhşi”lərin əsas nümayəndəsi isə lohn-dur. Biz çox dərinə varmadan /ohn və yeni dünyanın bariz
nümunəsi olan Lenina arasında yaşanan bir hadisəyə diqqət yetirək. Bunun
üçün Lenina-nın kim olduğunu bilməliyik. O, elmi işçidir və indiyə qədər də,
saysız-hesabsız sevgililəri olmuşdur. Lakin biz onlardan Henry Foster,
Bernard-ın adını çəkməklə kifayətlənirik. Burada inanılmaz olanı isə bunlardan Henry Foster-lə 4 ay kimi “uzun” bir müddət sevgili olmağın öhdəsindən
gələ bilməsidir. Nəhayət, “vəhşi” insanların yaşadığı yerə gedərkən burada

66

Tohn-u görür və şəhvətin təsiri ilə onunla da cinsi yaxınlıq etməyi arzu edir.
Bu niyyətdən xəbərsiz olan və Lenina-nı təmiz bir məhəbbətlə sevən Fohn
isə onunla bir evdə olmaqdan çəkinmir. Lakin, bir anda Lenina-nı qarşısında
çılpaq şəkildə və şəhvət əsəri olaraq görəndə isə özünü itirir. Hərçənd qadın
niyyətinə çatmaq üçün çox israr edir, amma /ohn-un qəzəblə ard-arda ona
İmpudent strumpet (həyasız fahişə) deyə müraciətindən sonra paltarlarını
geyinib başqa bir otağa qaçmağa məcbur olur. Bu hadisələrin üzərinə yeni
dünyanın iyrəncliyi qarşısında heyrətə düşən /Vohn yeni dünya və köhnə dünya haqqında olan bəzi suallarını yeni dünya nümayəndəsi olan Mustapha
Mond-a ünvanlayır. Bu suallarm içərisində vacib olanlarından biri də aşağıdakıdır:
— “But if you knovv about God, vvhy don”t you tell them? asked the Savage
indignantly. “VVhy don”t you give them these books about God?”
— “For the same reason as vve don”t give them Othello, They are old, They”re
about God hundreds of years ago. Not about God novv.”
— “But God doesn”t change.”
— “Men do,though.”
— “Amma əgər siz Allahın varlığı haqqında bilirsinizsə, niyə görə onlara
bunu demirsiniz?” — deyə Vəhşi (Tohn nəzərdə tutulur-müəllif) çox əsəbi şəkildə soruşdu. “Nə üçün siz onlara Allah haqqında yazılmış olan bu kitabları
vermirsiniz?”
— “Othello-nu nəyə görə vermiriksə, ona görə. Onlar köhnədir. Onlar yüzillər
bundan öncənin Allahı haqqında yazılıb. İndinin Allahı haqqında yox.”
— “Amma Allah dəyişməyib”.
— “İnsanlar dəyişib”.
Yuxarıdakı dialoqdan da məlum olur ki, yeni dünya Shakespeare-i,
Allah haqında yazılan kitabları, dini köhnə hesab edir. Ona görə ki, insanlar
yenidir. Onsuz da Shakespeare-i oxuyub başa düşməyəcəkləri əvvəldən
məlum ola-ola nəyə görə boş yerə vaxt itirməlidirlər ki? Lakin maraqlısı odur
ki, bu sözlərin üzərinə bir də bu yeni dünyanın mədəniyyətin, özünün isə
vəhşi, sivilizasiyadan uzaq bir yaşamın parçası olduğunu gördükdə /Vohn-un
heyrəti artmaqda davam edir.Və nəhayət evə qayıtdığı zaman Helmholtz
ondan nəsə yeyib-yemədiyini soruşur və bundan sonra Tohn-dan aşağıdakı
cavabı alır:
Savage nodded. “1 ate civilization.”.....
“It is poisoned me, 1 vvas defiled, And then,” he added, in a İlovver tone, “Tate
my ovvn vvickedness.”
Vəhşi (Tohn-müəllif) başını yellədi (ac olmadığını bildirmək üçün-müəllif).
“Mən mədəniyyət yeyib gəlmişəm”...

67

“Bu məni zəhərlədi. Mən murdarlandım. Və sonra” o daha alçaq tonla əlavə
etdi, “Mən öz içimdəki əclaflığı, şeytanlığı yedim”.
Yuxarıda qara hərflərlə qeyd olunan cümlə əsərdə olan ən populyar
sitatlardan biridir. Buradan və əvvəlki misallardan da aydın olur ki, Brave
Nevv VVorld necə bir dünyadır. Və Huxley-ə istinad olunan idiom da hansı
mənanı ifadə edir. Yəni əgər kimsə müasir dövrü əsas alaraq dünyanı brave
nevv vvorld adlandırırsa, bu o deməkdir ki, bu idiomdan istifadə edən şəxsə
görə hazırda dünya əsərdə təsvir olunan kimidir.
1937-ci il ... qanlı faciələrin baş verdiyi o il. Neçə-neçə insanın qürurunun, mənliyinin, şəxsiyyətinin, layaqətinin tapdalandığı, alçaldığı və buna
razı olmayanların isə amansızca öldürüldüyü o il. Yəqin ki, söhbətin nədən
getdi-yini tarixdən az da olsa məlumatı olan hər kəs başa düşdü. Amma
kiminsə bilməmə ehtimalını və ehtiyat igidin yaraşığıdır ata sözünü əsas
alaraq biz həmin tarixdə olanlara çox qısa da olsa nəzər salaq. Məlum olduğu
kimi, həmin tarixdə SSRİ rəhbərliyinin hakim olduğu yerlərdə repressiyalar
başlamışdı. Əlbəttə ki, bu repressiyalar Azərbaycandan da yan keçməmiş,
bizim də neçə-neçə ziyalımızın ölümü ilə müşaiət olunmuşdu. 1937 və ondan
sonrakı illərə baxdığımızda Mikayıl Müşfiq, Hüseyn Cavid və digər sənətkarlarımızı isə xatırlamamaq əldə deyil. Lakin biz burda onlardan yox, SSRİ
prinsiplərini Azəzrbaycan və digər SSRİ tərkibinə daxil olan ərazilərdə şərəfini satmaqla qəbul etməyə zorlanmış olanlardan bir nümunə üzərində bəhs
edəcəyik. Zirzəmilər ... Ordakı işgəncələr ... İstəmədiyi halda, bu quruluş
qəbul etdiyini deməyə məcbur edilmiş ağızlar ... Bu işgəncələrdən qurtulmaq üçün dostunu belə düşünmədən satanlar ...
Yəqin düşünürsünüz ki, onlar istəsələr ölməyi də seçə bilərdilər və
bununla da öz ləyaqətlərinin sındırılmağına da icazə verməzdilər. Bu
düşüncə özlüyündə çox yaxşıdır və bizcə də hər bir şəxs şərəfini, ləyaqətini
üstün tutub rahatlıqla ölümü seçməlidir. Amma gəlin baxaq görək ki, bu
ölüm şansı bizə verilənə qədər gözlədiyimiz yer beşulduzlu hoteldir, yoxsa
yox. Hər halda, bu suala neqativ cavabın artıq verilmiş olduğuna inanıram.
Yəni ölüm seçimi verilincəyə qədər keçən dövrə dözmək üçün isə böyük bir
iradəyə sahib olmaq lazımdır ki, hamının da bəhs olunan iradəyə sahib
olmadığını düşünmək bir qədər də qəribə səslənməməlidir. Və bizə görə
iradəyə malik olmayanları da günahlandırmaq ədalətli deyildir. Nəticədə o
zirzəmilərdə ona ağın qara, 2-2-nin isə beş olduğunu əzizləyərək öyrətməyiblər. Məhz elə burada bizim yuxarıda danışdığımız hadisələrin İngiltərədə baş versə (İngiltərənin SSRİ tərkibində olmadığını nəzərə alaraq) hansı
şəkildə özünü göstərə biləcəyi haqqında qısa olaraq xəyal edək. Amma,
narahatlığa heç bir əsas yoxdur, çünki bunu gözlərimizin önündə canlan
68

dırmaq üçün xəyal qurmaqdan ziyadə, George Orvvel-in 1949-cu ildə yazdığı
“1984” əsərinə nəzər salmaq kifayətdir. Lakin bizim buradakı əsas məqsədimiz bu əsərə istinadən İngilis dilinə daxil olan yeni söz və ifadələri araşdırmaqdır. İlk olaraq, bunlardan ən məşhur və işlək olanlarınının bəzilərin
burada qeyd edirik:
Doublethink (ikili düşüncə): Big Brother (Böyük qardaş), Duckspeak
(ördək danışığı), Facecrime (üz cinayəti), Ovvnlife (şəxsi həyat), Goodthinkful (yaxşı düşüncəli), BlackVVhite (qara ağ), Tvvo and Tvvo Make
Five (iki üstəgəl iki beş edir): VVar is peace (müharibə sülhdür): Thought
Police (düşüncə polisi) və s.
Yuxarıda qeyd olunan söz və ifadələri başa düşmək üçün əsərə nəzər
salmalıyıq. Əvvəlcə onu qeyd edək ki, bu əsər adından da göründüyü kimi
1949-cu ildə yazılmasına baxmayaraq, 1984-cü ildə olacaqlar haqqında bəhs
edir. Burada SSRİ-yə bənzər bir quruluşun İngiltərədə də yaradıldığı və
Oceania adlandırıldığı göstərilir. Bu yeni quruluşa görə inqilabdan əvvəl
olan bütün hər şey sadəcə bir heç olmuşdur. Yalnız inqilabdan sonrakı
dövrdə İngiltərə çiçəklənməyə və inkişaf etməyə başlamışdır. Məhz bu
düşüncəni əsas alan qəzetlər və kitablar da İngiltərənin rifahını durmadan bu
inqilabla bağlamaqdadırlar. Uşaqlar üçün yazılmış belə tarix kitablarından
birinə nəzər salan əsərin əsas obrazı VVinston burada olan məlumatların bir
qismini öz gündəliyinə köçürərkən biz də burada inqilabın rolunun nə dərəcədə şişirdilməsinə şahid oluruq:
In old days ... before the glorious Revolution, London vvas not the
beautiful city that vve knovv today. It vvas a dark, dirty, miserable place vvhere
hardly anybody had enough to eat and vvhere hundreds and thousands of poor
people had no boots on their feet and not even a roof to sleep under ... but
in among all this terrible poverty there vvere fust a fevv great big beautiful
houses that vvere lived in by rich men vvho had as many as thirty servants to
look after them. These rich men vvere called capitalists ...
Keçmiş günlərdə ... möhtəşəm İnqilabdan əvvəl, London bu gün bizim
gördüyümüz kimi gözəl şəhər deyildi. İnsanların güclə yeməyə nəsə tapdığı,
yüzlərlə, minlərlə kasıbın ayağına geyinməyə çəkmə, altında yatmağa başının üzərində bir damın tapılmadığı qaranlıq, çirkli və acınacaqlı bir yer idi ...
Amma bütün bu dəhşətli kasıbçılığın içində özlərinə xidmət üçün 30-a qədər
qulluqçu saxlayan varlılara məxsus çox az sayda büyük və gözəl evlər də var
idi. Bu varlı adamlar kapitalist adlandırılırdı ...”
Lakin VVinston qorxaraq da olsa, keçmiş haqqında düşünmək və burada
verilən məlumatların doğru olub-olmadığını bilmək istəyirdi. Təəssüf ki,
bütün əsər boyu görəcəyimiz o məşhur ifadə — “Big Brother is vvatching

69

you” (Böyük qardaş səni izləyir) onun yolunu kəsir və beləcə düşünmək
istədiyi şeyləri düşünməməyi seçirdi. Buradakı Big Brother isə Oceaniayanın rəhbəridir ki, biz onu Lenin və ya Stalinlə müqayisə edə bilərik. O,
telescreen deyilən xüsusi cihazla insanlara məlumat verir və əgər onun istəyi
xaricində nəsə düşündüyünü görsə lazımı xəbərdarlığı edirdi. Və hər kəs
onun dediklərinə qeyd-şərtsiz inanmalı idi. Əgər inanmasa belə əsərdəki
adlandırılış tərzi ilə desək, yeni danışıqda (nevvspeak) olan yeni söz
doublethink-in tələbinə görə inanmasa da, inanmalı idi. Çünki ona başqa
seçim verilmirdi. Nəhayət, yaranan ikili düşüncənin yekununda Goodthinker sözünün tələblərinə cavab verən insan modeli ilə yekunlaşmalı idi. Belə
ki, Big Brother-nin dediklərinə inananlar əlbəttəki yaxşı, doğru düşüncəli
olanlardır. Və bu insanlar heç bir çətinlik çəkmədən qaraya ağ deməyə nail
olmuş, beləliklə də yeni danışıqdakı BlackVVhite sözünün də yaradılmasındakı məqsədə nail olmağı bacarmışlar. Bütün bu ciddi nəzəratə baxmayaraq
VVinston inqilabdan əvvəlki həyatla maraqlanmaq riskini alır. Bir gün qədimdən qalan əşyaların satıldığı mağazaya yolu düşür və buradakı əşyaların
gözəlliyini, onların inqilabdan əvvəlki dövrə aid olduğunu bildikdə isə
şübhələri bir az artır. Araşdırmalarına davam etdiyi müddətdə bir qadının
onu izlədiyini görüb onun Big Brother-nin adamı olduğunu düşünərək təlaş
keçirir və, nəhayat, bunun belə olmadığını, /ulia adlanan bu qadının sadəcə
onunla yaxınlıq etmək istədiyini öyrəndikdə isə araşdırmala-rına bu qadınla
davam edir. Əlbəttə ki, aralarında olan yaxınlığı isə gizli şəkildə həyata
keçirirlər. Çünki bu dövrdə Big Brother-nin istəyindən kənara çıxdıqları
üçün cəzalana bilərdilər. Nəhayət, Tulia üçün heç bir əhəmiyyətə malik
olmasa da, hər ikisi onlar kimi şübhə içərisində olan insanlarla əlaqə quraraq
(əslində, özləri də bilmədən satqınlarla) Emmanuel Goldstein-in yeni
cəmiyyətin həqiqətlərindən bəhs edən kitabını əldə edib oxumağa nail olurlar
(Oxumaq dedikdə VVinston-un oxumağı və /ulia-nın isə qulaq asa-asa
yatmağı nəzərdə tutulur). Bu kitabı oxuduqdan sonra isə təbii olaraq
Oceania-yanın təbliğ etdiyi “VVar is Peace” (müharibə sülhdür), “Freedom is
Slavery” (azadlıq qul olmaq deməkdir): “Ignorance is Strength” (cəhalət
gücdür) şuarlarının da mənasızlığı ortaya çıxmış olur. Lakin bu kitabın
oxunduğu gecə Big Brother-nin gözündən yayınmır və tezliklə Thought
Police (Düşüncə polisi) tərəfindən həbs olunurlar. Şübhəsiz, burada onlara
nə cür işgəncələrin verildiyi isə ümumən təsəvvür oluna bilər. Lakin misal
olaraq verilən elektriki və təbii ki, 101 nömrəli otaqda olan işgəncələri
göstərə bilərik. Bu işgəncə zamanlarından birində O”Brien və VVinston
arasında aşağıdakı söhbət baş tutur:

70

O”Brten held up his left hand, its back tovvards VVinston, vvith the thumb
hidden and the four fingers extended.
“Hovv many fingers am 1 holding up,VVinston?”
“Four”.
“And if the party says that it is not four but five-then hovv many?”
“Four”.
... (he neddle vvent up to sixty.
“Hovv many fingers, VVinston?”
“Fourl Four1 VVhat else can I say? Fourl”
O”Brfen sol əlinin arxa tərəfini baş barmağı qatlanmış şəkildə qaldıraraq
VVinston-a tərəf çevirdi və dörd barmağı göründü.
— “Mən neçə barmaq tuturam, VVinston?”
— “Dörd”.
— “Bəs yaxşı əgər partiya deyirsə ki, dörd yox beşdi onda necə?”
“Dörd.”
... Əqrəb 60-a qalxdı (elektrikin nə qədər verilməsini müəyyənləşdirmək
üçün olan cihazdakı əqrəbdən söhbət gedir-müəllif).
“Neçə barmaq, VVinston?”
“Dördl Dördl Axı mən başqa nə deyə bilərəm? Dördl”
Buradan da məlum olur ki, VVinston ilk əvvəllər ikilidüşüncəni qəbul
edib qaraya ağ deməyi bacarmır. Odur ki, onun işgəncələri davam edir və
nəhayət özü də 242-nin 5 etdiyinə inandığı anda bu işgəncələr azalmağa və
Tulia-ni satdığı anda isə sona yaxınlaşmağa başlayır. O artıq günahı /Vulia-ya
atıb özünü qurtarmağın dərdinə düşdükdə Big Brother refiminin sabiq vətəndaşına çevrilir. Bu halı yazıçı əsərin əvvəllərində də müşahidə olunan
aşağıdakı şeirlə təsvir edir:

Under the spreading chestnut tree
I sold you and you sold me:
There lie They, and here lie vve
Under the spreading chestnut tree.

Ətrafa qol-budaq atmış şabalıd ağacının altında
Mən səni satdım, sən də məni:
Orada onlar və burda da biz yalan danışırıq
ətrafa qol-budaq atmış şabalıd ağacının altında.

Bələliklə, aydın olur ki, bugün Big Brother və ya Big Brother is
VVatching you deyəndə xüsusilə dövlətdəki rəhbər şəxslər və onların xalq

71

üzərindəki, zorakı refimi nəzərdə tutulur. Əgər hər hansı bir dövlətə istinadən
bu söz və ifadə istifadə olunursa, bu zaman əlavə olaraq həmin dövlətdə söz
azadlığının yoxluğu, insanlara azad seçim hüququnun verilmə-diyi, haqqını
tələb edənlərin müxtəlif üsullarla susdurulduğu haqqında danışmağa ehtiyac
yoxdur. Çünki qeyd olunan idiomlar bütün bu məna yükünü öz üzərində
daşıya bilir. Müasir dövrdə əsərdən xəbardar olmayan bir ingilisin belə əsər
əsasında çəkilmiş olan filmdən xəbərdar olma ehti-malının yüksəkliyini
nəzərə alsaq, sadəcə bu idomdan istifadə ilə bir ingilisin saatlarca izaha
ehtiyacı olan fikri çox rahatlıqla qarşıdakı digər ingilisə çatdırmaq şansı
vardır. Əlbəttə, bu kitab və filimin ingilis dilli digər ölkə-lərdə də məşhur
olmasını nəzərə alsaq, bir az öncəki misalı bu ölkələrin nümayəndələrinə də
aid etmək olar.
Ümumən, George Orvvel tərəfindən İngilis dilinə daxil edilmiş olan bu
söz və idiomlar daha çox siyasətdə istifadə olunur.

Şifahi ədəbiyyat və ingilis dili

Yazılı ədəbiyyat dilə təsir göstərdiyi kimi şifahi ədəbiyyat da dilə təsir
göstərir. Əslində, məsələnin dərinliyinə getsək, şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha çox təsir göstərmə şansına malikdir. Çünki bu ədəbiyyatı xalq yaradır. Odur ki biz də burada qısa da olsa, ingilis şifahi ədəbiyyatının dildə buraxmış olduğu izlərə nəzər salacağıq. Bunun üçün yenə
də dilə nəzər salıb oradan şifahi ədəbiyyatı qoxusu duyulan misalları baxış
keçirdək. Bizim haqqında danışacağımız idiomlar aşağıdakılardır:
A vvise man of Gothamş round Robin Hood”s barn, seven league boots.
A vvise man of Gotham-Gothamlı müdrik insan idiomu, adətən, bir şəxsin
ağılsız, axmaq olduğunu göstərmək üçün istifadə olunur. Yəni birinə axmaq
demək lazımdırsa, ona “you are a vvise man of Gotham - Sən Gothamlı
müdrik insana bənzəyirsən” demək kifayətdir. Lakin bunu dedikdən sonra
ümid etmək lazımdır ki, bu şəxs 1ngilis xalqının şifahi xalq ədəbiyyatından
xəbərdar olmuş olsun. Əks təqdirdə, yuxarıda deyilən bu sözləri özünə tərif
kimi də qəbul edə bilər. Üstəlik, axmaq axmaq olduğunu bilsə axmaqlığından əl çəkərdi düşüncəsinə görə də qarşıdakı şəxsin bu idiomu başa düşəcəyi
çətin məsələdir. Lakin yenə də çıxmayan candan ümid kəsilməz deyə biz bu
idiomdan birinin axmaqlığını ona bildirmək üçün istifadə edə bilərik. Bu
idiomun ifadə etdiyi mənanı tam dərk etmək üçün “A VVise Men of Gotham”
adlı folklor nümunəsindən xəbərdar olmaq lazımdır. Çünki qeyd olunan
idiomun mənşəyi bu hekayədir. İlk olaraq hekayədə Gotham-dan olan 12
x.

dost təsvir olunur. Bir gün onlar hamısı toplaşaraq balıq tutmaq üçün çaya
gedirlər. Xeyli balıq tutduqdan sonra isə nəhayət evə qayıtmağa qərar
verirlər. Yolda yoldaşlardan biri deyir ki, bu gün biz çoxlu balıq tutduq.
Amma bunun üçün risk edərək suyun dərin yerlərinə də daxil olmuşuq. Odur
ki ümid edirəm, aramızdan boğulan olmamışdır. Bu sözlərin üzərinə hamısı
sıra ilə bir-birini sayırlar, lakin Molla Nəsrəddin kimi mindiklərini saymadıqlarından özləri hər dəfə kənar qalır və ona görə də belə fikirləşirlər ki, 11
nəfər buradadır,biri isə boğulmuşdur. Ona görə də balıq tutduqları yerə geri
qayıdırlar. Çox axtarmaqlarına baxmayaraq, 12-ci şəxsi orada tapmadıqları
üçün ağlayıb fəryad etməyə başlayırlar. Birdən təsadüfən orada gəzinən qonşularından biri onları görərək gəlir və problemin nə olduğu ilə maraqlanır.
Hər şeyi öyrəndikdən sonra məsələnin nə yerdə olduğunu anlayaraq onlardan
12-ci şəxsi taparsa, qarşılığında nə verəcəklərini soruşur.12 dost isə sahib
olduqları bütün pulu verəcəyini deyir. Bu vəddən sonra qonşuları onları saymağa başlayır və təbii olaraq say 12-yə bərabər olur.
Bizə görə idiomda qeyd olunan müdrik Gotham-lı şəxs bu 12 dostun
ümumiləşdirilmiş obrazıdır. Nəticədə əgər burada söhbət qonşudan getmiş
olsa idi, idiomun mənası böyük bir ehtimalla axmaq yox, hiyləgər adam
olardı. Şübhəsiz, bunun əksinin də doğru ola biləcəyini də istisna etmirik.
Hər halda, bu gün əldə olan fakt bizə birinci fikri müdafiə etməyə əsas verir.
Lakin burada dəqiq olan şey isə idiomun mənşəyini bu hekayədən götürməsidir.
Məlumdur ki, qaçaqlar tarixin müəyyən dövrlərində bu və ya digər
səbəbdən dünyanın müxtəlif yerlərində olmuşdur. Və bu qaçaqlar haqqında
hekayələr, dastanlar da yaradılmışdır. Həmin qaçaqların bariz nümunələrindən biri Azərbaycan folklorunda Koroğludur. Və ingilislərin şifahi ədəbiyyatında Koroğlu obrazına paralel dayana biləcək xalq qəhramanı və qaçaq isə
Robin Hood-dur. Hərçənd Koroğlu ilə müqayisədən Robin Hood-un şəxsiyyəti haqqında bizdə müəyyən bir fikir formalaşmış olsa da, biz bu şəxsə qısa
da olsa bir baxış keçirməyi lazım bilirik.
Robin Hood Locksley kəndində dünyaya gəlmiş və o, kral Richard-ın
dövründə yaşamışdır. Richard zamanında isə vəziyyət bir o qədər ürəkaçıcı
deyil. Belə ki, yollar bərbad vəziyyət idi və ölkə oğrularla dolmuşdu ... Bir
gün anası atasın-dan icazə alaraq Robin Hood-la birgə krismas bayramını
qeyd etmək üçün qardaşının evinə getdi. Burada dayısı Robin Hood-un cəsur
və bacarıqlı biri olduğunu görərək ona dedi ki, sən mən ölənə qədər burada
mənimlə qalmalısan, sonra isə mən öləndə mülküm sənin olar və səndə rahat
bir həyat yaşaya bilərsən. Beləliklə, Robin dayısı ilə yaşamağa başlayır. Bir
gün o, ata-anasını ziyarətə getdiyi zaman dayısı Gamevvell xəstələnir və din

73

xadimləri gələrək ona yaxşı bir insan kimi ölmək istəyirsə, bütün mülkünü
kilsəyə verməli olduğunu deyir. Xəstəlikdən nə etdiyini bilməyən Gamevvell
Robin Hood-a verdiyi sözü unudaraq mülkünü kilsəyə verməyi qəbul edir.
Robin-ə isə xəbər göndərir. Lakin o çatdıqda dayısını ölmüş, mülkünü də
əldən getmiş olaraq görür. Bu hadisələrdən sonra atası da varlı olmadığı
üçün Robin Hood özünü keçindirməyin yollarını axtarır. Lakin əmək tələb
edən bir işlə məşğul olmağı bacarmadığından, yavaş-yavaş ətrafına adam
toplayaraq Koroğlu Çənlibelini xatırladan Shervvood meşəsinə üz tutur.Vaxt
keçdikcə bu adamların sayı artaraq 100 nəfəri də ötür. Burada onlar oğurluqla da məşğul olurlar. Lakin onlar heç vaxt kasıbdan oğurluq etmir, yalnız
varlı təbəqənin nümayəndələrini qəsb edirdilər. Hətta Robin kasıb insanlarla
qarşılaşdığı zaman onlardan pul almaq yerinə onlara pul verirdi. O etdiyi
yaxşı işlərin nəticəsində isə xalq kütlələri arasında sevilməyə başlamışdı ...
Bir dəfə gənc bir oğlanı sevdiyi qızı zorla sırf varlı olduğuna görə başqa biri
ilə evləndirdikləri üçün qəmli şəkildə oturmuş görür və onda məsələnin nə
olduğunu,qızın da bu oğlanı sevdiyini dəqiqləşdirdikdən sonra toy edilən
yerə gedərək evliliyə maneə olur. Bundan sonra qızdan da kimlə evlənmək
istədiyini soruşub oğlanın ona demiş olduğu cavabı alaraq bu iki gənci evləndirir. Bu isə ona qarşı olan sevginin artmasına səbəb olur. Başqa bir zaman
isə yepiskopu zorla Shervvood-a gətirir və onu özü ilə birgə nahar etməyə
zorlayır. Bu zaman aşağıdakı sözlərlə ona müraciət edir:
“My lord, you must dine vvith me today under my bovver in merry
Barnsdale.”
“Lordum, bu gün sən şən Barnsdale (Barnsdale İngiltərədə yerləşən bir
ərazidir — müəllif) də — mənim məskənimdə mənimlə nahar etməlisən.”
Buradan da aydın olur ki, Robin Hood varlı təbəqəyə qarşı da cani olmamışdır. Hakim təbəqələr içərisində isə Robin Hood kral I Richard-ın anası
kraliça Eleanor tərəfindən də sevilirdi. Odur ki kral sarayda ox atmaq üzrə
yarış keçirməyə qərar verdikdə Eleanor adam göndərərək Robin Hood və
adamlarını da bura çağırır. Onlar yarışa fərli bir
görkəmdə gəldikdə isə kraliça onların kim olduğunu deməyərək oğlundan yarış və yarış sonrasında
bu şəxslərə bir zərər yetirməməsini xahiş edir və İl
kral da qəbul etdiyini deyir. Lakin yarışda Robin
və adamlarının göstərdiyi şücatdən onları tanıyırlar. Kral isə əvvəldən söz vermiş olduğu üçün yarış
və yarış sonrası onlara toxunmur, sonra isə getmələrinə də izn verir. Lakin, bir müddət sonra kral
Robin və adamlarının şücaətini nəzərə alaraq belə qərara gəlir ki, onları öz

74


ordusuna cəlb etsin. Bunu digər şəxslərlə də müzakirə edib razılıq aldıqdan
sonra bir qrup adamla birgə din xadimi libasında Shervvood meşəsinə yollanırlar. Yolda Robin Hood ilə rastlaşırlar və Robin onların kralın adamı olduğunu bildikdə “Allah kralı qorusun” deyir. Bundan təbii olaraq kral və adamları xoşnud olurlar. Robin onlara süfrə açır və söhbət əsnasında kral deyir ki,
əgər mən sizin kral tərəfindən bağışlanmanıza şərait yaradaramsa, buna sevinərsinizmi? Robinin istədiyi də bu olduğundan bunun onu ancaq xoşbəxt
edəcəyini bildirir. Bu zaman kral əsil kimliyini və onu da, adamlarını da əfv
etdiyini söyləyir.
Kasıba hər zaman əl tutmuş, varlıdan alıb kasıba vermiş, qadınların,
uşaqların müdafiəsində durmuş olan, bizim isə ötəri olaraq nəzər saldığımız
bu şəxs xalqın diqqətini çəkməyə və sevgisini qazanmaya bilməzdi. Odur ki
Robin Hood təkcə folklorda yox, İngilis dilində də özünə yer tuta bilmişdir.
Və onun adı ilə əlaqədar olaraq round Robin Hood”s barn (Robin Hoodun daxması boyunca) idiomu yaranmışdır. Bu isə dairəvi bir yol boyunca
anlamına gəlir. Lakin burada söhbət böyük bir ərazidən gedir. Tam mənasını
aşağıdakı misaldan da görə bilərik:
“1 looked for that house all round Robin Hood”s barn, but 1 didn”t find
— Mən o evi tapmaq üçün o qədər yeri gəzdim, amma tapa bilmədim.”
Göründüyü kimi, xalqın düşüncəsində Robin Hood böyük bir nüfuza
sahib olmuşdur. Odur ki Robinin yaşadığı yerdə xalqın gözündə ucsuzbucaqsız bir məkan kimi canlanmış və bu düşüncə dildə yuxarıda qeyd
olunan idiomda öz əksini tapmışdır.
Son olaraq nəzər salacağımız idiom isə seven-league boots (yeddi-liqa
çəkmələr)dir. Bu ayaqla çox sürətli şəkildə bir yerdən başqa yerə səyahət
etmək anlamına gəlir. Yəni əgər kimsə yeddiliqa çəkmələrə sahib olduğunu
deyirsə, bu onun piyada çox sürətlə uzun məsəfəni qət etmək potensialının
olduğunu göstərir. Bu idiom mənşəyi “Hop o” my Thumb” adlı bir sehirli
nağıl ilə bağlıdır. Burada təsvir olunur ki, meşədə ağac kəsməklə qazanc əldə
edən ailənin 7 övladı var və onlar aclıq çəkirlər. Bu səbəbdən də, uşaqlarını
meşədə azdırmaq qərarına gəlirlər. Lakin ən kiçik uşaq olan Hop o” my
Thumb bundan xəbər tutur və meşəyə getməzdən öncə yola səpmək üçün
ciblərinə çınqıl topladıqdan sonra qardaşları və valideynləri ilə meşəyə
yollanır. Ata-anası onları orada qoyub evə qayıtdıqdan sonra məlum olur ki,
varlı bir şəxs onlara maddi yardım edəcəkmiş. Amma artıq valideynlər
uşaqların öldüyünü düşünərək onları tapmağa getmirlər. Hop o” my Thumb
isə yoda gələrkən tökdüyü çınqılı izləyərək qardaşları ilə birgə geri dönür.
Anasının ağladığını da görüb evə girirlər. Bir müddət xoş yaşadıqdan sonra
ailənin yenə pulu qurtarır və yenə uşaqları azdırmaq qərarına gəlir. Amma

75

bu dəfə Hop o” my Thumb-a nəzarət edirlər ki, o yenə geri qayıtmaq üçün
You have read 1 text from Azerbaijani literature.
Next - Medeniyyetden Dile Achilan Qapi - 7
  • Parts
  • Medeniyyetden Dile Achilan Qapi - 1
    Total number of words is 3825
    Total number of unique words is 1687
    23.2 of words are in the 2000 most common words
    32.6 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 2
    Total number of words is 4058
    Total number of unique words is 1715
    24.5 of words are in the 2000 most common words
    35.0 of words are in the 5000 most common words
    40.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 3
    Total number of words is 3853
    Total number of unique words is 1749
    22.5 of words are in the 2000 most common words
    31.9 of words are in the 5000 most common words
    37.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 4
    Total number of words is 3952
    Total number of unique words is 1755
    22.0 of words are in the 2000 most common words
    32.8 of words are in the 5000 most common words
    38.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 5
    Total number of words is 4027
    Total number of unique words is 1783
    23.2 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 6
    Total number of words is 3976
    Total number of unique words is 1889
    23.2 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 7
    Total number of words is 3918
    Total number of unique words is 1733
    23.6 of words are in the 2000 most common words
    32.7 of words are in the 5000 most common words
    38.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 8
    Total number of words is 3883
    Total number of unique words is 1797
    24.7 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 9
    Total number of words is 3477
    Total number of unique words is 1672
    25.1 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.