Latin

Medeniyyetden Dile Achilan Qapi - 2

Total number of words is 4058
Total number of unique words is 1715
24.5 of words are in the 2000 most common words
35.0 of words are in the 5000 most common words
40.9 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
yirlər: “You”re in like Flynn” (Sən Flynn-a bənzəyirsən). Görundüyü kimi, Avstraliya mədəniyyəti də avstraliya ingiliscəsində öz əksini taparaq onu digər ingilis dili aksentlərindən fərqləndirir.
Son olaraq ingilis dilində çox işlək olan,amma Şotland mədəniyyətinə aid bir
idiom haqqında danışacağıq. Lakin bu idiomu başa düşmək üçün Şotlandiyalı yazar Robert Stevensonun “The Strange Case of Dr./lekyll And
Mr.Hyde” əsərindən və ya bu əsər əsasında çəkilən “Dr./lekyll and Mr.Hyde”
flimindən xəbərdar olmaq lazımdır. Əvvəlcə idiom və onun işlənmə yeri
haqqında danışaq. İngilislər bir insanın həm müsbət, həm də mənfi xüsusiyyətlərinin olduğunu və ya daimi olaraq birinin həm müsbət, həm də mənfi
xüsusiyyətlər sərgilədiyini bildirmək istədikdə o insan haqqında belə bir ifadə işlədə bilərlər:
You are /ekyll and Hyde (Sən həm /ekyll-san, həm də Hyde-san).
Əlbəttə, Şotland mədəniyyətinin bir parçası olmadan və ya bu mədəniyyətdən xəbərdar olmadan yuxarıda deyilən fikrin yaxşı, yoxsa pis olduğunu
demək çətindir. Hər halda bu da məlumdur ki, Şotlandiya da, İngiltərə də
Birləşmiş krallığın bir parçası olduğundan Şotland mədəniyyəti İngilis mədəniyyətinə çox rahatlıqla təsir göstərə bilər, amma bütün mümkün hallarda
belə bu idiomun mənşəyi Şotland mədəniyyəti olaraq qalmaqda davam edir.
İndi isə Yekyll və Hyde-nin kim olduğuna qısa bir nəzər salaq, əks təqdirdə
yuxarıdakı idiom bizim üçün anlaşılmaz olmağa davam edəcək. Qeyd olunan
əsərdən məlum olur ki, bu iki şəxs əslində bir adamdır. Lakin ilk olaraq tam
mənası ilə /ekyll mövcud olduğu zamanlarda Hyde /ekyll-m içərisində gizli
şəkildə böyüməklə məşğul olmuşdur. Elə buradaca qeyd edək ki, böyük bir
ehtimalla müəllif ikinci obraza Hyde adını verərkən onun /ekyll-ın içərisində gizli olaraq yaşadığını da nəzərə almışdır. Çünki bildiyimiz kimi, ingilis
dilində To hide gizlənmək, gizlətmək mənalarına gəlir. Görünür, müəllif
məhz bu mənalara işarə etmək istəmişdir. Biz bu fikrin doğruluğunu əsərdə
hüquqşünas Utterson-un Hyde haqqında deyilən aşağıdakı cümləsindən də
17


görə bilərik (bu cümlə ingilis dilində sitat xarakteri daşıyır və bugün əsərdəkinə bənzər mövcud bir situasiyada istifadə olunur):
“If he be Mr.Hyde,” he had thought, “I shall be Mr.Seek.”
“Əgər o cənab Hyde (müəllif to hide feilinə işarə edir) ola bilirsə, o
fikirləşmişdi, mən də cənab Seek (ingilis dilindəki to seek (nəyisə axtarmaq,
araşdırmaq deməkdir) felinə işarə olunur) olacam.”
Utterson bununla, əslində, demək istəyir ki, əgər o gizlənən, gizlində
olandırsa, mən də axtarış olub onu ortaya çıxaracam. Şübhəsiz, Uttersonun
bu ifadəni işlətdiyi zaman axtardığı şeyin gözünün qabağında olduğundan
xəbəri yoxdur. İndi isə görək bu bir bədəndə olan iki insan kimdir. Dr./ekyll,
doğrudan da, həkimdir və əsərdə orta yaşlı (təxminən 50) biri kimi təsvir
olunur. Ta əvvəldən içərisində başqa bir insanın (təbii ki, hər cəhətdən
özündən daha fərqli) olduğunu düşünən /ekyll həkim olduqdan sonra xüsusi
dərman vasitəsilə içərisindəki bu insana çevrilməyin yollarını axtarmağa
başlayır və nəhayət, həmin dərmanı düzəldir. Vekyll dərmanı içdikdən sonra
Dr./ekyll-dan içərisindəki insan olan Mr.Hyde-yə çevrilmə anını belə təsvir
edir:
“.... a grinding in the bones, deadly nausea, and a horror of the spirit that
can not be exceeded at hour of birth or death. Then these agonies began
svviftly to subside, and 1 came to myself as if out of a great sickness. There
Vvas something strange in my sensations, something indescribably nevv and
... incredibly svveet. I felt younger, happier in body ... unknovvn but not an
innocent freedom of the soul. I knevv myself, at the first breath of this nevv
life, to be more vvicked ... sold a slave to my original evil ...”.
“... sümüklərimdə daşlaşma, öldürücü ürəkbulanma və doğulma və ya
ölüm saatında belə bundan üstün ola bilməyəcək ruhun dəhşəti. Sonra bu
əzablar sürətli bir şəkildə sakitləşməyə başladı və mən sanki çox böyük bir
xəstəlikdən qurtulmuş kimi özümə gəldim. Mənim hissiyatımda qəribə nəsə
bir şey var idi, təsvir edilməyəcək yeni bir şey ... inanılmaz şirin bir şey. Mən
bədən cəhətdən daha gənc, daha xoşbəxt hiss edirdim ... bilinməyən, amma
ruhun heç də günahsız olmayan azadlığı ... Yeni həyatın ilk nəfəsindən mən
özümün daha murdar, bədəməl bir olduğumu ... içimdəki şeytana satıldığımı
bildim.”
Əslində, /ekyll-ın bu çevrilmə haqqındakı yuxarıdakı fikirləri əsərdə
baş verən prosesləri aydınlaşdırır. Belə ki, bu çevrilmədən sonra o, Danversi öldürür, ətrafında olan bütün insanlara qarşı pis davranmağa və həmçinin
içərisində olan bütün mənfi ehtirasların tələbatını da heç çəkinmədən ödəməyə başlayır. Bir gün Hyde-ın bədənindən çıxmama və /ekyll-a çevrilməmə
ehtimalını da nəzərə alaraq /Vekyll olanda dostu Utterson-a ortadan itərsə

18

bütün varını Hyde-m adına keçirilməsini təsdiqləyən bir sənəd də verir.
Lakin əsərin gedişatından məlum olur ki, Utterson bu işin heç də normal
olmadığını düşünərək yuxarıdakı fikrində də qeyd etdiyi kimi “Mr.Seek”
olmağı və Hyde-nin həqiqi kimliyini ortaya çıxarıb onun (ekyll ilə nə kimi
bir əlaqəsi olduğunu öyrənməyi qərara alır. Sonda isə /lekyll-ın Hyde şəklində öldükdən sonra yazdığı məktub ilə hər şey ortaya çıxır.
Tekyll-m etmiş olduğu bütün pis əməllərə baxmayaraq onun dilindən
deyilən aşağıdakı cümlə ilə Vekyll-ın da Hyde olmaqdan sevinc duymadığı
ortaya çıxır (şübhəsiz, Hyde-a çevrildiyi zaman etdiyi şeylərin ən böyük
xoşbəxtlik olduğunu düşündüyü də bir həqiqətdir):
“H Tam the chief of sinners, 1 am the chief of suffers also (səh.41).”
“Əgər mən günahkarların qabaqda gedəniyəmsə, həmçinin əzab çəkənlərin
də qabaqda gedəniyəm.”
Burada onu da qeyd edək ki, yuxarıda verilmiş olan fikir sitat halına
gələrək bu gün 1ngilis xalqının dilində təsadüf olunur. Müəllif isə bu fikirlə
bir daha onu demək istəmişdir ki, insanın içərisində olan “şeytan” ilə yalnız
qalmağı heç də yaxçı bir şey deyildir. Digər bir tərəfdən isə leklly-m başına
gələnlərlə müəllif bir insanın ancaq yaxşı hisslərlə qaldığı və mənfi ehtiraslarını sıxışdırdığı zaman bu ehtirasların bir gün daha quduzlaşmış, vəhşi
şəkildə ortaya çıxacağını göstərmək istəmişdir. Odur ki oxucunun buradan
çıxarmalı olduğu nəticə heç də bütün həyatı boyu “mələk” kimi yaşamalı
olduğu deyil, əksinə içindəki “mələk” və “şeytan” arasında olan balansı
qorumalı olduğu və yaxşı biri olmağa çalışarkən içində olan mənfi ehtirasları
— hər halı ilə insanın bir parçası olan bu ehtirasları da sıxışdırmamalı oldugüdür (təbil ki, bu proses “mələk” in üstünlüyü ilə həyata keçirilərsə, daha
yaxşı olar).
Artıq yuxarıda verilən bəzi misal və izahlardan sonra aydın olur ki,
ingilis dilində “you are )lekyll and Hyde” deyərkən bir insanın həm mələk
kimi, həm də şeytani tərəfinin olduğu və
bunun normal bir hal olmasını göstərməyə
çalışılır.
Sonda Yekyll və Hyde obrazı haqqında
daha aydın təsəvvürə malik olmaq üçün
əsər üzərində çəkilən filmlərin birində bu
obrazları canlandıran aktyorlara baxmaq
daha düzgün olardı (bax. şəkil 2). Hər halda insanın daxilinin müəyyən mənada xaricində öz əksini tapması fikrini əsas olaraq


19

götürsək, bu aktyorların hansının Hyde, hansının /ekyll olduğunu tapmaq o
qədər də çətin olmaz.
Ümumilikdə, yuxarıda verilən misallardan ortaya çıxan nəticə digər
İngilis dilinin aksentləri üçün də keçərlidir. Yəni onları da Britaniya ingiliscəsindən ayıran əsas cəhətlərdən biri mədəniyyət fərqidir.

20

ÇAY MƏDƏNİYYƏTİNİN İNGİLİS DİLİNƏ TƏSİRİ


Çay? Şübhəsiz ki,çay deyəndə hərənin ağılına bir şey gəlir. Bu da çox
təbiidir, çünki insanların özünəməxsus fərdi düşüncələri mövcuddur. Amma
dəqiq olan bir şey var ki, bir azərbaycanlının və ingilisin ağlına başqa-başqa
şeylər gəlir. Yəni, məsələn, bir azərbaycanlı ilk olaraq armudu istəkan,
Lənkəran-Astara limonu, yayın istisi, çardaq altını təsəvvür edə bilər. Ümumən, bundan təbii bir şey də düşünmək olmazdı. Amma gəlin, baxaq görək
bir ingilis üçün çay hansı mənanı kəsb edir?
Bunun üçün əvvəlcə bir az keçmişə qayıtmaq lazım olacaq. Əslində,
1660-cı illər ərafəsində çay içmək İngiltərədə məşhurlaşmışdı, amma bu
məşhurluq hələ çaya ingilis mədəniyyətinin ayrılmaz bir parçası olmağa
şərait yaratmamışdı. Təxminən, 17-ci əsrin sonları və 18-ci əsrin əvvəllərində ingilislər çay içmək üçün toplandıqları mərasimləri genişləndirməyə
başladılar. Və şübhəsiz, ilk dövrlərdə çayın qiyməti kifayət qədər baha olduğundan yalnız zəngin ailələr çay içə bilərdilər. Lakin vaxt keçdikçə çayın
artıq qalan qismindən də olsa kasıb təbəqə də çay içməyə nail oldu.Burada
əsas sual isə budur: çay nə üçün bu qədər baha idi? Bunun birinci səbəbi o
idi ki, çay Britaniyada becərilmirdi və Çindən gətirilirdi. Əvvəllər, əsasən,
yaşıl çay gətirilirdi,amma sonralar bu işlə məşğul olan şəxslər başa düşdü ki,
yaşıl çay yolda qara çaya nisbətən tez xarab olur. Odur ki artıq qara çay ölkə
ərazisinə gətirilməyə başladı. Düzdür, əvvəllər onun dadı bir o qədər də yaxşı
deyildi, amma ingilislər çox keçmədən bunun da çarəsini tapdılar — qara çaya
süd əlavə etdikdə qara çayın daha da yaxşı bir dad qazandığını görüb bu
ənənəni davam etdirdilər. Onu da qeyd edək ki, Britaniyalılar arasında ən
məşhur qara çay bohea idi. Və artıq 18-ci əsrin ortalarından etibarən, qara
çay hətta yaşıl çaydan da artıq həcmdə idxal olunmağa başladı. Artıq bu
dövrdən etibarən çay satışı ilə məşğul olan mağazaların sayı Britaniyada
artmağa başlamış və kasıblar da çay içmək üçün daha çox şans qazanmışlar.
İlk dövrlərdə İngiltərədə içilən çayın Çində içiləndən elə də böyük bir
fərqi yox idi. Lakin zaman keçdikcə ingilislər çay içməyi özlərinin mədəniyyətinin bir parçası etdikdən sonra artıq bu çayın Çindəkinə oxşarlığı demək olar ki, qalmadı. Əvvəla, yuxararıda da qeyd olunduğu kimi, ingilislər
çaya süd qatmağa başlamışdılar. Bir az sonra buna şokolad da əlavə olundu.
Başlarda Çindən gətirilən çaydanlar bir müddət sonra ingilislər arasında
məşhurluğunu itirdi. Bu da təbii idi, çünki Çindən gətirilən çaydanlar kifayət
qədər ağır çəkiyə malik idi. Əslində, Çinin çaydanlarına tam mənası ilə

21

bugünkü dövrün çaydanı gözü ilə baxmaq doğru olmazdı, bunun əksinə
olaraq ingilislər hazırladıqları isə müasir dövrdə olanlara daha yaxın olmuşdur. Bundan başqa ilk dövürlərdə mövcud olan çay qaşıqlarının tutacaqları
da çox uzun idi və bu da bir az sonra ingilislərin xoşuna gəlmədiyindən artıq
1770-ci ildən etibarən İngiltərədə qısa tutacaqlı qaşıqlar ortaya çıxmağa
başladı. Sonrakı dövrlərdə İngiltərədə çay ticarəti daha da genişlənməyə
başlandı və odur ki bu ticarətlə məşğul olan şəxslər gəlirlərini daha da
artırmağa qərar verdilər. Ona görə də çay reklam olunurdu və bu reklamlar,
əsasən, şəkillərdən ibarət idi. Bu şəkillərin birini sözlə belə təsvir edə bilərik:
Kraliça Viktoriya Amerikanın prezidentinə bir fincanda çay uzadır. Fonda
isə hindli bir kişi xidmətçinin şəkli görünür. Başlıqda belə yazilib:
“A Royal Beverage. Mr.President, may 1 offer you a cup of pur tea from
Ceylon and India?”
“Kraliyyət içkisi. Cənab prezident,mən sizə Seylon və Hindistandan bir
fincan təzə çay təklif edə bilərəm.”
Elə buradaca bir məsələni də qeyd etmək yerinə düşər ki, Çindən sonra
İngiltərə çayı Hindistandan idxal edirdi, çünki artıq Viktoriya zamanında
İngiltərə Hindistanın işğalını başa çatdırmışdı. Əlbəttə, həm Çinin, həm də
Hindistanın çay becərmə texnikasını öyrəndikdən sonra İngiltərədə də çay
becərilməyə başlamış və başqa ölkəyə olan asılılıq səviyyəsi aşağı düşmüşdür. Amma, şübhəsiz, bu ən çətin situasiya üçün nəzərdə tutulmuşdu. Nəticədə Hindistanda çay idxal etməyə heç nə maneə olmurdu. Hətta Hindistanda, Seylonda olan çay plantasiyalarının rəhbərləri içində nəinki britaniyalılar, şotlandlar da var idi. Qısası, yalnız İngiltərə deyil, o yerlər Böyük
Britaniya tərəfindən mənimsənilmişdir. Bugün məşhur markalardan biri olan
Liptonun mənşəyi də Şotlandiyalı plantator Thomas Lipton-un Seylondakı
çay ticarəti ilə bağlıdır.
Məlum olduğu kimi, ingilislərin çay mədəniyyətinə görə günün müəyyən saatlarında konkret çay zamanları da müəyyənləşib. Bunun da özünəməxsus bir tarixi vardır: 19-cu əsrdə Bedford hersoqunun arvadı Anna Maria
Russel səhər və günorta yeməyi arasındakı zaman aralığında həmişə aclıqdan
şikayət edirdi. Odur ki Anna bu zaman kəsiyində tort və digər çərəzlərlə çay
içmək adətini yaratdı və bu vaxtdan etibarən bugünkü dövrə qədər bu ənənəyə çevrilərək Afternoon Tea (Günorta Çayı) adını aldı. Bunun ardınca
zaman keçdikcə artıq günün müxtəlif konkret saatlarında da çay içmək
ənənəyə çevrildi. Və artıq çay yalnız evdə deyil, həm də Tea Garden (Çay
Bağçası) adlanan yerlərdə içilməyə başladı ki, bu da ingilislərin çay mədəniyyətinə xas bir cəhət olmuşdur.

22

Artıq yuxarıda verilən məlumatlardan sonra çayın ingilislərin həyatında
hansı yeri tutduğu aydın olur. Şübhəsiz, bu qədər önəm daşıyan çay mədəniyyəti ədəbiyyatda və dildə öz izlərini buraxmadan keçə bilməzdi. Ədəbiyyatda buna aid kifayət qədər misal var, amma bizi hazırda daha çox dildə
olan izlər maraqlandırdığı üçün ədəbiyyatdan bir misal verməklə kifayətlənəcəyik.
İngilis dilinin lüğət tərkibinin genişlənməsində çox böyük rolu olan
Levvis Carrol-un (irəlidə bu məsələdən geniş danışilacaq) Alice”s Adventures
in VVonderland əsərində çox maraqlı bölmələrdən biri də “A Mad Tea
Party” (Çılğın Çay Qonaqlığı) adlanır. Bu hissə də baş verən hadisələr nə
qədər gülüş doğursa da, əslində, ümumi yanaşdıqda Tngilislərin çay içmə
ənənəsini doğru ifadə edir. Alice qonaqlığın olduğu yerə gəlir və burada çay
süfrəsi başında əyləşmiş March Hare, Dormouse, və Hatter-ni görür. Burada
Hatter və March Hare çay içməklə məğul ikən Dormouse onların arasında
yatır. Alice stola nəzər salıb çaydan başqa orda heç nə olmadığını görür.
Sonradan məlum olur ki, burada ancaq çay içmək mümkündür, çünki saat
həmişə Afternoon Tea-nın baş verdiyi vaxtı göstərir və ona görə də hər kəs
ancaq çay içməlidir. March hare saatını çayın içinə atır, dostları yatan
Dormouse-nin burnunun üzərinə isti çay tokür və bir az sonra onu çaydanın
içinə salmağa çalışırlar və s. Sonda Alice bunun indiyə qədər gördüyü ən
axmaq çay qonaqlığı olduğunu düşünüb oranı tərk edir. Əlbəttə, başqa bir
üsulla da L.Carrol bu obrazlarla gülüş yarada bilərdi, amma bir halda ki göz
hər gün bu partiləri görür,axı nəyə görə də başqa bir üsul axtarmalı idi ki?
Beləliklə, yavaş-yavaş xalqın mədəniyyətinin bir parçası olan çay,
ordan ədəbiyyata və dilə keçid etdi. Odur ki, indi də bu mədəniyyətin dilə
təsirinə nəzər salaq.
İngilislər nəyinsə onların zövqünə uyğun olduğunu bildirmək üçün belə
deyirlər: “It is my cup of tea” (bu mənim çay fincanımdır). Şübhəsiz, bu
mənim su fincanımdır da deyə bilərdilər, amma su içmək yox, çay içmək
xüsusi bir hadisə və mədəniyyətin ayrılmaz bir parçası olduğundan su yox,
məhz çay deyirlər. Bu da çox təbii səslənir, çünki almanlar da hər hansı bir
işin onlara heç bir aidiyyəti olmadığını, qısası bu məsələyə qarışmayacaqlarını bildirmək istədikdə “Das ist nicht mein Bier” (Bu mənim piyvəm deyil)
deyirlər. Hər halda bu da məlumdur ki, onlar da su və ya çay deyə bilərdi,
amma bir halda ki xalq olaraq pivəni üstün tutur və ona daha çox önəm
verirlər, demək ki, pivə də onların mədəniyyətinin bir parçası olduğundan
başqa bir şey yox, məhz pivə bu idiomda özünə yer tapmışdır. Həmçinin
ingilislər bir şeyin onların zövqünə uyğun olmadığını bildirmək üçün də yenə

23

çaya müraciət edir və deyirlər: “It is not my cup of tea” (Bu mənim çay
fincanım deyil).
Əgər bir ingilis “This is Husband”s tea” (bu ərin çayıdır) desə, nə
fikirləşmək olar? İlk olaraq real mənada yanaşsaq burdan elə də xüsusi bir
məna ortaya çıxmayacaq. Məcazi mənanı düşünsək, o zaman ortaya çıxan
isə yenə də çay mədəniyyəti ilə əlaqədardır. Məlum olduğu kimi, ingilislər
çayı çox içirlər, hərçənd bu gün amerikanların təsiri ilə kofe də öz yerini
İngiltərədə bərkitməyə doğru getsə də, yenə də çaya olan tələbat və ingilislərin çaya verdiyi dəyər səviyyəsinə çatmamışdır. Bu idiom da öz növbəsində çayın çox içilməsini və sevilməsini əsas olaraq almışdır və Husband”
tea dedikdə spirtli içki nəzərdə tutulur. Məlum olduğu kimi, ingilislər də
spirtli içkiyə meyillidirlər, xüsusilə də, kişiləri (nəticədə Krismas bayramı
zamanı hazırlanan tortun içərisinə belə alkoqol tokdüklərini nəzərə alsaq,
qeyd olunan fikrin yerində deyildiyini görə bilərik). Odur ki xalq ərin içkisi
yerinə,ərin çayı ifadəsini işlədərək ingilis kişilərinin həm alkoqolu çox sevdiyini, həm də daimi olaraq içdiyini göstərmişdir.
Təsəvvür edin ki, iki ingilisin başına çox əhəmiyyətsiz, qətiyyən həyəcanlanmağa dəyməyəcək bir hadisə gəlib və dostu isə bu boş məsələni böyütməkdə israr edir. Belə bir situasiyada bu ingilis dostuna nə deyə bilər?
İngilis olduğu üçün: “This is a storm in a teacup” (Bu çay fincanı içində
olan bir firtmadır) deyəcək. Yəni nəticədə çay fincanının içində nə qədər
qorxulu bir firtana ola bilər ki? Bu vəziyyəti, həyacanlanmağa heç bir əsas
olmadığını izah etmək üçün bu idiom olmadan, bəlkə də, xeyli danışmaq
lazım olardı, amma çay mədəniyyəti burada da fikrin qarşıdakı şəxsə daha
tez və aydın bir şəkildə çatdırılması üçun köməyə gəlir.
İndi isə yuxarıdakı misal üzərindən davam edərək başqa bir vəziyyət təsəvvür edək: bu iki ingilis dost çox vacib bir məsələni müzakirə edir. Bir az
öncəki misalda məsələni böyüdən şəxs indi də dostunu dilə tutmağa çalışır
ki, universitetdə imtahana girmək yerinə Londonda yeni açılan bir bara baş
çəkməyə getsinlər. Amma bu fikrin bir o qədər də yaxşı olmadığını düşünən
digər dost elə bir cavab vermək istəyir ki, bu cavabın qətiliyi üzərinə hər
hansı bir israrla qarılaşmasın. Nəhayət dilin gücündən istifadə etmək qərarına gəlir və belə deyir: “This idea is as good as chocolate teapot. So I
vvon”t go for all the tea in China” (Bu fikir şokoladdan hazırlanmış çaydan
qədər yaxşıdır. Odur ki mənə Çində olan bütün çayı versələr də yenə də
getməyəcəm). Hər halda bu cavabın üzərinə israrla qarşılaşmaq bir o qədər
normal olmadığından anormal bir hal yaşanmadığı təqdirdə getməyə razı
olmayan ingilis rahatlıqla imtahana girə bilər. İndi də gəlin yuxarıda verilən
və ingilislərin tez-tez istifadə etdiyi bu 2 idioma bir az daha yaxından baxaq.

24

Məlumdur ki, çay qaynama prosesi zamanı çaydan adi əllə toxunulmayacaq
qədər isti olur. 10076 temperaturda bu da çox normaldı. Bir anlığa düşünək
ki, bu çaydadan metaldan yox, şokoladdan hazırlanıb. Yəqin ki, bunu düşünə
bilmirik, çünki şokoladdan hazırlanan bir çaydanın 10066 temperatura qədər
obrazlı desək “sağ qalması” qətiyyən real səslənmir. Belə olan halda bu çaydan da heç kimə çay qaynatmaq üçün lazım deyil. Elə buna görə də imtahana
girmək istəyən ingilis dostuna yuxarıda qeyd olunan idiomu deməklə, imtahana girməməyin heç bir faydası olmadığımı, bu fikri tətbiq etməyin də çay
qaynatmağa yaramayan şokoladdan hazırlanan çaydan almaq qədər ağılsızlıq olacağını bildirmiş olur. 2-ci idioma gəldikdə isə əvvəldə də qeyd etdiyimiz kimi, ilk dəfə çay Britaniyaya Çindən gətirilirdi və böyük əhəmiyyətə
malik idi. Odur ki əgər birinə Çində olan bütün çayı versələr, qarşılığında da
hər hansı bir şey istəsələr, o bunu sevinərək qəbul etməli idi. Axı bu başqa
şey yox, məhz çay idi və üstəlik də Çində olan çay (hər halda Çindəki çayın
həcminin kifayət qədər boyük olduğunu da unutmaq olmaz).Yox əgər bunu
normal düşüncəyə sahib olan biri qəbul etmirsə, deməli ki qarşılığında istənilən şeyi etmək onun üçün çox böyük həyati önəmə malik olmalı idi. Yəni bir
tələbə üçün imtahan kimi. Odur ki dostuna qulaq asmayan ingilis Çindəki
bütün çayı da versə, yenə də onunla razılaşmayacağını və imtahana girməyə
üstünlük verdiyini deyir.
İngiltərədə bir-birindən xəbər tutmaq və ya baş vermiş bir hadisə haqqında məlumat almaq istəyən zaman iki şəxs bir-birinə belə müraciət edir:
“Spill the tea” (çayı tök). Bunu deyərkən 2 məna əsas götürülür: birincisi
odur ki, çay qonaqlığına başlayaq və orada olan hadisələr haqqında danışaq,
ikincisi isə çayın real mənada tökülməsi prosesidir ki, bu zaman da çaydandan görünməz olan çay töküldüyündə hər kəs onu görə bilir. Nəzərə alsaq
ki, bir məsələni aşkara çıxarmaq istədikdə istifadə olunan “Spill the bean”
(lobyanı tök) ifadəsində lobyanın real olaraq hər hansı bir qabın içərisindən
tökülməsi nəzərdə tutulur,o zaman bu idioma da həmin prinsiplə yanaşmaq
olar.
Düşünsək ki, çay ingilis dilinə bu şəkildə bir təsir göstərib, onunla birgə
süfrəyə qoyulan şirniyyatların təsir göstərmədiyini düşünmək səhv olardı.
Burda isə buna misal olaraq 1 idiomu verməyi məqsədə uyğun hesab edirik.
Bir insanın daxilən və ya yaxud xaricən gözəl oduğunu düşünən ingilis bu
fikrini belə ifadə edə bilər: “You”re as nice as pie” (Sən piroq kimi gözəlsən). Burada ilk olaraq əlbəttə piroqun şirinliyi nəzərdə tutulur və bu mənada
ilk olaraq insanın daxilən olan gözəlliyi göz önünə gəlir. Amma bugün elm
də sübut etdiyi üzərə insanın xarici görkəmində olan cizgilər onun daxilini

25

də əks etdirir. Odur ki bu idiomu ayrı-ayrılıqda hər iki mənada və ya bu iki
mənanın vəhdətində düşünmək olar.
Yuxarıdakı misallardan da göründüyü kimi çay mədəniyyəti ingilislərin
həyatının müxtəlif sahələrinə təsir etdiyi kimi dilindən də yan keçməmişdir.

26

İNGİLİS ƏDƏBİYYATININ İNGİLİS DİLİNƏ TƏSİRİ


Ədəbiyyat hər zaman insan həyatının ayrılmaz bir parçası olmuşdur.
İstər yazılı, istərsə də şifahi ədəbiyyat insanlara nəyisə öyrətməyə çalışmış,
bəzən mənfi bir obrazın sonunu göstərib bizi onun kimi olmaqdan çəkindirməyə, bəzən də müsbət bir obrazı göstərib bizi onun kimi davranmağa
yönləndirməyə çalışmışdır. Əslində, buraya, əsasən, bədii ədəbiyyatı daxil
etsək də, məsələn, elmi ədəbiyyat siyahısında olan psixologiyaya aid yazılmış dəyərli kitabları da gözardı edə bilmərik. Bizim qeyd etdiyimiz “əsasən”dən qəsdimiz isə budur ki, nəticədə elmi ədəbiyyat təkcə psixologiyadan ibarət deyil.
Hansı peşəyə sahib olmağından asılı olmayaraq, demək olar ki, hər kəs
bədii ədəbiyyata maraq göstərir, amma hər kəs kimyaya maraq göstərmir.
Üstəlik bu da var ki, hər hansı bir bədii əsəri ilk dəfə oxuyan birinin oradan
anladıqları, ilk dəfə kimyada olan bir mövzunu əhatə edən kitab oxuyarkən
anladıqlarından çox olacağı dəqiqdir. Hətta savadsız bir insan da bədii
ədibiyyatı rahat şəkildə oxuyub anlaya bilər. Elə bu səbəbdən də, insanların
əksəriyyəti bədii ədəbiyyatı sevərək oxuyur. Bunun nəticəsində də bu
ədəbiyyat dilə rahatlıqla yol tapa bilir. Ədəbiyyatın dilə bu qədər tez, geniş
nüfuzunun bir səbəbi də bədii əsərlərə istinadən çəkilən filmlərdir (burada
onu da nəzərə alaq ki, riyazi bir məsələ haqqında belə filmləri görmək çətin
məsələdir). Hətta bəzən ilk öncə film izlənilir və sonra da maraq nəticəsində
kitab özü oxunur. Bunun da yekununda onsuzda dilə yolu açıq olan bədii
ədəbiyyatın yolu bir az da açılmış olur. Bu təsirin növünə nəzər salsaq
görərik ki, xalq daha çox əsərin və obrazların adını, həmçinin obrazların
dilindən deyilmiş və sitat səciyyəsi daşıyan fikri mənimsəyib dilə daxil
etməyə meyillidir. Amma buna paralel olan bir növ daha var ki, bu da dildə
ümümiyyətlə olmayan lakin yazıçılar tərəfində yaradılan və əsərin sevilməsi
ilə də tez bir şəkildə dilə daxil olan sözlərdir. Bu, bədii ədəbiyyatın gücüdur.
Nəticədə bir düşünək, bu gün bir adam gəlir və ingilis xalqına ingilis dilində
onsuz da mövcud olan və yeyilən qidanın mədədə hər hansı bir problem
yarandığı üçün qaytarılması prosesinə to vomit (qusmaq) yerinə bu gündən
sonra həm də to puke (qusmaq) deyilə biləcəyini deyir. Buna inanmaq
çətindir ki, xalq da bunu qəbul etsin. Amma bu sözü vaxtı ilə ingilis ədəbiyyatının əsas sütunlarından olan Shakespeare “As you like it” əsərində
işlədib və xalq da sevə-səvə qəbul edib. Artıq bədii ədəbiyyaın gücünə də
şübhə qalmadığını düşünərək qeyd edək ki, biz də əsərin bu bölməsində bu
və ya digər şəkildə ingilis dilinə təsir göstərən ingilis ədəbiyatına (yazılı və

27

şifahi olmaqla) baxış keçirəcəyik. Burada onu da vurğulamaq lazımdır ki,
yazılı ədəbiyyat nümayəndələrinin əsərlərinə nəzər salarkən yazıçının yaşadığı dövr yox, dilə təsiri əsas götürülərək sıralanma aparılacaq və dildə öz
yerini sabitləşdirmiş təsirlər əsas alınacaqdır.

Shakespeare və ingilis dili

VVilliam Shakespeare-in İngilis dili üzərində təsirinə nəzər salmazdan öncə bu dahi şəxsiyyət haqqında məlumat verməyi vacib hesab
edirik. Shakespeare 1564-cü ildə İngiltərədə,
Stradford-upon-A von-da dünyaya gəlmişdir və
burada da böyümüşdür. Onun doğulduğu tarix
tam olaraq bilinməsə də bu, adətən, 23 aprel
kimi qəbul olunur. Ehtimal ki, o, təhsilini də
Stratford-da King”s Nevv School-da almışdır.
Shakespeare 18 yaşında Anne Hathavvay ilə evlənmişdir və bu evlilikdən onun 3 uşağı olmuşdur: qızı Susanna və oğlanları Hamnet və
Tudith. Lakin Hamnet 1596-cı ildə bilinməyən səbəbdən il yaşında vəfat
etmişdir.
O, 1589 və 1613-cü illər aralığında özünün ən məşhur əsərlərini
yazmışdır. Onun ilk əsərləri içərisində komediyalar və tarixi motivli əsərlər
əsas yer tuturdu. Lakin bundan sonra 1608-ci ilə qədər, o, özünün məşhur
faciələrini — “Hamlet”, “Romeo and /uliet”, “Othello”, “King Lear”,
“Machbeth” qələmə alır. Elə buradaca onu qeyd edək ki, Shakespeare yalnız
yazmış olduğu facilər ilə deyil, həmçinin komediyaları ilə də kifayət qədər
tanınmışdır ki, onların da bəzilərinin adını burada qeyd edirik: “The Comedy
of Errors” (Səhvlər komediyası), “The Taming of Shrevv” (Deyingən arvadın
əhiləşdirilməsi), “Tvvelfth Night” (On ikinci Gecə), “The Merchant of
Venice” (Vesiyalı Tacir), “Midsummer Night”s Dream” (Yaz Gecəsi yuxusu) və s. Yazmış olduğu əsərlər ilə isə xalqın sevimlisinə çevrilmişdir. Yuxarıda da qeyd edildiyi kimi xalq onu sevdiyi üçün onun tərəfindən yaradılan
yeni sözləri də çətinlik çəkmədən ingilis dilinin bir parçasına çevirmişdir.
Bu dahi şəxsiyyət 23 aprel 1616-cı ildə 52 yaşında vəfat etmiş və elə
Stratford-upon-Avon-da da basdırılmışdır.
Shakespeare-in yaratmış olduğu sözlərdən və ifadələrdən danışarkən ilk
olaraq onu qeyd etməliyik ki, o, bu sözləri heç bir əsası olmadan yaratma
28


mışdır. Belə ki, bəzən dildə olan bir ismi əsərlərində feil kimi işlətmiş,bəzən
bu isimdən sifət yaratmış, bəzən də tarixə qayıdaraq qədim ingiliscədə (Old
English) olan sözləri əsas alaraq, bəzən isə başqa dillərdə olan sözlərə dəyişikliklər edərək dilə daxil etmişdir. Odur ki bəzi tədqiqatçılar bu məsələlərdən danışarkən Shakespeare-nin rolunun böyüdüldüyünü qeyd edərək
onun tərəfindən yaradıldığı iddia olunan sözlərin varlığını inkar edir. İfadələrə gəldikdə isə orda da vəziyyət belədir. Burada da bəzi tədqiqatçıların
fikrincə,diqqət olunmalı olan nüans budur ki, bu ifadələr Shakespeare onları
əsərlərinə daxil etməzdən öncə xalqım istifadəsində olmuş, sadəcə ilk olaraq
Shakespeare tərəfindən yazıya alınmışdır. Shakespeare tərəfindən yaradıldığı deyilən sözlərə bir şübhəli yanaşmanı da David Crystal “Think on my
vvords” (Mənim sözlərim haqqında fikirləş) əsərində bu sözlərin hansının
sayılıb, hansının sayılmamalı olduğundan danışarkən buradakı 5 növ çətinlikdən danışır ki, onlardan biri də Shakespearenin əsərlərində istifadə etdiyi
bəzi sözlərin onomopoetik sözlər olmasıdır. Müəllifə görə, bu sözlərin xalq
tərəfindən işlədilməsi onları Shakespeare-nin yaratdığını göstərmir. Və buna
misal olaraq bildirilir ki, “Kral Lir” əsərində Edgar “sesey” deyə qışqırır və
əsərdə də, bu gün də bunu deyən insanın əsəbi olduğunu göstərir. Amma
sesey sözünü Shakespeare-in yaratmış olduğunu düşünmək yanlış olar.
Yuxarıdakı kiçik qeydlərdən də məlum olur ki, Shakespearenin ingilis
dilinə nə qədər söz və ya ifadə daxil etdiyini birmənalı şəkildə demək o qədər
də asan deyildir. Amma ümumilikdə götürüldükdə istər əvəldən də,xalqın
dilində istifadə olunan ifadə və idiomlar, istər onomopoetik sözlər, istərsə də
başqa didən və ya qədim ingilis dilindən almıb dəyişiklik edilərək dilə daxil
edilən sözlərin bugün intensiv olaraq işlənməsi Shakespearenin adı ilə bağİidir. 16, 17-ci əsrdə xalqın istifadə etdiyi bir idiomun 21-ci əsrə qədər gəlib
You have read 1 text from Azerbaijani literature.
Next - Medeniyyetden Dile Achilan Qapi - 3
  • Parts
  • Medeniyyetden Dile Achilan Qapi - 1
    Total number of words is 3825
    Total number of unique words is 1687
    23.2 of words are in the 2000 most common words
    32.6 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 2
    Total number of words is 4058
    Total number of unique words is 1715
    24.5 of words are in the 2000 most common words
    35.0 of words are in the 5000 most common words
    40.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 3
    Total number of words is 3853
    Total number of unique words is 1749
    22.5 of words are in the 2000 most common words
    31.9 of words are in the 5000 most common words
    37.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 4
    Total number of words is 3952
    Total number of unique words is 1755
    22.0 of words are in the 2000 most common words
    32.8 of words are in the 5000 most common words
    38.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 5
    Total number of words is 4027
    Total number of unique words is 1783
    23.2 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 6
    Total number of words is 3976
    Total number of unique words is 1889
    23.2 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 7
    Total number of words is 3918
    Total number of unique words is 1733
    23.6 of words are in the 2000 most common words
    32.7 of words are in the 5000 most common words
    38.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 8
    Total number of words is 3883
    Total number of unique words is 1797
    24.7 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 9
    Total number of words is 3477
    Total number of unique words is 1672
    25.1 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.