LatinEach bar represents the percentage of words per 1000 most common words.
Medeniyyetden Dile Achilan Qapi - 4
Total number of words is 3952
Total number of unique words is 1755
22.0 of words are in the 2000 most common words
32.8 of words are in the 5000 most common words
38.9 of words are in the 8000 most common words
dilində olan filmen sözündəndir. Burada Shakespeare qədim isimi feilə
çevirmişdir. Digər feil olan rant isə həddindən artıq təmtəraqlı, qəliz bir
şəkildə danışmaq mənalarına gəlir. Bu feil isə Holland dilində olan ranten
(sayıqlamaq) feilindən yaranmışdır. Əsərdə Hamlet anaslı ilə söhbət edərkən
atasının ruhunu görür və onunla danışır. Anası onunun kiminlə danışdığını
soruşduqda isə Hamlet anasının atasını görmədiyinə və səsini eşitmədiyinə
heyrətlənir. Bunu görən kraliça isə Hamletin dəli olduğunu düşünür və
Hamlet bu reaksiya ilə qarşılaşdıqda belə deyir:
(Ecstasy?)
My pulse as yours doth temperately keep time
And makes as healthful music. It is not madness
That 1 have uttered. Bring me to the test,
And (1) the matter vvill revvord ...
Mother, for love of grace,
Lay not that flattering unction to your soul
That not your trespass but my madness speaks.
It vvill but skin and film ... (səh.92)
(Cuş?)
Mənim nəbzim səninki kimi mülayim vurur
Və sağlam bir musiqi yaradır. Sənə dediyim şeylər
Dəlilik deyil. İstəyirsən məni sınağa çək,
Və yenə eyni şey təkrarlanacaq ...
42
Ana, sevginin lütfünə,
Öz etdiyin qanunsuzluqları yox, mənim dəliliyimin
Danışdıqlarını ruhuna yaxın buraxma.
Bu bir örtük və nəyinsə üstün qapamaqdan başqa bir şey olmayacaq.
Digər feildən isə Ophelia-nın basdırılma anında yenə Hamlet tərəfindən
istifadə olunur. Hamının Hamletə qəzəbli olduğu bir anda Hamlet onlara fikir
vermir və sevgilisi üçün kədərlənir. Bu sırada isə bu dəfə kral onun dəli
olduğunu Laertes (Ophelia-nın qardaşı)ə deyir. Anası isə hər kəsdən Allah
xatirinə oğlunun dəliliyinə dözmələri üçün yalvarır. Bu yalvarışlardan sonra
Hamlet onların Ophelia-nı ondan çox sevə bilməyəcəklərini, onların Opheli
üçün etdiyi hər şeyi özünün də edə biləcəyini deyir. Belə ki, əgər onlar onun
sevgilisi üçün ağlaya bilirsə, o da bunu edə bilər, əgər onlar onun sevgilisini
basdıra bilirsə, bunu da edə bilər, yox əgər məsələ onlar kimi ancaq lüzumsuz, dəbdəbəli danışıqdırsa bunu da edə biləcəyini aşağıdakı sözlərlə ifadə
edir:
PII rant as vvell as thou.
Mən də sizin kimi yaxşı, dəbdəbəli bir dillə danışacam.
Baxış keçirəcəyimiz növbəti iki feil isə “The Comedy of Errors” əsərində rast gəlinən hurry və gossip feilləridir (başqa əsərlərində də işlənməsinə baxmayaraq ilk istifadəyə burada təsadüf olunur). Hurry sözünün
mənşəyinin orta dövr İngilis dilindəki horyen-dən gəldiyi düşünülür ki, bu
da özlüyündə nəyinsə çox sürətli hərəkəti zamanı çıxardığı bir səs kimi qəbul
oluna bilən hor və yaxud hurr təqlidi sözlərindəndir. Shakespeare-nin
işlətdiyi mənasına gəldikdə isə harasa tələsmək, bir yerdən başqa yerə sürətli
hərəkət etmək mənalarında işlənmişdir. Gossip feilinə gəldikdə isə
Shakespeare bu sözü yuxarıda qeyd olunan əsərində şənlənmək, şadlanmaq
mənalarında işlətmiş olmağına baxmayaraq, bu gün bu kiminləsə tanış kimi
davranmaq, boş-boş danışmaq (adətən, başqaları haqqında) şəklində istifadə
olunur. Bu sözun mənşəyi isə Qədim İngilis dilində god və sibb sözlərinin
birləşməsi olan godsibb (xaçatası, geniş mənada qohum mənalarını verir)
sözündəndir. Əsər-də Antipholus-lu Ephesus-un arvadı olan Adriana hersoqa ərinin dəli olması haqqında məlumat verərkən deyir:
... He hurried through the street,
VVith him his bondman, all as mad as he,
Doing displeasure to the citizens
By rushing in their houses, bearing thence
Rings, yevvels, anything his rage did like.
43
O, küçə boyunca tələsik qaçırdı,
Özü kimi dəli olan qulluqçusu ilə,
Evlərə girib oradan üzük, ziynət əşyaları
Kefi nə istəsə, onu götürməklə
Vətəndaşlara narahatçılıq verərək.
Digər feilə isə əsərin sonunda hersoqun dilində təsadüf olunur. Sonda
hər şeyin sadəcə bir təsadüf olduğunu hər kəs başa düşur və əkiz qardaşların
bir-biri ilə qarışıq salındığı ortaya çıxır. Buna görə də şənlik vermək qərara
alınır və hersoq bu şənlikdə iştirak etmək arzusunu aşağıdakı sözlərlə ifadə
edir:
VVith all my heart Pİl gossip at this feast.
Çox böyük bir məmnuniyyətlə bu ziyafətdə şənlik edəcəm.
Və yenə əsərin sonunda - ziyafət haqqında qərar verildikdən sonra Ephesuslu Dromio Syracuse-lu Dromio-ya belə deyir:
Mething you are my glass, and not my brother.
see by you Tam a svveet-faced youth.
VVill you vvalk in to see their gossiping?
Sən mənim qardaşım yox, qədəhimsən.
Mən səndə özümü şirin üzlü bir gənc kimi görürəm.
Onların şənliyinə baxmağa gedəcəksən?
Buradakı misalda isə gossip feili, məsdər formasında işlənmişdir.
Son olaraq Shakespeare-nin “The Taming of The Shrevv” əsərində
işlədərək ingilis dilinə daxil etdiyi undress (soyunmaq) feilinə nəzər salaq.
Dress sözü qədim fransız feili olan drecier (təşkil etmək, sahmana salmaq)
feilindəndir. Amma onu da qeyd edək ki, fransız dilindəki bu feil də öz
növbəsində Latın dilindəki dirigere (istiqamətləndirmək, yönəltmək) feilindən alınmışdır. İngilis dilində dress paltar mənasını verdiyindən bu sözə un
prefiksini artırdığımız zaman onun əksi olan bir şey təsəvvür oluna bilərdi ki
(yəni paltarsız), Shakespeare də bu sözü feil olaraq işlətdiyi üçün soyunmaq
mənasında əsərinə daxil edir. Əsərin əvvəllərində Sly adlı bir dilənçi obrazına qarşı oyun qurmaq qərarına gələn varlı lord Sly-ın içdikdən sonra qapısının önündə yatdığını gördüyü zaman hər həsə o ayıldıqda ona sanki varlı
biri imiş kimi davranmalarını və bu vaxta qədər isə bir xəstəlik üzündən öz
kimliyini unudaraq varlı biri yox, dilənçi olduğunu iddia etdiyinə Sly-ı
inandırmağı tapşırır. Nəhayət, Sly ayılır və Lord-un tapşırığı ilə qadın kimi
geyinən evdəki kişi qulluqçu Sly-m yanına gedərək onun arvadı olduğunu,
bu vaxta qədər onun üçün ağladığını deyir. İlk vaxtlar bu olanlara inanmayan
44
Sİy axırda deyilənlərin doğruluğuna inanır və bu “qadın”ın (əsərdə yalnız
Madam deyə adlandırılır) da arvadı olduğunu bilən kimi xidmətçilərə belə
deyir:
“Tis much. — Servants, leave me and her alone. —
Madam, undress you, and come novv to bed (səh. 16).
Daha bəsdir. — Qulluqçular, bizi tək buraxın.
Madam, siz də soyunun və indi yatağa gəlin.
Burada da Shakespearenin yeni dilə gətirdiyi digər sözlərdə olduğu kimi
burada da hadisələrin gedişatından yeni sözün nə məna ifadə etdiyi bu sözü
ilk dəfə görən bir oxucu üçün aydındır.
Son olaraq Shakespearenin yaratdığı bir neçə feilin adını çakməklə
kifayətlənəcəyik:
To blanket (King Lear), besmirch (Hamlet), negotiate (Much Ado about
Nothing), compromise (Merchant of Venice), dislocate (King Lear), covv
(Machbet), Enmesh (Othello), svvagger (Midsummer”s Night” Dream),
lapse (Tvvelth Night) və s.
Zərflərə qısa bir baxış:
Əvvəlcə onu qeyd edək ki, burada yalnız iki zərf haqqında danışılacaqdır: Trippingly (cəld və asan şəkildə, canlı (bir işi canlı etmək. Məsələn,
yeməyini canlı ye, cümləsində olduğu kimi)): obsequiously (kədərli, pərişan, qəfildən, vəzifə olaraq). Trippingly sonralar “Hamlet” də işlənsə də ilk
olaraq bu zərfin istifadəsinə “A Midsummer”s Night”s Dream” əsərində rast
gəlinir. Bu zərf rəqs etmək, addımlamaq və yaxud sürətli şəkildə hoppanmaq
mənalarını verən trip feilindən yaranmışdır. Əsərin sonlarına doğru böyük
bir qarışıqlığı ortadan qaldırdıqdan və Hermia, Lysander, Helena,
Demetrius-un həyatları normal şəkilə gətirildikdən sonra Oberon deyir:
Through the house give glimmering light,
By the dead and drovisy fire.
Every elf and every sprite,
Hop as light as bird from brier,
And this ditty after me
Sing and dance it trippingiy.
Ev boyunca parıldayan işıq ver,
Ölgün və yarıyuxulu alov ilə.
Bütün cırtdanlar və sehirli ruhlar,
Hoppanın tikanlı koldan çıxan quş kimi işıqlı,
Və qarşımdakı cılız
Oxu və rəqs et sürəkli.
45
Nəzər salacağımız digər bir zərf isə obsequiously-dir. Bu söz
obsequfous sifətinə istinadən yaradılıb. Obsequfous sifəti isə öz növbəsində
Latın dilində olan obsequi (yerinə yetirmək, tabe olmaq, güzəştə getmək)
feilindəndir. “HIT Richard” da hakimiyyəti ələ keçirmək üçün ağıla gələ
biləcək hər cür pisliyi edən Richard ölümünə səbəbkar olduğu Edvvard-ın
arvadı Anne-ı da ələ keçirmək qərarına gəlir. Odur ki yenə də ölümündə
günahkar olduğu VI Henry-nin dəfnində iştirak edir. Burada olan və Richardın etdiklərindən xəbərdar Anne-da qaynatasının cəsədi gətirilərkən deyir:
Set dovvn, set dovvn your honorable load —
H honor may be shrouded in a hearse —
VVhilst T avvhile obsequiously lament ...
To hear the lamentations of poor Anne,
VVife to thy Edvvard, to thy slaughtered son,
Stabbed by the selfsame hand that made these vvoundsl (səh.15)
Şərəfli yükünüzü yerə qoyun, qoyun —
Mən pərişan bir halda nalə edərkən,
Əgər şərəf mafədə kəfənlənə bilərsə ...
Sənin Edvvard-mın, sənin öldürülmüş oğlunun,
Bu yaraları açan eyni əllə bıçaqlanmış oğlunun arvadı,
Bu yazıq Anne-nin nalələrini eşit ...
Qeyd olunan epizoddan da məlum olduğu kimi obsequiously zərfi
Shakespeare tərəfindən kədərli, pərişan mənalarında işlənmişdir. Və bu hadisələrin gedişatından, təsviri zamanı istifadə olunan sözlərdən də aydın olaraq
oxucu üçün qaranlıq qalmır.
Shakespeare yaradıcılığından gələn ifadələr:
Shakespeare-nin dilə daxil etdiyi ifadələr haqqında konkret misallar
haqqında danışmazdan öncə əvvəldə ötəri olaraq toxunduğumuz bir məsələyə qayıtmalıyıq. Məlum olduğu kimi, bugün Shakespeare-nin dilə daxil
etdiyi sözlərin sayı haqqında mübahisə olduğu qədər və bəlkə də daha çox
mübahisə onun dilə daxil etmiş olduğu ifadələr haqqındadır. Bunun səbəbinə
gəldikdə isə, yazıçının dilə daxil etdiyi sözlərin bu və ya digər şəkildə xalq
üçün yeni olması, ifadələrin yeni olmasına nisbətən daha real səslənir.
Nəticədə xalqın latın dilindən, arxaik ingilis dilindən və ya başqa bir dildən
sözü götürüb üzərində dəyişiklik edərək hamılıqla qəbul etməsi bir o qədər
də inandırıcı deyildir. Amma xalqın öz dilində olan sözlərdən istifadə edərək
hər hansı bir həyat situasiyasına uyğun və ya öz mədəniyyətinə istinadən bir
46
idiom yarat-ması isə o qədər də qəribə səslənmir. Məs., bağda ərik var idi,
salam məlek var idi deyən bir azərbaycanlının nə demək istəməsi tamamilə
aydındır. Hərçənd belə bir ifadənin yaranması üçün bir yazıçının əsərində
bunun işlənməsinə ehtiyac yoxdur,amma bu da bir həqiqətdir ki, biz mövcud
ədəbiyyat nümayəndələrimiz arasında bu ifadəni işlədən birinə də rast
gəlmirik. Odur ki bu şəkildə olan ingilis dilindəki idiomlar haqqında da
müəyyən mənada bu sözləri demək olar. Sadəcə burada olan tək məsələ
Shakespearenin də bu qəbildən olan idiom və ifadələri əsərlərində istifadə
etməsidir. Hər halda burada Shakespeare-dən əvvəl bu idiomların istifadəsini
də istisna etmirik. Bəzən isə dildə elə idiomlara rast gəlinir ki, bunu
yuxarıdakı Azərbaycan dilindən verilən misalda olduğu qədər sadə bir dillə,
başqa bir yerə istinad etmədən izah etmək olmur. Məsələn, bu gün ingilis
dilində hər hansı bir məsələnin aydın olmadığını, başa düşülmədiyini göstərmək üçün istifadə olunan “It is all Greek to me” (bu mənim üçün
tamamilə yunan dili kimidir) ifadəsini izah etmək lazım gəlsə, nə deyə
biləcəyimiz haqqında fikirləşək. Əvvəlcə nəzərə alaq ki, bu ifadənin
Shakespeare dövründən sonra xalq arasında istifadəsi qeydə alınmışdır.
Shakespearenin “/lulius Caesar” əsərini (yuxarıdakı ifadənin qeydə alındığı
əsər) dəqiq bir il qeyd olunmasa da, təxminən, 1599 və yaxud 1600-cu ildə
yazdığı məlumdur. Bu isə Modern English (müasir dövr ingilis dili) dövrünə
təsadüf edir. Əsər yazıldığı zaman isə İngiltərədə kraliça 1 Elizabeth hakimiyyətdə idi. Modern English dövründən əvvəl daha çox fransızcadan dilə
söz daxil olmuşdu və kraliça 1 Elizabeth öldükdən sonra hakimiyyətə gələn
kral 1 Tames zamanında isə İncil belə ingiliscəyə tərcümə olunmuş, yəni
ingilis dilinin inkişafı istiqamətində addımlar atılmış, az da olsa dilə alınma
sözlərin daxil olması prosesinin qarşısı alınmışdı. Lakin qeyd olunan idiomun ilk olaraq Shakespeare-nin istifadəsindən sonra qeydə alındığını düşünsək, biz ümumilikdə yeni dövr İngilis dilindən daha çox 1 Elizabeth-in hakimiyyəti zamanında İngilis dilində baş verən və yeni dövrün əsas xüsusiyyətini özündə əks etdirən proseslər haqqında danışa bilərik. Bu zaman
kəsiyində isə dilə yalnız yunan dilindən deyil, fransız, italyan, ispan, portuqal
dillərindən də söz daxil olmaqda idi. Amma bunlara baxmayaraq, yeni
sözlərin alındığı əsas dil bu dövrdə Latın dili olmuşdur. Bundan əvvəlki dövr
olan Middle English-də isə yeni sözlərin alıdığı əsas dil fransız dili idi. Dildə
baş verən bu proseslərin yanı sıra qeyd olunması vacib olan həqiqət isə budur
ki, yazıçılar və xalq dilə yeni sözlərin daxil olmasına qarşı çıxır və artıq
əsərləri yazarkən ingilis dilində olan sözlərlə də fikri ifadə etməyin mümkünlüyünü göstərməyə çalışırdılar. Shakespeare dildə və xalqın baxışında yuxarıda qeyd olunan dəyişikliklərin getdiyi bir dövrdə “Tulius Caesar” əsərini
47
yazmışdır. Elə burada qarşımıza iki fikir çıxır. 1-cisi odur ki, Shakespeare
əsərdə istifadə etdiyi bu cümlə ilə xalqın fikrini ifadə etmişdir, yəni ingilis
dilinin ana dili olmasını və bu dildən istifadənin vacibliyini. 2-ci fikir isə
odur ki, bəs yaxşı əgər Shakespeare bunu xalqın düşüncəsinə istina-dən
yazırdısa axı məhz nə üçün Yunan dilini hədəf seçmişdir. Nəticədə bu əsər
yazılarkən yeni sözləri alındığı əsas dil Latın dili idi və hətta bir az da əvvələ
baxsaq, orda da fransız dilini görəcəyik. Yunanlara gəldikdə isə yunan dilinin əsas olduğu zaman çoxdan arxada qalmışdı. Əgər Shakespeare xalq
dilində olan bir ifadə işlətsə idi, hər halda bu latınca və ya bir az da uzağa
getsək, fransızca olmalı idi. Shakespeare-in bu əsəri yazdığı zaman İngiltərənin işğalçıların (Latın, Fransız və yaxud başqaları) hakimiyyətində olmadığını da nəzərə alsaq, Shakespeare-nin hakimiyyətdə olanlardan da qorxması
üçün bir səbəb olmadığını görərik. Yəni əgər yazıçı əsərdə yunan yox, başqa
bir dil adı çəkmək istəsə, bunu etməsi üçün hər hansı bir əngəlində olmadığı
ortaya çıxır. Burada geriyə qalan tək şey isə, Shakespeare əsərinin məzmunudur. Belə ki, əsərdə hadisələr Romada baş verir. Burada Casca Cassius və
Brutus-a yığıncaqda olanları danışır və senat Cicero-nun çıxışını Yunan
dilində etdiyini,onu başa düşənlərin bir-birinə güldüyünü, başlarını yellətdiyini dedikdən sonra özünün nə başa düşdüyünü belə ifadə edir:
.—Ç But for mine ovvn part, it vvas Greek to me.
... Amma mənim öz payıma, bu mənə Yunan dili kimi idi.
Yəni əsərə görə bu ifadə yerində işlənmişdir, belə ki, tarixən heç də dostca
keçinməyən bu iki xalqın bir-birinin dilini sevməsi və öz dillərinin yerinə bu
dildə danışması bir o qədər də real səslənmir (hərçənd dostca keçinən xalq
üçün bu sözləri demək mümkündür).
Yuxarıda toxunduğumuz bir sıra həqiqətlərə görə inanmaq olar ki, bu
ifadə-nin ilkin istifadəsi Shakespeare-yə məxsusdur. Shakespeare bu ifadəni
xalqın dilindən yox, xalq onun əsərindən götürmüşdür. Lakin əlavə olaraq
onu da qeyd edək ki, müzakirəni uzatmaq istəsək, qeyd etdiyimiz fikrin
əleyhinə yenə nəsə bir dəlil tapmaq olar. Sadəcə olaraq biz əldə olan əsas
dəlilləri rəhbər tutaraq yuxarıdakı fikri qəbub etməyin tərəfdarıyıq. Amma
bu da var ki, bu fərziyyənin doğru olmadığı bir halda belə, haqqında danışdığimiz ifadənin bu günə qədər ingilis xalqının dilində qorunub saxlanmasına
əsas səbəb Shakespeare-in əsəridir.
Shakespeare tərəfindən dilə daxil olan digər bir ifadə isə “break the
ice” (buzları ərit)-dır. Bugün küsmüş olan iki şəxsin barışması, aralarında
olan incikliyin götürülməsi mənalarında işlənir. Biz bu ifadəyə “The Taming
of the Shrevv” əsərində rast gəlirik. Artıq əvvəldə verilmiş olan bəzi epizodlardan bu əsər haqqında qeyd olunan ifadənin mənasını tam şəkildə başa
48
düşəcək qədər məlumatımız olduğuna görə burada qeyd olunan ifadənin
işlənmə yeri haqqında məlumatla kifayətlənəcəyik. Petruchio Katherine-ni
aldıqdan sonra arzularına çataçağını yaxşı bilən Tranio (Lucentio obrazında)
Petruchio-ya müraciətlə belə deyir:
And if you break the ice and do this (feat),
Achive the elder, set the younger free
For our acces ...
Və əgər sən buzları əridə və bu (şücaəti) göstərə bilsən,
Böyük olanı ələ keçir və bizim ona olan yolumuzun açılması üçün gənc olanı
isə azad et.
Şübhəsiz, burada buzları əritmək dedikdə Petruchio-nun Katherine-i
yola gətirməsi nəzərdə tutulmuşdur. Və bu ifadənin ilk dəfə Shakespeare
tərəfindən yazıya alınmasından başqa xüsusi bir dəlil yoxdur ki, yaradıcı
olaraq Shakespeare göstərilsin. Yəni bunu ilk olaraq xalq da işlətmiş ola
bilərdi. Amma ümumən bu haqlı olaraq Shakespearenin adı ilə bağlanılır və
əksi üçün də tutarlı bir dəlil yoxdur.
Shakespeare-nin İngilis dilinə daxil etdiyi ifadə və idiomların sayının
kifayət qədər çox olmasına baxmayaraq biz burada son olaraq biri haqqında
danış-maqla kifayətlənməli olacağıq.
Məlumdur ki, qarşımızdakı şəxsə həqiqətləri demək (özü, başqası və ya
hər hansı bir hadisə haqqında) hər zaman sevindirici olmaya bilər. Sevindirici olmayan bir şeyin kədərli olması və bunu eşidən insanın da kədərlənməsi
isə təbiidir. Məhz bu kimi situasiyalarda ingilislər belə deyirlər: “TI must be
cruel only to be kind” (mən mərhəmətli olmaq naminə qəddar olmalıyam).
Yəni həqiqəti indi sənə dediyim anda kədərlənə və məni qəddar biri olaraq
da görə bilərsən, amma zaman keçdikcə mənim düz edib həqiqəti dediyimi
dərk etdiyində isə şübhəsiz mənim sənə nə qədər xeyirxah davrandığımı
özün də görəcəksən. Biz bu ifadəyə “Hamlet”də rast gəlirik. Əsərdə əmisi ilə
evlənmiş olan anasına qarşı real düşüncələrini deyən Hamlet anasını günahlandırır və etdiyi şeyi atasına, özünə xəyanət hesab edir. Sonda isə anasına
deyir:
I must be cruel only to be kind.
Mən xeyirxah olmaq naminə qəddar olmalıyam.
Bu ifadənin yaradıcısı haqqındakı düşüncələr bundan öncə qeyd olunan
idiomla eyni olduğundan burada əlavə bir söz deyilməyəcəkdir.
Son olaraq onu qeyd etməliyik ki, Shakespeare-in İngilis dilinə vermiş
olduğu töhfənin bu kitabda qeyd olunanlarla sərhədləndiyini düşünmək
tamamilə yanlış olardı. Çünki biz burada tədqiqatın obyektini tam əhatə
etmək naminə bu məsələlər haqqında vacib olan məqamları əlimizdən gəl
49
diyincə qısa şəkildə vermişik. Əks təqdirdə Shakespeare-in tək bir əsərini
ingilis dilinə vermiş olduğu töhfələr nöqteyi-nəzərindən təhlil edib ayrıca bir
kitab da həsr etmək mümkündür.
Charles Dickens, Levvis Carroll və ingilis dili
Charles Tohn Huffam Dickens 1812-ci il 7 fevralda İngiltərədə Landport, Hampshire-də dünyaya
gəlmiş ingilis yazıçısıdır. Ümumən, onun ingilis
ədəbiyyatında oynadığı rolun böyüklüyü haqqında
geniş məlumat verməsək də, qısa şəkildə də olsa,
yaradıcılığına nəzər salmağı vacib hesab edirik. Əvvəlcə onu qeyd edək ki, yazarın çoxsaylı əsərləri
olmasına baxmayaraq, onlar arasında daha çox tanınan və İngiltərə sərhədlərini aşaraq daha geniş auditoriyanın marağına səbəb olan əsərləri içərisinə təxminən aşağıdaklları daxil edə bilərik (lakin təbii ki,
bir qismini):
“A Krismas Carol”, “Oliver Tvvist”, “The Old Curiosity Shop”: “A Tale
of Tvvo Cities”, “Pickvvickk Paper”, “Nicholas Nickleby”, “Great
Expectation, “The Signal Man” və s.
C.Dickens yazmış olduğu çoxsaylı əsərlərlə nəinki, ədəbiyyata həmçinin İngilis dilinə də böyük töhfə vermişdir. Bu böyük şəxsiyyət 1870-ci ildə
İngiltərə, Kent-də vəfat etmişdir. Lakin onun əsərləri bu günə qədər həm
ədəbiyyatçılar, həm də dilçilər tərəfindən tədqiqat obyektinə çevrilmişdir.
Düzdür, biz burada onun əsərlərinə əsasən dilçilik nöqteyi-nəzərindən müraciət edəcəyik, amma şübhəsiz, onun dilə gətirmiş olduğu ifadələrin və yeni
sözlərin mənasını tam şəkildə dərk etmək üçün müəyyən mənada da olsa
onun bəzi əsərlərinə ədəbiyyatçı gözü ilə də baxmalıyıq.
İngilislər bir şəxsin simic olduğunu,əliaçıq olmadığını göstərmək üçün
onu ingilis dilində olan müxtəlif sözlərlə təsvir edə bilərlər. Məsələn, mean,
stingy, avaricious, niggardly, tight-fisted, miserly, greedy, thrifty,
closefisted, chintzy, ungenerous, penny-pinching və s. Lakin qeyd olunan və
bu sırada qeyd oluna biləcək sözlərin də gücü qarşıdakı şəxsin simicliyini
göstərmək üçün kifayət etməyə bilər. Əlbəttə, ilk baxışdan bu real səslənmir,
çünki yuxarıda qeyd olunanlar və hələ bir də bu qəbildən olan sözlərin sayı
o qədər də az deyil ki, hər hansı bir xarakterik xüsusiyyətə malik olan xəsis
birini təsvir etməkdə aciz qalsın. Lakin həqiqət budur ki, bu sözlərin də təsvi
50
rindən aciz qaldığı bir xəsis tipi ola bilər. Əvvala, bir məsələdə razılaşaq ki,
yuxarıda qeyd olunan sözlərlə hər hansı birinə müraciət edilsə, böyük bir
ehtimalla o şəxs bunu təbii olaraq xoş qarşılamayacaq. Nəticədə xəsliyinin
kimsə tərəfindən ciddi şəkildə tənqid olunmasını xoşlayacaq bir xəsis düşünmək olmaz. Odur ki bəzən biz birinin xəsislik etdiyini ona bildirərkən daha
çox bunu zarafatla etməyə üstünlük verə bilərik. Amma verilən sözlər arasında zarafat kimi səslənəcək biri isə görünmür. İkinci bir məsələ isə ondan
ibarətdir ki, biz özümüzdə bu və ya digər bir situasiyada xəsislik edən birinin
əslində qəlbən yaxşı biri olduğunu bildiyimizdən hazırda etdiyi şeyi ona
yaraşdırmadığımızı da bildirmək üçün ona xəsislikdən əl çəkməsi haqqında
xəbərdarlıq etmək istəyə bilərik. Amma bu mənanı da ifadə edəcək sözü
yuxarıdakılar arasından tapmaq çətindir. Lakin elə məhz bu situasiyada ingilis xalqı özünün mənəvi mədəniyyətinin bir parçası olan ədəbiyyata müraciət
edərək istədiyi mənanı rahatlıqla ifadə edə bilər. Bu yerdə köməyə gələn
ədəbiyyat nümayəndəsi isə artıq oxucunun təxmin edə biləcəyi üzərə Charles
Dickens-dir. Və qeyd olunan xarakterik cəhətlərə malik bir xəsisi təsvir
etmək istəyən xalq Dickens-ə müraciət edərək belə deyəcək: “You are
Serooge” (Sən Secrooge-san və ya Scrooge kimisən). Yəqin ki, ilk olaraq
baxdığımız zaman Scrooge-un bir insan adı olması xaricində bir şey aydın
olmadı. Lakin bu çox təbiidir. Çünki bu ifadənin aydınlığı üçün Dickens-in
“A Krismas Carol” əsərinə nəzər salmalıyıq və yalnız bundan sonra,yəni
Secrooge-un kim olduğunu aydınlaşdırdıqdan sonra Scrooge-a oxşamağın nə
demək olduğunu da dərk edə bilərik.
Serooge qeyd olunan əsərdə əsas obrazdır və bütün hadisələr onun
ətrafında cərayan edir. Yaş etibarı ilə qoca olan Scrooge tək yaşayır, lakin
bundan təxminən 7 il öncə dostu Marley ilə birgə çalışmışdır. Dostunun
ölümündən sonra isə artıq başqa kimsə ilə çalışmadığından tək qalmağa
üstünlük verir. Əsərdə hadisələr Kristmasa bir gün qalmış cəraya edir.
Hərkəs xoşbəxtdir və bir-birinin bayramını təbrik edir. Lakin, bu insanların
içində bir tək Scrooge xoşbət ola bilmir. Ola bilmir deyirik, çünki istəsə
olmaq üçün kifayət qədər əsas tapa bilər. İlk səbəb odur ki, o kimsəsiz
deyildir. Xüsusilə qardaşı oğlu onun tək qalmasını istəmir və hətta bayramdan bir gün əvvəl onu bayram günü öz evlərinə nahara dəvət etmək üçün belə
gəlir. İkinci səbəb odur ki, Scrooge kifayət qədər varlı biridir. Amma buna
rəğmən Scrooge pulunu xərcləməyi qətiyyən sevmir. İnsanlara acı dil ilə
davrandığı üçün də sevilmir. Əsərdə bu obrazı daha aydın təsəvvürdə
canlandıra bilmək üçün müəllif onu aşağıdakı şəkildə təsvir edir:
“Nobody ever stopped him in the street to say, vvith gladsome looks,
“My dear Scrooge, hovv are you? VVhen vvill you come to see me?” No
51
beggars implored him to bestovv a trifle, no children asked him vvhat is vvas
o”clock ...”.
“Heç kim küçədə onu dayandırıb xoş bir baxışla soruşmazdı ki: “Əziz
Secrooge, necəsən? Məni görməyə nə vaxt gələcəksən?” Heç bir dilənçi ona
xırda bir şey belə verməsi üçün yalvarmazdı, uşaqlardan heç biri ondan
saatın neçə olduğunu soruşmazdı ...”
Bu qeydlərdən də məlum olur ki, Serooge ona qarşı olan bu münasibəti
xəsisliyi, insanlara qarşı kobud münasibəti ilə özü yaratmışdır. Odur ki belə
bir insan üçün Krismas bayramının heç bir əhəmiyyəti olmaması təbiidir.
Xüsusilə əsərdə Krismas-la bağlı işlətdiyi lakin sonradan müxtəlif məsələlərə reaksiyası zamanı ortaya çıxan bir söz üzərində dayanmağı da vacib
hesab edirik. Çünki bu söz ilk dəfə olaraq C.Dickens-in bu əsərində Scroogeun dilində ortaya çıxır və sonra isə ingilis dilinin lüğət tərkibinə daxil olur.
Yəni ingilis dilindi indi haqqında danışacağımız bu sözün yaradıcısı da
Dickens hesab olunur. Haqqında danışılan söz “Humbug”-diır. Bu, müasir
ingilis dilində yalan, hiylə, kələk, fırıldaq, cəfəngiyyat, boş, mənasız söz
şəklində isim olaraq, aldatmaq, kələk, fırıldaq gəlmək, fırıldaqçılıq, dələduzluq, hiyləgərlik etmək mənalarında isə feil olaraq istifadə olunur. Qeyd olunan şəkillərdə istifadə isə Dickens-in istifadəsində ifadə etdiyi mənalara uyğun olsa da, şübhəsiz, yarandığı ilk dövrdən sonra öz sərhədlərini genişləndirmişdir. Humbug sözünü müəllifin nəyə istinadən yaratdığına gəldikdə isə,
görünür, bu söz hum və bug sözlərinin birləşməsindən yaranmışdır. Hum
vızilti, vizildama, uğultu, gürültü, zümzümə, vızildamaq, uğuldamaq, gürüldamaq, mızıldamaq, zümzümə etmək, dodağının altında oxumaq, layla demək kimi mənaları ifadə edir. “Bug” isə taxtabiti, böcək, həşərat, dəli, ruhi
xəstə, var qüvvəsi ilə, böyük həvəslə işləyən adam, yoluxucu xəstəlik,
başqalarının danışığını dinləmək üçün xüsusi cihaz, insanı kosmik gəmidən
aya endirən və geri qaytaran uçan aparat, ayda hərəkət etmək üçün aparat,
əsəbiləşdirmək, hirsləndirmək, zəhləsini tökmək kimi mənaları ifadə edir.
Lakin burada onu da nəzərə alaq ki, biz hum və bug sözlərinin müasir dövrdə
hansı mənaları ifadə edə biləcəyindən danışırıq. Odur ki Charles Dickens-ın
Humbug sözünü yaradarkən bug-ın insanı kosmik gəmidən aya endirən
aparat və bu kimi mənalarını nəzərdə tutmadığı ortaya çıxır. Ona görə də
Krismas bayramından təngə gəlmiş olan Serooge-un məhz bu bayram
haqqında demiş olduğu Humbug sözünü yaradarkən Dickens böyük bir ehtimalla hum-m vuzıltı ilə, bug-m isə böcəklə əlaqədar olan mənalarına istinad
etdiyini düşünmək daha doğru olardı.Və Humbug dedikdə isə, təxminən,
“boş-boş vızıldayıb insanı durduq yerə narahat edən böcək” , bir az daha
fərqli şəkildə desək, “mənasız, boş bir şey” başa düşülə bilər. Elə buradan
52
da bu sözün müasir dövürdə ifadə ediyi mənalar ortaya çıxa bilərdi. Artıq bu
sözün Dickens istifadəsində nə mənaya gəldiyini umumən də olsa bildiyimizi
nəzərə alaraq, əsərdə olan konkret misallarla fikrimizi bir az da dəqiqləşdirə
bilərik. Bunun üçün Scrooge və qardaşı oğlu arasındakı dioloqa nəzər salaq:
“A merry Krismas, unclel God save youl “Crted a cheerful voice. It vvas the
voice of Scrooge”s nephevv.....
“Bahl Said Scrooge, “Humbugl”
“Krismas a humbug, unclel” said Scrooge”s nephevv. You don”t mean that, 1
am sure?”
“do” said Scrooge. “Merry Krismasl VVhat right have you to be merry?
VVhat reason have you to be merry? You”re poor enough.”
“Come then” returned the nephevv gaily. “VVhat right have you to be dismal?
VVhat reason have you to be morose? You”re rich enough.”
Serooge having no better ansvver ready on the spur of the moment, said,
“Bahl” again, and follovved it up vvith “Humbug”. (səh.9-10).
“Krismas bayramın mübarək əmil Allah səni qorusunl” — deyə şən bir səs
qışqırdı. Bu Scrooge-un qardaşıoğlunun səsi idi.
“Bahl” Dedi Scrooge, “Lazımsız, boş bir şeyl”
“Krismas, lazımsız bir şey, əmil” Dedi Scrooge-un qardaşıoğlu.
“Mən əminəm ki, sən belə demək istəmirsən düzdür?”
“Elə belə demək istəyirəm”, — dedi Scrooge. Şən Krismasl Sənin şən olmağa
nə haqqın var? Sənin şən olmağa nə səbəbin var? Sən yetərincə kasıbsan.”
“Yaxşı, bəs” — deyə qardaşı oğlu gülə-gülə çevrildi.” Sənin nə haqqın var
belə acınacaqlı davranmağa? Sənin nə haqqın var qəmgin olmağa? Sən ki
kifayət qədər varlısan.”
Secrooge-un o anda verməyə daha yaxşı hazır bir cavabı olmadığı üçün yenidən dedi: “Bahl” və bunun ardınca “Lazımsız bir şey” ifadəsini təkrarladı.
Artıq yuxarıdakı misaldan da Dickensin Humbug sözünü hansı mənada

You have read 1 text from Azerbaijani literature.
Next - Medeniyyetden Dile Achilan Qapi - 5
- Parts
- Medeniyyetden Dile Achilan Qapi - 1Each bar represents the percentage of words per 1000 most common words.Total number of words is 3825Total number of unique words is 168723.2 of words are in the 2000 most common words32.6 of words are in the 5000 most common words37.9 of words are in the 8000 most common words
- Medeniyyetden Dile Achilan Qapi - 2Each bar represents the percentage of words per 1000 most common words.Total number of words is 4058Total number of unique words is 171524.5 of words are in the 2000 most common words35.0 of words are in the 5000 most common words40.9 of words are in the 8000 most common words
- Medeniyyetden Dile Achilan Qapi - 3Each bar represents the percentage of words per 1000 most common words.Total number of words is 3853Total number of unique words is 174922.5 of words are in the 2000 most common words31.9 of words are in the 5000 most common words37.2 of words are in the 8000 most common words
- Medeniyyetden Dile Achilan Qapi - 4Each bar represents the percentage of words per 1000 most common words.Total number of words is 3952Total number of unique words is 175522.0 of words are in the 2000 most common words32.8 of words are in the 5000 most common words38.9 of words are in the 8000 most common words
- Medeniyyetden Dile Achilan Qapi - 5Each bar represents the percentage of words per 1000 most common words.Total number of words is 4027Total number of unique words is 178323.2 of words are in the 2000 most common words32.9 of words are in the 5000 most common words38.8 of words are in the 8000 most common words
- Medeniyyetden Dile Achilan Qapi - 6Each bar represents the percentage of words per 1000 most common words.Total number of words is 3976Total number of unique words is 188923.2 of words are in the 2000 most common words34.3 of words are in the 5000 most common words40.0 of words are in the 8000 most common words
- Medeniyyetden Dile Achilan Qapi - 7Each bar represents the percentage of words per 1000 most common words.Total number of words is 3918Total number of unique words is 173323.6 of words are in the 2000 most common words32.7 of words are in the 5000 most common words38.3 of words are in the 8000 most common words
- Medeniyyetden Dile Achilan Qapi - 8Each bar represents the percentage of words per 1000 most common words.Total number of words is 3883Total number of unique words is 179724.7 of words are in the 2000 most common words34.3 of words are in the 5000 most common words38.8 of words are in the 8000 most common words
- Medeniyyetden Dile Achilan Qapi - 9Each bar represents the percentage of words per 1000 most common words.Total number of words is 3477Total number of unique words is 167225.1 of words are in the 2000 most common words35.6 of words are in the 5000 most common words41.5 of words are in the 8000 most common words