Latin

Medeniyyetden Dile Achilan Qapi - 8

Total number of words is 3883
Total number of unique words is 1797
24.7 of words are in the 2000 most common words
34.3 of words are in the 5000 most common words
38.8 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
yunan, çin xalqına bəslədiyi kimi mənfi münasibət bəsləmişdir.

88

CHRİSTMAS BAYRAMI VƏ İNGİLİS DİLİ


Krismas ingilislərin vacib və sevilən bayramlarından biridir. Bu bayram
İsa peyğəmbərin doğumu münasibətilə qeyd olunur. Xristianlara görə İsa 25
dekabrda dünyaya gəlmişdir. Odur ki Krismas bayramına, əslində, 26
dekabrdan etibarən başlayaraq 6 yanvarda sonlandırırlar. 12 gün boyunca isə
Krismas Carol (krismas nəğməsi)lar səsləndirilir. Bayramın ayrılmaz parçalarından olan Santa Claus və Krismas ağacı isə bu müddət ərzində 1nsanların
əsas əyləncəsidir. Bu ağacın bəzənməsi belə xüsusi diqqət tələb edir. Biz
burada bu bayramı qeyd edən bütün xristianlar haqqında danışmadığımızdan
yalnız ingilislərin bayrama hazırlıq üçün etdikləri bəzi məsələlərdən bəhs
edəcəyik. Şübhəsiz, ağacı sadəcə işıqlarla bəzəmək, sırf bu bayram üçün
nəzərdə tutulmuş xüsusi corablar başqa xristianlarda da, təxminən, bu şəkildədir. Lakin bayram zamanı alkoqol qatışdırılaraq hazırlanan xüsusi şirniyyat, süfrənin ayrılmaz bir parçası olan bütöv qızardılmış hinduşka, Krismas
Crakerləri (krismas krakeri) isə ingilislərin mədəniyyətinin bir parçasıdır. Bu
bayramın xalq üçün çox önəmli bir bayram olduğundandır ki, dilə də öz
təsirini göstərmədən keçməmişdir. Belə ki, bu bayramla əlaqədar bir sıra
idiomlar yaranmışdır və biz burada onların bəzilərinə nəzər salacağıq.
İngilislər çox sevincli olan birinin sevincini ifadə etmək üçün müxtəlif
söz və idiomlardan istifadə edirlər. Onlardan biri də belədir: To be in a the
Chrismas spirit (Krismas əhval-ruhiyyəsində olmaq). Bu bayramın əhvalruhiyyəsinin necə olmasına gəldikdə isə bu haqda Charles Dickens-in A
Krismas Carol əsərində danışmışdıq. Dickens və digər yazıçıların da bu
mövzuya istinad etmələrindən məlum olur ki, bu bayram təkcə dilə yox
ədəbiyyata da yetərincə təsir göstərmişdir. Əsərdən də bəlli olmuşdu ki, Bu
bayramdan bir neçə gün əvvəl insanlar bir-birini təbrik etməyə başlayırlar.
Nəhayət, bayrama bir gün qalmış isə bu təbriklərin sayı artır. Bayram günü
yaxın qohumlar bir yerə toplanır və qonaqlıqda birgə iştirak edirlər. Hər kəs
xoş bir təlaş içində bütün hazırlıqlarını edib süfrə başına əyləşdikdə isə
hamının üzündə sevinc duyulur. Bu elə bir bayramdır ki, Dickens baxışı ilə
yanaşsaq, Scrooge kimi bir adamı belə simicliyi və deyingənliyindən qurtararaq öz yaxınları ilə bir süfrə başma gətirir. Bütün bunları nəzərə alan ingilis
xalqı çox sevincli olduğunu ifadə etmək istədikdə I am in the Chrismas
spirit (mən Krismas əhval-ruhiyyəsindəyəm) deyir.

89

Birinin sevincli olduğu üçün üzündən işıq saçılırsa, o zaman belə bir insan
haqqında ingilislər: to light up like a Chrismas
tree (Krismas ağacı kimi işıq saçmaq). Həmin
ağacın buradakı şəklinə istinadən də üzü bu
ağac kimi parıldayan birini təsəvvür etmək çətin deyildir.
Bir şəxsin gözəl olduğunu bildirmək üçün
istifadə olunan idiomlardan biri də Christmas
Crackerləri ilə bağlıdır. Ona görə də əvvəlcə bu
krakerlə yaxından tanış olaq. Bu krakerlərin
yaradıcısı Thomas Smith (1823-1869) hesab
olunur. Belə ki, 19-cu əsrdə bu şəxs öz şirniyyatlarını satmaq üçün əvvəlcə onları xüsusi şəklə malik kağıza bükmüşdür. Daha sonra satışı artırmaq üçün fərqli ideyalar
üzərində düşünməsinin nəticəsində bu kağızın içərisinə sevgi mesaiları əlavə
etməyə başlamışdır. Bu ideyalarla birgə sonralar şirniyyatların yerləşdirildiyi
kağıza xüsusi çubuq qoyulur ki, bu da kağız açılan zaman (adətən iki şəxs
hərəsi onun bir tərəfindən tutaraq dartıb açırlar) kiçik partlayışa bənzər səsin
çıxmasına səbəb olur. Bununla yanaşı, artıq zaman keçdikcə bu kağızın içinə
müəyyən bəzək əşyaları da qoyulmağa başlayır. Beləliklə, Thomas Smithin
krakerləri məhşurlaşaraq bu gün Krismas bayramının ayrılmaz bir parçasına
çevrilmişdir. Müasir krakerlərin əsas fərqi isə onların müxtəlif bəzəklərə
malik olan kağızlara bükülməsidir. Bu Crackerlərin xalq tərifdən sevilməsi
dilə də öz təsirini göstərmişdir. Odur ki ingilislər birinə you are Cracker
(sən krakersən) deyəndə burada Krismas
Crackerlərini nəzərdə tutduğu üçün həmin
insanın gözəl, sevimli olduğunu vurğulayır.
Son olaraq nəzər salacağımız idiom isə bu
bayramın ayrılmaz bir parçası olan hinduşığı. kalar haqqındadır. Belə ki, hər hansı bir
Şö hərəkət və ya qərar uğursuzluğa məhkumdursa, bu hərəkət və ya qərar haqqında belə
deyilir: (it is) like turkeys voting for
Chrismas — ((bu) Krismas bayramına hinduşkaların səs verməsi kimi(dir)). Və bu
bir hinduşkanın səs verməsi inandırıcı olmadığından onun Krismasın keçirilib-keçirilməyəcəyi haqqında əgər təsadüf nəticəsində hər hansı bir fikri olmuş olsaydı belə, bunu heç kim nəzərə almazdı.


a 19—

(əN
"AZAR


Chrismas Cracker

90

İNGİLİS TARİXİ VƏ İNGİLİS DİLİ


Burada biz İngiltərənin tarixində baş vermiş olan bəzi hadisələrin təsiri
ilə yaranmış idiomlara nəzər salacağıq. Şübhəsiz bu idiomlar say etibarilə
çoxluq təşkil edir. Amma burada onlardan sadəcə bir neçəsinə diqqət yetiriləcəkdir. Haqqında danışılacaq idiomlar aşağıdakılardır:
Bob”s your uncle: Read (to someone) the Riot Act, Set the Thames on
Fire, Meet your VVaterloo, Turn blind eye (və ya “turn a Nelson eye”),
Blood svveat, and tears,
Bob”s your uncle — Bob sənin dayındır idiomu hər hansı bir işin çox
rahat olduğunu və demək olar ki, heç bir çətinlik çəkmədən yerinə yetirilə
biləcəyini ifadə etmək üçün istifadə olunur. Məsələn, oxumalı olduğu bir
kitabı oxumaq arzusunda olmayan biri bu kitabı oxumamaq üçün tənbəllikdən qaynaqlanan müxtəlif səbəblər irəli sürür və nəhayət, siz ona belə
deyirsiniz: deməli belə, durursan ayağa, üzünü yuyursan, gəlib oturursan
stolun başında və kitabı açıb oxumağa başlayırsan,yəni gördüyün kimi Bob”s
your uncle-Bob sənin dayındır. Misaldan da məlum olur ki, bu idiomun
istifadəsindən məqsəd lazım olan kitabı oxumağın nə qədər asan başa
gəldiyini göstərməkdir. Lakin məlum olmayan şey isə odur ki, axı bəs bu
Bob kimdir ki, o mənim dayımdırsa, hər hansı bir iş görərkən heç bir problemlə qarşılaşmayacam. Bu idiomun mənşəyi haqqında birmənalı fikir olmasa da, biz burada daha
çox qəbul edilən və bizim də doğru hesab etdiyimiz fikrə görə Bob-un kimliyi və idiomun mənşəyini göstərəcəyik. Bunu müəyyənləşdirmək üçün
İngiltərə tarixinə nəzər salmaq lazımdır. Belə ki,
burada adı çəkilən Bob İngiltərənin baş naziri
olmuş Robert Cecil-dir. Onun xalq arasında Bob
adı ilə də tanınmış olduğu deyilir. O 1830-1903-cü
illər arsında yaşamışdır. 17 yaşından etibarən siyasətə ciddi maraq göstərməyə başlamış, lakin az
sonra sağlamlığında yaranan problemlər səbəbi ilə Robert Cecil
bu işlərdən uzaqlaşmalı olmuşdur. Onun böyük
qardaşlarının da müəyyən xəstəliklərdən əziyyət çəkdiyini və bir qardaşının
isə körpə ikən öldüyünü nəzərə alan atası 1855-ci ildə uzunmüddətli bir
səyahətə çıxması üçün ona icazə verir. Bu səyahət 22 ay davam edir. Bu
müddət ərzində Cecil Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyada olur.
Yekunda isə o xəstəliyindən sağalmış və dünyagörüşü daha da genişlənmiş


91

şəkildə geri dönmüşdür. Burada siyasət sahəsində karyerasını inkişaf etdirmək baxımından müəyyən problemlərlə qarşılaşdığı üçün öz statusunu böyütmək naminə hakim qızı olan Georgina Alderson ilə evlənir. Lakin bu qıza
hər hansı bir cehiz verilmədiyindən o maddi cəhətdən özünü təmin etmək
üçün yurnalistliyə başlayır və bu müddət ərzində yazdığı məqalələr, araşdırdığı şəxslər, mövzular ilə siyasətlə bağlı bilgilərini daha da dərinləşdirir.
Bütün bunların gedişində isə Cecil ailə həyatında heç də xoşbəxt ola bilmir.
Sonralar Lord Blake onlar haqqında yazarkən bildirirdi ki, bu iki insan birbirindən fərqlidir. Belə ki, qadın əyləncəli, insanlara tez qaynayıb-qarışan,
özünəqapalı olmayan biri idi. 42 il evlilikləri boyu isə Cecil üçün əhəmiyyətsiz biri olaraq qalmışdır. Lakin, Blake bu qadını Cecil-ın həyatında vermiş
olduğu ən ağıllı qərarlardan biri kimi qiymətləndirmişdir.
1868-ci ilin aperelində isə atası vəfat etdikdən sonra varislik hüququna
əsa-sən onun yerini Lordlar Palatasında Robert Cecil tutur. Tutmuş olduğu
bu yeni yer ilə isə artıq o siyasətlə bağlı planlarını rahatlıqla həyata keçirmə
şansı qazanmış oldu. 1869-cu ildə isə Oxford universitetinin rektoru seçilir.
Bunun ardınca Lordlar Palatasında görmüş olduğu işlərlə də məşhurlaşmağa
başladı. Daha sonra 1885-86, 1886-92, 1895-1902-ci illərdə İngiltərənin baş
naziri olmuşdur. 1887-ci ildə Türkiyə və Rusiya arasında baş verən müharibənin sakitləşdirilməsi və rusların Konstantinopola girməsininin qarşısının
alınmasında isə fəal iştirak etmişdir. Kraliça Victoriya-nın 1901-ci ildə ölümündən sonra 1902-ci ildə öz vəfatına qədər fəliyyətini davam etmişdir.
Artıq idiomda sözü gedən Bob-un kim olduğu və çalışaraq öz siyasi
statusunu necə müəyyənləşdirməsi bizə məlumdur. İndi isə onun kimin
dayısı olmasını müəyyənləşdirmək lazımdır. Bu şəxs isə Arthur .Fames
Balfour (1848-1930)-dur. O İngiltərənin ən ağıllı və mədəni baş nazirlərindən biri olmuşdur. Lakin onun bu yerə yüksəlməsini təmin edən şəxs isə dayısı Robert
Cecil hesab olunur. Arthur-un anası xanım
Blanche Balfour əri 36 yaşında ikən öldüyündən onu və digər 7 uşağını tək böyüdüb tərbiyə
etmişdir. Bu müddətdə hələ baş nazir seçilməmiş olan dayısı Robert Cecil də ən çox Arthurun qayğısına qalır və onu digərlərindən daha çox
sevirdi. Arthur Cambridge-də təhsil aldığı illərdə burada Spencer Lyttelton və onun gənc qardaşı Alfred ilə dostluq əlaqələri olmuşdur. Onlar yaxın dost olduqlarından
1875-ci ildə Spencer-in bacısı May Lyttelton və Alfredin ölümü Arthur üçün
həyatındakı ən böyük faciələrdən birinə çevrilir. Arthurun bu müddətdə

92


Arthur 1ames Balfour

siyasət sahəsində də uğur qazandığı deyilə bilməzdi. Belə ki, dayısı vasitəsilə
siyasi mühitə girdikdən sonra ilk çıxışını etmək üçün 2 il gözləmişdir. Odur
ki, Cecil ona yenidən təkan verməli olduğunu düşünərək 1878-ci ildə onu
şəxsi katibi olaraq Berlin Konqresinə aparmışdır. Bunun ardınca ona daha
böyük siyasi məsuliyyətlər verməsinə baxmayaraq, Arthur əvvəldən də
marağının olduğu fəlsəfəyə qayıdır və 1879-cu ildə “A Defence of
Philosophic Doubt” (Fəlsəfi şübhənin müdafiəsi) əsərini çap etdirir. Arthurun bu cəhətlərini nəzərə alaraq onun adına müəllifi bəlli olmayan aşağıdakı
musiqi yazılmışdır:

Playful little Arthur, he
Plays vvith things so prettily
To him everything”s a game
VVin or lose it”s all the same
... Plays vvith politics or vvar
Trivial little games they are
... Play vvith philosophies,
Faiths and minor things like these
... Playful little Arthur, he
Cannot take things seriouslİy.

Nadinc balaca Arthur, o
Şeylərlə çox gözəl oynayır
Ona görə hər şey oyundan ibarətdir
Qalibiyyət və ya məğlubiyyət hər ikisi eynidir.
... Siyasət və ya müharibə ilə oynayır
Onlar əhəmiyyətsiz balaca oyunlardır
... Pəlsəfələrlə, inam və bu
Kimi kiçik şeylərlə oynayır.
... Nadinc balaca Arthur, o
Heç nəyə ciddi yanaşa bilmir.

Lakin 1880-ci ildən sonra Torilər seçkilərdə uduzur və bunun ardınca
Arthur Balfour nümayəndələr palatasında fəal rol oynamağa başlayır. Belə
ki, öz yerini tamamilə möhkəmləndirən Cecil Arthur-u Yerli Hökumət
başçısı təyin edir. Və bundan sonra məşhur ifadə olan Bob”s your uncle dilə
daxil olur. 1891-ci ildə isə Cecil onu Nümayəndələr palatasının rəhbəri
vəzifəsinə təyin edir. 1902-ci ildə əmisinin ölümündən sonra onun yerinə Baş

93

nazir olaraq fəaliyyətə başlasa da qısa bir zaman sonra 1905-ci ildən etibarən,
bu statusu itirir. Nəhayət, o yenidən fəlsəfəyə qayıtmışdır.
Bələliklə məlum olur ki, Arthurun siyasi səriştəsi olmayıb. Amma hər
şeyə rəğmən, onu bu mühitdə irəlidə görmək istəyən dayısı Cecil isə müxtəlif
üsullarla onun siyasətdə özünə yer tutması üçün çalışmışdır. Və nəhayət
dayısının ona dəstəyi nəticəsində Arthur Baş Nazir statusuna qədər yüksəlmişdir. Yuxarıdakı mahnıdan da göründüyü üzrə bu proseslər xalqın gözündən qaçmamış, sonda isə xalqda belə bir düşüncə yaranmışdır ki, əgər bir
insanın dayısı Bob-dursa, onun narahat olmağa heç bir əsası yoxdur və hətta
mümkünsüz olan bir iş belə dayısı Bob olan biri üçün çox asandır. Bunun da
nəticəsində Bob”s your uncle idiomu dilə daxil olmuşdur.
1715-ci ildə İngiltərədə Vacobite üsyanının alavlanmasının ardınca
Britaniya Hökuməti Riot Act (Üsyan aktı) qəbul etmişdir. Bu akt 2 hissədən
ibarət olmaqla 17 qərarı birləşdirirdi. Və akta görə aktdan xəbərdar olduqdan
bir saat sonra 12 və daha çox insanın toplanmış olduğu qrup dərhal dağılmazsa, cinayət məsuliyyəti daşımış hesab olunacaqdı. Bu aktda qeyd olunan
qərarların kraliçanın adından verildiyi də bildirilirdi. Qərarların kraliça adından verilməsini müxtəlif daha dəqiq məlumat aktının 3 nömrəli qərarında
aşağıdakı şəkildə qeyd olunur:
“Our Sovereign Lady the Queen chargeth and commandeth all
persons being assembled immediately to disperse themselves, and
peaceabily to depart to their habitations, or to their lavrful business, upon
the pains contained in the Riot Act-God Save the Queen.”
“Bizim Ali Rəhbərimiz Xanım Kraliça bir yerdə qrup olaraq toplanmış
olan şəxsləri təqsirkar hesab edərək onlara dərhal dağılışmalarını və Riot
Aktına daxil edilmiş cəzaları nəzərə alaraq xoşluqla mənzillərinə və ya
qanuni işlərinə getmələrini əmr edir. Allah Kraliçanı Qorusun.”
Bu aktda verilmiş olan qərarləra uymayaraq dağılışmayanları isə ciddi
cəza tədbirləri gözləyirdi. Akta tabe olanlar isə ətrafa vurduqları ziyana görə
kompensasiya ödəməli idilər. Bu, aktın $ nömrəli qərarında aşağıdakı kimi
əks olunub:
“VVhere any machinery, or any house, shop or building, (inculiding any
premises appurtenant to the house, shop or bulding) has, vvholly or partly,
been demolished or pulled dovvn by persons riotously and tumultuously
assembled together, compensation shall be payable subiect to ...”
“Üsyankarcasına və səs-küyə səbəb olaraq bir yerə toplanmış olan
şəxslər tərəfindən harada tam və ya qismən uçurulmuş və ya dağıdılmış bir
texnika, ev, mağaza və ya bina (bu ev, mağaza və binalara daxil olan mülklər
də nəzərə alınmaqla) varsa,onlar üçün konpensasiya mütləq ödənməlidir.”

94

Göründüyü kimi, bu akt üsyankarları cəzalandırmaq və gələcək üsyanların
qarşısını almaq məqsədi ilə qəbul olunmuşdur. Və akt qəbul olunduğu dövrdə Britaniyanın hakimiyyəti altında olan digər ərazilərə də şamil edilirdi
(həmin dövrdə Britaniya Amerika, Kanada, Yeni Zelandiya, Avstraliya kimi
böyük müstəmləkələrə sahib idi).
Bu qədər önəmli bir tarixi hadisə xalqı düşündürməyə və yaddaşında iz
buraxmaya bilməzdi. Odur ki, məhz bu tarixi hadisənin təsiri ilə Read the
Riot Act (Riot Akt oxumaq) idiomu yaranmışdır. Bu idiom kiməsə davranışlarını düzəltməli olduğu haqqında ciddi xəbərdarlıq edilərkən deyilir.
Yəni, məsələn, təsəvvür edək ki, “adətən, mübahisələrdən kənar olan bir
tələbə bu dəfə universitetdə baş verən bir mübahisəyə qarışmış və bunun
nəticəsində töhmət alaraq evə gəlmişdir. Onsuzda psixolofi durumu heç də
yaxşı vəziyyətdə olmayan bu tələbə evdə də valideynlərinin onu danlamasını, ona elədiyi nəsihətləri eşitmək məcburiyyətində qalır və nəhayət, bütün
bunlara dözməyərək əsəbi halda belə deyir: Stop reading me Riot Act — mənə
Riot Akt oxumağı dayandırın. Bunu deyən tələbənin nəzərdə tutduğu isə
budur: mən bir cinayət işləməmişəm, üsyan törətməmişəm, odur ki Riot
Aktda cinayətkarlar və üsyançılar haqqında verilən cəzalar səviyyəsində bir
cəzaya layiq olmadığımdan bu danlaqlara da bir son verin”.
Bu idiom bir daha sübut edir ki, Riot Aktın sonralar Britaniya Hökuməti
tərəfindən ləğv olunması onun xalqın düşüncəsində buraxdığı izin də ləğv
olunması demək deyildir. Və bu izi daşımaq məsuliyyəti isə dilin üzərinə
düşmüşdür.
1666-cı il... Pudding Lane küçəsi ... London dar küçələri olan qədim bir
şəhər idi. Və əksər insanlar isə küçələrdə və evlərdə insanlara rahatlıq
verməyən siçovullara görə xəstə 1di..... Çörəkçi Thomas Farriner və qızı
Harriet gecələrin birində çörək bişirməklə məşğul idilər. Thomas sabah üçün
krala çörək hazırlamalı olduğundan gec olmağına baxmayaraq evə getməmişdi. Bir az sonra Thomasın köməkçisi olan Mary də gəldikdə bir yerdə
işlərini davam etdirdilər. Lakin, bir müddət sonra çörəkçinin arvadı Anne
gələrək artıq gec olduğunu deyib onları yatmaq üçün çağırdı. Thomas qızı və
yardımçısını göndərib özü işinə davam etdi. Az sonra o da işini bitirib
yatmağa getdi, amma unutduğu bir şey var idi.Ocağın qapısını açıq qoymuşdu. Və bir saat sonra çörəkçinin mağazası alovlar içərisində idi. Bundan
xəbər tutan Anne tez evdəkiləri oyatdı. Thomas hamıya evin damı üzərinə
çıxmalarını tapşırsa da, Mary mağazanın damı üzərindən evin damına tullanmağa qorxduğu üçün ora keçə bilməmişdi. Az sonra ev də yanmağa başladı
və ətrafdakıların köməyi ilə Thomas və ailəsi nərdivanla yanan evin damından aşağı düşdü. Lakin Mary artıq ölmüşdü.Yanğın isə bütün Pudding

95

Lane küçəsinə yayılmaqda davam edirdi. Buna səbəb isə həmin gecə yanğını müşayiət edən dəhşətli külək idi. Təxminən 20 dəqiqə sonra yanğın söndürənlər çatdı, amma hələ buna qədər də ahali yanğını söndürmək üçün əlindən gələni etməyə başlamışdı. Edilən işlərin mənasız olduğunu və yanğının
bütün şəhərə yayılmağa davam etdiyini görən insanlar Londanda çox vacib
bir şəxs olan Lord Mayor-u axtarmağa başladılar. Onu axtarmaqda məqsəd
isə səlahiyyətli biri olduğundan yanğının söndürülməsi üçün xalqdan daha
çox şey edə biləcəyinə olan inam idi. Amma onu heç yerdə tapmaq mümkün
deyildi.Vəziyyəti belə görən Thomas və ailəsi Temza çayına doğru qaçmağa
başladı ... Elə bu vaxt şəhərin başqa bir hissəsində dövlətə xidmət edən Pepys
yatmaqda idi. Gecə saat üç radələrində xidmətçisi ona yanğın haqqında xəbər
verdi. O isə pəncərədən baxıb bunun elə də böyük bir yanğın olmadığını
deyərək yatağına qayıtdı. Bir saat sonra xidmətçisi gəlib üç yüzdən çox evin
yandığını dediyi zaman isə Pepys cəld yerindən qalxdı və London qalasından
hər şeyi aydın görə bilmək üçün
oraya yol aldı. Dostu Moore də
London qalasına getdiyindən
ikisi birgə ora üz tutdular. Və
çatdıqda qaladan bütün şəhərin
alovlar içərisində olduğunu və

Temza çayı vasitəsilə qaçmaqda
olduqlarını gördülər. Maraqlı qı
olan şey isə bu şəxslərin önündə 5
Thomas Farri-ner və ailəsinin
olması idi. İnsanlar ondan yanğın haqqında soruşduqlarında o çörəkçi olmadığını bildirib qayıqla Temza çayının sularında gözdən itdi. Yanğınsöndürənlər isə əllərindən gələni etsələr də bir nəticəsi yox idi. Pepys onlardan
daha səlahiyyətli olan birinə yanaşaraq binaları uçurub alovun qarşısına
tökməyi təklif etdi. Amma o şəxs Pepys-ə bunun üçün əvvəlcə Lord Mayor
ilə məsləhətləşməli olduqlarını bildirdi. Mayor isə heç kim tapa bilmirdi.
Vəziyyəti belə görən Pepys və dostu Moore kral ilə görüşüb onu olanlardan
xəbərdar etmək və həll yolunu demək üçün yola düşdülər. Və nəhayət ora
çatdılar. Amma kral təkcə Pepys ilə görüşməyi qəbul etdi. Görüş zamanı
onun həll yolunu dəstəklədiyini bildirib Lord Mayora da bir məktub yazaraq
ona Mayorun Yanına gedib məsələsini həll etməyi tapşırdı. Hətta Pepys Lord
Mayor-u tapmağın mümkün olmadığını dedikdə kral ona öz faytonlarından
birini verərək Mayoru tapmaq vəzifəsini onun yerinə yetirməli olduğunu
bildirdi. Pepys və Moore buradan ayrılıb Lord Mayoru axtarmağa başladılar.

96


Nəhayət, onu tapıb məktubu ona verdikdə o bunu bil-diyini və tətbiq etməyə
çalışdıqda isə insanların müqaviməti ilə rastlaşdığını söylədi. Bir az sonra
kralın əsgərləri gəldikdə müqavimət yox idi və binalar dağıdılaraq yanğının
qabağına yığılmağa başlandı. Bu əsnada yorğun olduğunu bildirən Mayor isə
paltarını dəyişmək və dincəlmək üçün heç nə olmamışcasına oradan ayrıldı.
Səhər saat doqquzda isə əsgərlər işlərinə davam edərkən Pepys və Moore evə
yollandılar. Və daha 3 gün London alovlar içərisində yanmağa davam etdi.
Yanğın ən vacib binalara və kilsələrə yayılmağa davam etməkdə idi. Qədim
St Paul kilsəsi isə bir gün bir gecə boyunca yanmışdı. Bu müddət ərzində
yanğınsöndürənlər və əsgərlər yanğının qarşısını almaq üçün əllərindən
gələni etdilər. Külək isə var gücü ilə onlara mane olmağa davam edirdi.
Nəhayət, 4-cü gün külək öz istiqamətini dəyişdi və yanğın yavaş-yavaş
dayanmağa başladı. Tam söndüyü zaman isə minlərlə ev və 90-a qədər kilsə
yanıb kül olmuşdu. Vəə artıq nə o Qədim Londondan, nə də siçovullardan əsər
yox idi ...
Yuxarıda danışılanlar İngiltərə tarixində baş vermiş çox önəmli bir
hadisə olan Böyük London Yanğınının qısa və, təxmini, şəkildə təsvirindən
ibarətdir. Bu yanğından sonra Londonda yenidənqurma və bərpa işləri
aparılmış və bunun nəticəsində onun çox qədim binalarının yerini yeniləri,
dar küçələrinin yerini isə genişləri əvəz etmişdir. Bu hadisənin ardından 18ci əsrdən etibarən dildə “set the Thames on fire” (Temza çayını yandırmaq) ifadəsi işlənməyə başlamışdır. Bu ifədənin hansı mənanı verməsinə
gəldikdə isə burada iki versiya mövcuddur. Beləki biz hər hansı bir şəxs
haqqında bu idiomu işlədiriksə, onun ağılsız hərəkətlər edən, dar düşüncəli
olduğunu bildirmiş oluruq, amma bir iş haqqında istifadə olunduqda isə
idiom çoxlu həyacana, diqqətə səbəb olan mənalarına gəlir. Bunu aşağıdakı
misalda daha aydın görmək olar:
Təsəvvür edək ki, siz uşaq olanda qonşuluqda sizinlə eyni yaşda daha
biri yaşayıb və sizdə zamanla onunla danışmağa başlamışsınız. Onunla vaxt
keçirdikdən sonra siz bu şəxsin tez-tez mənasız işlər görərək valideynlərinə
problem yaratdığını, sözə qulaq asmayaraq boş işlərinə davam etdiyini görürsünüz. Nəhayət, sizdə belə bir təsəvvür yaranır ki, “This person can set
the Thames on fire” — “bu adam Temza çayını belə yandıra bilər”. Bir
müddət keçəndən sonra hər ikiniz universitetə daxil olursunuz. Və siz bir də
xəbər tutursunuz ki, Temza çayını yandıracaq qədər ağılsız və yaramaz olan
o şəxs böyük bir uğurla dissertasiyasını etmişdir. Bunu eşitdikdə isə siz
deyirsiniz: “His dissertation set the Thamers on fire-onun dissertasiyası
böyük marağa səbəb olmuşdur”.

97

Yuxarıdakı misaldan bu idiomun ifadə etdiyi mənalar tam aydın olur.
Burada maraqlı olan şey isə bu idiomun mənşəyidir. Hər halda, haqqında
danışdığımız London yanğınından sonra bizim bu idiomun mənşəyi haqqında nə düşündüyümüz ortadadır. Belə ki, qeyd olunan idioma yalnız həmin
yanğından sonra rast gəlinmişdir. Bizim idiomun birinci mənası haqqında
danışdıqlarımız bu yanğına səbəb olan çörəkçiyə istinadən ortaya çıxmışdır.
Nəticədə üç gün boyunca Londonu alovlar içində qoyan və kifayət qədər
böyük bir zərərə səbəb olan biri haqqında xalq yaxşı bir qənaətdə ola
bilməzdi. Həmçinin çörəkçinin yanğına səbəb olduqdan sonra Temza çayı
vasitəsilə aradan çıxması haqqında da (yuxarıdakı qeydlərdən də məlum
olduğu kimi) məlumatlar vardır. Böyük bir ehtimalla çörəkçinin çayda
qayıqla getdiyini görəndə xalq “Şəhəri yandırdığı bəs deyi, indi də Temzanı
yandıracaq” da demişdir. Hər iki düşüncədən yanaşdıqda bu idiomun birinci
mənasının mənşəyinin bu yanğınla bağlı olduğu görünür. İkinci mənası isə
bir o qədər də qaranlıq deyildir. Belə ki, London yanğını doğurdan da
həyacan doğurub və insanların diqqətini özünə çəkmişdir. Amma bu həyəcan
müsbət mənada yox, mənfi mənada olmuşdur. İdiomun bu gün ifadə etdiyi
ikinci mənası isə insanların xoş bir səbəbdən həyacanlanmasını bildirir.
Lakin, bu heç də onun mənşəyini həmin yanğından ayırmır. Belə ki, bu
hadisə tarixdə və insanların düşüncəsində ciddi bir iz buraxmışdı və dildə də
bu və ya digər şəkildə öz əksini tapmalı idi. Amma idiomun mənşəyinin
buradan gəldiyini düzünənlərlə bərabər, bunu müxtəlif qəzətlərdə, yazıçıların əsərlərində olan istifadəsi ilə də bağlayanlar vardır. Biz burada onlar
haqqında danışmasaq da, onu qeyd etməliyik ki, idiomun qəzetlərdə və
yazıçıların dilində istifadəsi də London yanğınından sonrakı dövrə təsadüf
edir. Odur ki, ilk dəfə onu istifadə edənin bir yazıçı, qəzet və ya xalq
olmasının elə də bir fərqi yoxdur. Çünki bu istifadə yerləri idiomun mənşəyi
deyil, ilk istifadəsini göstərir. Lakin, mənşə isə dəyişməz olaraq qalır —
Böyük London Yanğını.
Nəzər salacağımız növbəti idiom meet your VVaterloo (öz vvaterloo-n
ilə üzləş)-dur. Bu idiom son, həlledici məğlubiyyətlə üzləşmək mənasına
gəlir. Lakin, kiməsə müraciətlə deyilən və ya istinad edildiyi zaman da bir o
qədər müsbət məna vermir (Bunun səbəbini idiomun mənşəyinə baxış
keçirdikdən sonra görəcəyik). Məsələn, neçə illərdir dövlətdə rəhbər vəzifələrdən birində olan şəxs yerini artıq başqa birinə verməyə məcbur olduqda
iş yoldaşlarından biri ona belə deyə bilər: “meet your VVaterloo-get və öz
məğlubiyyətinlə üzləş.” İdiomun mənşəyi isə İngiltərə tarixi üçün də önəmli
yerə sahib olan VVaterloo döyüşü ilə bağlıdır. Bu idiomun mənşəyi və ifadə
etdiyi mənanı dərk etmək üçün tarixə qısa bir nəzər salaq. Məlumdur ki,

98

Napoleon Bona-part Fransa tarixində önəmli yerə malikdir. O, imperator
adını almamışdan öncəki dövrdə də siyasi məsələlərdə öz sözünü demişdi.
Lakin 1804-cü ildə Fransa Senatı Napoleon Bonapartı imperator elan
etdikdən sonra o, öz fəaliyyətini daha da genişləndirməyə başladı. Bunun
ardınca Fransaya qarşı Avropa dövlətlərinin İngiltərə, Rusiya, Avstriyadan
ibarət yeni koalisiyası yarandı. Bu zaman Napoleon Avstriya tərəfdən daha
çox təhlükə gözləndiyini nəzərə alıb Britaniyaya qoşun çıxarmamışdı. Lakin
ingilis donanması Trafalqar döyüşündə fransızları məğlub etdikdən sonra
Napoleon 1805-ci il dekabrın 2-si Austerlis döyüşündə Rusiya, Avstriya,
1806-cı ildə isə Prussiyanı məğlub edərək Berlinə daxil oldu və burada
“Kontinental blokada” haqqında dekret imzaladı. Bu dekretə görə Fransadan
asılı ölkələrə İngiltərə ilə ticarət etmək qadağan olundu. 1807-ci ildə Fridland
döyüşündə məğlub olduqdan sonra Rusiya da Kontinental blokadaya qoşuldu. Beləliklə, Fransa İngiltərəyə qarşı yeritmiş olduğu siyasətdə məharətlə
irəliləməkdə idi. Lakin 1812-ci ildə Rusiyada məğlubiyyətə uğraması ilə
Napoleonun nüfuzu zəifləməyə başladı. Və 1813-cü ildə yaranan koalisayanın fəliyyəti nəticəsində “Xalqlar döyüşü”n də Napoleon ordusu məğlub
edildi. Nəhayət, 1814-cü ilin yanvarında sərhədi keçərək Parisə daxil olan
müttəfiqlər Napoleonu Elba adasına sürgün etdilər. Amma Napoleon 1815ci ildə Elbadan qaçaraq Parisə daxil oldu və taxta çıxdı. O, 100 gün
hakimiyyətdə qala bildisə də, 1815-ci ilin iyununda Belçikaya qoşun yeridərkən İngiltərə və Prussiya qoşunları tərəfindən məğlubiyyətə uğradıldı. Yəni
Napoleon öz VVaterloo-su ilə qarşılaşdı. İngiltərə isə, nəhayət,ona qarşı sərt
münasibət bəsləyən bu şəxsə qalib gəldi. Napoleonun İngiltərə iqtisadiyyatına vurduğu zərər bizə artıq məlumdur. Fransa və İngiltərənin isə vahid
düşmənə qarşı eyni mövqedə olmaları xaricində əzəli düşmənçilik münasibətləri də tarixi bir reallıqdır. Odur ki hər iki səbəbdən ötürü bu —N.
ingilis xalqı üçün böyük bir əhəmiyyətə malik idi.
Elə bu səbəbdən də VVaterloo döyüşünün ardından
yuxarıda qeyd etdiyimiz idiom ingilis dilinə daxil
oldu. Və o, təbii olaraq birinə qayğı ilə deyilə
bilməzdi. Yəni, məsələn, bir şəxs dostuna get və
vvaterloo-n ilə üzləş deməz. Nəticədə bu döyüşdə
qalib olanda ingilis xalqı bunu Napoleona kinayə
ilə yaradaraq dilə daxil etmişdir. Lakin dilin yerində donub qalmadığını nəzərə alsaq deyə bilərik ,
ki, bəlkə də biz bu sətirləri yazarkən belə İngiltərə- Admiral Horatio
nin hər hansı bir hissəsində iki dostdan biri işindən Nelson


99

çıxarılmaq üzrə olan dostuna motivasiya vermək naminə zarafatla get və öz
VVaterloo-n ilə üzləş deyə müraciət edir.
Admiral Horatio Nelson (1758-1805) İngiltərə tarixində iştirak etdiyi
döyüşlər etibarilə önəmli yerə sahibdir. Lakin onun adını bu döyüşlərdəki
qalibiyyəti deyil, tamamilə başqa bir hadisə ingilis dilinə gətirmişdir. Odur
ki bizdə onun şücaətlərindən deyil, qeyd olunan hadisə haqqında danışmağı
lazım bilirik. Əvvəlcə onu qeyd edək ki, Nelsonun bir gözü kor olmuşdur.
Şübhəsiz bu cəhət ona bəzi maneələr yaratsa da,ümumən iştirakçısı olduğu
You have read 1 text from Azerbaijani literature.
Next - Medeniyyetden Dile Achilan Qapi - 9
  • Parts
  • Medeniyyetden Dile Achilan Qapi - 1
    Total number of words is 3825
    Total number of unique words is 1687
    23.2 of words are in the 2000 most common words
    32.6 of words are in the 5000 most common words
    37.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 2
    Total number of words is 4058
    Total number of unique words is 1715
    24.5 of words are in the 2000 most common words
    35.0 of words are in the 5000 most common words
    40.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 3
    Total number of words is 3853
    Total number of unique words is 1749
    22.5 of words are in the 2000 most common words
    31.9 of words are in the 5000 most common words
    37.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 4
    Total number of words is 3952
    Total number of unique words is 1755
    22.0 of words are in the 2000 most common words
    32.8 of words are in the 5000 most common words
    38.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 5
    Total number of words is 4027
    Total number of unique words is 1783
    23.2 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 6
    Total number of words is 3976
    Total number of unique words is 1889
    23.2 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    40.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 7
    Total number of words is 3918
    Total number of unique words is 1733
    23.6 of words are in the 2000 most common words
    32.7 of words are in the 5000 most common words
    38.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 8
    Total number of words is 3883
    Total number of unique words is 1797
    24.7 of words are in the 2000 most common words
    34.3 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Medeniyyetden Dile Achilan Qapi - 9
    Total number of words is 3477
    Total number of unique words is 1672
    25.1 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.