Latin

Peyğəmbərsiz Din Layihəsi - 4

Total number of words is 3568
Total number of unique words is 1570
28.0 of words are in the 2000 most common words
38.5 of words are in the 5000 most common words
44.8 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
110. Muhamməd Zahid Kəvsəri, Nəzrətun Abirə fi Məzaimi mən
Yunkiru.

54


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

diyi görüşün Quran və Sünnənin açıq bəyanı olduğunu dərindən
anlaya bilmək üçün Hz. İsanın həyatını bilmək lazımdır. Çünki Hz.
İsanın anası Məryəmdən etibarən yaşadığı həyat onun nüzulunun
da qavranmasını asanlaşdıracaq.
İmranın həyat yoldaşı saleh bir qadın idi, qarnındakı övladını Allaha həsr etmişdi. Razılığına uyğun surətdə qəbul etməsi
üçün də dua edərdi. Uşaq qız olaraq dünyaya gəldikdə İmranın
həyat yoldaşı kədərləndi. Nə edəcəyini bilməyərək belə dedi: “Ey
Rəbbim mənim qızım oldu ”. 111 Düşünürdü ki, Allahın evinə
xidmət və ibadət şərəfi yalnız kişilərə aiddir. Qızlar bunu edə bilməzlər. Xüsusilə də heyzli günlərində. Allah-Təala, saleh qadının
övladına, onun şərəfinə görə ad qoydu. Onu Məryəm adlandırdı. Məryəmi saleh ananın əhdi olaraq kişinin yerinə qəbul etdi.
Onu gözəlcə tərbiyə etdi. Məryəmin xalasının əri Hz. Zəkəriyyəni
ona baxmaqla vəzifələndirdi. Məryəm faydalı elmi, saleh əməli
Peyğəmbərdən öyrənərək yetişdi. 112 Hz. Zəkəriyyə Məryəmin yanında qışda yay, yayda da qış meyvələrinin olduğuna şahid olurdu. Uca Allah Qurani-Kərimdə buyurur: “Belə olduqda. Rəbbi
(Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi
olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin
üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər !”. 113 Haqqın divanında duran, rüku, səcdə edən
Məryəm Allah-Təalanın bərəkəti ilə dünya qadınlarından üstün
qılındı. Sonra dünyada da, axirətdə də etibarlı və Allaha çox yaxın
olan bir oğulla İsa Məsih ilə müjdələndi. Mələk müjdəni gətirdikdə
(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir
halda necə övladım ola bilər? “(Allah) dedi: “Allah beləcə
istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq

111. Ali-İmran, 3/36.
112. İbn Kəsir, Muxtasaru Təfsiri ibn Kəsir, (İxtisar edən. Muhamməd Əli Sabuni), I, s, 279.
113. Ali-İmran, 3/37.

55

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Ol! deyir, o da olur ”. 114 Onun əmri o dərəcə müzakirəsiz və
təxirə salınmazdır ki, Quranın ifadəsi ilə, Biz bircə dəfə əmr edirik,
o da bir göz qırpımında yerinə yetir. 115

Ən iffətli qadına ən iffətsiz isnad
Bakirə Məryəm insanların ayıblamasından çəkindiyi üçün hamiləlik dövrünü qövmündən uzaq bölgələrdə keçirdi. Uca Allah
bu mövzu barəsində Qurani-Kərimdə belə buyurur: “Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi.
(Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil
insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi:
“Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım !” 116 (Məryəm) uşağı götürüb
öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm!
Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin! (Və ya çox
çirkin bir iş gördün !). 117 “Məryəm bu barədə onlarla danışmağı
artıq hesab etdi. Uşağına işarə etməklə kifayətləndi. Qundaqdakı
bir uşağın danışmayacaqlarına inanan xalq bu halıyla Məryəmin
özləriylə lağ etdiyini düşündülər: (Məryəm) ona işarə etdi. Onlar
dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”. 118 Qundaqda
anasının sinəsindən süd əmən İsa qövmünün sayıqlamalarını eşidəndə südü tərk etdi, işarə barmağını qaldıraraq (Körpə) (dil açıb)
dedi: “Həqiqətən də, mən Allahın quluyam !”. 119 Qundaqdakı
uşağın ilk nitqi Allaha qul olduğunu etiraf etmək oldu. Onun çıxışı
anasını zinadan, Allah-Təalanı da şirk iddiasından tənzih etdi. O
bu bəyanı ilə göyə yüksəldilməsindən sonra öz haqqında ifrata
çıxan xristianları da rədd edirdi. 120

114. Ali-İmran, 3/47.
115. Qamər, 54/50.
116. Məryəm, 19/23.
117. Məryəm, 19/27.
118. Məryəm, 19/29.
119. Məryəm, 19/30.
120. Qurtubi, XI, s, 69

56


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Pak ananın uşağı nə üçün yaradıldığını, vəzifəsinin nə olduğunu ifadə edərkən də belə demişdi: “O (Allah) mənə Kitabı
(incili) verdi və məni peyğəmbər etdi ”. 121
İman edənlərlə inkar edənlərin haqqında ixtilaf etdiyi Hz. İsa
budur. Yəni Allahın qulu və Nəbisidir. 122 İsa Məsih ancaq Məryəmin oğludur ayəsi isə bütün qapıları bağlayır.

İfrat və təfrit arasındakı həqiqət: İsa qul və rəsuldur
Anasının qucağında həqiqəti söyləyən İsa İsrail oğullarını heyrətə saldı. Nə deyəcəklərini, nə cavab verəcəklərini bilmədilər.
Fərqli fikirlər irəli sürdülər. Təriqətlərə bölündülər. Yəhudilərin
çoxu İsa, “vələdi-zinadır” dedi. 123 Xristianlar da ixtilafa düşdülər:
Kimi “ilahdır” kimi “üç tanrının üçüncüsüdür” iddiasını irəli sürdü.
Muvahhid isə, “İsa Allahın qulu və Rəsuludur” deyərək həqiqəti
doğru anlayan tək camaat oldu. 124 Hz. İsaya “vələdi-zina” deyən
yəhudilər və ilahlıq isnad edən xristianlar həddi aşdılar. Həqiqət
budur ki, bu mövzuda ifrat da təfrit də səhvdir və küfrdür. 125

Dəvətə həsr edilən ömür
Hz. İsa yaradılış qayəsini yerinə yetirərək dövrünün şahidlərinə Allahın əmrlərini təbliğ etdi. Qövmünü Allah-Təalaya ibadətə
dəvət etdi. (İsa dedi:) “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət

121. Məryəm, 19/30.
122. İbn Kəsir, Muxtasaru Təfsiri ibn Kəsir, (İxtisar edən. Muhamməd Əli Sabuni), II, s, 451.
123. İbn Kəsir, Muxtasaru Təfsiri İbn Kəsir, (İxtisar edən. Muhamməd Əli
Sabuni), II, s, 451.
124. Muhamməd b. Muslihiddin Mustafa əl-Kocəvi, Həşiyətu Muhyiddin Şeyxzadə a/ə Təfsiril-Qadı əl-Beydaui, V, s, 550.
125. Qurtubi, VI, s, 16.

57

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

edin! Düz yol da budur ” 126 dedi. Hz. İsaya tabe olanlar hidayətə
çatdı. Müxalifət edənlər isə dəlalətə batdı. 127 Hz. İsa ömrünü Allah-Təalanın birliyini izah etməyə həsr etdi. İnsanları yalnız ona
ibadət etməyə çağırdı. Onun xaricindəki hər şeyin məxluq olduğunu, buna görə onlara ibadət etməyin şirk məzmununda qiymətləndiriləcəyini dedi: “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”
deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin!
Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer oddur. Zalımlara
kömək edən olmayacaqdır ”. 128 Hz. İsa dəvət tapşırığını yerinə
yetirərkən abid bir qul olmağı düşünürdü. Özü ilə İsrail oğulları
arasında heç bir fərq görmürdü. 129 Çünki onlar kimi İsa da bir qul
idi. Qulun Allah-Təalaya ibadət etməsindən daha təbii bir şey ola
bilməzdi.
İsrail oğullarının inkar tufanına qarşı Allah-Təala Hz. İsanı
möcüzələrlə təsdiq etdi. Allahın izni ilə palçıqdan quşa bənzər bir
surət meydana gətirdi, ona üfürdü və şəkil quş surətində canlandı.
Doğuşdan kor və alaca xəstəsini yaxşılaşdırdı. Ölülərə həyat bəxş
etdi. İsrail oğulları bu açıq-aşkar möcüzələr qarşısında iman etmək
bir yana onu sehrbaz adlandırdılar. 130 Hz. İsa İsrailin oğullarının
son peyğəmbəri olaraq insanlığın son Peyğəmbəri Hz. Muhammədin Ш gələcəyini də müjdələdi. Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən
və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın

126. Məryəm, 19/36.
127. İbn Kəsir, Muxtasaru Təfsiri ibn Kəsir, (İxtisar edən. Muhəmməd Əli
Sabuni), II, s, 451.
128. Maidə, 5/72.
129. Zəməxşəri, əJ-Kəşşaf an HaqaiqitTərızil və Uyunil-Əqavıl, I, s,
634.
130. Muhamməd Əli Sabuni, Safvətut-Təfasir, I, s, 373.

58

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!” dedilər. 131
Bütün peyğəmbərlər Allah-Təalaya həmd edirlər. Lakin Hz. İsa,
yaxud Hz. Muhamməd “Rəbbinə ən çox həmd edəndir. 132 Buna
görə peyğəmbərlər ehramının zirvəsində o vardı. İsa da onu xəbər
verir, bir mənada dünyanı onun gəlişinə hazırlayırdı.
İsrail oğulları Hz. İsanın bütün möcüzələrini sehr adlandırdılar.
Onu öldürməyə belə təşəbbüs etdilər. Lakin Allah-Təala Hz. İsanı
yəhudilərin hücumundan qorudu. 133 Onu öldürə bilmədilər. Ona
bənzədilən bir nəfəri İsa zənn edərək çarmıxa çəkdilər. Uca Allah
Hz. İsanı göyə qaldırdı. 134 Qiyamət ərəfəsində Hz. İsa təkrar yer
üzünə gələcək. Bu dəfəki gəlişində peyğəmbər olaraq gəlməyəcək.
Gələcəyini müjdələdiyi Muhammədin dinini təbliğ edəcək. Bu
gəlişi ilə həm də yəhudilərin “öldürdük” yalanını təkzib, xristianların ilahlıq isnadlarını rədd edəcək. Peyğəmbərlər təbliğ vəzifəsini yerinə yetirərkən bir çox çətinliklərlə qarşılaşıblar. Onları dəli,
sehrbaz, kahin adlandırıblar. Böhtanlara məruz qalıblar. Əzab görüb, daşlanıb, qırmanclanıblar. Hz. İsa da çətinliklərə məruz qaldı.
Nəticədə o da dünyadan ayrıldı. Lakin Hz. İsanın ayrılması, gəlişi
kimi möcüzəvi oldu. Bütün peyğəmbərlər ölümü dadıb, ruhları ilə
səmaya yüksələrkən o olduğu kimi səmaya qaldırıldı. İndi məqalənin əsl mövzusuna, yəni Hz. İsanın yer üzündən ayrılışı, sonra
da təkrar dönüşü ilə əlaqəli ayələrin tarix boyu alimlər tərəfindən
necə izah edildiyinə baxaq: Hz. İsanın yer üzündən ayrılışını ifadə
edən “təvəffa” sözü “vəfa” məsdərindən törəyən “təfəul” babındadır. Sözü yerinə yetirmək 135 , ehtiyacı qarşılamaq kimi mənalara gələn bu söz, əsas etibarilə “bir şeyi tam etmək” deməkdir.
Bir malı və ya başqa bir şeyi tamamilə almağa da “təvəffa” deyi
131. Saff, 61/6.
132. Əhməd və Muhamməd adlarının detalları üçün baxın. Qurtubi, XVIII,
s, 55.
133. Maidə, 5/110.
134. Nisa, 4/157-158.
135. Məcduddin Muhamməd b. Yəqub Firuzabadi, əl-QamusulMuhid, IV, s, 462.

59

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

lir. 136 Zəməxşərinin «Əsasul-bəlağa» da bəyan etdiyi kimi «təvəffa»
sözü daha sonra məcazi olaraq «öldürmək» mənasında da istifadə
edilmişdir. 137 “Təvəffa” sözü Qurani-Kərimdə Hz. İsa ilə əlaqədar
“mutəvəffikə” və “təvəffəytəni” 138 şəklində iki ayrı yerdə istifadə
edilmişdir. İndi bu sözləri təfsirçilərin necə anladığına nəzər salaq.
Alimlərin əksəriyyətinə görə ayələrdəki “təvəffa” sözü, təslim
almaq mənasındadır. Çünki “təvəffa” sözünün əsl mənası bir şeyi
tamamilə almaq deməkdir. Buna görə təvəffanin məcazi “ölüm”
mənasında işlədildiyini iddia etmək doğru deyil. Çünki burada
məcazi mənanın alınmasına dair bir dəlil mövcud deyil. Necə ki
Qurtubiyə görə Allah-Təala, Hz. İsanı yatırmadan və öldürmədən
göyə yüksəltmişdir. Səhih olan da budur. Təbəri də bu fikri seçmişdir. Abdullah b. Abbasdan rəvayət edilən ən səhih görüş də bu
şəkildədir. 139
İbn Cərir, «təvəffa» sözünün təfsiri ilə əlaqəli «yatırtmaq», «ölmədən bədəniylə geri almaq» və «canını almaq» şəklindəki rəvayətləri verdikdən sonra belə deyir: «Bu mənaların ən doğrusu; «Səni
yer üzündən alacaq və qatıma qaldıracağam» şəklində verilən mənadır. İbn Cərir bu mənanı mənimsəməsinə səbəb olaraq Hz. İsanın nüzulu ilə əlaqəli hədislərin mütəvatirliyini göstərir. 140
Əbu Həyyan; «Həsən Bəsri, Dahhaq, İbn Zeyd, İbn Cüreyc
və Muhəmməd b. Cəfər b. Zübeyrin də bu qənaəti paylaşdıqlarını»
bəyan edir. 141 Mutəaxxirunun öndərlərindən Əllamə Alusi, seçimə
136. Əbul-Fədl Cəməluddin Muhamməd İbn Mənzur, Lisənul-Ərəb,
Darul Kutubil-İlmiyyə, XV, s, 400.
137. Zəməxşəri, Əsasul-Bəlağa, Darul-Fikr, s, 684.
138. Ali-İmran, 3/55; Maidə, 5/117.
139. Qurtubi, IV, s, 65.
140. Kövsəri, Nəzratım Əbirə fi Məzaimi mən Yunkiru Nuzulə isa
Qabləl-Əxirə, s, 98.
141. Muhamməd b. Yusuf Əbu Həyyan, əl-Bəhrul-Muhit, II, s, 497.

60


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

layiq olan təfsirin Hz. İsanın ölmədən və yatmadan göyə qaldırılmış olmasıdır 142 tərzindəki təfsir olduğunu deyir.

Rabi bin Ənəsə görə
Rəbi b. Ənəsə görə “təvəffa” sözü “yuxu” halında ikən alınma
mənasındadır. 143 Necə ki, Uca Allah “Gecələr sizi yatızdıran,
gündüzlər isə nələr etdiyinizi bilən Odur ” 144 buyurmaqdadır.
İbn Abbas da, yuxuda ikən ruhlar alınır deyir. 145 Buna görə
ayədəki “yətəvəffəkum” sözü “yunimukum (sizi yatırır) mənasındadır. Çünki ölüm yuxunun qardaşıdır. Necə ki, Allah Rəsuluna Ш
“Cənnətdə yuxu var mı?” deyə soruşulduqda; “Xeyr! Yuxu ölümün
qardaşıdır. Cənnət isə, ölümün olmadığı yerdir”, - buyurdu. 146
“İnni mutəvəffəkə” ifadəsi “səni yatırdacağam” yəni bu halda
səmaya tərəf qaldıracağam şəklində olsa yuxuda ikən göyə çıxarılan Hz. İsa, qorxu bilməz və oyandıqda özünü səmada təhlükəsizlikdə tapardı. Necə ki Rəbi ibn Ənəs də Hz. İsanın bu halda yer
üzündən alınmasını Allah-Təlanın ona olan şəfqətinə bağlayır”. 147
“Təvəffa” sözü necə təfsir edilirsə edilsin, ondan sonra gələn
“və rafiukə iləyyə (səni qatıma qaldıracağam) qeydi ilə fiziki bir
yüksəliş olduğu aydın olur. Çünki adı çəkilən ifadə üsulcuların diliylə “nəssdir”. Yəni şəxsən fiziki yüksəlişi ifadə etmək üçün işlədilmişdir.
Çünki «rafiukədən sonra gələn «ilə» artiklı sözün «adamın
məqam və mövqeyini yüksəltmək» kimi məcazi mənalarını ol
142. Əbul-Fədl Şihəbuddin Mahmud Alusi, Ruhul-Məani, III, s, 179.
143. Qurtubi, e. a. ə., IV, s, 65; Əbu Həyyan, e. a. ə., II, s, 497; İbn
Kəsir, e. a. ə., I, s, 286; Alusi, e. a. ə., III, s, 179.
144. Ənam, 6/60.
145. Sabuni, e. a. ə., I, s, 395.
146. Qurtubi, e. a. ə., IV, s, 65; Alusi, e. a. ə., III, s, 179.
147. Alusi, e. a. ə., III, s, 179.

61


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

madıgını bildirir. Eynilə «qanadlarıyla uçan» ifadəsindəki «qanad»
sözünün «uçan» varlığın məcazən bu hərəkəti işlədiyini anlamağa
mane olması kimidir. 148 “Təvəffa” sözünün “yatırtmaq” şəklində
başa düşülməsi də Hz. İsanın göyə çıxarılışını təsdiq etməkdədir.
“Təvəffa” sözünün “yatırtmaq” şəklində başa düşülməsi də
Hz. İsanın göyə çıxarılışını təsdiq etməkdədir. Necə ki “təvəffa”
sözünü bu şəkildə təfsir edən Rəbi səmaya yüksəlmənin ruh və
bədənlə olduğunu qəbul edir. 149

Vəhb bin Munəbbihin təfsiri
Vəhb b. Munəbbih, “mutəvəffikə” sözünün “ölüm (məvt) ruhun bədəndən ayrılması” mənasında olduğunu deyir. Bu görüşə
görə; Allah-Təala Hz. İsanı dünyada ikən öldürdü sonra üç saat
qədər yerdə buraxdı və bu halda yüksəldib səmada diriltdi. 150
Alusi, Vəhb b. Munəbbihə aid bu təfsiri verdikdən sonra seçimə layiq olanın Hz. İsanın ölmədən göyə yüksəldildiyini izah
edən görüş olduğunu bəyan edir. Çünki bir çox mənaya gələn
“təvəffa” sözünü məcazi (ölüm) mənada istifadə etmək üçün dəlil
tələb olunur. Belə bir dəlil isə yoxdur. Əksi haqqında dəlillər mövcuddur. Bu vəziyyətdə Vəhb b. Munəbbihin təfsiri keçərli deyil.
Onsuz da Zahid Kövsəri, Vəhb b. Münəbbihin bu görüşü əhli-kitabdan nəql etdiyini bəyan edir. 151
Necə ki Zəhəbi, Vəhbdən “İsrailiyyat” məlumatının çox olduğunu nəql etmişdir. 152 Bu səbəbdəndir ki; Buxari və Müslim sənədində Vəhbin olduğu yalnız bir hədisi əsərlərinə almışlardır. 153 Bü
148. Kövsəri, e. a. ə., s, 96.
149. Alusi, e. a. ə., III, s, 179.
150. Əbu Həyyan, e. a. ə., II, s, 497; Alusi, e. a. ə., III, s, 179.
151. Kövsəri, e. a. ə., s, 131.
152. İmam Zəhəbi, Siyəru Aləmin-Nubələ, IV, s, 545.
153. İmam Zəhəbi, e. a. ə., IV, s, 556.

62





Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

tün bu mülahizələr Vəhb b. Munəbbihin görüşünün nə üçün «şaz»
olduğunu göstərməyə kafidir.
Vəhb b. Munəbbihin görüşü seçim edilsə belə bu, Hz. İsanın
nüzuluna müxalif olmaz. Çünki Vəhb, Hz. İsanın səmada diri
olduğuna və yenidən yer üzünə gələcəyinə inanır.

Yaxın dövr təfsirçilərinə görə
Hz. İsanın öldüyü üçün təkrar yer üzünə gəlməyinin mümkün
olmadığını müdafiə edən görüş, yaxın dövr təfsirçilərinə aiddir.
Necə ki Muhəmməd Abduh və tələbəsi Rəşid Rza «Təvəffa” sözündən ilk ağla gələn mənanın Hz. İsanın Allah-Təala tərəfindən
öldürülüb mənən yüksəldilməsi olduğunu söyləməkdədir. 154
Adı çəkilən iki şəxsin anlayış üsulunu mənimsəyən Mahmud
Şəltut da hocalannı təsbit edən bir fitva vermişdir. Şəltut fitvasında Hz. İsanın öldüyünü yer üzünə təkrar gəlməyəcəyini müdafiə
edir. 155
“Təvəffa” sözü əvvəl “bir şeyi tam olaraq almaq” mənasında
işlədilirdi. Necə ki Rəşid Rza da “Təvəffa” sözünü təfsir edərkən
bunu etiraf edir. Lakin sonra niyəsə “təvəffadan” ağla ilk gələn
mənanın ölüm olduğu iddiasını irəli sürür.
Modernist təfsirçilərin sözü gedən kəlməni “ölüm” olaraq təfsir etmələri sözün bu gün qazandığı mənasına görədir. Sözün bu
gün “ölüm” mənasında işlənməsi, Quranın endiyi dövrdə səhabələrin danışıq dilində də eyni mənanın olması demək deyil. Əgər
“təvəffa” sözünə müasir təfsirçilər kimi “ölüm” mənası verilsə o
zaman “Allahu yətəvəffəl-ənfusə hinə məvtihə”; (Allah ölənlərin
canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən)
(təvəffa) 156 ayəsindəki “öldükləri sırada” (hinə məvtihə) ifadəsi
154. Muhəmməd Rəşid Riza, Təfsirul-Quranil-Hakim, III, s, 261.
155. Kövsəri, e. a. ə., (Şəltətun fitvası üçün baxın, s, 23-31), s, 2930.
156. Zumər, 39/42.

63




Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

səhv olardı. Allah-Təalanın kəlamı isə səhvdən uzaqdır. Yuxarıdakı ayədə Allah-Təala yatanın da, ölənin də ruhunu aldığını ifadə
edərkən “təvəffa” felindən istifadə edir.
Halbuki yatan ölməməkdə, əcəli gələnə qədər yaşamaqdadır. Buna görə, “təvəffa” sözünün ağla ilk gələn mənası ölümdür
demək doğru olmaz. Ayrıca Qurani-Kərimin doğru anlamağın
yolu, nazil olduğu dövrün ünsiyyət dilini nəzərə almaqdan keçir. 157
Bu günün danışıq dilini istinad qəbul edib ayələri təfsir etmək olmaz.
Hadisənin necə ciddi səhvlərə səbəb olduğunu daha yaxından
görə bilmək üçün belə bir nümunə verə bilərik: “Bu gün tələbənin
diplom ala bilmək üçün universitetə verdiyi orijinal araşdırmaya
“risalət” deyilməkdədir. Bu yoldan hərəkətlə Kitab və Sünnədə varid olan “risalətə də “xüsusi araşdırma” mənası verilsə, Allah-Təaladan gələn “vəhy” və “risalət” ləğv edilmiş olar. Bunun üçündür
ki; dildəki inkişafları Quranın mənalarını inkişaf etdirməyə tətbiq
etmək Allahın ayələrini bilə-bilə təhrif etmək olar. 158

Hz. İsanın səmaya yüksəldilməsi (Raf)
“Raf” “Bir şeyi yuxarı qaldırmaq”, “dərəcə etibarilə ucaltmaq”, “qaldırmaq” kimi mənalara gəlir. 159 “Raf” sözü həm həqiqi,
həm də məcaz mənada Qurani-Kərimdə çox yerdə mövcuddur:
Necə ki bəzən yerdəki cisimləri qaldırmaq mənasında; “O zaman
Biz sizinlə əhd bağlayıb dağı (başınızın) üstünə qaldırdıq
(rafənə )”. 160 Bəzən bir binanı uzatmaq mənasında; «İbrahim İsmail ilə birlikdə Beytin (Kəbənin) bünövrəsini ucaltdıqları (yərfəu)”.
Bəzən adamın adını ucaltmaq mənasında; “Biz sənin adını ucalt
157. Kövsəri, e. a. ə., s, 99-100.
158. Kövsəri, e. a. ə., s, 100.
159. İbn Mənzur, VIII, s, 129-131.
160. Bəqərə, 2/93.

64


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

madıqmı?” (rafənə)? 161 Bəzən status etibarilə üstün etmək mənasında istifadə edilmişdir.
“Raf”’ sözü Qurani-Kərimdə Hz. İsa ilə əlaqəli iki yerdə istifadə olunur: “Ey İsa mən sənin həyatına son qoyub Özümə
tərəf qaldıracağam (və rafiukə iləyyə). 162 Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır (rafəahullahu iləyhi). 163
“Təvəffani” təfsirçilərin əksəriyyəti həqiqi mənada istifadə
edərkən, raf sözünü isə mutəqaddimunun hamısı həqiqi mənada
təfsir etmişdir. Buna görə Hz. İsanın dərəcəsi deyil, şəxsən özü
yüksəldilmişdir. Bu girişdən sonra Hz. İsa ilə əlaqədar olan «raf»
sözünün nə üçün həqiqi mənada aydın olduğunu və müasir təfsirçilərin əks bəyanatının mötəbər olmadığını izaha çalışaq:
Rafın yerdən səmaya doğru reallaşan hissi (maddi) bir yüksəlmə olduğunu ifadə edən Əbu Həyyan fikrini iki böyük təfsirçinin
nəqli ilə təsdiq edir: “İbn Abbas, Hz. İsanın səmaya yüksəldildiyini, orada mələklərlə birlikdə Allah-Təalanı təsbih etdiyini, Dəccal
ortaya çıxınca da Beyti-Məqdisdəki daşın üzərinə enəcəyini deyir.
Zəccac “Hz. İsanın, divarında deşik olan bir evdə olduğu sırada,
onu öldürmək üçün bir adamın evə girdiyini, bu əsnada Peyğəmbərin bədəniylə birlikdə səmaya yüksəldildiyini, öldürməyə təşəbbüs edən adamın da çölə İsaya bənzədilmiş bir halda çıxdığını və
İsanın içəridə olmadığını gözləyənlərə xəbər verdiyini, daha sonra o xəbər verənin İsrail oğulları tərəfindən öldürüldüyünü” nəql
edir. 164 Qurtubi, Allah-Təalanın İsanı ölüm və yuxu olmadan səmaya yüksəltdiyini, İbni Abbas, Təbəri, Həsən Bəsri və İbn Zeydin
də bu fikirdə olduğunu bildirir. 165

161. İnşirah, 94/4.
162. Ali-İmran, 3/55.
163. Nisa, 4/157-158.
164. Əbu Həyyan, e. a. ə., II, s, 497.
165. Qurtubi, e. a. ə., IV, s, 65.

65



Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Razi, Hz. İsanın Allah-Təaladan qeyri kimsənin hökmünün
etibarlı olmadığı bir yerə yüksəldildiyini, yüksəltmənin isə hissi
olaraq reallaşdığını deyir. Ali-İmran: 55; Nisa: 156-157-də bunun açıq bir şəkildə ifadə edildiyini vurğulayır. 166 Zəməxşəri 167 və
Beydavi 168 başda olmaqla dirayət təfsirinin digər nüfuzlu simaları
da Hz. İsanın ölmədən səmaya, yəni mələklərin yanına yüksəldildiyini bəyan edirlər.

Rəşid Rzanın Görüşü İbn Abbasa istinad edirmi?
Rəşid Rza Hz. İsanın öldüyünü, necə ki İbn Abbasın da Ali-İmran surəsi 55-ci ayətdə “inni mütəvəffikə” sözünü “inni mumitukə” (səni öldürəcəyəm) şəklində təfsir etdiyini deyir. 169 Əvvəldən
də nəql edildiyi kimi İbn Abbasdan rəvayət edilən səhih görüşə
görə, həmin ayənin təfsiri, Hz. İsanın ölmədən göyə yüksəldildiyi şəklindədir. Rəşid Rzanın istinad etdiyi rəvayətin sənədində isə
boşluq var. Çünki bu rəvayət, İbn Abbasdan İbn Əbi Talha, Müaviyə əl-Hadrami, Abdullah b. Saleh yoluyla gəlməkdədir. İbn Cərir
başda olmaqla digər müəlliflərə görə, İbn Əbi Talha İbn Abbası
görməyib. Yəni rəvayətin sənədində qopuqluq var. 170 Hz. İsanın
öldüyü səbəbindən ayələrdə keçən “raf” hadisəsinin mənəvi bir
yüksəlmə olduğunu iddia edən Rəşid Rza və tərəfdarlarının əsasda
problemi möcüzəni qəbul etməməsilə əlaqəlidir. Necə ki “raf” və
“nüzulu” rədd anlayışının memarı Muhamməd Abduh müasir dünyanın düşüncəsinə uyğun gəlmir deyə “Fil əshabını” yox edən quşların həqiqətdə ağcaqanad olduqlarını, bu ağcaqanadların ayaqlarına bulaşan palçıqlara yerləşdirilmiş halda daşıdıqları mikroblarla
166. Fəxruddin Muhamməd b. Ömər Razi, ətTəfsirul-Kəbir, XI, s,
81.
167. Muhamməd b. Ömər Zəməxşəri, əl-Kəşşəf, I, s, 432.
168. Nəsruddin Əbu Said b. Ömər Beydavi, Ənvərut-Tənzil və ƏsrarutTəvil, (Şeyxzadə haşiyəsi ilə birlikdə), III, s, 447.
169. Rəşid Riza, e. a. ə., VI, s, 17.
170. Kəvsəri, Məqalət, s, 259.

66


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Əbrəhənin ordusunu tələf etdiklərini iddia edir. 171 Abduh bu çıxışıyla Quranın bildirdiyi həqiqəti inkar edir. İngilislərin dəstəyi ilə
Misirdə başladılan dini əqliləşdirmə prosesinin yeni Əzhərlilərə
təlqin edilən ən əhəmiyyətli xüsus dini qeybi həqiqətlərdən qurtarmaq idi. 172 Hz. İsanın “raf və “nüzulu” da qeybi həqiqətlərdən
olduğundan digərləri kimi rədd edildi.

“Raf” kəlməsinin təhlili
İndi Hz. İsanın mənən yüksəldiyini iddia edən modernist ilahiyyatçıların görüşlərinin nə üçün qəbul edilə bilməz olduğunu təhlil edək:
“Həqiqətən, Allah onu qatına yüksəltdi (bəl rafəahullahu iləyhi)” ayəsi “raf” hadisəsinin hissi (maddi) olduğunu açıqca izah etməkdədir. Ayədəki “ilə” hərfi cərri məkan və zaman üçün işlədildikdə “intiha (çatmaq)” mənasını verir. 173
Buna görə Hz. İsanın bədəninin bir yerə çatması lazımdır ki,
ora da Allah-Təaladan qeyri kimsənin qənaət sahibi ola bilmədiyi
mələklər aləmidir. Bu mənanın ortaya çıxması üçün xarici bir dəlilə ehtiyac yoxdur. Çünki “raf” ‘bir şeyi aşağıdan yuxarıya doğru
nəqletmə şəklində reallaşır.
Ayədə, həqiqi mənadan saxlayacaq bir əlamət olmadığından,
“raf” sözü məcazi mənəvi yüksəltmə mənasına aid edilə bilməz.
Bu vəziyyətdə məcaz məna dəlil nəticəsində ortaya çıxan bir ehtimal olmaz. 174 Çünki ayədə məcaz məna ehtimalını rədd edən bir
çox ünsür vardır:
“Həqiqətən, Allah onu qatına yüksəltdi.” ayəsinin əvvəli Hz.
İsaya bənzəyən adamın öldürüldüyünü bəyan edərək yəhudilərin
171. Muhamməd Abduh, Təfsiru Cuzi Ammə, s, 120.
172. Buti, e. a. ə., s, 226.
173. Mustafa b. Həmzə b. Adalı, Nətaicul-Əfkər, s, 41.
174. Kövsəri, e. a. ə., s, 93.

67

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Hz. İsanı öldürdükləri iddiasının əsassız olduğunu bildirir. Çünki ayənin zahiri Allah-Təalanın Nəbisini, yəhudilərdən gizləmək
surətilə səmaya yüksəltdiyini, bu səbəbdən düşmənlərinin onu öldürüb asa bilmədiklərini ifadə etməkdədir.
“Onu nə öldürdülər, nə də çarmıxa çəkdilər” ayəsindən sonra gələn “Həqiqətən Allah-Təala onu qatına yüksəltdi (rafaəhu)”
ifadəsindən İsanın (ə.s) canlı olaraq səmaya qaldırılması yox, Şeyx
Mahmud Şəltutun iddia etdiyi kimi ruhunun yüksəldilməsi başa düşüləcəksə, o zaman hər hansı bir adamın “Quran qəti surətdə İsanın (ə.s) öldürüldüyü, sonra da asıldığı iddiasını rədd etmir” deməsi
mümkün olar. Çünki ruhu ilə yüksəldilməsi, düşmənləri tərəfindən
öldürülüb, sonra da asıldığını ortadan qaldırmaz. Bu vəziyyətdə
Quranın “Onu nə öldürdülər, nə asdılar” ifadəsi - əstəğfirullah zarafat kimi olar. 175 Hz. İsanın (ə.s.) canı alındıqdan sonra ölümdən xilas edilməsi Allaha acizlik aid etməkdir. Çünki yəhudilər də
onun öldürülməsini istəyirdilər. Bu, eynilə qatil tərəfindən qətiliklə öldürüləcəyinə inanan adamın, qətl ediləcəyi əsnada ölümüm
öz əlimdən olsun deyib intihar etməsinə bənzəyir. Həqiqət budur
ki, Allah-Təala bəşərə aid acizlik hallarından münəzzəhdir. “Raf”
kəlməsini məcazi mənada Hz. İsanın dərəcəsinin və ya ruhunun
yüksəldilməsi olaraq izah etmək doğru deyildir.
Çünki Hz. İsa daxil bütün peyğəmbərlərin Allah-Təala qatındakı dərəcələri onsuz da yüksəldilmişdir. Bu barədə nəinki məlumat sahibi birinin, hətta sıravi xalqın belə şübhəsi yoxdur. İstər
qətl edilsin, istərsə də normal bir ölümlə canı alınsın, öldükdən
sonra bütün möminlərin ruhları səmaya yüksəldilir. Bu vəziyyətdə ruhun yüksəldilməsini Hz. İsaya həvalə etməyin nə faydası ola
bilər?! Bir çox peyğəmbər Hz. İsadan daha çox əzab-əziyyətə məruz qalmışdır. Allah onların dərəcələrini yüksəltdiyini bildirmədən
dünyadan köçmüşlər.
175. Mustafa Sabri, Məukiful Aqli vəl-Ilmi vəl-Aləm min Rəbbil-AIəmin və İbədihil-Mursəlin, Beyrut, 1981, IV, s, 182.

68

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Çünki peyğəmbərlərin ruhlarının yüksəldiləcəyi hər kəsə məlum olan bir həqiqətdir. 176
Uca Allah qurtarmağı murad etdiyi rəsullarını fərqli üsullarla mühafizə etmişdir. “Raf” kəlməsi isə bir qurtarma tərzi olaraq
yalnız Hz. İsa üçün işlədilmişdir. Bu səbəbdən Hz. İsanın yüksəldilməyini mənəvi yüksəliş olaraq anlamaq doğru deyil. Çünki bütün peyğəmbərlər mənəvi yüksəlmədə ortaqdırlar. Yəni hamısının məqamı mənəvi cəhətdən yüksəkdir. “Raf” məsələsini ruhun
yüksəldilməsi şəklində anlamaq da doğru deyil. Çünki bu bütün
möminlərə şamildir.
Dərəcənin və ruhun yüksəlməsi yəhudilərin öldürmə təşəbbüsündən bir qurtarma da ola bilməyəcəyinə görə, Hz. İsanın
həqiqətən yüksəldildiyi aşkardır. Allah-Təala onu bu yolla xilas
etmişdir, eynilə o biri peyğəmbərləri fərqli yollarla qurtardığı kimi. 177 Nüzuli İsa məsələsinə etiraz edənlərin irəli sürdüyü bir xüsus
da Hz. İsanın diri olaraq qaldırıldığı səmada həyatını necə davam
etdirdiyi sualıdır. Halbuki bir müsəlman, məsələn şəhidlərin ölü olmadığını bilir. Bu halda, madam ki, həyatın təbəqələri var, elə isə
Hz. İsanın bu dünyada yaşanan həyatdan səmaya “raf” edilmək
You have read 1 text from Azerbaijani literature.
Next - Peyğəmbərsiz Din Layihəsi - 5
  • Parts
  • Peyğəmbərsiz Din Layihəsi - 1
    Total number of words is 3527
    Total number of unique words is 1698
    27.0 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    46.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 2
    Total number of words is 3488
    Total number of unique words is 1583
    28.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    44.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 3
    Total number of words is 3514
    Total number of unique words is 1650
    25.4 of words are in the 2000 most common words
    35.4 of words are in the 5000 most common words
    42.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 4
    Total number of words is 3568
    Total number of unique words is 1570
    28.0 of words are in the 2000 most common words
    38.5 of words are in the 5000 most common words
    44.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 5
    Total number of words is 3495
    Total number of unique words is 1578
    29.0 of words are in the 2000 most common words
    41.1 of words are in the 5000 most common words
    47.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 6
    Total number of words is 3440
    Total number of unique words is 1594
    29.2 of words are in the 2000 most common words
    41.2 of words are in the 5000 most common words
    46.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 7
    Total number of words is 3374
    Total number of unique words is 1498
    28.8 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    44.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 8
    Total number of words is 1972
    Total number of unique words is 900
    35.6 of words are in the 2000 most common words
    47.5 of words are in the 5000 most common words
    54.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.