Latin

Peyğəmbərsiz Din Layihəsi - 3

Total number of words is 3514
Total number of unique words is 1650
25.4 of words are in the 2000 most common words
35.4 of words are in the 5000 most common words
42.3 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
(qramatik təhlil deməkdir) ixtilaf etdiklərində onu Qüreyşin ləhcəsində yazaraq ixtilafı aradan qaldırmalarını deyir. Səbəb olaraq
da, Qurani-Kərimin Qüreyşin ləhcəsi üzrə endiyini deyir. Onlar
da buna riayət edir. 63 Buxari iddia edildiyi kimi İran imperiyası
adından İslamdan intiqam alsaydı, rəvayət etdiyi hədislər, farsları
tərifləyən, ərəbləri isə təhqir edən rəvayətlərdən meydana gələrdi.

Ümmət Buxariyə qədər sünnədən xəbərsiz idi?
Sünnəyi-Səniyyə, Qurani-Kərimin vəhy edilməsi ilə başlayır.
Allah Rəsulunun Ш Mədinədə on altı ay Məscidi-Əqsaya doğru
namaz qılması, arzu etməyinə baxmayaraq üzünü Kəbəyə çevirməməsi 64 Beyti-Məqdisi öz arzusu ilə qiblə etmədiyini göstərir.
Çünki əksi olsaydı, vəhy gözləməz, Kəbəyə dönərdi. Lakin dönmədi, gözlədi.
Qurani-Kərimdə Beyti-Məqdisə doğru namaz qılmağı əmr
edən bir ayə olmadığına görə, müsəlmanlar Kəbəni istəmələrinə
baxmayaraq Qüdsə doğru namaz qılmağa davam etmişlər. Buna
görə də Allah Rəsuluna Ш gələn buyuruqlar “vəhyi-mətluv” adlanan Qurani-Kərim və “vəhyi-qeyri-mətluv” adlanan sünnə olaraq
iki cür başa düşülməlidir. Səhabələr Allah Rəsulu Ш ilə birlikdə
yaşayır, onun sözünə itaət edir, hərəkətlərini də nümunə götürürdülər. Sünnə sətirlərdən əvvəl yaddaşlarda mühafizə edildi. Sonra
yazıya köçürüldü və səhabə də daxil olmaqla hər əsrdə bir çox

38

63. Buxari, Mənəqib, 3; Ayni, Umdətul-Qari, XVI, 109.
64. Bəqərə, 2/144.


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

müsəlman Allah Rəsulunun Ш hədislərini nəsildən nəslə ötürdü.
Buxarinin dövründə və ondan əvvəl də hədis tərtib edərkən də
ortada Sünnəyi-Səniyyə ilə əlaqəli çox sayda müstəqil hədis kitabı
var idi. Bir qismi fiqh və təfsir kitablarında yazılmışdı. İmam Buxarinin və ondan əvvəl Sünnə ilə əlaqəli tərtib edilən bu kitabların
tarixi Allah Rəsuluna Ш qədər uzanır. Allah Rəsuluna Ш tələbəlik
edən Abdullah b. Əmrin “Səhifəsi”, Zeyd b. Sabitin “Kitəbul-Fəraizi” bunların ən əhəmiyyətliləridir. Bəzi səhabələr də özləri üçün
hədis məcmuələri təlif etmişdilər. Tabeunun da bu yolu davam
etdirmişdir. Həmmam b. Münəbbih “əs-Səhifətus-Səhihəni” tərtib etmişdir. Həmmamm çap edilən məcmuəsinin əl yazması kitabxanalarda mövcuddur. İmam Muhammədin bir hissəsini birbaşa
Əbu Hənifə, bir qismini də Əbu Yusuf yolu ilə Əbu Hənifədən
aldığı fiqhi məsələləri ehtiva edən “Zahirur-Rivayə” kitablarında
da hədislər sənədləri ilə zikr edilməkdədir. Bu cəhətlə ilk dövr fiqh
kitabları hədis elmi ilə zəngindir.
İmam Əbu Hənifə hicri 150-ci, Buxari isə 256-cı ildə vəfat
etmişdir. Yəni Buxari, Əbu Hənifənin vəfatından 44 il (194) sonra
dünyaya gəlmişdir. Bu tarixi həqiqətlərə baxmayaraq “Buxariyə
qədər hədis yox idi” demək, günorta vaxtında günəşi inkar etmək
ya da insanların gözlərilə şahidlik etdiyi bir məkanı yox saymaq
kimidir.

Buxaridən əvvəl tədvin edilən əsərlər
İmam Malik Muvattasını Buxarinin doğumundan 54 il əvvəl
hicri 140-cı ildə tərtib etmişdir. Əsərinin Allah Rəsulundan Ш rəvayət edilən hədisi-şəriflərin az bir qismini ehtiva etməsi və onun
yayılması ilə ətraf bölgələrdəki mühəddislərin tərtib etdiyi hədis
məcmuələrindəki rəvayətlərin rədd edilməsinə görə, İmam Malik Muvattasınm hər tərəfə göndərilib əsas kitab sayılmasına icazə
verməmişdir. Bu vəziyyət də göstərir ki, İmam Buxari tələbəykən
Muvattanı da, digər mühəddislərin əsərləri kimi oxumuşdur.

39

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

İmam Buxari 10 yaşında ikən vəfat edən İmam Şafei isə hədis
elminə aid Müsnəd, fiqhdə əl-Umm, Usulu-fıqh və Mustaləhul-hədis sahəsində isə ər-Risalə adlı əsərə müəlliflik etmişdir. 65
Hicri 241-ci ildə vəfat edən Əhməd bin Hənbəl, 30 min hədis ehtiva edən Müsnədini Buxarinin doğumundan on dörd il əvvəl (180) yazmağa başlamışdır. Müsnədlə əlaqəli, “Bunu, insanlar Allah Rəsulunun Ш Sünnəsi haqqında ixtilaf etdikdə müraciət
edəcəkləri əsas kitab olaraq tərtib etdim” demişdir. Əbu Hənifə,
İmam Malik, Şafei və Əhməd b. Hənbəl, Buxaridən əvvəl yaşamışdır. Buna görə Buxari bunlar içərisində yalnız Əhməd b. Hənbəldən birbaşa, digərlərindən isə tələbələri vasitəsilə hədis rəvayət
edə bilmişdir.
Buxaridən əvvəl yaşamış məşhur dörd imam xaricində bir çox
alimin də hədis sahəsində əsərləri var. Buxari bunlardan Abdullah
b. Mübarəkin (v. 181) Sünnə ilə əlaqəli əsərini daha kiçik yaşda
əzbərləmişdir. Əbu Davud ət-Tayalisi (v. 204), Müsnədi yazdığında Buxari 14 yaşında idi. Hicri 211-ci ildə vəfat edən Əbdürrəzzaq əs-Sanəni də Musənnəfi təlif etmişdir. 66
Yuxarıda bir qismini zikr etdiyimiz əsərlər də göstərir ki, Sünnə Buxaridən çox əvvəl yazılmağa başlamışdır; hədisləri yazmaq
və tərtib etmək fəslindən onları təsnif etmə mərhələsinə keçilmişdir. Buna görə “Buxari, əl-Camius-Səhih adlı əsərini yazana qədər
keçən iki əsrdə Sünnə yox idi, Buxari onu özündən uydurmuşdur”
demək, əsassız bir iddiadan başqa bir şey deyil.

Hz. Əbu Bəkir hədisləri yandırıbmı?
Şərqşünaslar və müttəfiqlərinin müsəlmanların Allah Rəsulunun Ш hədislərinə olan etimadını azaltmaq üçün müraciət etdik
65. Şafeinin “ər-Risaləsi” Sünnədən istifadə etməyi sistemləşdirdiyi
üçün “Mustaləhul-Hədis” sahəsindəki ilk iş olaraq da qəbul edilə
bilər.
66. Əbdül-Mehdi Abdul-Qadir, Dəfuş-Şubuhat anis-Sürmətin-Nəbəviyyə,
240-243.

40

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

ləri yollardan biri də kitablardan uydurma rəvayətləri önə çıxarıb
zehinləri qarışdırmaqdır. Hz. Əbu Bəkrin Allah Rəsulundan Ш
rəvayət edilən hədisləri Hz. Aişəyə yandırtdığı iddiasıdır. 67 Hədis
inkarçıları bu iddia ilə əslində bunu söyləməkdədirlər: «Quran bizə
yetər. Hədislərsə şübhəli olduqlarından onlarla əməl edilməz. Allah Rəsulunun Ш ən yaxını olan Hz. Əbu Bəkir (r.a) hədislərdən
bu dərəcə şübhə duyur və onları yandırırsa, Peyğəmbərdən əsrlər
sonra gələn müsəlmanlar o rəvayətlərə necə etimad edə bilər?!
Sünnəni Hz. Əbu Bəkir (r.a), yoxsa ondan iki əsr sonra gələn
Buxari daha yaxşı bilir? Hər gün Allah Rəsulu Ш ilə birlikdə olan
Əbu Bəkirə (r.a) uyub, hədisləri məhv etmək lazım deyilmi?
Bu cür sualları ortaya ataraq müsəlmanların zehnlərini qarışdıranlar, hədis imamlarının əlaqədar rəvayətlə əlaqəli dəyərləndirmələrini gözardı edərək və ya onları nəzərə almadan nəql etməkdədirlər. Necə ki İmam Zəhəbi Hakimdən Hz. Əbu Bəkrin, Hz.
Aişəyə 500 rəvayəti yandırdığı istiqamətindəki iddianı nəql edir,
sonunda da, “Bu məlumat doğru deyil” yəni mövzudur (uydurmadır) 68 deyir.
İbn Kəsir də sözü gedən rəvayətin sənədində olan Əli bin Salehin məchul bir ravi olması səbəbi ilə bu rəvayətin mərdud (qəbul
edilməyən hədis) olduğunu deyir. 69
Zəhəbinin Hakimdən nəql etdiyi bu rəvayət doğru qəbul edilsə də, hədisləri yandırmaq hadisəsi hədis inkarçılarının iddialarını
təsdiq etmir. Çünki rəvayətə görə Hz. Əbu Bəkir (r.a) hədisləri
ravilərə güvənmədiyindən ötrü deyil, onları özünə rəvayət edən
bir ravinin doğruluğundan şübhələndiyi üçün yandırmışdır. Hz.
Əbu Bəkir (r.a) özünə bu hədisləri rəvayət edən adamı səhabə
olmasından ötrü Allah Rəsuluna Ш bilərək yalan isnad etməklə
də ittiham etmir. Adını vermədiyi ravidən aldığı hədisləri yandırmasının səbəbi isə unutqanlıq, anlama problemi, qəflət, yanılma
67. (https://www.youtube.com/watch?v=gtxraQOIAYU) Dəq:02:00
68. Zəhəbi, Təzkirətul-Huffaz, I, 10-11.
69. Əli əl-Muttəqi, Kənzul-Ummal, H. No: 29446.

41

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

kimi vəziyyətlər ola bilər. Burada üzərində düşünülməsi lazım olan
mühüm məsələlərdən biri də budur ki, minlərlə səhabənin Allah
Rəsulundan Ш hədis rəvayət etməsini, onun səhabəyə, “Əbu Şah
üçün (xütbəni) yazın” 70 şəklində təlimat verməsini, Abdullah b.
Amrın, «Mən Allah Rəsulundan Ш eşitdiyim hər şeyi yazırdım ki,
Qüreyş məni bundan daşınmağa çağırdı və dedi ki: “Allah Rəsulu
Ш, qəzəb və razılıq halında danışan bir bəşər olduğu halda ondan
duyduğun hər şeyi yazırsanmı?” Bunun üzərinə yazmaqdan imtina
etdim. Daha sonra mövzunu Allah Rəsuluna Ш bildirdim. Barmağı
ilə ağzını işarə etdi və belə buyurdu: “Yaz! Nəfsimi qüdrət əlində
tutan Allaha and olsun ki, bu ağızdan haqdan başqa bir şey çıxmaz”. 71 Mədinə konstitusiyasını, Allah Rəsulunun Ш Hüdeybiyyə
müqaviləsini yazdırmasını və səhabənin tərtib etdiyi hədis məcmulərini nəzərə almayan şəxslərin, Zəhəbinin uydurma olduğunu
söylədiyi bir rəvayət üzərindən hədisləri inkara çalışması, bir yalanı əsas alaraq mütəvatir tarixi həqiqətləri inkar etmək kimidir.
Xülasə 72
Bu gün Özbəkistan sərhədləri daxilində yer alan Buxarada
dünyaya gələn İmam Buxarinin İranlı olduğu iddiası həm tarixi,
həm də coğrafi gerçəklərə ziddir. Buxaralı bir mühəddisin süqut
edən İran imperiyası üçün İslamdan intiqam almaq adına hədis
uydurduğu iddiaları tamamilə ziddiyyətlərlə doludur. Əgər Buxari
Farslar adından İslamla savaşsaydı, Farsın etibarını yüksəldəcək
hədislər uydurar və bunları yayardı. Lakin o «əl-Cəmius-Səhihində” Xilafətin Qüreyşdə olmasının daha doğru olacağı anlamına
gələn hədisləri rəvayət etdi. Buxari hədisləri həm öyrənmiş, həm
də həyatına tətbiq etmişdir.
Cərh və tədil elmini ən yaxşı bilənlərdən idi. Bu, onu hədis
uyduranların tələsinə düşməkdən mühafizə etdi.
70. Buxari, İlim 39; Əbu Davud, H. No: 3646.
71. Buxari, Elm, 39; Əbu Davud, H. N9 3646
72. Orientalistlərin istifadə etdiyi yuxarıdakı üç iddiadan ikisi İslamoğlu tərəfindən dilə gətirilməkdədir.

42


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Buna baxmayaraq Buxarinin söz və əməlinə əks olunan təqvası onu cərh və tədildə mötədil davranmaqda qabaqcıl etdi. Bəkr
b. Münir Buxarinin belə dediyini bildirir: “heç kimin qeybətini etmədən Allahın hüzurunda hesab verəcəyimi ümid edirəm”. Buxari
Allah Rəsulunun Sünnəsi ilə birbaşa ona tabe olmaq üçün maraqlanmışdır.
Necə ki, atıcılıq alimlərin maraq dairəsinə girmədiyi halda
Buxari Sünnə olması səbəbiylə onunla da məşğul olmuşdur. Atıcılıqda məharəti o qədər gözəl idi ki, ötəri atdığı oxlar belə hədəfdən
yayınmazdı. 73 İslam, İran, Xorasan və Mavəraunnəhr bölgələrinə
hakim olduqda xalq öz ixtiyarları ilə İslamı seçmiş, İslam dövləti də
kimsənin əlindən nə malını, nə əmlakını almışdır. Buxarinin doğulduğu şəhəri sərhədləri içərisində saxlayan Mavəraunnəhr də öz
iradəsi ilə müsəlman olduğundan xalqda kin və nifrəti doğuracaq
heç bir səbəb olmamışdır. Günümüzə qədər yaşayan mühəddislər
onun elmi dərinliyi, əmanəti, təyin edilən elmi meyarlara sədaqəti
kimi yönlərini nəzərə alaraq Buxarini hədis elmində “Əmirul-möminin” olaraq qəbul etmişlər. Fəqehlər də hədislərinə maraq
göstərmişlər. Səhih rəvayətləri ehtiva etdiyindən onun kitab müctəhidlərin Qurandan sonra müraciət etdiyi kitabı olmuşdur. Onun
ortadan qalxması ilə ondakı rəvayətlərə əsaslanan ictihadların da
xurafat olacağını bilən «şərqşünaslar» Qurani-Kərimdən sonra ən
çox ona hücum etmişlər. O, hədis tərtibində ilk deyildir. Ondan
əvvəl Allah Rəsulunun Ш yaşadığı əsrdən başlayaraq hədisləri tərtib edən çox sayda əsər də yazılmışdır. Abdullah b. Amrın əs-Sahifətus-Sadiqası, Zeyd b. Sabitin Kitabul-Fəraizi, Həmmam b.
Münəbbihin Səhifəsi, İmam Malikin Muvattası, Şafeiinin əsərləri,
Əhməd b. Hənbəlin Müsnədi, Abdullah bin Mübarəkin əsərləri var
idi. Belə olduğu halda kiminsə “Sünnə Buxaridən əvvəl yox idi.
Buxari onu bilib görmədiyimiz qaynaqlardan təlif etdi” deməyi yaz
günü günorta vaxtı günəşin varlığını inkar etməkdən fərqsizdir.

73. Əhməd Fərid, əl-Imamul-Buxari, 38.

43


MEHDİ GƏLƏCƏKMİ?
Günün gecəsi var deyə gündüzə qarşı çıxmaq, yaşı da qurunun yanında yandırmaqdır. Hansı ki, tarixdə yaş qurunun yanında
yanmışdır. Bu günlərdə, tam da bu prosesi yaşayırıq. Doğruların
səhvlərlə yer dəyişdirdiyi dövrdə, xeyli vaxtdır xoca, mürşid, təkkə və mədrəsələrə qarşı mübarizə aparanlar indi “camaatlıq” adı
altında fitnə qruplaşması formalaşdırmış və bütün camaatlıqlara
meydan oxumağa başlamışlar. Bəziləri, Mehdilik mübahisələrini, müsəlmanların İslamdan ayrılmasına vasitə etməyə çalışırlar.
Onun üzərindən daha dərinlərə enəcəklər. Üz ifadələrində, “Ey
Millət! Siz nə gördünüz. Daha nələr, nələr var. Sizə din deyə xurafatı izah etmişlər.” Mehdiliklə əlaqəli yazılan məqalələrin əksəriyyətində Əhməd Əminin təsiri var. Mənzərəni görüncə, «Biri səhv
bir yol qurunca arxasıyla nə çox insan gedərmiş» demədən dayana
bilmirsiniz. Aşağıdakı sətirlər, son bir əsrdə Əhməd Əmin xəttində
Mehdilik üzərinə yazanların ortaq qənaəti: Mehdi, sosial-mədəni
kontekstdə uydurulan, «rəngli və canlı bəzəklərilə bəzi macəraların, dünyəvi və siyasi əməl sahiblərinin və çarəsiz kütlələrin əlaqə
mərkəzi olan 74 bir təsəlli vasitəsidir.

“Goldziher”in təsiri və Mehdinin inkarı
İslam coğrafiyasının siyasi işğala paralel olaraq yaşadığı ideoloji mübarizə dövründə ən çox müzakirə edilən mövzulardan biri
74. Ruhi Fiğlalı, “Məsih və Mehdi İnana Üzərinə”, A.Ü.İ.F.D., XXV, 214.
45

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

olan Mehdiliyə şərqşünaslar daha çox maraq göstərmişlər. Bu
mövzuda saf zehinləri öz əməlləri istiqamətində istiqamətləndirməyə çalışmışlar. İslam modernizminin qurucu şəxsiyyətlərindən
biri olan Goldzihere görə Mehdi anlayışı yəhudilik, xristianlıq və
maniheizm kimi dinlərə aid bir inanc olub, Kabul-Əxbar ilə Vəhb
b. Münəbbih tərəfindən Hz. Peyğəmbərə aid rəvayətlər yolu ilə
müsəlmanlar arasında yayılmışdır. 75 Saxta mehdilərin müxtəlif fəaliyyətlərini ön plana çıxaran müsəlman yazarlar da, orientalistlərin
Mehdiliyin isnad mərkəzilə əlaqəli mazdeizm, atəşpərəstlik, yəhudi
və xristianlıq kimi təsbitlərini təsdiqləyərlər. 76
Əhməd Eminə görə rafizilərin “Gözlənilən Mehdisi”, Əməvilərin “Süfyani” ləqəbini daşıyan qurtarıcısmın olması, Abbasilərin xoşuna gəlmir və onlar da Mehdi haqqında hədislər uydurur. 77
Əhməd Sərdaroğlu da Diyanət məcmuəsində nəşr edilən “Mehdi
haqqında” başlıqlı yazısında Qurani-Kərimin Mehdidən bəhs etməməsini Buxari və Müslimdə mövzu ilə əlaqəli səhih bir rəvayətin olmamasını, Mehdi anlayışının İslamda olmadığına səbəb kimi
göstərir. 78
Mehdilik anlayışının müsəlmanları İslamiyyət üçün çalışmaqdan məhrum buraxacağını da iddia edən bu qrup, 79 rəvayətlərin
ağla zidd olduğunu da müdafiə etməkdədir.

Lüğətdə Mehdi
Allah-Təala tərəfindən hidayətə çatdırılmış adam mənasında
istifadə edilən Mehdi yol göstərən mənasındadır. Qurani-Kərimdə
eyni kökdən bir çox söz keçməsinə baxmayaraq “Mehdi” kəlməsi
75. əl-Əqidə vəş-Şəria fil-İslam, Qahirə, 1946, 193-195.
76. Cemil Hakyemez, Mehdi Düşüncəsinin Etiqadlaşması Üzərinə,
G.Ü.İ.F.D., 2004/1, III, sy: 5, s, 130.
77. Duhal-lslam, III, 173.
78. Ahmet Serdaroğlu, “Mehdi Haqqında”, May-İyun, 1968, sy. 72-3, s,
127.
79. Serdaroğlu, eyni məqalə, s, 18.

46

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

keçmir. Lakin Allah Rəsulu Ш Hz. Əlini (r.a) hidayətə vəsilə olan
və Mehdini hidayətə çatdıran” 80 sifətləriylə zikr edir, Müaviyə üçün
də “Ya Rəbbi! Onu doğru yola çatdıran Hədi və çatanlardan Mehdi qıl. Onunla insanları doğru yola yönəlt!” 81 buyurmuşdur. İstilahi
mənada Mehdiliklə əlaqəli bir çox rəvayət vardır.

30 Sahabənin rəvayəti ilə Mehdi
Mehdinin zühuru nöqtəsində alimlərin icması vardır. Buna
görə axır zamanda Allah Rəsulunun Ш Əhli-beytindən Muhamməd b. Abdullah adında biri çıxacaq, müsəlmanlar ona tabe olacaq, İslamı və müsəlmanları zəfərə aparacaq, küfrün belini qıracaq, ədaləti hakim qılacaq.
Mövzu ilə əlaqəli hədislər mənəvi təvatür dərəcəsindədir. Suyuti bunların 40-dan çox olduğunu söyləməkdədir. 82 Allah Rəsulundan Ш Mehdinin zühuruyla əlaqəli hədisi rəvayət edən səhabə
sayı isə 30-dan çoxdur. Bunların arasında Osman b. Affan, Əli b.
Əbu Talib, Talha b. Übeydullah, Əbdürrahman b. Avf, Abdullah
b. Abbas, Abdullah b. Məsud kimi səhabələr də iştirak edirlər. Əbu
Davud, Tirmizi, İbn Macə, ən-Nəsai, Əhməd b. Hənbəl, İbn Hibban, Hakim, Təbərani kimi böyük hədis imamları da bu rəvayətləri
əsərlərinə daxil etmişlər.
Məlum hədislərin bir qismi səhih, bir qismi həsən, bir qismi də
zəifdir. “Tarix” əsərində Mehdi ilə əlaqəli rəvayətlərinin hamısının
zəif olduğunu söyləyən İbn Xaldun xəta etmişdir. 83 Otuzdan çox
səhabə tərəfindən nəql olunan hədisləri kitablarında yazan böyük
hədis imamları və Mehdinin zühurundan bəhs edən alimlərə qarşı
gələnlər Əhli-Sünnəyə qarşı hər hansı dəlil irəli sürə bilməmişlər.
Məqalələrində adətən zəif hədisləri tənqid edərək mövzu ilə əlaqəli

80. Əhməd, Müsnəd, H. No: 817.
81. Tirmizi, H. No: 3842.
82. Suyuti, əl-Həvi, II, 213.
83. Əzim Abədi, Aunul-Məbud, XI, 282.

47

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

sadəcə həmin hədislərin olduğunu göstərməyə çalışmış və Mehdinin zühurunu inkar etmişlər.

Mehdinin xüsusiyyətləri
Allah Rəsulu Ш Mehdinin həqiqisini saxtasından ayırd edəcək
ölçüləri bu şəkildə təyin etmişdir. “Dünyada yalnız bir gün qalsa,
-Zaidə, hədisində belə dedi: Allah o günü uzadarda- (Sonra bütün
ravilər ittifaq etdilər.) O gündə məndən və ya Əhli- Beytimdən,
adı adıma, atasının adı da atamın adına uyğun gələn birini göndərər. ” 84
“Yer üzü zülm və düşmənçilik dolmadan qiyamət qopmaz.
Sonra mənim ailəmdən biri çıxar, yer üzünü zülm və düşmənçilik
dolduğu kimi ədalətlə doldurar .” 85 “Dünyanın ömründən yalnız
bir gün qalsa, Allah mənim Əhli-beytimdən bir adam göndərəcək,
o da dünyanı daha əvvəl zülmlə olduğu kimi, ədalətlə dolduracaq
“Mehdi mənim nəslimdəndir. O açıqalınlı və burnunun ortasındakı sümük qabarıq olacaq. Yer üzünü zülmlə dolduğu kimi
ədalətlə dolduracaq və yeddi il hökm sürəcək. ” 87 “Mehdi mənim
ailəmdən, Fatimənin nəslindən olacaq. ” 88

Alimlərin Görüşü
Süfyan-Sevri, Bərbəhəri, Əhməd əl-Busti, Əbu Süleyman
əl-Xattab, Beyhəqi, Əbu Bəkir b. Ərəbi, Qadı İyaz, Süheyl, İbnul-Cövzi, Qurtubi, Qastallani, Zəhəbi, Şatibi, Səxavi, Suyuti, İbn
Həcər Heytəmi başda olmaqla alimlərin cümhuru da bu hədislərlə

84. Əbu Davud: H. No: 4276.
85..Əhməd, Müsnəd, H. No: 11331.
86. İbn Macə, Fitən, 34.
87. Əbu Davud, H. No: 4279.
88. Tırmizi, H. No: 2230.

48



Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

istidlal etmiş və Mehdinin zühur edəcəyini demişlər. 89 İbn Həcər
Beyhəqidən, Mehdinin zühuruyla əlaqəli hədislərin isnad cəhətiylə
son dərəcə səhih olduqlarını, 90 Bərbəhəri də Şərhu-Sünnəsində,
Hz. İsanın enib Dəccalı öldürəcəyi, evlənəcəyi və Allah Rəsulunun
Ш ailəsindən birinin arxasında namaz qılacağını zikr edir. 91

Mehdi niyə Qurani-Kərimdə yoxdur?
Quran mücməl olaraq nazil oldu, Allah Rəsulu Ш da onu bəyan etdi. Allah Azzə və Cəllə möminlərə həm Qurana, həm də
sünnəyə tabe olmağı əmr etdi. Haramların bir qismi ayələrdə, bir
qismi də hədislə sabit oldu.
Qurani-Kərim Allah Rəsulunun Ш da halal və haram qılma
səlahiyyətinin olduğunu bildirdi. 92 Bundan biri “vəhyi-mətluv” digəri isə “vəhyi-qeyri-i mətluv” olmaqla iki cür vəhyin olduğu aydın
oldu. Çünki qiblənin Məscidi-Əqsadan Məscidi-Harama dönmə
müddətində Allah Rəsulu M çox arzu etməsinə baxmayaraq 93 artıq
üzünü Məscidul-Harama tərəf çevir! 94 ayəsi gələnə qədər Beytullaha yönəlmədi. Əgər Məscidi-Əqsaya doğru namaz qılmaqla bağlı
bir vəhy olmasaydı, Allah Rəsulu Ш gözləməyəcək, dönəcəkdi.
Qurani-Kərimdə Məscidi-Əqsaya doğru namaz qılmaqla əlaqəli bir
əmr olmadığına görə köhnə qiblə “vəhyi-qeyri mətluv” ilə sabitdir.
Yenə Bəni- Nadir qəbiləsi mühasirə olunduğunda hərbi tədbir
gərəyi ağaclar kəsilərkən yəhudi və münafiqlərin mənfi təbliğatı
üzərinə Allah-Təala ağacların öz izni ilə kəsildiyini xəbər vermişdir. 95 Lakin Quranda belə bir icazəyə dəlalət edən bir ayə yoxdur.
Bu vəziyyət də göstərməkdədir ki, Allah Rəsulu Ш vəhyi-mətluv
89. Muhamməd İsmail əl-Muqaddəm, əl-Mehdi, s, 67-71.
90. İbn Həcər, Təhzibut-Təhzib, IX, 126.
91. Şərhus-Sünnə, 73; Muhamməd İsmail, e. a. ə., s, 81.
92. Əraf, 7/157.
93. Bəqərə, 2/144.
94. Bəqərə, 2/144.
95. Həşr, 59/5.

49


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

xaricində ayrı bir kanaldan da Rəbbindən vəhy almaqda idi. 96 Allaha itaət etmək olduğunu bildirən, 97 ixtilaf anında Allaha/Qurana
və Rəsulullaha/sünnəyə müraciət yolunu göstərən ayələr 98 Allah
Rəsulu, sizə nəyi verirsə onu alın və sizə nəyi qadağan etmişdirsə
ondan da uzaq durun. 99 məzmununda qiymətləndirildiyində Mehdinin də dolayı yoldan Quranda iştirak etdiyi aydın olur. Çünki
Qurani-Kərim Peyğəmbərin sözlərinə itaət etməyi əmr etməkdədir. Mehdinin zühuru da Allah Rəsulunun Ш bu məzmunda zikr etdiyi həqiqətlərdəndir. Buna görə Allah Rəsulundan Ш səhih olaraq
rəvayət edilən hər hədisi təsdiq etmək, Qurani-Kərimə tabe olmaq
kimidir. Mehdinin zühuruyla əlaqəli səhih hədislər də Quranın
özünə tabe olunmasını əmr etdiyi Peyğəmbərdən varid olmuşdur.
Təbəri, məscidlərdə Allahın adını zikr etməyə mane olan və
onların xarab olması üçün səy göstərənlərin aqibətini bildirən,
“Onlar üçün dünyada rüsvayçılıq, Axirətdə də böyük bir əzab vardır” 100 ayəsini təfsir edərkən dünyadakı rüsvayçılığı Mehdinin zühuru olaraq şərh etməkdədir. 101

Niyə Buxari Mehdidən bəhs etmir
Mehdinin zühurunu inkar edənlərin istinad nöqtələrindən biri
də Buxaridə mövzu ilə əlaqəli bir rəvayətin olmamasıdır. Buxarini
gözdən salmaq üçün əlindən gələni edənlərin bu iddiasını bir tərəfə
buraxaraq bunu söyləyək: Bununla ən səhih iki hədis məcmuəsi
Buxari və Müslimin müəllifləri Mehdi hədislərini əsərlərinə almadıqlarına görə hədislər uydurmadır düşüncəsini yaymağa çalışırlar.
96. Ali-İmran, 3/132.
97. Nisa, 4/80.
98. Nisa, 4/59.
99. Həşr, 59/7.
100. Bəqərə, 2/114.
101. Təbəri, Camiul-Bəyan fi Təfsiril-Qurən, I, 548.

50

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Bu bilinməlidir ki, Buxari əzbərində 300 min hədis olduğunu bunlardan 100 mininin səhih, 200 minin də səhih olmadığını deyir. 102
Buxari də isə təkrarlarla birlikdə 7275 hədis vardır. Göründüyü kimi Buxari səhih hədislərin rəqəmini 100 min olaraq verərkən
kitabına aldığı hədis sayı olduqca azdır. Buxari və Müslim bir çox
mühüm məsələdə hədis rəvayət etməməsinə baxmayaraq üləma,
digər hədis məcmuələrindəki rəvayətlər səhih isə onlarla fitva vermiş və əməl etmişdir. On səhabənin cənnətlik olduğunu bildirən
hədislər Sünən kitablarıyla Əhməd b. Hənbəlin Müsnədində də
var. Buna baxmayaraq ümmət onlarla əməl etmiş, əqaid kitablarında aşərəi-mübəşşərə zikr edilmişdir.
Əvvəlcə bilinməlidir ki, Mehdi mövzusu Buxaridə mücməl,
digər hədis məcmuələrində isə müfəssəl olaraq vardır. Necə ki
Buxari və Müslimin rəvayət etdiyi hədisi-şərifdə Allah Rəsulu Ш,
“Məryəm oğlu İsa aranıza endiyində və imamınız da sizdən olduğu
halda halınız necə olur?” buyurmaqdadır.

İbn Maca hədisi
İbn Macənin rəvayət etdiyi, “Məryəm oğlu İsadan başqa Mehdi yoxdur” 103 hədisi də Mehdinin zühuru ilə əlaqəli rəvayətlərlə
ziddiyyət təşkil etmir.
Hər şeydən əvvəl ziddiyyət eyni səviyyədəki rəvayətlər arasında olur. Bir tərəfdə Mehdinin zühuru ilə əlaqəli mütəvatir hədislər,
digər tərəfdə isə İbn Macənin Kutubu-Sittə müəllifləri arasında rəvayətində tək qaldığı hədis. Hakim də Müstədrəkdə olan həmin
rəvayəti nəql etdikdən sonra “Bu hədisi Müstədrəkdə onunla istidlal etmək üçün deyil, heyrətimi bildirmək üçün zikr etdim” 104
deyir.
102. İbn Həcər, Hədyus-Sari, Muqaddimətu Fəthil-Bəri, s, 512.
103. İbn Macə, H. No: 4039, Hədisin isnadında həddindən artıq zəiflik
var. Zəhəbi hədisin münkər olduğunu demişdir. Mizanul-İtidal, III, 535.
104. Hakim, əl-Müstədrək, s, 488.

51

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Fərz edək, bu hədis səhih qəbul edilsə belə mənası kamillik
ifadə edir.
“Fatihəsiz namaz olmaz”. Ya da “məscidə qonşu olanın namazı ancaq məsciddə olar” hədisləri “Namaz fatihəsiz kamil olmaz” və ya məscidə qonşu olanın namazı ancaq məsciddə kamil
olur formasında aydın olduğu kimi, “Kamil Mehdi” də yalnız İsa
bin Məryəmdir şəklində anlaşılmalıdır. Necə ki, İmam Qurtubi də
hədisdən hərəkətlə “kamil və günahsız olan Mehdi” İsa b. Məryəmdir şəklində başa düşülməlidir, deyir. 105

Nəticə
Mehdiliklə əlaqəli rəvayətlər Tövrata, məcusilərə deyil, Allah
Rəsuluna Ш əsaslanır. 30-dan çox səhabə tərəfindən mənəvi təvatür yolu ilə nəql edilmişdir.
Mehdinin zühurunun Quranda açıq olaraq olmaması onun
inkarına dəlil olmaz. Çünki Qurani-Kərim 106 Allah Rəsulundan
Ш gələn hər şeyi almağı və ona itaət etməyi əmr etməkdədir.
Mehdiliklə əlaqəli rəvayətlər də Quranın özünə tabeliyi əmr etdiyi
Peyğəmbərə əsaslanır.

52

105. Qurtubi, ət-Təzkirə fi Ahvəlil-Məvta, 723.
106. Həşr, 59/7.

QƏRBİN AĞIL OCAĞINDA
BUXARLANAN HƏQİQƏT: NÜZULU-İSA
(Hz. İsanın nüzulu)

Bir gün dünyanın da sonu çatacaq. İçindəkilərlə birlikdə dünya
da yox olacaq. Bu sonsuz tükənişin nə zaman olacağını bilmirik.
Allah Rəsulu Ш risaləti müddətində qiyamətin vaxtı ilə əlaqəli
suallarla tez-tez qarşılaşırdı. Quran hadisəni belə izah edir: “(Ya
Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur ”. 107
Qiyamətin mütləq olaraq bilinməzliyində zehinlərə işlənmək
üçün Dihyətul-Kəlbi surətində Nəbinin yanına gələn Cəbrayıl, Allah Rəsulundan Ш qiyamətin vaxtını soruşduqda O, belə cavab
vermişdi: “Soruşulan soruşandan daha yaxşı bilmir”. 108 Buna görə
qiyamət “Muğəyyəbatı-Xamsə”dən (beş bilinməyən şey) sayıldı.
Bunların bilinməsi ilə əlaqəli qapı tamamilə bağlanıb. Quran və
Sünnənin tələbi də bu istiqamətdədir.
Hz. İsanın bədəni ilə səmaya qaldırıldığı, qiyamət ərəfəsində
isə təkrar yer üzünə enəcəyi adı çəkilən əlamətlər içərsindədir və

107. Əraf, 7/187.
108. Müslim İman, 8; Tirmizi, İman, 2738; Əbu Davud, Sünnə,
4695.

53

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

dəlillər ilə sabitdir. Dəccal, Yəcuc və Məcuc, Dabbətul-Ərz, günəşin qərbdən doğması və Hz. İsanın yer üzünə enişi də dəlillərlə
sabitdir. 109 Necə ki Əllamə Muhamməd Ənvər Şah əl-Kəşmiri,
“ət-Təsrih bimə təvatərə fi Nüzulil-Məsih” adıyla qələmə aldığı
əsərində Nüzul həqiqətini cəm etdiyi hadisələrin etiraza imkan
verməyəcək şəkildə isbat etməkdədir.
Muhamməd Zahid Kövsərinin Hz. İsanın öldüyünü, yer üzünə
enəcəyini iddia edən Şeyx Mahmud Şəltutun fitvasına yazdığı rəddiyəsində adı çəkilən əsəri təsbit və təsdiq edir. 110 Hz. İsanın enəcəyinə dəlalət edən açıq ayələr və mütəvatir hədislər mövcuddur
və bu haqda icma var. Buna baxmayaraq Qərb düşüncəsindən
təsirlənən XIX əsrdən sonra yaşayan bir çox insan Hz. İsanın enişi
ilə əlaqəli qəti hökmə etiraz etdilər. Əslində həmin əsrə qədər nüzul məsələsi insanlar üçün bir problem təşkil etmirdi. Problem nüzuldan sonra Hz. İsanın nə edəcəyi ilə əlaqəli idi. Onlara görə Hz.
İsa yeni bir şəriətlə gələcəyi təqdirdə Rəsulullahın son Peyğəmbər
olmasını rədd etdikdə, müsəlmanların reaksiyasını yoxlayacaqdılar. Hz. İsanın endikdən sonra Allah Rəsuluna Ш tabe olacağını
bildirdikdə isə xristian aləmini qarşılarına alacaqdılar. “İbrahimi
Dinlər” və onların tərəfdarları insanları xristianlarla paralelel düşünməyə vadar etdi. Buna görə, qələmə aldıqları təfsirdə əhli-kitabın cənnətə girəcəyini iddia etdilər, Rəsullar arasında dərəcə
fərqi olduğunu rədd etdilər. Lakin Hz. İsanın enişi mövzusunda
əhli-kitabla eyni qənaəti paylaşmadılar. Çünki nüzul edəcək İsanın
İslam şəriətinə tabe olması xristianlığın tamamilə nəsx edilməsi
mənasını verməkdə idi. Yəni bu ixtilaf onların məşruiyyətinə xələl
gətirməmək üçün idi.

İsanın həyatı
Hz. İsanın göyə yüksəldilməsi və təkrar yer üzünə dönməsi
bəhsinin nə ifadə etdiyini, Sünnə və Camaat alimlərinin mənimsə
109. Səid Ramazan əl-Buti, Kubral-Yəqiniyyətil-Kəvniyyə, s. 318.
You have read 1 text from Azerbaijani literature.
Next - Peyğəmbərsiz Din Layihəsi - 4
  • Parts
  • Peyğəmbərsiz Din Layihəsi - 1
    Total number of words is 3527
    Total number of unique words is 1698
    27.0 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    46.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 2
    Total number of words is 3488
    Total number of unique words is 1583
    28.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    44.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 3
    Total number of words is 3514
    Total number of unique words is 1650
    25.4 of words are in the 2000 most common words
    35.4 of words are in the 5000 most common words
    42.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 4
    Total number of words is 3568
    Total number of unique words is 1570
    28.0 of words are in the 2000 most common words
    38.5 of words are in the 5000 most common words
    44.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 5
    Total number of words is 3495
    Total number of unique words is 1578
    29.0 of words are in the 2000 most common words
    41.1 of words are in the 5000 most common words
    47.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 6
    Total number of words is 3440
    Total number of unique words is 1594
    29.2 of words are in the 2000 most common words
    41.2 of words are in the 5000 most common words
    46.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 7
    Total number of words is 3374
    Total number of unique words is 1498
    28.8 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    44.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 8
    Total number of words is 1972
    Total number of unique words is 900
    35.6 of words are in the 2000 most common words
    47.5 of words are in the 5000 most common words
    54.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.