Latin

Peyğəmbərsiz Din Layihəsi - 2

Total number of words is 3488
Total number of unique words is 1583
28.4 of words are in the 2000 most common words
37.5 of words are in the 5000 most common words
44.6 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
bir-birilərilə olan ixtilaflarının daha da dərinləşməsinə səbəb oldu.
Beləcə də elm tələbələri İngilis işğalıyla deyil, dinini təhrif edən
adamlarla mübarizə etmək məcburiyyətində qaldı. Quraniyyun da
digər bütün firqələr kimi ümmətin tək bayraq altında toplanması
tələbilə meydana çıxdı. Tövhiddən bəhs etdikləri halda, özləri kimi
düşünməyənləri şirkə düşməklə ittiham etdilər.

Ziddiyyətlər topluluğu: Quran müsəlmanlığı
Əshabi-kiram İslami hökmləri Qurani-Kərimdən və Allah Rəsulunun Ш Sünnəsindən almışdır. İslam alimləri də, Sünnənin ikinci
qaynaq olduğu mövzusunda icma etmişlərdir. Hansı namazın neçə
rükət olduğu, zəkatın nə qədər maldan, hansı nisbətdə veriləcəyi,
həccin necə ediləcəyi kimi Qurani-Kərimin xüsusi olaraq buyurdu
21

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

ğu xüsusları Sünnə təfsir etmişdir. Bu nöqtədə Sünnə, Qurani-Kərimi o dərəcə bəyan etmişdir ki, “Əgər Sünnə olmasaydı Quranın
bir qisimi anlaşılmaz, namaz, zəkat, həcc daxil bir çox xüsuslar
möminlərin nə olduğunu tam olaraq dərk edə bilməyəcəyi əmrlər
olaraq qalar və ədaları qeyri-mümkün olardı”. Bunun üçündür ki,
Allah “Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik.
Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni
(hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da
düşünüb dərk edələr !” 24 buyurmaqdadır.
Nə var ki Sünnəni rədd edərək Qurani-Kərimi anlaşılmaz hala
gətirmək, sonra da onu qlobal istismar sisteminin mənfəətlərini
təhdid etməyəcək bir məzmunda həva qəliblərinə töküb formalaşdırmaq istəyən Məalçılar Allah Kəlamının nə olduğunu alimlərin dərs halqalarında öyrənmədiklərindən onu idrak etməkdən də
məhrum olmuşlardır. Yaşanan bu məhrumiyyətin əsas səbəbi isə
“Doğrunun nə olduğunu bilmədiklərindən Qurani- Kərimə dair ilk
duyduqlarını “doğru” qəbul etmələridir. Buna görə aşağıda təhlil
edəcəyimiz iddialara “Məalçılığın sütununu meydana gətirən dəlillər” olaraq sarılıb Sünnəyə rəqib oldular.

24. Nəhl, 16/44.

22

QURANIYYUN FIRQƏSININ İDDİALARI
VƏ HƏQİQƏTLƏR

Birinci iddia: “Quran bizə yetər”:
Bu düşüncədə olan insanlara görə Qurani-Kərimdə hər şey
vardır. Hər mövzuda o bizə yetər. Müsəlmanlar İslama görə bir
həyat yaşamaq üçün Sünnəyə möhtac deyillər. Bu nöqtədə Çakraləvi bunları deməkdədir: «Qurani-Kərim dində özünə ehtiyac duyulan hər şeyi, hər cəhətdən ətraflı bir şəkildə bəyan etmişdir. O
halda Sünnəyə nə ehtiyac olsun?” 25 Başqa bir vəsiləylə isə belə
deyir: “Allahın Kitabı kamil olmaqla birlikdə tam olaraq da açıqlanmışdır. Aydın olmaq üçün nə şərhə, nə Muhəmmədin onu təfsir etməyinə ehtiyac vardır”. 26
Cavab: Quran üsul, Sünnə isə əsasdır:
Qurani-Kərimdə islamın təməl əsaslarını ehtiva edən bir çox
ayənin olduğu bir həqiqətdir. Lakin onun kiçik, böyük hər şeyi
əhatə etdiyini demək isə normal bir ağlın məhsulu ola bilməz.
Çakraləvinin iddia etdiyi kimi Qurani-Kərim, Sünnəyə möhtac deyilsə, bu ümmət beş vaxt namazın nə olduğu və necə qılınacağı
nöqtəsində hansı ayəyə müraciət etməlidir? Hər bir fərz namaz
neçə rükət olmalıdır? Namaz qılan ayaqda, rükuda, səcdədə nə

25. Çakraləvi, Məcəllətu Işaatil-Quran, sy 3, 1902, s, 49,
26. Hədim Hüseyin, ilahi Bahş, əl-Quraniyyun, s.211.

23

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

oxumalıdır? Qoyunun, inəyin, dəvənin zəkatı nə qədər olmaldır?
Bütün bunların cavabı Allah Rəsulunun Ш sünnəsindədir. O da
ümmətinə bu xüsusları bəyan etmişdir. Allah-Təala Qurani-Kərimdə daha çox ana əsaslardan və qaydalardan bəhs etmişdir. Arada
cüzi məsələlərə girmişdir. “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin ”. 27 Quran daha
çox üsul, Sünnə isə əsasdır.
İkinci İddia: “Sünnə vəhy” deyildir:
Quranilər, sünnə tamamilə «vəhy» deyil deyərək, Allah Rəsuluna Ш yalan olaraq istinad edilən bir sıra sözlər olduğunu iddia
etməkdədirlər. Bu nöqtədə Çakraləvi də, “Biz yalnız Allahın
endirdiyi Qurana tabe olmaqla məsuluq. Bəzi hədislərin
sənədi səhih bir şəkildə Peyğəmbərə çatdığı fərz edilsə də,
onunla mükəlləf olunmaz. Çünki heç biri Allahdan gələn
vəhy deyildir ” 28 deyir.
Cavab: Allah Rəsulu həva və həvəsinə görə danışmaz:
Quranı insanlara Allah Rəsulu Ш təbliğ etmiş və o açıqlamışdır. Allah-Təala nəyi, necə əmr etdisə o da, o şəkildə və o surətdə bəyan etmişdir. Əks halda olacaqları Quran belə bəyan edir:
“Əgər Peyğəmbər özündən bəzi sözlər uydurub Bizə isnad
etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq. Sonra
Onun şah damarını qopardardıq. Heç biriniz buna mane
ola bilməzdi ”. 29
Bu ayəni təbliğ edən peyğəmbərin halal və haramı 202 bildirmək səlahiyyəti olmasaydı bunu etdiyinə görə həyatda qala bilməzdi.
Lakin bu nöqtədə heç bir qüsur olmadığına görə Allah Rəsulunun Ш bütün əməllərini şəri ölçülər çərçivəsində etdiyi ortaya çıxır.
Ayəyə görə Peyğəmbərin din adına danışdığı hər şey Allah-Təa
24

27. Həşr, 59/7.
28. Əl-Mubəhasə, 81.
29. Haqqə, 69/44-47.

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

lanm muradına uyğun olmalıdır. Bu da ancaq Allahın, Rəsuluna
bildirməsi ilə mümkündür. Bu səbəbdən birbaşa dinə aid məsələlər
haqqındakı Sünnə də vəhydir.
Çünki səhabələr və sonrakı nəsillər də Sünnəni vəhy qəbul
etmişdir.
Əgər Sünnə vəhy olmasaydı - əstəğfirullah - Allaha baxmayaraq danışan bir Peyğəmbərə tabe olduqlarından ötrü səhabələr
Allahın kitabında təriflənməzdi. 30
Səhabələr həm Quranı anlama, həm də başqa məsələlərdə
Peyğəmbərimizə tabe olduqlarına görə böyük məsafələr qət etmişlərdir. Dünya nizamını dəyişdirmiş, haqqı hakim qılmışlardır.
Dövrün iki böyük imperiyasından birini ortadan qaldırmış, digərini kiçik bir sahədə yaşamağa məhkum etmişlərdir. Peyğəmbərin
izində gedən səhabələrin həlak edilməməsi, bir müsibətin onları dağıtmaması, Peyğəmbərdən söz və əməl baxımından gələn
rəvayətlərin vəhy olduğunun dəlilidir. Əks təqdirdə Allah-Təala,
sünnənin sahibi olan Peyğəmbərimizi və Ona tabe olan səhabələri həlak edərdi. Qurani-Kərim miras kimi, bir neçə xüsus istisna
olmaqla əhkamı ana xəttlərilə təyin etmişdir. Təfsilatı isə Quranı
bəyan etmə vəzifəsi özünə verilən 31 Allah Rəsuluna Ш buraxmışdır. Möminlərə də, Ona itaət etməyi əmr etmişdir.
Üçüncü iddia: “Sünnəyə vəhy demək hədisləri Qurani-Kərim səviyyəsinə” çıxarar
Quranilərə görə İslamı bəyan nöqtəsində Peyğəmbərdən nəql
olunan sünnəni «vəhy» qəbul etmək, onu Qurani-Kərimin səviyyəsinə çıxaracağı kimi, Quranı da sünnənin dərəcəsinə salır.
Cavab: Quran sünnə, sünnə də Quran deyil:
Allah Rəsulu Ш Quranla sünnənin bir-birindən ayrılması
nöqtəsində son dərəcə həssas davranmış, ayələri dəri parçaları
üzərinə yazan səhabələr səhifələrin kənarına hədisləri də yazdıqda
onlara ilk mərhələdə bu əməli qadağan etmişdir.

30. Fəth, 48/10.
31. Nəhl, 16/44.

25

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Lakin daha sonra dövlət başçılarına göndərdiyi məktublar
daxil olmaqla bir çox hədisi şəxsən yazdırmış; “Əbu Şah üçün
yazın” 32 buyurmuşdur. Alimlər də Quranla sünnəni qəti xəttlərlə
bir-birindən ayırmışdır:
1. Qurani-Kərim ləfzi və nəzmi etibarilə möcüzədir. Lakin
sünnə belə deyil.
2. Quranın tilavətiylə ibadət olunur. Lakin sünnənin belə bir
xüsusiyyəti yoxdur.
3. Allah Qurani-Kərimi dəyişməkdən və təhrifdən qorumağı şəxsən üzərinə götürmüşdür. (Sünnənin Qurani-Kərimi bəyan
etməsi cəhətilə hədisi-şəriflərin ümumi mənada qorunduğu bir
həqiqətdir).
4. Quranı sünnədə olduğu kimi məna olaraq rəvayət etmək
caiz deyil.
5. Dəstəmazsız Qurani-Kərimi tutmaq haramdır.
6. Qurani-Kərimin ləfzi kimi mənası da Allaha aiddir. Sünnə
isə yalnız məna cəhətilə vəhydir. 33
Bu və bənzəri fərqlərdən dolayı, fiqh üsulu, hökmlərin dəlillərində ilk olaraq Qurani-Kərimi, ikinci olaraq da Sünnəni əsas
götürmüş və hər birini öz məzmununda qiymətləndirmişdir. İslam
tarixində “Qurani-Kərim bərabərdir Sünnə” deyən heç bir alim
yoxdur.
Dördüncü iddia: “Sünnə” ilə əməl etmək şirkdir:
Quranilər “Sünnəni həyata tamamilə hökm etməkdə təyin
edici olduğunu qəbul etməyin”, - “Hökm ancaq Allahındır” 34 tərcüməsindəki ayəyə zidd olduğunu və «şirk» məzmununda qiymətləndiriləcəyini iddia edirlər. Mövzu ilə əlaqədar Əhməddin bunları
söyləyir: «İnsanlar şirki canlandırmaq üçün çox fərqli yol bəyan
etdilər. Əsl itaət ediləcək olanın Allah-Təala olduğuna inanırıq de
26

32. Buxari, Elm, 39; Əbu Davud H.No: 3646
33. Cəmaluddin əl-Qasimi, Qauaidut-Təhdis, s, 64.
34. Ənam, 6/57.

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

yirlər; lakin itaət məqamı olan Allaha itaətə bağlı olaraq Rəsuluna
da tabe olmağı Allahın bizə əmr etdiyini söyləyirlər. Bu fasid dəlilə
əsaslanaraq da hər növ şirki təshih edirlər. 35
Cavab: Tövhid binasına asılan “şirk” tablosu
Şirki ortadan qaldırmağa məmur olan, Məkkədə ilk olaraq “Lə
iləhə illəllah” deyən bir Peyğəmbərə itaət etməyi Qurani-Kərim
“tövhidin gərəyi”, Quranilər isə “şirkin şəxsən özü” olaraq xarakterizə edirlər. Bu gün yer üzündə Allahdan başqa ilah olmadığını
söyləyən, “Muhəmməd Allahın Rəsuludur” deyən müsəlmanlardır.
Onlar Allah Rəsuluna Ш itaət etməyi də Qurani-Kərimdən öyrəndilər. Quranilərin bu ifadələri tarixin ən böyük ziddiyyətlərindən
biridir. Qurana görə əməl etdiklərini iddia edənlər Quranın təlimatı ilə Allah Rəsulunun Ш əmrlərinə itaət etməyə “şirk” deyirlər.
Bu həqiqət ən yüngül ifadə ilə birlikdə Onun Rəsuluna itaət
etməyi əmr edən ayələri inkar etməkdir: “Bir mömin kişi və
ya qadının Allah və Rəsulu hökm verdiyində artıq işlərində bundan başqasını seçmək haqları yoxdur. Allahın və
Rəsulunun əmrinə üsyan edənlər doğru yoldan açıq-aşkar
uzaqlaşmışlardır”. 36 Ayədə “Allah və Rəsulu” ifadəsi keçmiş və
“Rəsul” sözü “Allahın” ləfzinə “fərqlilik” ifadə edən “vav” hərfi
ilə şamil edilmişdir. Buna görə Allah və Rəsulu iki ayrı mənbədir.
İnsanlar hökmü birbaşa Allah-Təaladan ala bilmədiklərinə görə
“Allah” ləfzindən Qurani-Kərim, Rəsul ləfzindən də “sünnə» başa
düşülür.
“Xeyr! Rəbbinə and olsun ki, onların arasında çıxan
ixtilaf barəsində səni hakim edib sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı hiss etmədən onu qəbul etmədikcə və boyun əyib təslim olmadıqca iman gətirmiş
olmazlar .” 37

35. Əhməduddin, Təfsiru Bəyanin-Nəs, II, 395-495.
36. Əhzab, 33/36.
37. Nisa, 4/ 65.

27


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Quran qadın-kişi hər mömini Peyğəmbərin hökmünə uymağa
dəvət edir. Allah da zatına and içib, “Ey Peyğəmbər! Sənin verdiyin hökmə razı olmayan, qərarından ötrü narahatlıq duyan iman
etmiş ola bilməz” - buyurur. Buna görə bir iddianın həllində Allah
Rəsuluna Ш müraciət edib verdiyi hökmlə əməl etmək Quranilərin
iddia etdiyi kimi şirkdir, yoxsa tövhiddir?! Hansı ki yüz ildir edilən
təxribatlar nəticəsində “İman və İslam coğrafiyasına qəribləşdirilən
millət, xaricilər kimi gəzir və «hidayət» deyə «dəlalətə” çağırıldığını fərqinə vara bilmir. Nə Quranı, nə də Sünnəni tanıyır. Şirk
tablosunun tövhid binasına, tövhid tablosunun da şirk binasına
asıldığını anlaya bilmir. Allah Rəsuluna Ш itaət Quranilərə görə
şirk olduğu halda, Qurana görə isə tövhidin özüdür.
Qurani-Kərimin qiyamətə qədər keçərli, ayələrin də bütün zamanlarda qarşılığı olduğuna görə, yaşayarkən Allah Rəsulunun Ш
özünə, vəfatından sonra da səhih hədislərə müraciət etmək Qurani-Kərimin əmridir. Səhih bir hədisin hökmünə razı olmaq, Allah Rəsulunun Ш risalətinə razı olmaqdır. Əgər Allah-Təala bütün
zaman və məkanlarda Peyğəmbərimizin hakimliyinə müraciət etməmiş olsaydı, ayədəki “yuhakkimukə (səni hakim edirlər) 38 felinə
“Kəful-Xitabın və “Qadaytə (hökm verdin) hərəkəsinə də Təul-Xitabın bitişməsi doğru olmaz, əksinə ayənin belə olması lazım idi.
Hətta yuhakkimul Quran (Quranı hakim qoyana qədər) və mimmə Qadə fihil-Quran (Quranın verdiyi hökmdən) şəklində olardı.
Məsələ aydındır. Bütünlüklə bütün insanlığın qurtuluşu Allaha və
Onun Peyğəmbərinə itaət, 39 iman və ya küfrləri də itaət edib etməmələrinə bağlıdır. 40
Sünnənin aradan qaldırılması insanlığın hidayətinə qarşı təşkil
edilən bir sui-qəsdir. Qurani-Kərim daha bir çox ayədə insanları
Allah və Rəsulunun hökmünə itaət etməyə dəvət edir. Bu gün aramızda olmadığına görə Peyğəmbərimizin hökmünə ancaq hədis
məcmuələrinə müraciət edərək əməl edə bilərik. Əgər hədislərin

28

38. Nisa, 4/65.
39. Nur, 24/51.
40. Nur, 24/47.

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

səhih olanları uydurma olanlardan seçilməyəcək şəkildə olsa, Allah da onlara tabe olmaqla ümməti məsul tutsa və bundan ötrü də
cəzalandırsaydı, şübhəsiz ki, bu, Onun ədalətinə uymazdı. Belə
olduğu halda Allah Rəsuluna Ш itaəti əmr edən ayələr ümumi mənada Sünnənin də qorunacağının təminatıdır. Quranilərin “Hökm
ancaq Allahındır” 41 ayəsiylə istidlal etmələri də doğru deyil.
Çünki Allah Rəsulu Ш şəxsən Allah-Təala tərəfindən Qurani-Kərimi açıqlamaqla vəzifələndirilmiş, 42 bu məqamda söylədikləri də Allah-Təala tərəfindən özünə vəhy edilmişdir. 43 Bu səbəbdən
səhih hədislərin ehtiva etdiyi hökmlər Allah Rəsulu Ш vasitəsilə
Allah-Təaladan alınmışdır. Allaha və Rəsuluna itaəti 44 əmr edən
Qurani-Kərim “Rəsula itaət edən Allaha itaət etmişdir” 45 buyurur.
Buna görə Qurani-Kərim və Sünnənin bütövlüyünü şirk qəbul etmək, şirkdir. Çünki Allah-Təala qullarını özündən aldıqlarını təbliğ
edən Peyğəmbərimizə itaət etməyə çağırır. 46 Qurana və Sünnəyə
itaətdən üz çevirənlərin isə kafir olduqlarını ifadə edir. 47 Sünnəyə
əməl etməyə «şirk» demək, Allaha baxmayaraq hökm qoymaqdır
ki, bu da şirkin özüdür.
Beşinci iddia: Sünnə mənbə olmadığından hədislər yazılmadı:
Allah Rəsulunun Ш yalnız Qurani-Kərimi yazdırdığını iddia
edən məalçılar “Əgər Sünnə höccət olsaydı, Allah Rəsulu Ш onu
da yazdırardı. Yazdırmamış olması Sünnənin mənbə olmadığını
göstərir” - deyir.
Cavab: Yalanlar üzərinə yazılmış nağıllar:
41. Ənam, 6/57.
42. Nəhl, 16/44.
43. Qiyamə, 75/19.
44. Ali-İmran, 3/32.
45. Nisa, 4/80.
46. Nur, 24/56.
47. Ali-İmran, 3/32.

29


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Qurani-Kərim “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl
örnəkdir !” 48 buyurur. Allah-Təala Sünnəyə tabe olmağı Cənnətə
nail olmaq və razılığına nail olmaq yolu olaraq göstərir. Allah Rəsulunun Ш da “Mənim namaz qıldığımı gördüyünüz kimi siz də
elə namaz qılın” 49 buyurması səhabələrin şəxsən Sünnəyə əməl
etdiyinin dəlillərindən sadəcə biridir.
Səhabələr Allah Rəsulunun Ш Sünnəsinə dərin bir bağlılıqla
tabe olmuş, hədisləri mühafizə edə bilmək üçün də uzun və yorucu
səyahətlər etmişdir. Quranilərin hədislərin yazılmadığı ilə əlaqəli
cümlələri, ideoloji bir fəaliyyətin qurbanı olan ifadələrdir. Çünki
Mədinənin ilk illərində hədislərin Qurani-Kərimlə qarışmasından
narahat olan Allah Rəsulu Ш bu vəziyyət ortadan qalxdığında yazılmalarına icazə vermişdir. Hökmdarlara yazılan məktublar, səhabələrin hədis səhifələri, Hudeybiyə müqaviləsinin mətni kimi
xüsuslar hədislərin yazıldığı ilə əlaqəli misallardan yalnız bir neçəsidir. 50
Altıncı iddia: Hədislərin yerli və tarixi olduğu:
Quranilər Allah Rəsulunun Ш Qurani-Kərimi o dövrdəki müsəlmanları nəzərə alaraq təfsir etdiyini, bu çıxışların Ərəbistanın
sərhədlərini aşmayacağını və o dövrə aid olduğunu iddia edirlər.
Bu nöqtədə belə deyirlər: “Allah Rəsuluna Ш itaət öz zamanı ilə
məhduddur. Onun verdiyi hökmlərin tətbiqi edilməsinin sərhədləri
də öz həyatından kənara çıxmaz.” 51
Səhih hədislərə etiraz edə bilməyən Quranilər açıqca bunu
deyirlər: Allah Rəsulunun Ш hədisləri səhabələrinin yaşadığı şərt
48. Əhzab, 33/21.
49. Buxari, Azan, 18.
50. Xalid İstanbullu, Kamalistləri Heyran Qoyan “Müsəccəl Sünnə Düşməni”ndən Ən Yeni Orientalizm Məsəlləri, Hökm, sy. 45, s, 32.
51. Məcəllətul-Bəyan, 1951, s, 32.

30

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

lərə uyğun idi. Əgər biz də o zamanlarda yaşasaydıq, Onun Sünnəsinə tabe olmaq bizə də vacib olardı”. 52
Cavab: Quranilərin “Dini bizdən soruşun” çıxışı
Quranilər və tarixçilər iddia edirlər ki, hədislər Peyğəmbərin yaşadığı dövrdə lazım idi indi lazım deyil. Yerli xalq üçün idi.
Bu iddianın bir nağıl olduğu göz önündədir. Çünki Quranın da,
Sünnənin də qaynağı vəhydir. Əgər Sünnə tarixidirsə, Quran da
tarixidir. Sünnə universaldırsa, Quran da universaldır. Quranı bəyan etmək səlahiyyəti Allah Rəsuluna Ш verildiyinə görə Quranın
açıqlanmağa ehtiyacı vardır. Çünki Quran ancaq Allah Rəsulunun
Ш bəyanı ilə açıq-aşkar olur və o zaman həqiqi şəkildə əməl edilə
bilər. Sünnənin tarixi olduğu iddiası qəbul edilsə, bu vəziyyətdə
Quranın peyğəmbər tərəfindən izah edilən xüsuslarını kim təfsir
edəcək?!
Bu nöqtədə ya məalçılardan biri çıxıb “Bundan sonra din
məndən soruşular” deyib peyğəmbərlik iddia edəcək, ya da “Quran anlaşılmadığından ötrü bu əsrə deyəcək sözü qalmamışdır”
- deyərək tarixiçilər kimi ədavətini açıqca izhar edəcək.
Quranilərin iddia etdiyi kimi Peyğəmbər yalnız öz zamanına
danışdısa, bu vəziyyətdə “De ki, Ey İnsanlar! Mən göylərin və
yerin sahibi olan Allahın hamınıza göndərdiyi elçisiyəm ” 53
ayəsini necə başa düşmək lazımdır?! Söylədikləri tarixi və yaşadığı əraziylə məhdudlaşmış bir peyğəmbər necə bütün insanlığın
peyğəmbəri ola bilər?! Ayrıca Allah-Təalanın quluna məhəbbət
etməsinə vəsilə olan peyğəmbərə tabe olmasının 54 bir qarşılığı
olardımı?
Sünnəyə “uydurulan din”, dini təhrif etməyə isə “endirilən
din” deyən Quranilər ilk planda Allahın bütün insanlığa müjdəçi
52. Xalid İstanbullu, Kamalistləri heyran qoyan “Müsəccəl Sünnə Düşmənf’ndən Ən Yeni Orientalizm Məsəllər, Hökm, sy.45, s 32.
53. Əraf, 7/158.
54. Ali-İmran, 3/31.

31

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

və xəbərdaredici olaraq 55 göndərdiyi Peyğəmbəri yaşadığı dövrə
həbs edib, Qurani-Kərimin də həbs edilməsinin yolunu açırlar. Bir
fərqlə ki tarixçilər bunu açıq şəkildə, Quranilər isə “Quranı anlamaq” örtüyü altında edirlər.
Yeddinci iddia: İslamı müdafiə
Quranilərin Buxari və Müslim kimi səhih hədis kitablarındakı
bir neçə hədisi ekranlarda öz düşüncə dünyalarına xidmət edəcək şəkildə şərh edərək İslama qarşı edilən ən əhatəli və sarsıdıcı
hücumların təməlində ağıla zidd olan bu hədislər vardır deyirlər.
“Ümmətin geri qalmasının əsas səbəblərindən biri də bu hədisləri
səhih qəbul edib, onları qorumaq adına sorğulayıcı ağılı öldürməkdir” kimi iddiaları irəli sürərək Sünnəni rədd edirlər.
Cavab: Qurani-Kərimdən bəzi ayələri çıxarmağa aralanan qapı
Səhabələr Allah Rəsulunun Ш həyatını bütün istiqamətləri ilə
rəvayət etmişdir. İnsanlara məhrəm qalan ailə həyatı da Peyğəmbərin xanımları vasitəsilə izah edilmişdir. Əfsus ki, irəliləyən illərdə
fərqli amillərlə müəyyən qruplar Peyğəmbərə baxmayaraq hədis
uydurmağa başlamış, “həqiqətin içinə “xurafat” soxmağa çalışmışdır.
Əvvəl Hz. Müaviyənin tərəfdarları, daha sonra da Hz. Əlinin
tərəfdarları bu iki səhabənin xəbəri olmadan hədis uydurmuşdur.
Qədəriyyə, Murciə, Cəhmiyyə kimi təriqətlərin bir-birlərilə olan
mübarizələrində də qarşılıqlı hədislər uydurulmuşdur. Bir tərəfdə
xairicilər, mürtədlər var ikən, təəssübkeşlər də hədis olmayan şeylərə “hədis” dedi.
Mühəddislər bu uydurma fəaliyyəti qarşısında reaksiyasız qalmamışlar. Səhih hədisi zəif, ya da uydurma olandan ayıracaq əsasları təsbit etmiş, bu mövzuda əsərlər qələmə almışlar. Bu əsaslar
çərçivəsində bir hədis qəbul ya da rədd edilmişdir. İsnad sistemi
55. Səbə, 34/28.

32

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

bütün bu hücumların qarşısında möhtəşəm bir qala kimi dayanmış,
həqiqəti xurafatdan ayırmış, səhih hədisləri mühafizə etmişdir. 56
Məalçıların hədis inkarına örtük tapa bilmək və özlərini də
günahsız göstərə bilmək üçün “Biz Qurana zidd olduğundan və
İslamı müdafiə edə bilmək üçün bu hədisləri inkar edirik” - deyirlər. İddialarına misal olaraq zikr etdikləri bir hədisi təhlil edərək
məsələni konkret hala gətirək: “Əgər Bəni-İsrail olmasaydı ət iylənməzdi” 230 hədisini alimlərin fikirlərinə müraciət eləmədən anlamaq çətindir. Əfsuslar olsun ki, bu hədisi qərbli və yerli şərqşünaslar insanların zehnini bulandırmaq üçün istifadə etmişlər. Onlar
bununla “Bu və bənzəri hədislər ağıla və Qurana ziddir” fikrini
formalaşdırmağa çalışmışlardır.
Alimlərin fərqli şəkillərdə izah etdiyi bu hədislə əlaqəli həqiqətə
ən yaxın açıqlama isə budur: “Qurani-Kərimdə buyurulduğu kimi
onlara qüdrət halvası və bildirçin göndərilən 57 yəhudilər bildirçini
saxlamayıb yemək ya da sədəqə kimi istifadə etməli idilər. Onlara,
şəriətləri bunu əmr etsə də, xəsislik edərək əti yığdılar, bundan
ötrü də ət iyləndi. O ana qədər insanlar heyvan kəsər, ov edər
lakin əti saxlamaz dərhal istifadə edərdilər. İlk dəfə əti yığıb saxlamaq yəhudilər tərəfindən edildiyinə görə, ətin iylənmə hadisəsi də
onlar vəsiləsilə oldu.
Quranilərin “hədislər” üzərindən İslama hücum etməsi, hədisləri inkar etmələri, ancaq onların Qurana nə qədər yad olduqlarına dəlil ola bilər. Münafiqlərin ən iffətli qadın Hz. Aişəyə iffətsiz
iftirasını Qurani-Kərim bir mənada münafiqlərin vəzifəsi olaraq
göstərməkdədir: “Möminlər arasında əxlaqsızlığın yayılmasını istəyənlərə dünyada və axirətdə şiddətli bir əzab gözləyir .” 58 Dünən olduğu kimi, bu gün də kafirlərin çoxu, sanki
Qurana düşmən olmaq üçün yaradıldıqlarını düşünərək, yalanlar
üzərinə iftiralar inşa edirlər. Buna görə məalçılar, kafirlər hansı

56. Əkrəm Diya əl-Uməri, Buhusfi Tarixis-Sürmətil-Müşərrəfə, 20.
57. Bəqərə, 2/57.
58. Nur, 24/19.

33

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

ayələri tənqid edirsə, onlara şirin görünmək üçün o ayələri də
Qurandanmı çıxaracaqlar?
Səkkizinci iddia: Sünnə ümməti böldü
Quranilər Qurani-Kərimin tək bir millət hörgüsündən bəhs
etdiyini; hansı ki Sünnənin müsəlmanların firqələrə, qruplara bölünüb parçalanmasına səbəb olduğunu müdafiə edirlər. Bu nöqtədə Abdullah Çakralevi belə deməkdədir: “Müsəlmanlar Amrın,
Zeydin rəvayəti kimi isnad mədəniyyətinə bağlı qaldıqları müddətcə parçalanmaqdan xilas ola bilməz, tək bayraq altında toplana
bilməz, bir fikir ocağı onları bir araya gətirə bilməz.” 59 Quranilər
açıqca bunu deyirlər: “Peyğəmbərə itaət çərçivəsində uydurulan
hədisləri ehtiva edən kitabları tərk etmədikcə müsəlmanların iki
yaxası bir araya gəlməz”.
Cavab: İnsanların istəkləri qədər din icad etmək layihəsi:
İslam Ümməti ən ağır zərbələri vəhdətdən bəhs edən dairələrdən almışdır.
Əgər iddia edildiyi kimi Sünnənin nəzərə alınmaması müsəlmanların səflərini birləşdirəcək olsaydı, Quranilər tək bədən olar,
qısa zamanda bir çox təriqətə ayrılmaz, liderlərindən bir-birinə
zidd fikirlər səslənməzdi. Sünnənin ümməti parçaladığını söyləyənlər bu gün bir elmihal kitabı yazmaqdan aciz olduqları kimi
namazın neçə vaxt olduğu nöqtəsində belə ittifaq edə bilməmişlər.
Bir qismi namazın beş, digəri dörd, üç, başqa bir qrup da iki vaxt
olduğunu müdafiə edir. Təkbirlə başlayıb salamla bitən namazı lüğəvi mənasını nəql edərkən Nur Əhməd bunları deyir: «Namaz
Allahdan olarsa rəhmət, məxluqatdan, mələklərdən, insanlardan
və cinlərdən olsa qiyam, rüku , dua və təsbeh mənasındadır. Quranın ruhuna uyğun olan namazın mənası budur. 60 “Nur Əhmədin bu ifadəsi Sünnəni rədd edir, əsas məqsədlərini izhar edir. O
məqsəd də namazın vaxtları kimi Ümmətin icma etdiyi bir xüsusda
59. Məcəllətu-İşaətil-Quran, Şaban, 1321, s, 39.
60. Muhamməd Fadıl Siyalquti, Burhənul-Furqan, s, 45.

34

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

belə dörd ayrı firqəyə bölünüb, «vəhdət» şüarıyla ümməti parçalamaq, insanların istəkləri qədər din icad etməkdir. Qurani-Kərimi
Sünnə ilə anlayan Hənəfi, Şafei, Maliki və Hənbəlilərdən ibarət
Əhli-Sünnənin yekunu isə namaz vaxtlarında ixtilaf etmək bir
tərəfə, nə rükətlərində, nə də rükunun və səcdənin formasında ixtilaf etmişdir. Yalnız bu xüsus belə Sünnəni bölən deyil, birləşdirən
olduğuna misal olmağa kafidir. Kilsə bunun üçün Qurani-Kərimlə
Sünnə üzərindən mübarizə aparmışdır. Əgər Quranın “Namaz qılın!” buyruğunun necə başa düşülməsi lazım olduğunu Allah Rəsulu Ш ümmətinə göstərməsəydi, bu gün hər kəsin istəyinə görə bir
“namaz” forması olacaqdı.
Kimi salatdan (namazdan) dua etməyi, kimi mücərrəd bir halda Allaha yönəlməyi anlayacaq, kimi namazı ayaqda, kimi oturaraq başlayacaq; kimi hər rükətdə bir səcdə, kimi üç səcdə edəcəkdir. Kimi fərzləri bir, kimi iki rükət qılacaqdı. Lakin Allah Azzə və
Cəllə qullarına rəhmət etdi. Peyğəmbəri göndərdi O da Sünnə ilə
İslamı dərin ixtilaflara düşməkdən qorudu.
Xülasə:
Çakraləvi Quraniliyin əsaslarını, ingilislərdən həm təlimat,
həm də nişan alan Seyyid Əhməd xandan aldı. Buna görə Quranilərin bir qismi birbaşa, bir qismi də dolayı yoldan kilsəyə xidmət etməkdədir. Bizdəki Quranilərin hər nə iddiaları varsa, hamısı
Hindistanda zühur edən Quraniyyun hərəkatına aiddir. Buna görə
hadisəni muqəllidlər üzərindən deyil, ingilislərin AR-GEsində işləyən Çakraləvi kimi “ixtiraçılar” məzmununda təhlil etdim.
Quranilik Allah Rəsuluna Ш dəli deyən, insanları Ondan uzaqlaşdırmaq üçün Ona dair hər növ yalanı uydurmağı vəzifə qəbul
edən, nəəşini qəbrindən çıxarmaq üçün xüsusi adamlar göndərən,
lakin hər dəfə istədiyinə nail ola bilməyən kilsənin aktyorlarının
müsəlmanlar arasından seçdiyi ən son və ən təhlükəli oyundur.

35

SÜNNƏ DÜŞMƏNİNDƏN ƏN YENİ
ŞƏRQŞÜNAS NAĞILLARI
İmam Buxaridən əwəl Sünnəyi-Səniyyə ilə əlaqəli tərtib edilən
kitabların tarixi Allah Rəsuluna Ш qədər gedib çıxır. Allah Rəsuluna Ш tələbəlik edən Abdullah b. Amrın “Səhifəsi”, Zeyd b. Sabitin
“Kitabul-Fərai” bunların ən əhəmiyyətlisidir. Bəzi səhabələr də özləri üçün hədis məcmuələri təlif etmişlər. Tabeun alimləri də buna
bənzər işlər görüb.
Fərziyyələrə davam etsək bunu söyləmək lazımdır: Buxari iddia edildiyi kimi ərəblər tərəfindən aradan qaldırılan İran dövlətinin intiqamını almaq və İslamın yayılmasına mane olmaq üçün
hədis uydurmuş olsaydı, ərəblərin yeni müsəlman olan farslar və
türkləri xor sayan və ya tərifləyən hədislər uydurardı. Lakin Buxari
bunun əkisni etmişdir. Çünki Buxaridəki “Kitabul-Mənaqibin ikinci babı “Mənaqibu-Qureyş / Qüreyşin Mənqibəsi” haqqındadır.
Buxarinin bu babda rəvayət etdiyi ilk hədis isə belədir: “Bu əmr
(xilafət) Qüreyşdədir. Onlar dini iqamə etdiyi müddətcə kim onlara
düşməncəsinə davransa Allah onu üzü üstə yerə vurar. 61 “Buxari,”
əl-Camius-Səhihində Qüreyşin mənqiblərinə müstəqil bir bab ayırmışdır. 62 Buxari, Qurani-Kərimin Qüreyşin dili üzrə endiyini ifadə

61. Buxari, Mənəqib, 2.
62. Allah Rasulunun Ш Abdullah b. Rəvaha, Zeyd b. Harisə, Usamə b.
Zeyd kimi Qüreyşdən olmayan sahəbələri vali olaraq təyin etməsi
göstərməktədir ki, Xəlifənin Qüreyşdən olduğunu bildirən hədislər
vaciblik yox, fəzilət bildirir.

37


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

etdiyi Kitabul-Mənaqibin üçüncü babında isə bu rəvayəti nəql edir:
Hz. Osman (r.a) Qurani-Kərimi çoxaldıb Mushafı böyük vilayətlərə
göndərməyə qərar verincə, Hz. Hafsanın evindəki Qurani-Kərim
səhifələrini istəyir. Ənsardan Zeyd b. Sabit, Qüreyşdən isə Abdullah b. Zübeyr, Səid b. əl-As və Əbdürrəhman b. əl-Harisdən
ibarət dörd nəfərlik heyətə Hz. Hafsanın Mushafını əsas götürərək
Qurani-Kərimi çoxaltmağı əmr edir. Qüreyşdən olan üç nəfərə də,
Zeyd b. Sabitlə hər hansı bir hərfin yazılışı və ya bir sözün irabında
You have read 1 text from Azerbaijani literature.
Next - Peyğəmbərsiz Din Layihəsi - 3
  • Parts
  • Peyğəmbərsiz Din Layihəsi - 1
    Total number of words is 3527
    Total number of unique words is 1698
    27.0 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    46.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 2
    Total number of words is 3488
    Total number of unique words is 1583
    28.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    44.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 3
    Total number of words is 3514
    Total number of unique words is 1650
    25.4 of words are in the 2000 most common words
    35.4 of words are in the 5000 most common words
    42.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 4
    Total number of words is 3568
    Total number of unique words is 1570
    28.0 of words are in the 2000 most common words
    38.5 of words are in the 5000 most common words
    44.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 5
    Total number of words is 3495
    Total number of unique words is 1578
    29.0 of words are in the 2000 most common words
    41.1 of words are in the 5000 most common words
    47.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 6
    Total number of words is 3440
    Total number of unique words is 1594
    29.2 of words are in the 2000 most common words
    41.2 of words are in the 5000 most common words
    46.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 7
    Total number of words is 3374
    Total number of unique words is 1498
    28.8 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    44.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 8
    Total number of words is 1972
    Total number of unique words is 900
    35.6 of words are in the 2000 most common words
    47.5 of words are in the 5000 most common words
    54.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.