Latin

Peyğəmbərsiz Din Layihəsi - 5

Total number of words is 3495
Total number of unique words is 1578
29.0 of words are in the 2000 most common words
41.1 of words are in the 5000 most common words
47.6 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
surətiylə mələklərin yaşadığı həyata intiqal etdirildiyini söyləməkdə bir xəta olmamalıdır. “Raf” ilə əlaqədar ayələrin dəlalət cəhətdən qəti olmalarından ötrü cumhur Hz. İsanın bədəni ilə birlikdə
yer üzündən yüksəldildiyi haqqında icma etmişdir.

Nüzul
Hz. İsanın qiyamət ərəfəsində təkrar yer üzünə enəcəyi Qurani-Kərimdə açıq şəkildə bəyan edilmişdir. Bu xüsusdakı hədisi-şəriflər təvatür dərəcəsinə çatmamış olsaydılar belə, yenə də ayələr
nüzul həqiqətini tək başına isbata malik olardı. Hz. İsanın nüzulundan bəhs edən ayələr bunlardır: “Kitab əhlindən elə kimsə
176. Əs-Siddiq Həsəni, Əqidətu Əhlil-İslam fi Nüzuli İsa, Beyrut,
1986, s, 39.
177. Həsəni, e. a. ə., s, 39.

69

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl
ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır” 178
Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə
tabe olun. Budur, düz yol ! 179 “Allah ona (İsaya) yazmağı,
hikməti, Tövratı və İncili öyrədəcək ”. 180 Nüzulu xəbər verən
ikinci ayəyə 181 görə Hz. İsa ölmədən əvvəl əhli-kitab ona “Allahın
qulu və elçisi olaraq” iman edəcək. Beləcə fərqli dinlər birləşərək
İslam bayrağı altında toplanacaq. Sözügedən ayədəki “bihi/ona”
və “qablə məvtihi/ölümündən əvvəl” ifadələrindəki “hu/o” artiklı
yuxarıdakı məna xaricində təfsirə manedir.
Belə ki, Əbu Hüreyrə, İbn Abbas, Qatədə, Həsən Bəsri, İbn
Zeyd, Əbu Zeyd, Əbu Malik də ayəni belə anlamışdır. 182 Buna
görə ayəni, əhli-kitabdan birinin ölmədən əvvəl, Hz. İsaya iman
etməsi şəklində anlamaq doğru deyil. Çünki ayələrin yəhudilərin
Hz. İsanı öldürüb asdıqları istiqamətindəki iddialarını çürütməkdədir. 183 Nisa surəsinin 155-ci ayəsindən etibarən özündən bəhs
edilən adam Hz. İsadır. Ayələr ona və anasına edilən isnadlardan onların uzaq olduqlarını izah etməkdədir. Buna görə bütün
əvəzliklər Hz. İsaya dönməkdədir. Burada da fərqli mənaya yozulacaq bir ünsür yoxdur. Necə ki, Quranın nazil olduğu dil olan
ərəb dilinin ustadı, böyük təfsirçi Əbu Həyyan da əvəzliklərin Hz.
İsaya aid olduğunu, yəni mənanın yuxarıdakı kimi olduğunu ifadə
etməkdədir. 184

178. Nisa, 4/159.
179. Zuxruf, 43/61.
180. Ali-İmran, 3/48.
181. Nisa, 4/159.
182. Həsəni, e. a. ə., s, 42.
183. İbn Kəsir, e. a. ə., s, I, s, 458.
184. Əbu Həyyan, e. a. ə., III, s, 408.

70

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

İbn Kəsir yuxarıdakı mənanı dəstəkləyən hədislərin mütəvatir olduqlarını nəql edir. Əbu Hüreyrənin rəvayət etdiyi Buxari və
Müslimin də kitablarına aldıqları bir hədisi-şərifdə Əbu Hüreyrə
Hz. İsanın nüzuldan sonra edəcəyi şeyləri sayır, sonra da əvəzliklərin Hz. İsanı nəzərdə tutduğunu ifadə mahiyyətində sözügedən
ayəni oxuyur. 185
Əhli-kitabın Hz. İsaya iman edəcəyini ifadə edən “ləyuminənnə” felinin başında “cavabı and içərək “lam”, 186 sonunda da təkid
“nun”u var. Bunlar, feili gələcək zamana həvalə edirlər. Buna görə
“ləyuminənnə”nin mənası: «Gələcəkdə müəyyən bir zamanda var
olacaq bütün əhli kitabın Hz. İsaya iman edəcəklər» şəklində olur.
Ayənin davamındakı «qablə məvtihi» qeydi də gələcək zamanı
işarət etməkdədir. 187 Ayədən aşkar olduğuna görə Əhli-kitabın
hamısı Hz. İsaya iman edəcək. Bu da hələ reallaşmamışdır. O halda nüzul sonrası yaşanacaq zaman, bu Quran həqiqətinin inkişaf
dövrəsi olacaq.
Bütün dəlillər əvəzliklərin Hz. İsaya döndüyünü, yəni Məsihin
nüzulunu isbat edir. Buna müqabil “qablə məvtihi / ölümündən
əvvəl” ifadəsindəki əvəzliyin “kitabiyə” işarə etdiyini göstərən bir
dəlil yoxdur. Necə ki səhih bir rəvayətin olduğu yerdə qeyri-səhih bir rəvayətə iltifat edilməz. Hz. İsanın gələcəyini xəbər verən
üçüncü ayəyə 188 görə nüzul, qiyamətin yaxınlaşdığını bildirən bir
əlamət olacaqdır. 189
Çünki ayədəki (və innəhu) “hu” əvəzliyi Hz. İsaya dönməkdədir. İbn Abbas, Mücahid, Qatadə, Həsən Bəsri, Suddi, Dahhaq
və İbn Zeydə görə ayənin təfsiri bu şəkildədir; “Hz. İsanın ortaya
çıxması qiyamətin yaxınlaşdığına dəlalət edən bir əlamətdir. Çünki
185. İbn Kəsir, e. a. ə., s, I, s, 458.
186. Əbu Həyyan, e. a. ə., III, s, 408.
187. Kövsəri, e. a. ə., s, 103.
188. Zuxruf, 43/61.
189. Zuxruf, 43/61.

71


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

nüzul qiyamət əlamətlərindəndir”. 190 Hz. İsanın yer üzündəki ilk
həyatına gəlincə bu, qiyamət əlaməti olaraq bildirilmir. Çünki ondan sonra Allah Rəsulu Ш gəlmişdir. Buna görə Hz. İsanın nüzulunun əlamət olaraq qəbul edilməsi doğru təfsirdir. Ayənin öldükdən
sonra dirilməyi rədd edən Məkkəli müşriklər səbəbiylə mənanı;
“Hz. İsanın atasız dünyaya gəlməsi Qiyamətin - sadəcə - imkanına
dəlildir, 191 - şəklində anlamaq da doğru deyil. Çünki məkkəli müşriklər Hz. İsanın atasız dünyaya gəldiyini, xəstələri yaxşılaşdırdığını, - Allahın inayətiylə - ölüləri diriltdiyini qəbul etmirdilər. Bütün
bu dəlillər işarə etməkdədir ki, müşriklər Hz. İsaya inanmamışlar.
Bu vəziyyətdə necə olur da qəbul etmədikləri bir peyğəmbərlə onlara qarşı dəlil gətirilir. 192 Abdullah b. Abbas, Əbu Hüreyrə, Əbu
Malik əl-Gifari, Zeyd b. Əli, Qatədə, Mücahid, Dahhak, Malik b.
Dinar, Əməş, Kəlbi və İbn Atiyyə “lə ilmu” şəklində şöhrət tapan
sözü “ayn” hərfinin fəthəsiylə “lə aləmu / əlamət” şəklində oxumuşlar. 193 Bu oxuyuşa görə Hz. İsa, qiyamət əlamətidir. İbn Abbasın rəvayət etdiyinə görə, Allah Rəsulu Ш da “və innəhu lə aləmu
lis-saa” ayəsini; “Hz. İsanın qiyamətdən əvvəl enməsi “şəklində
təfsir etmişdir. 194

İsa Qurana görə hökm edəcək
Hz. İsanın enəcəyinə işarə edən bir başqa dəlil Ali-İmran surəsininin 48-ci ayəsidir. Mələklər Məryəmə xitab olaraq belə
deyirlər: “Allah ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək”. Ayədə zikr edilən “kitab” ilə əlaqəli təfsirçilər fərqli izahlar etmişlər. Sözün məsdər mənasını alanlar ona, “əllə yazmaq”
mənası vermişlərdir. 195 «Əl-Kitab» sözünün başındakı «əl» artikılını»

190. Əbu Həyyan, e. a. ə., VIII, s, 26.
191. Mahmud Şəltut, Mənəqaşə, (“Nəzra Abirə” ilə birlikdə), s, 43-44.
192. Kövsəri, Nəzra Abirə, s, 104.
193. Əbu Həyyan, e. a. ə.,VIII, s, 26.
194. Kövsəri, e. a. ə., s, 104.
195. Qurtubi, e. a. ə., IV, s, 60; Əbu Həyyan, e. a. ə., II, s, 484; Alusi, e.

72


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

«cins» üçün olduğunu deyənlər isə bu sözdə məqsədin Tövrat və
İncil xaricində vəhy edilən digər kitablar olduğunu ifadə etmişlərdir. 196 Qurani-Kərimə baxıldığı zaman, “kitab” sözü Tövrat və
İncil ilə bərabər istifadə edilməsinə baxmayaraq, kitab sözü Qurani-Kərim mənasını verir. Necə ki Ali-İmran 3-cü ayədəki “Kitab”
sözü Quranı ifadə etməkdədir. Mələklər Hz. Məryəmə, oğlu İsaya
İncilin öyrədiləcəyini bildirdikləri vaxtda İncil hələ nazil olmamışdı.
Lakin əvvəlki nəbi 197 və alimlər qatında endiriləcəyi bilinməkdə idi.
Lövhi-məhfuzda var olan Qurani-Kərimin də endiriləcəyi əhlinə
məlumdur. Hz. İsanın peyğəmbərliyi əsnasında Quran hələ nazil
olmadığına, İsaya da öyrədiləcəyinə baxılsa, bu deyilə bilər: Hz.
İsa qiyamət ərəfəsində enəcək və özünə öyrədilən Qurani-Kərimlə
əməl edəcək. Necə ki nüzulu xəbər verən hədisi-şəriflər Hz. İsanın
İslami hökmlərlə əməl edəcəyini bildirməkdədirlər. 198

Nüzul ilə əlaqədar hədislər
Mövzu ilə əlaqəli az qala bütün hədis kitablarında bir, ya da
daha çox rəvayət var. Hədisi şəriflərdə Hz. İsanın necə və hara
enəcəyi, hansı xüsusiyyətləri vəsiləsiylə tanınacağı, nələr edəcəyi
kimi sualların cavabları vardır. Cumhura görə bu hədislər “Hz.
İsanın nüzulunun “ bildirmələri nöqtəsində mütəvatirdir. Necə ki
hər qurşaq və məşrəbdən bir çox alim açıq olaraq bu hədislərin
mütəvatir olduqlarını ifadə etmişdir. Bunlar arasında önə çıxanlar
bunlardır: Təbəri, Əbu Hüseyn Aburi, İbn Rüşd, İbn Atiyyə, Qurtubi, Əbu Həyyan, İbn Kəsir, İbn Həcər, Şövqani, Siddiq b. Həsən
Kinnəvci, Kəttani, Kəşmiri, 199 Muhamməd Zahid Kövsəri, 200 Muhəmməd Siddiq əl-Gumari, Əbdülfəttah Əbu Guddə.

a. ə., III, s, 166.
196. Əbu Həyyan, e. a. ə., II, s, 484; Alusi, e. a. ə., III, s, 166.
197. Əbu Həyyan, e. a. ə., II, s, 484.
198. Suyuti, Kitabul-İlam bi Hükmi İsa ə.s, (əl-Həvi içində), II, s, 277.
199. Həsəni, e. a. ə., s, 13-6.
200. Kövsəri, e. a. ə., s, 104.

73

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

İsanın nüzulu məsələsi mütəvatirdir. Bundan əlavə Hz. Peyğəmbərin birbaşa xəbər verdiyi və inanılması lazım gələn (zərurəti-diniyyəyə aid) məsələlərdəndir. Bu mövzunu rədd etmək
qəbulolunmazdır. Çünki, təvatür yolu ilə sabit olan hər hansı bir
hökmün inkarı, Rəsulullahı da inkar etmək mənasını verir.
Muhamməd Abduh, Rəşid Rza, Mahmud Şəltut kimi modernizm anlayışına sahib olanlar mütəvatir hədislərin gücünü yəqinən
bildiklərindən hədislərin mütəvatir olduqlarını rədd etmişlər. Beləcə məsələni etiqadi sahənin xaricinə daşımaq istəmişlər. Abduh
və onun davamçıları hədislərin əhəd xəbər olduqlarını, bu cür rəvayətlərin sayca çox olmalarının təvatür üçün heç bir məna ifadə
etməyəcəklərini iddia etmələri də bilgi xətalarıyla doludur. Necə
ola bilər ki, səhabə qurşağından otuza qədər səhabənin rəvayət
etdiyi bir məsələ əhəd ola bilər?! Quran və Sünnənin ədalətlərini
açıqca bəyan etdiyi səhabələrdən otuza qədər səhabənin Hz. İsanın nüzulu haqda ittifaq etmələri, onların zehnindəki yalan ehtimalını dəf edə bilmirsə, deməli ortada başqa və daha əhəmiyyətli
bir problem var.

İcma
Əbu Hayyan «Hz. İsa diridir, axir zamanda yer üzünə enəcək»
şəklindəki mütəvatir hədislərin üzərinə alimlərin icma etdiyini nəql
edir. 201 Məlumdur ki, icma, ictihad dərəcəsinə çatan alimlərin şəri
bir xüsus barədə fikir birliyi içərisində olmaları deməkdir. 202 Buna
görə əməl və etiqad cəhətiylə istiqamət üzrə olmayan bidət və fisq
sahibi bir alimin icmaya zidd fikir bəyan etməsi icmanın ləğvinə
mane deyildir. 203 Çünki bidət əhli olan kəs insanlar üzərinə şahid
(nümunə) olmaq 204 missiyasını itirir. Bu vəziyyətdə ondan gələn
201. Əbu Həyyan, e. a. ə., II, s, 497.
202. Kövsəri, e. a. ə., s, 135.
203. Əbdüləziz Əhməd Buxari, Kəşful-Əsrar an Usuli Fəhril-Islam əl-Bəzdəui, Beyrut, 1991, III, s, 440.
204. Bəqərə, 2/143.

74


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

ixtilafın mövcudluğu bir məna ifadə etmir. Hz. İsanın (ə.s.) yer
üzünə təkrar enməsi barəsində ibarət icmaya yalnız mötəzilə və
cəhmiyyənin bir qismi müxalifət etmişdir. Hz. İsanın enişinə əhli-bidət firqələrdən belə çox müxalifət olmamışdır. Bütün bunlar
icma dəlilinin bu bəhsdə nə qədər qüvvətli olduğunu göstərir.
Xülasə
Ayələr açıqca Hz. İsanın ölmədən səmaya yüksəldildiyi və qiyamətin əvvəlində təkrar yer üzünə enəcəyini bəyan edir. Hədisi-şəriflər də mənəvi təvatür dərəcəsindədir. “Raf” və “nüzulun”
həqiqət olduğunu deyən cumhur, ayə və hədislərə əsaslanırlar. Lakin eyni şey “Raf” və “nüzulu” rədd edənlər üçün deyilə bilməz.
Çünki nüzulun olmayacağını ehtiva edən tək bir ayə ya da
hədisin varlığından söz edilə bilməz. Buna görə İslamın ilk əsrlərindən bu yana Hz. İsanın nüzulu “zərurati-diniyyədən” olmuşdur.
İnsanlar kimi elmin də nəsəbi vardır. Buna görə Hz. İsa gələcək
deyənlərin istinadı Quran və Sünnədir. Enməyəcək deyənlərin nəsəbi isə Cübbaidən şaz olaraq alsaq Abduhdan kənara keçmir.
Bütün bunlardan sonra deyiləcək tək bir söz qalır o da bu
ayədir: “O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra
zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?”
205

205. Yunus, 10/32.

75


RISALƏTIN BOYUK ŞAHIDI -“UMMILIK”

Bəzi orientalistlər və onlarla bir çox mövzuda həmrəy olan
“Məalçılar” elmi və tarixi faktları görməzlikdən gələrək, Allah Rəsulunun oxuma-yazma bildiyini iddia edirlər. Onlar Allah Rəsulu
haqqında Quranda keçən “ümmi nəbi” ifadəsinin “oxuma-yazma
bilməyən” mənasında olmadığını iddia edirlər. Onlar “ümmi” sözünün “ümmiyyun” kəlməsindən törədiyini və “xalqın içərisindən
çıxan, xalqa aid” mənasına gəldiyini irəli sürürlər. Birbaşa və ya
dolayı olaraq Allah Rəsulunun oxuma-yazma bilmədiyini xəbər
verən ayələri isə, Peyğəmbərimizin xarici dildə bir mətni oxuya
bilməməsi şəklində izah edirlər.
Bu araşdırmada Allah Rəsulunun -haşa- Qurani-Kərimi əvvəlki kitablardan təsirlənərək yazdığını sübut etməyin mümkünsüzlüyünü əqli və nəqli dəlillərlə izah edəcəyik. Sünnəni inkar edən
“Məalçılar” ilahi bilgi sayılan vəhy ilə bəşəri bilgi arasındakı fərqi
görməzlikdən gəlir, “ümmi” sözü ilə “cahil” sözünü eyniləşdirirlər.
Onlar “ümmiliyi” inkar edərək Allah Rəsulunu müdafiə etdiklərini
deyirlər. Onların iddialarına keçməzdən əvvəl elmin nə olduğunu
və səmavi bilgi ilə bəşəri bilgi arasındakı fərqi qısaca izah etməkdə
fayda var.

Elm
Elm “bilmək”, “idrak”, “bilik”, “məlumat” mənalarındadır. Elmin mahiyyətinin nə olduğu alimləri düşündürmüşdür. Elmin tə
77


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

rifə ehtiyacı olmadığını deyənlərlə yanaşı, 206 Cüveyni və tələbəsi
Qəzali kimi elmi tərif etməyin çətin olduğunu deyənlər də olmuşdur. Fəxrəddin Razi isə, elmin mahiyyətinin özündən olduğunu,
buna görə də, tərif verməyin mümkünsüzlüyünü bildirmişdir.
Elmə tərif verənlər, onun ağıl və hisslərlə əlaqəli olduğunu
bildirirlər. Filosoflara görə, elm “bir şeyin surətinin ağılda yaranması”, kəlam alimlərinə görə, ağıl və hisslərlə əlaqəli hər şeyin
tanınmasını təmin edən sifət 207 və ya bir şeyi olduğu kimi dərk
etmək qabiliyyətidir. 208
Elm iki yerə ayrılır: 1. Zəruri elm. 2. İstidlali elm.
1. Zəruri elm
Düşünmədən, dəlilə müraciət etmədən, öz-özünə formalaşan
məlumatlar «zəruri elm» adlanır. Məsələn, hamı bilir ki, ilin dörd
fəsli var. Od yandırıcıdır. Bunlar hamının bildiyi zəruri bilgilərdir.
2. İstidlali elm
“İstidlal” hər hansı sübut və ya dəlilə müraciət etməkdir. Məlum olmayanı əldə etmək üçün məlum olanlardan istifadə etmək
“istidlal” adlanır. İstidlali elmə “kəsbi” elm də deyilir. İnsan, bu
elmi ancaq elmi qanunlardan istifadə edərək öyrənə bilər.
Bundan başqa, elm yaranma etibarilə də iki yerə bölünür:
Allahın zatı ilə mövcud olan elmə “qədim”, sonradan yaranan və
insanlara mənsub elmə isə “hədis” elm deyilir. 209

Peyğəmbərlər və elm
Allah-Təala, həm bilən (alim) həm də öyrədəndir. Hz. Adəmə
“əsmanı” - adları O öyrətmişdir. İnsanlar arasından seçdiyi
206. əl-Cürcani, ət-Tırifat, Darul-Kutubil-ilmiyyə, Beyrut, 2000, s. 157.
207. ət-Taftazani, Şərhul-əqaid, Məktəbətul-Buşra, Kəraçi, 2004, s. 60.
208. əl-Cürcani, e.ə., s. 157.
209. əl-Cürcani, e.ə., s. 157.

78

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

peyğəmbərlərə əkib-biçmək, gəmi inşa etmək, dəmirə şəkil vermək, tikmək, xəstələri müalicə etmək kimi sənət və peşələri də
Allah vəhy etmişdir. Allahın elmi hər şeyi ehtiva edir. O, hər şeyi
biləndir.
Bəndələrindən istədiyini peyğəmbər seçmiş, 210 onlann qəlbinə
unutmayacaqları şəkildə vəhyi yerləşdirmişdir. Belə ki, Uca Allah nazil olan ayələri, unutmaq qorxusu ilə Cəbrayılla (ə.s) birlikdə təkrar edən Allah Rəsuluna xitabən belə buyurmuşdur: “(Ya
Peyğəmbər! Cəbrayıl sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə! Çünki onu (sənin qəlbində) cəm
etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrayılın dili ilə)
oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə”. 211 Vəhyin Allah
Rəsulunun qəlbində qorunduğunu bildirən ayələrdən biri də budur:
“(Ya Peyğəmbər!) Bizsənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan” 212

Peyğəmbərlər və dil
Peyğəmbərlər vasitəsilə göndərilən ilahi bilgini oxumaq, anlamaq, qorumaq və nəsildən-nəsilə ötürmək üçün insanlar yazını
kəşf etdilər. Yazının kəşfindən sonra elmin inkişafı sürətləndi.
İlahi vəhy peyğəmbərlərə bilavasitə verilir və unudulmur. Buna
görə də, onların yazmağı bacarması şərt deyil. Allah Rəsulu da
“ümmi” idi. Yəni oxuyub-yazmağı bacarmırdı. İmam Qurtubi bil
210. (Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” - deyə Nuha tövsiyə etdiyini, sənə
vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər
və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!.
Şura, 42/13.
211. Qiyamə, 75/16-17-18.
212. Əla, 87/6.

79

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

dirir ki, Allah-Təalanın Peyğəmbərimizin kamal sifətlərindən biri
kimi göstərdiyi və buna görə təriflədiyi “ümmilik”, Onu ittihamlardan qorumaq üçündür. Ancaq bu xüsusiyyət Allah Rəsulundan
başqasında olsa qüsur sayılır. Çünki yazmağı bacarmaq elm öyrənməyin yollarından biridir. Allah-Təala oxuma-yazma bilmədiyi
halda Rəsuluna möcüzə olaraq əvvəlki və sonrakı nəsillərin elmini
lütf etmişdir. Bu, onun doğruluğuna dəlalət edən əsas xüsusiyyətlərdən biridir. Yəni başqa insanlarda qüsur sayılan xüsusiyyət
Onun üçün kamilliyin göstəricisidir. 213
“Ümmilik” Allah Rəsuluna yönəldilən “əvvəlki kitablardan öyrəndiklərini danışır” şəklindəki ittihamların qarşısını almışdır. Yəni
heç kim Onun haqqında “dediklərini filan kitablardan oxuyub”
deyə bilməz. Çünki O, “ümmi” idi. Allah-Təala Ona heç kimin
öyrənə bilməyəcəyi qeybə dair xəbərləri öyrətmişdi. 214
Dili və məzmunu ilə böyük söz ustalarını heyrətləndirən Qurani-Kərimin “ümmi” peyğəmbər tərəfindən təbliğ edilməsi, Quran
haqqında uydurulan iddiaların tamamilə əsassız olduğunu göstərir.
Düzənlikdə ucalan dağ kimi, “ümmiliyin” saflığı da Quranın möcüzəviliyini açıq-aşkar göstərmişdir.

Dilin inkişafı
Dilçilər özlərindən dil icad etmirlər. Onlar mövcud dil üzərində
araşdırmalar aparır, fikir və təkliflərini bildirirlər. Qayda-qanunlar
da dilin əsasını təşkil etmir, dilə aid olurlar. Çünki qaydalardan
əvvəl də dillər var idi. Ərəb dilində ismi, cümlənin mübtəda və
xəbərdən ibarət olduğunu bilməyən bədəvilər danışmaqda heç bir
çətinlik çəkmirlər. Yəni danışıq üçün dil qaydalarını bilməyə ehtiyac yoxdur. Bu qayda bütün dillər üçün keçərlidir.
213. Qadı İyaz, İkmalul-mulim bi fəvaidiMüslim, Dipnot: 3, Beyrut, 2004,1, s.
335.
214. Yusuf, 12/102.

80

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Zaman keçdikcə bütün dilə yeni sözlər əlavə olunur. Həmin
sözlərin mənasını və sinonimlərini o dildə danışanlar daha yaxşı
bilir. Elə buna görə də, dilçi alimlər ərəb dilində hər hansı sözün
mənası haqqında qərar vermək üçün bu dili daha təmiz bilən bədəvilərə müraciət edirdilər. İstənilən dil, dilçilərdən çox həmin dili
danışan millətlə xatırlanır.
Ərəbcə nazil olan Quranı anlamaq ancaq ərəb dilini bilməklə mümkündür. Quranda keçən “ümmi” sözünün hansı mənaya
gəldiyini bilmək üçün də ərəb dilini yaxşı bilmək, ərəblərin həmin
sözü hansı mənada işlətdiyindən xəbərdar olmaq lazımdır.

“Ümmi”
“Ümmi” sözü ərəb dilindəki “ümm” kəlməsindən törəyib. Mənası “ana”, “mənbə”, “əsl” deməkdir. “Yazmağı bacarmayan”,
“anadan olduğu kimi qalan” 215 , 'yeni məlumatlardan xəbərsiz”
insana “ümmi” deyilir. Yazmaq sonradan qazanılan qabiliyyətdir.
Buna görə də yazmağı bacarmayan insan yeni doğulmuş körpə
kimi “ümmi”dir. Yəni heç nədən xəbəri yoxdur. Nə yazmağı bacarır, nə də oxumağı.
Rəsulullah bir hədisində, “Biz ümmi ümmətik. Nə yazmağı,
nə də hesablamağı bacarırıq”, - buyurmuşdur. Hədisdəki “ümmi”
sözü anadan olan körpə kimi yazmağı və hesablamağı bacarmayan 216 insan mənasındadır.
Quran və Sünnədə işlədilən “ümmi” sözü haqqında alimlər iki
fikir irəli sürmüşlər 217 :

215. İbn Manzur, Lisanul-Arab, Darul-Kutubil-ilmiyye, Beyrut, 2009,
XII, s.34.
216. İbn Manzur, e.ə., XII, s.34.
217. Bu haqdakı fikirlərdən biri də belədir: “”Ümmi” Məkkəli mənasında
işlənmiş ola bilər. Çünki Məkkənin adlarından biri Ümmül-Qura
idi.” Bax: əl-Qurtubi, əl-Camiu li əhkamil Quran, s. 190.

81


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

1. “Ümmi” sözü anaya aidlik bildirir. Yəni anadan olduğu kimi
dəyişməyən mənasındadır. Rəsulullah da dünyaya gəldiyi kimi təmiz qalmış 218 və bütün öyrəndiklərini vəhy yolu ilə almışdır 219 .
2. Rəsulullahın oxuyub-yazmağı bacarmaması, Onun ərəblərə
mənsub olduğuna işarədir 220 .
Rəsulullahın “ümmiliyi” hər iki mənada oxuma-yazma bacarmadığını göstərir.

“Ümmi” və “cahilin” fərqi
Elmi müxtəlif üsullarla öyrənmək olar: oxuyaraq, yazaraq,
dinləyərək, hiss və təcrübə yolu ilə və s. Oxuma-yazma bilən hər
insana alim, hər “ümmf’yə də “cahil” deyə bilmərik. Oxuyub-yazmağı bacaran bir insan “cahil”, alim insan da “ümmi” ola bilər.
Dinləyərək bir çox kitab əzbərləyən və elmə yiyələnən “ümmi”
alimlərin sayı çoxdur.
Alim sözünün antonimi “cahil”, “ümmi” sözünün antonimi
isə oxuma-yazma biləndir. Yəni “ümmi” və “cahil” sözlərini bir-birinə qarışdırmamaq lazımdır. Necə ki, Rəsulullah “ümmi” olduğu halda Məkkəlilərin bilmədiyi bir çox şey haqqında - keçmişdə
yaşayan qövmləri, axirəti, həşri və s. - bilirdi. Danışdıqlarını heç
kimdən öyrənərək minnət altına düşməmişdi. “Ümmilik” Onu hər
cür lazımsız bilikdən qorumuşdur.

Quranda “ümmi”
“Ümmi” sözü Quranda tək və cəm şəkildə altı ayədə keçir.
Bu ayələrin üçü ərəblər, ikisi Rəsulullah, biri isə yəhudilər haqqındadır.

218. əl-Alusi, Ruhul-məarıi, s.75.
219. Fəxrəddin Razi, Təfsirul-Kəbir, Darul-Fikr, Beyrut, 1990, XV, s.20.
220. Razi, e.ə., XV, s.20; Əbu Həyyan, Bəhrul-muhit, Beyrut, 1993, IV,
s.432; Alusi, e.ə., V, s.75.

82


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Ərəblər və “ümmilik”
İslam dini gələnə qədər ərəblərdə yazı mədəniyyəti formalaşmamışdı. Onlar tarixi və ədəbi məlumatları əzbərləyərək hifz
edirdilər. Ərəblərdə yazının formalaşması Rəsulullahın dünyaya
gəldiyi dövrlərə təsadüf edir. İmam Şabi ilk dəfə ərəb dilində yazan
şəxsin Əbu Süfyanın atası Hərb ibn Ümeyyə olduğunu bildirir. O,
yazmağı Ənbar qəbiləsindən öyrənmişdi. 221
Tarixi məlumatlardan da görürük ki, o dövrdə Məkkəlilərin
demək olar ki, hamısı “ümmi” idi. Məhz bu səbəbdən Quranda
onlar haqqında “ümmi” ifadəsi işlədilmişdir. Həmin ayələrə nəzər
salaq:
“(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə
özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın)
ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və
şəriəti) öyrədər .” 222
Allah “ümmi” ərəblərə özləri kimi oxuma-yazma bilməyən
peyğəmbər göndərəcəyini açıq-aşkar bildirmişdir. Bu ayənin təvilə
(izaha) ehtiyacı yoxdur.
“(Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca
gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: “Siz
də təslim (müsəlman) oldunuzmu?” Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar,
yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin
vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki,
bəndələrini görəndir !” 223

221. Halil İbrahim Molla Hatır, ən-Nəbiyyıd-Mustafa, Məkkə, tarixsiz,
s.174.
222. Cumuə, 62/2.
223. Ali-İmran, 3/20.

83


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Ayədə əwəlcə Əhli-kitab, sonra da “və” bağlayıcısı ilə “ümmilər” nəzərdə tutulmuşdur. Buradakı “ümmilər” sözü ərəblər
haqqındadır. Bağlayıcı, həmin sözün Əhli-kitaba aid olmadığını
göstərir.
“Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl
əmanət versən, başlarının üzərində möhkəm durub tələb
etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin
mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər .” 224
Yəhudilərdəki əmanətə xəyanət düşüncəsi, dinlərindəki “Allah “ümmi” ərəblərin mallarını mənimsəməyi onlara halal buyurmuşdur” inancına əsaslanır. 225 Bir qureyşli yəhudilərin böyük alimlərindən sayılan Fənhas ibn Azuraya saxlamaq üçün bir dirhəm
vermişdi. Qureyşli dirhəmini geri istəyəndə Fənhas, “Oxuma-yazma bilməyənin haqqı var ki? Vəsiqəsi olmayan, üstəlik başqa din
mənsublarının haqqını yemək bizə halaldır.” - demişdir. 226
Qısacası, yuxarıdakı ayələrdə “ümmi” sözü yazıb-oxuma bilməyən mənasında işlənmişdir.

Rəsulullah və “ümmilik”
Quranda Rəsulullahın, qəbiləsindəki insanlar kimi “ümmi” olduğu bildirilir. Həmin ayə belədir:
“O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını,
vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi
224. Ali-İmran, 3/75.
225. İbn Kəsir, Təfsiru ibn Kəsir, Beyrut, 1399,1, s.292.
226. Elmalılı M. Hamdi Yazır, Hak dini Kuran dili, İstanbul, tarixsiz,
II, s.393.

84

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

(heç kəsin yanında oxuyub elm öyrənməmiş) peyğəmbərə
tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal,
murdar (napak) şeyləri haram edər, onların ağır yükünü
yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən,
yardım göstərən və onunla (Quranın) ardınca gedənlər
məhz onlar nicat tapanlardır !” 227
Ayədə Rəsulullahın Tövrat və İncildə müəyyən vəsf və əlamətlərinin bildirildiyi nəzərə çatdırılır. Üstəlik həmin kitablarda Onun
“ümmi” rəsul olaraq gələcəyi və insanların Ona - “ümmi” peyğəmbərə tabe olacağı bildirilir.
Rəsulullahın oxuma-yazma bilməməsi Ona xas “rəsul” və
“nəbi” sifətləri kimidir. Yəni O, peyğəmbərlər arasında “ümmi”
olaraq tanınır. Hz. Musa Merac gecəsi Onunla salamlaşarkən,
“Ümmi peyğəmbərə salam olsun” demişdir. Yəni, Hz. Musa
Onun “ümmi” olduğunu bildiyi üçün belə xitab etmişdir. 228
“(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin
və yerin hökmü Onundur, Ondan başqa heç bir ilah yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də
Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi
kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman
gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz !” 229
İslam insanlara və cinlərə göndərilən son ümumbəşəri dindir.
Bu ayədə özünə vəhy olunan, endirilənləri olduğu kimi çatdıran
“ümmi” peyğəmbərə iman gətirməyin vacibliyi və doğru yolun
Ona tabe olmaqdan keçdiyi bildirilir.

227. Əraf, 7/157.
228. Əhməd ibn Hənbəl, Müsnəd, I, 257.
229. Əraf, 7/158.

85


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Yəhudilər və “ümmilik”
“Onların (yəhudilərdən) bəziləri də avamdırlar (bisavaddırlar), kitabı (Tövratı) bilməzlər. Uyduqları yalnız (bir
sıra) boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə
qapılırlar .” 230
“Ümmi” olub-olmadığına görə yəhudilər iki qrupa ayrılır.
Ayədə bəhs olunanlar alimlərin təhrif etdiyi Tövratı həqiqət zənn
edənlərdir. Onlar alimlərin batil izahlarının “vəhy” olduğuna inanırlar.

Rəsulullahın “ümmi” olduğunu göstərən dəlillər
Qurandan əvvəl endirilən səmavi kitablarda Rəsulullahın
“ümmi” olduğu bildirilmişdir. Həmin din mənsubları da gözlənən
peyğəmbərin “ümmi” olacağını deyirdilər. Rəsulullahın həyatına şahid olan səhabələr Onun “ümmi” olduğuna şahiddir. Dilçi,
You have read 1 text from Azerbaijani literature.
Next - Peyğəmbərsiz Din Layihəsi - 6
  • Parts
  • Peyğəmbərsiz Din Layihəsi - 1
    Total number of words is 3527
    Total number of unique words is 1698
    27.0 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    46.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 2
    Total number of words is 3488
    Total number of unique words is 1583
    28.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    44.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 3
    Total number of words is 3514
    Total number of unique words is 1650
    25.4 of words are in the 2000 most common words
    35.4 of words are in the 5000 most common words
    42.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 4
    Total number of words is 3568
    Total number of unique words is 1570
    28.0 of words are in the 2000 most common words
    38.5 of words are in the 5000 most common words
    44.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 5
    Total number of words is 3495
    Total number of unique words is 1578
    29.0 of words are in the 2000 most common words
    41.1 of words are in the 5000 most common words
    47.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 6
    Total number of words is 3440
    Total number of unique words is 1594
    29.2 of words are in the 2000 most common words
    41.2 of words are in the 5000 most common words
    46.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 7
    Total number of words is 3374
    Total number of unique words is 1498
    28.8 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    44.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 8
    Total number of words is 1972
    Total number of unique words is 900
    35.6 of words are in the 2000 most common words
    47.5 of words are in the 5000 most common words
    54.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.