Latin

Peyğəmbərsiz Din Layihəsi - 6

Total number of words is 3440
Total number of unique words is 1594
29.2 of words are in the 2000 most common words
41.2 of words are in the 5000 most common words
46.9 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
müfəssir, mühəddis və s. alimlər Onun “ümmi” olduğunu qəbul
edir. Rəsulullahın oxuma-yazma bilməməsinin dəlilləri sadəcə Quran ayələri deyil. Bunun əqli dəlilləri də var. Həmin dəlillərə sıra
ilə nəzər salaq:

Ayələr
Orientalizm inkişaf edənə qədər yazılan təfsirlərdə “ümmi”
sözü oxuma-yazma bilməyən mənasında izah edilirdi. Rəvayət təfsirlərinin Quran və müsəlmanlar arasında pərdə olduğunu iddia
edən Muhamməd Abduh belə “ümmi” sözünə digər müfəssirlər
kimi eyni mənada izah vermişdir. 231

230. Bəqərə, 2/78.
231. Bütün müfəssirlər “ümmi” sözünün yazıb-oxuma bilməyən
mənasına gəldiyini bildirmişdir. Həmin izahlar çox uzun olduğundan
bura yazmağa ehtiyac görmədik.

86


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Quranda “ümmi” sözü ilə Rəsulullahın oxuma-yazma bilmədiyi göstərilmişdir. Həmin ayələrdən biri belədir: “(Ya Rəsulum!)
Sən bundan (bu Qurandan) əwəl nə bir kitab oxumusan,
nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə
uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu
hardansa oxuyub öyrənmişdir, deyərdilər ).” 232
Bu ayədə Rəsulullahın heç bir kitab oxumadığı bildirilmişdir.
“Nə bir kitab oxumusan, nə də yazmısan” əvəzinə “nə də onu
əlinlə yazmısan” ifadəsi işlədilmişdir. Bu ifadədə şəkk-şübhəyə yer
yoxdur. Ayədəki ifadə çox açıq və başadüşüləndir. “Əl” sözünün
xüsusi qeyd edilməsini belə izah etmək olar: Yazı əl ilə yazılır.
Rəsulullah da yaza bilmirdi. Buna görə də, Onun yaza bilmədiyini
daha aydın ifadə etmək üçün “nə də onu əlinlə yazmısan” ifadəsi
işlədilmişdir. Bunu bir misalla izah edək: ərəbcə “ojläj” “baxdım”
sözü ümumi mənadadır. Ancaq “gözümlə baxdım” ifadəsi daha dəqiqdir. Ayədəki ” sözünün əvvəlindəki inkar
artiklı həmin felin indiki və gələcək zamanda mümkün olmadığını
bildirir. Bu da o deməkdir ki, “nə indi, nə də gələcəkdə əlinlə yazarsan”. Yəni gələcədə də yaza bilməyəcəksən.
Əgər Rəsulullah oxuma-yazma bilsəydi müşriklər ona “hardansa oxuyub öyrənmişdir” deyə böhtan atardılar. Tövratda son
peyğəmbərin “ümmi” olacağı bildirilirdi. Yəhudilər də bundan
xəbərdar idilər. Əgər Rəsulullah oxuma-yazma bilsəydi yəhudilər
onun peyğəmbərliyinə şübhə edərdilər. 233
Rəsulullah Allahdan vəhy alana qədər Quran və imanın şərtləri haqqında heç nə bilmirdi. Yəni “ümmi” idi. Bu haqda belə
buyurulur: “(Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil
etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy
(möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən
(bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin
232. Ənkəbut, 29/48.
233. Rəsulullahın risalətini inkar etsələr də, şübhələrinə heç bir sübut
tapa bilmədilər.

87



Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz
yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan ).” 234
Quran nazil olarkən dünyada iki səmavi din - yəhudilik və
xristianlıq vardı. Hər iki din insanlar tərəfindən təhrif olunmuş,
əslini itirmişdi. İslamı qəbul etməyənlər Qurandakı qeybə və əvvəlki ümmətlərə aid ayələrin həmin dinlərdən götürüldüyünü iddia
etməyə başladılar. Uca Allah bu cür iddiaları əzəli elmi ilə bildiyindən son peyğəmbərin “ümmi” olmasını istəmişdir.
Tövrat və İncil bir dəfəyə nazil olmuşdur. Ona görə ki, Hz.
Musa və Hz. İsa yazıb-oxumağı bilirdilər. Rəsulullah isə “ümmi”
idi. Allah Quranı 23 il ərzində, tədricən nazil etdi ki, Rəsulu Quranı daha asan hifz etsin. Kafirlər Quranın bir dəfədə nazil olmasını tələb edirdilər. Allah onların bu tələbinə belə cavab vermişdir:
“Kafirlər: “Quran ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” - dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat
(qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricən) nazil
etdik. (Quranın az-az endirilib, ağır-ağır oxunması onun
əzbərlənməsini və mənalarının anlaşılmasını asanlaşdırır) . ” 235

Hədislər
Rəsulullah “ümmi” sözünü oxuma-yazma və hesablama bilməyən insan şəklində izah edir. Bir hədisində, “Biz yazmağı və
hesablamağı bilməyən ümmi ümmətik. Ay belədir...” 236 (Yəni ay
bəzən 29, bəzən də 30 gündür)
234. Şura, 42/52.
235. Furqan, 25/32.
236. Buxari, Savm, 13; Müslim, Sıyam, 2; Əbü Davud, Siyam, 4; Nəsai,
Siyam, 17; Əhməd ibn Hənbəl, Müsnəd, II, 43.

88


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Hirada ilk nazil olan ayələr Rəsulullahın oxuma-yazma bilmədiyini açıqca göstərir. Belə ki, Hirada ilk vəhy gələrkən Cəbrayıl
mələk Ona oxumağı əmr etmiş, O isə: u '' Mən oxuya bil
mirəm” şəklində cavab vermişdir. Rəsulullah Hirada yaşadığı həmin hadisəni belə nəql edir:
“Cəbrayıl mənə mələk olduğunu, Allahın məni rəsul seçdiyini
bildirmək məqsədilə özünü göndərdiyini dedi. Mənə dəstəmaz almağı öyrətdi. Vücudum tamamilə təmiz olduqda, məndən oxumağımı istədi. Mən də oxuya bilmədiyimi bildirəndə, məni qollarının
arasına alaraq sıxdı və dərhal buraxıb, yenə də oxumağımı tələb
etdi. Mən oxuya bilmədiyimi bildirdikdə, yenidən məni qucaqlayaraq daha qüvvətlə sıxdı və sonra bir daha oxumağımı istədi. Mən
yenə oxuya bilmədiyimi dedim. O, məni yenidən qollarının arasına alaraq əvvəlkilərdən bərk sıxdı və qollarını boşaldaraq dedi 237 :
“(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan
yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini
öyrətdi” 238 .
Bu dialoq Rəsulullahın ilk vəhy gələndə “ümmi” olmasının dəlilidir. Çünki oxu əmrinə üç dəfə “mən oxuya bilmirəm”, - deyə
cavab vermişdir.
“Ümmi” cəmiyyətdə, “ümmi” anadan dünyaya gələn Rəsulullahın “ümmiliyi” əbədi diyara köçənə qədər davam etmişdir.
“Ümmilik” qiyamət günü həm Rəsulullahın, həm də ümmətinin vəsfi olacaq. Abdullah ibn Abbasın nəql etdiyi hədisdə Allah
Rəsulu belə buyurur: “Biz dünyaya göndərilən ümmətlərin sonuncusuyuq. Ancaq axirətdə ilk hesaba çəkilən biz olacağıq. O gün
bizə deyiləcək: “Ümmi ümmət və peyğəmbəri haradadır?” 239

237. Buxari, Vəhy, 1.
238. Ələq, 96/1-5.
239. İbn Macə, Zöhd, 37.

89

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Rəsulullah peyğəmbərliyinin müxtəlif dövrlərində dəfələrlə
“ümmi” olduğunu bildirmişdir. Abdullah ibn Amr nəql edir ki, Rəsulullah yanıma gəlmişdi. Dünya ilə vidalaşan insan kimi üç dəfə:
“Mən Muhamməd ümmi peyğəmbərəm. Məndən sonra peyğəmbər gəlməyəcək”, - dedi. 240
Səhabələrdən biri Peyğəmbərimizdən salavat haqqında sual
soruşdu:
“Ey Allahın Rəsulu! Allah sizə salavat gətirməyimizi əmr edib.
Necə salavat gətirək?”
Rəsulullah cavab vermədi. Səhabə soruşmağına peşman oldu.
Bir müddət sonra belə dedi:
-“Allahım! Ümmi Peyğəmbər Muhammədi və ailəsini ucalt
deyə bilərsiz” 241

Səhabələrin şahidliyi
Səhabələr Allah Rəsulunu nümunə götürür, Onun kimi yaşamağa can atırdılar. Bu səbəbdən onlar Rəsulullahın həyatı
haqqındakı hər şeyi - sözləri, səfərləri, əxlaqı, şəmaili, ailə həyatı
və s. nəql etmişlər. Onların nəql etdiklərinin hamısı kitablarda toplanmışdır. Beləcə tabeun və sonrakı nəsillər Rəsulullahın həyatı
haqqında ətraflı məlumat əldə etmişdir.
Rəsulullahın peyğəmbərliyə qədərki həyatından da ətraflı
bəhs olunmuşdur. Siyər kitablarında Onun nəsəbi, doğumu, uşaqlıq və gəncliyi, səfərləri, görüşüb-söhbətləşdiyi və ortaqlıq etdiyi
insanlar və s. haqqında kifayət qədər məlumat var. Ancaq heç bir
siyər kitabında Rəsulullahın oxuma-yazma bildiyini göstərən ipucu
yoxdur. Həmişə yanında olan səhabələri də Onun ümmi olduğuna
şahiddir.

90

240. Əhməd ibn Hənbəl ,Müsnəd, II, 172, 212.
241. Əbu Davud, Səlat, 178-179.


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Rəsulullahın vəfatından sonra Hz. Əlinin Kufədə belə dediyi
bildirilir: “Toxumu cücərdənə uə insanı yaradana and olsun! Ümmi
Nəbi mənə bildirmişdi ki, məni ancaq möminlər sevəcək, münafiqlər kin bəsləyəcək. ” 242
Abdullah ibn Abbas Rəsulullah haqqında bunları deyir: “Allah
rəsulu oxuma-yazma bilməyən, hesablamağı bacarmayan ümmi
idi.” 243
Allah Rəsulunun “ümmi” olduğunu göstərən hadisələrdən biri
belədir:
Hz. Abbas Məkkədə idi. Qüreyş müsəlmanlarla müharibəyə
hazırlaşırdı. Hz. Abbas Peyğəmbərimizə Qüreyşin müharibə üçün
yola çıxdığını bildirən məktub yazdı. Bəni Gifar qəbiləsindən bir
nəfərlə həmin məktubu Mədinəyə göndərdi. Peyğəmbərimiz məktubu açdı və oxuması üçün Ubeyy ibn Kaba verdi. Ubeyy məktubu
oxudu. Rəsulullah ona oxuduqlarını sirr olaraq saxlamağı tapşırdı. 244
Əshabm Rəsulullaha qarşı sonsuz sevgisi siyər kitablarında öz
əksini tapır. Səhabələr Ondan qalan ən kiçik xatirələri belə yaşadaraq nəql etmiş və bu xatirələr əsrlərlə qorunub saxlanmışdır.
Həqiqətən də, Onun öz dəsti xətti ilə yazdığı yazı olsaydı, qorunub
saxlanar və bu günədək gəlib çatardı.

Tarixi dəlillər
Rəsulullahla eyni dövrdə yaşayan insanlar iki qrupa bölünür:

242. Müslim, İman, 33.
243. əl-Qurtubi, e.ə., VII, s. 190.
244. Əgər Rəsulullah yazıb-oxuma bilsəydi strateji əhəmiyyəti olan
məktubu Übeyyə oxutmaz və ondan oxuduqlarını sirr olaraq saxlamağı istəməzdi. Bax: Muhamməd Rza, Muhammed rasulüllah, Beyrut, tarixsiz, s.80.

91

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

1. Ona iman etməyən Məkkə müşrikləri, Mədinədə yaşayan
kafir, münafiq və yəhudilər.
2. Ona iman edən müsəlmanlar.
Bu iki qrupdan heç kim Allah Rəsulunun oxuma-yazma bildiyini iddia etməmişdir. Düşmənləri Rəsulullaha mane olmaq üçün
əllərindən gələni edirdi. “(Ya Rəsulum!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan ...” 245 ayəsi nazil olanda düşmənlərindən heç biri, “bu ayə
həqiqətə ziddir” deməmişdir. Halbuki onlar Rəsulullaha düşmənçilik üçün ən kiçik fürsəti belə fövtə vermirdilər. Üstəlik Rəsulullahın peyğəmbərlikdən əvvəlki həyatına yaxından bələd idilər. Buna
rəğmən Onun haqqında bir dəfə də olsa “oxuma-yazma bacarırdı”
deyə bilmədilər. Çünki Allah Rəsulu “ümmi” idi. Onlar da bunu
çox yaxşı bilirdi.
“Quranı o yazıb” deyə bilməyənlər, “Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları (başqasına) yazdırmışdır.
Bunlar səhər-axşam onun özünə oxunur” - dedilər .” 246 Ayədəki “iktətəbə” feli “istəktəbə” mənasındadır və əmr bildirir. Bu da
“ayələri özü üçün başqasına yazdırmışdır” deməkdir. 247
Ona iman edənlərin hamısı eyni deyildi. Əgər ayəyə zidd nə
isə olsaydı İsra və Meracı qəbul etməyənlər kimi irtidad edənlər
çıxardı.
Rəsulullah göndərdiyi dəvət məktublarını katiblərə yazdırmışdır. 248 Əgər özü yazmağı bacarsaydı bunu katiblərə yazdırmazdı.
Qısacası, bütün tarixi məlumatlar Rəsulullahın “ümmi” olduğunu
təsdiq edir.

245. Ənkəbut, 29/48.
246. Furqan, 25/5.
247. İbn Manzur, e.ə., I, s.698; Molla Hatır, e.ə., s.140.
248. Bax: Molla Hatır, e.ə., s.lll.

92


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Əqli dəlillər
İslam gələrkən Məkkədə cəmi 17 nəfər oxuma-yazma bilirdi.
Bu səbəbdən əsas hadisələr şifahi şəkildə nəsildən-nəsilə ötürülür
və şeirləşdirilirdi. Şeirlər bütpərəstlik və qəbilə mədəniyyətinə aid
hadisələrlə zəngin idi. İnsanlar daha çox ədəbiyyata, xüsusən də
şeirə maraq göstərirdi. Tövrat və İncil ibrani dilində olduğundan
xalq həmin kitablarda yazılanlardan bixəbər idi.
Quran məhz belə bir dövrdə nazil olmağa başladı. Üstəlik Quranda məkkəlilərin o günə qədər heç eşitmədiyi hadisələr, qeybə
dair xəbərlər və iman əsaslarından bəhs olunurdu. Bu, onlar üçün
yenilik sayılırdı. Nazil olan ayələri heyrət və təəccüblə dinləyən
müşriklər, Quranın Rəsulullaha başqası tərəfindən yazdırıldığını
iddia etdilər. Bununla nazil olan ayələri şübhə altına salacaqlarını
düşünürdülər. Onlar iddia edirdilər ki, Quran Rəsulullaha rum əsilli
xristian kölə Cəbr ən-Nəsrani tərəfindən yazdırılır. Köləni cəzalandıran sahibi: “Bunları Muhəmmədə sən öyrədirsən?”, - deyə soruşduqda kölə: “Xeyir! Allaha and olsun ki, o mənə öyrədir və yol
göstərir.” - demişdi. Həmin kölə sonradan müsəlman olmuşdu. 249
Müşriklərin bu həmləsi boşa çıxdı. Çünki Quranı isnad etdikləri şəxs rum əsilli bir kölə idi. Ərəb dilini də yaxşı bilmirdi. Bu ehtimal olsaydı belə, Məkkə rəislərinin qəbul etmədiyi peyğəmbərdən
canını qurtarıb azadlığa qovuşmaq üçün “Bəli, mən öyrədirəm”
deməzdi? Yaxud gizlində “Bu kitab mənə aiddir. Yəni ona yox
mənə iman edin” deyə insanları öz tərəfinə çəkməzdi? Öz inandığı xristianlığı bir kənara ataraq uydurduğu kitaba (!) inanardı? O
dövrün ən məşhur şairlərinin bir surəsinə oxşar surə yazmaqdan
aciz qaldığı Quranı ərəb dilini yaxşı bilməyən bir kölə necə yazdıra
bilər? Bu cür sualların sayını artırmaq da mümkündür. Məkkəlilər
bu suallara heç bir cavab verə bilmədilər. Beləcə iddialarının əsassız olduğu ortaya çıxdı.
Orientalistlər də müşriklər kimi təəccüblənirdilər. Onlara da
Muhəmmədin “ümmi” olduğu halda Quranda yazılanları necə bil
249. əl-Qurtubi, e.ə., X, s. 117.

93


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

diyi maraqlı gəlirdi. Onlara “bu Onun peyğəmbərliyinin dəlilidir”
deyəndə risaləti qəbul etsəydilər küfrdən qurtulardılar. Ancaq onlar
Rəsulullahın oxuma-yazma bildiyini iddia edərək küfr yolunu seçdilər. Tarixi faktlarla iddialarının əsassız olduğu sübuta yetirildikdə
isə, Rəsulullahın oxuma-yazma bildiyini hətta bunu ailəsindən belə
gizlədiyini irəli sürdülər. İddiaları həqiqətən gülüncdür.
Yazıb-oxumaq qidalanma və su içmək kimi hamının görə biləcəyi bir əməldir. Bir insan yazıb-oxuya bildiyini niyə ailəsindən
gizləməlidir?

Hikməti
Allah Rəsuluna həm Quran, həm də onun izahı vəhy olunurdu. Allah Rəsulu da o vəhyləri olduğu kimi ümmətinə təbliğ edirdi.
Əksinə, məsələn, Peyğəmbərimizin zehnində bəzi əlavə məlumatlar olsaydı, zehindəki elastiklik kəlmə şəklində deyil, məna
şəklində bildirilən (qeyri-mətluv) vəhyi sağa-sola çəkə və dolayısilə,
fərqli izahlar meydana çıxa bilərdi. Lakin Rəsulullah “ümmi” idi,
zehni dupduru və pak idi, başqa fəlsəfə və mədəniyyətlərin təsirinə
məruz qalmamışdı. Allahın yardımı və hikməti ilə qorunmuşdu.
Rəsulullahın alim və filosoflardan ən böyük fərqi bildiklərinin
vəhyə əsaslanmasıdır. Allah Rəsulunun həqiqi müəllimi Uca Allahdır. Öyrənmək bir ehtiyacdan qaynaqlanır. Rəsulullah isə lazım olan hər şeyi Ondan öyrənəcəkdi. Aləmlərin müəllimi olan
Rəsulullahın Allahdan qeyrisindən öyrənməsinə onsuz da, ehtiyac
yox idi. Yoxsa Onun “ümmi” olması oxuma-yazmağı əhəmiyyətsiz saymasından irəli gəlmir. Üstəlik Onun peyğəmbərliyinin oxuma-yazma bilməklə heç bir əlaqəsi yoxdur.
O dövrdə ərəblər fəsahət, bəlağət, xitabət və şeirdə mahir
idilər. Ukaz və Zül-məcazda ədəbi məclislər təşkil edilir, ədəbi əsərlər nümayiş olunurdu. Orada söz sərrafı “ümmi” şairlər şeir oxuyur və bir-birini mədh edirdilər. Allah belə bir “ümmi” cəmiyyətdən onlar kimi, fəqət onları təəccübləndirən “ümmi” peyğəmbər
çıxardı. Üstəlik Ona hər şeyi öyrətdi. Onu kimdənsə öyrənmək

94

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

kimi minnət altında qoymadı. “...Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi .” 250
Allah Rəsulu ərəblərin ən bəlağətli və fəsahətli danışanı idi.
Bunu müşriklər də təsdiq edirdilər. O dövrün şairləri, Quranın insan kəlamı olmadığını çox yaxşı bilir və “bu ancaq sehr ola bilər”
deyirdilər. Allah “ümmi” bir peyğəmbər göndərməklə sanki onlara, “Muhəmməd dediklərini heç kimdən öyrənməyib. Çünki o
“ümmidir”. Bu təqdirdə Quranın Allahdan gəldiyini qəbul etməkdən başqa yolunuz yoxdur”, - deyirdi.
Allah Quranı Rəsulunun qəlbinə tədricən 251 - 23 ildə nazil etmişdi. Buna görə də Rəsulullahın yazıb-oxuya bilməyinə ehtiyac
yox idi. Üstəlik Allah Ona oxuduğunu unutmamaq kimi bir nemət
vermişdi. 252 Məlumdur ki, kor insanların hafizəsi digər insanlara
nisbətən daha güclü inkişaf edir. “Ümmi” olduğuna görə Rəsulullahın hafizəsi daha güclü idi.

Rəsulullahın “ümmi” olmadığını iddia edənlərin dəlili
Rəsulullahın “ümmi” olmadığını iddia edənlərin dəlili Buxarinin nəql etdiyi bu hədisdir:
“Hüdeybiyyə sülh müqaviləsi yazılarkən Süheyl ibn Amr hələ
müsəlman olmamışdı. O, müqavilədə Peyğəmbərimizin adının
“Allah rəsulu Muhamməd” şəklində yazılmasına etiraz edərək
əvəzində “Muhamməd ibn Abdullah” yazılmasını tələb etdi. Rəsulullah müqaviləni yazan Hz. Əliyə dedi ki, “Allah rəsulu” ifadəsini
silsin. Hz. Əli isə, “Xeyir! Allaha and olsun ki, həmin ifadəni silə
bilmərəm”, - dedi. Rəsulullah səhifəni götürdü. Yaxşı yaza bilmirdi
və (adını) yazdı”. 253

250. Nisa, 4/113.
251. Furqan, 25/32.
252. Əla, 87/6.
253. Buxari, Məğazi, 45

95

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Bu hədislə əlaqəli Buxarinin əsərini şərh edən Ayni belə deyir:
“Hz. Əliyə adını yazmağı Allah Rəsulu özü tapşırmışdı. Buna görə
də məcazi olaraq yazmaq feli Ona isnad edilmişdir.” Süheylinin
də dediyi kimi, həmin ifadə əslində belədir: “Allah Rəsulu Əliyə
yazmağı əmr etdi.” 254 Bəzi rəvayətlərdə isə, Hz. Əli həmin ifadəni
göstərdiyi, Rəsulullah da onu sildiyi bildirilir. 255 Bu da Rəsulullaha aid edilən isnadın məcazi olduğunu və ya Onun bir dəfəyə
məxsus olmaqla möcüzə ilə adını yazdığını göstərir. Ancaq alimlər
deyilənləri mötəbər qəbul etmirlər. Bu fikir ilk dəfə Əbu Vəli əl-Baci tərəfindən səsləndirilmişdir. Əndəlüs alimləri onu Qurana qarşı
gəldiyini iddia edərək mürtədliklə günahlandırmışlar. 256
Yuxarıdakı hadisə səhih olsa belə, bu o demək deyil ki, Rəsulullah “ümmi" olmamış, oxuma-yazma bilmişdir. Yəni həmin hadisə Sünnəni rədd edən “Məalçıların” iddiasına dəlil sayıla bilməz.
Heç mümkündürmü ki, adını yaza bilməyən bir peyğəmbər tarixin
ən böyük söz ustadlarını, mütəfəkkirlərini aciz qoyan kitab yazsın?! Hamı kimi “məalçılar” da buna cavab verməkdən acizdirlər.

Nəticə
Allah Rəsulu ömrü boyu oxuma-yazma bilməmişdir. Onun
“ümmi” olduğunu bildirən ayələr Mədinədə nazil olmuşdur. Oxuma-yazma bilmədiyini göstərən ayə isə Məkkədə enmişdir. 257
“Ümmiliklə” əlaqəli hədislərin hamısı Mədinədə deyilmişdir. Bu
da onu göstərir ki, Rəsulullah bütün ömrü boyu “ümmi” olmuşdur.
Yəni “ümmilik” onun vəsfi idi.
Məktəbə getməyən, heç bir müəllimdən dərs öyrənməyən
“ümmi” bir insanın təbliğ etdiyi kitabın bütün dövrlərdən bəhs
etməsi və dünyanın ən çox oxunan müqəddəs kitabı olması

254. Ayni, Umdətul-Qari, Beyrut, 2001, XVII, s.351.
255. Əbu Yala, Müsnəd, III, s.261.
256. əl-Kəşmiri, Feyzul-bari, Dipnot: 1, Beyrut, 2005, V, s.97.
257. Ənkəbut, 29/48.

96

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

həqiqətən böyük tarixi hadisədir. Rəsulullahın “ümmi” olduğunu
inkar edənlər bu böyük tarixi hadisəni görməzlikdən gəlirlər.
Siyər kitablarında Allah Rəsulunun həyatı haqqında ətraflı
məlumat var. Ancaq heç bir mənbədə Onun oxuma-yazma bildiyi haqqında bir ipucu yoxdur. Bir anlıq Onun möcüzəvi şəkildə
oxuya bildiyini düşünsək belə, oxuma bildiyi haqqında heç bir rəvayətin olmaması bu xəyali fərziyyənin əsassız olduğunu göstərir.
“Ümmilik” oxuma-yazma bilməyin antonimidir. Alim sözünün
antonimi isə “cahil” sözüdür. Kor insan alim ola bilər. “Ümmi” də
alim ola bilər. İnsanlar üçün keçərli olan bu qayda, peyğəmbərlər
üçün də keçərlidir. Bu isə o deməkdir ki, “ümmilik” nöqsan sayıla
bilməz. Allah Rəsulunun “ümmiliyi” də Onun peyğəmbərliyinin ən
böyük dəlillərindən biridir.
Bütün - dil, təfsir, hədis və s. - alimləri “ümmi” sözünün
oxuma-yazma bilməyən olduğunu demişlər. Onların dedikləri həqiqətdir. “Məalçılar” “ümmi” sözünə müxtəlif mənalar və izahlar
verməyə çalışır. Halbuki onların bu izahlarını heç bir elmi əsası
yoxdur.
* * *

97



“MƏALÇILAR” HEÇ QURAN OXUYURMU?
“Mühasirə”
“Məalçılar”ın qəbul etmədiyi mövzuların demək olar ki, hamısı Rəsulullaha qarşı yönəlmiş tənqid və təhdidlərdir. Onlar Allah
Rəsulunun etibarını zədələməyə çalışırlar. “Ümmiliyi” inkar etmək, bir mənada Quranın başqa kitablardan köçürüldüyünü qəbul
etməkdir. Rəsulullahın məsum olduğunu inkar etmək isə, Onun
günahkar olduğu və buna görə də Ona itaətin vacib olmadığı
mənasına gəlir. “Məalçılar” da hədislər haqqında şübhələr ortaya
ataraq “Peyğəmbərsiz İslama” yol açır, möcüzələri inkar etməklə
isə, peyğəmbərliyin dəlillərini inkar edirlər. Onların məqsədi İslamı
təhrif etməkdir.

“Quranilərin” möcüzə anlayışı
“Məalçılara” görə, Rəsulullahın Qurandan başqa möcüzəsi
yoxdur. Hədis kitablarında aym yarılması kimi möcüzələr olsa da,
bəzi alimlər bunları Quranla sübut etməyə çalışsa da nəticə dəyişmir. Onlar “inşiqaqı-qamər” ayın yarılması hadisəsinin keçmişdə yox Qiyamət qoparkən baş verəcəyini deyirlər. Onlara görə,
ayələrdə hadisənin Rəsulullahla əlaqəsi olduğunu göstərən açıq və
ya qapalı heç bir ipucu yoxdur. 258 “Məalçılar” iddialarını belə əsas
258. İxtisarla tərcümə: əl-Hafiz Muhamməd Əsləm, Talimatul-Quran, Delhi,
1934, 150; Nükətul- Quran, Delhi, 1952, 168; Hadim Hüseyin İlahi Bahş,
əl-Quraniyyun, Məktəbətus-Sıddıq, 308-313.

99

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

landırırlar: “Allah bir peyğəmbərə möcüzə verər, ətrafındakılar
buna rəğmən ona inanmazsa Allah onları həlak edər. Necə ki, Hz.
Saleh və Hz. Musa kimi bir çox peyğəmbərin qövmü möcüzəni inkar edəndən sonra həlak edilmişdir. Əgər Rəsulullahın möcüzələrindən “inşiqaqı-qamər” - ayın yarılması həqiqət olsaydı Qüreyş
həlak olmalı idi. Mənbələrdə Qüreyşin həlak olduğunu göstərən
məlumat yoxdur. Bu isə o deməkdir ki, həmin hadisə olmayıb.
Qəmər surəsində ayın yarılmasından bəhs olunur. Həmin hadisə
Qiyamət günü olacaq. Möcüzə olaraq nəql edilən rəvayətlər isə
uydurmadır. ”

Möcüzələr
Möcüzə peyğəmbərliyini sübut üçün Allah tərəfindən peyğəmbərlərə verilən İlahi sənəd hökmündədir. Möcüzələrə inanmaq vacibdir. İnkar etmək isə, peyğəmbərlərin əlindəki İlahi “şəhadətnamələri” tanımamaqdır.
Möcüzələr ağıla yox, insanın öyrəndiyi biliklərə və nizama ziddir. Kainatı yoxdan yaradan, çəyirdəkdən böyük ağaclar ucaldan
Allah hər şeyə qadirdir. İstəsə öldürər, istəsə balığın qarnında, alovun içində dirildər. Allahın kainatda yaratdıqlarını dərk edən ağıl,
peyğəmbərlərə verdiyi möcüzələri idrak etməkdə çətinlik çəkməz.

Quranın ecaz xəritəsi
Rəsulullahın ən böyük möcüzəsi bütün dövrlərə xitab edən
Qurandır. Quranın möcüzəvi yönləri bunlardır:
1. Quranda həm insanların unutduğu, həm də gələcəkdə baş
verəcək hadisələrdən məlumat verilmişdir. Əhli-kitabdan olan bizanslıların (rumlar), müşrik məcusilərlə 10 il sonra döyüşəcəyi və
Əhli-kitabın qalib gələcəyi, 259 Məkkədə nazil olan bir ayədə müş
259. Rum, 30/3-4.

100

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

riklərin məğlub olacağı 260 buna misal göstərilə bilər. Quranda deyilənlər eynilə baş vermiş, məcusilər məğlub olmuşdur. Məkkəlilər
Bədirdən qaçmışdır. Allahın xəbər verdikləri eynilə gerçəkləşmişdir.
2. Hələ son dövrlər kəşf olunan bəzi elmi yeniliklər Quranda
on dörd əsr əvvəl xəbər verilmişdir. İki dənizin suyunun bir-birinə
qarışmadığı, 261 hər şeyin cüt yaradıldığı, 262 bəzi bitkilərin küləklə
tozlandığı, 263 yer və göyün bitişik olduğu, sonra bir-birindən ayrıldığı, hər şeyin sudan yaradıldığı 264 kimi hadisələr elmə son dövrlərdə məlum olmuşdur.
3. Quran bəlağət və fəsahətdə mahir olan ərəbləri təəccübləndirdi. İnkar edənlərə əvvəlcə bənzərini, 265 sonra on surəsini, 266
axırda da bir surəsinin oxşarını gətirin deyə açıq-aşkar meydan
oxuyurdu. Ən böyük şairlər belə Quran qarşısında acizliyini etiraf
etmişdir. Bəzisi iman gətirmiş, bəzisi gətirməmişdir. Quran onlara
açıq-aşkar meydan oxuyurdu. Heç Quranın bənzərini gətirə bilməmişdir.
4. Quranın hüquqi yönü də möcüzədir. Yol kəsməyin 267 və
oğurluğun cəzası 268 bildirilən iki ayənin arasında təqva haqqında
ayə 269 var. Bu da onu göstərir ki, hər iki cəzanın qarşısını ancaq
təqva ilə almaq mümkündür. Ərəbistan yarımadasında o dövrdə

260. Qamer, 54/45.
261. Rəhman, 55/19-20.
262. Zariyət, 51/49.
263. Hicr, 15/22.
264. Ənbiya, 21/30.
265. İsra, 17/88.
266. Hud, 11/13.
267. Maidə, 5/33.
268. Maidə, 5/37.
269. Maidə, 5/35.

101

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

təhlükəsizlik demək olar ki, yox idi. Ancaq Quran nazil olandan
sonra ora ən təhlükəsiz bölgəyə çevrildi.
1930-cu il ABŞ-da içkini qadağan edən qanun qəbul olundu.
Ancaq içki istehsalı daha da artdı. Qanunun heç bir təsiri olmadığını görən dövlət qadağanı qaldırdı. Quranda içki üç mərhələdə
qadağan olundu. Üçüncü mərhələdə “Artıq bu işə son qoyacaqsınızmı ?” 270 əmrini eşidən möminlər şərab küplərini küçələrə
boşaltdılar. Mədinə küçələrində şərabın sel kimi axdığı bildirilir.
Quran ərəblərin məşhur ədib və şairlərinə meydan oxumuşdur.
Müşriklər Quran qarşısında aciz qalmış, axırda qılınclarını qurşanıb
Mədinəyə yürümüşlər. Bədir, Uhud və Xəndək əslində müşriklərin
söz ilə olan məğlubiyyəti qələbəyə çevirmək cəhdləri idi.

Digər möcüzələr
Rəsulullahın Quran xaricində bir çox möcüzəsi vardır. Həmin möcüzələrdən bəzisi Quranda, bəzisi də hədis kitablarındadır.
Ayın ikiyə yarılması, cansız varlıqların Ona salam verməsi, xurma
kötüyünün ayrılığa dözməyib ağlaması, yemək və suyun Onun
bərəkəti ilə çoxalması, oxuduğu və ya toxunduğu xəstələrin şəfa
tapması, barmaqlarından suyun axması və s. möcüzələrdən bəhs
olunan əsərlərdə möcüzələr iki başlıqda toplanmışdır. Bir qrupa
Quranda keçən, digər qrupa isə Rəsulullahın göstərdiyi möcüzələr
daxil edilmişdir. Son dövrlərdə yazılan kitablarda isə, Rəsulullahın
göstərdiyi möcüzələr və gələcəyə dair verdiyi xəbərlər “Nübuatur-rəsul” başlığı altında toplanmışdır. 271

Möcüzə möminlər üçün nədir?
Təəssüflər olsun ki, “müasir müsəlmanlar” pozitivizmin təsirində qalaraq möcüzəni izah edə bilməmişlər. Onlar ya möcüzəni
270. Maidə, 5/91.
271. Muhamməd Vəliyyullah ən-Nədvi, Nııbuatur-rasul mə təhaqqaqə minhə
vaməyətəhəqqəqu, Darus-Salam, Qahire, 1990.

102


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

inkar etmiş, ya da möcüzənin müsəlman üçün: “Ən çətin şərtlərdə
belə çıxış yolu var. Səbr et! Küfrə təslim olma. Hz. İbrahimi odda
yandırmayan Allah, səni də qoruyar.” deyərək qəbul etməmişlər.
Bu cür düşünənlərdən biri Misirli Fərid Vəcdidir. O, “Elm və fəlsəfə işığında Allah Rəsulunun həyatı” adlı silsilə məqalələrində
möcüzəni adiləşdirmişdir. Muhəmməd Abduh “Fil” surəsinin təfsirində Əbabil möcüzəsini müəyyən təvillərlə rədd etmiş, Hüseyn
Heykel isə, “Həyatı-Muhamməd” adlı kitabında qərbin elm anlayışını mənimsədiyini bildirmişdir. Mustafa Məraği həmin əsərə yazdığı ön sözdə “Rəsulullahın yeganə möcüzəsinin Quran olduğunu,
onun da ağıl tərəzisində çəkildiyini” qeyd etmişdir. 272
Əzhər universitetinin də mənimsədiyi müasir elm “məntiqi”
hər gün artaraq yayılmaqdadır. Bu düşüncə müsəlmanların yaşadığı ən ucqar yerlərə qədər gedib çıxıb. Nəticədə möcüzə sayılan
bir çox şey inkar edilməkdədir. Müsəlmanlar möcüzəyə inamı itirməklə Nəmrudlara qarşı İbrahim kimi mübarizə aparmaq əzmini
də itirmişlər.

Möcüzə ilə əlaqəli əsərlər
Tarix boyu Rəsulullahın peyğəmbərliyini inkar edənlər olmuşdur. Onlara qarşı əsərlər yazılmışdır. Bəzi alimlər risaləti möcüzələrlə isbat etməyə çalışmış və bu mövzuda əsərlər qələmə
almışlar. Bu mövzuda yazılan əsərlərə “Dəlailun-nübüwə” və
ya “Aləmin-nübüwə” deyilir. Həmin əsərlərin ən məşhuru Əbu
Nuaym əl-İsfəhaninin (ö. 430/1038) “Dəlail” və Əbu Bəkir
əl-Beyhaqinin (ö. 458/1066) “Dəlail” əsərləridir. İmam Süyutinin
You have read 1 text from Azerbaijani literature.
Next - Peyğəmbərsiz Din Layihəsi - 7
  • Parts
  • Peyğəmbərsiz Din Layihəsi - 1
    Total number of words is 3527
    Total number of unique words is 1698
    27.0 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    46.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 2
    Total number of words is 3488
    Total number of unique words is 1583
    28.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    44.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 3
    Total number of words is 3514
    Total number of unique words is 1650
    25.4 of words are in the 2000 most common words
    35.4 of words are in the 5000 most common words
    42.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 4
    Total number of words is 3568
    Total number of unique words is 1570
    28.0 of words are in the 2000 most common words
    38.5 of words are in the 5000 most common words
    44.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 5
    Total number of words is 3495
    Total number of unique words is 1578
    29.0 of words are in the 2000 most common words
    41.1 of words are in the 5000 most common words
    47.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 6
    Total number of words is 3440
    Total number of unique words is 1594
    29.2 of words are in the 2000 most common words
    41.2 of words are in the 5000 most common words
    46.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 7
    Total number of words is 3374
    Total number of unique words is 1498
    28.8 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    44.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 8
    Total number of words is 1972
    Total number of unique words is 900
    35.6 of words are in the 2000 most common words
    47.5 of words are in the 5000 most common words
    54.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.