Latin

Peyğəmbərsiz Din Layihəsi - 8

Total number of words is 1972
Total number of unique words is 900
35.6 of words are in the 2000 most common words
47.5 of words are in the 5000 most common words
54.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Oxuyacağınız bu yazı özünə müsəlman deyən və “Quran
müsəlmanı” olduğunu iddia edən bir nəfərlə, bir elm tələbəsi arasında Ramazan bayramı günü baş verən dialoqdur.
* * *
“Quran müsəlmanı”: Məal oxuyan, Quranda buyurulduğu
kimi yaşayan bir müsəlman olaraq səni «uydurulan dindən» «endirilən dinə» dəvət edirəm. Quranda hər şey açıq-aşkar bəyan edilmişdir. İslamı anlamaq üçün başqa mənbəyə ehtiyac yoxdur. Xüsusən hədis adlandırılan «xürafələrə» inanmaq, onları dəlil saymaq
və əməl etmək yeni din «uydurmaqdır».

Uca Allah niyə mənası açıq olan Quranın yenidən izahını əmr edib?
Elm tələbəsi: Quranda mütəşabeh 323 ayələr xaricindəki
ayələrin mənası açıqdır. Bu, Quranı vəhy yolu ilə Allahdan alan 324
Rəsulullah vasitəsi ilə bildirilmişdir. Əgər Quranı Rəsulullah ol
323. Ali-İmran, 3/7. (İzah və təvilə ehtiyacı olan, nəyin nəzərdə tutulduğu bilinməyən ayələrə mütəşabeh ayələr deyilir.)
324. Qiyamə, 75/19.

119

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

madan anlamaq mümkün olsaydı, Uca Allah «Sənə də Quranı
nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən ...” 325 - buyurmazdı. Halbuki Uca Allah
Quranı Rəsulullaha nə üçün endirdiyini bu ayədə açıq-aşkar bildirir: “insanlara onlara göndəriləni (hökmləri, halal-haramı)
izah edəsən ...” 326 Əgər dediyin kimi Rəsulullah olmadan Quranı
başa düşmək mümkün olsaydı, səhabələr müəyyən yerləri anlamaqda çətinlik çəkməzdilər. Bəs Uca Allah niyə hər şeyi açıq-aşkar bildirdiyi bir Kitabı izah etməyi Peyğəmbərinə əmr edib? Yəni
bilinən bir şeyin təkrar izahına ehtiyac var idimi? Bu mövzu aydındır.
“Quran müsəlmanı”: Açığı, bu məsələ haqqında belə düşünməmişdim. Ona görə də, bu haqda heç bir fikrim yoxdur. Suallarının cavabını Quran məalından araşdırmalıyam. Bundan sonra
“Quran müsəlmanlarına” görə, bu mövzunun izahı haqqında fikir
söyləyə bilərəm.
Rəsulullah “uydurulan dindəki” kimi dəstəmaz alıb?
Elm tələbəsi: Namaz qılırsan?
“Quran müsəlmanı”: Bəli, qılıram. Bu nə qəribə sual idi.
“Quran müsəlmanı” təbii ki, namaz qılmalıdır. Bunun əksini düşünmək doğru deyil.
- Dəstəmaz alırsan?
- Bəli, alıram.
- Dəstəmaz alarkən ağzını və burnunu su ilə təmizləyirsən?
- Təbii ki, təmizləyirəm.
- Çox gözəl. Dəstəmaz alarkən ağızı və burunu su ilə təmizləmək haqqında bir ayə oxuya bilərsən? Qarşı tərəf təəccüblə
baxır və deyir:

120

325. Nəhl, 16/44.
326. Nəhl, 16/44.

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

- İndi yadıma düşmür. Ancaq bu haqda ayə olmalıdır. Sadəcə
mənim yadıma gəlmir və ya mən bilmirəm. Bu mövzunu da araşdıracağıma söz verirəm. Gərək daha çox məal oxuyum.
- İndiyə qədər dəstəmazı “uydurulan dinə” görə alırdın? Yəni
demək istəyirəm ki, “Quran müsəlmanı” olduğunu iddia edirsən.
Hər gün bir neçə dəfə dəstəmaz alırsan. Ancaq aldığın dəstəmazla
əlaqəli sualın cavabını Quranda tapa bilmirsən. Bu çox təəccüblüdür.
- Bəli, haqlısan. Böyük insanlar unuda bilərlər. Bu normaldır.
Araşdırıb cavab verəcəm.
- Bunu araşdırmağa ehtiyac yoxdur. Çünki dəstəmaz alarkən
ağızın və burunun təmizlənməsi haqqında ayə yoxdur. Ayədə 327
bildirilir ki, dəstəmaz alarkən üzü, dirsəklər daxil olmaqla əlləri
yumaq, başı məsh etmək və ayaqları yumaq lazımdır. Dəstəmaz
haqqındakı ayədə ağız və burunu yumaq haqqında heç nə bildirilməyib. Yəni bu haqda ayə yoxdur. Onda belə çıxır ki, sən neçə
ildir “uydurulan dinə” görə dəstəmaz almısan?
- Madam ki, israr edirsən. Bu sualı mənə “endirilən dini” öyrədən “müəllimimə” soruşub sənə cavab verəcəm. “Müəllimim”
televiziya verilişlərində çıxış edir. Növbəti sualına keçək.
Elm tələbəsi: “Quran müsəlmanı” olduğunu deyirsənsə,
bunu müəllimindən yox Rəsulullahdan soruşmalısan. Axı Quran
sənin müəlliminə deyil, Rəsulullaha nazil olub. Uca Allah Quranı
təbliğ və açıqlamaq vəzifəsini, ixtilaflı məsələləri həll etmək səlahiyyətini Peyğəmbərinə verib. Yəni hər hansı qaranlıq qalan
məsələdə Rəsulullahın Sünnəsinə müraciət etməliyik. Çünki möminlərin müraciət edəcəyi iki əsas mənbə var ki, bunlar Quran
və Sünnədir. Quranın hökmləri qiyamətə qədər davam edəcək.
Rəsulullah isə indi aramızda olmadığına görə, Onun Sünnəsi, səhih hədisləri bizim üçün hakim olmalıdır. Uca Allah bu haqda belə
buyurur: “Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun
ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim

327. Maidə, 5/6.

121

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

(münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar .” 328 Ayədə
Uca Allah “səni hakim (münsif) təyin etməyincə” buyurmaqla
Rəsulullahın hakim olduğunu bəyan edir. Bu təqdirdə hakim kim
olmalıdır? Sənin “müəllimin”, yoxsa Rəsulullah? Və yaxud kimin
Kitabına müraciət edək? “Müəlliminin” yoxsa Rəsulullahın?
“Quran müsəlmanı”: Təbii ki, Rəsulullaha nazil olan Kitaba
müraciət etməliyik.
- O indi aramızda olmadığına görə, Sünnəsinə müraciət etmək məcburiyyətindəyik.
- Xeyir! Quran bizə kafidir. Həzrət Peyğəmbərin vəzifəsi də
Quranı təbliğ etmək idi. O, vəzifəsini yerinə yetirib aramızdan ayrılıb. Quranda Rəsulullaha itaəti əmr edən ayələrdə əslində Qurana itaət etmək nəzərdə tutulur.
- Bunu nəyə əsasən deyirsən?
- Qurana əsasən.
- Ancaq Qurandakı bu ayə sənin dediyini təkzib edir. Üstəlik
müsəlmanların müraciət edəcəyi iki mənbənin olduğunu bildirir:
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən
olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha
xeyirli və nəticə etibarilə daha yaxşıdır .” 329 Ayədəki
/ İtaət edin” mənasındakı əmr feli iki dəfə işlənmişdir. İkinci felin
əvvəlindəki “və” bağlayıcısı isə birinci feilə aiddir. “Və” bağlayıcısı
eynilik bildirir. Bu isə o deməkdir ki, iki müstəqil dəlil var ki, bunlardan biri Quran, digəri də Sünnədir. Ayədəki “Allaha itaət edin”
ifadəsi ilə Quran, “Rəsuluna itaət edin” ifadəsi ilə Sünnə nəzərdə
tutulmuşdur.

122

328. Nisa, 4/65.
329. Nisa, 4/59.

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

- Açığı mənim oxuduğum məallarda bu cür izahlara rast gəlməmişəm. Bu məsələni də müəllimimdən soruşacam.
- Rəbbimiz “əgər bir iş barəsində mübahisə etsəniz, onu Allaha və Peyğəmbərə həvalə edin!” buyurmaqla açıq-aşkar “Quran
və Sünnəyə müraciət edin” - deyir. Sən isə, “müəllimimə soruşacam” - deyirsən. “Müəlliminin” dediklərini də “Quran müsəlmanlığı” adlandırırsan. Təzadlar labirintindəsən.
- Yaxşı sən deyən olsun. “Müəllimimə” soruşmayacam. Dəstəmaz alarkən nə üçün ağıza və buruna su aldığımızı Qurana uyğun
şəkildə mənə izah edə bilərsən?
- İcazənlə bir sual verim sonra izah edəcəm. Quranın Allah və
Rəsuluna yəni Quran və Sünnəyə itaəti əmr etdiyini, Peyğəmbərin
vəzifəsinin Quranı açıqlamaq olduğunu qəbul edirsən?
- Ayələri qəbul edirəm. Ancaq cavabsız suallarım var. Nə
deyəcəyimi bilmirəm.
- Suallarını soruşa bilərsən.
- İnşallah sonra soruşaram. Mövzuya qayıdaq.
- Yaxşı, mövzumuza davam edək. Bütün mövzularda olduğu
kimi dəstəmazın necə alındığını Quranın müfəssiri Rəsulullahdan
öyrənməliyik. Quranda izahı olmayan məsələlərdə Onun Sünnəsinə müraciət etməliyik. Hədis kitablarında Rəsulullahın necə
dəstəmaz aldığı ətraflı bildirilmişdir. Bildirilir ki, Rəsulullah dəstəmaz alarkən ağzını və burnunu su ilə üç dəfə təmizləyərdi. 330 Bir
qrup insan Zeyd ibn Asim əl-Ənsaridən Rəsulullah kimi dəstəmaz
almasını istədi. O, “bir qab su gətirin” - dedi. Su gətirdilər. Əllərini
üç dəfə yuyandan sonra, ağzını və burnunu üç dəfə su ilə təmizlədi. 331 Yəni səhabələr Rəsulullahın yanında olan, dini hökmləri
birbaşa Ondan öyrənən insanlardır. Onlar Rəsulullahdan öyrəndiyi şəkildə dəstəmaz alırdılar. Zeyd də məhz Rəsululahdan öyrəndiyi şəkildə dəstəmaz almış, ağzını və burnunu üç dəfə su ilə

330. Əbu Davud, Hədis No: 121.
331. Müslim, Təharət, 7.

123

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

təmizləmişdir. 332 Çünki səhabələr bilirdilər ki, Quranda Allah və
Rəsuluna mütləq itaət əmr olunmuşdur. Onlar da bu əmrə tabe
olurdular. Quranda alarkən ağızı və burnu su ilə yumaq haqqında
ayə yoxdur. Onda belə çıxır ki, Rəsulullah “uydurulan dindəki”
kimi dəstəmaz alırdı?
Namazda “Sübhanəkə” duasını niyə oxuyursan?
“Quran müsəlmanı”: İcazənlə başqa mövzuya keçək.
Elm tələbəsi: Yaxşı, sən deyən olsun. Namaza başlayanda
“sübhanəkə” duasını oxuyursan?
- Bəli.
- Namazda “sübhanəkə” duasını oxumağa dair bir ayə göstərə
bilərsən?
- İndi ağlıma gəlmir.
- Təbii ki, gəlməz. Çünki belə bir ayə yoxdur.
- Bəs niyə oxuyursan?
- Allahın Quranı izah etmək səlahiyyətini Rəsuluna verib. Allahın Rəsulu namazlarında “sübhanəkə” duasını oxuyub. Mən də
buna görə, namazda “sübhanəkə” duasını oxuyuram. 333
Namazda “Fatihə” surəsini oxumaq haqqında ayə var?
Elm tələbəsi: Namazın bütün rükətlərində “Fatihə” surəsini
oxuyursan?
“Quran müsəlmanı”: Bəli oxuyuram.
- Niyə başqa surə yox, ancaq “Fatihə” surəsini oxuyursan?
Namazda “Fatihə” surəsini oxumaq haqqında ayə var?
- Xatırlamıram.
- Xatırlaya bilməzsən. Çünki belə bir ayə yoxdur.

124

332. İbn Hibban, Səhih, Hədis No: 1056.
333. Tirmizi, Hədis No: 243; Əbu Davud, Hədis No: 776.

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

- Bəs niyə namazda “Fatihə” surəsini oxuyuruq?
- Bu sualı sən özünə soruşmalısan. Eybi yox, mən cavab
verərəm. Çünki Rəsulullah bir hədisində belə buyurmuşdur: “Fatihə oxumayanın namazı sayılmır”. 334 Hənəfilərə görə, bu hədisin
dəlaləti qəti, vürudu isə qəti deyil. Bu səbəbdən hənəfilərə görə,
namazda “Fatihə” surəsini oxumaq vacibdir. Yəni hənəfilər bu
hədisi “Fatihə oxumayanın namazı kamil olmaz” şəklində izah etmişlər. Şafeilər isə, bu hədisi “Fatihə oxumayanın namazı batildir”
şəklində şərh etmişlər. Qısacası hənəfilərə görə, namazda “Fatihə” oxumaq vacib, şafeilərə görə isə fərzdir.
- Dediklərini heç düşünməmişdim.
- “Quran müsəlmanlarının” məqsədi də sənin düşünməyinə
mane olmaqdır. Sən düşünməyəsən deyə, səni alimlərdən uzaqlaşdırmışlar. Nəticədə yerli orientalistlərin dedikləri ilə oturub-durmaq məcburiyyətində qalmısan. Onlar da sənə Sünnəni inkar etməkdən başqa heç nə öyrətməyiblər.
Namazda “Tahiyyat” duasını nə üçün oxuduğumu da
bilmirəm.
“Quran müsəlmanı”: Söhbətə davam edək?
Elm tələbəsi: Bəli. Namazda “təhiyyat” duasını oxuyursan?
- Əlbəttə oxuyuram.
- Quranda bu barədə ayə var?
- Yəqin ki, yoxdur.
- Yaxşı, “Quran bize kafidir. Quranda hər şey yazılıb”, - deyirsən. Bəs niyə Quranda olmayan duaları namazda oxuyursan?
- Heç özüm də bilmirəm.
- Nə üçün başqa dua yox, məhz “Təhiyyat” duasını oxuyursan?

334. Müslim, Salət, 11.

125

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

- Bilmirəm.
- Rəsulullah səhabələrinə belə demişdir: “Namazda oturanda
“ət-Təhiyyatunu” oxuyun ”. 335 Biz də buna görə, namazda “Təhiyyat” duasını oxuyuruq.
Yeddi şavt bir tavaf sayılır. Bu haqda ayə var?
Elm tələbəsi: Həccdə olmusan?
“Quran müsəlmanı”: Bəli.
- Təvafa 336 haradan başlamısan?
- Həcərul-Əsvəddən.
- Hamı ordan başlayırdı?
- Bəli.
- Təvafın ilk üç şavtında “rəməl ” 337 etdin?
- Bəli.
- Yaxşı. Niyə tavafa Rüknü-Yəmanidən yox, Həcərul-Əsvəddən başladın? Hər ikisi Kəbənin yanında deyil? Niyə ilk üç şavtda
“rəməl” etdin, digər dörd şavtda normal yeridin? Bunlarla əlaqəli
ayə göstərə bilərsən?
- Sən de. Mən bilmirəm. Artıq hər şeydən şübhələnirəm. Sən
demə, bizə “Quran müsəlmanlığı” adı altında öyrədilənlər yalan
imiş. Öyrədənlərin məqsədi də dini əhya etmək (canlandırmaq,
yaşatmaq) yox, təhrif etmək imiş. “Quran müsəlmanlığı” hərəkatı əslində İslamı təhrif hərəkatıdır. Bizi necə də aldadıblar. Sən

335. Müslim, Salət, 16.
336. Təvaf Kəbənin “Həcərul-Əsvəd” olan küncündən və ya eyni sıradan başlayaraq saat əqrəbinin əksi istiqamətində Kəbənin ətrafında
yeddi dəfə dönməkdir. Hər dövrəyə “şavt” deyilir və 7 şavt bir təvaf
sayılır.
337. “Rəməl” etmək təvafda qısa addımlarla və çiyinləri hərəkət etdirərək tez-tez qaçmaqdır. Təvafm ilk üç şavtında “rəməl” etmək
sünnədir.

126

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

demə, bütün məsələlərdə inkar etdiyimiz Sünnəyə uyğun hərəkət
edirmişik. Bizə Sünnə düşmənçiliyini öyrədiblər. Halbuki ibadətlərimizin hamısı Sünnəyə əsaslanır.
Məni hidayətə qovuşduran Allaha həmd olsun.
“Quran müsəlmanı”: Yuxarıdakı sualın cavabını demədin.
Elm tələbəsi: Allah Rəsulu təvafa Həcərul-Əsvəddən başlamış və hər təvaf üçün Kəbənin ətrafında üç dəfə “rəməl” etmiş,
dördüncüdə də normal yeriyərək yeddi dəfə təvaf etmişdir . 338
- Deməli, bizi “Quran müsəlmanlığı”, “endirilən din” adları ilə
aldadıblar. Rəsulullaha düşmənçiliyə “İslam” donu geyindiriblər.
Əmrlərinə tabe olacağımız Peyğəmbəri unudaraq, arzu və istəklərimizə uyğun öndərlər seçmişik. Üstəlik utanmadan buna “həqiqi
din” adı vermişik. Vay bizim halımıza! Bütün ibadətlərimizi Sünnəyə uyğun etdiyimiz halda, Sünnəni inkar etmiş, Sünnəsiz İslamı
müdafiə etmişik. Arzu və istəklərimizə “endirilən din”, Rəsulullahın Sünnəsinə isə, “uydurulan din” demiş, özümüzü “ilah” yerinə
qoymuşuq. Şeytanın ən böyük tələsinə düşmüşük. Məni hidayətə
qovuşduran Allaha həmd olsun!

338. Malik, Mııvatta, Hədis No: 1341; Əhməd ibn Hənbəl, Müsnəd, Hədis No: 13918.

127

MUNDƏRICAT

Sünnəyə Uydurulmuş Din Deyən
“Hədis İnkarçılığı” Kimin Layihəsidir?.9
Rəvayət Sistemi.12
Kilsənin Ən Son Və Ən Təhlükəli Oyunu:
Sünnəni Rədd Edən “Quranilər Firqəsi”.17
Qurtar Məni Nurəddin!.18
Kilsənin Baş Aktyorları: Quranilər Firqəsi.20
Parçala Və Hökmranlıq Et.21
Ziddiyyətlər Topluluğu: Quran Müsəlmanlığı.21
Quraniyyun Firqəsinin İddiaları və Həqiqətlər.23
S.ə Qədər Sünnədən Xəbərsiz İdi?.38
Buxaridən Əvvəl Tədvin Edilən Əsərlər.39
Hz. Əbu Bəkir Hədisləri Yandırıbmı?.40
Mehdi Gələcəkmi?.45
“Goldziher’İn Təsiri və Mehdinin İnkarı.45
Lüğətdə Mehdi.46
30 Səhabənin Rəvayəti İlə Mehdi.47
Mehdinin Xüsusiyyətləri.48

128









Alimlərin Görüşü.48
Mehdi Niyə Qurani-Kərimdə Yoxdur?.49
Niyə Buxari Mehdidən Bəhs Etmir.50
İbn Macə Hədisi.51
Nəticə.52
Qərbin Ağıl Ocağında Buxarlanan Həqiqət: Nüzulu-İsa 53
İsanın Həyatı.54
Ən İffətli Qadına Ən İffətsiz İsnad.56
İfrat və Təfrit Arasındakı Həqiqət: İsa Qul Və Rəsuldur ....57
Dəvətə Həsr Edilən Ömür.57
Rabi Bin Ənəsə Görə.61
Vəhb Bin Munəbbihin Təfsiri.62
Yaxın Dövr Təfsirçilərinə Görə.63
Hz. İsanın Səmaya Yüksəldilməsi (Raf).64
Rəşid Rzanın Görüşü İbn Abbasa İstinad Edirmi?.66
“Raf” Kəlməsinin Təhlili.67
Nüzul.69
İsa Qurana Görə Hökm Edəcək.72
Nüzul İlə Əlaqədar Hədislər.73
İcma.74
Risalətin Böyük Şahidi -“Ümmilik”.77
Elm.77
Peyğəmbərlər Və Elm.78
Peyğəmbərlər Və Dil.79

129













Dilin İnkişafı.80
“Ümmi”.81
“Ümmi” Və “Cahilin” Fərqi.82
Quranda “Ümmi”.82
Ərəblər Və “Ümmilik”.83
Rəsulullah Və “Ümmilik”.q84
Yəhudilər Və “Ümmilik”.86
Rəsulullahın “Ümmi” Olduğunu Göstərən Dəlillər.86
Ayələr.86
Hədislər.88
Səhabələrin Şahidliyi.90
Tarixi Dəlillər.91
Əqli Dəlillər.93
Hikməti.94
Rəsulullahın “Ümmi” Olmadığını İddia Edənlərin Dəlili ....95
Nəticə.96
“Məalçılar” Heç Quran Oxuyurmu?.99
“Mühasirə”.99
“Quranilərin” Möcüzə Anlayışı.99
Möcüzələr.100
Quranın Ecaz Xəritəsi.100
Digər Möcüzələr.102
Möcüzə Möminlər Üçün Nədir?.102
Möcüzə İlə Əlaqəli Əsərlər.103
You have read 1 text from Azerbaijani literature.
  • Parts
  • Peyğəmbərsiz Din Layihəsi - 1
    Total number of words is 3527
    Total number of unique words is 1698
    27.0 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    46.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 2
    Total number of words is 3488
    Total number of unique words is 1583
    28.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    44.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 3
    Total number of words is 3514
    Total number of unique words is 1650
    25.4 of words are in the 2000 most common words
    35.4 of words are in the 5000 most common words
    42.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 4
    Total number of words is 3568
    Total number of unique words is 1570
    28.0 of words are in the 2000 most common words
    38.5 of words are in the 5000 most common words
    44.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 5
    Total number of words is 3495
    Total number of unique words is 1578
    29.0 of words are in the 2000 most common words
    41.1 of words are in the 5000 most common words
    47.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 6
    Total number of words is 3440
    Total number of unique words is 1594
    29.2 of words are in the 2000 most common words
    41.2 of words are in the 5000 most common words
    46.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 7
    Total number of words is 3374
    Total number of unique words is 1498
    28.8 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    44.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 8
    Total number of words is 1972
    Total number of unique words is 900
    35.6 of words are in the 2000 most common words
    47.5 of words are in the 5000 most common words
    54.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.