Latin

Peyğəmbərsiz Din Layihəsi - 1

Total number of words is 3527
Total number of unique words is 1698
27.0 of words are in the 2000 most common words
39.3 of words are in the 5000 most common words
46.4 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.

PEYĞƏMBƏRSİZ
DİN LAYİHƏSİ

İhsan SENOCAK
r


On söz

İslama qarşı cəbhə alanlar, Qurani-Kərimin qlobal gücləri təhdid edən, dirildən, hökm edən xüsusiyyətini yanlış təvillərlə yox
etmək üçün, Quranın izahı mahiyyətində olan Allah Rəsulunun
(s.a.s) Sünnəsini aradan qaldırmaq adına ciddi şəkildə səy göstərməkdədirlər. Bu fəaliyyətə «Quran müsəlmanlığı» adını verərək
müsəlmanları bu mübarizəyə qatmağı, xaricdən olduğu kimi, içəridən də İslamı vurmağı hədəfləyirlər. Fərqli aspektlərdən Sünnəyə
yönəldilən tənqidlərlə, Qurani-Kərimin Sünnəylə olan bağı qoparılmaqdadır. Beləcə hər kəsin Qurani-Kərimi öz həva və istəklərinə görə anlamasına zəmin hazırlanır.
Orientalizm 1 İslamla birbaşa mübarizə edərək irəliləmədiyini
gördükdə, Sünnəni rədd edərək İslamı yox etməyə çalışırlar. Birbaşa Allah Rəsulunu (s.a.s) tənqid etməklə, müsəlmanların nifrətini öz üzərlərinə çəkəcəklərini bildikləri üçün, səhih hədisləri Allah
Rəsulunun hüququnu qoruyurmuş kimi göstətərək, rədd edirlər.
Allah-Təalanın Qurani-Kərimi Peyğəmbərimizə nazil etməsi,
əslində Peyğəmbərimiz vasitəsilə bu kitabın insanlara izah olunması həqiqətini də özündə daşımaqdadır. “Bəyan” vəzifəsinin Allah
Rəsuluna verilməsi, Qurani-Kərimin də açıqlanmağa möhtac olduğu həqiqətini ehtiva edir. Quranla Sünnənin “Bəyan münasibəti”
məzmununda zikr edilməsi, biri kimi digərinin də ilahi qoruma
altında olduğunu tələb edir. Ayədə keçən “zikr” sözü ümumi mə
1. Orientalizm-İslam mədəniyyətini öz lehinə araşdıran Qərbin bir layihəsidir.

5


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

nada ələ alındığında, Allahın qorunmasını vəd etdiyi risalət, ya da
İslam şəriəti olaraq aydın olur. Necə ki, Allah-Təalanın kafirlərin
xoşuna gəlməsə də tamamlayacağını vəd etdiyi “nurullah” tərkibi
“İslam şəriəti” mənasındadır. Hər nə qədər bəzi təfsirçilər ayədə
keçən “zikr” sözündən Qurani-Kərimi anlasa da, bu vəziyyət Allah
azzə və cəllənin Sünnəni qorumayacağı mənasına gəlmir. Çünki
Qurani-Kərimlə əməl edilməsi başa düşülməsinə, başa düşülməsi
də Sünnənin varlığına bağlı olduğuna görə Quranın “mübəyyini”
(açıqlaması) olan Sünnənin də, Quran kimi qorunması lazımdır.
Çünki bəyan edilənin qorunması, bəyan edənin doğru bir şəkildə
mühafizə edilməsinə bağlıdır. Qurani-Kərim ancaq Allahın istədiyi
şəkildə başa düşülərsə qorunmuş olar. Əks təqdirdə təhrif edilmiş
olur ki, heç bir şəkildə təhrif qorunma əhatəsinə girmir.
Qurani-Kərimin anlaşıla bilməsinin Sünnəyə olan ehtiyacını
yaxın planda müşahidə edən səhabələr Kitabın Sünnə tərəfindən
açıqlanan heç bir istiqamətinin bağlı qalmaması üçün Allah Rəsulunun (s.a.s) yeməyindən içməsinə, oyaq halından yuxusuna,
oturmasından qalxmasına kimi həyatının bütün incə nöqtələrini
rəvayət etdi. Necə ki, hədis məcmuaları Səhabənin heç bir detalı
keçmədən, Allah Rəsulundan sadir olan hər şeyi rəvayət etdiyi
hədislərlə doludur.
Qurani-Kərimin raviləri olan səhabələr, eyni zamanda Sünnənin də ravisi olma vəzifəsini boynuna götürmüş, bir-birilərini
sorğulayaraq səhabələrin ədalətilə əlaqəli bütün şübhələri aradan
qaldırmışlar. Çünki, başda Hz. Ömər (r.a) olmaqla Səhabənin hədis sorğulaması həmişə bəraətlə nəticələnmiş, həmçinin sonrakı
dövrlərdə ediləcək ittihamlar böhtan daxilində qiymətləndirilmişdir.
Allah Rəsulunun hədislərinə fikir vermədən, Sünnəyə baxmayaraq hökm verənlər, “Nə üçün belə edirsiniz?” sualı ilə qarşılaşdıqlarında öz arzu və istəklərinə uyğun gəlməyən hədislər
mütəvatir dərəcəsində belə olsa, uydurma olduqlarını iddia
edə bilirlər. Bu vəziyyətdə ağla belə bir sual gəlir: Sünnəni rədd
edənlər “Niyə səhabənin rəvayət etdiyi Sünnəni inkar edir də, onların nəql etdiyi Quranı qəbul edir? Onlar Qurani-Kərimi rəvayət

6

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

edərkən etibarlı, hədisləri nəql edərkənmi -əstağfirullah - xəyanət
içərisindədirlər?! Onların hər bir nassı mühafizə etmə metodu eyni
deyilmi? Qurani-Kərimi mühafizə edərkən müvəffəqiyyətli olanlar,
nə üçün Onun mübəyyini (açıqlaması) olan və qorunması özünün
mühafizəsinə bağlı olan Sünnəni, əzbərləmə nöqtəsində aciz qalsınlar?!
Qurani-Kərimin tarixi proses içərisində məruz qaldığı hücumların ən təhlükəlilərindən olan Sünnəni rədd edən hədis inkarçılığı,
bu gün gəldiyi nöqtə etibarilə Ümmətdən, O Ümməti var edən
İslam mirasından şübhə edər hala gəlmişdir. Məsələnin ciddiliyini
görüb elm üçün yollara düşən minlərlə tələbələrdən bir qardaşımız, dərsləri arasında bizim mövzu ilə əlaqəli yazılarımızın bir qismini Azərbaycan dilində, siz can qardaşlarımla görüşdürdü.
Səhabə zamanında İslamla tanış olan və əsrlərdir də elə qalan
Azərbaycana və oradakı insanlığın üz ağı olmağa namizəd gənc
qardaşlarıma sevgilərimi ərz edərkən, onlara bu əsərin çatması
üçün xeyli məşğul olan tələbə qardaşıma da təkrar sevgilərimi ərz
edirəm.
İhsan ŞENOCAQ

7


SUNNƏYƏ UYDURULMUŞ DIN DEYƏN
“HƏDİS İNKARÇILIĞI” KİMİN
LAYİHƏSİDİR?

Quranı ideologiyalarına əsas göstərmək istəyənlər, Quranın
ümumbəşəri olan hökmlərini fasid təvillərlə ortadan qaldırmağa
çalışırlar. Bunun üçün də Quranın açıqlayıcısı sayılan Allah Rəsulunun Sünnəsinə qarşı mübarizə aparır, Sünnəni ortadan qaldırmaq
üçün əllərindən gələni edirlər. Özlərinə «Quran müsəlmanlığı» adı
verərək etdikləri ilə özlərini sığortalamaq istəyirlər. İngilis layihəsi
olan və Hindistandakı müsəlmanlar arasında ortaya çıxan «Quraniyyun» hərəkatı də bənzər metodu təqib etmiş, Allah Rəsulunun
Ш «Əhlullah» olaraq xarakterizə etdiyi «Əhlul-Quranı öz məqsədləri istiqamətində istifadə edərək, özlərinə haqq qazandırmaq üçün
mötəbər terminlərdən istifadə edir, guya İslamı “əhya” etməyə çalışırlar. Orientalizmin müsəlmanlar tərəfindən rədd olunan iddiaları indi sapı özümüzdən olan baltalar tərəfindən yenidən qəbul etdirilməyə çalışılır. Onlar tərəfindən Sünnəyə yönəldilən tənqidlərlə
Qurani-Kərimin Sünnə ilə əlaqəsinin qoparılmağına cəhd edilir.
Sünnəni rədd edənlər, Peyğəmbərə qarşı çıxsalar dini “əhya” edə
bilməyəcəklərini anladıqlarına görə hədislərin səhih olmadığı və
ya cəmi bir neçə yüz səhih hədis olduğu iddiasını ortaya atmışlardır. Bu hərəkətləri ilə hədislərin geri qalanının uydurma olduğunu
deyərək özlərinə görə hədisləri niyə qəbul etmədiklərinin cavabını
verməyi qarşılarına “məqsəd” qoymuşlardır.

9

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Allah-Təala Qurani-Kərimi Peyğəmbərimizə onu izah etmək
üçün nazil etmişdir. Bu da məsələnin hansı məcrada ələ alınması
lazım olduğunu təyin edir. “Bəyan” vəzifəsinin Allah Rəsuluna Ш
verilməsi, Qurani-Kərimin onun tərəfindən izaha ehtiyacı olduğunu diqqətə çatdırır.
Sünnə Quranı açıqlayıcı mahiyyətdədir. Hər ikisi ilahi inayət
altındadır. 2
Ayədə keçən “zikr” sözü ümumi mənada götürüldükdə Allahın qorunmasını vəd etdiyi risalət, ya da İslam şəriəti olaraq
aydın olar. Necə ki Allah-Təalanın kafirlərin xoşuna gəlməsə
də, tamamlayacağını vəd etdiyi “nurullah” ifadəsi 3 «İslam şəriəti» mənasındadır. Bəzi təfsirçilər ayədə keçən «zikr» kəlməsinin
Qurani-Kərim mənasında işlədildiyini desə də Allahın Sünnəni
qorumayacağı mənasına gəlmir. Qurani-Kərimin Sünnəyə olan
ehtiyacını müşahidə edən səhabələr Quranı anlamaq üçün Allah
Rəsulunun Ш həyatını bütün detalları ilə nəql etmişlərdir. Necə ki,
hədis kitabları səhabələrin Allah Rəsulundan Ш sadir olan hər şeyi
rəvayət etdiyi hədislərlə doludur. 4 Quranın raviləri olan səhabələr
eyni zamanda Sünnənin də ravisi olmaq vəzifəsini boyunlarına götürmüş, bir-birilərini də sorğuluyaraq səhabənin ədaləti ilə əlaqəli
bütün şübhələri aradan qaldırmışlardır. Çünki başda Hz. Ömər
(r.a) olmaqla səhabənin hədis sorğulaması həmişə bəraətlə nəticələnmiş, beləcə də sonrakı dövrlərdə atılacaq ittihamlar böhtan
kimi qiymətləndirilmişdir. Allah Rəsulunun hədislərinə baxmadan
Sünnəyə rəğmən hökm verənlər “Niyə belə edirsiniz?” sualına
mütəvatir olan hədislərə uydurma deməklə kifayətlənirlər.
Bu vəziyyətdə ağıla belə bir sual gəlir: “Hədis inkarçılar”ı
“Niyə səhabənin rəvayət etdiyi Sünnəni inkar edir, lakin onların
nəql etdiyi Quranı qəbul edirlər? Onlar Qurani-Kərimi rəvayət
edərkən doğru, hədisləri nəql edərkən səhv yolda idilər? Onların

10

2 Hicr, 15/9.
3. Tövbə, 9/32.
4. İbn Saləh, Ulumul-Hədis; Təhqiq, Nurəddin İtr, 1981, s, 12.


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

hər biri nəssi mühafizə xüsusunda eyni deyilmi? Quranı mühafizə
edərkən müvəffəqiyyətli olanlar nə üçün onun mübəyyini olan və
qorunması özünün mühafizəsinə bağlı olan Sünnəni hifz etmək
nöqtəsində aciz qalsınlar?!

Səhabənin Sünnə həssaslığı
Allah Rəsulunun Ш hədislərini himayə edə bilmək üçün ilk
səfərləri səhabələr başlatmışdır. Cabir bin Abdullah bir hədisi öyrənmək üçün Mədinəyə bir aylıq məsafədə olan Şama Abdullah
bin Üneysin yanına getmişdir. İbn Həcər səhabələrin hədis öyrənməyə olan rəğbətinə Cabirin bu səfərini qiymətləndirirərkən belə
deyir: “Cabir b. Abdullahın Abdullah bin Üneysdən özünə rəvayət
edilən hədislə kifayətlənməyib onu şəxsən Abdullah bin Üneysdən dinləmək üçün Şama getməsi, səhabələrin ali isnada verdiyi
əhəmiyyəti göstərir. Bu nöqtədə Əbul-Aliyə də belə deyir: “Biz
Allah Rəsulunun Ш səhabələrindən nəql edilən hədisləri dinləyər,
buna razı olmayıb onların yanına gedər, şəxsən hədisi özlərindən
öyrənərdik. Fərdi olaraq və ya camaat halında hədisləri müzakirə
edər və bu şəkildə yadda saxlayardıq. 5 Əbu Hüreyrə də gecəni üç
hissəyə ayırar, üçdə birində namaz qılar, üçdə birində yatar, üçdə
birində də Allah Rəsulunun Ш hədislərini oxuyardı. 6 Səhabələr, tabeuna da hədisləri mühafizə etmək üçün öz aralarında “müzakirə"
etməyi təklif etmişdilər. Bu nöqtədə Ənəs b. Malik şagirdlərinə
belə deyərdi: “Biz Allah Rəsulunun Ш yanında hədisi eşidər, oradan ayrılandan sonra əzbərləyənə qədər təkrar edərdik”.
Necə ki, Ata b. Əbi Rəbah da İbn Abbasın mövzuyla əlaqəli
belə dediyini rəvayət edir: “Məndən bir hədis eşitdikdə onu aranızda müzakirə edin. 7 Səhabələrin hədis müzakirəsi və bu xüsusdakı
təlqinləri tabeun dövründə hədis halqalarının yayılmasına zəmin
5. İbn Həcər, Fəthul-Bəri, Darus-Səlam, Riyad, 2000, I, s, 210.
6. Bağdadı, əl-Camili-Əhləqir-Raui və Ədəbis-Səmi, Məktəbətul-Məarif, Ri
yad, 1989, II, s, 399.
7. Hakim, Müstədrək, İlim, H. No: 324.

11


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

hazırlamışdır. Sonrakı dövrlərdə isə hədislərin səhihini zəifindən
ayıran, sənəd-mətn təhlili edən mühəddislər gəldi. Allah-Təala bir
sövqi-ilahi ilə Qurani-Kərim kimi Sünnəni də mühafizə edəcək bir
nəslin yetişməsi üçün səbəblər xəlq etdi.

Ravayət sistemi
İnsan həyatının araşdırılmasının haram olmasına 8 baxmayaraq mühəddislər rəvayət sistemi içərisində iştirak edən hər bir ravinin həyatını ətraflı araşdırmış və bu məzmunda təxminən beş yüz
min insan haqqında məlumat vermişlər. Bir halqada hədis rəvayət
edilərkən bu sahəyə bələd olanlar rəvayət zəncirindəki raviləri
tanıyar, dərhal hamısı haqqında hökm verə bilirdilər. Müctəhid
imamların ictihad halqalarında da mühəddislər olurdu. Səhabələrin hədislər mövzusundakı həssaslığı, bir rəvayəti nəql edərkən
“Kəənni ənzuru alə Rasulilləhi” (Sanki indi Allah Rəsuluna Ш baxıram) şəklindəki hadisəyə vaqif olduqlarını bildirən sözləri, bu sahədə böyük bir ciddiyyət olduğunu göstərir. Çünki Qurani-Kərim bir
çox ayəsində Allah Rəsuluna Ш tabe olmağı əmr etməkdədir. Allah-Təalanın qorunmayacaq bir Sünnəyə tabe olmağa çağırması,
sonra da xurafatlarla əməl edənlərdən bunun hesabını soruşması
Onun ədalətinə sığmaz. Hansı müsəlman Allah-Təalaya belə bir
şeyi isnad edə bilər? Bu vəziyyətdə Allah Rəsuluna Ш itaət etməyi
əmr edən hər ayə Sünnənin qorunmuş olduğunu da elan edir. Qurani-Kərimdə ən çox vurğulanan təlimatlardan biri də Allah Rəsuluna Ш itaətdir. Bir çox surədə bu nüansı ehtiva edən ayələr vardır.
Bir qrup insan, “Ey Muhəmməd! Biz Rəbbimizi sevirik” dedikdə; 9
Allah-Təala “Peyğəmbərə itaət” olmayan mücərrəd bir sevginin
etibarsız olduğunu bəyan edərək buyurmuşdur: “(Ya Rəsulum)
De ki: “Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, qarşılığında Allah da sizi sevsin və günahlarınızı bağışlasın ”. 10
8. Hucurat, 49/1.
9. Əbdül-Mehdi Əbdül-Qadir, əl-Mədhal ilas-Sünnə, Darul İtisam, Qahirə,
1998, s, 79.
10. Ali-İmran, 3/31.

12

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Allah Rəsuluna tabe olmaq və Onu sevmək ilahi sevgiyə, Ona
qarşı gəlmək isə əzaba məzhər olmaqdır.
İnsanların ilahi mərhəmətə nail olmaları kimi, cənnətə girmələri də Allaha itaətlə yanaşı Allah Rəsuluna Ш itaətə bağlanmışdır. 11 Allah Rəsuluna Ш itaəti əmr edən hər ayədən sonra bu
həqiqəti təkrar etməliyik. Onlar Sünnənin Quran kimi qorunacağı
vədinin olmadığını iddia edirlər. Əgər belədirsə, bu gün aramızda
Sünnəsi yaşayan Peyğəmbərə necə itaət ediləcəyi haqqında fasid
təvillərə müraciət etmədən cavab versinlər. Quranda eyni ayədə
Allaha itaətdən sonra Rəsuluna itaət əmr olunur. Bu da o deməkdir ki, peyğəmbərin təbliğ elədiyi Quran kimi, onun gətirdiyi Sünnə də əhəmiyyətlidir. Yəni Qurana tabe olunduğu kimi Sünnəyə
də tabe olunmalıdır.
Madam ki, Allah Rəsulu Ш Rəbbindən aldıqlarını təbliğ etmişdir, o halda gətirdiyi də, bildirdiyi də Rəbbini razı edəcək həqiqətlər olmuşdur. Bu da Allah Rəsuluna Ш itaət etməyin Allaha itaət
etmək səviyyəsində olduğunun sübutudur.
Çünki Quranda “Kim Rasula itaət etsə, şübhəsiz ki, Allaha itaət etmiş olur ” 12 buyurulur. İslam, Allah Rəsulunun Ш
sünnəsi ilə kamil olduğundan müsəlmanlar aralarında hökm etmək üçün Allaha və Rəsuluna çağırıldıqda “Eşitdik və itaət etdik”
deyərlər. 13 Allah-Təala Sünnəyə tabe olmağın qaçınılmaz olduğunu müsəlmanlara öyrətmək üçün həqiqətdə hökm Ona aid olduğu
halda 14 sözündəki əvəzliyi “təsniyə” yerinə “müfrəd”
olaraq zikr edərək Allah Rəsulunun Ш yalnız başına hökm edəcəyinə işarə etmişdir. Necə ki alimlər Sünnənin Quranın mücməlini
açıqlayan, mütləqini təqyid edən, ümumiyyətlə, ifadə edən nizamını təsis edən istiqaməti yanında hökmü Qurani-Kərimdə bəyan
edilməyən mövzularda müstəqil olaraq hökm qoyan bir qaynaq
olduğunu ifadə etmişlərdir.

11. Ali-İmran, 3/132; Nisa, 4/13.
12. Nisa, 4/80.
13. Nur, 24/51.
14. Nur , 24/51.

13

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Namazların hansı vaxtlarda, neçə rükət və necə qılınacağı,
hansı rükunlarda nələrin oxunacağı (rüku və səcdə xaric), orucun
necə tutulacağı, zəkatın hansı mallardan və nə qədər veriləcəyi,
həccin necə ediləcəyi kimi xüsuslar Quranda olmadığından Allah
Rəsulunun Ш Sünnəsi ilə bəyan edilmişdir. Fiqh kitablarındakı
müddəaların əksəriyyəti hədislərə əsaslanır. Sünnədə eyni zamanda Qurani-Kərimdə olmayan bir çox məsələnin hökmü bildirilmişdir. Qadınların aybaşı hallarında ibadət etməli olduqlarını
müdafiə edənlərin az qala hamısının “Quran müsəlmanı’’ olması
əslində nə üçün Sünnəni inkar etdiklərinin də cavabıdır. Sünnəyə
baxmayaraq din adından fitva verənlərin, günahsız bir Peyğəmbərin Sünnəsininin əhəmiyyətli bir qismini Qurana zidd saymağı,
özlərinə təqsirsizlik isnad etmələri mənasına gəlir. Günahkarların
hökm qoyduğu bir zamanda günahsız bir Peyğəmbərin müstəqil
olaraq hökm verməsindən nə üçün narahat olurlar? Allah Rəsuluna Ш müxalifət etməyi qadağan edən ayələr də Peyğəmbər olmadan İslamdan bəhs etməyin dünyada pozğunluğa, axirətdə isə
cəhənnəmə girməyə səbəb olduğunu ifadə etməkdədir. “Allah və
Rəsulu bir məsələdə hökm verdiyində inanmış bir kişi və
qadın üçün o məsələni öz istəklərinə görə seçmək haqqı
yoxdur. Hər kim Allah və Rəsuluna qarşı gələrsə, açıq-aşkar bir azğınlığa düşmüşdür ”. 15 Quranı insanın istəklərinə
uyğun anlamaq üçün “Sünnəni kənara “atmaq” lazımdır” düşüncəsinə şərait yaratmamaq üçün Rəsulullaha üsyan sapıqlıq kimi
qiymətləndirilmiş, ona üsyan da Allaha üsyan olaraq bildirilmişdir.
İxtilaf edilən bir mövzu barədə Allah Rəsulunu Ш rəhbər götürməyənlərin müsəlman olaraq qəbul edilə bilməyəcəyi bildirilir. 16
Allaha, Rəsuluna və müsəlman idarəçilərə itaət etməyi, mübahisəni isə mövzunu Allaha və Rəsuluna ərz edərək ilahi ya da nəbəvi
göstərişlərə görə həll etməyi əmr edən ayədə 17 də keçən jüijl
- dan məqsəd Allahın Kitabı; sb~"^'İ -dən rnəqsəd isə Allah Rəsulunun Ш Sünnəsidir. 18 Bundan əlavə ayə
15. Əhzab, 33/36.
16. Nisa, 4/65.
17. Nisa, 4/59.
18. İbn Əbdilbərr, Camiu Bəyənil-İlm, Dar İbnul Cövzi, 1994, I, s, 765.

14

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

sindəki felinin “Allah” və “Rəsul” kəlmələrindən əvvəl qeyd
edilməsi, buna müqabil “ulul-əmr”dən əvvəl gəlməməsi, Allah Rəsuluna Quranı təbliğ xaricindəki xüsuslarda itaət edilməli olduğuna
işarədir.
Necə ki “ulul-əmr”-dən əvvəl hərəkənin hazf edilməsi
və «Rəsuli» sözü üzərinə ətf edilməsi, idarəçilərin müstəqil olaraq
itaət edilən olmadıqlarını və buna görə də onlara itaətin ancaq
Peyğəmbərə tabe olmaq şərti ilə doğru olacağını isbat edir. 19 Allah Rəsulunun Ш Sünnəsinin “vəhy” 20 olduğunu bəyan edən Qurani-Kərim ona itaətdən üz çevirməyi də küfr olaraq xarakterizə
edir. Qurani-Kərim bir çox ayədə Allah Rəsuluna Ш tabe olmağı
əmr edir, ona müxalifəti «küfr» olaraq xarakterizə etməklə qulların
ilahi məhəbbətə vasil ola bilmələrinin yolunun da Peyğəmbərimizə
tabe olmaq olduğunu bəyan edir. Bu gün Allah Rəsulu Ш aramızda yoxdur ancaq Quranın ayələri bütün zaman və məkanları
əhatə edir. Buna görə insanlar Allah Rəsuluna Ш itaət əmrini,
onun Sünnəsinə əməl edərək yerinə yetirməlidir. Qurani-Kərimin
Sünnə işığında başa düşülməsini “uydurulan din” olaraq görüb,
Sünnənin Qurani-Kərim kimi qorunduğu həqiqətini rədd edənlər
bu hallarıyla Allahın, Rəsuluna itaəti əmr edən ayələrini və müsəlmanların səhih olmağında ixtilaf etmədiyi hədisləri “xurafat” adlandırmaqdadırlar. Quran tarixi olmadığına və hər bir ayə zaman
və məkan üstü həqiqətləri ehtiva etdiyinə görə Allah Rəsulu Ш
aramızda olmadığı halda bu qədər ayə ümməti Peyğəmbərə itaət
etməyə çağırdığına əksinə bir halın “küfr” olduğu icma ilə bilindiyinə görə “Rəsulə itaət edin” şəklindəki ayənin izahı odur ki, o da
Sünnənin tamamilə vəhy qəbul edilməsidir. Allah- Təala, Kitabının muradı ilahi çərçivəsində başa düşülməsini təmin üçün onun
açıqlayanı olan Rəsulunun Sünnəsini də mühafizə etmişdir. Əksi
əstağfirullah uydurulmuş hədislərə tabe olmağı əmr etdiyini iddia
etmək olar ki, bu da söyləyən üçün fəlakətdir

19. İbn Qayyim əl-Cəvziyyə, Ilamul-Muvəkkin, Darul Kutubil İlmiyyə, Bəyrut, 1996,1, s, 48.
20. Nəcm, 53/ 3-4.

15


KİLSƏNİN ƏN SON VƏ ƏN TƏHLÜKƏLİ
OYUNU: SÜNNƏNİ RƏDD EDƏN
“QURANİLƏR FİRQƏSİ”

Kilsə, tarix boyu Qurani-Kərimlə Allah Rəsuluna Ш iftira atmışdır. Onun şəxsinə dair yalanlar uydurmuş, sonra da o yalanları “həqiqət” niyyətinə əsrlərcə dərs kitablarında oxutmuşdur.
Peyğəmbərimizə “xəstə”, “yalançı peyğəmbər”, “dəccal” kimi
atılan böhtanlar kilsələrdə təbliğ olunmuşdur. İslam, doğrularıyla
məhkum; Qərb isə yalanlarıyla qəhrəman olmuşdur. “İstismarın
kəşf qolu» olan Orientalizm (Şərqşünaslıq) də eyni yalanlardan
bəslənmişdir. Buna görə Montgomery Watt tarixi proses içərisində heç bir böyük şəxsiyyət Hz. Muhəmmədin Qərbdə pisləndiyi
qədər pislənməmişdir, - demişdir. 21 Kilsənin Allah Rəsuluna Ш
dair uydurduğu yalanlarına aldanıb İslamla döyüşənlər fəthlərlə İslamın ədalətini görüncə həqiqətlə üzləşdi, müsəlman oldu. Dünya
daxilində həyata keçirilən missionerlik işlərinə baxmayaraq, heç
bir müsəlman İslamdan xristianlığa keçmədi. Lakin Misir, Suriya,
Anadolu başda olmaqla bir çox bölgədə insanlar səhabələri görən
kimi müsəlman olmuşlar. İslamın öz torpaqlarında yayılmağına
mane ola bilməyən Kilsə qeyri-əxlaqi hücumlarını həyatın demək
olar hər sahəsinə daşıdı; bu çərçivədə xüsusi insanlar yetişdirib
Mədinəyə göndərdiyi adamları vasitəsi ilə Allah Rəsulunun Ш nəəşini qaçırmaq üçün də cəhd etdi.

21. Montogomery Wat, Muhammad at Madina, Oxford Unverisity Press
Oxford, s, 324,1956.

17

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Qurtar məni Nurəddin!
Səlcuqlu Atabəyi Nurəddin Mahmud Zənginin qarşısında
məğlubiyyətə uğrayan xaçlılar, müsəlmanları mənəvi olaraq zəiflədə bilmək üçün Allah Rəsulunun mübarək bədənini məzarından
qaçırıb Avropaya aparmaq üçün iki adamı vəzifələndirdi.
Çox gözəl şəkildə ərəbcə bilən və məğribli paltarıyla Mədinəyə gedən bu iki şəxs orada Rövzeyi-Mutəhhərənin qiblə tərəfinə
yerləşdi; niyyətlərinə çata bilmək üçün həftələrcə müsəlman kimi
hərəkət etdilər. O qədər ki, Nurəddin Zəngi soruşduqda, mədinəlilər onlar haqqında: «Bunlar davamlı oruc tutar, beş vaxt namazı
Rövzədə qılar, Peyğəmbərimizin qəbirini ziyarət edər, hər səhər,
içində on min səhabə yatan Bəqi Qəbiristanına, hər şənbə də
Quba Məscidinə gedər və əsla heç bir dilənçini geri çevirməzlər”
dedilər.
Qıtlıq ilində etdikləri infaqlarla Mədinə əhlinin etibarını qazanan bu iki xristian, hər gecə evlərindən Allah Rəsulunun Ш qəbri-şərifinə doğru tunel qazmaqda, çıxan torpağı da üzərlərindən
heç çıxarmadıqları əbanın içində daşımaqda idilər. Tunelin, Allah
Rəsulunun qəbrinə yaxınlaşdığı günlərdə Nurəddin Zəngi təhəccüdü qılıb zikirləri etdikdən sonra istirahətə çəkilir. Yuxuya daldığı
əsnada yuxusunda Allah Rəsulu Ш zühur edib bu iki qumral adamı
göstərir və “Mənə kömək et, məni bu iki adamdan qurtar!”, - buyurur. Nurəddin Zəngi qorxuyla oyanır, dəstəmaz alır, namaz qılır,
təkrar yatır və eyni yuxunu görür. Oyanır, namaz qılır, yatır və
yuxunu üçüncü dəfə görüncə qalxır, “yuxum qaçdı” deyir. Gecə
vəziri Cəmaləddin Məvsilini adam göndərib çağırtdırır, yuxusunu ona danışır və fikrini soruşur. Vəzir də “Niyə dayanırsınız ki?
Mədineyi-Münəwərəyə hərəkət edin, gördüklərinizi də kimsəyə
danışmayın, Sultanım! - deyir. Nurəddin Zəngi gecə vaxtında yol
hazırlaşaraq, kimsəyə bildirmədən yanında vəziri, Mədinə xalqına
paylamaq üçün ərzaq və 20 süvariylə Şamdan Mədinəyə doğru
yola çıxır. 16 günə Mədinəyə çatır. Şəhərin xaricində qüsl alır,
sonra Ravzaya gedib namaz qılır, sonra da Allah Rəsulunun Ш
qəbrini ziyarət edir. İnsanların məsciddə toplandığı, onun da nə
edəcəyini bilməz bir halda oturduğu bir vaxtda vəzir Cəmaləddin
belə deyərək xalqa səslənir: «Sultan Peyğəmbərimizi ziyarətə gəl
18

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

di. Mədinə xalqına da sədəqə gətirdi. İndi bütün mədinəlilərin adlarının yazılı olduğu bir siyahı hazırlayın!”. Bununla vəzifəli olanlar
xalqın hamısının yazıldığı bir siyahı hazırlayaraq, onları bir yerdə topladılar. Siyahıda adı olanlar bir-bir Sultanın hüzuruna çıxır,
hədiyyəsini alıb gedirdilər. Bu vaxt Sultan hədiyyə almaq üçün
gələnlərin üzünə diqqətlə baxır, Allah Rəsulunun Ш yuxuda özünə
göstərdiyi o iki adamı axtarır, lakin tapa bilmirdi. Hədiyyə verdiklərini göndərir, digərlərinə diqqətlə baxır, lakin yenə də yuxudakı
kimi bir adama gözləri ilişmirdi. Nəhayət, hər kəs hədiyyəsini aldı,
siyahıda adı olanlardan kimsə qalmadı. Lakin hələ Sultan yuxusundakı iki adamı görə bilməmişdi. Bunun üzərinə ətrafda gözləyən
mədinəlilərdən “Sədəqə almayan kimsə qaldımı?” deyə soruşdu.
Onlar da, “Xeyr” dedilər. Sultan: “Yaxşıca düşünün!” - dedi. Bunun üzərinə, “Heç kimə bir şey etməyən Məğribli iki adam var.
Onlar da möhtaclara çox sədəqə verən saleh və zəngin insanlardır”, - dedilər. Sultan bunu eşidincə rahatladı. “O iki adamı dərhal
mənə gətirin” - deyə əmr etdi. Az sonra iki adam gətirildi. Məğriblilər Sultanın hüzuruna girəndə ortalığı dərin bir səssizlik bürüdü.
Nurəddin Zənginin qarşısında Allah Rəsulunun Ш işarə buyurub
“Məni bunlardan qurtar” - dediyi iki qumral adam dayanmışdı.
Sultan bunu bir müddət sonra bildi. Onlara haralı olduqlarını soruşdu. Onlar da “Məğribdənik; Həcc üçün gəldik və bu ili də Allah
Rəsulunun Ш yanında keçirmək istədik”, - dedilər. Bunun üzərinə
Sultan, “Mənə doğru söyləyin”, - deyə onları xəbərdar etdi. Onlar
isə israrla doğru söylədiklərini iddia etdilər. Sultan “Yaxşı eviniz
haradadır?”, - deyə soruşdu. Məscidin yaxınlığında bir ribatta qalırıq”, - dedilər. Sultan onların evinə getdi. Evdə hər şey normal
idi. Mədinəlilər də onların xeyir sahibi olduqlarına şəhadət edirdi.
Nurəddin Zəngi “Sübhənallah! Yuxuda gördüklərimdən bir şey
ortaya çıxmadı” - deyə zümzümə etdi. Evin içərisində gəzərkən
yerdə bir həsir gördü, əyilib qaldırdı. Elə bu vaxt Allah Rəsulunun
Ш qəbrinə doğru gedən bir tunel gördü.
Kilsənin bu iki vəzifəli şəxsi günahlarını etiraf edincə Nurəddin Zəngi onları edam etdirdi. 22 Qurani-Kərimlə Allah Rəsulunu Ш

22. Nurəddin bin Əli ibn Əhməd əs-Samhudi, Vəfaul-Vəfa bi Əxbari Da ril-Mustafa, Darul-Kutubil-İlmiyyə, Beyrut, 2/648-652.

19


Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

hədəf alan kilsə, mərkəzində Peyğəmbər olmayan bir dinin dağılacağını düşündüyündən hər vəsilə ilə oxları Allah Rəsuluna Ш çevirirdi. Lakin “Allah səni insanlardan qoruyacaq. Həqiqətən,
Allah kafir camaatı düz yola yönəltməz !” 23 ayəsi təcəlli etdi;
Peyğəmbərini yaşayarkən qoruyan Allah vəfatından sonra da onu
mühafizə etdi. Maddə planında hədəflərinə yaxınlaşdıqları anda
Nurəddin Zəngini vəsilə edərək onlara ölümü daddırdı. Nurəddin
Zəngi hadisənin bir daha təkrar olmaması üçün Allah Rəsulunun
Ш qəbri ətrafına dərin bir xəndək qazdırdı. Sonra da bu xəndəyə
əridilmiş qurğuşun tökdü; Kilsə işçilərinin açdığı tunel də bağlandı.
Mədinədə müsəlmanlar rahatladı; Allah Rəsulu Ш ilə Qurani-Kərim üzərindən intiqam almaq istəyən kilsənin payına isə matəm
düşdü.

Kilsənin baş aktyorları: Quranilər firqəsi
Hər fəaliyyətlərində yalanları və tələləri əlində qalan kilsə yenə də Qurani-Kərimlə hesablaşmaqdan geri qalmadı. Tarixi proses içərisində mübarizə üsulu dəyişdi, lakin kin, nifrət və sui-qəsd
həmişə eyni qaldı. Kilsədən mükafat alan Seyyid Əhməd xanın
zamanında XIX əsrin sonlarında Hindistanda ortaya çıxan və Sünnəni həyatdan tamamilə silib yalnız Qurani-Kərimi əsas alan Quraniyyun hərəkatı Quranla Peyğəmbər üzərindən intiqam almağa
cəhd edir. Hərəkatın sütununu meydana gətirən, buna görə də
qurucusu qəbul edilən Abdullah Çakraləvi Quranın başa düşülməsi və həyata tətbiq edilməsi nöqtəsində risalətin rolunu inkar
etdi. Başlanğıcda Quranilərin iki lideri var idi. Bunlardan Mühibbul-Haqq Əzimabadi Hindistanın şərqində; Çakraləvi isə Lahorda düşüncəsini yaymaqda idi. Əzimabadi zahirdə müsəlmanlara
müxalifət etmir; lakin bütün hökmləri Qurani-Kərimdən çıxarırdı.
Çakraləvi isə nə etmək istədiyini ilk illərdə izhar etdi. Adı “Əhluz-Zikri vəl-Quran” olan bir təriqət meydana gətirdi.
23. Maidə, 5/67.

20

Peyğəmbərsiz Din Layihəsi

İhsan ŞENOCAK

Parçala və hökmranlıq et
Hindistanda 1857-ci ildə başlayıb, 1858-ci ildə qarşısı alınan
qiyam ilə İngilislər ciddi mənada sarsılmış və etibarlarını itirmişdi. Müsəlmanların birləşib tək bir bayraq altında təkrar hücuma
keçmələrinin qarşısını almaq üçün Pakistan və Banqladeşi Hindistandan qoparmağın planını hazırlayan ingilislər, müsəlmanları bir-birindən qalın xəttlərlə ayıra bilmək üçün fərqli təriqətlərin
meydana gəlməsinə nail oldular. Əhli-Sünnə qarşısında tarix olan
məzhəblərə dair nə qədər xurafat varsa, hamısı arxivlərdən elm
məclislərinə çıxarıldı. Alimlər daxili qarşıdurmanın içinə çəkilərək,
yol göstərəcək mətnlər yazmaqdan məhrum edildi. “Bizə Quran
yetər!” - deyən Quraniyyun hərəkatı müsəlmanlar içərisində bir
bölünməyə səbəb olması cəhətilə ingilislərin “Parçala və hökmranlıq et” anlayışına xidmət etdi.
Hindistanda daimi olaraq qalmağı hədəf ləyən İngiltərə, Seyid
Əhməd Xan kimi ingilislərin mənfəətləri üçün dini vasitə etməkdən çəkinməyən insanlar tapmaqda çətinlik çəkmədi. İngilislər,
onların fikirlərinə xidmət edənlərə, maddi mənada kömək olduğu
kimi onların etibarını da yüksəltdi. Qulam Əhməd Qadiyani və
Çakralevi kimi adlar da ya birbaşa, ya da bilvasitə olaraq məşhurlaşdırıldı. Hansı ki bunların saylarının artması müsəlmanların
You have read 1 text from Azerbaijani literature.
Next - Peyğəmbərsiz Din Layihəsi - 2
  • Parts
  • Peyğəmbərsiz Din Layihəsi - 1
    Total number of words is 3527
    Total number of unique words is 1698
    27.0 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    46.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 2
    Total number of words is 3488
    Total number of unique words is 1583
    28.4 of words are in the 2000 most common words
    37.5 of words are in the 5000 most common words
    44.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 3
    Total number of words is 3514
    Total number of unique words is 1650
    25.4 of words are in the 2000 most common words
    35.4 of words are in the 5000 most common words
    42.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 4
    Total number of words is 3568
    Total number of unique words is 1570
    28.0 of words are in the 2000 most common words
    38.5 of words are in the 5000 most common words
    44.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 5
    Total number of words is 3495
    Total number of unique words is 1578
    29.0 of words are in the 2000 most common words
    41.1 of words are in the 5000 most common words
    47.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 6
    Total number of words is 3440
    Total number of unique words is 1594
    29.2 of words are in the 2000 most common words
    41.2 of words are in the 5000 most common words
    46.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 7
    Total number of words is 3374
    Total number of unique words is 1498
    28.8 of words are in the 2000 most common words
    39.3 of words are in the 5000 most common words
    44.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Peyğəmbərsiz Din Layihəsi - 8
    Total number of words is 1972
    Total number of unique words is 900
    35.6 of words are in the 2000 most common words
    47.5 of words are in the 5000 most common words
    54.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.