Latin

Qurani-Kərimin Təcvidi - 6

Total number of words is 3045
Total number of unique words is 1550
24.0 of words are in the 2000 most common words
34.5 of words are in the 5000 most common words
40.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
olar. Hərflərin əlifbadakı yazılış şəklinə Qurandakı yazılış şəklinin


106 QURANİ-KƏRİMİN TƏCVİDİ
əlavə edilməsi tələbənin Qurana başladığında çaşmaması üçün son
dərəcə faydalıdır.
Yenə əlifbada və Qurani-Kərimdə altmda iki nöqtəsi olan
tək bir hərfin olduğu və altmda üç nöqtə olan hərfin olmadığı
söylənildikdən sonra üstə keçilir, (altmda iki nöqtə olan tək hərf: (^)
Üstdə bir nöqtəsi olan hərflər təsbit edilir. Bunların şəkilləri də
bir-birinə bənzəmədiyinə görə əlifba əzbərləndiyi zaman bu hərflərə
öyrəşmək də asan olur. Üstdə iki nöqtəya keçilir. Bunlar (o) ilə (j)
dır. Aralarmdakı fərq (j) m başı vardır, demək surətilə göstərilir. Üç
nöqtəliyə keçilir. (^) ilə (ji.) in fərqləri (ji.) in üç dişinin olması, (^)
nin isə ya bir dişinin olması və ya heç olmamasıdır. Söylənilən bütün misallar yaxşıca başa salınır. Bu hərfləri belə öyrətməkdəkı fayda budur: Hərflərin bitişik yazıldığı kəlmələrdə öyrənən kimsəni
ən çox çaşdıran bu yeddi hərfdir j ji. ^ i^). Əlifbanın bu
şəkildə əzbərlədilməsi çaşmamaq üçün daha əlverişli bir yoldur və
bu təcrübə ilə sabitdir. Hərflər tam tanıdılıp əzbərlədildikdən sonra sıra harəkələrin hərflər üzərində tətbiqatma gəlir. Bu mərhələdə
tövsiyə edilən yön belədir: Aşağıda göstərdiyimiz kimi uzunca bir
çizgi cızılır. Bu xəttin üstünə üstün qoyulduğunda adı da yazılır. Bu
üstünün altına (Ə) yazılaraq "üstün, hərfə Ə səsi verdirir" deyərək
məlumat verilir. Digər hərəkələrdə də eyni metod tətbiq edilir.
_ÜSTÜN, ƏSRƏ, ÖTRƏ_
Ötrə (U) Üstün (Ə) -səsi ilə oxudur.
Əsrə (İ)-səsi ilə oxudur.
Bunlar tələbəyə həzm etdirildikdən sonra heca tatbiqatma keçilir və dən başlanır. (^) yazılır, bir az uzağına da (В) yazılır.
Bu (В) nin önünə (Ə) hərfi qoyularaq taləbəyə oxudulur. Sonra (^)
nin üstünə üstün qoyularaq o da oxudulur. BƏ = (ı.^) olur. Əsrə və





107

QURANİ-KƏRİMİ ÖYRƏTMƏ və ƏZBƏRLƏMƏDƏ BƏZİ MƏSƏLƏLƏR
ötrənin tatbiqatları da eyni şəkildə (^) və (cu) hərflərinə tətbiq edilir.
Fəqət (cu) dən sonra Azərbaycancadan istifadə edilmir. Bu hərəkə
tatbibatı ərəbcə hərflər üzərində həzm etdirilincəyə qədər davam
etdirilir. Kəlmə misalları ilə hərəkə tatbiqatı da hərəkəli hərflərin
tək başına və kəlmə olaraq oxunması ilə bitər. Bu bəhs edilən çalışma daima yazı taxtasından istifadə edilərək edilməlidir.
Hərəkənin tətbiq işini bitirdiktən sonra əlifbanın normal
səhifələrinə keçilir. Əgər tələbə hərfləri tam qavramadan, hərəkə
tətbiqatma alışmadan normal səhifə oxuyuşuna keçirilərsə həm
ona büyük bir çətinlik yüklənmiş olar, həm də öyrədən çox yorular.
Hərflər və hərəkələr öyrədilərkən düz üstünlü hərflərin uzadılaraq tələffüz edilməsindən şiddətlə uzaq durmaq lazımdır. Uzadılmayan hərflərin oxunması üçün lazım olan zaman "toyuğun bir
buğdanı yerdən aldığı qədər zamandır" deyilərsə çox qısa bir zamanda öyrəşilmiş olar.
E. QURAN OXUYARKƏN DODAQ TƏLİMİ
Dodaq təlimi deyilincə ağla (j ^ hərfləri ilə ötrə, işmam
və idğam gəlir. Dodaq təlimi Quran oxuma üsulundə müstəsna
bir yer işğal edir. Əvvəlcə sadəcə dodaq təlimi oxudan müəllimlər
var imiş. İndi isə Qurani-Kərimi normal oxuma qaydalarına görə
oxudanlar belə nadir tapılır. Bunu qətiyyətlə ifadə edək ki, dodaq
təlimi Quran oxumanın tamamlayıcı mühim bir qaydası olduğundan tərk edilməsi mümkün deyildir.
Dodaq təliminin nə olduğuna gəldiyimizdə, cəbr hərfidir;
eyni zamanda şiddət sifəti də olduğundan dodaqlar qüvvətlicə birbirinə qapanaraq oxunur, (ç) isə cəbr hərfi olmaqla birlikdə şiddət
sifəti olmadığından məxrəcinə orta qüvvətdə dayanır, dolayısıyla
dodaqlar xəfif qapanaraq ifadə edilir, (j) isə nə alt dodağı dişlərə



108 QURANİ-KƏRİMİN TƏCVİDİ
vuraraq nə də dodaqları heç bir-birinə dəydirmədən yalnız ağız
səsi ilə oxudulur, (j) sərçə (ən kiçik) barmağımızın ucunu tam ön
dişlərimizə vurduğumuzda dodaqlarımızın qalan qismini birbirinə xəfifcə dəydirərək ifadə edilir. Çünki "rixvə" hərfidir; yəni
yumuşaq hərfdir. Ötrənin tələffüzü əsnasında isə dodaqlar heç bir
təzyiq olmadan rahatlıqla tam irəli getməlidir.
Idğamlarda höküm müdğamün fihdədir. Əgər müdğamün fih
üstün və ya əsrə isə ötrənin tələffüzündən sonra dodaqlar dərhal
geriyə çəkilir.
Məsələn: {^\) dəki idğamda müdğamün fih olan ikinci mim
üstün olduğundan dodaqlar (.*) hərfinin ötrəsi söyləndikdən sonra
dərhal geri çəkilir və mimin tutulması da dodaqlar geridə ikən edi
^ j ^
lir. Bunun ziddi kəlməsidir. Burada dodaqlar cimi dal hərfinə
çarpar-çarpmaz dərhal irəli gedərlər. Iqlab və dodaq ixfasmda təlim
tətbiqatı eynilə burada olduğu kimidir.
Məsələn: (Ij^ U 35 ) dakı tutma dodaqlar geridə ikən edilir. Tutma
müddəti tamamlandıqdan sonra dodaqlar irəli verilərək ardından
(ı.j) nin ötrəsi tələffüz edilir, (оа^) tam bunun ziddidir. Yəni dodaqlar irəlidə ikən tutma edilir, geri çəkilincə ardından {^) tələffüz
edilir. p>) dəki hərəkət də eynilə (oiXJ) də olduğu kimidir. Bu hallara bu qədər diqqət göstərilməsinin səbəbi iqlab ilə ixfai-şəfəvinin,
idğamla qarışdırılmasmı əngəlləməkdir.
j - ^Ui-İ - j) kəlmələri və bunlara bənzəyən kəlmələrdə vəqf
edildiyində dodaqlar ötrə (işmam) halında ikən səs bitirilməlidir.
Əks təqdirdə yanlış olur.
Ayəti-cəlilələrin sonlarmda da əgər son hərfin əvvəli ötrə isə
eyni qayda tətbiq edilir, çünki "sakin əvvəlinə tabedir".


109

QURANİ-KƏRİMİ ÖYRƏTMƏ və ƏZBƏRLƏMƏDƏ BƏZİ MƏSƏLƏLƏR
Ғ. QURANİ-KƏRİM XƏTM EDİLƏRKƏN
SON SURƏLƏRDƏ İZLƏNİLƏN YOL
Zuhadan etibarən olan surələrə qısa surələr deyirik. Əvvəcə bu
məsələyə açıqlıq gətirək.
•Hücüratdan Burucun sonuna qədər olan surələrə "Tivalimüfəssəl",
•Tariqdən Beyyinənin sonuna qədər olanlara "Əvsətimüfəssəl",
• Zilzaldan sonrakılara da "Qisəri-müfəssəl" deyilir.
Xətm üsulu tətbiqatı Zuhanm sonundan başlayır. Bütün qiraət
imamları bu surələrin sonunda təkbir alırlar: (ylİ ди!) Son zamanlarda bəzi Quran oxuyucuları bu təkbiri qurban kəsmədə olduğu kimi
ikiləşdirirlər. Bunun məsnədi yoxdur. Xətm tətbiqatlarmda təkbir
bir kərədir. Cümhuru-qürranm sürməsi belədir. Təhlil İbn Kəsirin
vəchidir.
aili % ^1 'V
Təhmid isə bu imamın birinci ravisi Bəzzi (_*) nin rəvayətidir.
liiJl aİlj dili
Ixlasdan aşağı surələrdə Təhlil və təhmid ola bilsin ki. Sələfin
tatbiqatma görə təbərrükən edilir.
Bu nöqtədə bir xüsusun daha qeyd edilməsi lazımdır. QuraniKərim başdan sona xətm edilincə Ixlası mükərrər (təkrar) oxumaq
caiz deyildir. Çünki sıra ilə oxumaqda təkrar yoxdur. Xətm xaricində
savab məqsədilə (Yasin və Mülk surələri kimi) bəzi surələr oxunduğu zaman Ixlasla bitirmək məqsədyönlü görülə bilər. O zaman Ixlası üç kərə təkrar etməkdə bir xətm savabı olduğundan təkrarda bir
qüsur yoxdur. Ancaq sonlarında alman təkbirlər bir dəfə olmalıdır.


110 QURANİ-KƏRİMİN TƏCVİDİ
G. HİFZƏ ÇALIŞDIRMA METODU
Bu çalışma hifz öncəsi -əzbərə hazırlanma dövrü- və hifz zamanı olmaqla iki mərhələdə ələ alınmalıdır.
1. Hifzdən əvvəlki çalışma:
Qurani-Kərimi ilk öyrətməyə başladığımızda hərflərin məxrəc
və sifətlərinə riayət edərək əlifba üsuluna uyğun şəkildə öyrədilir.
Qurani-Kərimə keçildiyində Fatihə və normal olaraq oxudulur. Sonra IjyıS' ^jJI oj səhifəsinə keçilir. Birinci ayə oxudularkən oj
dəki tutma, ^^ЈЈ1 dəki i hərfinin yerindən oxudulması və məddinin
bir əlif olrnası, \јуб dakı j qalın, tlj— dəki məd ölçüsü, İ dəki
izhar, t dəki ixfa j qalın, cu ^ p dəki izharlar, Ј1; dəki ixfa j
incə, m dakı oy, ^ dəki vəqf, qisaca bunların hamısına lazım gələn
diqqət və əhəmiyyət göstərilməlidir.
Qurani-Kərimi yeni oxumağa başlayan bir insanın "görəsən bu
Quran necə oxunur?" sualına ən uyğun cavab bu ayədə tərif etdiyimiz şəkildə bir oxunuşun edilməsi olacaqdır. İlk dəfə eşitdiyi bu
tətbiqat psixoloji olaraq ona təsir edəcək, beləcə bir ayə üzərindəki
bu ilk tatbiqat bütün Quran oxunuşunda öz əksini tapacaqdır. Bu
ayə, bu qaydalar həzm edilincəyə qədər oxudulur. Bundan sonrakı
ayələrin oxunmasına mümkün olduğu qədər doğru və sürətli bir
şəkildə davam edilir. İki cüz qədər irəlilədikdən sonra hərflərin
sifətləri əzbəriədilir.
Oxuma işi irəlilədikcə hərf və kəlmə təkrarına yol verilmədən
oxunuş səliqəsi təmin edilir. Sıra ilə oxuma belə davam edərkən
hökmür-ra, tutmalar, idğami-məal günnənin burundan tələffüzü,
vəqfl-izdirari (nəfəsin yetmədiyi yerdə durma), məd ölçülərinin
tətbiq edilməsinə diqqət göstərilir.


qiraət elmi

111

Xətmiər, açılan hər hansı bir səhifəni yanlışsız olaraq ən uzağı iki dəqiqədə oxuyana qədər təkrarlanır. Bu çalışmanın sonunda tələbə əzbərləyəcəyi Quranı çox sürətli oxuya bilməlidir ki, bir
həftədə Quranı xətm edəcək səviyyəyə gəlsin. Bu çalışmaya əzbər
öncəsi çalışma deyilir.
2. Əzbərə başlama dövrü:
Öncə əzbər yoxlaması olaraq cüz başları dediyimiz, hər cüzün son səhifəsi ən uzağı bir aylıq iş günü olaraq verilir. Hər gün
bir səhifə əzbərləyə bilməyən hafiz ola bilməz. Gündə birdən çox
səhifə əzbərləyə bilənlər seçilir. Sınaqdan keçirildikdən sonra onlara qabiliyyətləri nisbətində səhifə verilir.
Əgər belə edilməzsə zəkalı tələbələrin bu qabiliyyətləri istifadə
edilməmiş olur. Eyni zamanda bu tip uşaqlar dərslərini daha tez
bitirəcəkləri üçün digərlərini də məşğul edirlər.
Müasir pedaqogikanın ən son qəbul etdiyi müsbət təlim-tərbiyə
bacarığı da tələbənin qabiliyyətinə görə proqram tətbiq etməsidir.
IL QİRAƏT ELMİ
A. QİRAƏT ELMİNƏ ÜMUMİ BAXIŞ
Qiraət lüğətdə "oxumaq və tilavət etmək" manalarma gəlir.
Termin olaraq qiraət elmindəki mənası isə belə tərif edilmişdir:
"Qurani-Kərimin kəlmələrinin tələffüzlərini və bunların müxtəlif
vəchlərlə oxunuş tərzlərini ravilərinə isnad edərək bildirən bir elmdir."

1. Qiraət elminin mövzusu
Qiraət elminin mövzusu Allahın kəlamı olan Qurani-Kərimdir.
Qiraət elmi, Qurani-Kərimə aid kəlmələrin tələffüzləri, əda və icra


112 QURANİ-KƏRİMİN TƏCVİDİ
şəkilləri üzərində durur və onların. Sürmə və İcmadan çıxan Həzf,
İsbat, Təhrif, İskan, Fəsi, Vəsl, Nəql, Mədd, Qəsr vs. ixtilaflarıyla
məşğul olur.
Quranın müxtəlif oxunuş şəkilləri vardır. Bunlara hərf və ya
vəch deyilir. Cəm şəklində isə; hüruf və ya vücuh adlanır. Bunların hər biri bir qariyə (oxucuya) isnad edilmiş və bu yolla da
Rəsulullaha (s.ə.s) qədər çatmışdır. Bunlardan hər birinə isnad edilən vücuhatm (vəcihlərin) hamısına birdən qiraət adı verildiyi kimi,
bir ayədə olan və hər biri bir başqa qariyə (oxucuya) isnad edilən
vücuhatm, bir dəfədə fasiləsiz olaraq oxunmasına da qiraət deyilir.
Hər müstəqil qiraətin, bir dəfədə fasiləsiz oxunmasına isə tilavət
deyilir. Təlim-tərbiyə baxımından birincisi; ibadət olması baxımından da ikincisi daha məqbuldur.
Qiraət elmi, Qurani-Kərimlə çox yaxın bir ələqəsi olduğundan
şəri elmlərin ən şərəflisidir. Müsəlmanlar üzərinə bu elmi öyrənmək
fərzi-kifayədir. Bu elmin faydası; Quranın kəlmələrini tələffüz xüsusunda xatadan qorumaq, təhrif və təğyirdən (dəyişiklikdən)
mühafizə etmək, qiraət imamlarmm qiraətini bilmək və bir-birindən
təfriq etməkdir, ayırmaqdır.
2. Bəzi qiraət terminləri
a. Qiraət:
Qiraət imamlarından birinin rəvayət və tariqlərinin ittifaqı
şərtilə sahib olduğu məzhəbidir.
b. Qürra:
Lüğətda qari (oxuyucu, oxuyan) kəlməsinin cəmidir. Termin
olaraq isə yeddi və ya on qiraətin özlərinə isnad olunduğu imamlara deyilir. Fəqət günümüzdə bu kəlmə dar mənada işlədilərək.


qiraət elmi

113

Qurani-kəriminbir deyil, digər qiraətlərini də oxuya bilən kimsələrə
də deyilməyə başlamışdır.
C. Rəvayət və Ravi:
Bir imamın ravilərindən birinin, digərinə müxalif olan qiraəti
və ya bir raviyə nisbət olunan hər ixtilafa rəvayət deyilir. Ravi isə
imamından qiraət rəvayət edən kimsədir.
d. Təriq:
Ravilərdən sonra gələnlərin ixtilaflarına deyilir. Digər bir ifadə
ilə; bir ravidən rəvayət edənlərdən birinin eyni səviyyədəki digər
birinə müxalif olan qiraətidir.
e. Vədh:
Bir qiraətin imam, ravi və ravinin ravisi xaricində əhli-ədadan
birinə nisbət edilməsinə deyilir.
f. İnfirad təriqi:
Hər imamın qiraətini ayrı-ayrı oxumaqdır.
g. Cəm təriqi:
Müəyyən bir tərtibə görə yeddi və ya on qiraəti, öz
xüsusiyyətlərilə oxumaqdır.
h. Əda:
Qiraəti şəxsən ustadm ağzından almaqdır. Əhli-əda da qiraəti
məşayixin ağzından alan şəxsdir.
i. Ərz:
Bir ustadm hüzurunda Qurani-Kərimi oxuyaraq ondan qiraət
almasına deyilir.


114 QURANİ-KƏRİMİN TƏCVİDİ
j. İstima:
Bir tələbənin. Quranı ustadını dinləyərək öyrənməsinə deyilir.
3. Qiraət imamları
Yuxarıda da qısa olaraq bildirdiyimiz kimi qiraət elmi; Quran kəlmələrinin əda keyfiyyətlərini və ixtilaflarını, nəql edənlərə
nisbət edərək bilməkdir. Bu elm təcvid elmilə əlaqəli olaraq,
tələffüzlərindəki ixtilaf və ədalarmdakı keyfiyyət baxımından
Quran kəlmələrini tədqiq edir. Bu elmi öyrənmək və öyrətmək
müsəlmanlar üzərinə fərzi-kifayədir.
Günümüzdə qiraət deyildiyində ağla ilk gələn tilavət
mənasında, insanın Qurani-Kərimi oxumasıdır. Tilavət isə, oxumaq
və ya avazla oxumaq manalarma gəlir. Bu da dodaqlardan səs çıxmasıyla olur. Bir kimsənin, dodaqlarını yumaraq içindən oxuması
və ya kəlmələri ağImdan keçirməsi tilavət sayılmayacağı kimi, bu
şəkildə qılınan bir namaz da səhih olmaz.
Qiraət elminin kitablara nəql edilməsinə qədər, hafiz və qiraət
alimləri qiraət vəchlərini bir-birinə öyrətmişlər. İlk dəfə qiraət elmini qələmə alan Əbu Ubeydə əl-Qasım b. Səllam (224 / 838) olmuşdır. Hicri ikinci əsrin başlarında, bəzi bölgələrdəki müsəlmanların
öz qiraətlərini başqa bölgələrin qiraəti ilə əvəz etməyə başlamasıyla "yeddi qiraət" termini meydana gəlmişdir. Beləcə Məkkədə İbn
Kəsir, Mədinədə Nəfi, Şamda İbn Amir, Bəsrədə Əbu Amr, Küfədə
isə Asim və Həmzənin qiraətləri məşhur olmuşdur.
Hicri üçüncü əsrdə qiraətləri yeddi ilə məhdudlaşdıran, imamları və təmsil etdikləri qiraətləri müəyyən üsullar qoyaraq təyin
edən, Əbu Bəkr b. Mücahid ( 324 / 935) olmuşdur. İbn Gəzəri isə
məşhur və mütavatir qiraətlərin sayının on olduğunu iddia etmiş


qiraət elmi

115

dir. Məşhur qiraət imamlarını və ravilərini rəmzlərilə bərabər bir
cədvəl halında bu şəkildə xülasə etmək mümkündür.


İMAMLARIN
BİRİNCİ RAVİNİN
İKİNCİ RAVİNİN
Rəmzi
Adları
Rəmzi
Adı
Rəmzi
Adı
1.

Nafi

Qalun

Verş
2.

k-.
İbn Kəsir
Jb
Bəzzi
(Əli)
ј
Qünbül
(Ј^)
3.
L
Əbu Amr

Düri
Ə
Sü si
4.
d
ibn Amir
^\)
J
Hişam
г
İbn Zəkvan
(ј'.^ ı>')
5.
0
Asim
(a-W)

Əbu Bəkir
(vəya) Şubə
(Cä-İ - jk; ^1)

Hafs
(. (^)
6.

Həmzə
{гу~)

Xaləf
(Əıl^)
3
Xallad
7.
j
Kisai
(/iki)
ıT
Əbul-Haris
(Əjli-I y\)
o
Hafs Düri

8.
cr
Əbu Cəfər
(JJİ)

isa b.
Vər dan
( ü'Nj ı> l5ƏP)
r
Süleyman
b.Cəmmaz
Cəmmaz

9.

Şeyx Yaqub

Ruveys
(lT^-İj)

Rəvh
(pj)
10.

Xələfi-Aşir
f
İshaq
4.^
İdris

(3^0
(oƏj-^O













116 QURANİ-KƏRİMİN TƏCVİDİ
4. Səhih Qiraətlərdə lazım olan şərtlər
Qiraət alimləri. Quran qiraətlərinin səhih sayıla bilməsi üçün
bəzi şərtlər qoymuşlar. Bu şərtlərə uyğun gələn qiraətlər səhih, uyğun gəlməyənlər isə keçərsiz və batil sayılmışdır. Səhih qiraətin
şərtləri bütün qaynaqlarda üçdür.
a. Qiraət, bir vəchilə də olsa ərəb qrammatikasına (nəhvə və
sərfə) uyğun olmalıdır.
Burada bir vəchilə kəlməsindən məqsəd, qrammatika qaydalarından hər hansı birinə uyğun olmasıdır. Çünki bəzi qrammatika qaydalarında dil alimləri ixtilaf etmişdirlər. Bu kimi hallarda
səlahiyyət sərf və nəhivçilərdə deyil, qiraət imamlarmdadır.
b. Qiraət, səhih və müttəsil bir sənədlə. Peyğəmbərimizə
(s.ə.s) çatmalıdır.
Eynilə hədis elmində olduğu kimi qiraəti rəvayət edən kimsələr
ədalət və zəbt yönü qüvvətli olan kimsələr olmalıdır və onlar
tərəfindən sənədində qopuqluq olamadan Həzrət Peyğəmbərə
(s.ə.s) qədər çatmış olmalıdır.
C. Qiraət, Həzrət Osmana nisbət edilən müshəflərdən birinin
xəttinə uyğun olmalıdır.
Həzrət Osmanın istinsax etdirdiyi Quranlarda bilindiyi kimi
nöqtələmələr və hərəkələmələr edilməmişdir. Bundan əlavə bu
müshəflər birdən çox qiraət vəchini əhatə edəcək şəkildə xüsusi bir
imla ilə yazıldıqlarından, qiraət bunlardan birinə uyğun olmalıdır.
Bu üç şərti daşıyan qiraətlər rəd və inkar oluna bilməz. Əgər bu
şərtlərdən biri əksik olarsa, bu qiraətə zəif, şaz ya da batil deyilir.


qiraət elmi

117

В. İBN CƏZƏRİ HAQQINDA MƏLUMAT
ibn Cəzəri H.751 \M.1350-ci ildə Şamda dünyaya gəlmişdir. Əsl
adı Mühəmməddir. İlk təhsilini atasından alan Cəzəri, təhsil həyatı
haqqında belə qeyd edir:
"Allah yaratdıqları arasında ruzini песд böldüysə, alimləri də insanlar
arasında eləcə paylaşdırmış və mənim qismətimə də bulardan bir camaat
ayırmışdır. Qurani-Kərim, qiraət elmi və ixtilaful-hurufkimi elmləri aldığı
müəllimlərinin sayı qırxa yaxın olmuşdur ki, bunlardan ilk sıranı mərhum
atası Əbu Abdullah Mühəmməd ibn, Mühəmməd ibn. Əli əl-Cəzəri alır."
Cəzəri 13 yaşmdaykən Qurani-Kərimi əzbərləmiş və bundan
bir il sonra xətmiə təraveh namazı qıldırmışdır. Hafizlik icazətini
babasının dayısı və atasının da hədis müəllimi olan Mühəmməd
ibn, İsmail əl- Həbbaz Cəzəridən almışdır. Sonra 767 ci ildə Şamdakı Aqibeyyə mədrəsəsində ibrahim əl-Həməvidən "Təysir" və
"Şatibiyyə" kitablarını oxuyaraq "Qiraəti-Səb-a"nı (yeddi qiraəti)
cəm etmişdir.
Çox zəkalı olan İmam Cəzəri gənc yaşlarında müəllimlik
etməyə və Şamda Əməvi Cameindəki Qübbətün-Nəsrin altmda
qiraət elmi öyrətməyə başlamışdır. Qərbdən Mərakeş və Tunisdən,
İspaniyadan, Yəməndən, Hindistandan, Osmanlı ölkəsi Anadoludan və İrandan bir çox tələbəsi olmuşdur.
İslam ölkələrinin bir çoxunda olmuş Cəzəri, Osmanlı padşahı
İldırım Bəyazidin dəvət məktubu ilə Anadoluya gəlmişdir. Bursanm Ulu Cameində İmam Cəzərinin şərəfinə İldırım Bəyazid Darul-Qürrası dərhal fəaliyyətə başlamış, bu qiraət ocağının başına
da İmam Cəzəri rəhbər təyin edilmişdir. Osmanlı Darul-Qürralı
Cəzəri vasitəsilə inkişaf etmişdir. Bu qiraət ocaqlarında qürralar və
din müəllimləri yetişirdi.


118 QURANİ-KƏRİMİN TƏCVİDİ
ibn Cəzəri qiraət elmində müstəsna bir yeri olan "ən-Nəşr fi
qiraətil Aşr" adlı əsərini və bu əsərin "Tayyibətun-Nəşr" adıyla bilinən nəzm formasını (misraları qafiyəli) Bursada yazmış və
ilk tayyibə hafizlərini də burada yetişdirmişdir. Sultan Bəyazidin
uşaqlarının təlim-tərbiyəsilə də vəzifələndirilmişdir.
Teymur hadisələrindən sonra Orta Asiyanı dolaşmış və təkrar
öz ölkəsinə qayıtmışdır. Bu illər ərzində yüzlərlə tələbə yetişdirməyə
nail olmuşdur.
ibn Cəzəri təkcə bir Qiraət alimi olmamışdır. Hər nə qədər o
qiraət elmində məşhur olmuş və ömrünün böyük bir qismini bu
elmə həsr etmişsə də təfsir, hədis, fiqh, üsulu-Fiqh, təcvid, təsəvvüf,
tarix, siyer və kəlam kimi islami elmlərin çoxunda ustad idi. Bununla yanaşı bəyan, bədii, bələğat, sərf, nəhv, lüğət, ədəbiyyat,
münazəra, siyasət və kitabət elmləri kimi məşhur elmlərdə də söz
sahibi olmuşdur.
O, H.833 \ M.1429 cu ildə Şirazdakı evində 82 yaşında ikən vəfat
etmişdir.®*’

56 İbrahim Tanrıkulu, Kuram okuma usul ve esas. İstanbul-1999, səh. 7.



qiraət elmi

119

ƏDƏBİYYAT

Ayni, Bədrəddin Mahmud b. Əhməd,
Umddtül-Qari li Şərhi Sahihil-Buxari, İstanbul 1954.
Buxari, ƏbuAbdillah Muhəmməd b. İsmayılb. İbr.b. əl-Muğirə,
Camiussəhih, İstanbul 1315.
Əbu Davud, Süleyman b. Əşas b. İshaq,
Sünəni Əbu Davud, nşr. Əhməd Said Ali, Misir 1952.
Tannkulu, İbrahim,
Kuram okuma usul ve esasları, Türkiye Diyanet Vakfı Yayın
ve Ticaret İşletmesi, Dizi-Baskı, İstanbul-1999.
Ünlü, Demirhan,
Kurani-Kerim Tecvidi, Diyanet İşleri Vakfı yaymlan, Ankara 1999.
İbn Cəzəri, Əbul Xeyr Muhəmməd b. Muhəmməd,
Müqəddimə, İstanbul 1310.

ən-Nəşrfi Qiraətil Aşr, Misir tarixi yox, nşr. Ali Muh. əd-Dəbba.
İbn Масә, Əbu Abdullah Muhəmməd əl-Qəzvini,
Sünən, nşr. Fuad Abdulbaqi, Qahirə 1952.
Karacam, İsmail,
Kurani-Kerimi Okuma Faziletleri ve Okuma Kaideleri,
Marmara U. İlahiyat Fakultesi Vakfı yaymlan, İstanbul 2002.



120

QURANİ-KƏRİMİN TƏCVİDİ

Kıraat İlminin Kuran Tefsirindeki Yeri ve Mütevatir Kıraatlann
Yorum Farklılıklarına Etkisi, Marmara U. İlahiyat Ғак. Vakfı yay.
Nəsai, Əbu Abdirrahman b. Şuayb,
Sünəni Nəsai, Misir 1964.
Sofuoğlu, Mehmet,
Sahihi-Müslim ve Tercümesi, İstanbul 1967.
Süyuti, Cəlaləddin,
əl-İtqanfi Ulumil Quran, Qahirə 1967.



QİRAƏT ELMİ 121

MÜNDƏRİCAT
ÖN SÖZ.5
GİRİŞ
QURANİ-KƏRİM
L ÜMUMİ MƏLUMATLAR.7
A. QURANİ-KƏRİMİN TƏRİFLƏRİ.7
B. VƏHYİN BAŞLANĞICI və QURANIN TƏRTİBİ.8
C. HƏZRƏT ƏBU BƏKİR TƏRƏFİNDƏN
QURANİ-KƏRİMİN CƏM EDİLMƏSİ.10
D. HƏZRƏT OSMAN TƏRƏFİNDƏN
QURANİ-KƏRİMİN ÇOXALDILMASI.11
1. Həzrət Osman Müshəflərinin yazı tərzi.12
2. Həzrət Osman Müshəflərinin ortaq xüsusiyyətləri.12
II. QURANİ-KƏRİMİN FƏZİLƏTLƏRİ.13
A. QURAN TİLAVƏTİNİN FƏZİLƏTİ.13
B. QURAN OXUYANIN FƏZİLƏTİ.14
C. QURANI MƏQAM İLƏ OXUMAQ.15
BİRİNCİ BÖLMƏ
TƏCVİD ELMİ
L TƏCVİD ELMİNİN TƏRİEİ.17
A. TƏCVİD ELMİNİN MÖVZUSU və MƏQSƏDİ.18
B. TƏCVİDİN HÖKMÜ.19
C. TƏCVİD ELMİNİ ƏLDƏ ETMƏNİN YOLLARI.20
II. HƏRELƏR.20











122 QURANİ-KƏRİMİN TƏCVİDİ
A. HƏRFLƏRİN MƏXRƏCLƏRİ.20
B. HƏRFLƏRİN SİFƏTLƏRİ.23
1. Sifəti-Lazimə: .23
a. Hərflərin bir-birinə zid olan Sifəti-Lazimələri.23
b. Hərflərin bir-birinə zidd olmayan Sifəti-Lazimələri 25
2. Sifəti-Arizə:.25
3. Sifət terminlərinin mənaları.26
C. HƏRFLƏRİN QALINLIQ və İNCƏLİK FƏRQLƏRİ.31
D. HƏRƏKƏLƏR.32
III. BƏZİ HƏRFLƏRİN OXUNUŞ ŞƏKİLLƏRİ.33
A. QALQALƏ .33
B. LƏFZƏTULLAH ( -ш!) LAMININ (J) OXUNMASI.34
C. "HƏ" (C) ZƏMİRİ və OXUNUŞU.35
D. RA 0) HƏRFİNİN OXUNMA ŞƏKİLLƏRİ.37
IV. MƏD BƏHSİ.40
A. MƏDLƏR .40
1. Hərfı-Məd (yJl j’y~) Məd (uzatma) hərfləri:.41
2. Səbəbi-Məd (Təbii məddən çox uzatma səbəbi): .42
a. Həmzə (^).42
b. Sükun (s).44
B. MƏDDİN NÖVLƏRİ.45
1. Əsli Məd (Məddi-Təbii).45
2. Fəri Mədlər.47
a. Məddi-Müttəsil.47
b. Məddi-Münfəsil.48
C. Məddi-Lazım.50
d. Məddi-Ariz.53
e. Məddi-Lin.57
C. TİLAVƏT ŞƏKİLLƏRİ.59
1. Təhqiq (yavaş oxunuş):.59

















QİRAƏT ELMİ 123
2. Tədvir (orta oxunuş):.60
3. Hədr (sürətli oxunuş):.60
D. MƏD MÖVZUSUNDA DİQQƏT EDİLMƏSİ LAZIM
OLAN MƏQAMLAR.60
V. TƏNVİN VƏ SAKİN NUNUN HÖKÜMLƏRİ.62
A. İXLA(.U^>I).63
B. İZHAR (jl^NI).65
C. TƏNVİN VƏ SAKİN NUNUN İDĞAMI.66
1. İdğami-məal-ğunnə (Gunnəli idğam).67
a. Tam idğami-məal ğunnə.67
b. Naqis idğami-məal ğunnə.68
2. İdğami-bila ğunnə.69
D. İQLAB ( ).70
VI. İDĞAM VƏ İDĞAMLA ƏLAQƏLİ MƏSƏLƏLƏR .71
A. İDĞAM HAQQINDA ÜMUMİ MƏLUMAT.71
B. İDĞAMIN NÖVLƏRİ..75
1. İdğami-Misleyn ( ).75
2. İdğami-Mütəcaniseyn ((•Uil) .77
3. İdğami-Mütəqaribeyn (qujLäxJI ).78
C. LAMİ-TƏRİLİN ( Ј1 ) OXUNMASI.80
1. İdğami-şəmsiyyə.80
2. İzhari-qəməriyyə.81
VII. SƏKTƏ .82
VIII. VƏQL VƏ İBTİDA İLƏ ƏLAQƏLİ MƏSƏLƏLƏR.86
A. VƏQL VƏ İBTİDANIN ƏHƏMİYYƏTİ.87
B. HƏRƏKƏTİ VƏ SÜKUNLU KƏLMƏDƏ VƏQL.87
C. VƏQL ETMƏKDƏ ƏSAS OLAN AMİLLƏR.91
D. VƏQL İŞARƏLƏRİ və SƏCAVƏNDLƏR.92
E. QURANDA OLAN BƏZİ KƏLMƏLƏRİN ALTINDAKI
İŞARƏLƏRİN MƏNASI.94
















124

QURANİ-KƏRİMİN TƏCVİDİ

İKİNCİ BÖLMƏ
QURANI ÖYRƏTMƏ və ƏZBƏRLƏMƏ
L QURANİ-KƏRİMİ ÖYRƏTMƏ və ƏZBƏRLƏMƏDƏ BƏZİ

MƏSƏLƏLƏR.97
A. İSTİAZƏ və BƏSMƏLƏ.97
B. SURƏLƏRİN ƏVVƏLİNDƏ və İKİ SURƏ ARASINDAKI
VƏCİHLƏR (DƏYİŞİK OXUNUŞLAR).100
1. Surə əvvəlindəki vəcihlər.100
2. İki surə arasında vəcihlər.101
C. LƏHN (OXUNUŞ XƏTASI).102
1. Ləhni-cəli (açıq xata): .103
2. Ləhni-xəfi (gizli xata): .103
D. ƏLİFBANI ÖYRƏTMƏ METODU.104
E. QURAN OXUYARKƏN DODAQ TƏLİMİ.107
Ғ. QURANİ-KƏRİM XƏTM EDİLƏRKƏN SON SURƏLƏRDƏ
İZLƏNİLƏN YOL.109
G. HİFZƏ ÇALIŞDIRMA METODU.110
1. Hifzdən əvvəlki çalışma:.110
2. Əzbərə başlama dövrü:.111
II. QİRAƏT ELMİ.111
A. QİRAƏT ELMİNƏ ÜMUMİ BAXIŞ.111
1. Qiraət elminin mövzusu.111
2. Bəzi qiraət terminləri.112
3. Qiraət imamları.114
4. Səhih Qiraətlərdə lazım olan şərtlər.116
B. İBN GƏZƏRİ HAQQINDA MƏLUMAT .117



You have read 1 text from Azerbaijani literature.
  • Parts
  • Qurani-Kərimin Təcvidi - 1
    Total number of words is 3470
    Total number of unique words is 1644
    25.2 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 2
    Total number of words is 3526
    Total number of unique words is 1311
    24.8 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    40.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 3
    Total number of words is 3618
    Total number of unique words is 1278
    24.4 of words are in the 2000 most common words
    35.2 of words are in the 5000 most common words
    41.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 4
    Total number of words is 3661
    Total number of unique words is 1162
    26.0 of words are in the 2000 most common words
    37.2 of words are in the 5000 most common words
    43.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 5
    Total number of words is 3478
    Total number of unique words is 1434
    27.1 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 6
    Total number of words is 3045
    Total number of unique words is 1550
    24.0 of words are in the 2000 most common words
    34.5 of words are in the 5000 most common words
    40.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.