Latin

Qurani-Kərimin Təcvidi - 4

Total number of words is 3661
Total number of unique words is 1162
26.0 of words are in the 2000 most common words
37.2 of words are in the 5000 most common words
43.8 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
dilin ucu və ortası boşda qalmalı, üst damağa dəydirilməməlidir.
Bundan əlavə "nun" hərfinin məxrəci tamamən ortadan qalxır. Alt
çənə təbi halıyla qalmalıdır. İndi bu misalları qaydalara uyğun olaraq tətbiq edək:

ijlU- . 4.İxfanm hökmü vacibdir. Yəni ixfa edilməsi lazım olan yerlərdə
qəti olaraq bu qayda tətbiq edilməlidir. İxfa iki əlif miqdarından az,
bir əlif miqdarından çox tutulmalıdır. İxfa edilərkən bir neçə xüsusa diqqət edilməlidir.
1) "Nunun" ixfasında "nundan" öncə bir məd hərfi olmamalıdır.
Məsələn:: kəlməsini oxuyarkən şəklində uzadılma
malıdır.
2) Gunnə tərk edilməməlidir. Fəqət ğunnə həddindən artıq uzadılmamalıdır.

3) Bütün ixfalar incədir. Xüsusilə ixfa edilən hərf qalın hərfsə
oxuyan kimsə, ixfanı qalmlaşdırmaq kimi bir səhvə yol verə bilər. Bu
qalın hərflər, ixfadan öncə və sonra da ola bilər. Fiər iki vəziyyətdə
də ixfa incə oxunmalıdır. Məsələn:

Bu ifadələrdəki birinci misalda tənvindən öncəki "ra" hərfi qalın
olub arxasından ixfa hərflərindən "fə" gəldiyi üçün ixfa edilməlidir.



65

TƏNVİN VƏ SAKİN NUNUN HÖKÜMLƏRİ
Fəqət "ra" hərfi hər nə qədər qalın olsa belə ixfalar incə olacağına
görə, burada da incə olmalıdır. İkinci misalda "sakin nundan" sonra qalın məxrəcli "qaf" hərfi mövcuddur. Bu hərfin qalınlığına aldanmadan, ixfa incə edilməlidir.
4) İxfa edilərkən, ixfanm müddəti tam olmadan sakin nun və
tənvini təqib edən hərfə keçilməməlidir. Xüsusilə də tənvin və ya sakin nundan sonra gəlincə, ixfanm müddəti az edilərsə j hərfinin
ortaya çıxması ehtimalı olduğuna görə diqqət edilməlidir. Məsələn:
kəlməsində ixfa edilərkən, yuxarıda bəhs etdiyimiz şəkildə
bir xəta ortaya çıxa bilər.
Sakin ^ hərfindən sonra ^ hərfi gəldiyi zaman dodaq ixfası
(ixfayi-şəfəvi) olur. ^ hərfinin zatını tamamilə yox etmədən dodaqları bir-birinə çox sıxmayaraq ^ hərfinin özünü gizləmək surətilə
oxumaqdır. Məsələn:

(*ç (по jJ


В. İZHAR
Kəlmə etibarilə açıqlama, açıq oxuma, açıq olaraq bildirmə
mənalarma gəlir. Tənvin və ya nun sakini açıqca oxumaqdır. İki
hərfin arasını yəni tənvin və nun sakini izhar hərfinə qatmadan ayrı-ayrı və açıq olaraq oxumaqdır.
Termin olaraq isə belə tərif edilir:
İki hərfin arasını bir-birindən uzaqlaşdıraraq ayırmaqdır.
Tənvin və sakin nundan sonra boğaz hərfləri dediyimiz altı hərfdən
biri gələrsə tənvin və sakin nun izhar ilə oxunur. Bu altı hərf aşağıdakı kəlmələrin ilk hərfləridir.


66

QURANİ-KƏRİMİN TƏCVİDİ

İj^La
- Јјс - ^ - iüi
‘ '

indi misalları diqqətlicə oxuyaq:

^ - {S^ о^' ^ ^ d'
Bu misallara baxdığımızda tənvin və sakin nun hərfindən sonra
yuxarıda saydığımız altı hərftən biri gəldiyi üçün bu hərfiər heç tutulmadan, bir-birinə idğam edilmədən və araları ayırılaraq oxunur.
Qiraət alimləri arasında, izhar hərfiərinin ilk dördü haqqında
ittifaq vardır. Bu hərfiər s - ^ dir. Bu hərflərdən öncə gələn
tənvin və sakin nunun izharlı oxunması vacibdir. Geriyə qalan ^
və ^ hərflərində izhar etmək caizdir. Qiraət imamlarından Əbu
Cafərdən başqa bütün imamlar bu hərflərdə də izhar etmişdirlər.
Fəqət burada onu da qeyd etmək lazımdır ki, bu iki hərfdəki izharın vacib deyil, caiz olması tamamilə qiraət imamları arasmdakı ixtilafdan meydana gəlir. Bu səbəblə biz Asim qiraətinin Hafs
rəvayətini oxuduğumuza görə izhar etməyimiz şərtdir.
İzhar edilərkən səktə olmaması üçün diqqət edilməlidir. İzharda ğunnə yoxdur. Üzərində dayanılmaz. Yəni nun sakin və ya
tənvin tam açıq olaraq oxunub izhar hərfinə keçilir.
C. TƏNVİN VƏ SAKİN NUNUN İDĞAMI
Burada izah edəcəyimiz mövzu sadəcə tənvin və sakin nunun
idğamlarıdır. Daha sonrakı bölmədə isə idğam mövzusuna xüsusi yer veriləcək. Tənvin və sakin "nun" dan sonra kəlməsindəki
hərflərdən biri gəldiyi zaman idğamlı, J və j hərfləri gəldiyində isə
ğunnəsiz olaraq oxunurlar.



67

TƏNVİN VƏ SAKİN NUNUN HÖKÜMLƏRİ
1. İdğami-məal-ğunnə (Gunnəli idğam)
Idğami-məal-ğunnə ğunnəli idğam deməkdir. Yəni edilən idğamda həqiqətən ğuımə olur. Əvvəlki bölmədə də izah etdiyimiz
kimi ğunnənin məxrəci burundur. Ona görə də ğunnənin olub-olmadığını burnumuza nəzarət edərək anlayırıq. Əgər edilən idğamda burundan səs gəlirsə o ğunnəli idğam (məal ğuımə), əgər səs
gəlmirsə ğunnəsiz idğam (bilə ğuımə) olur.
Tənvin və ya sakin "nundan" sonra hərflərindən biri gələrsə,
belə olduğu zaman ortaya çıxan idğama, idğami-məal ğuımə deyilir. Bu hərflər tək-tək yazıldığında bunlardır j - o - ^
Fəqət idğami-məal ğuımə də öz arasında tam və naqis olmaq
üzrə iki qismə ayrılır.
a. Tam idğami-məal ğunnə
Tənvin və ya sakin "nun" hərflndən sonra j. və ya j hərflərindən
biri gələrsə tam ğunnəli idğam olur. Məsələn:
jlj ^ ^ ^
İzah ettiyimiz tam idğami-məal ğunnədə, müdğam olan birinci hərfdən heç bir əsər qalmadığı üçün, müdğamün flh olan ikinci
hərf şəddəli olaraq oxunur. Yuxarıda verdiyimiz misalları bu izaha
uyğun olaraq belə hərəkələyib oxuya bilərik:
Bu növ idğamda "nun" hərfinin "nuna" idğamı olduğuna görə
müdğam ilə müdğamün flh ayrı kəlmələrdə ya da eyni kəlmədə
ola bilər, jb ^ kəlməsində ayrı kəlmələrdə, kəlməsində isə eyni
kəlmədədir.


68 QURANİ-KƏRİMİN TƏCVİDİ
b. Naqis idğami-məal ğunnə
Tənvin və ya sakin "nundan" sonra j və hərflərindən biri
gələrsə, ğunnəli naqis ğunnəli idğam olur. Lakin burada onu da
qeyd etmək lazımdır ki, bu idğamm ola bilməsi üçün tənvin ya da
sakin "nunun", jVƏ hərflərindən ayrı kəlmələrdə olmaları lazımdır. Məsələn:

V 9

i

JL




Sakin "nun" "vav" və "ya" ilə eyni kəlmədə olarsa idğam məal
ğunnə olmaz, izhar olar. Ərəbcə bilməyənlər buna diqqət etməlidir:
nun ilə vav və ya nun ilə yə bir-birinə əlavə olunaraq yan-yana
gəlmişsə açıq (izhar) oxunur.

kəlmələrində bu hərflər eyni kəlmə içərisində olduğuna gorə
idğami-məal ğunnə deyil, izhar vardır.
Tənvin və ya sakin "nundan" sonra ,0 və j hərfləri gəldiyində
bütün qiraət imamları burada idğami-məal ğunnə olduğunda
həmfikirdirlər. Fəqət tənvin və ya sakin "nundan" sonra ^ və
j hərfləri gələrsə qiraət imamlarmdan Xələf xariç digərləri yenə
idğami-məal ğunnə oxumuşlar.
İdğami-məal ğunnənin zamanı, iki əlifdən az, bir alifdən çoxdur.
Burada ifadə etməyimiz lazım olan başqa bir mühim mövzu
da vardır. Bəzi surələrin başında yer alan hürufül-müqəttəələrdən
sonra gələn j hərflərinin necə oxunması məsələsi. Bunları tək-tək
belə izah etmək olar.

1- olyiil j (j-j


69

TƏNVİN VƏ SAKİN NUNUN HÖKÜMLƏRİ
Bu ayədə "sin" hərfinin sonunda tənvin vardır və onun ardında bir "vav" hərfi mövcuddur. Burada izharmı yoxsa idğammı
edilməlidir sualı xüsusda qiraət alimlərinin fərqli görüşləri vardır.
Bunları sıralayaraq bizim qiraət imamımızın oxuyuşunu izah edək.
Qiraət imamlarından Hişam, əl-Kisai, Yaqub və Xələf idğam ilə
oxumuşdur.
Əbu Amr, Qünbül, Həmzə, əbu Cəfər izhar ilə oxumuşdur.
Nafi, əl-Bəzzi, İbn Zəkvan və Asim xülP^ ilə oxumuşdurlar.
2- j 0
a. Hişam, əl-Kisai, Yaqub, Xələf idğam ilə oxumuşdurlar.
b. Nafi, Asim və əl-Bəzzi də xülf ilə oxumuşdurlar.
Bu izahlardan sonra deyə bilərik ki, bizim qiraət imamımız
Asim, bu keçişlərdə həm idğam, həm də izharlı oxumağa cəvaz
(icazə) vermişdirlər.
2. İdğami-bila ğunnə
Gunnəsiz idğam deməkdir. Tənvin və ya sakin "nun" hərfindən
sonra j J hərflərindən biri gələrsə idğami-bila ğunnə olur. Yəni
tənvin ya da sakin "nundan" sonra bu hərflər gələrsə, tənvin və sakin "nun" hərflərə qatılır və bu hərflərin içində itir. Dolayısıyla da
bu hərflər ( J J) şəddəli olaraq oxunurlar. Məsələn:
İdğami- bilə ğunnə ilə səktə üst-üstə düşərsə (eyni yerdə olarsa)
səktə oxunur. İdğami-bila ğunnə tərk edilir. Məsələn:

33 Yəni həm idğamlı həm də izharlı olaraq oxumuşdurlar.



70 QURANİ-KƏRİMİN TƏCVİDİ
Tənvin və sakin "nunun" bu hərflərə idğam olunmasının
səbəbi, bir-birlərinə olan məxrəclərinin eyni olmasıdır. Bütün qiraət
alimləri idğami-bila ğunnəni tətbiq etmişdirlər. İmam Asimin Hafs
rəvayətinə görə bu, ğunnəsiz idğam olaraq oxunduğu üçün biz də
bunu belə oxumalıyıq.
D. İQLAB
Kəlmə olaraq çevirmək deməkdir. Tənvin və ya sakin nunu sakin mimə çevirmək və ^ dən öncə ğunnəni hiss etdirərək oxumaqdır. Tam tərifi isə belədir:
ДдлЈ jül АдР lAis ya
"İqlab, sakin nunu və ya tənvini xalis mimə çevirmək və həmin
mimi ixfa etməkdir".
Bu tərifdən anlaşılacağı üzrə iqlabda iki şey edilir. Birincisi,
tənvin və ya sakin nunun xalis mimə çevrilməsi. İkinci isə, çevrilmiş olan bu "mim" hərfinin "bə" hərfindən öncə ixfa edilməsidir.
Bu təriflərin işiğmda bəzi misallara baxaq:
Bu kəlmələrdə də görüldüyü kimi tənvin və sakin nun hərfindən
sonra "bə" hərfi gəlmişdir, "bə" hərfi eyni kəlmədə ola biləcəyi
kimi, fərqli kəlmələrdə də ola bilər.
Iqlabın səbəbini isə belə açıqlaya bilərik: ^ hərfi ilə j. hərfinin
məxrəcləri eynidir. Bummia birlikdə bu iki hərf, cəbr, istifalə, infltah və izləq sifətləri baxımından müştərəkdirlər. Sakin "nun" "bə"
hərfindən öncə gəldiyi zaman, məxrəclərinin uzaq olması səbəbilə
idğamları mümkün deyildir. Belə olunca da sakin "nunun" ,


İDĞAM VƏ İDĞAMLA ƏLAQƏLİ MƏSƏLƏLƏR

71

"bənin" məxrəcindən olan "mim" hərfinə bənzəməsinə ehtiyac hasil olur. Bundan dolayı da sakin "nun" "mim" hərfinə çevrilmişdir.
Iqlab edilməsi lazım olan yerdə oxuyan kimsənin iqlabı ifa
etməsi vacibdir. Bu xüsusda bütün qiraət imamları həmfikirdillər.
Iqlabm tutulma miqdarı isə iki əlifdən az, bir əlifdən isə çoxdur.
Yəni bir əlif yarım miqdarı.
VL İDĞAM VƏ İDĞAMLA ƏLAQƏLİ MƏSƏLƏLƏR
A. İDĞAM HAQQINDA ÜMUMİ MƏLUMAT
İdğam kəlməsi lüğətdə bir şeyi bir şeyin ucuna qatmaq,
daxil etmək mənasına gəlir. Təcvid elmində isə belə tərif edilir:
"iki mütəməsil (bir-birinin eyni) və ya mütəcanis (eyni cinsdən) və
yaxud da mütəqərib ( yaxınlığı olan) hərfdən birincisini digərinə daxil
etməyə idğam deyilir.
Mütəməsil, mütəcanis və ya mütəqərib olan iki hərf yan-yana
gəldikləri zaman birinci hərf ikinci hərfə idxal edilir. Yəni birinci hərf ikinci hərfin cinsinə çevirilir və şəddəli hərf kimi oxunur.
Məsələn:
Misallarında yuxarıda verdiyimiz məlumatlar görünür. İdğam
bu şəkildə edilir: sakin olan birinci hərfin məxrəci üzərinə qüvvətli
bir şəkildə dayanmaq və məxrəcdə səsi, bir hərfin səsi kimi duyuluncaya qədər saxlamaqdır.
Bu idğam səbəbilə meydana gələn şəddəli hərfin tələffüz
müddəti (tutulma müddəti) sükunlu bir hərfin zamanından daha



72 QURANİ-KƏRİMİN TƏCVİDİ
uzun, İki sükunlu hərfin zamanından daha qısadır. Lakin onu da
qeyd etmək lazımdır ki, bu ifadə ğunnəsiz idğamlara məxsusdur.
Gunnəli idğamlarm zamanı daha uzundur. Bu mövzu daha sonra
ətraflı bir şəkildə izah ediləcək.
Idğamda iki mühim ünsür mövcuddur. Müdğam və müdğamün flh. Özündən sonra gələn kəlməyə idğam edilən birinci sakin
hərfə müdğam deyilir. Idğamın öz üzərində icra edildiyi ikinci və
hərəkəli olan hərfə də müdğamün flh deyilir.
İdğam ola bilməsi üçün bəzi şərtlər mövcuddur.
a) Müdğam ilə müdğamün flhin yazıda yan-yana olması və
araya har hansı bir hərfin girməməsi lazımdır. Müdğam ilə müdğamün flhin eyni kəlmə içərisində olması ya da ayrı kəlmələrdə olması mümkündür.
b) Müdğam sakin, müdğamün flh isə hərəkəli olmalıdır.
c) Müdğam məd hərflərindən biri olmamalıdır, tiäJI ya da
lyjl misallarında hər iki ifadədəki ilk kəlmənin son hərfləri
hərfi məd olduğu üçün burada idğam yoxdur.
Idğamın üç səbəbi var. Bu səbəblər eyni zamanda idğamm
tərifini verərkən də keçmişdir. Bunlar sırasıyla təməsül, təcanüs və
taqərübdür. Bir sonrakı başlıqda ətraflı olaraq izah ediləcəkdir.
İdğamm faydasını belə xülasə edə bilərik: idğam tələffüzdə
asanlıq meydana gətirir. Çünki Quran oxuyan idğam sayəsində iki
hərf tələffüz etmək yerinə tək hərf oxumuş olur.
Tətbiqi baxımından idğamlar tam idğam və naqis idğam olmaq
üzrə iki qismə ayrılır:


İDĞAM VƏ İDĞAMLA ƏLAQƏLİ MƏSƏLƏLƏR

73

1. Tam idğam:
Əgər idğamda müdğam olan birinci hərf, zatı və sifətləri etibarilə
müdğamün fih olan ikinci hərfdə tamamilə itib özündən heç bir iz
qalmazsa bu tam idğam olur. bıUs j və IjlUä ij misallarında tam
idğam açıq olaraq görünür. Birinci misalda cu hərfi özündən sonra
gələn İj hərfində, ikinci misalda isə i hərfi, özündən sonra gələn Ji
hərfində tamamilə itmiş və bu şəkildə tam idğam olmuşdur.
2. Naqis idğam:
Əgər idğamlı oxunuşda müdğam olan birinci hərf, müdğamün
fih olan ikinci hərfdə zatı etibarilə itib, fəqət idğama mane olmayan
bir sifətinin qalmasıyla özünü hiss etdirirsə bu idğama naqis idğam
deyilir. cuLİj - ^ Burada sükunlu olan müdğam yəni
birinci hərflər, müdğamün fih olan ikinci hərfin içərisində qismən
itdiyinə görə idğam naqisdir.
Bir idğamm tam ya da naqis edilməsi mövzusunda əsas alman
qayda budur: İdğamda qüvvətli olan hərfə etibar edilir. Zəif olan
hərf qüvvətli olan hərfə idğam edilir. Müdğam olan birinci hərflə
müdğamün fih olan ikinci hərfin hər ikisi də incə ya da hər ikisi
də qalın sifətlidirsə idğamm tam olması xüsusunda hər hansı bir
müşkül yoxdur. Lakin müdğam və ya müdğamün flhdən biri incə
digəri qalm sifətli isə, idğam qüvvətliyə görə edilir. il misalında müdğam olan i hərfi incə (zəif), müdğamün fih olan i hərfi isə
qalm (qüvvətli) bir hərfdir. Zəif hərf qüvvətli hərfə idğam edildiyi
üçün birinci hərf ikinci hərfə tabe olmaq məcburiyyətindədir.
Hərflərin sifətlərini bir daha xatırlayaraq tam və naqis idğamı
daha yaxşı anlamağa çalışaq.



74 QURANİ-KƏRİMİN TƏCVİDİ

1
İtbaq

2
İstila
a) istilai-lazimə: Ji i? ^ ^
b) istilai-arizə: j J
3
İstifalə

Bu sifətlərə görə idğamlara tam və naqis olmaları etibarilə bir
daha nəzər salaq:
a) Itbaq hərfinin itbaqa idğamı tam idğamdır.
b) İstila hərfinin istila hərfinə idğamı tam idğamdır.
c) İstifalə hərfinin istifalə hərfinə idğamı tam idğamdır.
ç) İstifalə hərfinin itbaq hərfinə idğamı tam idğamdır.
d) İtbaq hərfinin istifalə hərfinə idğamı naqisdir. Həm də naqislik hökmü vacibdir. Məsələn: Burada itbaq sifəti çox qalın
olduğundan istifalə hərfi olan (^) nin bunu gizlətməsi mümkün
deyildir.
e) İstila hərfinin istifalə hərfinə idğammm tam və ya naqis olma
j ^ "
sı caizdir. Məsələn: Əgər bu kəlmədə qalqalə ağla gəlirsə,
bil in məlidir ki, idğam qalqalədən əvvəldir. İdğamın tam olması (ö)
ilə (A) arasındakı məxrəc yaxınlığına görədir. İdğamın naqis olması,
(ö) m istila hərfi (qalın), (A) in istifalə hərfi (incə) olmasına görədir.
(ı3) hərfinin (A) də zatı və sifəti ilə gizlənməsinə tam idğam, (ö) m
istila sifətinin aşkar edilərək zatmm (A) də gizlənməsinə naqis idğam deyilir. Beləcə bu kəlmənin idğammm həm tam, həm də naqis
olması caiz olur.





İDĞAM VƏ İDĞAMLA ƏLAQƏLİ MƏSƏLƏLƏR

75

В. İDĞAMIN NÖVLƏRİ
Hərflərin bir-birlərinə idğam edilib edilməyəcəyi, məxrəcləri və
sifətlərinin bir-birlərinə yaxınlığı ilə əlaqəlidir. Başqa bir ifadə ilə;
məxrəc və sifətləri yönündən bir-birinə yaxın olan hərflər idğam
edilir. Məxrəc yönündən bir-birinə uzaq olan hərflər və sifətləri
yönündən bir əlaqəsi olmayan hərflər isə ızharlı oxunurlar. Bu
mövzunu gələcək bölmələrdə izah edəcəyik.
Bu əsaslardan yola çıxaraq idğamları "idğami-misleyn, idğamimütəcaniseyn və idğami- mütəqaribeyn" olmaq üzrə üç qisimdə
izah edəcəyik.
1. İdğami-Misleyn ( )
Mövzuya keçmədən öncə misleyn hərfini tərif edək.
Hərfl-misleyn (misleyn hərf):
''Məxrəcləri və sifətləri eyni olan iki hərfə" deyilir.
İdğami-misleyn isə, məxrəcləri və sifətləri eyni olan iki hərf birincisi sakin, ikincisi isə hərəkəli olaraq yan-yana gələrsə, sakin olan
birinci hərfin hərəkəli olan ikinci hərfə idğamma deyilir.
Idğami-misleyndə, müdğam ilə müdğamün flh eyni kəlmələrdə
ola biləcəyi kimi ayrı-ayrı kəlmələrdə də ola bilər. Eyni kəlmədə olsalar tək hərf ilə şəddəli şəkildə yazılır. Məsələn:
U lil - jl\. P
Bir-birinə bitişik ayrı kəlmələrdə olsalar, ayrı-ayrı yazılırlar.
Məsələn:


76 QURANİ-KƏRİMİN TƏCVİDİ
Müdğamün fih əgər zəmir isə yenə eyni kəlmə içərisində yazılır. Məsələn:

İdğami- misleyn iki qismə ayrılır:
a. Gunnəli idğami-misleyn:
Sakin "nun" hərfindən sonra hərəkəli "nun", sakin "mim"
hərfindən sonra hərəkəli "mim" hərfi gəldiyində ğunnəli idğamimisleyn olur.^'‘ Məsələn:

Л .-.\ ' t - ; >.-'1
- Lois
"Mim və nun" hərflərinin idğammda ğunnə sifəti olduğundan
bunların idğammda ğunnənin ortaya çıxması üçün, digər hərflərin
idğamma nəzərən bir az daha çox tutulmalıdır.
b. Gunnəsiz idğami-misleyn:
"Nun və mim" hərflərindən başqa digər hərlərin eyni şərtlər
altındakı idğamma deyilir. Misələn:

Bu növ idğamda ğunnə olmadığı üçün gənizdən səsin
gəlməməsinə diqqət etmək lazımdır. Bunun ən gözəl ölçüsü də bu
növ hərfləri idğam ilə oxuyarkən burnu tutmaqdır. Əgər burundan
34 Nuni-sakin Nuna rastlayarsa həm idğam misleyn, həm də idğam
məal-ğünnə olur. Səbəbi isə idğam misleyn babının qaydasının idğam məalğünnə babının qaydası ilə nunda üst-üstə düşməsidir. Bunun üçün sakin
nun hərəkəli nuna rastladığı zaman iki babın hökmünə birdən girir. Bundan
dolayı nunun misleyninə həm idğam misleyn, həm də idğam məal-ğürmə
deyirik.



İDĞAM VƏ İDĞAMLA ƏLAQƏLİ MƏSƏLƏLƏR

77

SƏS gəlirsə ğunnəli idğam olur. Halbuki bu növ hərfləri idğamlı
oxuyarkən səs sadəcə ağızdan gəlməlidir.
2. İdğami-Mütəcaniseyn (
Mütəcaniseyn hərf:
Tərifdə də qeyd edildiyi kimi məxrəcləri bir, fəqət sifətləri fərqli
olan iki hərf deməkdir.
Idğami-mütəcaniseyn isə, mütəcanis ( yəni məxrəcləri bir
sifətləri fərqli olan) iki hərfdən birincisi sakin, ikincisi isə hərəkəli
olduğu halda yan-yana gəlməsilə meydana gələn idğama deyilir.
Burada onu da qeyd etmək lazımdır ki, məxrəcləri bir olan
hərflərin bir-birlərinə idğam edilib edilməməsi, qiraət imamları
arasında ixtilaflı bir mövzudur. Biz burada sadəcə Asim qiraətinin
Hafs rəvayətindən bəhs edəcəyik. Asim qiraətinin Hafs rivayətinə
görə mütəcaniseyn hərflər üç qrupa ayrılır.
a. İj - i - cu
Bu üç hərf öz aralarında idğam olunurlar. Məsələn:
Bu misallarda həmin hərflər bir-birlərinə idğam edilmişdir. Burada eyni zamanda tam idğam vardır. Müdğamm qalın hərf olduğu
cuLIj - kimi kəlmələrdə də görüldüyü üzrə i» hərfinin itbaq və
istila sifətlərini göstərmək üçün, idğama mane olan qalqalə sifətini
tərk etmək haqda qiraət alimləri həmfikirdir. Yəni bu kəlmələrdəki
İj hərfi üzərində əsla qalqalə edilməz. Burada naqis idğam olur.



78 QURANİ-KƏRİMİN TƏCVİDİ
b. kil. i . Ji
Bu üç hərf də öz aralarında idğam olunur, i hərfinin hərfinə
idğamı ^1 (Nisa 64) və (Züxruf 39) misallarında keçir.
Bu iki hərfin, bir-birinə tam idğamla idğam edilməsində alimlər
həmfikirdir, i hərfinin hərfinə idğamma aid Quranda hər hansı
bir nümunə yoxdur, hərfinin i hərfinə idğam edilməsinin Qurandakı tək misalı əl-Əraf Surəsinin 176-cı ayəsində keçən uUi
ifadəsidir.^^
C* ^
Bu hərflərin idğam ola bilməsi üçün ^ hərfinin öncə, ^ hərfinin
isə daha sonra gəlməsi lazımdır. Belə olduqda idğami-mütəcaniseyn
olur. Bu iki hərflə olan mütacaniseyn idğam sadəcə Hüd surəsinin
42-ci ayəsində keçən ç^j\. kəlməsindədir. Bu kəlmədə ^ hərfi ^
hərfinə idğam edilmişdir. Bundan dolayı da bu kəlmə yuxarıdakı
şəkildə yazıldığı halda oxunuşu Ujw şəklindədir.
Yəni müdğam olan sakin hərf, müdğamün flh olan hərəkəli
hərfin cinsinə çevrilir və müdğamün flh şəddəli kimi oxunur.
Əgər bunun ziddi olarsa, yəni ^ hərfi ^ hərfindən daha öncə
gələrsə idğami-mütəcaniseyn deyil, ixfai-şəfəvi (dodaq ixfası) olur.
Bunu ixfa mövzusunda izah etmişdik.
3. İdğami-Mütəqaribeyn (
Tərifi belədir:





35 tiUi kəlməsi Asim rəvayətində həm idğamlı, həm də izharlı
olaraq rəvayət edilmişdir. Fəqət idğamla rəvayəti və oxunması daha çox
məşhurdur.



İDĞAM VƏ İDĞAMLA ƏLAQƏLİ MƏSƏLƏLƏR

79

Məxrəcləri və ya sifətləri ya da həm məxrəcləri, həm də sifətləri
bir-birinə yaxın olan iki hərfin yan-yana gəldikləri zaman, sakin
olan birinci hərfin hərəkəli olan ikinci hərfə idğam edilməsinə deyilir.
Tərifdən də başa düşüldüyü kimi müdğam ilə müdğamün fih
arasında məxrəc və ya sifət ya da hər iki cəhətdən bir yaxınlığın olması şərtdir. İmam Asimə görə mütəqaribeyn olan hərfləri iki qrupda toplaya bilərik.
a. j - J
Bu iki hərf arasında həm məxrəc, həm də sifət baxımından
yaxınlıq var. Hər ikisinin də məxrəcləri bir-birinə yaxın olmaqla
yanaşı, sifət yönündən də cəhr, beyyinə, infitah, istifalə və tərqiq
sifətlərində müştərəklik vardır. Lakin bu iki hərfin mütəqaribeyn
idğam ola bilməsi üçün öncə J hərfinin, sonra da j hərfinin gəlməsi
lazımdır. Məsələn:

Bu kəlmələr idğamlı olaraq belə oxunur: Əks
təqdirdə yəni j öncə, J sonra gələrsə Quranda nümunəsi olsa da idğam edilməz. Çünki burada şərt yoxdur. Məsələn: Ljj
QEYD: Idğami-mütəqaribeyndə Mütəfflfln surəsində olduğu kimi öncə J sakin sonra j gəldiyində, eyni kəlmədə səktə olarsa idğam düşər. Səktə tətbiq edilər. Yəni səktə gəldiyində idğam
edilməz, olj ^ misalında olduğu kimi.
b. A - 3
Bu hərflərlə edilən idğamm nümunəsi sadəcə əl-Mürsəlat
surəsinin 20-ci ayəsində keçən bu kəlmədir:


80 QURANİ-KƏRİMİN TƏCVİDİ

Buradakı ö hərfinin i hərfinə idğamı xüsusunda qiraət alimləri
həmfikirdirlər. Fəqət bu idğamın tammı, naqismi olduğu xüsusunda ixtilaf edilmişdir. Naqis idğam edilməsi caiz görülməklə yanaşı
tam idğam edilməsi daha fəzilətli sayılmışdır.
C. LAMİ-TƏRİFİN ( Ј1 ) OXUNMASI
Lami-tərif (müəəyyənlik lamı) ilə əlaqəli iki mövzu vardır:
• tdğami-şəmsiyyə,
• tzhari-qəməriyyə.
Bu iki qayda, ərəbcədə mərifəlik ədatı olaraq bilinən və çox istifadə
olunan “əl” ( Jl ) birləşməsinin digər hərflərlə münasibəti ilə əlaqəlidir.
Ј1 birləşməsi özündən sonra gələn hərflərə ya idğam edilir ya da izhar ilə
oxunur. İndi bu halları tək-tək incələyək.
1. İdğami-şəmsiyyə
Ləmi-tərif dediyimiz Jl birləşməsindən sonra şəmsi hərflərdən
biri gələrsə lami- tərifin laminin bu hərflərə idğam edilməsinə,
idğami-şəmsiyyə^® deyilir. İdğami-şəmsiyyədəki idğam tam idğamdır və J hərfi şəmsi hərflərdə tamamilə itir.
Şəmsi hərflər (hürufi-şəmsiyyə) on dörd ədəddir. Bu hərflər
yadda daha rahat qalması və daha asan əzbərlənməsi üçün təcvid
kitablarında bu beyt yazılır:
- aS - ^Jİg - ı-Jİla - - AjlC** . ^ ^ - f
36 idğami-şəmsiyyə, kəlmə etibarilə günəş idğamı deməkdir. Ləmi-tərif
(jı)dəki lamm idğami-şəmsİ 3 ryə hərflərinin yanında aşkara çıxıb oxunmaması
günəşin əfrafmda ulduzların görünməməsinə bənzədilərək bu hərflərə şəmsi
hərflər deyilmişdir.




İDĞAM VƏ İDĞAMLA ƏLAQƏLİ MƏSƏLƏLƏR 81
Şəmsi hərflərin bu şəkildə əzbərlənməsi, tələbələrə də bu şəkildə
əzbərlədilməsi, bu hərflərin haflzədə daha uzım müddət qalmasına köməklik göstərir. İndi bu misallarda keçən Ј1 birləşmələrini
özlərindən sonra gələn hərflərə idğam edərək oxuyaq:
İdğami-şəmsiyyə də öz arasında iki qismə ayrılır.
a. İdğami-şəmsiyyə məal ğunnə:
Bu idğam sadəcə o hərflnə məxsusdur. Ј1 dan sonra şəmsi
hərflərdən "nun" gəldiyi zaman idğami-şəmsiyyə məal ğunnə
(ğunnəli idğami-şəmsiyyə) olur. Məsələn:

b. İdğami-şəmsiyyə bila ğunnə:
Əl (Jl) dən sonra "nun" xaric digər şəmsi hərflər gələrsə, idğamişəmsiyyə bila ğunnə (ğunnəsiz idğami-şəmsiyyə) olur. Məsələn:
2. İzhari-qəməri)^ə
Ləmi-tərif dediyimiz birləşməsindən sonra qəməri hərflər
gələrsə, ihzari- qəməriyyə olur. Belə olduqda Jl m "lə" si özündən
sonra gələn qəməri hərflərə idğam olunmadan açıq oxunur.
Qəməri hərflər, şəmsi hərflərin xaricində qalan 14 ədəd olub bu
kəlmələrdəki hərflərdir:
• - г - c5 - 3 - J '



82 QURANİ-KƏRİMİN TƏCVİDİ
Lakin bu hərflər burada yazdığımız şəklilə, kəlmələr halında
əzbərlənərsə yaddaşda daha asan və uzun müddət qalar.
Bu təcvid qaydasma bunları misal çəkə bilərik:
Bu kəlmələrdə izhari-qəməriyyə mövcuddur. Burada xatırlatmağımız lazım olan bir xüsus da budur. Ј1 birləşməsinin başındakı
"əlif" vəsl həmzəsi olduğundan, izharda və idğamda diqqətə alınmamışdır.
VII. SƏKTƏ
Səktə, leksik məna etibarilə "susmaq", "iki kəlmə arasını nəfəs
almadan ayırmaq" deməkdir. Təcvid elmində isə "Nəfəs almadan
səsi kəsmək" mənasına gəlir.^^ İbn Cəzəri bu qaydam belə tərif edir:
"Səktə, nəfəs almadan, vəqf işarələrindəki fasilədən daha qısa
olaraq nəfəsi bir müddət kəsməkdir." Tərifdən də anlaşılır ki, səktə,
"səktə işarəsi olan yerdə səsimizi nəfəs almamaq şərti ilə, bir
vəqf zamamndan daha qısa müddət kəsib, ardınca oxumağa davam etməkdir.
Səktənin müddəti: Səktənin zamanı, vəqfln zamanından daha
qısadır. Bu isə, oxunuşdakı sürətlə paralel olub, təhqiq, tədvir və
hədr üsulu oxunyuşlara görə müxtəliflik ərz edir. Ancaq normalda
səktənin müddəti 1 əlif miqdarıdır.
Səktənin hökmü: Bəzi kitablarda səktənin hökmünün, vəqfln
hökmü kimi olduğu qeyd edilir. Məsələn, tənvinin əlifə çevrilməsi,
tə-i mərbütənin hə ( « ) -yə çevrilməsi yaxud da hərəkəli bir hərfin


37 Səktə, nəfəsi deyil, səsi kəsməkdir. Vəqf, nəfəslə birlikdə səsi
kəsməkdir.



SƏKTƏ

83

sükunlu hala çevrilməsi kimi. Qiraət alimlərinin əksəriyyətinə görə,
doğru olan görüş budur.
Asim Qiraətinin Hafs Rəvayətinə görə Qurani-Kərimdə 4 yerdə
səktə vardır. Bunlardan ikisi vəqfdə, digər ikisi isə vəsldədir.
1 .
Burada səktə, vəsl halında U- ^ ilə UJ kəlmələri arasında meydana gəlir.
Oxunuş qaydası: Birinci kəlmənin sonunda təbii-mədd
tətbiq edilərək səs kəsilir və bu arada nəfəs almadan qısa müddət
gözləyərək digər kəlməyə keçilir.
Buradakı səktənin səbəbi, kəlməsindən sonra gələn Uj
kəlməsinin, ayənin başında keçən "kitab" kəlməsindən "hal" olduğunu göstərmək üçündür. Bu səbəblə, əgər səktə edilməzsə, Lj
kəlməsi, kəlməsinə bitişik və onun sifətiyimiş kimi anlaşılar
ki, bu doğru olmaz. Çünki, bu iki ləfz arasında sifət-məvsuf (isimsifət) əlaqəsi yoxdur. Buna görə ilk kəlmədə səktə etmək, iki ayənin
mənasının düzgün anlaşılmasına imkan verir. Bu iki kəlmə arasında
səktə edilsə də, ayə sonu olmasıyla yanaşı vəqfirf^ səktədən daha
güclü bir ayırıcı xüsusiyyətinə malik olduğu üçün L>-^ kəlməsində
durmaq, səktə etməkdən daha yaxşıdır. Ayrıca, burada olduğu
kimi bütün səktələr vəqf hökmündədir. Yəni birinci kəlmədə vəqf
edildikdə, kəlmənin tənvini əlifə çevrilir. Vəsl halmdakı səktə də
eyni qaydadadır. O halda Asim Qiraətinin Hafs rəvayətinə görə
kəlmədəki ^ hərfinin tənvini nə vəsl, nə də vəqf halında oxunur.
38 Kəhf 18/1-2. Burada "ivəcən" kəlməsi Kəhf surəsinin birinci ayəsinin
bitişi, "qəyyimən" isə ikinci ayəsinin başlanğıcıdır. Ayənin mənası:
39 Səktə ancaq vəsl halında meydana çıxır. Vəqf halı, hərəkəni və ya
tənvini düşürdüyü kimi səktəni də düşürür.



84 QURANİ-KƏRİMİN TƏCVİDİ
2 .
Burada səktə, vəsl halında ilə 11 * kəlmələri arasında meydana gəlir.
Oxunuş qaydaşı: Birinci qaydada olduğu kimi, ba5y. ləfzi
üzərində səs kəsilir və bu arada nəfəs almadan qısa müddət
You have read 1 text from Azerbaijani literature.
Next - Qurani-Kərimin Təcvidi - 5
  • Parts
  • Qurani-Kərimin Təcvidi - 1
    Total number of words is 3470
    Total number of unique words is 1644
    25.2 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 2
    Total number of words is 3526
    Total number of unique words is 1311
    24.8 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    40.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 3
    Total number of words is 3618
    Total number of unique words is 1278
    24.4 of words are in the 2000 most common words
    35.2 of words are in the 5000 most common words
    41.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 4
    Total number of words is 3661
    Total number of unique words is 1162
    26.0 of words are in the 2000 most common words
    37.2 of words are in the 5000 most common words
    43.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 5
    Total number of words is 3478
    Total number of unique words is 1434
    27.1 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 6
    Total number of words is 3045
    Total number of unique words is 1550
    24.0 of words are in the 2000 most common words
    34.5 of words are in the 5000 most common words
    40.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.