Latin

Qurani-Kərimin Təcvidi - 3

Total number of words is 3618
Total number of unique words is 1278
24.4 of words are in the 2000 most common words
35.2 of words are in the 5000 most common words
41.8 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
hərfləri cəzmli oxumaq məcburiyyətində qalırıq. Bu vəziyyətdə
yəni vəqf nəticəsində ortaya çıxan sükunlar arizi-sükunlardır.
В. MƏDDİN NÖVLƏRİ
Mədlər əsli və fəri olmaq surətilə iki qismə ayrılır. Əsli məddin
digər adı təbii məddir. Fəri məddlər isə "məddi-müttəsil, məddimünfəsil, məddi-lazım, məddi-ariz və məddi-lin olmaq üzrə beş qisimdir. Qurani-Kərimi tilavət edənlərin ən çox qarşılaşacağı təcvid
qaydaları arasında mədlər ilk sırada yer alır. Ona görə də bu mövzunun yaxşı başa düşülməsi vacibdir.
1. Əsli Məd (Məddi-Təbii)
Hər hansı bir kəlmədə məd hərflərindən biri olarsa fəqət çox
uzadmağa səbəb olan həmzə və sükun olmazsa məddi-təbii yəni
əsli-məd olur. Başqa bir səbəbə ehtiyacı olmayan və bir əlif miqdarı uzadılan məd şəklində də tərif edilmişdir. (Lfe^y) misalında bu
vəziyyət gözə çarpır.
İlk misalı təhlil etdiyimizdə; () kəlməsindəki ilk hərf olan (
0) hərfini "u" şəklində bir əlif miqdarı uzadan (j) hərfi, ( hərfini
"i" səsilə bir əlif miqdarı uzadan "yə" hərfi, üçüncü olaraq da ( « )
hərfini "ə" səsilə bir əlif miqdarı uzadan (I) hərfi gələrək təbii məd
olmuşdur.
Məd hərfləri başlığında, "əlif, vav, ya" hərflərinin hansı hallarda məd hərfi olacağını izah etmişdik.^® Onu da qeyd etmək lazımdır ki, məddi-təbii dediyimiz əsli mədlər hər zaman bir əlif miqdarı uzadılır. Məddi-təbinin bir əlif miqdarı uzadılması vacibdir.
Mütləq uzadılması lazımdır. Bütün qiraət imamları bir əlif miqdarı

28 Bax. "Hərfi-məd"



46 QURANİ-KƏRİMİN TƏCVİDİ
uzadılması haqda həmfikirdirlər. Bir əlif miqdarı isə təxminən bir
saniyəyə bərabərdir. Qədim təcvid kitablarında bir əlif miqdarı,
oxuyanın açıq olan barmağını yumması ya da qapalı olan barmağını açması əsnasında keçən zaman qədər olduğu ifadə edilmişdir.
Məd hərfləri və ya hərfi-məd hər zaman yazıda açıq bir şəkildə
görünməyə bilər. Belə olduğu halda məddi-təbii təqdiridir (gizlidir). ( јл «gl) ifadəsində birinci "hə" ni uzadan təqdiri bir "vav" hərfi
vardır.
Quran oxuyucusu, bəzi kəlmələrdəki mədləri ilk baxışda
görməkdə çətinlik çəkə bilər. Bu səbəblə bəzi kəlmələrin izahını burada verməyi münasib bildik.
Quranda keçən bəzi kəlmələrin son hərflərində məddi-təbii olduğu halda xətt yəni yazı etibarilə bəzən yoxmuş kimi görünə bilər.
Fəqət orada əslinda məddi-təbii vardır. Bunu göstərmək üçün də
məd olan hərfin altına kiçik xətlə ao (məd) yazılır. Kəlmənin altında
bu kiçik məd yazısını görən oxucu, bu şəkildə orada məddi-təbii
olduğunu asanlıqla anlayır.

t у4 t t ö!.? ‘ t Jİ3 i iy - ...lxİ
t t iyAj t t tyid;
Yuxarıdakı kəlmələrin son hərfləri mədli (uzadılaraq) oxunur.

tyyaUsj. Qyiaj. ‘dj'j;. J*
yyLU- QyŞÄ. Qjjw Qjiy ‘dJjÄ “-^İJ


Bu misallardakı kəlmələrin sondan bir öncəki hərfləri də mədli
(uzadılaraq) oxunur.

Yenə Quranda ilk baxışda məd hərfi kimi görünən, əslində
məd hərfi olmayıb sadəcə yazıyla əlaqəli olaraq bəzi kəlmələrdə


MƏD bəhsi

47

yer alan vav (j) hərflərindən öncə gələn həmzələr ya da (j) hərflnin
üzərindəki həmzələr uzadılmadan mədsiz oxunur. Məsələn:

Bəzi musfahlarda məd kimi görünüb əslində məd olmayan bu
kimi hallarda məd olmayan hərfln altında qəsr (j-as) işarəsi mövcuddur. Məd hərflərinin altında yazarsa o məddi-təbii uzadılmaz. Bu işarələrə diqqət edildiyi təqdirdə Quran oxuyucusunun
xata etmə ehtimali çox azdır.
2. Fəri Mədlər
Yuxarıda bu mədlərin hansılar olduğunu zikr etmişdik. Bunlar
sırasıyla; məddi-müttəsil, məddi-münfəsil, məddi-lazım, məddiariz və məddi-lin olmaq üzrə beşdir.
a. Məddi-Müttəsil
Bitişik məd deməkdir. Qaynaqlarda vacib məd şəklində də
keçir. Hərfi məddən sonra səbəbi-məd həmzə olub ikisi də eyni
kəlmədə olarsa məddi-müttəsil olur. Digər bir ifadə ilə:
• Hərfi məd olmalı.
• Səbəbi məddən həmzə olmalı.
• İkisi də bir (eyni) kəlmədə olmalı.
Bu üç şərt mövcud olanda məddi-müttəsil olur. Məsələn:

Verdiyimiz misallarda məd hərflərindən sonra səbəbi-məddən
həmzə eyni kəlmədə arxa-arxaya gəlmişlər.
Birinci misalda ( J )hərflni məd hərflərindən, yuxarı doğru
uzadan təqdiri bir əlif, onun ardından da səbəbi-məddən həmzə


48 QURANİ-KƏRİMİN TƏCVİDİ
gəlmişdir. İkinci misalda ( ^ ) hərfini aşağıya doğru uzadan məd
hərflərindən ( ) gəlmiş, daha sonra da səbəbi-məddən həmzə
gəlmişdir.
Üçüncü misalda da yenə ( ^ ) hərfini uzadan ( j )gəlmiş,
arxasından da səbəbi-məddən sükun gəlmişdir və eyni kəlmə
içərisindədir. Bu saydığımız səbəblərdən dolayı məddi-müttəsil
meydana gəlmişdir.
Məddi-müttəsilin məddinin yəni uzadılmasmm hökmü vacibdir. Çünki bütün qiraət imamları məddi-müttəsilin uzadılması
üzərində həmfikirdirlər. Məddi-müttəsilin ən az uzadılma miqdarı
iki əlif miqdarıdır. Ən çox uzadılma miqdarı isə beş əlifdir.
Bizim qiraət imamımız Asim və onun taləbəsi Hafs, məddimüttəsili dörd əlif miqdarı uzadaraq oxumuşlar. Biz də bu qiraəti
mənimsədiyimiz üçün məddi-müttəsili dört əlif miqdarı uzadaraq
oxuyuruq. Çünki, qiraət elmi qaydalarına görə hər hansı bir imamın qiraəti üzərinə oxunursa, o imamdan rəvayət edilən bütün
oxunuş vəcihlərində o imama riayət etmək vacibdir.^^
b. Məddi-Münfəsil
Hərfi-məddən sonra səbəbi-məddən həmzə olub ayrı-ayrı
kəlmələrdə (hər
həmzə ikinci kəlmənin başında) olarsa, onda məddi-münfəsil olur.
Məsələn:

\^\\ - JU-ı J) - - lil tjr
Digər bir ifadə ilə:
• Hərfi-məd olmalı.
29 əs-Süyuti, əl- İtqan, I, 272.



MƏD bəhsi

49

• Səbəbi-məddən həmzə olmalı.
• İkisi ayrı-ayrı kəlmələrdə olmalı.
Yuxarıda vermiş olduğumuz misallardan birincisini təbiil edək.
Birinci kəlmədə (o) hərfini uzadan məd hərfi () mövcuddur. Məd
hərfindən sonra isə səbəbi-məddən həmzə gəlmiş və ikisi də ayrıayrı kəlmələrdə yer almışdır.
Yuxarıda verdiyimiz misallardakı məd hərfləri zahiridir. Yəni
kəlmənin sonunda açıq olaraq görünür. Fəqət bəzi hallarda məd
hərfləri təqdiridir. Məsələn:
j.0 Ү 5^
Bu misallarda "hə" zəmirindən sonra təqdiri bir "ya" vardır.
Məddi-münfəsilin asan tanına bilinməsinin işarəsi həmzənin
uzun əlif şəklində yazılmasıdır. Məsələn:
Məddi-müttəsilin asan tanına bilinməsinin işarəsi isə həmzənin
qısa əlif şəklində yazılmasıdır. Amma həm məddi-müttəsil, həm də
məddi-münfəsil üçün istisnalar vardır.
Məddi-müttəsil olub məddi-münfəsil kimi yazılana misaP°:
Məddi-münfəsil olub məddi-müttəsil kimi yazılana misal:
Bu kəlmədəki y* qismidir.

30 Maidə, 29




50 QURANİ-KƏRİMİN TƏCVİDİ
Qiraət imamları məddi-münfəsilin məd və ya qəsr oluşu, əgər
məd isə məddin hansı ölçüsü ilə oxunacağı mövzularında ixtilaf
etdiklərindən, məddi-münfəsilin hökmü caiz olmasıdır. Yalnız bu
cəvaz hökmünü doğru anlamaq lazımdır. Bir çoxlarının yanlış anladığı kimi, bundan məqsəd hər istəyən, münfəsil məddi istədiyi
şəkildə, bir qaydaya bağlı olmadan oxuya bilər demək deyildir.
Bunda diqqət ediləcək xüsus, hansı imamın qiraəti üzərinə oxunursa, o imama uymanın məcburiliyidir. Bizim oxuduğumuz Asim
qiraətində məddi-münfəsillər ən az bir, ən çox dörd əlif miqdarı
uzadılmalıdırlar.
C. Məddi-Lazım
Fəri mədlərin üçüncüsü məddi-lazımdır. Hərfi məddən sonra səbəbi-məddən sükun u-lazım gəlib, ikisi də bir kəlmədə olarsa məddi-lazım olur. Məddi-lazımm bu isimlə adlandırılmasmm
səbəbi, bütün qiraət imamları məddi-lazımm məd ilə oxunması
haqda həmfikirdir. Bu mövzuda hər hansı bir ixtilaf olmamışdır.
Bəzi qaynaqlara görə isə; səbəbi-məd olan sükunun kəlmənin həm
vəsl, həm də vəqf halında sabit qalması və düşməməsi səbəbilə bu
isim verilmişdir.
Sükunu-Lazım: V əqfən (durulduğunda) və vəslən (keçildiyində)
sabit olan sukuna deyilir. Məsələn: ^ - J - i - ^ - A Bütün hərflərin
cəzimli halları sükunu-lazımdır.
Məddi-lazım kəlmə və hərf olmaq üzrə ikiyə ayrılır. Bunlar da
öz içərisində iki bölməyə ayrılırlar. Cədvəldə gördüyümüz kimi:



MƏD bəhsi

51

Hərflər haqqında; burada bir şeyi qeyd etmək lazımdır ki, bu
bölüm hurufu müqəttəələrlə əlaqəlidir. Hüruful-müqəttəə bəzi surə
başlarında yer alıb mənaları Allah (c.c.) və Rəsulu (s.ə.s) tərəflndən
tam olaraq bilinən, insanları heyrətə salmaq üçün də Quranda yer
alan mütəşabeh ayə olduqları ifadə edilən hərflərdir. Yəni hərf
ayələrdir. Ancaq bu qayda bütün müqəttəə hərflərinə aid deyil. Yalnız adlarını səsləndirdiyimiz zaman üç hərfdən ibarət olan hərflər
buna aiddir. Məsələn: Ləm, mim və s. kimi. Ayn hərfi istisnadır.
Çünki o, Lin hərbdir.
Mdddi-lazım hərfi müsəqqələ:
Əgər burada hərflər şəddələnirsə Məddi-lazım hərfl-müsəqqələ
qaydası meydana gəlir, məsələn:
Burada (^М) da, lam hərfini uzadan əlif var. Sonrakı mim hərfinin
üzərində sükunu lazım gəlmişdir. Və bu sükun özündən sonrakı
mim hərfi ilə şəddələnərək oxunur. Ona görə də bu adı alır.
Məddi-lazım hərfi müxəffəfə:
Məddi-lazım hərfl-müxəffəfə qaydası belə olur. Məsələn:
)\ - ifi















52 QURANİ-KƏRİMİN TƏCVİDİ
Burada misalda, lam hərfini uzadan əlif var. Və daha sonra
mim hərfinin üzərində sükunu lazım gəlmişdir. Ancaq bu sükun
özündən sonrakı ra hərfi ilə şəddələnərək oxunmur. Ona görə də
bu adı alır.
Mdddi-lazım Kdlmeyi-müsəqqəb:
Ağır kəlmə deməkdir. Burada hərfi məddən sonra gələn səbəbi
məddən sükunu lazım şəddəli hərf üzərindədir. Məsələn:
Bu ləfizlərdə deyilən vəziyyət mövcud olduğuna görə məddilazım kəlmeyi-müsəqqələ var. Bunu daha açıq bir misalla göstərək:
Mdddi-lazım Kdlmeyi-müxdjfdfə:
Xəfif kəlmə deməkdir. Burada hərfi məddən sonra gələn səbəbi
məddən sükunu lazım şəddəsiz hərf üzərindədir. Bunun tək misalı
Yunus surəsini 51 və 91-ci ayələrində keçən kəlməsidir:
Bu kəlmənin açıq formasını belə (oll Jll) göstərmək olar.
Məddi-lazımda hərfi-məddən sonra səbəbi-məddən sükunu lazım gəldiyi halda, tərifindəki eyni kəlmədə gəlmə şərti hasil olmayıb ayrı-ayrı kəlmələrdə gələrsə məddi-lazım olmaz. Məsələn:
Mədd-i lazımın hökmü vacibdir. Müttəfəqün əleyh (üzərində
ittifaq) olduğu üçün 4 əlif miqdarı uzadılır. Ancaq bütün qiraət
imamları məddi lazımım ən az 2,5 əlif miqdarı oxuna biləcəyi
üzərində həmfikirdir.


MƏD bəhsi

53

Müsəqqələ ilə müxəffəfəni bir-birindən ayıran xüsusiyyət,
müsəqqələlərin şəddəli, müxəffəfələrin şəddəsiz olmasıdır. Hərfin
oxunuşunda şəddə meydana gəlirsə müsəqqələ, yalnız cəzm meydana gələrsə müxəffəfə olur. Bu üsul kəlmələrdə də hərflərdə də
əsas alınır.
d. Məddi-Ariz
Hərfi-məddən sonra səbəbi-məddən sükunu-ariz gələrsə
məddi-ariz olur. Sükunu arizin nə olduğunu bir daha söyləsək; durulduğunda ortaya çıxan, keçildiyində yəni vəsl edildiyində isə ortadan qalxan sükuna, arizi sükun ya da sükunu-ariz deyilir.
Ümumiyyətlə ayə sonlarında və ya vəqflərdə, səcavəndlərdə,
hərəkəli olan kəlmələrdə durulduğunda meydana gəlir. Məddi-ariz
olması üçün hərfi-məddən sonra sükunu-ariz gəlməsi lazımdır.
Bir xüsusa diqqət edilməlidir ki, hər məddi-arizdə bir sükunuariz vardır. Lakin hər sükunu- arizdə məddi-ariz yoxdur.
Misallarla izah etsək: kəlməsinin son hərəkəsi əslində
fəthədir. Fəqət bu kəlmənin sonunda durulduğunda ən sonda
olan hərfin hərəkəsini sükunlu oxumalı oluruq. Bu vəziyyət hərfi
məddən sonra gəldiyi üçün, yəni mim hərfini uzadan "ya" dan sonra gəldiyi üçün mədd-i ariz olmuşdur.
Məddi-arizin oxunuşu; oxunan hərfin hərəkəsinə görə dəyişir.
Bu oxunuş şəkillərinə vücuh və ya vücuhat deyilir. Bunlar sırasıyla;
tul, təvəssüt və qəsrdir. Tul uzun oxuma deməkdir və bu oxumada
məddi-ariz dört və ya beş əlif miqdarı uzadılır. Təvəssüt, orta oxunuş deməkdir və məddi-ariz bu oxunuşda iki ya da üç əlif miqdarı uzadılır. Qəsr isə qısa oxumaq mənasma gəlməklə birlikdə bir
əlif miqdarı uzadılır. İndi isə son hərfin hərəkəsinin halına görə bu
vəcihlərdən hansılarının caiz olacağını incələyək.


54 QURANİ-KƏRİMİN TƏCVİDİ
1) Hərfi-məddən sonra gələn və üzərində vəqf edilən kəlmənin,
yəni məddi-ariz olan kəlmənin son hərfinin hərəkəsi üstün isə;
misalında olduğu kimi, tul (4-5 əlif), təvəssüt (3 əlif) və qəsr (1 əlif)
olmaq üzrə 3 vəcih caizdir.
2) Durulduğunda məddi-ariz olan kəlmənin son hərfinin
hərəkəsi əsrə olursa, 4 vəcih caizdir. Bunlar tul, təvəssüt, qəsr və qəsr
ilə rəvmdir. misalında son hərf olan "nun" hərfinin hərəkəsi
kəsrədir. Bu şəkildə, bu hərfdən sonra dayanıldığında yenə məddiariz olur. Fəqət belə olduqda digər üç vəcihə əlavə olaraq rəvm ilə
oxumaq da caizdir.
Rəvm: Son hərfin hərəkəsinin gizli səslə, yəni tam səsinin üçtə
biri ilə ifadə edilməsidir. Yəni duracağımız zaman, son hərfin
hərəkəsini çox xəfif bir səslə müəyyən etməkdir. Təcvid elmində
belə tərif olunur:



"Rəvm, hərəkənin xəfif bir səslə oxunmasını tələb etməkdir".

Rəvm vəsl hökmündə olduğu üçün yalnızca qəsr ilə edilir. Çünki gizli səslə də belə olsa hərəkə ifadə edildiyi zaman səbəbi-məd
olan sükun ortadan qalxar. Səbəbi-məd olmadığı zaman da yalnız məddi-təbilik qalır. iLl çjj ayəsini oxuduğumuzu düşünək.
Buradakı vəsl, yəni kəlməsindən iişı yə keçərkən ^ hərfini bir
əlif miqdarından çox uzalda bilməməyimizin səbəbi, (ü) nunun
hərəkəsinin ifadə edilməsi səbəbilə səbəbi-məd olmaqdan çıxmasıdır. Rəvmdə (o) nunu -gizli səslə olsa belə- hərəkəsilə birlikdə oxuduğumuz üçün səbəbi-məd olmaz. Onun üçün rəvm qəsr ilə edilir,
mədlə deyil. Bunlar ancaq, bu işin əhli olan bir mütəxəssisin ağzından (fəmi-mühsin) eşidilərək öyrənilə bilər.


MƏD bəhsi

55

Qurani-Kərimdə Hafs rəvayətinə görə rəvm yoxdur. Ancaq
görmə özürləri olanlara, üzərində vəqf edilən hərfin hərəkəsini
bildirmək üçün edilir. Namazda və vird oxuyarkən rəvmin edilməsi
məkruhdur. Demək ki, rəvm təlim-tərbiyə üçün edilir. Rəvm
məddi-ariz və məddi-lin olan vəqflərdə edildiyi kimi məd olmayan
vəqflərdə də edilir.
3) Kəlmənin son hərfinin hərəkəsi ötrə isə kimi 7 vəcih
caizdir: Tul, təvəssüt, qəsr, qəsr ilə rəvm, tul ilə işmam, təvəssüt ilə
işmam, qəsr ilə işmam.
İşmam, sükundan sonra dodağı yummaqdır:
Yəni, sakin hərfin səsi bitdikdən sonra dodaqlar yumulur. Sakinin səsi bitmədən yumularsa tərifə uyulmamış olunur ki, bu da
caiz deyildir. Başqa bir ifadə ilə işmam; sükundan sonra dodaqları irəliyə doğru çəkərək yummaqdır. İşmam sadəcə zəmmə yəni
ötrəyə məxsusdur. İşmamda səs yox, şəkil əsasdır. Rəvmdə isə səs
var şəkil, görünüş yoxdur.
İmam Hafsa görə işmam da rəvm kimi təlim-tərbiyə üçün
vəqflərdə, eşitmə özürləri olanlara kəlmənin son hərfinin
hərəkəsinin ötrə olduğunu bildirmək üçün edilir. Ancaq Yusuf
surəsinin 11-ci ayəsində yer alan M) kəlməsindəki işmamı Əbu
Cəfər xaric doqquz qiraət imamı işmam vəchi ilə də oxuduğuna
görə, bu kəlmənin işmam vəchini namazda və virddə oxumaq caizdir. Bu kəlmənin əsli M) dir.^^
31 Yusuf surəsindəki k.'b м kəlməsini, Ebu cəfər xaric digər büfün qiraəf
imamları iki vəcihlə oxumuşlar. Sadəcə Ebu Cəfər idğam ilə oxumuş, burada
rəvm və işmam etməmişdir.



56 QURANİ-KƏRİMİN TƏCVİDİ
Mövzunu qısa bir şəkildə xülasə edə bilərik. Kəlmənin axırı (sonu) məftuh olarsa yalnız məd vəcihləri vardır; işmam ya da
rəvm yoxdur. Kəlmənin sonu məksur (əsrə) olarsa, məd ilə rəvm
vardır. Kəlmənin sonu məzmum (ötrə) olarsa mədlə bərabər həm
işmam, həm də rəvm vardır.
İşmam ilə rəvm arasında bəzi fərqliliklər mövcuddur.
Kor olanlar rəvmi eşidərlər fəqət işmamı görə bilməzlər
Rəvm kəlmənin sonunda olduğu halda, işmam kəlmənin başında, ortasında və sonunda ola bilir.
İşmam həm sakin, həm də hərəkəli hərflərdə ola biləcəyi halda,
rəvm isə sadəcə sakin hərflərdə olur.
Qeyd: Bəzi hallarda məddi arizlə əlaqəli uzadma hökmlərini qarışdırırlar. Burada yeddi çür məd olduğunu
söyləyirlər. Ancaq unutmamaq lazımdır ki, burada sadəcə olaraq
üç məd vəchi vardır ( tul, təvəssüt və qəsr). Yeddi deyilərkən üç
məd vəchi, üç işmam vəchi və bir rəvm vəchi qəsd edilir.
Rəvm və işmamm faydalarını belə açıqlamaq olar: üzərində
vəqf edilən hərfin əsl hərəkəsini dinləyənə və ya bu hərəkəyə baxana, hərəkənin cinsini yəni nə olduğunu açıqlamaqdır. Bundan da
başa düşüldüyü kimi, rəvm və ya işmam ilə vəqf etmək, qiraəti
dinləyən kimsənin hüzurunda olur və belə olduqda gözəl görülür.
Əgər oxuyan kimsə öz başına oxuyursa və başqa dinləyən kimsə
yoxdursa bunlara da ehtiyac yoxdur.
Məddi-arizin hökmü caizdir. Caiz olmasının səbəbi səbəbiməddin sükunu-ariz olmasıdır. (Bir məddin hökmü caiz isə o
məddə qəsr vəchinin də var olduğu anlaşılır.)
Diqqət: kimi kəlmələrdə vəqf edildiyi zaman süku
nu-ariz meydana gəlir. Bunlar məddi-ariz olurmu? - Bu, sondakı



MƏD bəhsi

57

həmzələr hərfi-məddən sonra gəldikləri üçün səbəbi-məddir. Burada iki səbəb (həmzə və sükun) cəm olmuş, bu iki səbəbdən biri olan
həmzə səbəbi-qəvi (gülçü səbəb) olduğundan, bu kəlmələrdəki
mədlər məddi-ariz deyil, məddi-müttəsildir. Yəni bu kəlmələrin
vəqfləri də vəslləri kimi məd edilir, qəsr ilə oxunmaz.
e. Məddi-Lin
Lin ( ) lüğətdə yumuşaq olmaq deməkdir. Lin hərflərilə
əlaqəli məlumat 26-cı səhifədə verilmişdir. Hərfi lindən sonra sükun gələrsə məddi-lin olur. Daha geniş bir şəkildə izah edəcək
olsaq; "vav" və "ya" (^5 -j ) hərfləri sakin olub, özlərindən öncəki
hərfin hərəkəsi məftuh (fəthəli), özlərindən sonraki hərf isə sükunlu
olarsa belə olduqda məddi-lin olur. Vəqf halında oxunan kəlmələri
nümunə olaraq göstərə bilərik. Məsələn:
Bu kəlmələrdə açıq olaraq görüldüyü üzrə "vav ilə ya"
hərflərinin özləri sakin əvvəlləri üstünlü, özlərindən sonraki hərflər
də sakindir. Gördüyümüz kimi belə olduğu halda mədd-i lin olur.
Məddi-linin mərtəbələri mövcuddur. Bu mərtəbələr lin
hərfindən sonra gələn sükunun lazımi ya da arizi olmasına görə
dəyişə bilir. İndi sırasıyla bunları izah edək.
a. Lazımi sükun olarsa: əgər lin hərfindən sonra gələn sükun,
lazımi sükun isə bu durumda iki vəcih caizdir^^. Bunlar tul (üç əlif)
və təvəssütdür (iki əlif). Fəqət qaydaların hamısını nəzərə aldıqda
bu kimi hallarda tul ilə oxumaq daha fəzilətlidir.

32 Bu iki vəch Aşəra oxunuşundadır. Ancaq Təkrib (Aşəradakı ravilərin
ravilərinin oxunuşları) oxunuşunda bunu üç vəch (tul, təvəssüt və qəsr)
oxuyanlar da var. Bunu İbn Cəzəri Tayyibə adlı əsərində belə ifadə edir: "
Sükunu lazımlı məddi doyur! Aynda olduğu kimi. Onun üç vəchi vardır"



58 QURANİ-KƏRİMİN TƏCVİDİ
Səbəbi-məddi sükunu lazım olan məddi-lin Qurani-Kərimdə
iki yerdədir. Məryəm surəsinin başındakı hürufül-müqəttəədən
olan kəlməsini açaraq incələdiyimiz zaman bU» Ij L* ujlS'
şəklində qarşımıza çıxır. Bu açılmış formada altı cızılı olan ifadənin
sükunu lazımidir, "ya" hərfi sakin özündən öncəki hərf məftuh olduğu üçün də bu hərf lin hərfi sayılır. Bu lin hərfindən sonra gələn
hərfin üzərindəki sükun, lazımi olduğu üçün burada iki vəcih caizdir.
Belə olan ikinci misal da Şura surəsinin başmda yer alan
kəlməsidir. Yuxarıda olduğu kimi bunu da açacaq olsaq; ijLs ^ ^
şəklində ortaya çıxar. Yenə buradakı altı cızılı olan ifadə yuxarıda
anlatdığımız vəziyyətlə eynidir. Qurani-Kərimdə bu misalların hər
ikisində də Ayn hərfinin üzərində uzadma işarəsi mövcuddur. Bunun səbəbi buradakı sukunun lazımi sükun olmasıdır. Yəni oxunuşun Tul və Təvəssüt üzrə olmasıdır.
b. Arizi sükun olarsa: məd səbəbi olan sükun, əgər arizi olarsa,
bu halda məddi-linin mərtəbəsi, məddi-arizdə olduğu kimi arizi
sükunun yer aldığı hərfin əsl hərəkəsinə görə dəyişir.
1) Kəlmənin sonu üstün olarsa üç vəcih caiz olur. Məsələn: (j^)
Bunda yalnız (üç vəcih) məd halı vardır: Tul (3 əlif), təvəssüt (2 əlif),
qəsr (1 əlif).
2) Kəlmənin sonu əsrə olarsa dört vəcih caiz olur. Məsələn:
j) Bunda məd və rəvm halı vardır. Bilindiyi kimi rəvm yalnız
ca qəsr ilə edildiyinə görə cəmi dörd vəcih olmuş olur: Tul, təvəssüt,
qəsr, qəsr ilə rəvm.
3) Kəlmənin sonu ötrə isə yeddi vəcih caizdir. Məsələn: (j^dl)
Bunda məd, rəvm və işmam olmaq üzrə üç hal vardır: Tul, təvəssüt,
qəsr, qəsr ilə rəvm, tul ilə işmam, təvəssüt ilə işmam, qəsr ilə işmam. Burada isə gördüyümüz kimi yeddi vəcih mövcuddur.



MƏD bəhsi

59

Məddi-lində digər mədlərdən fərqli olaraq uzadma lin hərfi
üzərində olur. Yəni digər mədlər, məd hərflərindən öncəki hərfin
hərəkəsindən asılı olduğu üçün, hərfi məddlərdən öncəki hərfdə
meydana gəlirlər. Məddi-lində isə məd bir başa lin hərfinin özündə,
məxrəcində icra edilir. Məsələn: öüı kəlməsi "əl-beyyyt" şəklində
oxunur.
Məddi-lində məd ölçüləri, digər mədlərə nəzərən bir az daha
əksik qəbul edilmişdir. Hətta bəzi müəlliflərə görə məddi-linə
bu ismin verilməsi, digər məd hərflərinə nisbətlə, lin hərflərinin
mədlərinin az oluşu və özlərindən öncəki hərfin hərəkəsinin də öz
cinsindən olmaması səbəbinə dayanır. Bunda tul üç əlif, təvəssüt iki
əlif, qəsr isə bir əlifdir.
Məddi-linin hökmü caizdir. Çünki bu məd qiraət alimləri arasmda müxtələfün flhdir (üzərində ixtilaf edilən). Yeri gəlmişkən
onu da qeyd etmək lazımdır ki, məd səbəbi olmadan sadəcə lin
hərfinin üzərində məd emək xatadır. Və caiz deyildir, mi
sallarında olduğu kimi.
C. TİLAVƏT ŞƏKİLLƏRİ
Hər oxuyucunun bilməsi lazımdır ki, Qurani-Kərim üç təriq
(mərtəbə, seyr, tərz) üzrə oxunur.
1. Təhqiq (yavaş oxunuş):
Bu oxuyuşda mədlər 4 və ya 5 əlif uzadılmaq surətilə və hərflərin
məxrəc və sifətlərinə ciddi şəkildə diqqət yetirilərək oxunur. Əşər
oxunarkən olduğu kimi.


60 QURANİ-KƏRİMİN TƏCVİDİ
2. Tədvir (orta oxunuş):
Mədlər üç əlif uzadılaraq oxunur. İki yarım, üç yarım əlif də üçə
daxildir. Yenə hərflərin məxrəc və sifət haqlarını tam verərək fəqət
təhqiqdən bir az daha sürətli oxunur.
3. Hədr (sürətli oxunuş):
Hərflərin haqları diqqətə alınaraq və mədlər "münfəsil bir,
müttəsil iki, lazım üç əlif" uzadılaraq oxunur.
D. MƏD MÖVZUSUNDA DİQQƏT EDİLMƏSİ
LAZIM OLAN MƏQAMLAR
Qurandakı mədləri oxuyarkən bəzi xüsuslara diqqət etməliyik.
Bu xüsuslar oxuyucunun qiraətinin düzgün olması və mənanın
doğru olması üçün son dərəcə mühimdir. Bunları bir neçə maddə
halında izah etmək mümkündür.
1. Qurani-Kərimi oxuyarkən mədlər, oxunuş sürətinə uyğun
olmalıdır.
Məddin dəyərləndirilməsində əsas alman ölçü hərəkə olduğuna
gorə, məddə verilən zaman miqdarı hərəkəyə görə olmalıdır. Əgər
buna diqqət etməsək, məsələn hədr oxuyarkən mədləri təhqiqə
görə oxusaq, düzgün bir oxunuş etməmiş olarıq. Bu vəziyyət,
xüsusilə ramazan aylarında təraveh namazı qıldırılarkən ya da
xətim oxunarkən və yaxud da müəzzinlik edilərkən gözə çarpır.
2. Mədlər ancaq mütəvatir qiraətlərin özlərinə isnad edildiyi
qiraət imamlarından nəql edilən mərtəbələrə görə oxuna bilər.
Mütəvatir qiraətlərin vəcihlərindən olan məd miqdarları, içtihadi bir məsələ olmadığı üçün uzadma miqdarını düzgün tətbiq
etmək zəruridir. Bu həqiqəti belə izah etmək mümkündür: Quran
oxuyan kimsə, hansı imamın qiraətini oxuyursa, o imamın bütün


MƏD bəhsi

61

oxunuş şəkillərinə (vücuhatına) tabe olmaq məcburiyyətindədir.
Məsələn: Asim qiraətini oxuyan bir kimsənin, məddi-müttəsil ya
da məddi-münfəsili dörd əlifdən daha çox və ya daha az oxumaması lazımdır. Əgər əksi olarsa, qiraətlər bir-birinə qarışmış olar.
Bu şəkildə oxuyan biri nə öz qiraət imamının qiraətini nə də başqa
bir qiraət imamının qiraətini oxumuş olar. Belə halda vəcüılər birbirinə qarışmış olar.
Fəqət qiraət elmində rühsət sahibi olanlar, bütün vəcihlərini
yerinə yetirmək surətilə istədikləri imamın və ya imamların
qiraətlərini oxuya bilərlər.
3. Quran oxuyan kimsə, mədlərdə imamının oxuduğu
bütün mərtəbələri oxuya bilər.
Hətta caiz gördüyü mərtəbələrdən hər hansı birini də seçə
bilər. Məsələn: Asim qiraətinin Hafs rəvayətini oxuyan bir kimsə
müttəsil, münfəsil və lazım mədləri dörd əlif miqdarı oxumaq
məcburiyyətindədir. Fəqət məddi-arizi yerinə görə dörd əlifdən
bir əlifə kimi oxuya bildiyi halda, caiz görülən digər oxunuş
şəkillərinindən hansını istərsə onu da seçə bilər.
4. Mədləri oxuyarkən təğənni yəni məqam etmək və ya
oxunuşdakı ahəngi pozmaq qorxusu, mədlərin mərtəbələrinə
uyğun bir tərzdə oxunmasına mane olmamalıdır.
Məsələn: hər hansı bir məqamı edə bilmək, mədlərdə bir
dəyişikliyə səbəb olacaqsa əvvəlcə təcvid qaydasi düşünülməli, səs
və məqam bu qaydaya uyğun edilməlidir.
5. Bəzi zərurətlərə görə oxunması caiz görülən qərib
qiraətləri oxuyarkən son dərəcə diqqətli hərəkət edilməlidir.
Məsələn: məddi-ariz və məddi-linlərdəki rəvm və işmamlı
oxumaq kimi. Quran oxuyan kimsə. Quran dinləyicilərinin elmi



62 QURANİ-KƏRİMİN TƏCVİDİ
dərəcələrini (bilgisizliklərini) də düşünməli və fitnəyə səbəb olmaqdan uzaq durmalıdır.
V. TƏNVİN VƏ SAKİN NUNUN HÖKÜMLƏRİ
Təcvid kitablarında tənvin, ^ dir şəklində bəsit bir tərif vardır. Bu tərif, yazıdakı görüntünün tərifidir deyə bilərik. Əslinda
tənvin, isim olan kəlmənin sonunda yer alan ( o ) hərfini hərəkəyə
çevirməkdir. Məsələn:

Bu tərif bilinmədiyi təqdirdə ( ) kimi kəlmələri izah
etmək mümkün olmaz. Sakin nun isə ədat olan kəlmənin sonunda
yer alan və hətta yazıda olduğu kimi görünən nundur. Məsələn:
сГ
Yuxarıdakı ( ) kəlməsindəki nun ilə () də keçən nun
arasındakı fərq budur: ( ) dakı nun hərəkəyə çevrildiyi zaman
kəlmə pozulur, dəki nun isə hərəkəyə çevrilərsə bu ədatlar
pozulurlar. Buna görə də (yazıda) görüldüyü şəkil nəzərə alınaraq
hər iki hal ifadə olunmaq üzrə "tənvin və sakin nun" deyilir.
Tənvin və ya nuni-sakinin 5 halı vardır:
1. İxfa
2. İzhar
3. İdğami-məal ğunnə (ğuıməli idğam)
4. İdğami-bila ğunnə (ğunnəsiz idğam)
5. İqlab
Bəzi təcvid alimləri iqlabı, ixfa içərisində tələqqi etmişlər. Bu
səbəblə tənvin və sakin nunun hallarını beş deyil, dörd başlıq al


TƏNVİN VƏ SAKİN NUNUN HÖKÜMLƏRİ 63

tında izah etmişlər. Təcvid alimlərinin çoxu isə iqlabı xüsusi bir
mövzu olaraq izah etmişdirlər. Biz də burada iqlab üçün xüsusi bir
başlıq ayırmışıq.
Babların xüsusiyyətlərinə keçmədən əvvəl bu mövzunu oxuyan kimsənin bu barədə üfqünün daha da genişləməsi məqsədilə
belə bir cədvəl çəkilməsini uyğun gördük.

TƏNVİN VƏ SAKİN NUNA GÖRƏ
28 HƏRFİN QAYDALARA BÖLÜNMƏSİ

• ixfa
-13 harf
• İZHAR
-6 hərf
' “ tc tc
• İDĞAMİ-MƏAL GÜNNƏ
-4 hərf
ti C 0 j
• İDĞAMİ- BİLƏ GÜNNƏ
-2 hərf
J j
• İQLAB
-1 hərf

A. İXFA ()
Lüğətdə örtmək və ya gizləmək mənalarına gəlir. Təcvid termini olaraq isə belə tərif edilir:


İxfa, ixfa hərflərindən öncə tənvin və ya sakin nunu izhar ilə
idğam arasında, şəddə etmədən, ğunnənin qalması şərtilə oxumağa deyilir. Bu və buna bənzər qaydalar, ən gözəl şəkildə, "fəmiMühsin" dediyimiz, gözəl oxuyanların ağzından öyrənilməlidir.
İxfa dil ucu və çənə sərbəst buraxılaraq, nun məxrəcinə dəymədən,
nunu gizləyərək və gənizdən gələn səs ilə yəni ğurmə ilə oxumaqdır.

Tənvin və ya sakin nundan sonra aşağıdakı beytin kəlmələrinin
ilk hərflərindən biri gələrsə ixfa olur:





64 QURANİ-KƏRİMİN TƏCVİDİ
• IJIL? 1дј Лј 1(1^ \ja^ JJ
i_j -1» -:s -O -j -Ji -iJ -j -ji -i
Ixfa, dil ucu ağzın heç bir yerinə dəy dirilmədən (boşluqda ikən)
səsin xəfif şəkildə buruna göndərilməsi ilə edilir. Ixfa edilərkən
You have read 1 text from Azerbaijani literature.
Next - Qurani-Kərimin Təcvidi - 4
  • Parts
  • Qurani-Kərimin Təcvidi - 1
    Total number of words is 3470
    Total number of unique words is 1644
    25.2 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 2
    Total number of words is 3526
    Total number of unique words is 1311
    24.8 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    40.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 3
    Total number of words is 3618
    Total number of unique words is 1278
    24.4 of words are in the 2000 most common words
    35.2 of words are in the 5000 most common words
    41.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 4
    Total number of words is 3661
    Total number of unique words is 1162
    26.0 of words are in the 2000 most common words
    37.2 of words are in the 5000 most common words
    43.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 5
    Total number of words is 3478
    Total number of unique words is 1434
    27.1 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 6
    Total number of words is 3045
    Total number of unique words is 1550
    24.0 of words are in the 2000 most common words
    34.5 of words are in the 5000 most common words
    40.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.