Latin

Qurani-Kərimin Təcvidi - 2

Total number of words is 3526
Total number of unique words is 1311
24.8 of words are in the 2000 most common words
34.1 of words are in the 5000 most common words
40.3 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
mövcuddur. Hər hərfin ən az beş sifəti vardır ki, bunlara bir-birinə


24 QURANİ-KƏRİMİN TƏCVİDİ
zid olan Sifəti-Lazimələr deyilir. Bunları cədvəl şəklində belə










HƏRFLƏR

25

b. Hərflərin bir-birinə zidd olmayan Sifəti-Lazimələri
Bəzi hərflərin yuxarıdakı cədvəldəki sifətlər xaricində əlavə

sifətləri mövcuddur.

2. Sifəti-Arizə:
Hərfdən ayrılması mümkün olan və ayrıldıqları zaman da
hərfin zatını dəyişdirməyən sifətlərdir. Hərfin zatında bir dəyişiklik
meydana gəlmədiyi üçün bu sifətlərin tərkində, təğyirində (dəyiş







26 QURANİ-KƏRİMİN TƏCVİDİ
dirilməsində) və ya təbdilində ləhni-xəfi dediyimiz kiçik xəta meydana gəlir.

Bu sifətlari yuxarıda olduğu kimi bu şəkildə sıralaya bilərik:

Təfxim

Tərqiq

Idğam

İxfa

İzhar

Qəlb

Məd
aJI
Vəqf

Səktə

Hərəkə

Sükun
0

Yuxarıda saydığımız bəzi terminlər haqda məlumat veriləcək
ancaq indi lazımi sifətləri qısaca açıqlayaraq hərflərin hansı qrupa
girdiyini göstərək.
3. Sifət terminlərinin mənaları
Həms (^): Gizli deməkdir. Hərf tələffüz edilərkən məxrəcinə
zəif toxunduğundan nəfəs çölə axar. Həms sifətinin hərfləri 10 dur.
şəklində göstərilir.
Cəhr ( ): Aşkar deməkdir. Həmsin tam ziddidir. Beləcə 28
hərfin lOu gizli, 18-i isə aşkar olduğu ortaya çıxmış oldu. Bu hərfləri
bir daha yazsaq belə göstərmək olar; ^5 j o ^ J ö ^ ^ j j ^ \.








HƏRFLƏR

27

Şiddət ( ): Şiddətli deməktir. Hərf tələffüz edilərkən səsin
məxrəcə həbs olması və məxrəcdə qüvvətli dayanmasmdandır.
Başqa bir ifadə ilə, qüvvətli səs və çətin söyləmə halıdır. Cəmi 8
hərfdir .У
Rixvət ( SjJ-j ): Yumuşaq deməkdir. Səsin hərflə birgə axmasıdır.
Bunun da səbəbi rixvə hərfinin oxunarkən məxrəcdə zəif dayanmasıdır. Rixvət sifəti asanlıqdır. Rahat tələffüz edilir. Rixvət hərfləri
15 dənədir; J ^ ^ ^ ^
Beyniyyə { ): Şiddətlə yumuşaqlıq arası deməkdir. Hərf
tələffüz edilərkən səs şiddətlə həbs olmadığı kimi nəfəsin yumuşaqlıq meydana gətirəcək şəkildə cərəyan etməsidir. Hərfləri^*’ beş
ədəd olub bunlardır: ji
İstila Yüksəlmək deməkdir. Hərf oxunarkən dilin
üst çənə tərəfinə qalxmasıdır. Eyni zamanda bu hərflərə hürufu
müstəliyə də deyilir. Hərfləri 7dir: ЈаЗ ]aL:a
İstifalə Lisanm alçalması deməkdir. Hərf oxunarkən
dil ağzın düzlüyü səviyyəsinə alçalır. Hərfləri 21dir. (Müstəliyə
hərflərinin xaricində qalan hərflərdir.)^^
İtbaq ( öUaMI): Səsin ağız qübbəsinə vurulması. Hərf oxunarkən
dilin üst damaq tərəfinə qalxması, dolayısıyla səsin ağzın qübbəsinə
vurmasıdır. (Yəni dilin kökündən geri çəkilib qüvvətlə basılması və
dil bükülərək qatlanmasıdır.) Hərfləri dörddür:
16 Bir-birinə zid olan şiddət ilə rixvənin yanında beyniyyə sifəti vardır.
Hər hansı bir hərfin bu qrupda sifəti axtarıldığı zaman şiddətdə olmayan
beyniyyədə axtarılır, orda da yoxsa rixvədədir.
17 İstifalə, dilin öz halını buraxılmasıdır. İsfila isə dilin üsf damağa
yüksəlməsidir. Bu iki halda dil bükülmədiyi üçün, isfila və isfifalə hərfləri
itbaqin ziddi olaraq infitah sifəfində birləşirlər.



28 QURANİ-KƏRİMİN TƏCVİDİ
İnfitah ( ): Səsin düz olması. Hərfləri (itbaq hərflərinin
xaricində qalan 24 hərfdir. Bu hərflər oxunarkən, dil və üst çənənin
bir-birindən ayrılması, dolayısıyla hərfin səsinin düz olmasıdır,
(itbaqdəki qübbəyə vurmanın ziddidir).
İzlaq (öMiMI): Lisanm asan sürüşməsi mənasına gəlir. Bununla
yanaşı bunlara müzləqa hərfləri də deyilir. Müzləqa hərfləri olan
> ■'
(-İ dən (o J j) da dilin uc tərəfinə, ^ Jı) də isə dodaqların
uclarına etimad edilir. Müzləqa hərfləri xəfif olduqları üçün lisan
bu hərflərdən asan sürüşdüyünə görə özlərinə bu ad verilmişdir.^®
İsmat ( c:jLqalan 22 hərfə bu ismin verilməsi lisanm, bu hərfləri tutula-tutula
oxumasmdandır. Ümumi olaraq ifadə edərsək; ismat hərfləri ağır,
izlaq hərfləri isə xəfifdir. Məsələn: ( ) Bu hərflərə hürufl
Masmətə də deyilir.
Buraya qədər edilən izahlar hərflərin bir-birinə zid olan
sifəti-lazimələrinə aid idi. İndi isə hərflərin ziddi olmayan sifətilazimələrinə başlayaq.
Satir Fit səsi deməkdir. Quş uçarkən çıxan səs satir
hərflərindən çıxan səsə bənzər. Hərfləri yuxarıda qeyd etdiyimiz
13-cü məxrəcin hərfləri olan ^ j) dir.
Qalqalə ( ä№) : Hərf oxunarkən məxrəcin tərpənməsi deməkdir.
Hərfləri 5 dənədir, (лј- Hər nə qədər "məxrəcin tərpənməsi"
deyilmiş olsa da, təlim-tərbiyə baxımından "məxrəcdə hərfin
səsinin tərpənməsi" demək daha uyğundur, qalqalə hərflərində
cəhr və şiddət eyni anda meydana gəlir. Buna görə də bu hərflərin
sükun ilə oxunuşlarında səs və nəfəs tamamilə qapanır. Fəqət bu
18 Ərəbcədə rübai, xümasi, südasi kəlmələrdə izləq hərflərindən birinin
olması kəlmənin tələffüzünü asanlaşdırır.



HƏRFLƏR

29

vəziyyət, qalqalə hərflərinin əsas səsinin ortaya çıxmasına mane olduğundan, duruş anında ağızda həbs olan səsin qüvvətlə ortaya
çıxması lazımdır. Budur ki, əda əhlinə görə sonradan ortaya çıxan
zaid səsə qalqalə deyilir. Bu mövzu daha sonra ətraflı bir şəkildə
izah ediləcəkdir.
Lin (): Yumuşaq deməkdir. Üstündən sonra gələn sakin Vav
ilə Yə hərflərini mülayim yəni yumuşaq oxumaqdır. Hərfləri əvvəli
məftuh (fəthəli) olan sakin Vav ilə Yə dir. (j. j.)
İnhiraf : Lisanm önə meyl etməsidir. Inhirafm hərfləri
ikidir, (j - J) Bu hərflər oxunarkən dilin ucuna meyl edərlər. Bu
hərflər dilin yarıdan yuxarısı tərəflndən çıxarlar.
Təkrir (jjjii): Təkrar deməkdir. Hərfi (j) dır. Bu hərfdə təkrarlılıq
vardır. Ancaq bu təkrarlılıq hərfin ani olaraq oxunmasmdadır.
Çünki (j) ani tələffüz edilən hərflərdəndir. Bu sifət (j) hərfinin bu
ölçüdəki həddini müəyyən etməsilə birlikdə, açıq təkrarlarla daha
uzun bir zamanda oxuna bilinməyəcəyini də nəzarət altına alır.
Yəni, tələffüz edilmə müddəti nə çox nə də az olmalı; təqribən bir
hərf zamanı qədər müddətdə oxunmalıdır.
Təfəşşi Fışıltı və yayılmaq mənasına gəlir. Hərfi j, dir. Bu
hərf oxunarkən ağızdan çıxan rüzgarm yayılmasıdır. Yəni bu hərfin
uzanmasıdır.
İstidalə (гЈигхЈ,!): Uzun olmaqdır. Bu sifət (^) hərfinin tələffüzü
əsnasında dilin məxrəcə yerləşməsi üçün zəruri olaraq keçməsi lazım olan müddəti ifadə edir. Məlumdur ki, (^) hərfi ədras dişləri
(kəskin dişlər) və dilin iki yanından biri (sol və ya sağ)'® ilə çıxarkən
yarım əlif miqdarı bir uzadma meydana gəlir. Yəni, dil (^) hərfinin
19 İbn Cəzəri Əbul Xeyr Muh. b. Muh, Müqəddimə, İstanbul 1310, səh. 4.



30 QURANİ-KƏRİMİN TƏCVİDİ
məxrəcinə müəyyən bir zamanda yaxınlaşar. Bu vəziyyətə istidalə
deyilir.
Təfxim ( ): Bir şeyi qalmlaşdnmaq deməkdir. Təcviddə
isə, təfxim hərflərini oxuyarkən dilin kökünün üst damağa qalxması səbəbilə hərfə bir qalınlıq gəlməsi və ağzın içinin səs ilə dolmasıdır. Təfxim hərflərinə hüruful-mufəxxəmə deyilir. İstila hərflərinin
hamısı eyni zamanda təfxim sifətli hərflərdir. Bundan əlavə qalın
oxunan hərflərdən sonra gələn əlif də bu vəziyyətdə mufəxxəmə
sifətli hərflərdən sayılır. Məsələn: jU? JUs kəlmələrində keçən əlif
hərfi, qalın hərflərdən sonra gəldiyi üçün o da qalın oxunmaq
məcburiyyətindədir. Çünki əlif, özündən öncəki hərfə tabedir.
Xəfa ( tUsjJI ): Lüğətdə gizləmək deməkdir. Termin olaraq isə,
özündən öncəki hərfə qatıldığı zaman hərfin səsinin gizli olmasına
deyilir. Hərfi dörddür. Bunlar məd hərfləri olan j ı və j» dir və
ziddi zühurdur (aşkar etmək).
Gunnə (iJıJI ): Gənizdən gələn səs deməkdir. Sakin və ya hərəkəli
olaraq gələn j. və ^hərflərinə məxsus qüvvətli bir sifətdir. Təcvid
alimləri, ğunnənin sifəti lazimədən olduğunu bəyan etmişdirlər. Bu
hərflər istər sakin, istərsə də hərəkəli olsunlar bu sifətlər özlərindən
ayrılmazlar. Bu mövzu haqqmda irəlidə daha geniş məlumat
veriləcəkdir.
Tərqiq (jjjül): Lüğətdə incəltmək, zəiflətmək mənalarına gələn
tərqiq, təcvid elmində isə tərqiq hərflərini incə oxumağa deyilir.
Tərqiq hərflərini oxuyarkən dilin kökünü üst çənəyə qaldırmadan
aşağıda tutub hərfin zatına bir incəlik gəlməsi, hərfin səsilə ağız
içinin dolmaması və nəticədə hərfin incəlməsidir. Hərfləri, təfxim
sifətinin hərflərinin xaricində qalan hərflərdir.
Yuxarıda sadalanan bu sifətlər mövzusu Quran və təcvid
öyrənmədə bilinməsi lazım olan bir mövzudur. Lakin ilk ola



HƏRFLƏR

31

raq öyrənilməsi bir az çətin olduğundan quran tələbəsi. Quran
oxumağa başlayıb bir neçə cüz oxuduqdan sonra bu mövzunu
mütləq öyrənməlidir. Unutmamaq lazımdır ki, təcvid elmində
mükəmməliyə çatmaq üçün hərflərin sifətlərinin bilinməsi vacibdir.

C. HƏRFLƏRİN QALINLIQ və İNCƏLİK FƏRQLƏRİ
Qurani-Kərim hərflərini qalın və incə olmaları baxımmdan
(sifətləri etibarilə) belə xülasə edə bilərik.
Hər nə qədər qalın və incə olaraq hərflərin iki qisim olduqları
bilinirdisə də, İbn Gəzərinin bu beytinə görə hərflərin üç qismə ayrıldığı anlaşılır.

"İstila hərfini qalın oxu. Xüsusən də itbaq hərfini daha qüvvətli
oxu".^° Belə olduğu təqdirdə hərflər üç qismə ayrılmış olur:
• İtbaq (ən qalın),
• İstila (qalın),
• İstifalə (incə).^^
Nəticə etibarilə itbaq olmayan 3 istila hərfi "istilayi-lazimə" dir.
Ancaq (_, ) ilə ləfzinin J mm qalın halları arizidir. Bunların
xaricində qalan 21 hərf isə (J j )-nm incə olduqları vəziyyət daxil
istifalə, yəni incədir. (J j )-nm qalınlıq halları arizidir. Qalın oxun
20 Yuxarıdakı beyitdə keçən ^ ^y-j dən məqsəd istilanın
qalınlığı, \ Uj-aİIj dan itbaqin daha qalınlığı, bu ifadələrin ziddindən
də istifalənin incəliyini anlamış olduq.
21 İtbaq hərflərini tələffüz edərkən dilin ağız qübbəsinə qapanmasmdan
meydana gələn itbaq səsi, dilin sadəcə yüksəlməsi ilə meydana gələn
istila səsindən həm daha qüvvətli, həm də daha qalındır. Hərflərin üçə
ayrılmasının səbəbi də budur.



32 QURANİ-KƏRİMİN TƏCVİDİ
malan lazım olan yerdə qalın, incə oxunmaları lazım olan yerdə isə
incə oxunmaları vacibdir.
D. HƏRƏKƏLƏR
Ərəbcədə hərflər hərəkə, ya da sükunlu olur. Hərəkəli hərfə
mütəhərrik, hərəkəsiz hərfə də sakin hərf deyilir.
Hərəkə, fəthə (üstün) kəsrə (əsrə) - və zəmmə (ötrə) - olmaq
üzrə üçdür. Üstünlü hərfə məftuh, əsrəli hərfə məksur və ötrəli
hərfə də məzmum deyilir. Fəthənin əlif (I ) ilə, əsrənin ya ( ^^ ) ilə
və ötrənin vav ( j ) ilə münasibəti vardır. Bu münasibət mədlər
bölməsində daha ətraflı izah ediləcək.
Bir hərəkə miqdarını qiraət alimləri, "bir barmağı açacaq və
ya yumacaq qədər keçən zaman" olaraq ifadə etmişdirlər. Barmağı açıb yummaq oxunuşun sürətilə əlaqəli olaraq dəyişir. Oxunuş
əsnasında hərəkənin düzgün oxunub oxunmaması tilavətə təsir
göstərir. Əgər hərəkə əksik oxunarsa, o hərf tam və səhhətli bir
şəkildə oxunmamış olar. Beləcə ləhni-cəli dediyimiz böyük xatanı
ortaya çıxarar.
Hərəkənin sağlam oxunuşunda, ağzm vəziyyətinin də çox
böyük əhəmiyyəti vardır. Çünki ağzm halı və şəkli hərəkənin
qəlibi deməkdir. Əgər ağzm halı oxunacaq hərəkəyə uyğun hala
gətirilməzsə, hərfin istənilən şəkildə oxunması da mümkün olmaz.
Hərəkənin növünə görə ağzm şəklini belə tərif edə bilərik:
Fəthə hərəkəsini oxuyarkən ağız normal bir şəkildə açıq olmalıdır. Əks təqdirdə yəni dodaqların təbii bir formada açılmaması
hahndə səs, "O" səsinə, və ya üst çənənin kifayət qədər qalxmamasıyla "İ" səsinə meyl edər.


33

BƏZİ HƏRFLƏRİN OXUNUŞ ŞƏKİLLƏRİ
Kəsrə hərəkəsini oxuyarkən ağzı alçaldmaq yəni üst çənəni
alt çənəyə tamamilə hakim qılmaq lazımdır. Əks təqdirdə kəsrə,
fəthəyə meyl edər.
Zəmmənin tələffüzündə isə dodaqların irəliyə uzadılaraq tam
mənasıyla toplanmasına diqqət edilməsi lazımdır. Necəki bu toplanma işi tam olmazsa bu hərfin səsi "O" səsinə bənzəyər ki, bu da
istənilən bir oxunuş olmaz.
Hərəkə, hərfin incə ya da qalın oxunmasında təsiredici bir amil
deyildir. Hərfin incə ya da qalın oxunması o hərfin sifətilə əlaqəlidir.
Hərəkəsi nə olursa olsun incə hərfləri incə oxumaq, qalın hərfləri də
qalın oxumaq lazımdır.
III. BƏZİ HƏRFLƏRİN OXUNUŞ ŞƏKİLLƏRİ
A. QALQALƏ
qalqalə sifəti cəhr və şiddət sifətlərinin birləşməsindən meydana gələn bir sifəti-lazimədir. Hərfləri beşdir: ^_iıs)
İbn Gəzəriyə görə qalqalə iki qisimdir. Gizli və aşkar qalqalə.^^
Gizli qalqalə, qalqalə hərflərinin hərəkəli hallarında var olduğu
qəbul edilən və açıq şəkildə ifadə edilə bilməyən qalqalədir. Çünki
bu hərflər hərəkə ilə oxunduğu zaman cəhr və şiddət sifətinin əsəri
olaraq xəfif bir tərpənmə his edilir.
Aşkar qalqalə sakin olan qalqalə hərfiərindədir və ikiyə ayrılır:
1. Vəsl halmda olduğunda qalqalə açıqdır. Buna «bəyan»
deyilir. Məsələn:
, JjdŞr.
22 Qalqalənin gizli və aşkar olması, aşkar qalqalənin vəsl və vəqfdəki
dərəcələri təcvid kitablarında göstərilməmişdir.



34 QURANİ-KƏRİMİN TƏCVİDİ
2. Vəqf halında olduğundaqalqalə daha da açıqdır. Buna
«əhyan» deyilir.^^ Məsələn:

(4з
Qalqalənin termin mənası belədir: "Özündən qüvvətli bir səs
gəlincəyə qədər məxrəci tərpətməkdir"
Qalqalə edərkən dörd şeyə diqqət etmək lazımdır:
1. Qalqalə edərkən vəqfdən sonra artıq bir həmzə tələffüz
etməmək. Məsələn: kəlməsini kimi söyləmək kimi.
2. Qalqalə edərkən sakin oxunması lazım olan hərfə hər hansı
bir hərəkə verməmək. Məsələn: kimi.
3. Şəddələməmək kimi.
4. Mübaliğədən (səsi bu hərflərin sakinləri üzərində lazımından
daha çox tərpətməmək.)
Bir şeyə də diqqət etmək lazımdır. Sakinlər əvvəllərindəki
hərəkəyə tabedir. Buna görə də qalqalə edilərkən əvvəlindəki
hərəkənin rəngi bir az his edilməlidir.
В. LƏFZƏTULLAH ( <ш1) LAMININ ( J) OXUNMASI
"Lam" (J ) hərfi ümumiyyətlə istifalə hərflərinin hökmünə tabe
olmaqla birlikdə, başqa xüsusiyyətlər daşıması baxımından ayrı bir
başlıq altında qeyd etmək lazımdır.
Ləfzətullah, kəlməsinin ləfzi deməkdir. kəlməsi başındakı
vəsl həmzəsi ilə oxunarsa, J qalın olar. nümunəsində olduğu
23 Bu səbəbdən ixlas surəsi oxunarkən diqqət edilməlidir. 3L y!
jJjj ayəsində birinci qalqalə ikinci qalqaləylə eyni olmamalıdır. Yəni ikinci
qalqalə daha da qüvvətli olmalıdır.
24 Burada üç görüş vardır: 1. Məxrəcin tərpənməsi 2. Səsin tərpənməsi
3. Məxrəclə birgə səsin tərpənməsi. Mizanül-huruf, qalqalə babı, səh. 41.



35

BƏZİ HƏRFLƏRİN OXUNUŞ ŞƏKİLLƏRİ
kimi. Ləfzətullahın başındakı "əlif" vəsl həmzəsidir. Yəni başqa bir
kəlmədən bu kəlməyə keçildiyində bu əlif oxunmaz. Bu səbəblə
vəsl həmzəsidir. Ləfzətullah bir başa oxunduğunda "lam" hərfi qalın oxunur.
Vəsl həmzəsi ilə deyil, ondan öncəki hərflə oxunarsa, yəni vəsl
həmzəsindən öncə bir hərf varsa və bu hərfdən sonra "lam" hərfinə
keçilirsə aşağıdakı hökümlər meydana gəlir.
1. Bu hərfin hərəkəsi kəsrə isə J incə oxunur. Məsələn:

4Jİ / 4JİİJ
2. Zəmmə və ya fəthə isə (j) qalın oxunur:
4İİ \ İJ /
Bu misallarda "lam" hərfləri qalın oxunur.
Onu da deyək ki, Ləfzində də yuxarıda qeyd etdiyimiz qaydalar əsas alınır. Məsələn:

Bu misallardan sağdakı kəlmədə "lam" qalın, soldakı kəlmədə
isə incə oxunur.
C. "HƏ" (.) ZƏMİRİ və OXUNUŞU
Bu babın mövzusunu meydana gətirən və Qurani-Kərimin yazı
tərzindəki yuvarlaq л dir. Bu eyni zamanda "U' yarım yuvarlaq
şəklində və ya quyruqlu şəklində də " yazıla bilər. Buna həikinayə deyilir. Həi-kinayə müfrəd, müzəkkər, ğaib zəmirinə verilən
isimdir. İsim, fel və hərflərə bitişir.
Zəmirin hökmünü iki maddədə cəmləşdirmək olar:


36 QURANİ-KƏRİMİN TƏCVİDİ
1. Zəmirin əvvəli hərəkəli olarsa zəmir uzadılır. Məsələn:

Ancaq bu kəlmələrin sonlarındakı j» zəmir olmayıb kəlmənin
əsl hərflərindən biridir. Ona görədə uzadılmaz.
Uzadılan zəmirin önünə həmzə gələrsə məddi-münfəsil olur.
Məsələn:

ОЛЛР - AaL
S= - -f ' ' '
Çünki uzadılan zəmirin əsrəlisinin önündə müqəddər
(görünməyən, gizli) (^j), ötrəlisinin önündə müqəddər (j), vardır
ki, bu müqəddər {^^) və (^) dan sonra həmzə gəldiyi üçün məddimünfəsil olur.
2. Zəmirin əvvəli (istər cəzimli, istər cəzimsiz) sakin olarsa
zəmir uzadılmaz. Bu sakin iki cür olur:
a) Hərfi-məd olaraq görünür. Məsələn:
0 Ij)
b) Cəzimli hərf olaraq görünür. Məsələn:
АДР - Асл
- ' « ^
Furqan surəsinin 69-cu ayəsindəki (iSl^ dəki zəmir məd olunur.^^
25 Bu zəmirin məd ilə oxunması, bu rəvayətin təvatür yoluyla sübutuna
görədir. Hər nə qədər burada "boğaz hərfi olan əsrəli (j«) -dən dodaq hərfi
olan ötrəli (.)- ə keçmək çətin olacağından bu məd edilmişdir" şəklində bir
açıqlama edilsə də bu sonradan edilən bir izahdır.




37

BƏZİ HƏRFLƏRİN OXUNUŞ ŞƏKİLLƏRİ
Qiraət imamlarının ikincisi olan İbn Kəsir bütün uzadılmayan
zəmirləri sıla ilə oxuyur (yəni uzadır). Məsələn:
- 4 .^ - AXo
' ^ i
Zümər surəsinin 7-ci ayəsində olan dakı (_*) zəmirdir. Əsli
(cU^y.) olduğuna görə, əslinə uyularaq uzadılmaz.^®
D. RA (j) HƏRFİNİN OXUNMA ŞƏKİLLƏRİ
Ra hərfinin oxunuşunda əsas olan qayda qalın oxunmasıdır. Lakin ra hərfinin digər hərflərdən fərqli bir xüsusiyyəti mövcuddur.
Digər hərflərin qalınlığı ya da incəliyi şəxsən özlərindəndir. Yəni
hərflər ya qalındır ya da incə. Ancaq "ra" hərfi olduğu məhəllərə
görə incəlik və ya qalınlıq qazanır.
"Ra" (j) hərfi, sifəti-hüruf (hərflərin sifətləri) babında sözü
keçdiyi üzrə ariz istila hərflərindəndir. Dolayısıyla qalın və incə
oxunmağa əlverişlidir. Hərəkəsi üstün və ötrə ikən qalm, əsrə
ikən incə oxunur. Əgər sakin olursa, əvvəlində olan lazım və ariz
kəsrələr, istila hərfləri və lin hərfləri; sonrasmda isə istila hərfləri və
bu hərflərin hərəkələri (j) nm qalm və incə oxunmasına təsir edirlər.
İmam Asim qiraətinin İmam Hafs rəvayətinə görə (j) nm 12 halı
vardır. Bu 12 halın 5i qalm, 4ü incə, 3ü isə həm incə, həm də qalm
oxunur. Ra (j) hərfinin hallarım üç yerə ayırmaq olar:
• Qalm oxunduğu yerlər,
• İncə oxunduğu yerlər,
• Qalm və ya incə oxunması caiz olan yerlər.
26 Bu ayədəki vəchə hərəkənin azını (üçdə birini) həzf edib, çoxunu ibqa etmək
mənasında ixtiləs də deyilir.



38 QURANİ-KƏRİMİN TƏCVİDİ
1. Qalın oxunduğu yerlər
a. "Ra" hərfi üstün və ya ötrə ilə hərəkəli olursa, qalın oxunur.
Məsələn:

b. "Ra" sakin əvvəli üstün və ya ötrə olursa yenə qalın oxunur.
Məsələn:

C. "Ra" sakin, əvvəli də sakin olursa daha əvvəlinə etibar olunur. Daha əvvəli üstün və ötrə isə yenə (j) qalın oxunur. Məsələn:
>
ç. "Ra" sakin əvvəlində ariz əsrə olarsa qalın oxunur. Məsələn:
d. İncə oxunması lazım olan (j) nm önündə (sonrasmda) məftuh
(fəthəli) istila hərfi olarsa qalın oxunur. Məsələn:
Ancaq bu höküm, (j) ilə istila hərfi eyni kəlmədə olduğu zaman
meydana gəlir. Ayrı kəlmələrdə olarsa qalın oxunmaz. Məsələn:
Bu misaldakı kəlməsindəki (j) sakin, məqəbli (əvvəli)
məksur, (^) da istila hərfi olduğu halda ayrı kəlmələrdə olduqlarına
görə (^), ra hərfinə təsir etməz.



39

BƏZİ HƏRFLƏRİN OXUNUŞ ŞƏKİLLƏRİ
2. İncə oxunduğu yerlər
a. Əsrəi-lazimə (əslindən əsrəli) ilə hərəkəli olarsa incə oxunur.
Məsələn:
Jbrj - Oj-Çijj
Ariz əsrə ilə hərəkəli isə vəziyyət yenə eynidir. Məsələn:
Bu misaldakı - jjiİ) kəlmələri əmr feil olduqları üçün onların əslləri (33 3 yİ) dir. Vəsl üçün əsrəi-arizə (müvəqqəti əsrə) ilə
hərəkələnirlər.
b. (j) sakin, əvvəli əsrə olarsa incə oxunur. Məsələn:
C. (j) sakin, əvvəli də sakin, daha əvvəli əsrə olarsa yenə incə
oxunur. Məsələn:

ç. Sakin (j) nm əvvəlində lin hərfi (^) olarsa incə oxunur.
Məsələn:

3. Qalın və incə oxunması caiz olan yerlər:
a. Əsrədən sonra gələn sakin (j) nm önündə (sonrasmda) istila
hərfi məksur olaraq gəlib, ikisi də eyni kəlmədə olarsa, qalın və incə
oxunması caizdir. Məsələn:


40 QURANİ-KƏRİMİN TƏCVİDİ
b. Sakin (j) mn əvvəlində sakin istila olub və əvvəli də məksur
olarsa, qalın və incə oxunması caizdir. Məsələn:
jAo ^ ijh
Bu kəlmələrdə höküm hər nə qədər belə isə də (yəni incə və
qalın oxumaq caiz isə də) (j) larin vəsl hallarına baxaraq vəqf etmək
daha yaxşıdır. Yəni: (jLi) də (j) m incə oxumaq, da qalın oxuyaraq vəqf etmək daha yaxşıdır.
C. Vəqf halında qaydalara görə qalın oxunması lazım gələrkən
kəlmənin əslinə işarə etmək üçün incə oxunur:
Bu kəlmələrin əslləri dir.
Ra (j) şəddəli olarsa höküm müdğamun fihə (üzərinə idğam
edilən) ikinci (j) hərfinə aiddir. Ona görə də: misalında (j)
incə, ( 5 jJs, - ^ ^) misallarında isə qalın oxunur.
IV. MƏD BƏHSİ
A. MƏDLƏR
Məd; 4 -v. 4 -» kökündən gələn bir məsdərdir. Lüğət mənası uzadmaq və artırmaqdır. Təcvid elmində isə, açıq və ya gizli məddi tələb
edən hərflərdən biri ilə özlərindən öncə gələn hərfin səsini uzadaraq oxumaq deməkdir. Qurani-Kərimdə məddin varlığında şübhə
yoxdur. Ancaq səsin uzadılmasında qiraət alimləri arasında bəzi
ixtilaflar görünür. Bu ixtilaflar mütəvatirdir və yeri gəldikcə izah
ediləcəkdir.



MƏD bəhsi

41

Məddlə yanaşı, bir də "qəsr" (j^) vardır. Qəsr məddin ziddidir
və qısaldmaq mənasındadır. Uzatmadan oxumaq da deyə bilərik.
Əsl olan qəsrdir. Məd isə təbi ki, bir səbəbə dayanmalıdır.
Məddi qisimlərə ayırmadan öncə hərfi-məd və səbəbi-məd
terminlərini izah edək.
1. Hərfi-Məd Məd (uzatma) hərfləri:
Bir kəlmədə, özündən öncəki hərfi bir əlif miqdarı uzatmağa
səbəb olan hərflərə məd hərfləri deyilir. Hərfi-məd, hərəkəli hərfi
tələffüz etmə əsnasında, onu bir əlif ölçüsündə uzatan hərəkəsiz
(sakin) hərfin adıdır. Bu hərflər üç ədəddir: Əlif (I) ), vav (j), ya ( Ş).
Bu üç hərfin, hərfi-məd olması üçün iki şərt vardır:
• Sakin olmaları. Yəni cəzimli və ya hərəkəsiz olmaları.
• Məd hərfinin öncəsində öz cinsindən hərəkə olması.
Əlif (I) dən öncə fəthə ( _ ).
Yə (ij) dən öncə kəsrə ( _ ),
j
Vav (j) dan öncə zəmmə ( _ ).
Bu iki şərt hasil olsa bir öncəki hərfin hərəkəsinə əsaslanaraq,
təyin edilmiş şərtlər^^ daxilində uzadılaraq oxunur. Hərfi-mədlərin
məxrəcləri (çıxış yerləri) ağız, boğaz boşluğudur. Sakin hərf,
hərəkəsi olmayan hərf deməkdir. Bunun əlaməti isə cəzmdir.
Yuxarıda da qeyd etdiyimiz kimi məd hərflərinin birincisi
özündən öncəki hərfin hərəkəsi fəthə (üstün), özü isə sakin olan
"əlif" hərfidir. Jl5 kəlməsində göründüyü kimi sakin yəni hərəkəsiz
27 Müəyyən şərtdən məqsəd, hərfi-mədlərdən sonra sükunlu bir hərfin
olmamasıdır. Əgər sakin hərf olarsa, məd hərfi yazılsa belə, oxunmaz.
Məsələn: əNliyu nümunəsində olduğu kimi.



42 QURANİ-KƏRİMİN TƏCVİDİ
olan "əlif" hərfi, əvvəlindəki hərəkəsi üstün olan "gaf" (ö) hərfini
yuxarı doğru uzadaraq oxudur.
Məd hərflərinin ikincisi isə özündən öncəki hərf məksur (əsrə)
və özü sakin olan "ya" hərfidir. Bu vəziyyətdə olarsa, özündən bir
əvvəlki kəsrəli hərfi aşağıya doğru "ı" ya da "i" səsi verərək uzadır.
JJvəaJ misallarında olduğu kimi.
Məd hərfi olan "ya" daima sakindir. Məd hərfi olmayan "ya"
isə yia misalmdakı kimi bəzən hərəkəli, misalmdakı kimi də
bəzən sakin gələ bilər.
Məd hərflərinin üçüncüsü də yuxarıda yazdığımız kimi "vav" )
(j hərfidir. "Vav" hərfi sakin, özündən öncəki hərf ötrə ilə hərəkəlisə,
bu vəziyyətdə "vav" hərfi zəmmə ilə hərəkəli olan hərfi irəli doğru "u" şəklində uzadır. kəlməsində iki dəfə göründüyü üzrə,
"vav" hərfi hərfi-məd olaraq gəlmişdir. Bu mövzu ilə əlaqəli misallar məddi-təbii bəhsində geniş şəkildə veriləcəkdir.
2. Səbəbi-Məd (Təbii məddən çox uzatma səbəbi):
Buna, çox uzatmağa səbəb olan məd də deyilir. Məd hərfindən
sonra, uzadılması lazım olan hərfi, daha çox uzadaraq oxudana
səbəbi-məd deyilir. Hərfi-məddən dərhal sonra gəlir, həmzə və
sükun olmaq üzrə ikiyə ayrılır. Daha sonra gələcək olan mövzular bu iki məfhumla yaxından əlaqəli olduğu üçün, bu kəlmələrin
təriflərini ətraflı bir şəkildə açıqlamaq vacibdir.
a. Həmzə ( ^ )
Hərəkəli olan əlifə həmzə ( ^ ) deyilir. Uzun və qısa əlif şəklilə
yazıla bilir. Həmzə əslində, "əlif" hərfindən başqa bir hərfdir.
Kəlmənin əvvəlində misalında olduğu kimi gələ bilər. Fəqət
qrammatik qaydalara görə kəlmənin başında gələrsə ( I ) hərfinin


MƏD bəhsi

43

Üzərində (İ) şəklində yazılır. Bəzən də sadəcə ( ^ ) şəklində yazılır.
Bunlar tamamilə ərəb dilinin qrammatika qaydalarına görə yazılır. Biz bu çalışmamızda həmzənin yazılışı üzərində durmayacağıq.
Mövzunun, qiraət və təcvid elmi ilə əlaqəli qismi olan vəsl və qəti
həmzələrini izah edəcəyik.
Kəlmənin əvvəlindəki həmzələr vəsl və qəti olaraq iki qismə
ayrılır:
1) Vəsl həmzəsi:
Özü ilə başlanıldığında oxunan, ancaq özündən əvvəlki
kəlməyə bitişdiyi zaman oxunmayan həmzələrdir.
Əslinda ərəb dili qrammatikasında vəsl həmzəsilə qəti həmzəsi
bir-birindən tamamilə ayrılmışdır. Biz bəzi mühim maddələri sayaraq mövzuya izah gətirək.
Quran oxuyan insanın ən çox qarşılaşacağı vəsl həmzəsi, bir çox
kəlmənin başmda olan və başında olduğu kəlməni mərif ə (müəyyən)
edən Ј1 birləşməsinin başındakı əlif hərfidir. Bu, vəsl həmzəsidir.
Ləfzətullah qismində də açıqladığımız kimi auI kəlməsinin başındaki əlif hərfi də vəsl həmzəsidir.
Bu saydıqlarımızın xaricində ərəb dilində bəzi kəlmələrin başındakı həmzə də vəsl həmzəsi sayılır:
Bununla birlikdə əmr siğələrinin başındakı həmzələr də vəsl
həmzəsidir.
2) Qəti Həmzəsi:
həm başlanğıcda, həm də keçiş əsnasında xətt və ləfiz etibarilə
sabit olan həmzələrdir. Bu həmzələri belə sıralaya bilərik.


44 QURANİ-KƏRİMİN TƏCVİDİ
İstifhəm yəni sual həmzələri qətidir kimi. Mütəkəllim
vəhdə (birinci şəxsin təki) felinin həmzəsi də qətidir.
fellərinin başlarındakı həmzələr qətidir. Ifal babının həmzəsi,
təəccüb felinin həmzəsi, ismi-təfdil həmzələri kimi həmzələr qəti
həmzələridir.
Bu məsələ ərəb dilinin qrammatikasıyla əlaqəli olduğu üçün burada çox təfərrüata ehtiyac yoxdur. Fəqət bunu söyləmək lazımdır
ki, əgər həmzə vəsl həmzəsiysə, əlif hərfinin üzərində ()) şəklində
həmzə olur. Əgər həmzə qəti isə əlif hərfinin üzərində həmzə olmaz. Quran oxuyucusu bu qaydaya diqqət etdiyi təqdirdə həmzəni
xatasız bir şəkildə oxuya bilər.
b. Sükun (C)
Səbəbi məddin ikincisi sükundur. Sükun isə hərəkəsizlik
deməkdir. Əlaməti isə cəzm ( s) dir. Sükun, lazım və ariz olmaq
üzrə iki qismə ayrılır.
a) Sükuni-Lazım ():
Həm vəqf (durulduqda), həm də vəsldə (keçildikdə) varlığını
davam etdirən sükundur. Məsələn:
Bu ayədə göründüyü kimi cəzimli hərflərin sükunu lazımidir.
Bundan əlavə şəddəli gördüyümüz və əslində eyni olan iki
hərfdən birincisinin sükunu da lazımi sükundur.
b) Sükuni-Ariz (jijUi j/Ji):
Quran tilavəti əsnasında vəqf edildiyi yəni durulduğu zaman
ortaya çıxan, vəsl də isə yəni oxumağa davam edildiyində özözündən itən sükuna arizi-sükun deyilir. Məsələn: fatihə surəsini



MƏD bəhsi

45

oxuyarkən hər ayənin sonunda dursaq, ayə sonlarındakı hərəkəli
You have read 1 text from Azerbaijani literature.
Next - Qurani-Kərimin Təcvidi - 3
  • Parts
  • Qurani-Kərimin Təcvidi - 1
    Total number of words is 3470
    Total number of unique words is 1644
    25.2 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 2
    Total number of words is 3526
    Total number of unique words is 1311
    24.8 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    40.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 3
    Total number of words is 3618
    Total number of unique words is 1278
    24.4 of words are in the 2000 most common words
    35.2 of words are in the 5000 most common words
    41.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 4
    Total number of words is 3661
    Total number of unique words is 1162
    26.0 of words are in the 2000 most common words
    37.2 of words are in the 5000 most common words
    43.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 5
    Total number of words is 3478
    Total number of unique words is 1434
    27.1 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 6
    Total number of words is 3045
    Total number of unique words is 1550
    24.0 of words are in the 2000 most common words
    34.5 of words are in the 5000 most common words
    40.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.