Latin

Qurani-Kərimin Təcvidi - 1

Total number of words is 3470
Total number of unique words is 1644
25.2 of words are in the 2000 most common words
35.6 of words are in the 5000 most common words
41.5 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
QURANİ-KƏRİMİN
TƏCVİDİ




BAKI islam universiteti
NƏŞRİ № 08

QURANİ-KƏRİMİN
TƏCVİDİ
II Nəşr

Bakı - 2011

AZƏRBAYCAN RESPUBLİKASI
BAKI İSLAM UNİVERSİTETİ
Kitabın adı:
« QURANİ-KƏRİMİN TƏCVİDİ »
Müəllif:
Heyət
Elmi Redaktor:
Laçın Quliyev
Dizayn:
Н. A. Heydəroğlu
İSBN:
978-9952-8121-1-4

r

V.

Bu kitab, Bakı İslam Universiteti Zaqatala korpusunda
hazırlanmış və elmi şuranın 10 fevral 2011-ci il tarixli
iclasmmS saylı qərarına əsasən nəşr edilmişdir.
Dərs kitabları №: 8
___ J

Ünvan:
AZ6200, Zaqatala Şəhəri,
Heydər Əliyev prospekti №: 88
Tel:
(+994 174) 5 32 46
Faks:
(+994 174) 5 21 83
e-mail:
zakatalailahiyat@gmail.com



ON SOZ

Təcvid, Qurani-Kərimin düzgün oxunma qaydalarım öyrədən
elmdir. Hər şeydən əvvəl belə bir kitabın Azərbaycan dilində hazırlanması imkanını bizə bəxş edən Uca Allaha sonsuz həmdüsənalar. Onun Həbibi və Peyğəmbəri Həzrət Mühəmmədə (s.ə.s)
salat və salam olsun.
Bildiyimiz kimi xalqımız, yaranandan bəri İslam dinini
mənimsəmiş və onun qaydalarını bizə çatdıran Quranı hər zaman
oxumuşdur. Müxtəlif şəkildə tərcümələr və yaxud təfsirlər yazılmışdır. Ancaq görünən bir həqiqət vardır ki. Quranın oxunma qaydaları olan təcvid elmi haqqında dilimizdə yazılmış geniş miqyaslı
bir kitab yoxdur. Biz bu məqsədlə gücümüzün və imkanlarımız çatdığı qədər xalqımıza faydalı olması məqsədilə bu kitabın hazırlanması qərarına gəldik.
Kitabımız üç bölmədən ibarətdir. Birinci bölmədə QuraniKərim haqqında ümumi məlumatlar verilmişdir. Quranın yazılması, toplanılması, hərəkələnməsi və çoxaldılması məsələrindən bəhs
edilmişdir. Daha sonra bu bölmədə Quran oxumağın və oxuyanın
fəziləti haqqında məsələlər yer alır. Qiraət və Quran tilavəti ilə
əlaqəli bir sıra məsələlər incələnmişdir.
İkinci bölmədə Т əcvid elmindən danışılır. Burada təcvid haqqında ümumi məlumatlar verilərik hərflərin məxrəc və sifətlərindən,
məd qaydaları, tənvin və sakin nunla əlaqəli məsələlər, idğam
bəhsi, səktə, vəqf və ibtida ilə əlaqəli məsələr yer almışdır.
Üçüncü bölmədə isə Quran öyrətmə və əzbərləmədə bəzi
məsələlər izah edilmişdir. Burada quran öyrətmə metodu, haflzlik
etmək üçün məlumat və dodaq təlimi ilə əlaqəli mövzulara yer verilmişdir.

6 QURANİ-KƏRİMİN TƏCVİDİ
Kitabın hazırlanmasında bu əsərlərdən istifadə olunmuşdur:
• "Kurani-Kerimin Fazüetleri ve okunma kaideleri"
fProf. Dr. İsmail Karaçam)
• "Kurani-Kerimin okuma usulu ve esasları"
(Hafiz İbrahim Tannkulu)
Əsərin ortaya çıxmasında əməyi keçən hər bir kəsə minnətdarlığımızı bildiririk.


GİRİŞ
QURANİ-KƏRİM
L ÜMUMİ MƏLUMATLAR
A. QURANİ-KƏRİMİN TƏRİFLƏRİ
Quran ləfzi lüğət mənası etibarilə. Qiraət kəlməsi ilə eyni
mənaya gəlir və Səmai (qayda xarici) bir məsdərdir. "Oxumaq
və cəm etmək" vəya bir başqa ifadə ilə də, "toplayıb bir araya
gətirmək" mənalarına gəlir. Cəbrail vasitasilə, Muhəmmədə (s.ə.s)
endirilən Kitabi-Cəlilə xüsusi isim olmuşdur. Çox-çox oxunan kitab
deməkdir. Bu ad Qurani-Kərimə Allah tərəfindan verilmişdir.^
Quranın elmi təriflərindən İbn Gəzərinin tərifi də belədir:
^ yÄ bL * . ■ y
İstər əsəh (müttəfəqün əleyh: həmflkirlik), istər fəsih yəni
müxtələfün flh (ixtilaflılıq) olsun;
Ərəb nəhvi qaydalarından birinə uyğun;
Rəsm (yazı) etibarilə də Həzrət Osman Müsbətlərindən birinin
yazı şəklinə uyğun olan;^

1 Bax: Yusif 12/2, Zümər 39/27-28, Qiyamə 75/17-18, Müzzəmmil 73/4.
2 Bu eyni zamanda bütün qiraət vəchlərini əhatə edən bir yazıdır.

8 QURANİ-KƏRİMİN TƏCVİDİ
İsnad baxımından da, ədalət və zəbt sahibi ravilərdən ibarət
səhih və müttəsil bir sənədlə. Peyğəmbərə (s.ə.s) qədər çatan bütün
Qiraət vəcihlərinə Quran deyilir.
Onun sayılmayacaq qədər xüsusiyyətləri yanında beş dənəsi
vardır ki. Quran özünü hər yerdə digər bütün sözlərdən bu beş
vəsflə ayırır:
Müciz (möcüzəvi) olması: Yəni heç bir güc tərəflndən, ən
qısa bir ayəsinə belə bənzər bir ayə yazıla bilməmiş və yazıla
bilməyəcəkdir.
Quraniyyətinin təvatürlə sabit olması.
İstər dəstəmazlı, istər dəstəmazsız, istər əzbərdən, istərsə də
üzündən olsun, oxunmasının ibadət sayılması.
Ərəbcə olan ləfzindan başqa, heç bir dil ilə yazılıb oxunmasının.
Quran qəbul edilməməsi.
İstər yazmaq, istər söyləmək surətilə olsun nəql edərkən orijinal
dediyimiz əsl mətnilə birlikdə nəql edilməsinin vacib olmasıdır.
В. VƏHYİN BAŞLANĞICI və QURANIN TƏRTİBİ
Əsas qaynaqların bildirdiyinə görə, ilk ayələr nazil olmağa başladığında, Peyğəmbər (s.ə.s) 40 yaşında idi. Ələq surəsinin ilk beş
ayəsilə başlayan Quranın nüzulu hadisəsi 23 il davam etmişdir.
Quranın nüzulundaki tədriciliyi Quranın özü belə açıqlayır:
"İnkar eddnbr: 'Quran Ona bütöv bir şəkildə endirilməli deyilmiydi?' dedilər. Biz onu sənin qəlbinə yaxşı bir şəkildə yerləşdirmək üçün belə
(parça-parça endirdik) və onu dənə-dənə (ayıraraq) oxuduq.

3 Furqan 25/32.



ÜMUMİ MƏLUMATLAR 9
Qurani-Kərimin yeddi hərf üzrə nazil olduğunu xəbər verən
ravilərin sayı olduqca çoxdur. Bu səbəblə də alimlər bu xəbərin
təvatürlüyünə hökm vermişdirlər. İmam Gəzərinin bu xüsusda ətraflı tədqiqat nəticəsində söylədikləri xülasə olaraq belədir.
"Peyğəmbərin (s.ə.s) hədisilə işarə olunan yeddi hərf ixtilafı,
tənəvvü və təğəyyür ixtilafıdır. Ziddiyət və tənaqüz ixtilafı deyil.
(Yəni müxtəliflilik və fərqlilik ixtilafıdır; tərslik və ziddiyyət ixtilafı deyildir). Çünki Allah kəlamında ziddiyyət və tənaqüz ixtilafı
düşünülə bilməz. Bu hal: "Quranı düşünmürlərini? Əgər o Allahdan
başqası tərəfindən olsaydı, içində bir-birini tutmayan çox şey taparlardı"
şəklində məna verilən Nisa surəsinin 82-ci ayəsi ilə bəyan edilmişdir.
Qurani-Kərim bütün qiraət şəkillərilə. Həzrət Osman tərəfindən
daha Müsbətlər yazdırılmadan və Həzrət Əbu Bəkir dövründə kitab halma gətirilmədən öncə Həzrət Peyğəmbərin bir çox əshabı
tərəfindən də əzbərlənmişdir. Bundan əlavə Həzrət Peyğəmbər
səhabədən oxuma-yazması yaxşı olanlardan bəzilərini özünə vəhy
yoluyla gələn ayələri yazdırmaqla da vəzifələndirmiş ki, bunlara "vəhy katibləri" deyilir. Gəzəri bunlardan qırxmm isimlərini kitablarında qeyd etmişdir. Müxtəlif qaynaqlarda. Gəzərinin qeyd
etdiklərindən başqa bir çox səhabənin də vəhy katibi olduğunu
qaynaqlarda görürük. Bu da onu göstərir ki. Quran ayələri daha
peyğəmbərin bayatında çox kimsələr tərəfindən yazılmışdır. Bu
katiblər. Quranın tamamını həm yazmışlar, həm də əzbərləmişlər.
Bundan əlavə hər yazdıqları nüsxədən bir surət də özləri üçün yazıb saxlamışlar.




10 QURANİ-KƏRİMİN TƏCVİDİ
C. HƏZRƏT ƏBU BƏKİR TƏRƏFİNDƏN
QURANİ-KƏRİMİN CƏM EDİLMƏSİ
Həzrət Peyğəmbərin vəfatından sonra xilafət vəzifəsinə
gətirilən Həzrət Əbu Bəkir Quran ayələrinin bir müshəfdə toplanması məqsədilə bir komissiya qurdu. Bu komissiyanın rəhbərliyini
Həzrət Peyğəmbərin vəhy katiblərindən olan Həzrət Zeyd b. Sabitə
həvalə etdi.
Zeyd b. Sabitin Quranı toplama meodu:
• Hafizəsində (əzbərində) və ya əlində Qurandan parçalar gördüyü kimsələri tanımadan,
• Tapılan səhifələrin. Peyğəmbərin (s.ə.s) hüzurunda yazıldığına aid qəti bir qənaətdə olmadan,
• Tapılan səhifələrin. Peyğəmbərin hüzurunda yazıldığına aid
ən az iki və ya daha çox şahid görmədən,
• İstər hafizələrdə, istər yazılı mətinlərdə olsun, bunların öz
əzbərindəkilərlə eyni olduğunu isbat etmədən heç kimdən Quran
parçası olaraq bir şey qəbul etməzdi.
Zeyd b. Sabitin tək nüsxə olaraq toplamış olduğu ilk Quran
nüsxəsini. Həzrət Əbu Bəkir aldı və həyatının sonuna qədər də onu
mühafizə etdi. O vəfat etdikdən sonra həmin nüsxəni ikinci xəlifə
Həzrət Ömər təhvil aldı. O da ölümünə qədər bu böyük əmanəti
mühafizə edə bildi. Onun vəfatından sonra isə bu müshəf. Həzrət
Ömərin qızı və Peyğəmbərimizin xanımı olan Həzrət Hafsaya verildi.


ÜMUMİ MƏLUMATLAR 11
D. HƏZRƏT OSMAN TƏRƏFİNDƏN
QURANİ-KƏRİMİN ÇOXALDILMASI
Həzrət Osmanın xəlifəliyi əsnasında etdiyi xidmətlərin ən böyüyü müsəlmanları bir müshəf və bir qiraət üzərində birləşdirmiş
olmasıdır. O da bu iş üçün Zeyd b. Sabiti vəzifələndirmişdi.
Əshabi-Kiram arasında, hər kəsin tanıyıb etimad etdiyi, ədalət
və zəbt sahibi olan Zeyd b. Sabit və üç dostu tərəfindən meydana
gətirilən "Quranı Tədqiq və Istinsax Komissiyası" Həzrət Hafsadan götürülən ilk nüsxə müshəfdən köçürdükləri Quran nüsxələri
üzərində tərtib və tədbir baxımından əsas olaraq bu altı xüsusa
diqqət çəkmişdirlər:
• İlk sıranı Fatihə, son sıranı Nas surəsinə məxsus etmişlər.
• Tövbə surəsindən başqa hər surənin başındakı "bismillah"
ifadəsini öz yerlərində qorumuşlar.
• Çoxaldılan nüsxələrin Həzrət Əbu Bəkirin əmrilə toplanan ana
müshəfə uyğun olması üçün də, həmin nüsxələri, surələrin isim və
nisbələrindən; ədəd, cüz və fasilə kimi incəliklərdən təmizləmişlər.
• Allah Rəsulunun tövsiyələrilə, sübut və nəql olunan səhih
rəvayətlərin hamısını əldə etmələri və Quranın nəqlindəki əsl prinsipin yalnız rəsmi xəttə deyil, hifzə dayandığının bilinməsi məqsədilə
də, çoxaldılan bu müshəfləri nöqtə və hərəkə kimi ünsürlərdən
uzaq tutmuşlar.
• Çoxaldıldıqdan sonra tədqiq komissyası tərəfindən özlərinə
oxunaraq ərz edilən hər bir müshəfin yazı şəklinə əshabdan heç kəs
etiraz etməmişlər.
• Çoxaldılan bu müshəflərdən hər hansı birinə uyğun olmayan, içərisində artıqlıq və ya nöqsanlıq olan, istər asanlıq,
istər təfsir məqsədilə olsun kəlmələri başqa eyni mənalı ləfizlərlə



12 QURANİ-KƏRİMİN TƏCVİDİ
dəyişdirilmək surətilə xüsusi şəxslər tərəfindən qeyri-rəsmi yollarla yazılan müshəfiərin, kimdə olarsa olsun, Qurani keyfiyyətlərini
itirmiş olduqlarından tərk və yox edilmələrinə hamılıqla qərar
vermişlər.
1. Həzrət Osman Müshəflərinin yazı tərzi
Həzrət Osmanın çoxaltdığı müshəfiər Küfi yazı ilə yazılmışdır.
Cəzm, Təşdid (şəddə) və sair işarələrdən heç biri əsl rəsm (yazı və
imla) da yoxdur. Bunlar sonradan icad edilmişdir:
•Hürufi-möcəməyə (nöqtəli hərfiərə) nöqtə,
•Hürufi-sakinəyə (hərəkəsiz hərfiərə) cəzm,
•Hürufi-mütəhərrikəyə (hərəkəli hərfiərə) hərəkə,
•Hürufi-tənviniyyəyə (tənvinli hərfiərə) iki cəm hərəkə,
•Hürufi-müsəqqələyə (iki eyni hərfiərə) təşdid (şəddə)
•Hürufi-məhmuzəyə (həmzəli hərfiərə) də əyri həmzə.
Əslində bütün bunlar bidətdir (sonradan əlavə edilmişdir). Ancaq bu fəaliyyət əcnəbilərin (ərəbcə bilməyənlərin) Qurani-Kərimi
öyrənmələrinə asanlıq olması üçün müstəhsən (gözəl) hesab edilmişdir.
2. Həzrət Osman Müshəflərinin ortaq xüsusiyyətləri
Bu Quran nüsxələrinin hər birinə, rəvayətləri əhəd olan qiraət
vəchlərinin xaricində, sadəcə təvatürlə sabit olan vəchlər alınmışdır.
Ərzətül-əxirədə (Həzrət Peyğəmbərlə Cəbrailin bir-birlərinə
Quranı qarşılıqlı oxuduqları son müqabələdə) sabit olmayan və
tilavəti mənsüx olan qiraətlər bu nüsxələrə alınmamışdır.


13

QURANİ-KƏRİMİN FƏZİLƏTLƏRİ
Ayələr, Həzrət Əbu Bəkirin cəm etdirmiş olduğu müshəfdəki
tərtibə müvafiq qorunmuşdur. Surələr isə gün əlimizdə olan
müshəflərin tərtibinə görə sıralanmışdır.
Rəsmi xətləri, müxtəlif qiraət vəchlərinə və Quranın özü ilə nazil olduğu yeddi hərfi əhatə edən bir üslub ilə qələmə alınmışdır.
Səhabələrdən bəzilərinin, özləri üçün xüsusi olaraq yazdıqları
müshəflərdə olan və hər hansı bir mənanın təfsiri, yaxud da nəsx
və mənsüxü bəyan edən və ya başqa şərh ifadələri də bu Quran
nüsxələrindən heç birinə aimmamışdır.
IL QURANİ-KƏRİMİN FƏZİLƏTLƏRİ
A. QURAN TİLAVƏTİNİN FƏZİLƏTİ
Uca Allahm ilahi kəlamı olan Qurani-Kərimi oxumaq əcir və savabı ən yüksək olan ibadətlərdən biridir. Necəki bir ayeyi-kərimədə
Allah Təala belə buyurur:
"Allahm Kitabım oxuyan, namaz qılan, özlərinə verdiyimiz
ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq Ыг ticarət (savab) umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən (kərəmindən) onlara artırsın!
Həqiqətən, (Allah) bağışlayandır, qədirbiləndir!"^
Həzrət Peyğəmbər (s.ə.s) də Əbu Zərə (r.a) xitabən belə buyurmuşdur:
"Ey Əbu Zər, Allahm kitabından bir ayə öyrənmək üçün səhər
evindən çıxman, sənin üçün yüz rəkət namaz qılmandan daha
xeyirlidir."^

4 Fatir, 35 / 29-30
5 İbn Масә, Sünən, 1, 79



14 QURANİ-KƏRİMİN TƏCVİDİ
Bu mövzu ilə əlaqəli ayə və hədisləri çoxaldmaq mümkündür.
Bu mövzu haqqındakı dəlillər. Quran oxumamn çox fəzilətli bir
ibadət olduğunu ortaya qoyaraq bütün müsəlmanları Quran oxumağa təşviq edir.
В. QURAN OXUYANIN FƏZİLƏTİ
Qurani-Kərimi şanma və ülviyyətinə uyğun olaraq oxuyan.
Onun əmr etdiyi şəkildə əməl edən kimsələri, Rəsulullah (s.ə.s)
öymüş və təqdir etmişdir. Bu xüsusla əlaqəli hədislərin bəziləri
belədir:
"Quran oxuyan mömin, qoxusu və dadı gözəl olan portağal kimidir. Quran oxumayan mömin, dadı gözəl fəqət qoxusu olmayan
xurma kimidir. Quran oxuyan münafiq'’ qoxusu gözəl, amma dadı
асг olan reyhan (nanə) kimidir. Quran oxumayan münafiq isə qoxusu olmayan act Əhu cəhil qarptzt (dadt və qoxusu olmayan act Ыг
meyvə) kimidir.^
"Hafiz olub Quran oxuyan kimsə, mələklərlə bərabərdir, özünə
çətin gəldiyi halda Quran oxuyana isə iki qat savab vardtr."^
Həzrət Əlidən (r.a) rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s)
belə buyurmuşdur:
"Kim Quram oxuyar və Onu əzbərlərsə Allah ona cənnət nəsib
edər və ailəsindən cəhənnəmə girəcək on nəfərə şəfaət etmə haqqt
verər."'’
6 Buxaridə münafiq kəlməsinin yerinə "əl-facir" keçir.
7 Buxari, VI, 107
8 Buxari, VI, 80
9 Sünən-i İbn Масә, I, 78



15

QURANİ-KƏRİMİN FƏZİLƏTLƏRİ
Həzrət Peyğəmbərimizin bu hədisləri Quram layiqilə oxuyanlar və oxumağa çalışanlar üçün eyni zamanda böyük bir müjdə
mahiyyətindədir.
Hədislərdə də qeyd edildiyi üzrə Quran oxuyan kimsə sadəcə
özünə deyil, digər insanlara da bir çox xeyrin qapısını açmaqdadır.
Bu xeyrin qarşılığı həm dünyada, həm də axirətdə görüləcəkdir. Allahın kitabı olan Quram oxumaq müsəlmanlar üçün tərkedilməz
bir ibadətdir. Bu başlıq altında qeyd edilən birinci hədisdə də görüldüyü kimi Quran oxuyan möminin halı həm dadı, həm də qoxusu çox gözəl olan portağala bənzədilərək, hadisənin həm maddi,
həm də mənəvi cəhəti vurğulanmışdır. Çünki gözəl qoxu, insanlara
müsbət yöndə təsir etmədə mühim bir vasitədir. Quranı üsuluna
uyğun oxuyan mömin də, bu əməli sayəsində çox kimsəyə təsir
etmək gücünə sahibdir.
Verdiyimiz bu bilgilərdən sonra Quranı əzbərləmənin və
öyrətmənin dinimizdəki yerini də qısaca açıqlayaq.
Quranı əzbərləmək (hifz etmək) və Onu başqalarına öyrətmək
fərzi-kifayədir. Belə ki, təvatür ədədinə çatan bir qrup tərəfindən
bu vəzifə yerinə yetirilərsə, digər bütün müsəlmanlardan bu vəzifə
qalxmış olar. Əks təqdirdə ümmətin hamısı günahkar olar.
Quranın hamısının əzbərlənməsi də həmçinin fərzi-kifayədir.
Fəqət namazda oxunması lazım olacaq qədər Quran əzbərlənməsi
fərzi- ayndır. Yəni hər bir müsəlmana fərzdir.
C. QURANI MƏQAM İLƏ OXUMAQ
Qurani-Kərimi oxuyarkən tərtilə riayət etməklə yanaşı nu gözəl
səslə bəzəmək dinimizinbir əmridir. Bu xüsusda Peyğəmbərimizdən
(s.ə.s) bir çox hədis rəvayət nəql edilmişdir. Quranı təğərmi ilə oxu


16 QURANİ-KƏRİMİN TƏCVİDİ
maq nu dinləməyə sövq edən amillərdən biridir ki, bu şəkildə oxumaq insanın nəfsinə və qəlbinə nüfuz edərək açıq bir şəkildə ona
təsir edər. Çünki gözəl səs Quranın gözəlliyini artırır. Fəqət burada bir şeyi dərhal qeyd etməyimiz lazımdır ki. Quran oxunarkən
ediləcək məqam və təğənni. Onun ləfizlərinin təcvidini və təlimini
pozmamalıdır. Çünki səsi güzəlləştirməkdən məqsəd Quran
oxuyarkən mənaya görə səsə hərəkət, hüzün və xüşu verməkdir.
Bu mənada İmam Nəvəvi Quran oxuyarkən səsi gözəlləşdirmənin
müstəhab olduğunda alimlərin həmfikir olduqlarını qeyd edir.
Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur:
"Quranı səsinizlə bəzəyin.
"Səslərinizlə Quranı bəzəyin, əlbəttə ki, gözəl səs Qurana gözəllik
qatar.
Yenə Həzrət Peyğəmbər (s.ə.s) Məkkənin fəthi günündə şəxsən
özü əl-Fəth surəsini oxuyarkən "tərci"' etmişdir. əl-Ayni "tərci'"
kəlməsini, səsi dəyişdirmək və dilədiyi səs ilə təğənni etmək olaraq
açıqlamışdır.^^
Rəvayət edilən hədislərdən də başa düşüldüyü kimi. Həzrət
Peyğəmbərimiz (s.ə.s) gözəl bir səslə Quran oxumağa Allah
tərəfindən izin verildiyini xəbər verir. Həzrət Ömər, İbn Abbas,
İbn Məsud kimi səhabələr də Quranın məqamla və gözəl səslə
oxunabiləcəyi görüşündədirlər. İmam Əbu Hənifə və İmam Şafii
də Quranın məqamla oxunmasının caiz olduğu qənaətindədirlər.
Bundan əlavə əgər məqamla oxumaqdan məqsəd, qiraət əsnasında
səsi, hərflərin məxrəclərinə, sifətlərinə uyğun və təcvidin bütün
incəliklərinə raiyət etmək surətilə bəzəmək isə, bunun haram olduğunu heç bir İslam alimi iddia etməmişdir.

10 Əbu Davud, I, 338; Nəsai, II, 139
11 Darimi, II, 474
12 el-'Ayni, Umdetu'l-Käri, IX, 329, 344.



BİRİNCİ BÖLMƏ
TƏCVİD ELMİ
L TƏCVİD ELMİNİN TƏRİFİ
Təfil vəznində felindən bir məsdər olan təcvid kəlməsi,
lüğətdə "bir şeyi gözəl etmək, bəzəmək" mənalarma gəlir. Temrin
olaraq isə uləma arasında bir-birindən bir o qədər də fərqli olmayan
təriflər verilmişdir.
Bunlardan birincisi qiraət alimi olan İbn Gəzərinin (ö. 833/1429)
tərifidir. Ona görə təcvid elmi;
''Təcvid; hərflərin haqqını vermək, mərtəbələrini tərtib etmək, hərfi
məxrəcinə və əslinə əsaslandırmaqdır."
Zəkəriyyə əl-Ənsəri (ö. 926/1520) isə təcvidi; "hər bir hərfin
məxrəc və sifətini yerinə yetirmək surətilə Quranı tilavət etmək" olaraq
tərif etmişdir.
Katib Çələbiyə (ö. 1081/1670) görə təcvid; "Quranın tilavətini,
hərflərin məxrəcləri ilə sifətləri yönündən gözəlləşdirmədən və hər hərfə
aid vəsl, vəqf, mədd, qəsr... kimi xüsusların haqqını vermək surətilə nəzmimübinin (Quranın) tərtilindən bəhs edən bir elmdir".
Bu tərifləri tam əhatə edəcək şəkildə təcvid elmini bu şəkildə
xülasə edə bilərik: Təcvid, hərflərin məxrəc və sifətlərinə uymaq
surətilə, Qurani-Kərimi xatasız oxumağı öyrədən bir elmdir.

18 QURANİ-KƏRİMİN TƏCVİDİ
Bu İfadələrdən də görüldüyü kimi təcvid elmi, Qurani-Kərimi
oxuyan kimsədə bir xasiyyət, qüvvət və bir vərdiş meydana gətirir.
Bu vərdişlər sayəsində də müəyyən qaydalara tabe olunmaq
surətilə Qurani-Kərim, Həzrət Peyğəmbərimizə (s.ə.s) vəhy olunduğu şəkli ilə oxunur.
Təcvid elmi, qiraət elmilə çox zaman qarışdırılır. Hətta bəzi
alimlər təcvid elmini qiraət elminin bir parçası saymışlarsa da, mövzusu və əhəmiyyətinə görə qiraət elmi ayrı bir elm olaraq mütaliə
edilmişdir. Qiraət elmi və alimlərilə əlaqəli geniş məlumat daha
sonra veriləcəkdir.
Qiraət elmi. Quranın kəlmələrinin ədalarmdakı keyfiyyət və
ixtilafları, bunları nəql edənlərə isnad edərək bilməkdir. Mövzusu isə Quranın kəlmələridir. Təcvid elmi isə hərflərin sifətlərinin
mahiyyətini bilməkdir. Bu fərqlilik iki elmi bir-birindən ayırır.
A. TƏCVİD ELMİNİN MÖVZUSU və MƏQSƏDİ
Təcvid elminin mövzusu Quran və Quranın kəlmələridir. Burada Quranm kəlmələrindən məqsəd, bu kəlmələrin hərfləridir.
Təcvid elmi, kəlmələri meydana gətirən hərfləri öncə tək-tək ələ
alaraq onların məxrəclərini və sifətlərini tədqiq edir. Daha sonra
da bu hərflərin bir-birilə meydana gətirdiyi kəlmələrdəki mədləri,
qəsrləri (uzatma və qısaltmaları) göstərərək vəqf və vəsl (durmaq
və keçmək) kimi xüsusları da ehtiva edir. Bu məsələlər daha sonra
ətraflı şəkildə açıqlanacaqdır.
Gərək ayələrdə, gərəksə də Həzrət Peyğəmbər (s.ə.s)
Əfəndimizin hədislərində Quranı təcvid ilə oxumağımız mövzusunda bəzi əmrlər mövcuddur. Quranı təcvid ilə oxumaq Həzrət
Peyğəmbər (s.ə.s) Əfəndimizə endirildiyi şəklilə oxumaq deməkdir.


ТӘС VİD ELMİNİN TƏRİFİ 19
Quram oxuyarkən dilin xatadan qorunması, oxuyanların da dünya
və axirət məsuliyyətindən qurtulması bu elmin əsl məqsədidir.
Təcvid, Qurani-Kərimin oxunmasına aid lazım gələn üsul və
qaydaları öyrədir. Bu üsullara görə hər hərfi doğru bir şəkildə
tələffüz etmək, səsli hərfləri lazımi qədər uzatmaq (məd), lazım
gələn yerdə durmaq (vəqf), səsləri bir-birinə daxil etmək (idğam)
və ya kəsmək (səktə), titrətmək (qalqalə) və ayırmaq (izhar) kimi
mövzuları əhatə edən qaydalardan bəhs edən təcvid elminin əsl
məqsədi, Allahın kəlamı olan Quranı xatasız və düzgün oxumağı
təmin etməkdir.
В. TƏCVİDİN HÖKMÜ
Qurani-Kərim, müəyyən qanun və qaydalara tabe olunmadan oxunacaq bir kitab deyildir. Quran oxuma iddiasında olan hər
müsəlman, təcvid qaydalarına uymaq məcburiyyətindədir. Ayə
və hədislərdə təcvidə riayət edilməsi əmr edilmiş, İslam alimləri
də bu mövzuda bir çox hökm qoymuşdur. Belə ki, əl-Müzzəmmil
surəsinin dördüncü ayəsində; "Quranı açıq- açıq (aram-aram) tərtil ib
oxu " buyurularaq təcvidə işarə edilmişdir. Bu ayeyi-kərimə Həzrət
Əliyə soruşulduğu zaman O, "tərtil, hərfləri təcvidlə yəni lazım və ariz
sifətlərilə oxumaq və vəqfləri bilməkdir" demişdir.
Böyük qiraət alimi İbn Cəzəri də təcvidi öyrənmənin qəti bir
fərz olduğunu bildirərək Quranı təcvidsiz oxuyanm günahkar olacağını söyləmişdir. Bu halda təcvid elmini bilmək fərzi-kifayə, ancaq onunla əməl etmək hər müsəlmana fərzi-ayndır. Digər bir ifadə
ilə; böyük və açıq xatalardan qorunacaq qədər təcvid bilgisinə sahib
olmaq hər müsəlman üçün fərzdir. Ancaq bu elmin incəliklərini geniş şəkildə öyrənmək isə fərzi- kifayədir.


20 QURANİ-KƏRİMİN TƏCVİDİ
C. TƏCVİD ELMİNİ ƏLDƏ ETMƏNİN YOLLARI
Təcvid elmi həm nəzəri, həm də tətbiqi bir elmdir. Hər elmin bir
öyrədiciyə ehtiyacı vardır. Təcvid elminin isə öyrədiciyə olan ehtiyacı digər bütün elmlərə nəzərən daha çoxdur. Hər nə qədər insan,
bu elmin nəzəri yönünü tək başına öyrənə bilsə də, tətbiqi yönünü
tək başına əsla öyrənə bilməz. Bu elmdə əsas olan, təcvidin tətbiq
edilməsini kamil bir ustadın ağzından almaqdır. Necəki təcvid
kitablarında keçən oljil ^ "Bunu ustadların ağzından
öyrənin" ifadəsi də bunun əhəmiyyətini bir daha göstərir. Bu elmdə
əsas olan, bu elmin həm qanun və qaydalarını öyrənmək, həm də
bu qaydaları haqqıyla tətbiq edə bilən bir ustaddan tətbiqatmı əldə
etməkdir.
IL HƏRLLƏR
A. HƏRLLƏRİN MƏXRƏCLƏRİ
Bu bölümə başlamadan əvvəl bir şeyə diqqət etmək lazımdır.
Hər nə qədər Ərəb olmayan digər millətlərdə hərflərin sifətlərini
öyrənmə zamanı Qurani-Kərimə keçdikdən və bir neçə cüz oxuduqdan sonra olsa da, İbn Cəzəri öz əsərində hərflərin sifət və
məxrəclərinin ilk olaraq öyrənilməsini şərt qoşmuşdur.
Lüğətdə "çıxış yeri, qaynaq" mənasına gəlir. Yuxarıda da ifadə
etdiyimiz kimi təcvid elmində "hərfin çıxdığı və başqa hərflərdən
ayrıldığı yerə" deyilir. Hərfləri bir-birindən ayıran ya məxrəclərdir
ya da sifətlər. Məxrəc və sifətlərin tamamı yönündən eyni olan iki
hərf düşünülə bilməz. Hərflərin qüvvətli olanı zəifindən, səsli olanı
səssizindən, məxrəcləri eyni olan hərflərin bir-birlərindən ayrılmaları, sifətləri yolu ilə bilinir.
Qurani-Kərim hərflərinin məxrəcləri (ağız və boğazda çıxdıqları yerlər) 17 dir.



HƏRFLƏR

21

1. Ağızda havanın öz-özündən girib-çıxdığı yerdir. Buradan
hərfi-mədd olan , j ilə I çıxar.
1 Hərəkə aldığında həmzə olur. Hərəkəsiz gələrsə əslində hərf
deyil, hərfi-məddir. ^ , j isə hərəkə aldıqlarmda normal hərfə
çevrilirlər.
2. Boğazın sinəyə bitişik yerindən (j» i) çıxar.
3. Boğazın ortasmdan (çıxar.
4. Boğazın dilə bitişik yerindən (j-çıxar.
5. Dilin boğaza bitişik yerindən və (dilin) üstü ilə bərabər (ä)
çıxar.
6. (j) məxrəcinin bir barmaq aşağısından (li) çıxar.^^
7. ( 2 )) məxrəcinin aşağısından və dilin ortasmdan j. çıxar.
8. Dilin iki yanından birinin (sol və ya sağ) azı diş (dəbik) ilə
daha gerisindəkilərə xəfifcə dəyməsilə (j=) çıxar.^'‘
9. Dilin (ön) tərəfinin üst damaqdakı dəbik (azı), nəb (köpək
dişləri), rəbaiyyə (öndəki dörd diş) və səniyyə (ön) dişlərinə
dəyməsilə (j) çıxar.
10. Dil ucunun üst ön dişlərinin ətlərinə dəyməsilə (j) çıxar.
11. (j) məxrəcinin bir az arxasından (у çıxar.
12. Dil ucu ilə üst ön dişlərinin yarısından yuxarısından (nisfiəlasmdan) (o ^ J» ) çıxar.
13. Dil ucu ilə alt ön dişlərinin yarısı yuxarısından (j ^ ^) çıxar.
13 Məxarid-hürüfım sayılmasına boğazm nəhayətindən başlandığı üçün
"aşağısı" ifadəsi boğazdan dodaqlara doğru olan istiqaməti göstərir. Bundan
fiziki duruşumuzdaki aşağı-yuxarı ox anlaşılmamalıdır.



22 QURANİ-KƏRİMİN TƏCVİDİ
14. Dil ucunun üst üzü ilə üst ön dişlərinin başlarından i Ji)
çıxar.
15. Üst ön dişlərinin başları ilə alt dodağın üzündən (^) çıxar.
16. Dodaq məxrəcidir. Dodaqların sıx qapanmasıyla (^) , xəfif
qapanmasıyla (г), qapanmadan bir-birinə yaxmiaşdırılmasıyla
(zəmm edilməsilə) (j) çıxar.
17. Xeyşum; yəni gəniz (burun) boşluğudur. Buradan idğam və
ixfa olan (^) çıxar.
Bu cədvəl diqqətlə oxunduqdan sonra görüləcəkdir ki, QuraniKərim hərfləri, üç bölgədən (boğaz, ağız, dodaq) çıxır. Dördüncü bölgə sayılan gəniz boşluğundan isə həqiqi (əsl) bir hərf deyil,
(^) hərfinin ğunnə sifəti çıxır. Birinci məxrəcdən məd hərflərinin,
on yeddinci məxrəcdən isə idğam və ixfa halmdakı (^;^) un çıxması nəticəsində 28 əsl hərfin 15 məxrəcdən çıxdığı görünür.‘^ Ağız
bölgəsindən çıxan hərflərin bəziləri dişlərlə yaxından əlaqəli olduğundan, dişlərin də tanınması lazımdır.

1. Səniyyə (ön) (cəmi: sənayə). 4 ədəd
2. Rəbaiyyə (cəmi: rəbaiyyat). 4 ədəd
3. Nəb (cəmi: ənyab) .4 ədəd
4. Dəbik (azı) (cəmi: dəvahik). 4 ədəd
5. Tahin (cəmi: təvahin). 12 ədəd
6. Dirs (cəmi: ədras).4 ədəd

15 Məxrəc cədvəlindəki birinci məxrəcdən hərfi-mədlər (ı ^ çıxar.
Yeddinci məxrəcdən çıxan (j) ilə on altmcı məxrəcdən çıxan (у 28 hərf
silsiləsindəndir. ( ^) hərfinin də iki dəfə zikredilməsinə çaşmamaq lazımdır.
28 hərf silsiləsinə daxil olan ( ^) 10-cu məxrəcdən çıxar. 17-ci məxrəc isə (j) ım
özünün deyil, ğünnə sifəfinin məxrəcidir.







HƏRFLƏR

23

Bu cədvəl ağzın 14 idir. Yəni bir damağın yarısıdır. Burada
tək isimlə keçən dişdən ağızda dört dənə var deməkdir (səniyyə,
rəbaiyyə, nəb, dəbik,). Tahinlərdən isə ağzın tamamında 12 dənə
vardır. Bundan əlavə dişlərin kəsici hissələrinə "dirs" deyilir. Cəmi
"ədras"dir.
В. HƏRFLƏRİN SİFƏTLƏRİ
Təcvid elmində sifət, məxrəcdə meydana gəlişi əsnasmda hərfin
səsinə ərz edilən keyfiyyətə deyilir. Məxrəcləri bir olan hərflərin
bir-birindən ayırd edilə bilmələri sifətləri ilə mümkün olur. Sifətləri
bilmənin iki mühim faydası vardır.
1. Məxrəcləri eyni olan hərflərin bir-birindən ayırd edilmələrini
təmin edir. Məsələn: məxrəcləri bir olan ilə ^ hərfləri bir-birindən
ancaq sifətlərinin fərqli oluşu səbəbilə ayırd edilir.
2. Hərflərin qüvvətlisinin zəifindən ayırd edilməsinə kömək
göstərir. Beləcə (daha sonra izah ediləcək) hansı hərfin hansına idğam ediləcəyi ancaq bu xüsus ilə ortaya çıxır.
Sifətlər ümumi mənada əsli (lazımi) və arizi olaraq iki qismə
ayrılırlar.
1. Sifəti-Lazimə:
Bunlara sifəti-zatiyyə də deyilir. Bu sifətlər hərflərin zatına məxsus olub onlardan əsla ayrılmazlar. Əgər sifəti-lazimələr
dəyişdirilər ya da tərk edilərsə, meydana gələn xata "ləhni-cəli"
yəni böyük xata olmuş olar.
a. Hərflərin bir-birinə zid olan Sifəti-Lazimələri
Qurani-Kərim hərflərinin hər birinin özünə məxsus sifətləri
You have read 1 text from Azerbaijani literature.
Next - Qurani-Kərimin Təcvidi - 2
  • Parts
  • Qurani-Kərimin Təcvidi - 1
    Total number of words is 3470
    Total number of unique words is 1644
    25.2 of words are in the 2000 most common words
    35.6 of words are in the 5000 most common words
    41.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 2
    Total number of words is 3526
    Total number of unique words is 1311
    24.8 of words are in the 2000 most common words
    34.1 of words are in the 5000 most common words
    40.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 3
    Total number of words is 3618
    Total number of unique words is 1278
    24.4 of words are in the 2000 most common words
    35.2 of words are in the 5000 most common words
    41.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 4
    Total number of words is 3661
    Total number of unique words is 1162
    26.0 of words are in the 2000 most common words
    37.2 of words are in the 5000 most common words
    43.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 5
    Total number of words is 3478
    Total number of unique words is 1434
    27.1 of words are in the 2000 most common words
    36.6 of words are in the 5000 most common words
    42.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Qurani-Kərimin Təcvidi - 6
    Total number of words is 3045
    Total number of unique words is 1550
    24.0 of words are in the 2000 most common words
    34.5 of words are in the 5000 most common words
    40.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.