Latin

Kimə Təşəkkür Etməli? - 2

Total number of words is 2332
Total number of unique words is 1306
25.7 of words are in the 2000 most common words
34.5 of words are in the 5000 most common words
40.3 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
qan kapilyarlarının vəzifəsi mədəyə gələn qidanı
vücudumuzun ən son nöqtələrinə qədər çatdırmaqdır. Leykositlərin vəzifəsi vücudumuza daxil
olan mikrobları zərərsizləşdirməkdir. Məhz bütün
bunlar həmin varlıqların namazıdır. Onlar bu işləri yerinə yetirərkən itaət edirlər. İtaətsə ibadətdir.

33

Misalları artırmaq mümükündür. Uzun sözün qısası, heç bir varlıq boşuna yaradılmamışdır. Hər
varlığın əhəmiyyətli bir vəzifəsi var və həmin vəzifə
o varlığın ibadətidir, namazıdır.
İş görən bir adama “başıboş, avara” desəniz,
bu sözünüzlə onu incidər və haqqına girərsiniz.
Namaz qılmayan bir insan da ibadətdən uzaq olduğu üçün digər bütün varlıqların başıboş buraxıldığı
qənaəti bəxş etdiyi üçün bütün məxluqatın sayı qədər haqqa girmiş olar.
Deməli, namazı tərk etmək əhəmiyyətsiz, adi
bir xəta deyil, böyük bir cinayətdir. Bu qədər böyük bir cinayət işləyən bir adamı, məxluqatın sayı
qədər haqqa təcavüz edəni və Allahın hikmətli fəaliyyətlərini başıboşluqla ittiham edən birini cəhənnəmlə cəzalandırmaq Quranın yerində işlətdiyi
ifaədir.
Sual:
Bizim də gördüyümüz işlər var. Dolanışığımızı
təmin etmək üçün çalışırıq. Bu işlərimizdən əlavə
nə üçün ibadət etməyimiz istənir?

34

Cavab:
İnək də, arı da, toyuq da dolanışığını təmin
etməyə çalışır. Qarnını doydurmaq üçün bütün
varlıqlar əziyyət çəkir. Lakin onlar qarınlarını doydurmaqdan əlavə işlər də görürlər. İnək süd verir.
Kimə verir? İnsana. Arı bal hazırlayır. Kimə? Əlbəttə ki, insana. Toyuq yumurtlayır. Kimin üçün?
Təbii ki, insan üçün.
Bütün varlıqların qarnını doydurmaq xaricində işi və vəzifəsi olacaq, sənin olmayacaqmı? Sən
sadəcə yemək üçün yaradılmamışam Əgər elə olsaydı insan kimi yaradılmağa, ağıl sahibi olmağa
nə ehtiyac vardı?
Sən sadəcə varlıqların meyvəsini toplayıb, südünü içib, yağını, yumurtasını, balını mənimsəyib
kanalizasiyaya axıtmaq üçünmü yaradıldın?
Əgər insanın qarnını doydurmaq xaricində
vəzifəsi, namazı olmasa kainatı bir loğmada udan,
sonra da çirkaba çevirən gərəksiz bir varlıq, zibil
maşını olmaqdan nə fərqi qalar. Allah insanı buna
görə yaratmayıb. Bütün varlıqların rəhbəri olsun
deyə, ibadəti əmr edib.
Vəzifən namaz, yurdun cənnət olsun, ey
gənc!

35

HƏR ŞEYƏ MÖHTAC OLAN
ACİZ VƏ ZƏİFDİR

Belə bir sual verilə bilər:
İnsan oğlu elmi və texniki inkişafla hər şeyə
nail oldu. Nə üçün aciz və zəif deyirik?
Cavab:
Allahın bəxş etdiyi ağıl sayəsində bir çox şeyə
hakim oldunuz. Yaxud da ola bilərsiniz. Amma
əsla acizlikdən, möhtac olmaqdan xilas ola bilməyəcəksiniz.
“Mən xəstələnmirəm, yaşlanmıram” deyən
insan varmı? “Mən ölməyəcəyəm” deyən insan
varmı? Yox. Xəstəliyə, qocalığa və ölümə məğlub
olan insan oğlu acizdir. Elə isə həddini bilməlidir.
“Havaya, günəşə və suya ehtiyacım yoxdur”, deyən varmı? “Oduna, qaza, kömürə, yaza, qışa
ehtiyacım yoxdur” - deyən varmı? “Yeyib-içməyə,
tuvaletə ehtiyacım yoxdur” - deyən varmı? Xeyr.
Bunlara ehtiyacınız olduğu müddətdə acisiniz, zəifsiniz, kasıb və möhtacsınız. Bu nemətlərə
möhtac olduğunuz müddətdə onların sahibinə də
möhtacsınız.

36

Qışı bahara, gecəni gündüzə çevirən kimdir?
Allah. Otu südə, gübrəni gülə çevirən kimdir? Allah. Odun və kömürü dağlarda anbara vuraraq
saxlayan kimdir? Allah. Yerin daxilini neft, səthini
taxıl zəmisi yaradan kimdir? Allah. Kainatı və içindəki varlıqları atomdan qalaktikalara qədər min bir
nəğmə ilə dilə gətirən və coşduran, kainatı sərgiyə
çevirib sənət əsərini insana tamaşa etdirən kimdir?
Allah.
Elə isə əbədiyyən Allaha möhtacsınız, borclusunuz. Ehtiyacınızı, acizliyinizi, sevginizi və ehtiramınızı Ona ərz etməyin ən mükəmməl yolu hər
gün qıldığınız beş vaxt namazdan keçir.
Hansı namaz? Yaxşılıqları əmr edən, pislikdən çəkindirən, haram və haqsızlıqdan, günahdan
uzaqlaşdıran namaz. İçində Allah eşqi, sevgi və
qorxu olan namaz.
Hz. Aişə anamız buyurur: “Rəsulullah (s.ə.s)
bizimlə söhbət edir, biz də onunla söhbətləşirdik.
Namaz vaxtı girəndə bizi tanımadığını dedi. Bunun səbəbi Allahın böyüklüyü qarşısında özünü
unutması, Ona olan məhəbbətinin əzəməti idi ”. 14
Məhz belə bir namaz və ya ona yaxın namaz.

14. Kimyayi-Səadət, İmam Qəzali tərc. A.F. Meyan s. 138

37


İnsan namaz fabrikidir
“Filankən yaxşı adamdır, heç bir qüsuru yoxdur, sadəcə namazını qılmır”, - demək bilirsinizmi
nəyə oxşayır?
Bu televizor çox yaxşıdır, amma göstərmir.
Bu toyuq çox yaxşıdır, amma yumurtlamın Bu
inək çox yaxşıdır, amma süd vermir. Bu oğlan çox
əxlaqlıdır, amma ata-anasına itaət etmir, sözlərinə
qulaq asmır.
Qardaşım, televizordan gözlədiyimiz görüntünü əks etdirməsi, toyuqdan gözlədiyimiz yumurtlamaq, inəkdən gözlədiyimiz süd verməsi, övladdan
da gözlənən ata-anasına itaət etməsidir.
Əgər televizor göstərmirsə, toyuq yumurtlamırsa, inək süd vermirsə, uşaq ata-anasına itaət
etmirsə, necə yaxşı ola bilər? Ola bilməz. Çünki
onlardan gözlənən əsas tələbata cavab vermirlər.
İnsan da özündən gözlənənə cavab vermirsə,
o da yaxşı adam ola bilməz. İnsan namaz fabrikidir.
İnsandan əsas gözlənən namazdır. Çünki insan yalnız və yalnız Allahı tanımaq, Onun əmrlərini
yerinə yetirmək, ibadət, istiqamət və dürüstlükdən
ayrılmamaq üçün yaradılmışdır. Bundan başqa heç
bir qayəsi yoxdur. İnsan əsl vəzifəsini yerinə yetir
38

mədən nə edirsə-etsin, əbəs yerə yorulmuş, boşuna yaşamış olar. İnsanların nəzərində yaxşı olsa
da Haqqın nəzərində yaxşı qəbul edilməyəcək və
yaxşıların getdiyi yerə gedə bilməyəcək.
Haqq-Təala hər kəsi qəlbinə və beynindəkinə
görə dəyərləndirir. İmanın və ibadətin yalnız Allah
qatında dəyəri var. Maşın, villa, göydələn, var-dövlət insanla qəbrə getmədiyi üçün heç bir dəyəri
yoxdur. Bizimlə qəbrə yalnız iman və ibadətimiz
girəcək. Əks halda Allah-Təala:
- Afərin sizə. Dünyada çox gözəl göydələnlər,
villalar, təsisatlar tikib qurdunuz. Müxtəlif maşınlarda gəzdiniz. Gözəl nemətlərlə qidalandınız. Çox
şıq geyindiniz. Xeyli pul xərclədiniz. Mənə yox, fahişələrə tapınırdınız. Cənnətə layiqsiniz, buyurun,
cənnətə, - deməyəcək, əksinə:
- Siz yalandan da olsa dünyada ikən cənnəti
yaşadınız. Artıq sizə cənnət yoxdur 15 , ey günahkarlar bu tərəfə ayrılın , 16 - deyəcək, onları cənnətliklərin içindən ayıraraq cəhənnəmə sövq edəcək.
Digər tərəfdən də cənnətliklərə belə səslənəcək:
- Ey mənim söz dinləyən sadiq bəndələrim, ey
qeyri-məşru ləzzətlərə sədd çəkən, haramlara, gü
15. əş-Şura, 20; əl-İsra, 18
16. Yasin, 59

39

nahlara batmayan, halalından və halal loğmadan
ayrılmayan, namuslu və dürüst qullarım! Aclığa,
susuzluğa dözüb oruc tutan, isti-soyuq demədən
beş vaxt namaz qılan, həcc edən, verdiyi zəkat
və sədəqələri ilə yoxsul bəndələrimi sevindirən,
İslama xidmət edənlərə dəstək olan, dünyada
minlərlə məhrumiyyətə xəstəlik və müsibətə qatlanan, ibadət və itaətdən ayrılmayan səmimi qullarım! Siz dünyada məni unutmadınız. Dünyanın
fani bər-bəzəyinə, saxta cənnətinə aldanıb İslamı
unutmadınız. Dünyadakı cəhənnəm hurilərinə,
manikenlərə, artistlərə və yer üzünü ləkələyənlərə
aldanmadınız. Leylanı alıb Mövlanı unutmadınız.
Mən də sizə gözlərin görmədiyi, xəyalınıza
gəlməyən bir cənnət hazırladım. Xəstəliyi, qocalığı, ölümü və ayrılığı olmayan bir cənnət. Dedi-qodunun, hərc-mərcliyin olmadığı, istədiyiniz
hər şeyi önünüzdə tapdığınız bir cənnət. Hurisi,
qılmanı, dostu və sevəni çox olan bir cənnət, gördükdən sonra çıxmaq istəməyəcəyiniz, kaş bir az
erkən gələydim, - deyəcəyiniz bir cənnət hazırladım. Orada əbədi qalmaq üçün buyurun, ey mənim sadiq qullarım, xoş gəldiniz ! 17

17. əz-Zumər, 73

40


GƏLƏCƏK VƏ NAMAZ

Ey insan, sən sırf dünya üçünmü yaradılmısan
ki, bütün vaxtını ona sərf edirsən? İstedad və qabiliyyət baxımından bütün heyvanlardan üstünsən.
Amma güc və qüvvət etibarı ilə hətta bir sərçəyə
çatmayacaq qədər acizsən. O, bir neçə şeyə möhtac olduğu halda sən hər şeyə möhtacsan.
Ey insan, elə isə nə üçün əsl vəzifənin heyvan
kimi çabalamaq olmadığını, əbədi gələcək üçün
müsəlman kimi yaşamaq olduğunu anlamırsan?
Sən dünya üçün yaradılmadın. Dünya üçün yaradılsaydın, ölməzdin. Sən axirət üçün yaradıldın.
Bu dünyaya cənnəti qazanmaq üçün göndərildin.
Namaz qılmaqla mükəlləfsən.
Əgər:
- Məni namazdan və ibadətdən uzaqlaşdıran
zənn etdiyiniz kimi gərəksiz şeylər deyil, əksinə,
dolanışığı təmin etmək üçün zəruri işlərdir, deyirsənsə, sənə cavabım budur:

41

- Əlbəttə ki, dinimiz dolanışığını halal yoldan
təmin etməyi və başqalarına yük olmamağı fərz
qılmışdır. Bu yolda çalışmaqda haqlısan. Amma
işləmək üçün namazı tərk etməkdə haqsızsan.
Çünki namaz qılmadan çalışmağın sonu acıdır,
fəlakətdir, cəhənnəmdir. Namaz qıldıqdan sonra
çalışmaqsa səadət və ibadətdir, sonu isə cənnətdir.
Sənə bir misal verim. Fərz et ki, günü otuz
manata işləyən fəhləsən. Bir nəfər gəlib desə ki:
- Beş dəqiqə buranı qaz, üç min manatlıq bahalı daş tapacaqsan.
Nə edərsən?
- Böyük məmnuniyyətlə. Bu dəqiqə gəlirəm,
- deyərsən, yoxsa:
- Xeyr, gələ bilmərəm. Bəli on beş dəqiqəyə
üç min manatlıq mücövhər tapacağam, amma
səkkiz saat işləyib alacağım otuz manatdan olacağam deyərsən?
Əgər ağlın başındadırsa, əlbəttə ki, üç min
manat qazanacağın on beş dəqiqəlik işi seçərsən.
Əks halda dəlilik və axmaqlıq etmiş olarsan.

42

Ey beş vaxt namazı çox görən sərsəm nəfsim
və binamaz qardaşım, axırzaman Nəbisi və onun
varisləri belə deyirlər:
- Ey insanlar, gəlin on-on beş dəqiqəlik bu
işi görün. Yəni Haqqın hüzuruna durun, beş vaxt
namazı qılın. Əvəzində üç min manatlıq ləl-cəvahir deyil, bütün mücövhərlərin qaynağı, səfa diyarı
olan cənnəti qazanacaqsınız. Gəlin iyirmi dörd saatlıq ömrünüzün bir saatını müsəlmanlığın tələbinə
ayırın, ölüm, qocalıq və xəstəlik olmayan cənnəti
qazanın.
XXI əsrin insanı bu çağırışa:
- Xeyr, bizim vaxtımız planlı-proqramlıdır.
Nəinki on beş dəqiqə, heç bir dəqiqə də ayıra bilmərik, desə nə olar, bilirsinizmi?
Səkkiz saata alacağı otuz manata görə on
beş dəqiqədə qazanacağı üç mini rədd edən axmaq adama bənzəyər. Hamının gülüş obyektinə
çevrilər.
On beş dəqiqədə cənnəti qazanırsan, dostum.
Namaz və digər islami xidmət və fəaliyyətlərinlə
heçlikdən, yoxluqdan xilas olursan. Ölümün, qocalığın və xəstəliklərin beynində meydana gətirdiyi
təlatümlərə çarə tapırsan, bu nemət rədd edilər
43

mi? Rədd edirsənsə necə ağıllı olduğunu deyə
bilərsən?
“Çalışıb gələcəyimi təminat altına almalıyam”
- deyirsən, gələcəyin üçün pul yığırsan. Amma
yaxşı bilirsən ki, altmış il yaşamağa zəmanətin
yoxdur. Zəmanəti olmayan həyat üçün var gücünlə çalışırsan, amma əbədi həyat üçün beş vaxt namazı çox görürsən. “Sonu yoxdurmu?” - deyib nə
üçün şeytanları özünə güldürürsən.
Əziz qardaşım, əgər dünyada əbədi qalsaydın,
bu sözünə haqq verərdim. Amma biz faniyik. Qədərimizdə ölüm var. Nə zaman, harada öləcəyimiz
bəlli deyil. Elə isə səbrini keçmişə və gələcəyə sovurma. Keçən günlərdə işlədiyin ibadətin zəhməti
bu gün rəhmətə çevrilib. Acısı gedib, savabı qalıb.
Gələcək günlərsə hələ gəlməyib. Elə isə qılacağın
namazı son namazın kimi qıl. Allahın hüzuruna
bu düşüncə ilə çıxsan, bezmək bir tərəfə, namazın
həzzini yaşayarsan.
Gələcəyin tərifi
Ey gənc!
İlğımı bizə su kimi göstərdilər və göstərməyə
davam edirlər. Qaçırıq, yorulub dəri-qabıqdan
çıxırıq, amma heç cür əlimiz çatmır. İstiqbalı da

44

bizə belə tərif edirlər. Yaşayıb-yaşayamayacağım
bəlli olmayan iyirmi-otuz illik gələcəyə gələcək
demirəm. Özümüzü, uşaqlarımızı və millətimizi
aldatmayaq. Əsl gələcək gələn, lakin sonu olmayan istiqbaldır. O da axirət və cənnətdir. Gənclərə
istiqbal olaraq cənnəti göstərsəniz dünya da cənnətə dönər. Buna müvəffəq olmasanız anarxiya
cəhənnəminin zəbaniləri cənnət yurdunuzu belə
cəhənnəmə çevirər. Sonra da axirətin cəhənnəmi
ilə qarşılaşarsınız.
Nə qədər parlaq da olsa fani istiqbalı nə edək?
Bir padşah ehtişamlı saray tikdirir. O dövrün
tanınmış mürşidlərindən birini çağırıb sarayı başdan-ayağa gəzdirdikdən sonra qürurla soruşur:
- Necədir, sarayı bəyəndiniz?
Mövlanın qulu maddənin quluna bu cavabı
verir:
- Çox gözəldir, amma nöqsanı var. Bəqası
yoxdur. Yəni əbədi deyil, fanidir. Sən də fanisən,
tikdirdiyin villan da.
Bu dünyada neçə-neçə parlaq gələcəyə can
atanlar və ona qovuşduğunu zənn edənlər istiqbalları ilə birlikdə bu gün məzarlıqda yatırlar. Bəlkə də
bir çoxu indi dizinə döyüb peşmanlıq edir

45

- Kaş namazımı qılaydım, gecələr qalxıb Rəbbimin hüzurunda divana duraydım, iki damla göz
yaşı axıdaydım, iki rükət namaz qılaydım.
İslam böyüklərindən Kəttani belə deyir: Yuxuda Cüneyd Bağdadini gördüm. “Vəfat etdikdən
sonra Allah səninlə necə rəftar etdi?” - deyə soruşdum. Böyük vəlilərdən olan Cüneyd həzrətləri
bu cavabı verdi: “Şəfqət və mərhəməti ilə qarşıladı. Amma bütün əmək və səylərim boşa getdi.
Məni (beş vaxt namazımla) yalnız bir gecə qıldığım
iki rükət namaz qurtardı”.
İmam Qəzəlinin “Ehya” sından bir iqtibasla
nöqtəni qoyaq:
“Əməlisaleh bir insan məzara qoyulduğu vaxt
yaxşı əməlləri (ibadət və xeyir işləri) ətrafına toplaşar. Əzab mələkləri ayaq tərəfindən gəldikdə
namaz önlərini kəsər. “Bu adam Allah üçün ayaq
üstə çox qaldı, ondan uzaq durun”, - deyər. Əzab
mələkləri baş tərəfindən gəldikrə oruc önlərini
kəsər. “Bu adam dünyada Allah üçün çox ac-susuz qaldı. Sizə izin vermərəm”, - deyər. Bədən
tərəfindən gəldikdə həcc ibadəti, Allah yolundakı
səyləri qarşılarına çıxar və: “Bu bədən Allah üçün
çox əziyyət çəkdi”, - deyər. Əl tərəfindən gəldikdə
etdiyi xeyirlər, verdiyi sədəqələr qarşılarına çıxar,

46

“buna toxunmayın, bu əli ilə çox sədəqə və zəkat
vermişdi”, - deyər.
Bu zaman əzab mələkləri “maşallah, bərəkallah” deyib geri qayıdarlar. Bu səfər rəhmət mələkləri cənnətdən ona bir yataq gətirərlər. Əməlisaleh
adamın məzarı gözü ilə görə bildiyi qədər geniş və
rahat olar. Cənnətdən bir çıraq da gətirərlər. Namazını qılan həmin adam onun nuru altında (cənnət bağçasına çevrilən qəbrində) qiyamətə qədər
gözləyər ”. 18

18 Ehyayi-Ulumiddin, İmam Qəzali, 15. Bölüm, s.
190-191

47

ANA BƏTNİNDƏ AGIZ,
DÜNYADA NAMAZ

Namazın bu qədər mühüm və lüzumlu olduğuna inanmayanlar bir gün utanıb xəcalət çəkəcəklər. Həm də çox utanacaqlar.
Gəlin bunu bir misalla izah edək.
Ana bətnindəki bir uşağın ağzı, gözü, qulağı,
əl-ayağı var. Bütün əzaları kamil şəkildə yerindədir. Halbuki orada bunların heç birinə gərək yoxdur. Körpə qidasını anasına bağlı olan göbəyi vasitəsilə təmin edir.
İndi həmin uşaq:
- Ya Rəbb, bu göbək kordonu mənə bəsdir.
Ağıza, gözə, qulağa, əl-ayağa nə gərək var, heç
nəyə yaramır? - desə, Allah bu cavabı verər:
- Tələsmə, qulum, anlamadığın işə burnunu
soxma. Sən tezliklə elə bir aləmə gedəcəksən ki,
burada “hər şeyim” dediyin xortum orada heç
nəyə yaramayacaq, kəsilib atılacaq. Gərəksiz zənn

48

etdiyin ağız, göz, qulaq kimi əzalar da hər biri böyük işlərə yarayacaq.
Həmin uşaq bu həqiqətə inanmasa və inkarçı
olaraq dünyaya gəlsə, göbək kordonunun kəsilib
atıldığını, lüzumsuz gördüyü ağız, göz kimi orqanların böyük işlər üçün lazım olduğunu görsə, utanar, ya yox? İnanmadığı üçün dizlərini döyər, ya
yox?
Hal-hazırda biz də həmin uşaq kimi anamızın
bətnindəyik. 9 ay, 9 il və ya 90 il sonra başqa bir
dünyaya göz açacağıq. O dünyanın adı axirətdir.
Biz indi maddi göbəklə, mədəmizlə bu dünyaya
bağlıyıq.
Əgər biz:
- Gül kimi yaşayırıq, ey Rəbbimiz! Bu namaza, oruca, həccə, zəkata, dinə, imana, İslama nə
gərək vardı, dediyimiz təqdirdə Rəbbimizdən bu
cavabı alacağımız qətidir:
- Ey bəndələrim, qısa bir müddətdən sonra bu
dünyadan gedəcəksiniz. Sizi elə bir aləmə aparacaqlar ki, orada “hər şeyim” dediyiniz bu maddi
vasitələrin heç biri işə yaramayacaq. Gərəksiz gördüyünüz namaz, zəkat, həcc kimi ibadətlər də vazkeçilməz olacaq. Orada insanın maşınına, var-döv
49

lətinə, sərvət və surətinə görə deyil, qəlbinə, əməl
və ibadətinə, namazına görə dəyər veriləcək.
Yəni namazınız, zəkatınız, orucunuz, həcciniz, xeyir əməlləriniz axirətdə sizin hər şeyiniz
olacaq. Əl-ayaq, dil-dodaq olacaq. Villa, hovuz,
yaxta, təyyarə olacaq. Sonsuz zənginlik və səadət
olacaq, bir sözlə cənnət olacaq.
Əgər özümüzü çoxbilmiş görsək, elm və texnika əsrində oldugumuzla qürrələnsək, Rəbbimizin
hikmət dili ilə buyurduğu bu gerçəkləri qəbul etməz, ibadətdən məhrum tənbəl və ya inkarçı olaraq axirət yurduna getsək, orada gerçəkləri görüb
utanmyacağıqmı? Var-dövlətimizin, göydələnlərimizin, pulumuzun heç nəyə yaramadığını görüb
ibadətlərin hər şey olduğunu anlasaq, ana bətnində ikən ağızı lüzumsuz görən doğulmamış körpə
kimi utanıb dizimizi döymərikmi? “Kaş inanaydıq,
kaş namazımızı qılaydıq, orucumuzu tutardıq, zəkatımızı verəydik, Allah üçün yaşasaydıq, Hz. Muhəmmədin yolundan getsəydik”, - demərikmi?
Peşman olacağın, dizlərini döyəcəyin o gün
gəlmədən ağlını başına topla, əziz qardaşım! Dinini öyrən. Tövbə et, namaza başla. Bir tərəfdən də
qılmadığın namazların, zəkatın qəzasını et. Əsla
ümidsizliyə qapılma, ümidvar ol!

50

MUNDƏRICAT

Ön Söz.5
Səcdə Et, Yaxınlaş!.5
Kimə Təşəkkür Etməli?.8
İlahi Çağırış.15
Qıldığımız Hər Namaza
Görə Bizə Qızıl Versəydilər.20
İnsanın Olduğu Yerdə Kainat Da Var.26
Namaz Dərdimin Dərmanıdır.29
Varlıqlar Başı Boşdurmu?.33
Hər Şeyə Möhtac Olan Aciz Və Zəifdir.36
Gələcək Və Namaz.41
Ana Bətnində Ağız, Dünyada Namaz.48
You have read 1 text from Azerbaijani literature.
  • Parts
  • Kimə Təşəkkür Etməli? - 1
    Total number of words is 3655
    Total number of unique words is 1843
    25.7 of words are in the 2000 most common words
    35.8 of words are in the 5000 most common words
    43.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Kimə Təşəkkür Etməli? - 2
    Total number of words is 2332
    Total number of unique words is 1306
    25.7 of words are in the 2000 most common words
    34.5 of words are in the 5000 most common words
    40.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.