News Azerbaijani news add news

İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub lar

İtaliyada dövlət səfərində olan Prezident İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.

xeber.im xəbər verir ki , Romanın Kuirinale Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub.

İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar.


8 months, 1 week ago
53 visists
Source: xeber.im