News Azerbaijani news add news

Nazilə ilə Aynur efirdə dalaşdı: "Mənə borcun var" - Video

ARB TV-də yayımlanan “Ona qalsa” proqramında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, verilişin aparıcısı Nazilə Səfərlinin qonağı olan müğənni Aynur Dadaşovaya sual ünvanlaması onu özündən çıxarıb.

Musiqiçi Ruslan Səfəroğlunun musiqisinə söz yazan N.Səfərli həmin mahnını A.Dadaşovanın oxuduğunu, lakin şairənin pulunu ödəmədiyini bildirib:

“Mahnımın pulunu niyə vermisən? Mən söz satmıram. Aranjiman etdirib pul xərcləmişdim. Sənin mənə 1500 manat borcun var. Ruslan Səfəroğluna dedim ki, pulumu nə vaxt verəcəksiniz? Dedi ki, Aynur verəndə verəcəm. Mənə lazım idi ki, mahnını məşhurlardan biri var idi, o, oxusun. O zaman indiki qədər məşhur deyildim. O adam gəlmədi, bəlkə də dinlətmədilər. Dedilər ki, mahnını 1500 manata Aynura satmışıq. Mənə bax, əlimlə verib, ayağımla axtarıram. Gör mən nə gündəyəm. Ruslan bir mahnını mənə hədiyyə etmişdi, desə ki, pulu həmin mahnıya görə vermirəm, susaram”.

A.Dadaşova isə N.Səfərliyə qarşı aqressiv hərəkətlər nümayiş etdirib və bu sözləri deyib:

“Mahnının pulunu bəstəkara 5 il öncə vermişəm. Aranjimanı isz ödəmişdinizsə, mən niyə ödəyirdim? Sizə borcum ola bilməz. Məni tanıyanlar bilir ki, kimin problemi varsa, hamısını həll edirəm. Respublikada nə qədər bank varsa, hamısı ilə əməkdaşlıq edirəm. Dəqiq insanlara həmişə banklardan təkliflər olur. O qədər dəqiqəm ki, heç kim deyə bilməz ki, mənə 20 qəpik borcu var. Sizin söhbətiniz Ruslanladır. Siz niyə aranjimanının pulunu vermisiniz? Efirlərə çıxmamışdan öncə Ruslandan mahnını almışdım. Efirdə də 1-2 dəfə oxudum. Çünki məndə həzin mahnını sevmirlər. Keçən dəfə də mənə dediniz, sizə vəziyyəti başa saldım”.

Daha sonra veriliş reklam fasiləsinə ayrılıb və qonaqlar arasındakı dava sakitləşib.


8 months ago
27 visists
Source: big.az