News Azerbaijani news add news

Miri Yusifdən Karaoke Albom!

Xalq artisti Miri Yusif pərəstişkarlarını yeni layihələrlə sevindirməyə davam edir.

Fevral ayı ərzində müğənni bir neçə yenilikləriylə diqqət mərkəzində olmağı bacarıb. Pərəstişkarlarına həsr etdiyi "Ruh əkizləri" klipi ilk, Xalq artisti Röya ilə növbəti duetin əsasını qoyan "Sevgilim" isə təqdim olunan 2-ci klipi oldu.

Rəqəmlərin sirli oyunu kimi görünən iki tarix isə özəlliklə seçildi. Bu, 02.02.2020-ci il tarixində milli şou-biznesdə ilk dəfə fanatlarla görüş formatında keçirilən konsert və 20.02.2020 tarixində Miri Yusifin YouTube kanalında təqdim olunan "20 böyük hit" adlı karaoke albomdur. SS production tərəfindən yayımlanan albomda müğənnini tanıdan və sevdirən 20 böyük hit öz layiqli yerini tutmuşdur. Çox gözlənilən 20 fevral tarixindən başlayaraq, 20 gün ərzində albomdakı mahnılar hər gün saat 20-də bir bir yayımlanacaq.

Artıq karaoke albom sənətçinin “ruh əkizlərini” nəinki sevimli mahnılarını oxumağa, eyni zamanda, Miri Yusifin elan etdiyi müsabiqədə daha həvəslə iştirak etməyə sövq edəcəkdir.

Xatırladaq ki, müsabiqəyə qatılmaq üçün Miri Yusifin sevilən mahnılarından birini oxumaqla video çəkib #mycrystalhall haştaqi ilə paylaşmaq tələb olunur. Ən fərqli videoların müəlliflərini isə həm 24 may Crystal Hall-da keçiriləcək konsertə biletlər, həm də konsert zamanı yaddaqalan sürprizlər gözləyir.


8 months ago
7 visists
Source: big.az