News Azerbaijani news add news

Bakının mərkəzində avtobus piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində, Dəniz Vağzalının qarşısında qeydə alınıb.

Belə ki, Niftulla Atabalayevin idarə etdiyi “Hyundai Aero Express” markalı avtobus hələlik kimliyi məlum olmayan piyadanı vurub. Nəticədə piyada hadisə yerindəcə ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.


8 months, 1 week ago
0 visists
Source: xeber.im