News Azerbaijani news add news

"Şəkərbura kimi Novruz bayramında yada düşürəm" - Fatimə gileyləndi

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesbında post paylaşaraq gileylənib.

BiG.AZ xəbər verir ki, rəqqasə paylaşdığı postda öz sənət yoldaşlarından, media nümayəndələrindən şikayətlənib.

Postda qeyd olunur:

"Hörmətli sənət yoldaşlarım və Tv-sayt əməkdaşları, sizdən dönə-dönə xahiş edirəm, mənə milli geyimlə bağlı zəng etməyin. Bilirəm, şəkərbura kimi hər Novruz bayramında yada düşürəm. Amma çox xahiş edirəm, yadınıza düşməyim. Öncədən söyləyim ki, aylar əvvəl başqa şirkətlə müqavilə bağlanıb və bütün geyimlərimiz onlara verilib. Daha sonra qeyd edim ki, keçən illərdə etdiyiniz hörmətsizliyə görə geyimlərimiz bərbad vəziyyətə düşüb. Aparıb paltarların hansısa hissələrini itirirsiniz. Çox səliqəsiz vəziyyətdə qaytarırsınız. Sizdən xahiş edirəm, buna görə məndən inciməyin. Bizdə geyim yoxdur. Öz geyimlərimi heç kimə vermirəm. Onlar mənim səhnə geyimimdir".

Sözügedən fotonu təqdim edirik:

Qeyd edək ki, Fatimə Fətəliyeva rəqqasəlikdən savayı, "Banu" xına evinin rəhbəridir.

Lamiyə Məmmədova


8 months ago
0 visists
Source: big.az