News Azerbaijani news add news

Hansı hallarda ödənilmiş aliment məbləği geri tələb oluna bilər?

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, alimentin geri qaytarılması yolverilməzdir. Lakin bəzi istisna hallar mövcuddur.

BiG.AZ-ın e-huquq.az-a istinadən verdiyi məlumata görə, aşağıdakı hallarda alimentin ödənilmiş məbləği geri tələb oluna bilər:

1) Aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;

2) Məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda;

3) Aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.


8 months, 1 week ago
26 visists
Source: big.az