News Azerbaijani news add news

Məzahir Pənahov: "MSK bütün şikayətləri ciddi şəkildə araşdırır"

"Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, MSK bütün şikayətləri ciddi şəkildə araşdırır: “Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə material keçərsə, bunu bizə təqdim etsin. Bizim hələ vaxtımız var. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək”.


8 months, 1 week ago
47 visists
Source: big.az