News Azerbaijani news add news

"Səhər işə çatanda yanğın başlamışdı" - Malları yanan sahibkar

Bu gün "Sədərək Ticarət Mərkəzi"ndə yanğın baş verib.

112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.

Bir müddət sonra yanğın lokallaşdırılıb. Sonxeber.Az-ın müxbiri hadisə yerindədir.

Sədərək Ticarət Mərkəzində malları yanan digər sahibkar Sonxeber.az-a danışaraq bildirib ki, yanğın səhər saatlarında başlayıb:

"Biz işə gəlib çatanda artıq yanğın başlamışdı. Yanğının səbəbini biz özümüz də bilmirik. Dükanda malları yanan sahibkar deyib ki, burada heç bir kəsin sığortası yoxdur. Yanan mağazalarda ayaqqabı və parça satılırmış. Dəymiş ziyan hesablanır".


8 months ago
68 visists
Source: big.az