News Azerbaijani news add news

Anar Əsədlinin də şikayəti təmin edilmədi

125 saylı Zəngilan-Qubadlı seçki daiərəsindən namizədliyi qeydə alınmış Anar Əsədli DSK-nın hərəkətsizliyindən MSK-ya şikayət edib.

xeber.im xəbər verir ki , ərizədə bildirilib ki, səsvermə günü bəzi məntəqələrdə qanun pozuntularına yol verilib. Namizəd dairəyə müraciət etsə də, ərizəsinə baxıldığına dair ona cavab verilməyib.

MSK məsələni araşdırıb və məlum olub ki, sözügedən dairə hərəkətsizlik etməyib. Beləliklə, namizədin şikayəti təmin edilməyib.


8 months, 2 weeks ago
56 visists
Source: xeber.im