News Azerbaijani news add news

Xalq artistinin heç yerdə görmədiyiniz 50 yaşlı oğlu: "Atam ilə münasibətim..." - FOTO

Xalq artisti Rafael Dadaşovun oğlu Emil ilk dəfə olaraq "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində atası haqqında danışıb.

BiG.AZ xəbər verir ki, oğlu atası haqqında fəxr hissi ilə danışaraq bildirib ki, xalq artisti onun üçün bir nümunədir:

"Atam mənim üçün ən dəyərli insandır. Mən həm atamla, həm də bacım və xalamla fəxr edirəm. Rafael Dadaşov mənim üçün atadan əvvəl bir ziyalı insan kimi nümunədir. Bir oğul atasıyam. Atam ilə münasibətim necədirsə, oğlum Nihatla da münasibətim elədir".

Rafael Dadaşov isə oğlundan gileylənərək bildirib ki, Emil bir işlə məşgul olmur:

"Əgər mən görsəydim ki, oğlum aktyor olmaq istəyir, ona kömək edərdim. Ümumiyyətlə Emildən bir narazıçılığım var ki, o, bir işin ucundan yapışmır ki, mən də kiməsə müraciət edim ki, ona kömək etsinlər. Emil mənlə birlikdə qalır. Və bu il onun 50, mənim isə 75 yaşım olacaq. Deyirəm, elə hər ikimizin yubileyini bir yerdə qeyd edək".

Samirə Qasımova


8 months ago
62 visists
Source: big.az