News Azerbaijani news add news

Ermənilər işğal etdikləri Xankəndini boşaldıblar - VİDEO

Son 30 il ərzində ermənilər tərəfindən işğal altında olan Azərbaycanın Xankəndi şəhəri tamamilə boş qalıb. Küçələr, böyük izdihamlı yerlər, məsələn, .şəhərin əsas stadionu (administrasiya və hətta mühafizə yoxdur) - hər yer tamamilə boşdur.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə şəhərdə olan jurnalist Sergey Titov bildirib. Kadrlar Rusiyanın Telegram kanalı Mash tərəfindən yayılıb.

Onun sözlərinə görə, axşam saat 17:00 olmasına baxmayaraq, şəhərdə nəyisə soruşmaq və ya nədənsə danışmaq üçün heç kəs tapılmadı:

"Telefon bağlantısı, internet yoxdur, zəng etmək çox çətindi. Hətta işıqforlar da işləmir. Rəsmi olaraq SIM kart alqı-satqısı qadağandır. İnterneti olan yeganə yerlər jurnalistlərin toplaşdığı otel və ya mətbuat mərkəzidir".


1 month, 2 weeks ago
6 visists
Source: big.az