News Azerbaijani news add news

Bakının mərkəzində ər və arvadına qarşı CİNAYƏT

Bakıda quldurluq hadisəsi baş verib.

BiG.AZ xəbər verir ki, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə oktyabrın 10-da saat 6 radələrində Z.Əhmədbəyov küçəsində bir nəfərin Bakı şəhər sakinləri N.Abdullayevin baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi, arvadına isə güc tətbiq edərək bıçaqla hədələyib 20 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.

N.Abdullayevə və arvadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Abışov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir. /Publika.az


1 month, 1 week ago
8 visists
Source: big.az