News Azerbaijani news add news

Putin nəvələrinin ona verdiyi hədiyyələrdən danışdı

Rusiya Federasiyasının Prezident Vladimir Putin həmişə ad günü təbriklərini ilk olaraq yaxınlarından gözlədiyini bildirib.

Rusiyanın birinci şəxsi bu barədə “Rusiya 1” telekanalına müsahibəsində deyib.

“Bilirəm ki, ad günümü mənimlə birlikdə qeyd etməsələr də, mütləq zəng edib bir şəkildə öz təbriklərini çatdıracaqlar”, - deyə siyasətçi qeyd edib.

V.Putin əlavə edib ki, hədiyyəni təkcə yuxarı yaşlı qohumları tərəfindən deyil, həm də böyüyən nəvələrindən qəbul edir.

“Nəvələrim əl işlərini, çəkdikləri rəsmləri hədiyyə edir və ya sadəcə, təbrik edirlər”, - deyə V.Putin söyləyib.

Qeyd edək ki, V.Putinin oktyabrın 7-də 68 yaşı tamam olub. /Oxu.az


1 month, 1 week ago
11 visists
Source: big.az