News Azerbaijani news add news

Türkiyəli müğənni ofisindən Azərbaycan bayrağı asdı

Türkiyəli müğənni İzzet Yıldızhan da Azərbaycana Qarabağ savaşında dəstək olan sənətçilər sırasına qoşulub.

"MediaPost" xəbər verir ki, o, İstanbulun Qayrettepe ərazisində yerləşən ofisinin eyvanından Azərbaycan və Türkiyə bayraqlarını asıb.

Özü İzmirdə yaşayan müğənninin bu addımı sosial mediada rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bundan öncə Serdar Ortaç, Tuvana Türkay, Mustafa Ceceli, Oktay Kaynarca və başqa məşhurlar Azərbaycana dəstək olub.


1 month, 1 week ago
9 visists
Source: big.az