News Azerbaijani news add news

Sabah hava necə olacaq?

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Oktyabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 13-14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


1 month, 1 week ago
5 visists
Source: big.az