News Azerbaijani news add news

Bərdədə fərqli çəkidə olan çörəklər eyni qiymətə satılır - VİDEO

Bərdə rayonu ərazisində fəaliyyət göstərən zavodlarda bişirilən çörəklərin çəkisi fərqli, qiyməti isə eynidir.

Xezerxeber.az-ın məlumatına görə, satışa verilən çörəklərin çəkisi 300-400 qram arasında dəyişir. Çörəyinin bir ədədinin çəkisində 100 qrama yaxın fərq olsa da, piştaxtalarda qiymət 25 qəpikdir.

Satıcılar çörəyin çəkisindən xəbərsiz olduqlarını, topdansatış məntəqələrindən aldıqlarını, hər bir çörəyin üstünə 2-3 qəpik qoyaraq müştərilərə təklif etdiklərini deyiblər.

Apardığımız müşahidələr göstərib ki, rayon ərazisində satılan çörəklərin çəkisi 330-420 qram arasında dəyişir. Qiymət isə dəyişməz olaraq qalır.

Məsələ ilə bağlı Bərdə çörək zavodundan bildirib ki, istehsal etdikləri çörəyin çəkisi 400 qramdır.

Başqa zavoddan isə deyilib ki, onların istehsal etdikləri çörəyin qiyməti bəzi işbazlar tərəfindən dəyişdirilir.

Digər bir çörək bişirmə zavodundan isə bildirilib ki, istehsal etdikləri çörək 350 qrama bərabərdir. Çörəyin mağzalarda satış qiymətini isə onların təyin etmədiyi qeyd olunub.

Vətəndaşlar isə bu məsələnin tezliklə öz həllini tapacağına inanır...


1 month ago
25 visists
Source: big.az