News Azerbaijani news add news

Prezident Lalə Məmmədovaya ev verdi

Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib.

BiG.AZ-ın məlumatına görə, Heydər Əliyev prospektində yerləşən mənzil 3 otaqdan ibarətdir.

Lalə Məmmədova Sabah.az-a açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi:

"Ölkə başçısına təşəkkür edirəm. Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram. Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim. Buna ehtiyacım var idi. İnşallah, balalarımla bu evdə yaşayacam”


7 months, 2 weeks ago
55 visists
Source: big.az